Məhkəmə qərarları › İş №2-1(102)-3601/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3601/2025

23.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3601/2025 23.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Abşeron rayonu Masazır Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Bələdiyyə qərarının ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, IŞIN HALLARI

1. Abşeron Rayon Icra Hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəliyinin ## ###### 1996-cı il tarixli, ** nömrəli sərəncamı ilə Xırdalan südçülük-tərəvəzçilik sovxozunun direktorunun ## ##### 1994-cü il tarixli, ** nömrəli məktubu əsasında iddiaçıya təhkim edilmiş 0,10 ha həyətyanı torpaq sahəsində ev tikdirilməsi məqsədəuyğun hesab edilmişdir.

2. Cavabdeh tərəfindən iddiaçı barəsində verilmiş ##.##.2022-ci il tarixli arayışa əsasən, iddiaçının, həqiqətən də, Abşeron rayonu Masazır kəndi ərazisində yerləşən 0,0491 ha torpaq sahəsinə görə ##.##.2022-ci il tarixinədək bələdiyyəyə vergi borcu yoxdur və həmin torpaq sahəsi hal-hazırda onun istifadəsindədir.

3. Abşeron rayon Masazır Bələdiyyəsinin ## ###### 2022-ci il tarixli qərarı ilə Abşeron rayon Masazır kəndində yerləşən 0,0424 ha torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanılması qərara alınmışdır.

4. Həmin 0,0424 ha torpaq sahəsi üzərində bələdiyyə mülkiyyət hüququ ##.##.2023cü il tarixdə reyestrdə qeydiyyata alınmışdır.

5. Bundan sonra, Masazır Bələdiyyəsinin ## ######## 2023-ci il tarixli iclasının, ** nömrəli protokolunun ** nömrəli qərarına əsasən Üçüncü şəxs fərdi yaşayış evinin tikintisi məqsədilə 0,0424 ha torpaq sahəsi satılması qərara alınmışdır.

6. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Abşeron Ərazi Idarəsinə qarşı “Abşeron rayonu, Masazır kəndində yerləşən Abşeron Rayon Icra Hakimiyyəti başçısının Masazır kənd nümayəndəliyinin ** nömrəli, ## ####### 1996-cı il tarixli qərarı ilə ona ayrılmış 0,0491 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilmiş, həmin 0,0491 ha həyətyanı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdehə həvalə olunmuşdur.

7. Qeyd olunan məhkəmə qərarından apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının qərardadı ilə həmin inzibati iş üzrə icraat tərəflər arasında davam edən “alqı-satqı müqaviləsinin ləğvi” tələbinə dair mülki iş üzrə icraat üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır.

8. Iddiaçı cavabdehə müraciət edərək, Masazır Bələdiyyəsinin ## ######## 2023-ci il tarixli iclasının, ** nömrəli protokolunun ** nömrəli qərarının ləğv olunmasını xahiş etmiş, cavabdeh ##.##.2023-cü il tarixli məktubla müraciətin icrasından imtina edərək bildirmişdir ki, torpaq mübahisəsi ilə bağlı məsələ hal-hazırda Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olduğundan, ərizədə göstərilən tələbin icrası bələdiyyənin imkanı xaricindədir.

9. Bundan sonra, iddiaçı yenidən eyni məzmunlu tələblə cavabdehə müraciət etmiş, cavabdeh ##.##.2024-cü il tarixli məktubla müraciətə yenidən imtina cavabı verərək, iddiaçı İddiaçı cavabdeh Üçüncü şəxs və digərlərinə qarşı “müqavilənin ləğvi ilə bağlı” iddia tələbinə dair Abşeron Rayon Məhkəməsinin icaatında olan mülki iş üzrə yekun məhkəmə aktı qəbul edildikdən sonra müraciət edildiyi təqdirdə, ərizəyə yenidən baxılacağını bildirmişdir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a) birinci instansiya məhkəməsində icraat 10.

11. Iddiaçı tələbini bu qərarın 1-9-cu bəndlərinə uyğun əsaslandırmışdır.

12. Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı iddia tələbində Abşeron Rayon Icra Hakimiyyəti başçısının # ###### 1996-cı il tarixli, ** nömrəli sərəncamı ilə Xırdalan südçülüktərəvəzçilik sovxozunun ərazisində yaşayış evinin tikintisi üçün ona 10 sot torpaq sahəsinin ayrılmasını göstərmişdir. Lakin iddiaçı bu torpaq sahəsinin harada ayrılması ilə bağlı məhkəməyə torpağa dair ayrıc aktı təqdim etməmişdir. Torpaq sahəsinin ayrılması həmin dövrün Azərbaycan SSR-nin Torpaq Məcəlləsinə müvafiq olaraq sənədləşdirilirdi. Torpaq sahəsi ayrılarkən vətəndaşa ayrıc aktına əsasən ayrılmalı idi. Lakin iddiaçı ayrıc aktı əvəzinə, məhkəməyə Masazır Bələdiyyəsi tərəfindən hazırlanmış və qanunazidd olan yerquruluşu planına əsasən torpağın harada ayrılmasının göstərilməsi ilə bağlı yerquruluşu planından çıxarışın surətini təqdim etmişdir. Bələdiyyə dövlət mülkiyyətində olan torpaq sahəsinin vətəndaşa ayrılması ilə bağlı hər hansı yerquruluşu planını tərtib və təsdiq edə bilməz. Bu torpaq sahəsi 1996-cı ildə ayrılıbsa, bu ayrılma Icra Hakimiyyətinin torpaq ayrıc aktı əsasında ayrılmalı və təhvil-təslim aktı tərəflər arasında imzalanaraq təsdiq edilməli idi. Bu torpaqayırma qaydası keçmiş Azərbaycan SSR-in Torpaq Məcəlləsinə əsasən tənzimlənir. Digər tərəfdən, iddiaçı məhkəməyə icra nümayəndəliyinin 0,1 ha torpaq sahəsinə dair arxiv sənədini təqdim etsə də, iddia tələbində 0,0424 ha torpaq sahəsinə iddia qaldırmışdır. Qalan 0,0526 ha torpaq sahəsinin harada olması, kimə satılması (və ya verilməsi), kim tərəfindən istifadə edilməsi, qonşu torpaq sahəsi olması və sair barədə məlumat təqdim etməmişdir. Iddiaçıya # ###### 1996-cı il tarixli, ** nömrəli sərəncamla ayrılmış torpaq sahəsi bu günə kimi sənədləşdirilməmiş və dövlət qeydiyyatına alınmamışdır. Sənədlərdən də məlum olur ki, bu torpaq sahəsinin harada yerləşməsi məlum deyil.

13. Sumqayıt Inzibati Məhkəməsinin (hakim: R.T.Həsənov) ## ###### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə Üçüncü şəxs inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur.

14. Sumqayıt Inzibati Məhkəməsinin (hakim: R.T.Həsənov) ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayonu Masazır Bələdiyyəsinin 3-cü şəxs Üçüncü şəxs ayrılmış 0,0424 ha torpaq sahəsinə dair cavabdehin ## ######## 2023-cü il tarixli iclasının ** saylı protokolunun ** nömrəli qərarı ləğv edilmişdir.

15. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, cavabdeh Abşeron rayonu Masazır Bələdiyyəsi mübahisələndirilən qərarı qəbul edərkən, tərəflər arasında məhkəmə mübahisəsinin olduğundan xəbərdar olmuşdur və bu faktı, bələdiyyənin məhkəməyə təqdim edilmiş ##.##.2023-cü il tarixli məktubundan müəyyən etmək olur. Həmçinin, təqdim edilmiş Abşeron Rayon Icra Hakimiyyəti başçısının Memarlıq və Tikinti şöbəsi və Masazır Bələdiyyəsi tərəfindən təsdiqlənmiş yerquruluşu planından çıxarış və Abşeron rayonu Masazır Bələdiyyəsinin ##.##.2022ci il tarixli arayışı iddiaçının həmin torpaq sahəsinin faktiki istifadəçisi olmasına dəlalət edir. Işin hallarından görünür ki, iddiaçıya ayrılmış torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd olan Abşeron Rayon Icra Hakimiyyəti başçısının # ###### 1996-cı il tarixli, ** nömrəli sərəncamı qüvvədədir və həmin sənəd preyudisial əhəmiyyət daşıyır. Eyni zamanda, iddiaçının uzun müddət həmin torpaq sahəsindən istifadə etməsi, orada fərdi yaşayış evi tikməsi və eləcə də, cavabdeh təşkilata həmin torpağa görə əmlak vergisi ödəməsi mübahisəli torpaq sahəsinin onun faktiki sahibliyində olmasına dəlalət edir. Odur ki, Abşeron rayonu Masazır Bələdiyyəsinin ## ######## 2023-cü il tarixli iclasının ** saylı protokolunun ** nömrəli qərarı qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, cavabdeh tərəfindən etirazında göstərdiyi dəlillərə dair əsaslı sübutlar məhkəməyə təqdim edilməmiş və mübahisələndirilən qərar “Inzibati Icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri kobud şəkildə pozulmaqla qəbul edilmişdir.

16. Cavabdeh və üçüncü şəxs ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər.

b) apellyasiya instansiyası məhkəməsində icraat

17. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: G.İ.Cabbarova /sədrlik edən və məruzəçi/, V.E.Əzizova və İ.R.Quliyev) ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə cavabdeh Abşeron rayonu Masazır Bələdiyyəsi və üçüncü şəxs Üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırması:

19. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçıya ayrılmış torpaq sahəsi Xırdalan südçülük-tərəvəzçilik sovxozunun hüdudlarında yerləşir. Tədqiq olunan hüquqmüəyyənedici sənədlərdən də görünür ki, qonşu torpaq sahələri sovxoz və bələdiyyə tərəfindən ayrılmışdır. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddiaçı ## ######## 2023-cü il tarixli bələdiyyə qərarını mübahisələndirərək, ## #### 2024-cü ildə məhkəməyə müraciət etmişdir. Həmin qərar ona rəsmi qaydada təqdim edilməmiş, qərardan yalnız digər inzibati iş üzrə apellyasiya baxışı zamanı xəbərdar olmuşdur. Ona görə də prosessual müddətin başlanğıcı onun hüququnun pozulduğunu bildiyi tarixdən hesablanmalıdır. Beləliklə, iddia müddətinin ötürülməsi müəyyən edilmədiyindən bu hal iddianın mümkün sayılmaması üçün əsas ola bilməz. Iddianın mahiyyəti üzrə kollegiya qeyd edir ki, iddiaçının adına torpaq islahatı zamanı sovxoz direktorunun əmri əsasında hüquqmüəyyənedici sənədlər tərtib edilmiş, bələdiyyə isə həmin torpaq sahəsinin yerləşməsini göstərən yerquruluşu planından çıxarış vermişdir. Sonradan bələdiyyə bu sənədi etibarsız hesab etmiş, torpaq sahəsinin 0,0424 ha hissəsini öz mülkiyyəti kimi qeydiyyata aldıraraq üçüncü şəxsə satmış və onun adına mülkiyyət hüququ rəsmiləşdirilmişdir. Halbuki, bələdiyyə iddiaçının hüquqlarını, torpaq sahəsinin faktiki istifadəsində olduğunu və yerləşmə yerini bildiyi halda, heç bir əsas göstərmədən həmin sahəni öz mülkiyyəti kimi üçüncü şəxsə satmışdır. Bələdiyyənin təqdim etdiyi arayışlar da torpaq sahəsinin iddiaçının istifadəsində olduğunu təsdiq edir. Üçüncü şəxs də məhkəmədə torpaq sahəsinin iddiaçının istifadəsində olduğunu etiraf etmiş, əksini təsdiq edən sübut təqdim etməmişdir. Iş üzrə müəyyən edilmiş hallar – torpaq sahəsinin islahat zamanı iddiaçıya ayrılması, sovxoz hüdudlarında yerləşməsi, qonşu sahələrin eyni qaydada ayrılması, iddiaçının faktiki istifadəsi, bələdiyyənin verdiyi sənəd və arayışlar – göstərir ki, iddiaçının iştirakı olmadan həmin sahənin üçüncü şəxsə satılması qanunsuz olmuşdur. Nəticə etibarilə, mübahisələndirilən qərarın qəbulu zamanı “Inzibati icraat haqqında” Qanunun tələbləri pozulmuş, bu isə qərarın ləğvi üçün əsas yaratmışdır. Cavabdeh və üçüncü şəxsin şikayətinin dəlilləri iş üzrə müəyyən edilmiş hallarla təkzib olunur. Kollegiya həmçinin qeyd edir ki, bələdiyyə əvvəlcə iddiaçının istifadəsini və torpaq sahəsinin yerini təsdiqləyən sənədlər təqdim etmiş, sonradan isə onun iştirakı olmadan həmin sənədləri etibarsız hesab etmişdir. Bu səbəbdən, cavabdeh öz qanunsuz hərəkətlərinin nəticələrinə sübut kimi istinad edə bilməz. Üçüncü şəxsin hüquqmüəyyənedici sənədin mötəbər olmaması və torpaq sahəsinin yerinin məlum olmaması barədə arqumentləri də sübutlarla təsdiqlənməmişdir. Əksinə, yerquruluşu planı, torpaq sahəsinin faktiki istifadəsi və digər müəyyən edilmiş hallar həmin arqumentləri təkzib edir.

20. Üçüncü şəxs Üçüncü şəxs qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün digər apellyasiya məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a) kassasiya şikayətinin dəlilləri

21. Kassasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmə kollegiyası məhkəmə tikintitexniki ekspertizası təyin olunmasından imtinanı onunla əsaslandırıb ki, 0,0491 ha torpaq sahəsi ilə 0,0424 ha torpaq sahəsinin üst-üstə düşməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Abşeron Rayon Ərazi Idarəsi tərəfindən verilmiş məlumat əsasında öz təsdiqini tapmışdır və bu səbəbdən də məhkəmə tikinti-texniki ekspertizası təyin olunmasına ehtiyac yoxdur. Məhkəmə kollegiyasının gəldiyi bu nəticənin faktiki və hüquqi əsası yoxdur. Belə ki, yuxarıda bəhs olunan torpaq sahələrinin üst-üstə düşməsi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Abşeron Rayon Ərazi Idarəsinə sorğu verilməyib. Təbiidir ki, sorğu verilmədiyi halda məhkəmə kollegiyasına məlumat da verilməyib və məhkəmə iclasında belə bir sübut tədqiq edilməyib. Məhkəmə kollegiyası vəsatəti təmin etməkdən imtina edərkən aşağıdakı uyğunsuzluqları nəzərə almamışdır. 1. Abşeron rayonu Masazır kənd icra nümayəndəliyinin ##.##.1996-cı il tarixli, ** nömrəli sərəncamında torpaq sahəsinin ölçüsü və harada yerləşməsi göstərilməyib. Arxiv arayışında torpağın sahəsi 0,10 ha qeyd olunub. Tələb olunan sahə 0,0424 kv.m-dir. Torpağın faktiki ölçüsü 0,0491 kv.m-dır. Mövcud sahənin ölçüsü ilə 0,10 ha torpaq sahəsi arasında kifayət qədər fərq var. Iddiaçı sənədlərdə mövcud olduğu sahədən iki dəfə az sahə tələb etməsinə aydınlıq gətirə bilməyib. 2. Torpaq sahəsinin iddiaçıya təhvil verilməsinə dair sübut yoxdur. 3. Iddia edilən torpaq sahəsinin koordinatları bəlli deyil, ayrıc aktı yoxdur. 4. Memarlıq şöbəsi ilə razılaşdırılmış layihə mövcud deyil. 5. Məhkəmə kollegiyasının sorğularına verilmiş cavablardan görünür ki, mübahisə edilən yerdə iddiaçıya aid torpaq sahəsi mövcud olmayıb. 6. Iddiaçı Xırdalan südçülük-tərəvəzçilik sovxozunda işləməsinə dair məhkəməyə sübut təqdim etməyib. Dəfələrlə tələb olunsa da, iddiaçı əmək kitabçasını məhkəməyə təqdim etməyib. Ona görə təqdim etmətib ki, 1996-cı ilin oktyabr ayında o, Xırdalan südçülük-tərəvəzçilik sovxozunda işləməyib. 7. 1999-2000-ci illərdə torpaq islahatı keçirilib və vətəndaşların qanuni istifadəsində olan torpaq sahələri əvəzsiz olaraq onların mülkiyyətinə verilib. Hazırda tələb olunan torpaq sahəsi iddiaçıya aid olmadığı üçün özəlləşdirilməyib. Yuxarıda sadalanan hallar məhkəmə tərəfindən tədqiq edilməmişdir. Belə ki, ##.##.1996-cı il tarixli, ** nömrəli sərəncamdakı məlumatlar işin yuxarıda göstərilən halları ilə uyğunsuzluq təşkil edir. Göründüyü kimi, torpaq sahələrinin üstüstə düşməsinə dair sübutlar yoxdur. Yaranmış vəziyyətdə ekspertiza keçirilməsindən imtina olunması əsassızdır. Tikinti-texniki ekspertizası keçirilmədiyi halda həmin məlumatların Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Abşeron Rayon Ərazi Idarəsində mövcud olmasına əsaslanma sübut hesab edilə bilməz. Hazırkı mübahisə üzrə tikinti-texniki ekspertizası keçirilmədən iş üzrə obyektiv nəticəyə gəlmək mümkün deyil.

22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayarkən istinad etdiyi əsas sübut Masazır Bələdiyyəsinin 2022-ci ildə iddiaçının adına verdiyi yerquruluşu planından çıxarışdır. Istinad olunan yerquruluşu planından çıxarış Masazır Bələdiyyəsinin ##.##.2022-ci il tarixli iclasının ** saylı protokolunun * nömrəli qərarı ilə ləğv edilmişdir. Qərar işin materiallarında mövcuddur. Ləğv edilmiş yerquruluşu planına sübut kimi istinad edilməsi qanunsuzdur. Qüvvədə olmayan yerquruluşu planı iddianın təmin olunması üçün əsas sayıla bilməz. Həm də sübut sayıla bilməz ona görə ki, haqqında bəhs olunan yerquruluşu planı həmin sahənin iddiaçının qanunsuz istifadəsində olmasına görə deyil, boş (istifadəsiz) sahə olduğu üçün verilmişdir. Göstərilən sahə bələdiyyənin mülkiyyətində istifadəsiz, boş torpaq sahəsi kimi Üçüncü şəxs verilmişdir. Bəhs olunan sahənin vaxtilə iddiaçının qanunsuz istifadəsində olması bələdiyyə qərarının ləğvi üçün əsas ola bilməz. Iddiaçının Masazır Bələdiyyəsinə vergi borcu olmaması barədə arayışı iddianın təmin olunması üçün deyil, təmin olunmaması üçün əsasdır. Belə ki, iddiaçının mülkiyyətində, istifadəsində və sahibliyində torpaq sahəsi olmadığı halda əmlaka dair vergi borcu yarana bilməz. Məhkəmə kollegiyasının istinad etdiyi digər sübut mübahisəli sahənin sovxoz tərəfindən ayrılan sahə olmasıdır. Bu arqument də əsassızdır. Əvvəla, ona görə ki, idddiaçının sovxozda işləməsinə dair sübut yoxdur. Digər tərəfdən, həmin ərazidəki qonşuluqda torpaq sahəsi verilmiş şəxslərin sovxozda işləməsinə dair sübut da yoxdur. Həmin ərazinin Xırdalan südçülük sovxozunun balansından çıxarılaraq Abşeron rayon X2 fəhlə və mütəxəssislərinə fərdi ev tikdirilməsi üçün ayrılmasına dair Abşeron rayon XDS Icraiyyə Komitəsinin ##.##.1990-cı il tarixli, *** nömrəli qərarı işin materiallarında mövcuddur. Hətta həmin ərazidən Abşeron rayon X2 işçisi Əlvan Rüstəmova 0,10 ha torpaq sahəsi verilməsinə dair arxiv arayışı da məhkəməyə təqdim olunub. Istinad olunan digər sübut qərarın 15-ci səhifəsinin 7-ci abzasında göstərilən müddəa ilə bağlıdır. Əvvəla, iş üzrə mütəxəssis rəyi alınmayıb və təbiidir ki, müzakirə də olunmayıb. Digər tərəfdən, mütəxəssis rəyinin nə vaxt, kim tərəfindən verilməsi qeyd olunmayıb. Torpaq sahələrinin üst-üstə düşməsi mübahisə edilmir. Mübahisə edilmir ona görə ki, iddiaçıya verilən yerquruluşu sənədi torpaq sahəsinin vaxtilə onun istifadəsində olan torpaq sahəsinə deyil, boş torpaq sahəsinə verilmişdir ki, həmin sahə bələdiyyə tərəfindən Üçüncü şəxs satılmışdır. Bu, həm də onunla sübut olunur ki, iddiaçıya 1996-cı ildə 0,10 ha torpaq sahəsi nəzərdə tutulmuşdur. Hazırda isə tələb olunan sahə 0,0424 ha-dır. Məhz bu hal bir daha onu göstərir ki, hazırda iddia edilən torpaq sahəsi heç vaxt iddiaçının istifadəsində olmamışdır və məhkəmə kollegiyasının gəldiyi nəticənin nə faktiki, nə də hüquqi əsası yoxdur.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Iddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

24. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. ...

25. “Bələdiyyələrin statusu haqqında haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 48. Bələdiyyə qərarlarının məcburiliyi

2. Bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz.

3. Bələdiyyənin öz səlahiyyətləri daxilində qəbul etdiyi qərarlar təşkilati-hüquqi formasından asılı olmayaraq, bələdiyyənin ərazisində yerləşən bütün hüquqi və fiziki şəxslər tərəfindən hökmən icra edilməlidir.

4. Bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. ...

26. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 4. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; ... Maddə 5. Bələdiyyə torpaqlarının idarə edilməsində bələdiyyələrlə müvafiq icra hakimiyyəti orqanları arasında münasibətlərin tənzimlənməsi ... 5.2. Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hüdudları, növləri və ölçüləri müəyyən edilən gündən “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin birinci hissəsi ilə bələdiyyə torpaqlarının idarə olunması sahəsində müvafiq icra hakimiyyəti orqanlarına verilmiş səlahiyyətlər həyata keçirilə bilməz. ... Maddə 6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. ... 6.6. Torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. 6.7. Bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir.Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər.

27. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri

1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.

2. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; yaşayış məntəqələrinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanması və həyata keçirilməsinin təşkil edilməsi; bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq sahələrinin icarəsinə görə haqq alınması; ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırılması; öz səlahiyyəti daxilində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiə edilməsi; bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramların hazırlanması və həyata keçirilməsi; hüquqi və fiziki şəxslərin mülkiyyətinə, və icarəsinə verilən (satılan) torpaq sahələrinin minimum həddinin müəyyən edilməsi; öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarından istifadə olunmasına və onların mühafizəsinə nəzarət edilməsi; öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələrin həll edilməsi; qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətlərin həyata keçirilməsi.

28. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Bələdiyyə torpaqları

1. Müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara daxildir: ümumi istifadədə olan torpaqlar; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar; ehtiyat fondu torpaqları.

2. Bələdiyyənin ehtiyat fondunun torpaqları qanunvericiliyə uyğun olaraq ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə verilə bilər. Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

29. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6. Dövlət torpaqları Dövlət mülkiyyətində aşağıdakı torpaqlar saxlanılır: 1) dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; 2) dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; 3) yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; 4) meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); 5) Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; 6) Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; 7) təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, istirahət, tarixi-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan ərazilərin torpaqları; 8) dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşınsınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; 9) dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmişmtorpaqlar; 10) dövlət ehtiyat fondu torpaqları. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Həmin torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. Dövlət torpaqlarının istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirir. Maddə 7. Bələdiyyə torpaqları

1. Müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara daxildir: ümumi istifadədə olan torpaqlar; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar; ehtiyat fondu torpaqları. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrin, meydanların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı, habelə əhalinin malqarası üçün örüş sahələri, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların və ümumi istifadədə olan digər obyektlərin yerləşdiyi torpaqlar aiddir. Fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlara onların daimi və ya müvəqqəti (qısamüddətli və uzunmüddətli) istifadəsində, eləcə də idarəsində istifadəsində olan bələdiyyə torpaqları daxildir. Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: Yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları.

3. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər.

30. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 65. Inzibati aktın etibarsız sayılması 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: ... 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; ... Maddə 21. Inzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. ... Maddə 64. Inzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. Inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. Inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. ... 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.

31. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

32. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

33. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

36. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

37. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə üçüncü şəxs Üçüncü şəxs ayrılmış 0,0424 ha torpaq sahəsinə dair cavabdehin ## ######## 2023-cü il tarixli iclasının ** saylı protokolunun ** saylı qərarının ləğv edilməsinə dair lazımi qaydada araşdırma aparmış, haqlı olaraq iddianın təmin edilməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.

38. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquqi mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir:

39. Hazırkı işin hallarından görünür ki, Xırdalan südçülük-tərəvəzçilik sovxozunun direktorunun ## ##### 1994-cü il tarixli əmri ilə iddiaçıya 0,10 ha torpaq sahəsi ayrılmış, iddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Abşeron Ərazi Idarəsinə qarşı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması tələbinə dair məhkəmədə iddia qaldırmış, Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, qərardan verilmiş apellyasiya şikayəti ilə əlaqədar inzibati iş apellyasiya məhkəməsinin icraatında olarkən, həmin torpaq sahəsinin 0,0424 ha hissəsinin üçüncü şəxs Üçüncü şəxs ayrılmasına dair cavabdeh tərəfindən ## ######## 2023-cü il tarixli (hazırda mübahisələndirilən) qərar qəbul edilmişdir.

40. Əvvəla, işdən görünür ki, sözügedən 0,0424 ha torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaqlara deyil, dövlət mülkiyyətində olan sovxoz torpaqlarına aid olmuşdur.

41. Belə ki, apellyasiya məhkəməsində icraat zamanı məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Abşeron Ərazi Idarəsinin ## ##### 2025-ci il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubundan görünür ki, Masazır Bələdiyyəsi tərəfindən təsdiqlənmiş yerquruluşu planından çıxarışda qeyd olunan döngə nöqtələrinin koordinatlarına əsasən torpaq sahəsi keçmiş Xırdalan südçülük-tərəvəzçilik sovxozunun sərhədlərinin hüdudları daxilində yerləşir.

42. Göründüyü kimi, həmin torpaq sahəsi 1994-cü ildən bəri bələdiyyə mülkiyyəti olmamış, həmin tarixdən hal-hazıradək sovxoz torpaqlarına aid dövlət mülkiyyətində olan torpaq sahəsi olmuşdur.

43. “Torpaq islahatı haqqında” Qanunun 7-ci maddəsinin yuxarıda sadalanan normalarının tələblərinə görə, dövlət mülkiyyətində olan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla, qalan torpaqlar - ümumi istifadədə olan torpaqlar; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar; ehtiyat fondu torpaqları bələdiyyə mülkiyyətinə verilir.

44. Bununla da, müəyyən edilir ki, mübahisələndirilən bələdiyyə qərarında göstərilən torpaq sahəsi bu qərarın qəbul edildiyi dövrdə və hal-hazırda bələdiyyə mülkiyyətinə aid deyil, dövlət mülkiyyətinə aid torpaq sahəsi olmuşdur. Odur ki, bələdiyyə tərəfindən həmin torpaq sahəsi barəsində sərəncam verilə bilməzdi.

45. Torpaq sahəsinin iddiaçıya ayrıldığı 1994-cü ildən onun və ailəsinin faktiki istifadəsində olması iş materiallarında olan, cavabdeh bələdiyyənin özü tərəfindən tərtib edilmiş yerquruluşu planından çıxarış, eləcə də, ##.##.2024-cü il tarixdə ünvan 1 ünvanında yaşayan qonşular tərəfindən tərtib olunmuş aktla da təsdiq edilmişdir.

46. Belə ki, sovxoz tərəfindən iddiaçıya ayrılmış həmin torpaq sahəsinin yerləşmə yeri və döngə nöqtələrinin koordinatları Masazır Bələdiyyəsinin yerquruluşu planından çıxarış sənədində də göstərilmiş, həmin sənəd bələdiyyənin sədri və Abşeron Rayon Icra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin müdiri tərəfindən təsdiq edilmişdir.

47. Yəni, göründüyü kimi, cavabdeh bələdiyyə həmin torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olduğunu qəbul edərək, bu torpağa dair iddiaçının adına texniki sənəd vermişdir.

48. Həmçinin, qonşular tərəfindən tərtib edilmiş aktdan da görünür ki, iddiaçı İddiaçı Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində 1996-cı il tarixdən, fərdi yaşayış evini təmirə dayandırdığı 2023-cü il tarixədək ailə büdcəsi hesabına inşa edib yaşadığı fərdi yaşayış evində onlarla birlikdə qonşuluqda yaşamışdır.

49. Habelə, iş materialları ilə müəyyən olunur ki, mübahisəli torpaq sahəsində yerləşən fərdi yaşayış evinə aid kommunal xidmətlər üzrə abonent qeydiyyatı iddiaçının adına aparılmış, müvafiq ödənişlər isə davamlı olaraq onun tərəfindən ödənilmişdir ki, bu hal da daşınmaz əmlakdan iddiaçı tərəfindən faktiki istifadə edilməsini təsdiq edir.

50. Bundan başqa, həmin qərar qəbul edilərkən bələdiyyə tərəfindən torpaq sahəsinin iddiaçı və onun ailə üzvlərinin faktiki istifadəsində olması, torpaq sahəsində iddiaçı tərəfindən fərdi yaşayış evi inşa edilərək orada ailə üzvlərilə birlikdə yaşamaları barədə hallara diqqət yetirilməmiş, torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilən torpaq sahəsinə yerində baxış keçirən zaman sadalanan hallar tam araşdırılmamış, torpaq sahəsindən faktiki istifadə edən şəxslərin dinlənilmə hüququ təmin edilməmiş, buna zərurət olmasına baxmayaraq onların maraqlı şəxs qismində icraata cəlb edilməsi məsələsi həll edilməmişdir.

51. Halbuki, “Inzibati icraat haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Inzibati icraatda dinlənilmə hüququ prosedur prinsip və təminat kimi müəyyən edilmişdir.

52. Göründüyü kimi, mübahisələndirilən bələdiyyə qərarı həm torpaq, həm də inzibati icraat haqqında qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmişdir.

53. “Inzibati icraat haqqında” Qanunun 67.1-ci və 67.2-ci maddələrinin tələblərindən göründüyü kimi, icraat haqqında qanunvericiliyin tələblərinə riayət edilməməsi ilə aparılmış inzibati icraatın nəticəsində qəbul edilmiş inzibati akt qanunsuzdur və müvafiq olaraq bu inzibati akt, həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

54. Inzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinin tələbinə əsasən, inzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda məhkəmə həmin inzibati aktın ləğv edilməsi barədə qərar qəbul edir.

55. Kollegiya qeyd edir ki, hazırkı halda inzibati icraatın yuxarıda qeyd edilən pozuntularla aparılması qərarın qəbuluna birbaşa təsir etmişdir.

56. Üçüncü şəxs iddiaçıya torpaq sahəsinin ayrılmasına dair həmin hüquqmüəyyənedici sənədlə bağlı kassasiya şikayətinin 1-ci dəlilində qeyd etmişdir ki, iddiaçının istinad etdiyi ##.##.1996-cı il tarixli, ** nömrəli sərəncamda torpaq sahəsinin ölçüsü və yerləşmə yeri göstərilməmiş, arxiv arayışında isə sahənin 0,10 ha olduğu qeyd edilmişdir. Iddiaçının faktiki istifadəsində olan sahə isə 0,0491 ha təşkil edir. Iddiaçı bu fərqin səbəbini izah edə bilməmişdir.

57. Kollegiya şikayətin bu dəlilini əsassız sayaraq bildirir ki, Abşeron Rayon Icra Hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəliyinin ## ###### 1996-cı il tarixli, ** nömrəli sərəncamının iş materiallarında olan (1-ci cild, səhifə 106) arxiv çıxarışından göründüyü kimi, hərəyə 0,10 sot olmaqla, iddiaçı da daxil olmaqla, müvafiq vətəndaşlara Xırdalan südçülük-tərəvəzçilik sovxozunun direktorunun ## ##### 1994-cü il tarixli, ** nömrəli məktubu ilə həyətyanı torpaq sahələrinin ayrılması qərara alınmışdır.

58. Iddiaçı bununla bağlı birinci instansiya məhkəməsində icraat zamanı izahatında (1ci cild, səhifə 118) ona ayrılmış 0,10 ha torpaq sahəsinin aralarında olmuş şifahi razılaşmaya əsasən, hərəsinə 0,05 ha olmaqla, qardaşı Nümayəndə ilə bölündüyünü bildirmişdir.

59. Işdən görünür ki, həmin şifahi bölgüdən sonra iddiaçıya 0,0491 ha torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinin yerləşmə yeri və döngə nöqtələrinin koordinatları yuxarıda qeyd edildiyi kimi, Masazır Bələdiyyəsinin yerquruluşu planından çıxarış sənədində də göstərilmişdir.

60. Göründüyü kimi, iddiaçıya 1994-cü ildə 0,10 ha torpaq sahəsi ayrılmış, daha sonra həmin sahə şifahi qaydada razılaşmaya əsasən onunla qardaşı arasında bölünmüşdür və iddiaçının faktiki istifadəsində olan sahə 0,0491 ha təşkil edir.

61. Üçüncü şəxs kassasiya şikayətinin növbəti dəlilində, iddiaçı tərəfindən Xırdalan südçülük-tərəvəzçilik sovxozunda işləməsinə dair məhkəməyə sübut təqdim edilmədiyini bildirmişdir.

62. Kollegiya hesab edir ki, şikayətin bu dəlili də özü-özlüyündə əsassızdır.

63. Belə ki, iddiaçının tələbinin əsası kimi təqdim etdiyi hüquqmüəyyənedici sənəd Xırdalan südçülük-tərəvəzçilik sovxozunun direktorunun əmridir, hansı ki, həmin sənədin arxiv nüsxəsi də mövcud olmaqla, Xaçmaz Rayon Dövlət Arxivi tərəfindən məhkəməyə təqdim edilmişdir. Qeyd olunan sənədin mötəbərliyinə hər hansı əsaslı şübhələr müəyyən edilmir.

64. Daha sonra üçüncü şəxs kassasiya şikayətinin 2-ci dəlilində bələdiyyə qərarı ilə ona ayrılmış 0,0424 ha torpaq sahəsi ilə sovxoz tərəfindən iddiaçıya ayrılmış torpaq sahəsinin eyni torpaqlar olduğuna dair iş üzrə mütəxəssis və ya ekspert rəyinin alınmadığını, bu baxımdan, bu faktın aydın olmadığını bildirmişdir.

65. Kollegiya şikayətin bu dəlilini də əsassız sayaraq bildirir ki, həmin torpaq sahələrinin eyniliyi iş materiallarında olan sübutlara əsasən təkzibedilməz şəkildə aydındır.

66. Belə ki, yuxarıda qeyd olunduğu kimi, sovxoz tərəfindən iddiaçıya ayrılmış torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olan sahəsi 0,0491 ha təşkil edir. Üçüncü şəxsə torpaq sahəsi ayrılmasına dair cavabdeh tərəfindən ## ######## 2023-cü il tarixli qərarın qəbul edilməsi prosedurunun gedişində reyestr orqanı tərəfindən tərtib edilmiş torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, ayrılması nəzərdə tutulan 0,0424 ha torpaq sahəsi, faktiki olaraq 0,0490 ha təşkil edir.

67. Göründüyü kimi, hər iki torpaq sahəsinin eyniliyi müayinə aktından müəyyən edilir.

68. Torpaq sahəsinin iddiaçıya təhvil verilməsinə dair sübutun, ayrıc aktının mövcud olmadığı, torpaq sahəsinin koordinatlarının bəlli olmadığı ilə üçüncü şəxsin kassasiya şikayətinin növbəti dəlilinə münasibətdə isə kollegiya bildirir ki, işin yuxarıda sadalanan hallarından görüdüyü kimi, iddiaçıya ayrılmış torpaq sahəsinin yeri və döngə nöqtələrinin koordinatları qeyd olunan sənəd (yerquruluşu planından çıxarış) məhz cavabdeh bələdiyyənin özü tərəfindən tərtib edilmiş, daha sonra bələdiyyə heç bir inzibati icraat aparmadan həmin sənədin etibarsız hesab edilməsi barədə qərar qəbul etmişdir.

69. Belə olan halda, kollegiya hesab edir ki, üçüncü şəxs inzibati icraat haqqında qanunvericiliyin tələbi pozulmaqla aparılmış inzibati icraatın nəticəsinə istinad etməklə, torpaq sahəsinə dair texniki sənədin olmamasını iddia etdiyindən, onun bu dəlili də əsassızdır.

70. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

71. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar