Məhkəmə qərarları › İş №2-1(102)-361/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-361/2022

23.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-361/2022 23.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı3 və qeyrilərinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (çıxarışın və plan-ölçü sənədinin verilməsi ) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı3 və qeyrilərinin Qax rayon İcra Hakimiyyəti Başçısının Qax rayonunun İngiloy kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində olan təsərrüfatbaşına kitaba əsasən 1,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdeh Da şınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq plan-ölçü və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11.11.2021-ci il tarixli, 2-1(107)-445/2021 nömrəli qərarından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçılar ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestrinə müraciət edərək, Qax rayon İcra Hakimiyyəti Başçısının Qax İngiloy kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində olan təsərrüfatbaşına kitabına əsasən 1,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasını, bu barədə çıxarışın və plan-ölçü sənə dinin verilməsini xahiş etmişdir.

2. Cavabdeh 05 fevral 2021-ci tarixli məktubla müraciətin təmin olunmasından imtina olunduğunu bildirmiş və qeyd etmişdir ki, sözügedən ailəyə aid məlumatlar pay torpaq sahəsi alacaq subyektlərin adlı siyahısında nəzərdə tutulsa da, qeyd edilən torpağın mülkiyyətə verilməsi barədə dövlət aktı verilməmiş və daşınmaz əmlakın qeydiyyatı üçün qanunla nəzərdə tutulmuş sənədlər təqdim edilməmişdir.

3. Qax rayonu Qaxbaş bələdiyyəsinin 21.06.2021-ci il tarixli məktubuna əsasən, həmin bələdiyyədə iddiaçıların adına 0.60 ha zəbt torpaq sahəsi qeydə alınmışdır.

4. Qax rayon Dövlət Arxivinin 29.06.2021-ci il tarixli məktubuna əsasən, Qax rayonu Qaxbaş kənd “Ş.Rustaveli” adına kolxozda aparılmış aqrar islahat zamanı İddiaçı1 və ailə üzvlərinə pay torpaq sahəsinin ayrıl ması barədə arxivdə məlumat aşkar edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar İddiaçı1 və qeyriləri Şəki İnzibati Məhkəməsində iddia qaldıraraq, islahat aparılan vaxt ailə üzvlərinə verilmiş Qax rayon İcra Hakimiyyəti başçısının Qax İngiloy kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində olan təsərrüfatbaşına kitaba əsasən 1,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq plan-ölçü sənədinin və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişlər.

6. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Qax rayonu Alatəmir kəndində torpaq islahatı aparılan zaman hər bir subyektə 0,29 ha pay torpaq sahəsi ayrılıb verilmişdir. 6 nəf ər ailə üzvü olmaqla kolxozdan pay almaq hüququna və Qax rayon İcra Hakimiyyəti Başçısının Qax İngiloy kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində olan təsərrüfatbaşına kitaba əsasən ona və yuxarıda qeyd edilən ailə üzvlərinə 1,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılıb verilmişdir. Bu fakt Qax rayon İcra Hakimiyyəti başçısının Qax İngiloy kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində olan təsərrüfatbaşına kitabda öz əksini tapmışdır. Həmin torpaq sahəsi hazırki vaxtadək iddiaçıların istifadəsindədir. İddiaçılar sözügedən torpaq sahəsinin və onun üzərində yerləşən ferma binasının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi üçün müvafiq orqana rəsmi qaydada müraciət etmişlər. Lakin onların müraciəti təmin edilməmişdir.

7. Şəki İnzibati Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, 2-1(116)-680/2021 nömrəli (hakim İlqar Cabbarov) nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

8. Məhkəmə hesab etmişdir ki, iddiaçılar həmin torpaq sahəsinin onlara verilməsini təsdiqləyən hüquqmüəyyənedici sənədlərə malik deyildirlər. Həmçinin məhkəmə araşdırması zamanı iddiaçılara 1.74 ha pay torpaq sahəsinin verilməsini təsdiq edən hüquq müəyyənedici sənədlər aşkar edilməmişdir. İddiaçıların hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə həmin torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığı ndan iddia tələbi rədd edilməlidir.

9. İddiaçılar apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişlər. Apelyasiya instansiyası məhkəməsində icraat

10. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11.11.2021-ci il tarixli, 2-1(107)-445/2021 nömrəli (hakimlər Vəzirxan Məlikov-sədrlik edən və məruzəçi, Rövşən Rəfiyev və Elçin Hüseynov) qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, 2-1(116)-680/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. İddiaçılar kassasiya şikayəti verərək Şəki Apelyasiya Məhkəməsinin həmin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi bar ədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətinin iddia ərizəsinin və apelyasiya şikayətinin məzmununa uyğun dəlillərində qeyd olunmuşdur ki, apelyasiya instansiya məhkəməsi işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Belə ki, Qax rayonu Alatəmir kəndində torpaq islahatı aparılan zaman hər bir subyektə 0,29 ha pay torpaq sahəsi ayrılıb verilmişdir. 6 nəfər ailə üzvü olmaqla kolxozdan pay almaq hüququna əsasən yuxarıda qeyd edilən ailə üzvlərinin payına və Qax rayon İcra Hakimiyyəti başçısının Qax İngiloy kənd İnzibat i Ərazi Dairəsi üzrə Nümayəndəliyində olan təsərrüfatbaşına kitabına əsasən iddiaçılara 1,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılıb verilmişdir. Həmin torpaq sahəsi hazırki vaxtadək onların istifadəsindədir. Onlar sözügedən torpaq sahəsini və onun üzərində yerləşən ferma binasını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alıb çıxarışın verilməsi üçün müvafiq orqana rəsmi qaydada müraciət etmişlər. Lakin onların müraciəti təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin qərarında da, iddia ərizəsində Qax Rayon İcra Hakimiyyəti başçısının Qax İngiloy kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində olan təsərrüfatbaşına kitaba əsasən 1,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin islahat aparılan vaxt iddiaçılara verildiyi göstərilsə də, bununla bağlı hüquqmüəyyəne dici sənədlərin təqdim edilmədiyi qeyd olunmuşdur. Halbuki bu fakt Qax rayon İcra Hakimiyyəti başçısının Qax İngiloy kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində olan təsərrüfatbaşına kitabda öz əksini tapmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Re spublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ə r-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Maddə 12.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanu na əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 23.1. Qeydiyyat orqanının v əzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.

16. İnzibati Prosessual Məcəllə Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nə ticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

18. Apelyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır.

20. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin, şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “ Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

21. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq hazırkı kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

22. Bu qərarın 15-ci bəndində istinad olunan normaya görə, 2006-cı il iyulun 6dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülü yünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

23. Yuxarıda istinad olunan normalara görə, daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin həmin normalarda əsas qismində nəzərdə tutulmuş etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qeydiyyatın aparılması zamanı cavabdeh hüquqmüəyyənedici sənədin məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur.

24. İddiaçılar torpaq islahatı aparılan zaman kənd təsərrüfatı təyinatlı 1,74 ha torpaq sahəsinin onlara ayrıldığını iddia edir və bunun hüquqi əsası kimi Qax Rayon İcra Hakimiyyəti Başçısının Qax İngiloy kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində olan təsərrüfatbaşına kitaba istinad edirlər. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, torpaq islahatı zamanı pay torpaq sahələrinin ayrılması yerli aqrar islahat komissiyalarının səlahiyyətinə aid edilmişdi və pay torpaqlarının ayrılması həmin qurumlar tərəfindən bu barədə qəbul edilmiş müvafiq qərarla rəsmiləşdirilirdi. Bu baxımdan iddiaçıların torpaq islahatı zamanı onlara qeyd etdikləri torpaq sahəsinin ayrılması ilə bağlı Qax İngiloy kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin təsərrüfatbaşına kitabına istinad etməsi həmin torpaq sahəsi üzərində hüququn qeydə alınması üçün yetərli sayıla bilməz. Başqa sözlə, islahat zamanı 1.74 ha pay torpaq sahəsi onlara yalnız həmin sahəni ayırmağa səlahiyyəti olan yerli aqrar islahat komissiyasının müvafiq qərarı əsasında ayrıla bilərdi. Hazırkı mübahisəyə münasibətdə həmin torpaq sahəsi üzərində iddiaçıların hüququnun qeydə al ınması üçün yuxarıda istinad olunan normalara görə hüquqmüəyyənedici sənəd qismində yerli aqrar islahat komissiyasının müvafiq qərarının təqdim olunması tələb olunur.

25. Lakin işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, torpaq islahatı zamanı iddiaçılara 1.74 ha pay torpaq sahəsinin səlahiyyətli orqan tərəfindən aryrılmasını təsdiqləyən etibarlı hüquqmüəyyənedici sənəd aşkar edilməmişdir. İddiaçılar tərəfindən də belə sənədin mövcudluğuna istinad edilməmiş, həmçinin belə hüquqmüəyyənedici sənəd cavabdehə və məhkəməyə təqdim olunmamışdır.

26. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçılar onlara ayrıldığını iddia etdikləri 1.74 ha torpaq sahəsi üzərində hüququn qeydə alınmasını və bu barədə çıxarışın verilməsini tələ b etməkdə haqlı sayıla bilməzlər. Odur ki, iddiaçıların hüququnun dövlət qeydiyyatına alınmasından cavabdehin imtinası qanuni və əsaslı olmuşdur.

27. Nəticə etibarı ilə mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

28. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11.11.2021-ci il tarixli, 1(107)-445/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. 2-

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar