Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-361/2020 22.01.2020 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar söz: torpaq sahəsinə dair plan və ölçünün tərtib edilməsi, torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçının vəkili iştirakı ilə, Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torp aq sahəsinə dair plan-ölçünün tərtib edilərək daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1941/19 saylı, 20 avqust 2019-cu il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 22 yanvar 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Ünvanda Binəqədi qəsəbə Bələdiyyəsinin *** saylı 30.10.2007-ci il tarixli sərəncamı ilə qəsəbəsinin ərazi hüdudları daxilində qəsəbə ərazisindən 5000 kv.m boş torpaq sahəsi sahibkarlıq fəaliyyəti tikintisi üçün vətəndaş iddiaçı alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır. Hazırkı iş üzrə iddiaçı 13.05.2014-cü il tarixdə Binəqədi qəsəbə Bələdiyyəsinə müraciət edərək, Binəqədi qəsəbə Bələdiyyəsinin *** saylı 13 sentyabr 2012-ci il tarixli qərarına əsasən Iddiaçı fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə verilmiş torpaq sahəsinin 450 kv.m-ni aralarında olan qarşılıqlı razılaşmaya əsasən uzun müddət ərzində özünün faktiki istifadəsində olmasını nəzərə almaqla sözügedən torpaq sahəsinin onun adına sənədləşdirilməsini xahiş etmiş, bələdiyyə orqanı torpaq sahələrinin icarəyə və ya mülkiyyətə verilməsi ilə bağlı qərar qəbul olunmadığını əsas gətirməklə müraciətin təminindən imtina etmiş, bələdiyyənin imtina cavabı ilə razılaşmayan iddiaçı məhkəməyə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3149/2014 saylı, 10 iyul 2014-cü il tarixli qərarı ilə Binəqədi qəsəbə Bələdiyyəsinin *** saylı 13.09.2012-ci il tarixli qərarı nda dəyişiklik edilərək 1830 kv.m torpaq sahəsinin 450 kv.m hissəsinin Iddiaçı adına rəsmiləşdirilməsi vəzifəsi Binəqədi qəsəbə Bələdiyyəsinə həvalə edilmişdir. Binəqədi Qəsəbə Bələdiyyəsinin ** saylı, 29.08.2014-cü il tarixli Qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3149/2014 saylı, 10 iyul 2014-cü il tarixli Qərarının icrası ilə əlaqədar Binəqədi Qəsəbə Bələdiyyəsinin ***saylı, 13 sentyabr 2012-ci il tarixli Qərarı ilə Iddiaçı ayrılmış 1830 kv.m torpaq sahəsinin 450 kv.m-i Iddiaçı adına rəsmiləşdirilmiş, Binəqədi Qəsəbə Bələdiyyəsinin ***saylı, 13 sentyabr 2012-ci il tarixli qərarı qüvvədən düşmüş hesab edilmiş, Binəqədi qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsinin alqı-satqısı üçün *** saylı, 2008-ci ilin avqust ayında verilmiş kassa mədaxil orderinin qəbzinə əsa sən bələdiyyə büdcəsinə ödənilmiş cəmi 2200 AZN manat pul vəsaitinin 544 AZN hissəsi X, yerdə qalan 1656 AZN hissəsi isə X1 adına hesab edilmişdir. İddiaçı Ünvanda Binəqədi qəsəbəsi ərazisində faktiki cavabdehə müraciət etmişdir. istifadəsində olan ümumi sahəsi 450 kv.m olan torpaq sahəsinə dair plan-ölçünün və çıxarışın verilməsi ilə bağlı Cavabdeh iddiaçıya ünvanladığı ****** nömrəli, 07.03.2018-ci il tarixli və ****** nömrəli, 23.04.2018-ci il tarixli məktublarla iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş sənədlərin kserosürət olduğunu, hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyi, bundan əlavə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3149/2014 saylı, 10 iyul 2014-cü il tarixli qərarı ilə onun üzərinə hər hansı öhdəlik qoyulmadığını əsas əsas gətirilərək müraciətlərin təminindən imtina etmişdir. İddiaçı 30 may 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ünvan ərazisində faktiki istifadəsində olan ümumi sahəsi 450 kv.m olan və torpaq sahəsinə dair plan və ölçünün tərtib edilərək, həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək Ünvan ərazisində iddiaçının faktiki istifadəsində olan ümumi sahəsi 450 kv.m olan torpaq sahəsinə plan və ölçünün tərtib edilərək, həmin torpaq sahəsinə dair iddiaçının adına mülkiyyət hüqu qlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi qanuni qüvvədə olan məhkəmə qərarının icrası qaydasında iddiaçının adına rəsmiləşdirilmişdir. Odur ki, işin bu cür halında iddiaçı göstərilən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində adına qeydə alınmasını tələb etməkdə haqlıdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1 (103)- 274/19 saylı, 10 yanvar 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Ali Məhkəməni n İnzibati-İqtisadi kollegiyasının 2-1(102)-1480/2019 saylı, 30.05.2019-cu il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-274/19 saylı 10 yanvar 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyasına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1941/2019 saylı 20.08.2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli, 2-1(81)-2958/2018 saylı qərarı ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişd ir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə bələdiyyə tərəfindən Iddiaçı torpaq sahəsi 30.10.2017-ci il tarixdə deyil, 30.10.2007-ci il tarixdə bələdiyyənin ***saylı sərəncamına əsasən ayrılmışdır. Ayrılan torpaq sahəsi isə qanunvericiliyin tələblərinə uyğun ayrılmışdır. Belə ki, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” 29.06.2001-ci il tarixli qanunun məqsədi bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətlərini nəzərə almaqla mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydalarını, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətlərini tənzimləməkdir. Məhkəmə öz əsaslandırmasında qeyd edilən qanunun yeni redaksiyasına əsaslanır. Halbuki, Iddiaçı torpaq sahəsi 2007-ci ilin 30 oktyabrında ayrıldığı halda məhkəmənin əsaslandığı maddənin y eni redaksiyası 2008-ci il tarixli olmuşdur. Qeyd edilən qanunun keçmiş, mətnində qeyd edilirdi (yəni iddiaçı mülkiyyətinə torpağın ayrılması zamanı qüvvədə olan mətnində): Maddə 6.5. ilk redaksiya "torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyənin qərarı ilə sahənin xüsusiyyətinə və torpaq ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaq ayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Milli Məclis tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Həmin Qanunun 6.2-ci maddəsində qeyd edilir ki, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilm əsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Göründüyü kimi, bələdiyyənin Iddiaçı ***saylı 30.10.2007ci il tarixli sərəncamla ayırmış olduğu 5000 kv.m torpaq sahəsinin ayrılma əsasları qanunidir. Ona görə də məhkəmənin "mübahisəli torpaq sahəsi mövcud qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmiş bələdiyyə qərarlarına əsaslandığından həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranması mümkün deyildir” redaksiyasında olan əsaslandırmasının qanuni və hüquqi əsası mövcud deyildir. Iddiaçı həmi n torpaq sahəsi mülkiyyət hüququ ilə verilmişdir. Iddiaçıın da bir mülkiyyətçi kimi öz əmlakından istədiyi kimi istifadə etmək, sahiblik hüququ olmuşdur. Iddiaçıın Iddiaçı a 450 kv.m torpaq sahəsini verməsi zamanı isə bələdiyyə iddiaçı bu hüquqdan məhrum etmişdir, çünki artıq həmin dövrdə torpaq sahələrinin hərrac və müsabiqə vasitəsilə verilməsi nəzərdə tuturdu. Bələdiyyə torpaqlarının idarə edilməsi ilə Mülki Məcəllə arasında yaranmış bu ziddiyyətin həlli yolu isə yalnız məhkəmədən keçməli idi ki, bu da 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsi tərəfindən verilmiş 2-1(81)-3149/2014 saylı 10.07.2014-cü il tarixli qərar vasitəsilə öz həllini tapmışdır. Belə ki, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 27-ci maddəsində mübahisələrin həlli məsələsi qeyd edilmişdir, həmin madd ənin 27.2-ci bəndinə görə Bələdiyyə torpaqlarının idarə edilməsi ilə bağlı, habelə bələdiyyələr ilə torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir. Beləliklə, adı çəkilən qanun özü icazə verir və birbaşa ifadə edir ki, bələdiyyələrlə torpaq mülkiyyətçiləri arasında olan mübahisələr məhkəmə vasitəsilə həll edilə bilər. Məhz məhkəmə qərarı nəticəsində bələdiyyə tərəfindən iddiaçı razılığı da daxil olmaqla hazırkı iddiaçıya müvafiq torpaq sahəsinin ayrılması barədə qərar qəbul edilmişdir. Kassator İPM-nin 91, 92-ci maddələrinə, Torpaq Məcəlləsinin 55-ci maddəsinə, MM-nin 139.1, 139.3,178.1-ci maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası nın 2-1(103)-1941/2019 saylı 20.08.2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1941/2019 saylı 20 avqust 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşin apel lyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, Ünvanda Binəqədi qəsəbə Bələdiyyəsinin ***saylı 30.10.2007-ci il tarixli sərəncamı ilə ərazi hüdudları daxilində ərazisindən 5000 kv.m boş torpaq sahəsi sahibkarlıq fəaliyyəti tikintisi üçün vətəndaş Iddiaçınun alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır. İddiaçı 13.05.2014-cü il tarixdə Binəqədi qəsəbə Bələdiyyəsinə müraciət edərək, Binəqədi qəsəbə Bələdiyyəsinin ***saylı 13 sentyabr 2012-ci il tarixli qərarına əsasən Iddiaçı fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə verilmiş torpaq sahəsinin 450 kv.m-ni aralarında olan qarşılıqlı razılaşmaya əsasən uzun müddət ərzində özünün faktiki istifadəsində olmasını nəzərə almaqla sözügedən torpaq sahəsinin onun adına sənədləşdirilməsini xahiş etmiş, bələdiyyə orqanı torpaq sahələrinin icarəyə və ya mülkiyyətə verilməsi ilə bağlı qərar qəbul olunmadığını əsas gətirməklə müraciətin təminindən imtina etmiş, bələdiyyənin imtina cavabı ilə razılaşmayan iddiaçı məhkəməyə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3149/2014 saylı, 10 iyul 2014-cü il tarixli qərarı ilə Binəqədi qəsəbə Bələdiyyəsinin ***saylı 13.09.2012-ci il tarixli qərarında dəyişiklik edilərək 1830 kv.m torpaq sahəsinin 450 kv.m hissəsinin Iddiaçı adına rəsmiləşdirilməsi vəzifəsi Binəqədi qəsəbə Bələdiyyəsinə həvalə edilmişdir. Binəqədi Qəsəbə Bələdiyyəsinin **saylı, 29.08.2014-cü il tarixli Qərarı ilə 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(81)-3149/2014 saylı, 10 iyul 2014-cü il tarixli Qərarının icrası ilə əlaqədar Binəqədi Qəsəbə Bələ diyyəsinin ***saylı, 13 sentyabr 2012-ci il tarixli Qərarı ilə Iddiaçı ayrılmış 1830 kv.m torpaq sahəsinin 450 kv.m-i Iddiaçı adına rəsmiləşdirilmiş, Binəqədi Qəsəbə Bələdiyyəsinin ***saylı, 13 sentyabr 2012-ci il tarixli qərarı qüvvədən düşmüş hesab edilmiş, Binəqədi qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsinin alqısatqısı üçün *** saylı, 2008-ci ilin avqust ayında verilmiş kassa mədaxil orderinin qəbzinə əsasən bələdiyyə büdcəsinə ödənilmiş cəmi 2200 AZN manat pul vəsaitinin 544 AZN hissəsi X, yerdə qalan 1656 AZN hissəsi isə X1 adına hesab edilmişdir. Bundan sonra iddiaçı həmin torpaq sahəsinə hüququnun qeydə alınması üçün cavabdehə müraciət etmiş, cavabdeh qanuni qüvvədə olan məhkəmə qərarı ilə onun üzərinə vəzifə qoyulmadığını, torpaq sahəsinin bələdiyyə tərəfindən qanunvericiliyə uyğun olaraq hərrac və ya müsabiqə yolu ilə satılmadığını bildirib hüququn qeydə alınmasından imtina etmişdir. Hazırkı iş üzrə qəbul edilmiş Ali Məhkəmənin İnzibati-İqtisadi kollegiyasının 2-1 (102)-1480/2019 saylı, 30.05.2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi Binəqədi Qəsəbə Bələdiyyəsinin qəbul etdiyi 29 avqust 2014-cü il tarixli qərarının qanunla müəyyən edilmiş qaydada qəbul edilməsini, yəni qanuni qüvvəyə minmiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 iyul 2014-cü il tarixli qərarına uyğun qəbul edilməsini araşdırmamışdır. Bu hal işin düzgün həlli üçün əhəmiyyət daşıyır. İşə baxan apellyasiya instansiya məhkəməsi isə qeyd etmişdir ki, 30.10.2017-ci il tarixdə Iddiaçı sahibkarlıq faəliyyəti tikintisi üçün 5000 kv.m torpaq sahəsinin ay rılması, eləcə də ilkin bələdiyyə qərarından sonra həmin torpaq sahəsinin ayrı-ayrı vətəndaşlara fərdi yaşayış evinin tikintisi üçün ayrılması Bələdiyyə torpaqlarının ayrılması haqqında qanunvericiliyin tələblərinə zidd olaraq hərracdan (müsabiqədən) kənar ayrılmış, torpaq sahəsinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alınmamışdır. Mübahisəli torpaq sahəsi mövcud qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmiş bələdiyyə qərarlarına əsaslandığından həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranması mümkün deyildir. Ali Məhkəmənin qərarında qeyd edilənlərə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin qanuni qüvvəsini almış 10.07.2 014-cü il tarixli qərarı da hazırki tələb üzrə iddiaçının sözügedən torpaq sahəsinə mülkiyyət hüququna əsas verən sənəd hesab edilmir. Belə ki, mübahisəli torpaq sahəsi yuxarıda qeyd edilən bələdiyyə torpaqlarının ayrılması haqqında qanunvericliyin tələblərinə zidd olaraq ayrıldığından həmin torpaq sahəsinin sonradan addan-ada keçirilməsi barədə qərar hazırki halda sözügedən torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına əsas vermir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təqdim etdiyi sənədlər sırasında iddia olunan torpaq sahəsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı və bələdiyyə aktı mövcuddur. İddiaçının bələdiyyə aktında qeyd edilən 450 kv.m torpaq sahəsi nə hüququ 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 iyul 2014-cü il tarixli qərarı ilə tanınmışdır. Cavabdeh imtinanın əsası kimi qeyd etmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 iyul 2014-cü il tarixli qərarı üzrə onun üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.4-cü maddələrinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri də qanuni qüvvəyə minmiş məhkəmə qərarlarıdır. İstinad edilən norma qanuni qüvvəyə minmiş məhkəmə qərarlarında inzibati orqanın üzərinə hər hansı öhdəliyin qoyulmasını və ya həmin inzibati orqanın məhkəmə icraatının iştirakçısı olmasını şərt kimi t əsbit etmir. Yetər ki, həmin məhkəmə qərarında şəxsin iddia etdiyi daşınmaz əmlak üzərində hüququn məhz həmin şəxsə məxsus olduğu təsdiq edilsin. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 14.2.3-cü maddələrinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktlarıdır. Daşınmaz əmlakın dövlət reyestrində də məhz Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq əldə edilmiş hüquqlar qeydə alınmalıdır. Cavabdehin bu hüququ qeydə almaq öhdəliyi isə məhkəmə qərarından deyil, bilavasitə qanundan irəli gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada...bələdiyyə orqanları tərəfindən müvafiq olaraq...bələdiyyələrə məxsus olan da şınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə...dair qəbul edilmiş aktlar daşınmaz əmlak üzərində hüququn əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, 450 kv.m torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsi barədə bələdiyyə qərarı qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında qəbul edildiyindən bələdiyyə torpaqlarının alınması haqqında qanunvericiliyin tələblərinə zidd olaraq hərracdan (müsabiqədən) kənar ayrılması, torpaq sahəsinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, habelə yer quruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınmamasına dair cavabdehin və apellyasiya məhkəməsinin qənaəti əsaslı sayıla bilməz. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələ binə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İP M-nin 96.5-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı Iddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1941/2019 saylı 20 avqust 2019-cu il tarixli qərarı ləğv edilsin. Iddia tələbi təmin edilsin. Ünvan ərazisində iddiaçının faktiki istifadəsində olan ümumi sahəsi 450 kv.m olan torpaq sahəsinə plan və ölçünün tərtib edilərək, həmin torpaq sahəsinə dair iddiaçının adına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilsin
Məhkəmə qərarları › İş №2-1(102)-361/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-361/2020
22.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver