Məhkəmə qərarları › İş №2-1(102)-3608/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-3608/2025

13.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-3608/2025 13.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: xüsusi mürəkkəb xidmət şəraitinə görə pul əlavəsinin verilməsi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “xidmət etdiyi ##.##.2011-ci il tarixdən ##.##.2015-ci il tarixədək olan dövr üçün yüksəkliyə görə pul əlavəsinin ümumilikdə 53 (əlli üç) ay və 2011, 2013-2018-ci illərdə ümumilikdə 105 (yüz beş) gün olmaqla istifadə etmədiyi əlavə məzuniyyətə görə pul kompensasiyasının (hal-hazırkı vəzifə və rütbə maaşının məbləğləri nəzərə alınmaqla) hesablanaraq birdəfəlik ödənilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları

1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xidmət etdiyi dövr ərzində N №-li hərbi hissənin 3-cü (Laza) sərhəd zastavasının rəisi vəzifəsində və N №-li hərbi hissənin 6-cı (Filfili) sərhəd zastavasının rəis müavini vəzifəsində olduğu müddət (2009-2015-ci illər) ümumilikdə 68 ay iddiaçıya qanunla müəyyən olunmuş yüksəkliyə, xüsusi mürəkkəb xidmət şəraitinə görə pul əlavəsinin və istifadə edilməmiş əlavə məzuniyyətə görə pul kompensasiyasının (hal-hazırkı vəzifə və rütbə maaşı nəzərə alınmaqla) hesablanaraq ödənilməsi üçün cavabdehə həvalə edilməsi haqqında qərar çıxarılması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin ## #### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir.

3. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək ##.##.2011-ci il tarixindən-##.##.2015-ci il tarixədək olan dövr üçün yüksəkliyə görə pul əlavəsinin ümumilikdə 53 (əlli üç) ay və 2011, 2013-2018-ci illərdə ümumilikdə 105 (yüz beş) gün olmaqla istifadə etmədiyi əlavə məzuniyyətə görə pul kompensasiyasının (hal-hazırkı vəzifə və rütbə maaşının məbləğləri nəzərə alınmaqla) hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Şəki İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı (hakim F.Hacızadə) ilə iddia qismən təmin edilmiş, iddiaçı İddiaçı 2011, 2013-2018ci illərdə istifadə etmədiyi əlavə məzuniyyətə görə pul kompensasiyasının (müraciət etdiyi vaxtdakı vəzifə və rütbə maaşı nəzərə alınmaqla) ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.

5. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və həmin hissədə iddianın təmin edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.

6. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı (hakimlər T.Həsənov – məruzəçi, R.Rəfiyev və T.Musayev) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı “iddia tələbinin təmin edilməyən hissəsində” dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

7. Apellyasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddia olunan əlavənin DSX-nin hərbi qulluqçularına ödənilməsi ilə bağlı məsələ Dövlət Sərhəd Xidməti rəisinin ## #### 2018-ci il tarixli, **** nömrəli əmri ilə təsdiq edilmiş “DSX-nin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə” əsasında həll edilmişdir. Qeyd edilən pul əlavəsi Əsasnamənin qüvvəyə mindiyi tarixdən sonra hərbi qulluqçulara ödənilməsinə başlanılmışdır. Əsasnamədə sözügedən əlavələrin əvvəlki dövrlər üzrə xüsusi xidmət şəraitində qulluq etmiş şəxslərə (Əsasnamə qüvvəyə mindiyi tarixədək xidmət etmiş şəxslərə münasibətdə) ödənilməsini nəzərdə tutan, yəni onun retrospektiv qaydada tətbiqini nəzərdə tutan müddəalar yoxdur. Beləliklə, iddiaçı Əsasnaməyə istinadla sözügedən əlavələrin ödənilməsini tələb etmək hüququna malik deyildir. İddiaçının tələb etdiyi (##.##.2011-ci il tarixindən ##.##.2015-ci il tarixədək) dövr üçün yüksəkliyə görə aylıq pul əlavəsinin ödənilməsi nəzərdə tutulmamışdır.

8. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməyən hissəsində yeni qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

9. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

10. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

11. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

12. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Cavabdeh rəisinin ## #### 2018-ci il tarixli, **** nömrəli əmri ilə təsdiq edilmiş “DSX-nin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin qəbulu ilə hərbi qulluqçulara xüsusi xidmət şəraitinə görə verilməyə başlanılan pul əlavəsi hərbi qulluqçuların qanunvericiliklə müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etmədiyinə və həmin hüquq və azadlıqlar olduğu kimi qaldığına görə, həmin əlavələrin alınmağa başlanılması hərbi qulluqçuların Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsində təsbit olunmuş “hüquqi vəziyyətini yaxşılaşdıran” hal kimi qəbul oluna bilməz. Müvafiq olaraq Konstitusiyanın 149-cu maddəsinin VII hissəsinə istinadla iddia təmin edilə bilməz (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli üç ulduzlu qərarı, ##.##.2025ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı).

13. Beləliklə, mübahisəli məsələyə münasibətdə vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən iddiaçı üçün əlçatan və bəlli olmuşdur.

14. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur.

15. Bundan başqa, hazırkı iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən edilmir.

16. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar