Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-3604/2025 13.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddia tələbinin mümkünsüzlüyü; hüquqmüəyyənedici sənədlər mübahisələndirilmədən asılı tələbə baxıla bilməməsi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsinə (üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs) qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları
1. İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsinə (üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayonu Amsar kəndində iddiaçının faktiki ərazisində yerləşən, sahibliyində və istifadəsində olan 0.92 ha torpaq sahəsinə dair X2 verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışın verilməsi ilə bağlı cavabdehin əməkdaşlarının hərəkətlərini qanunsuz hesab etməklə həmin torpaq sahəsi üzərində onun adına qeydiyyata alınmış mülkiyyət hüququnun və müvafiq çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı (hakim İ.Burcayev) ilə iddia təmin edilməmişdir.
3. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı (hakimlər İ.Quliyev – məruzəçi, V.Əzizova və G.Cabbarova) ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
5. Apellyasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, torpaq sahəsinin iddiaçının istifadəsində olması işin mübahisəsiz halıdır. Torpaq sahəsindən faktiki istifadə həmin torpaq sahəsi üzərində üçüncü şəxsin qeydə alınmış mülkiyyət hüququnun mübahisələndirilməsi üçün yetərli deyil. Bu zaman torpaq sahəsi üzərində hüquqların yaranması əsasları ilə bağlı sübutlar da məhkəməyə təqdim edilməlidir. İddiaçı mübahisəli torpaq sahəsinin üçüncü şəxsdən əvvəl satın alındığını qeyd etsə də, bununla bağlı hər hansı bir sənəd məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, mübahisəli torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olması onun hazırkı iddianı qaldırmaqda subyektiv hüququnun olması kimi qiymətləndirilsə belə, hazırkı iddia digər əsaslarla da mümkün hesab edilə bilməz. Üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs həmin torpaq sahəsi üzərində hüquqları alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. İddiaçının subyektiv hüququ olduğu halda, üçüncü şəxsə aid olan mülkiyyət hüququnu mübahisələndirə bilməsi üçün, əvvəlcə həmin hüququn əldə edilməsinin ilkin əsaslarını mübahisələndirməlidir. Konkret olaraq iddiaçı tərəfindən subyektiv hüququnun yaranması əsasları təqdim edildiyi və mübahisəli torpaq sahəsinin üçüncü şəxsdən əvvəl əldə edildiyi iddia edildiyi halda, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli qərarının 17-ci bəndində qeyd edilən tələblərə uyğun olaraq, mülki məhkəmə icraatı qaydasında üçüncü şəxsin torpaq sahəsi ilə bağlı alqı satqı aktı və onun əsasında aparılmış qeydiyyat mübahisələndirilə bilər.
6. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işin apellyasiya instansiyası məhkəməsində yenidən mahiyyəti üzrə baxılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
7. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
8. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
9. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
10. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, tələblərin bir-biri ilə əlaqəsi, bir-birindən asılılığı, həll edilməsinin xronoloji ardıcıllığı və mərhələliyi baxımından əsas tələbə qiymət verilmədən asılı tələbə baxıla bilməz (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli *-*(***)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarları, ##.##.2024-cü il tarixli *- *(***)-****/**** nömrəli qərardadı).
11. İş materiallarından görünür ki, mübahisələndirilən torpaq sahəsi ilkin olaraq Quba rayon Aqrar İslahat Komissiyasının ##.##.1997-ci il tarixli ** nömrəli qərarı ilə X1 və ailə üzvlərinə ayrılmış, həmin torpaq sahəsinə dair ##.##.1998-ci il tarixdə JN 122 KOD ******** nömrəli Dövlət aktı tərtib edilmişdir. ##.##.2005-ci il tarixli alqı-satqı müqaviləsi ilə X1 və ailə üzvləri həmin torpaq sahəsini X3, sonuncunun mülkiyyət hüququ ilkin olaraq ##.##.2009-cu il tarixdə 2809001381 qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. X3 isə həmin torpaq sahəsini ##.##.2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında hazırkı iş üzrə üçüncü şəxsə satmış və sonuncunun mülkiyyət hüquqları ##.##.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır.
12. Nəzərə almaq lazımdır ki, cavabdeh tərəfindən qeydiyyat hüquqmüəyyənedici sənədlər əsasında aparılır və qeydiyyatın əsasında duran hüquqmüəyyənedici sənədlər qanunla müəyyən olunmuş qaydada ləğv edilmədiyi, yaxud hər hansı digər səbəbə görə qüvvədən düşmədiyi halda, hüquqi cəhətdən etibarlı sayılır. Bu mənada, hüquqmüəyyənedici sənədin qüvvədə qaldığı müddət ərzində onun əsasında əldə edilmiş hüquq və həmin hüququn reyestrdə aparılmış qeydiyyatı da hüquqi cəhətdən mötəbər hesab olunur. İddiaçı çatmaq istədiyi məqsədə həmin hüquqmüəyyənedici sənədin mübahisələndirilməsinə dair iddianın uğurlu olması ilə nail ola bilərdi (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarları).
13. Beləliklə, mübahisəli məsələyə münasibətdə vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən iddiaçı üçün əlçatan və bəlli olmuşdur.
14. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur.
15. Bundan başqa, hazırkı iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən edilmir.
16. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadından iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.