Məhkəmə qərarları › İş №2-1(102)-361/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-361/2024

02.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-361/2024 02.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxxqarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyə görə əmək pensiyasının təyin edilməsi; işin hallarının araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh xxxqarşı “əlilliyə görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 sentyabr 2023-ci il tarixli, 2-1(103)-2656/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kass asiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının (TSEK) 24 dekabr 2020-ci il tarixli qərarı ilə əlillik səbəbi - “Ümumi xəstəlik” (xroniki böyrək xəstəliyi) olmaqla İİ dərəcəli əlillik müəyyən edilmişdir.

2. Bundan sonra, iddiaçı İİ dərəcə əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir.

3. Cavabdeh 06 sentyabr 2021-ci il tarixli **********6 nömrəli imtina məktubu ilə bildirmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli ya ş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. xx.xx.2018-ci il tarixdə tərtib edilmiş ******* saylı əmək kitabçasına əsasən iddiaçının sığorta stajı 18 il 9 ay olmaqla qanunvericilikdə tələb olunan müddətdən (13 il) çox olmasına baxmayaraq, fərdi hesabın sığorta hissəsində qeydə alınmış 15603.33 manat pensiya kapitalı qanunvericilikdə tələb olunan 22464.00 manatdan azdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının 1988 – 2017-ci illər sığorta stajına daxil edilməklə ona hüququnun yarandığı 24 dekabr 2020-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, sentyabr 1988-ci il tarixdən 31 dekabr 1993-cü il tarixədək Ağdam şəhər 5 nömrəli orta məktəbdə rus dili və ədəbiyyatı üzrə müəllim vəzifəsində çalışaraq, fasiləsiz iş stajı toplamışdır. Ağdam rayonu erməni qüvvələri tərəfindən işğal olunduqdan sonra, 1993-cü il tarixdən Bakı şəhərində məskulaşmışdır. Qanunvericiliyin tələblərinə müvafiq olaraq, o, əlilliyə görə əmək pensiyasının təy in edilməsi üçün cavabdeh orqan DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdeh tərəfindən məsələnin həllindən imtina olunmuşdur. İddiaçı 1988 – 1993-cü illərdə Ağdam şəhəri 5 nömrəli orta məktəbdə işləməsi barədə arxiv arayışının verilməsi məqsədilə X1 Filialına müraciət etmişdir. Arxiv idarəsindən ona ünvanlanan məktubda qeyd edilmişdir ki, Ağdam şəhəri 5 nömrəli orta məktəbin 1988 – 1993-cü ilə qədər olan arxiv sənədləri işğalda qaldığı üçün filialda mühafizə olunmur. Məlum olduğu kimi vətəndaşlara müəyyən halların təsdiq olunması üçün arxiv sənədlərinin toplaması zəruridir. Lakin iddaçının hazırkı vəziyyətində Respublikada baş vermiş hadisələrlə əlaqədar arxiv sənədləri əldə etmək mümkün deyildir. Onun həmin dövrdə sözügedən məktəbdə işləməsi ilə bağ lı müəyyən sayda şahidlər vardır. Belə hallarda qanunvericilikdə nəzərdə tutulmuş müvafiq müddəalardan istifadə olunmalıdır. Azərbaycan Respbulikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsində qeyd edilir ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə qanunvercilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin və yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

6. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsasland ırılmışdır ki, iddiaçıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının (TSEK) 24 dekabr 2020-ci il tarixli qərarı ilə əlillik səbəbi - “Ümumi xəstəlik” (xroniki böyrək xəstəliyi) olmaqla İİ dərəcəli əlillik müəyyən edilmişdir. Bundan sonra, iddiaçı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq İİ dərəcə əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Lakin cavabdehin 06 sentyabr 2021- ci il tarixli **********6 nömrəli məktubuna əsasən aşağıdakı səbəblərdən iddiaçının müraciətinin müsbət həlli mümkün olmamışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə s ığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Qeyd edilən normanın məzmunundan göründüyü kimi, İİ və İİİ qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün iki şərtin mövcud olması mütləqdir: 1) Ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olması; 2) Əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması. Bu şərtlərdən hər hansı birinin olmaması əlilliyə görə pensiya təyin edilməsini istisna edir. Ona görə də əlilliyə görə pensiya təyin edilməsi üçün bu şərtlərin hər ikisinin mövcudluğu araşdırılmalıdır. Adıçəkilən Qanunun 12.1-ci maddəsində göstərilən “əmək qabiliyyətli yaş dövrü” ifadəsi şəxsin qanunla əmək fəaliyyət qabiliyyətli yaşa çatdıqdan sonrakı dövrü əhatə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü hissəsinə əsasən on beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikasının 31 may 2018-ci il tarixli Qanununun 1.0.1-ci maddəsinə əsasən əlillik – müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərab ər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması hesab edilir. Sözügedən Qanunun 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti TSEK tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən şəxs TSEK tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş «Tibbi-sosial ekspert komissiyaları haqqında» Əsasnaməsinin 4.26-cı bəndinə əsasən əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Bu halda iddiaçının xx xxxxxxxx 1966 -cı il təvəllüdlü olması və ona 24 dekabr 2020-ci il tarixdə İİ dərəcə əlillik müəyyən edilməsi nəzərə alınmaqla, ona əlilliyə görə əmək pensiyası hüququ yaranması üçün 13 il sığorta stajı və fərdi hesabın sığorta hissəsində 22.464 manat pensiya kapitalı tələb olunur. İddiaçının təqdim etdiyi diplomun surətinə əsasən ümumi sosial sığorta stajının müddəti 18 il 09 ay olmaqla qanunla tələb olunan sığorta stajından (13 ildən) çox olmasına baxmayaraq, fərdi hesabının sığorta hissəsində qeydə alınmış 15.603,33 manat pensiya kapitalı qanunvericiliklə tələb olunan məbləğdən (22.464) azdır. Sözügedən Qanunun müvafiq normasının tələblərinə müvafiq olaraq İddiaçı münasibətdə qanunla tələb olunan sosial sığorta stajı aşağıdakı kimidir: 1) 24 dekabr 2020-ci il (İİ dərəcə əlillik təyin olunan tarix) – xx xxxxxxxx 1966 (doğum tarixi) = 54 il 03 ay 05 gün - iddiaçının əlillik tarixinə uyğun yaş həddi; 2) 58 il (yaş) – 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 39 il (əmək qabiliyyətli yaş dövrü); 3) a) 39 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 156 ay; b) 156 ay: 12 ay = 13 il - iddiaçının İİ dərəcəli əlil kimi əlilliyə görə əmək pensiyasının təyin olunması üçün tələb olunan sığorta stajı müddəti. Qeyd edilən hesablamadan da göründüyü kimi, iddiaçının pensiya hüququnun yaranması üçün tələb olunan sosial sığorta stajı 13 təşkil edir. «Əmək pensiyaları haqqında» Qanunun 13.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sı ğorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 11 dekabr 2017-ci il tarixli 17 saylı qərarının 4.3.4-cü bəndinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı 01 iyul 2017-ci il tarixdən sonra əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının 192-yə olan nisbəti şəklində müəyyən ləşdirilir. Sözügedən Qaydaların 4.3.5-ci bəndinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH=PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixədək qeydə alınmış pensiya kapitalıdır (Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T – gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K – sığorta davamiyyəti əmsalıdır. İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 15.603,33 manat pensiya kapitalı qanunvericiliklə tələb olunan məbləğdən (22.464) az olduğu üçün əlilliyə görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilmir. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Qeyd edilən qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, İddiaçı «Əmək pensiyaları haqqında» Qanununun 12-ci maddəsinin tələblərinə müvafiq olaraq ikinci dərəcəli əlillik təyinatının aparıldığı 24 dekabr 2020-ci il tarixdə qanunla ona əlilliyə görə əmək pensiy ası təyin edilməsi üçün tələb edilən sosial sığorta stajına malik olsa, da, 22.464 manat pensiya kapitalına malik olmadığından iddia tələbi təmin edilməməlidir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-586/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə (hakim R.Kərimli) iddia qismən təmin edilərək iddiaçıya 1988 – 2006-cı illər üzrə iş stajı sığorta stajına daxil edilməklə 24 dekabr 2020-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin hesablanaraq ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 1988 - 2006-cı illərdəki (1 yanvar 2006-cı il tarixədək) iş fəaliyyəti ilə birlikdə müv afiq pensiya kapitalı toplanmış olur ki (cavabdeh həmin illər nəzərə alınmadan iddiaçının 15.503,33 manat qeydə alınmış pensiya kapitalını qəbul etmişdir), bununla da «Əmək pensiyaları haqqında» Qanunun 12ci maddəsinə görə onun 24 dekabr 2020-ci il tarixdən əlilliyə görə əmək pensiyası hüququ yaranır.

9. Cavabdeh inzibati orqan onun 2006 – 2017-ci illər üzrə əmək fəaliyyətinin sığorta stajına daxil edilməsi məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə şərtləndirildiyindən və sözügedən dövr üzrə həmin haqların ödənilməsi təsdiqini tapmadığından, iddiaçının 2006 - 2017-ci illər üzrə əmək fəaliyyətinin sığorta stajına saxil edilməsi qanuna ziddir.

10. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi ni xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 sentyabr 2023-ci il tarixli, 2-1(103)-2656/2023 nömrəli qərarı ilə (hakimlər: R.Səmədov – sədrlik edən və məruzəçi, X.Cəmilova və A.Oruczadə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 02 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq iddiaçının pensiyasının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 22.464 manat təşkil etməməsi ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, iddiaçının 15.503,33 manat qeydə alınmış pensiya kapitalının mövcudluğunu cavabdeh də təsqiqləyir və «Əmək pensiyal arı haqqında» Qanunun 27.1-ci maddəsinin (müvafiq dövrün pensiya kapitalına çevrilməsi) və 29.1-1-ci maddəsinin (indeskləşdirmə aparılması) tələblərinə uyğun hesablama aparılmaqla, onun pensiya kapitalı tələb olunan 22.464 manat məbləğə çatmış olur.

13. Apellyasiya məhkəməsi «Əmək pensiyaları haqqında» Qanunun 12.1, 21.1, 27.1, 29.1-1, 30.2, 32.1, 32.1-1, 37.7-ci və «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67, 69-cu maddələrinə istinad etmişdir.

14. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmə iddiaçıya məxsus xx.xx.2018-ci il tarix li ******* nömrəli dublikat əmək kitabçasını mötəbər sübut kimi qiymətləndirərək iddiaçının 1988-2018-ci illərdə Ağdam şəhəri 5 nömrəli orta məktəbdə işləməsi qənaətinə gələrək həmin illəri iddiaçının sosial sığorta stajına hesablamışdır. Lakin iddiaçıya məxsus xx.xx.2018-ci il tarixli ******* nömrəli dublikat əmək kitabçasının 1ci qeydinin “qeyd nəyin əsasında yazılmışdır” hissəsində xx.xx.1988-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Ağdam şəhəri 5 nömrəli orta məktəbdə işləməsinin 3 nəfərin iştirakı ilə tərtib olunmuş akt əsasında yazıldığı qeyd olunmuşdur.

16. İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli qərarının 3.2-ci maddəsinə əsasən əmək kitabçasında qeydlər işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncam a (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. Həmin Qərarın 3.4-cü maddəsinə əsasən əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam ) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Gün və ay ikırəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır. İddiaçının əmək kitabçasının doldurulduğu tarixdə, yəni xx.xx.2018-ci il tarixdə qüvvədə olmuş əmək kitabçasının dolduru lması qaydalarından göründüyü kimi qanunverici kitabçanın doldurulmasının şahid ifadələri əsasında həyata keçirilməsini qaydalarını nəzərdə tutmamışdır.

17. Bundan başqa apellyasiya məhkəməsinin müvafiq qərarından görünür ki, məhkəmə əmək kitabçasını mötəbər sübut kimi sayarkən onda olan qeydlərinin mötəbərliyinin mübahisələndirilməsini yalnız cavabdeh inzibati orqanın üzərinə qoyaraq hərtərəfli, tam və obyektiv araşdırma aparmamışdır.

18. Həmçinin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 22.464 manat təşkil etməməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə iddiaçının 15.503,33 manat qeydə alınmış pensiya kapitalının mövcudluğunun cavabdeh tərəfindən təsqiqləndiyini və «Əmək pensiyaları haqqında» Qanunun 27.1-ci maddəsinin (müv afiq dövrün pensiya kapitalına çevrilməsi) və 29.1-1-ci maddəsinin (indeskləşdirmə aparılması) tələblərinə uyğun hesablama aparılmaqla, iddiaçının pensiya kapitalının tələb olunan 22.464 manat məbləğə çatmış olduğu qənaətinə gəlmişdir. Qərarın həmin abzasında məhkəmə başqa bir əsas olaraq cavabdehin tərəfindən iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının yetərli həcmdə toplanmış olmasına qarşı konkret əks münasibət bildirməməsini qeyd etmişdir.

19. Kassator həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli icmal məktubuna və İPM-in 73.1-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, apellyasiya məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın də lilləri

20. İddiaçı kassasiya şikayətinə etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əmək pensiyaları haqqında” Qanun (1 iyul 2022-ci il tarixədək qüvvədə olan) Maddə 12.1. Əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.

22. İnzibati Prosessual Məcəllə a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdi kləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası işin materiallarının və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir

26. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

27. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübut lar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

28. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud ziddiyyətli məqamları n aradan qaldırılmasını təmin edən həcmdə araşdırma aparılmamışdır.

29. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçıya Tibbi Sosial Ekspert Komissiyasının 24 dekabr 2020-ci il tarixli qərarı ilə əlillik səbəbi - “Ümumi xəstəlik” səbəbi ilə İİ dərəcəli əlillik müəyyən edilmişdir.

30. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona əlilliyə görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir.

31. Əliliyə görə əmək pensiyasının təyin edilməsi üçün «Əmək pensiyaları haqqında» Qanunun 12.1-ci maddəsinin 1 iyul 2022-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.

32. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtinasını onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixdə tərtib edilmiş ******* saylı əmək kitabçasına əsasən iddiaçının sığorta stajı 18 il 9 ay olmaqla qanunvericilikdə tələb olunan müddətdən (13 il) çox olmasına baxmayaraq, fərdi hesabın sığorta hissəsində qeydə alınmış 15603.33 manat pensiya kapitalı qanunvericilikdə tələb olunan 22464.00 manatdan azdır

33. Apellyasiya məhkəməsi öz qərarını əsaslandırarkən qeyd etmişdir ki, “iddiaçının 1988 – 2018-ci illərdə Ağdam şəhəri 5 nömr əli orta məktəbdə işləməsi ona məxsus əmək kitabçasında (dublikat olsa da) öz təsdiqini tapır”, “iddiaçının 15.503,33 manat qeydə alınmış pensiya kapitalının mövcudluğunu cavabdeh də təsdiqləyir və «Əmək pensiyaları haqqında» Qanunun 27.1-ci maddəsinin (müvafiq dövrün pensiya kapitalına çevrilməsi) və 29.1-1-ci maddəsinin (indeskləşdirmə aparılması) tələblərinə uyğun hesablama aparılmaqla, onun pensiya kapitalı tələb olunan 22.464 manat məbləğə çatmış olur”.

34. Nəticədə apellyasiya məhkəməsi iddiaçının 1988 – 2018-ci illərdə Ağdam şəhəri 5 nömrəli orta məktəbdə işləməsi qənaətinə gələrkən həmin illəri iddiaçının sığorta stajına hesablanmasını əsaslı hesab etmişdir.

35. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək ilk öncə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlə rin (əmək kitabçası, diplom və s.) əsli və ya lazımi qaydada təsdiqlənmiş sürəti deyil, ksero sürəti iş materiallarına əlavə olunmuşdur.

36. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış 2020-ci il 18 noyabr tarixli icmal məktubunda qeyd edilir ki, “ümumi və xüsusi iş stajını təsdiq edən sənədlər mötəbər olmalı, ehtiyac yarandıqda bununla bağlı zəruri məhkəmə araşdırması aparılmalıdır. Bu mənada iddiaçı tərəfindən təqdim edilmiş ümumi və xüsusi iş stajını təsdiq edən sənədlərin (əmək kitabçası, arxiv arayışı, iş yerindən arayış, məhkəmə aktı və s.) əsli və ya lazımi qaydada təsdiqlənmiş sürəti, o cümlədən Azərbaycan dilində tərtib edilməyibsə, həmin sənədin notarial qaydada təsdiq edilmiş tərcüməsi iş materiallarına əlavə edilməlidir.”

37. Bunun la yanaşı, iş materiallarına əlavə edilmiş, X1 Filialı tərəfindən təqdim edilmiş Ağdam rayonu 5 nömrəli tam orta məktəbə aid olan 1994-2004 dövrlərinin bəzi aylarının əmək haqqı cədvəllərində iddiaçının adı aşkar edilməmişdir və apellyasiya məhkəməsi tərəfindən işin həmin halını ümumiyyətlə araşdırmamış, bu sənədlərə hüquqi qiymət verilmədən, məhkəməyə təqdim olunmuş əmək kitabçasında olan məlumatlar mötəbər hesab edilmişdir.

38. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi işin araşdırılması üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu halda, bunu etməmişdir. Belə araşdırmanın təmin edilməsi iş üzrə obyektiv və qanunauyğun qərarın qəbulu baxımından zəruridir.

39. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı Azərbaycan Res publikasının İnzibati Prosessual Məcəlləsinin 12.1, 12.2 və 58.7-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir.

40. Cavabdeh qərarın ləğv edilərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etsə də, məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə əlavə sübutların araşdırılması tələb olunduğundan hazırda kassasiya şikayəti həmin hissədə təmin edilə bilməz.

41. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılaraq müəyyən edilməli və nəticədən asılı olaraq qanuni və ədalətli qərar qəbul edilməlidir.

42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelly asiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 sentyabr 2023-cü il tarixli 2-1(103)-2656/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə qaytarılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar