Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-361/2023 11.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), X1, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx xxxxxx 1960-cı il təvəllüdlü, FİN:xxxxxxx) cаvаbdеh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdа fiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qаrşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 oktyabr 2022-ci il tarixli, 2-1(103)2700/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilə qədər Laçın Kolxozlararası tikinti İdarəsində fəhlə, xx.xx.1992-ci ildən xx.xx.2003-cü ilə qədər 13 nömrəli Rayonlararası İstehsalat Təmir-Tikinti Trestinin 10 nömrəli Təmir-Tikinti İdarəsində 5-ci dərəcəli elektrik qaynaqçısı, xx.xx.2003-cü ildən xx.xx.2007-ci ilə qədər “Kentech (Caspian) Limited” şirkətinin Azərbaycan Respublikasındakı Nü mayəndəliyində qaynaqçı, xx.xx.2007-ci ildən xx.xx.2007-ci ilə qədər mexanik, xx.xx.2007-ci ildən xx.xx.2007-ci ilə qədər həmin şirkətdə qaynaqçı, xx.xx.2008-ci ildən xx.xx.2008-ci ilə qədər “Kentech Engineering end construction services limited” şirkətinin Bakı nümayəndəliyində qaynaqçı, xx.xx.2008-ci ildən xx.xx.2008-ci ilə qədər həmin qurumda elektrik, xx.xx.2009-cu ildən xx.xx.2009-cu ilə qədər həmin qurumda elektrik, xx.xx.2010-cu ildən xx.xx.2010-cu ilə qədər həmin qurumda elektrik, xx.xx.2010-cu ildən xx.xx.2019-cu ilə qədər “Rapid Solutions LLC” şirkətində elektrik işləmiş, xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilə qədər işsizlikdən sığorta almış,xx.xx.2020-ci ildə “Rapid Solutions LLC” şirkətinə elektrik işləri üzrə texnik işinə qəbul edilmişdir və halhazırda orada işləyir.
2. İddiaçı xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli ərizələrlə cavabdeh inzibati orqana müraciət edərək, əl ilə elektrik qaynaqçısı peşəsində 17 il 11 ay iş stajı olduğu nəzərə alınaraq ona xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.
3. Cavabdeh “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” xx.xx.2021-ci il tarixli məktubla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan iş stajının 12 il 6 aydan az (xx.xx.1992-xx.xx.2003-cü il tarixləri arasındakı dövr üzrə 10 il 10 ay 29 gün) təşkil etdiyindən, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının mümkün olmadığını bildirmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
4. İddiaçı 24 iyun 2022-c il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ona xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1960-cı ildə Laçın rayonunda anadan olmuşdur. xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilədək Laçın Kolxozlararası Tikinti İdarəsi üzrə “K.Marks” adına kolxozda fəhlə işləmişdir, xx.xx.1978-ci ildən xx.xx.1980ci ilədək keçmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1972- xx.xx.2003-cü illərdə 13 nömrəli RAİTTT-nin 10 nömrəli Təmir-Tikinti İdarəsində 5-ci dərəcəli elektrik qaynaqçısı, xx.xx.2003-cü ildən xx.xx.2010-cu iləd ək İrlandiya Respublikasının “Kentech” şirkətində elektrik qaynaqçısı, xx.xx.2010-cu ildən xx.xx.2019-cu ilədək "xxxx" MMC-də elektrik işində işləmişdir. Yuxarıda göstərilən müəssisələrdə qaynaqçı kimi işləyərkən gördüyü işlər əl ilə qaynaq işlərindən, eləcə də əl ilə qaynaq aparan elektrik qaynaqçısı işindən ibarət olmuşdur. Ümumilikdə, onun əl ilə elektrik qaynaqçısı peşəsində iş stajı 17 il 11 ay, ümumi əmək stajı 29 il 9 ay 23 gün təşkil edir. Lakin, 57 yaşının tamam olduğu xx.xx.2017-ci ilədək ümumi əmək stajı 27 il 9 ay 23 gün olmaqla bunun 17 il 11 ayı əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən iş illəri olmuşdur. Ona xx.xx.2017-ci ildən başlayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır. Bununla əlaqədar olaraq, xx.xx. 2021-ci ildə ərizə ilə DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir, lakin həmin idarədə ərizənin xx.xx.2021-ci ildə qəbul edilməsinə baxmayaraq bu günədək, yəni xx.xx.2021-ci ilədək ona cavab verilməmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunmasını xahiş edir.
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını iddiaçının müraciətinə imtina məktubunda göstərilənlər təşkil edir.
7. Bakı İnzibati Məhkəməsinin sorğusuna cavab olaraq SOCAR-ın (“KENTECH” firmasının fəaliyyətinə uyğun fəaliyyətlə məşğul olan hüquqi şəxs qismində) xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş arayışa əsasən, İddiaçı əmək kitabçasında qeyd olunan xx.xx.1992-ci ildən xx.xx.2003-cü ilə qədər 13 nömrəli Rayonlararası İstehsalat Təmir-Tikinti Trestinin 10 saylı Təmir-Tikinti İdarəsində elektrik qaynaqçısı, xx.xx.2003-cü ildən xx.xx.2007-ci ilə qədər "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində qaynaqçı, xx.xx.2007-ci ildən xx.xx.2008-ci ilə qədər işlədiyi qaynaqçı peşələri SOCAR-ın müvafiq sahə üzrə fəaliyyət göstərən qurumunda əl ilə elektrik qaynaqçısı peşəsinə uyğundur. Bu peşə işçinin işlədiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısı”nda XXXİİİ. “Ümumi peşələr” bölməsində 23200000-19906 kodlu əli ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsinə və hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Naz irlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda “35. “Ümumi peşələr” bölməsində əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsinə uyğundur.
8. Bakı İnzibati Məhkəməsinin (hakim M.T.Hacıbəyova) 25 aprel 2022-ci il tarixli, 2-1(112)-1365/2022 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, SOCAR-ın xx.xx.2022 -ci il tarixli məktubuna əlavə edilmiş arayışa əsasən, iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1992-ci ildən xx.xx.2003-cü ilə qədər 13 nömrə Rayonlararası İstehsalat Təmir-Tikinti Trestinin 10 nömrəli Təmir-Tikinti İdarəsində elektrik qaynaqçısı, xx.xx.2003-cü ildən xx.xx.2007-ci ilə qədər "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində qaynaqçı, xx.xx.2007-ci ildən xx.xx.2008-ci ilə qədər qaynaqçı işlədiyi peşələr SOCAR-ın müvafiq sahə üzrə fəaliyyət göstərən qurumunda əl ilə elektrik qaynaqçısı peşəsinə uyğundur. İddiaçının əl ilə elektrik qaynaqçı peşəsində iş stajı 57 yaşının tamam olduğu tarixə 12 il 6 aydan çox təşkil edir.
10. Cavabdeh apellyasiya şikayəti verərək, məhkəmənin həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: V.Ə. Baxışova -sədrlik edən, R.Ə. Qurbanov və V.M. Məmmədov) 5 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2700/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 25 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh kassasiya şikayəti verərək, məhkəmənin həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və apellyasiya şikayətində göstərilənlər təşkil edir. kassasiya ş ikayətinə qarşı etirazın dəlilləri
15. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Qanun (1 iyul 2017-ci il tarixinə olan redaksiyada) 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə e dilməklə ödənilir. 17. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər — istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən, 13-cü maddədə nəzərdə tutulmuş yaş həddinin 1997-ci il a vqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.
18. İnzibati Prosessual Məcəllə (İPM) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandı rma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
20. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
22. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüqu qi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri məzmun və mahiyyətcə cavabdehin imtina məktubunun və iddia ərizəsinə etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi stajın mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
25. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq n ormalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
26. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
27. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı ona 57 yaşının tamam olduğu, yəni hüququnun yarandığı 10 fevral 2017-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir.
28. Bu Qərarın 16-cı bəndində istinad olunan 1 iyul 2017-ci il tarixinə olan redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığor taolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
29. İstinad olunan normanın müddəaları baxımından, iddiaçıya 57 yaşının tamam olduğu 10 fevral 2017-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin ödənilməsi tələb olunur: iddiaçının ən azı 25 il ümumi sığorta stajına malik olması; həmin stajın ən azı 12 il 6 ayını güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə topla ması.
30. Nəzərə almaq lazımdır ki, hazırkı mübahisəyə münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün bu qərarın 16-cı bəndində istinad olunan normada nəzərdə tutulmuş və 29-cu bəndində qeyd edilmiş dispozisiya şərtlərinin iddiaçıya münasibətdə ödənildiyi işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunur. Başqa sözlə, iddiaçının 10 fevral 2017-cı il tarixə 57 yaşı tamam olmuş, iddiaçı tələb olunan ümumi və xüsusi stajı həmin tarixə kimi toplamışdır. Apellyasiya məhkəməsi tərəfindən iddiaçının əmək stajı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq dövrlərdə qüvvədə olmuş normaların tələblərinə uyğun hesablanmışdır.
31. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziya nına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
32. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
34. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 3
5. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2700/2022 saylı qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.