Məhkəmə qərarları › İş №2-1(102)-3613/2019

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-3613/2019

25.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-3613/2019 25.12.2019 ALİ MƏHKƏMƏ QƏRARDAD (Açar söz: müddətin ötürülməsinə görə kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi N.Rəsulbəyovanın, məhkəmə iclas katibi F.Rəsulovanın və İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə qarşı əvvəlki üç il üçün müharibə veteranı müavinətinin ödənilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-569/2019 saylı 27 avqust 2019cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə qarşı əvvəlki üç il üçün müharibə veteranı müavinətinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 13 iyun 2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan cavabdeh apelyasiya şikayəti verərək, qərarın ləğv olunmasını və iddianın təmin edilməməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-569/2019 saylı 27 avqust 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibatiİqtisadi Məhkəməsinin 13 iyun 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-569/2019 saylı 27 avqust 2019-cu il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respubl ikası İnzibati Prosessual Məcəlləsinin 96.2-ci maddəsinə əsasən Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.3-cü maddəsinə əsasən kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası tərəfindən 29 noyabr 2019-cu il tarixli, 2-1(102)-3613/19 saylı məktubla cavabdehə məlumat verilmişdir ki, Sumqayıt Apel lyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)569/2019 saylı 27 avqust 2019-cu il tarixli qərarından verilmiş kassasiya şikayətinin mümkünlüyünə 25.12.2019-cu il tarixdə baxılacaq və həmin tarixədək prosessual müddətin ötürülməməsini təsdiq edən sənədlərin və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatətin məhkəməyə təqdim edilməsi təklif edilmişdir. 25 dekabr 2019-cu il tarixdə keçirilən məhkəmə iclasında müəyyən olundu ki, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-569/2019 saylı 27 avqust 2019cu il tarixli qərarı poçt rabitəsi vasitəsi ilə cavabdehə 16.09.2019-cu il tarixdə təqdim olunmuşdur (iş v. 59). Lakin həmin qərardan kassasiya şikayəti 30.10.2019-cu il tarixdə, yəni qərardan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respubl ikası İnzibati Prosessual Məcəlləsinin 94.1 maddəsi ilə müəyyən edilmiş 01 aylıq müddət keçdikdən sonra apellyasiya instansiyası məhkəməsinə təqdim olunmuşdur. Azərbaycan Respublikası İPM-nin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının təqdim olunduğu gündən 01 ay müddətində müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Hazırkı iş üzrə cavabdeh 25 dekabr 2019-cu il tarixdə keçirilən məhkəmə iclasında iştirak etməmiş, həmin tarixədək isə prosessual müddətin ötürülməməsini təsdiq edən sənədləri və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatəti məhkəməyə təqdim etməmişdir. Bununla da məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti vermə müddəti cavabdeh tərəfindən ötürüldüyü üçün kassasiya şikayəti mümkün sayılmamalıdır. Göstərilənl ərə əsasən və Azərbaycan Respublikası İPM-nin 90, 94, 96-cı maddələrini rəhbər tutaraq Qərara aldım: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-569/2019 saylı 27 avqust 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Şikayətin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar