Məhkəmə qərarları › İş №2-1(102)-361/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-361/2021

17.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-361/2021 17.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adının və vəsiqəsinin verilməsi, hərbi xidmət keçmənin hərbi biletlə yanaşı hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə təsbiq olunması, qanuni əsaslarla tərxis olunma ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil və cavabdehin vəkili Səfərov Fəxrəddi n Heydər oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-426/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx.xx.2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının hərbi biletində onun xx xxxx 1992-cü il tarixdən xx xxxxxxxx 1992-ci ilədək N saylı hərbi hissədə xidmət etməsi və Dağlıq Qarabağda gedən döyüşlərdə iştirak etdiyi göstərilmişdir.

2. İddiaçı müharibə iştirakçısı kimi ona “Müharibə veteranı” adının verilməsi üçün Müdafiə Nazirliyinin aparat ı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya ərizə ilə müraciət etmişdir.

3. Komissiya iddiaçının tələbini təmin etməmiş və bildirmişdir ki, Mərkəzi arxivin xx.xx.2018-ci il tarixli 9/2-11311 nömrəli arayışına əsasən N nömrəli hərbi hissədə (xx.xx.1992-ci il) xidməti təsdiqlənmədiyindən “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı 2019-cu il 06 sentyabr tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “Müharibə veteranı” adının və müvafiq vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1959-cu ildə Tovuz rayonun Çeşməli kəndində anadan olmuş, xx xxxx 1978-ci il tarixdən xx xxxx 1980-cı il tarixə kimi SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. xx xxxx 1992-ci il tarixdən xx xxxxxxxx 1992-ci ilədək Kəlbəcər rayonunda yerləşən N saylı hərbi hissənin tərkibində Ağdərə rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Bu fakt onun hərbi biletində hərbi hissənin möhürü ilə də təsdiq olunur. Uzun illərdən sonra “Müharibə veteranı” adı almaq üçün Müdafiə Nazirliyinə müraciət etsə də, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin N-8719/2 saylı, xx.xx.2018-ci il tarixli məktubu ilə ona müharibə veteranı və vəsiqəsinin verilməsindən imtina edilmiş və sənədlər geri qaytarılmışdır. Ona cavab olaraq bildirilmişdir ki, Mərkəzi arxivin xx.xx.2018-ci il tarixli 9/2-11311 nömrəli arayışına əsasən N nömrəli hərbi hissədə (xx.xx.199 2-ci il) xidmət təsdiqlənmədiyindən “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyil. Tərxis olunduqdan sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyindən N saylı hərbi hissə komandiri tərəfindən xx.xx.1992-ci il tarixdən hərbi qulluqda olmağı barədə xx.xx.1992-ci il tarixli arayış da verilmişdir. Bundan əlavə, onun Kəlbəcər rayonu N saylı hərbi hissədə xidmət etdiyi zaman Ağdərə rayonunda gedən döyüşlərdə Ağdaban, Umudlu, Aterk, Artun Aqamer və Verxnortak kəndlərində döyüş əməliyyatlarında iştirak etmiş döyüş yoldaşları onun döyüşdə olmağı faktını təsdiq edə bilər. Həmçinin döyüşdə olması faktını onlarla bir yerdə çəkilmiş fotoşəkillər də təsdiq edir.

6. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-647/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə (hakim C.Məmmədov) id dianın rədd edilməsi qərara alınmışdır.

7. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iş materiallarında olan sənədlərdə iddiaçının N saylı hərbi hissənin tərkibində döyüş bölgəsində olması və döyüş əməliyyatlarında iştirak etməsi əksin tapsa da, iddiaçının iddiaçının tərxis sənədi olmadığına görə iddia tələbi rədd olunmalıdır.

8. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat

9. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-426/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə (hakimlər Z.Məmmədov (sədrlik edən və məruzəçi), H.Babayeva və F.Məmmədov) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(105)-426/2020 saylı, xx.xx.2020-ci il tarixl i qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. İddiaçı həmin qərardan da kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri

11. Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçı iddia ərizəsində göstərdiyi hallan sübut edən mötəbər sübutu məhkəməyə təqdim etmişdir. Belə ki, iddiaçının könüllü olaraq xx xxxx 1992-cü il tarixdən xx xxxxxxxx 1992-ci ilədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Kəlbəcər rayonunda yerləşən N saylı hərbi hissənin tərkibində Ağdərə rayonu uğrunda gedən döyüşlərdə iştirak etməsi halı onun hərbi biletində hərbi hissənin möhürü ilə, habelə tərxis olunduqdan sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyindən N saylı hərbi hissə komandiri tərəfindən xx.xx.1992-ci il tarixdən hərbi qulluqda olmağı barədə xx.xx.1992-ci il tarixində verilmiş arayışla öz təsdiqini tapır. Üstəlik iddiaçı iddia tələbində göstərilən halların veteran statusuna malik və onunla birlikdə hərbi əməliyyatlarda iştirak etmiş şəxsin şahid ifadəsi ilə təsdiq edildiyini göstərmişdir. Qeyd edilməlidir ki, "Hərbi vəzifə və hərbi xidmət keçmə haqqında" Azərbaycan Respublikasının Qanununun 28.6-cı maddəsinə əsasən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlara, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına, çağırış komissiyasının qərarı ilə çağırışdan azad edilib ehtiyata keçirilmiş, həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edil miş vətəndaşlara, öz razılığı ilə hərbi qeydiyyata götürülmüş 19 yaşdan 40 yaşadək qadınlara və ehtiyatda olan zabitlərə hərbi bilet verilir. Müvafiq icra hakimiyyəti orqanından ehtiyata keçirilmiş zabitlərə hərbi biletin verilməsi həmin orqan tərəfindən həyata keçirilir. Hərbi biletlərin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

12. Həmin Qanununun 2.0.5-ci maddəsinə görə hərbi qeydiyyat - Azərbaycan Respublikasının Silahlı Qüvvələrini şəxsi heyətlə komplektləşdirmək məqsədi ilə bütün çağırışçıların və hərbi vəzifəlilərin yaşayış yeri və ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmasıdır. Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

13. Göründüyü ki mi hərbi bilet qanunda nəzərdə tutulmuş məqsədlə inzibati orqanın özü tərəfindən verilir. Belə olan halda hərbi biletə daxil edilən məlumat da inzibati orqanın özü tərəfindən həyata keçirilir. Həmin məlumatların doğruluğuna görə inzibati orqanın özü məsuliyyət daşıyır. Hazırki iddia üzrə inzibati orqanın hərbi biletə daxil etmiş olduğu məlumatın özünün arxiv məlumatları ilə üst-üstə düşməməsinə görə vətəndaşın qanunla nəzədə tutulmuş hüquqdan məhrum edilməsi qanuni nöqteyi-nəzərdən əsaslı və ağlabatan deyildir. Ələlxüsus nəzərə alınmalıdır ki, inzibati orqan hərbi biletdə olan məlumatların düzgünlüyünü mübahisələndirməmişdir. Belə olan halda sözügedən məlumatların düzgünlüyünün məhz inzibati orqanın özü tərəfindən verilmiş arayışdan asılı etməklə, birbaşa inzibati orqanın iradəsindən asılı etmək əsaslı və qanuni addım deyildir. Bu halda inzibati orqan, yəni cavabdeh buraxmış olduğu yanlışlıqdan məhz vətəndaşın ziyanına istifadə etməklə, onun hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxaran mövqe sərgiləməkdədir. b. Kassasiya şikayətinə etiraz

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c. Məhkəmə icraatı iştirakçılarının izahatları

15. İddiaçı və onun vəkili Vəkil kassasiya şikayətinin təmin olunmasını xahiş etdilər.

16. Cavabdehin vəkili Səfərov Fəxrəddin Heydər oğlu kassasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək, apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Veteranlar haqqında” Qanun Maddə

3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar:... Azərb aycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şa mil edilmir Maddə

7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir.

18. Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmişdir).

1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütöv lüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə lərə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi b iletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir... 19. “İnzibati icraat haqq ında” qanun Maddə

11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə

16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.

20. Azərbaycan Respublikasl İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Mad də 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tə ləb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ 21 Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. İş üzrə iddiaçı apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Belə ki, iddia tələbinin ümumi hüquqi əsasını «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin üçüncü abzası təşkil edir. Həmin normanın mənasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar.

25. Adı çəkilən qanunun “Veteran adlarının və vəsiqəsinin verilməsi” adlanan 7-ci maddəsi, müharibə veteranı sayılması şərtləri və qaydası ilə bağlı göndərici norma olmaqla, veteran adının verilməsi üçün həm də “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin müddəalarının rəhbər tutulmasını ehtiva edir.

26. İşə baxmış məhkəmələr də mübahisənin həlli zamanı həmin hüquq normalarına istinad etmiş, iddiaçının N saylı hərbi hissənin tərkibində döyüş bölgəsində olması və döyüş əməliyyatlarında iştirak etməsini əks etdirən sənədlərin mövcud olmasına baxmayaraq, iddianın təmin olunması üçün həmin sənədləri yetərli hesab etməmiş, bu əsasla iddia tələbini rədd etmişdir.

27. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür.

28. Çünki iddia tələbinin hüquqi əsasları kimi nəzərdən keçirilən “Veteranlar haqqında” qanunun 7-ci maddəsinin və “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin müddəalarının baxılan işə tətbiqi, iddianın təmin olunması üçün üçün aşağıdakı şərt lərin cəm halında mövcud olmasını tələb edir:

1. Hərbi qulluqçu 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək hərbi xidmət keçməli;

2. Hərbi qulluqçunun bu dövrdə hərbi xidmət keçməsi arayışlar, şəxsi işlər, hərbi biletlər, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər mövcud olmalıdır.

29. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi ücün əsas kimi 1992-ci ilin iyul-sentyabr aylarında N saylı hərbi hissədə xidmət etdiyini bildirməsinə və bu məlumatları əks etdirən hərbi bileti təqdim etməsinə baxmayaraq, hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışlarını təqdim etməmişdir.

30. Göründüyü kimi, iddiaçıya müharibə veteranı adının verilməsi üçün zəruri dispozisiya şərtləri mövcud olmamışdır.

31. Bundan başqa, məhkəmələrin iddianı rədd edərkən istinad etdiyi digər dəlil, iddiaçının qanuni əsaslarla tərxis olunması haqqında sübutun olmamasıdır.

32. Məhkəmə kollegiyası bu dəlili də əsaslı hesab edir. Belə ki, xx xxxxxx 1991-ci il tarixli “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.

33. Həmin qanunun 18-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş və ya bağlaşma ilə müəyyən edilmiş xidmət müddətini başa çatdıran, habelə hərbi xidmətdə olmağın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır.

34. Bu müddəalardan bəlli olur ki, çağırışla Silahlı Qüvvələrdə xidmətə daxil olan şəxslər hərbi qulluqçu statusunu əldə edir və bununla da onların hərbi xidmət keçmə müddəti başlanılır. Müəyyən edilmiş xidmət müddəti başa çatdığı halda, həmin şəxslər ehtiyata və ya istefaya buraxılırlar.

35. Daha son ra, xx xxxx 1992-ci il tarixində qəbul edilmiş və zamana görə qüvvədə olmuş “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsində deyilir ki, ümumi və ya qismən səfərbərlik Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan olunur. Azərbaycan Respublikasına hərbi basqın təhlükəsi olduqda və ya fövqəladə vəziyyət şəraitində Azərbaycan Respublikası Prezidentinin hüququ var ki, səfərbərlik elan etmədən lazımi sayda hərbi vəzifəliləri üç ayadək müddətə ehtiyatdan hərbi xidmətə çağırsın. Azərbaycan Respublikası Prezidentinin müraciətinə əsasən Azərbaycan Respublikasının Ali Soveti bu müddəti daha 3 ay uzada bilər.

36. Həmin qanunun 26-cı maddəsinə əsasən, səfərbərlikdən tərxisetmə Azərbaycan Respublikası Prezidentinin Fərman ına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müddətdə həyata keçirilir.

37. Sadalanan normaların təhlilindən o nəticə hasil olur ki, müharibə dövründə səfərbərlik, habelə səfərbərlikdən tərxisetmə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həyata keçirilməlidir. Həmçinin hərbi qulluqçunun müharibə dövründə hərbi xidməti xx xxxxxxx 1991-ci il tarixindən müxtəlif vaxtlarda başlana bilər, lakin onun dovrü xx xxx 1994-cü il tarixini əhatə etməklə hərbi xidmətin sonu Azərbaycan Respublikası Prezidentinin tərxisetmə barədə qəbul etdiyi qərardan sonra hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gün hesab edilir. Yalnız bu halda hərbi qulluqçu hərbi xidmət keçmiş şəxs kimi qəbul edilməlidir.

38. Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 433 saylı Fərmanı xx xxxxxx 1996-cı il tarixində, “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 466 saylı Fərmanı xx xxxx 1996-cı il tarixində və “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 501 saylı Fərmanı xx xxxxxxxx 1996-cı il tarixində qəbul edilmişdir.

39. Göründüyü kimi, müharibə dövründən sonra hərbi qulluqçuların ehtiyata buraxılması 1996-cı ildən başlanmış və yalnız həmin müddətdən sonra hərbi qulluqçular müvafiq rəsmiləşdirilmədən sonra hərbi xidməti keçmiş hesab edilməlidirlər.

40. Bu müddəalara uyğun olaraq məhkəmə kollegiyası bildirir ki, iddiaçının hərbi xidmətdən tərxis olması ilə bağlı sübutların təqdim edilməməsinə əsaslanmaqla iddia tələbinin əsassız olması barədə məhkəmənin dəlili düzgün hesab olunmalıdır.

41. İddiaçının dəlili ilə bağlı isə qeyd olunmalıdır ki, onun istinad etdiyi dövrə münasibətdə hərbi qulliqçu olmaqla hərbi xidmət keçməsi və tərxis olunması qanunvericiliyin yuxarıda göstərdiyi tələbləri ilə uzlaşmır, çünki hərbi xidmətdən tərxis olunma müddəti 1996-cı ildən sonra başlandığından, 1992-ci ildə iddiaçı hərbi qulluqçu kimi hərbi xidmətdən tərxis oluna bilməzdi.

42. Kassatorun dəlilləri, heç bir halda yuxarıda göstərilən hüquq normalarına əsasən məhkəmənin gəldiyi nəticəni dəyişmir. İddiaçının müharibə veteranı sayılması üçün «Veteranlar haqqında» Qanunda müəyyən edilmiş dispozisiya şərtləri mövcud deyildir.

43. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ İddiaçının kass asiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-426/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar