Məhkəmə qərarları › İş №2-1(102)-3614/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3614/2019

12.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3614/2019 12.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinin qarşı iş üzrə QƏRAR Açar söz: Əvvəlki dövr üzrə müharibə veteranı kimi ödənilməli olan sosial müavinət ödənilməsi Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə qarşı müharibə veteranı hüququnun yarandığı gündən - 01.07.1992-ci il tarixdən01.05.2017-ci il tarixə kimi olan dövr üçün hər ay 80 manat hesabı ilə 25 il üçün 24000 manat məbləğində sosial müavinətin və 25 il ərzində əldən çıxmış faydaya görə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi, hər il üçün 5 % olmaqla, 25 il üçün 24000 manatın 125 %-i məbləğində, yəni 30000 manat əlavə edilməklə cəmi 54000 manat pul vəsaitinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-534/2019 saylı iş üzrə 20.09.2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 11 dekabr 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1967-ci il tarixdə Cəlilab ad rayonunda anadan olmuşdur. Cavabdeh dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı “müharibə veteranı” adı hüququnun yarandığı gündən 01.07.1992-ci il tarixdən 01.05.2017-ci il tarixə kimi olan dövr üçün hər ay 55 manat hesabı ilə 25 il üçün 16500 məbləğində sosial müavinətin və 25 il ərzində əldən çıxmış faydaya görə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi, hər il üçün 5% olmaqla, 25 il üçün 16500 manatın 125%-i məbləğində, yəni 20625 manat əlavə edilməklə, cəmi 37125 manat məbləğində pul vəsaitinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Sumqayıt İnzibatiİqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1991-1996-cı illərdə AR DİN Cəlilabad rayon Polis Şöbəsində polis serjantı rütbəsində xidmət etmişdir. O, Cəlilabad rayon RPŞ-nin rəisinin əmrinə əsasən 1992-1994-cü illərdə dəfələrlə Şuşa və Ağdam rayonlarına ezam edilərək Azərbaycan Respublikası suverenliyi və ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmişdir. 2000-ci ildən sonra dəfələrlə müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı müraciət etməsinə baxmayaraq, yalnız 2017-ci ilin aprel ayında həmin adı və vəsiqəni əldə etmişdir. Həmin tarixdən hər ay 55 manat olmaqla müharibə veteranı kimi müavinət alır, lakin ona 01.07.1992-ci ildən – 01.06.2017-ci il tarixədək olan dövr ərzində müharibə veteranı kimi ödənilməli olan sosial müavinət ödənilməmişdir.Bununla bağlıAzərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər etmiş, cavabında isə ona bildirilmişdir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə görə sosial müavinətlər onu almaq hüququ yarandığı gündən təyin edilir. Bundan sonra DSMF-nin Abşeron rayon şöbəsinə müraciət etsə də, eyni cavabı almışdır. Eyni zamanda sosial müavinətlə bərabər əldən çıxmış faydaya görə faizin hesablanaraq ödənilməsinə dair cavabdehə rəsmi qaydada müraciət etmişdir. Buna cavab olaraq bildirilmişdir ki, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edild ikdə həyata keçirilir. İddiaçının təqdim etdiyi vəsiqə isə 22.04.2017-ci il tarixdə verilmişdir. Buna görə də həmin tarixdən əvvəlki illər üçün “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq müharibə veteranlarına şamil edilən sosial müavinətin və əldən çıxmış faydaya görə faizin hesablanaraq verilməsi qanunvericiliyə zidd olduğundan mümkün deyildir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək cavabdeh qismində “Azərbaycan Respublikası ƏƏMN yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsi”nin tanınmasını xahiş etmiş və müharibə veteranı hüququnun yarandığı gündən – 01.07.1992-ci il tarixdən01.05.2017-ci il tarixə kimi olan dövr üçün hər ay 80 manat hesabı ilə 25 il üçün 24000 ma nat məbləğində sosial müavinətin və 25 il ərzində əldən çıxmış faydaya görə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi, hər il üçün 5 % olmaqla, 25 il üçün 24000 manatın 125 %-i məbləğində, yəni 30000 manat əlavə edilməklə cəmi 54000 manat pul vəsaitinin ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 05.04.2019-cu il tarixli qərardadına əsasən iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmiş və Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fodunun cavabdeh qismində prosessual iştirakına xitam verilərək cavabdeh qismində DSMF-nin Abşeron rayon şöbəsi cəlb edilmişdir. Bi rinci instansiya məhkəməsinin 07.05.2019-cu il tarixli iş № 2-1(085)-732/2019, (sədrlik edən hakim Vəfa Əzizova) qərarı ilə iddianın qismən təmin edilməsi, iddiaçıya müharibə veteranı kimi müavinətin 22.04.2017-ci ildən əvvəlki üç illik dövr üçün hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 07.05.2019-cu il tarixli qərarının ləğv edilməsinivə iddia tələblərinin tam təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 07.05.2019-cu il tarixli qərarının ləğv edilməsini məhkəmə kollegiy asından xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 20.09.2019-cu il tarixli iş № 2-1(105)-534/2019 (hakimlər Hökümə Babayeva - sədrlik edən və məruzəçi, Nazim Nəsibov və Zaur Məmmədov) qərarı ilə birinci instansiya məhkəməsinin 07.05.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə 22.04.2017-ci il tarixdə müharibə veteranı vəsiqəsi verilmiş və bununla əlaqədar ona müavinət təyin edilmişdir. İddiaçı yuxarıda qeyd olunan tələblə cavabdehə mü raciət etmiş, inzibati orqan tərəfindən müraciətin təmin olunmasından imtina edilmişdir. Göründüyü kimi, qanunverici müavinət almaq hüququnun yarandığı gün dedikdə, müharibə veteranı vəsiqəsi verildiyi günü, başqa cür desək, veteran statusunun hüquqi baxımdan tanındığı günü nəzərdə tutur. Müraciət edilməzdən əvvəlki üç il üçün ödənilmə isə o halda tətbiq edilir ki, şəxsə veteran vəsiqəsi verilsin, lakin o, hər hansı səbəbdən müavinət almaq üçün müvafiq orqana müraciət etməmişdir. Göstərilənlərdən məlum olur ki, məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etmədən qanunsuz qərar çıxarmışdır. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Sumqayıt Apelyasiya Məhkəməsinin 20 sentyabr 2019-cu il tarixli 2-1(105)-534/2019 saylı qərarının ləğv edilməsini, iddia tələbinin təm in edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırki işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 20.09.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 20 sentyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiya sı Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki,iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə 22.04.2017-ci il tarixdə müharibə veteranı vəsiqəsi verilmiş və bununla əlaqədar ona müavinət təyin edilmişdir. İddiaçı yuxarıda qeyd olunan tələblə cavabdehə mürac iət etmiş, inzibati orqan tərəfindən müraciətin təmin olunmasından imtina edilmişdir. Göründüyü kimi, qanunverici müavinət almaq hüququnun yarandığı gün dedikdə, müharibə veteranı vəsiqəsi verildiyi günü, başqa cür desək, veteran statusunun hüquqi baxımdan tanındığı günü nəzərdə tutur. Müraciət edilməzdən əvvəlki üç il üçün ödənilmə isə o halda tətbiq edilir ki, şəxsə veteran vəsiqəsi verilsin, lakin o, hər hansı səbəbdən müavinət almaq üçün müvafiq orqana müraciət etməmişdir. Göstərilənlərdən məlum olur ki, məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etmədən qanunsuz qərar çıxarmışdır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olun an bu dəlil əsassızdır. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçıya 2017-ci ildə müharibə veteranı vəsiqəsi verilsə də, iddiaçı Qarabağ uğrunda gedən döyüş əməliyyatlarında iştirakına görə həmin vəsiqəni almış və həmin vəsiqəni alması səbəbi 2017-ci il tarixdə deyil, o, döyüş əməliyyatlarında iştirak etdikdən sonra yaranmışdır, yəni iddiaçı 2017-cı ildə müharibə veteranı olmamış, onun bu statusu daha öncə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirakı ilə əlaqədar yaranmış, lakin ona vəsiqə sonradan verilmişdir. Azərbaycan Respublikası “Veteranlar haqqında" Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci m addəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci.maddəsinin 11-ci abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları ap aran hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, h ərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Azərbaycan Respublikası “Sosial müavinətlər haqqında” Qanununun 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər bu qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 9.1-ci maddəsinə görə, ən çoxu müraciət edilməzdən əvvəl üç il üçün ödənilməklə aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla),müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü u ğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranlarına nəzərdə tutulmuş müavinətin fərqli və daha əlverişsiz şərtlərlə təyin edilməsi Konstitusiyanın 12 və 16-cı maddələrində təsbit edilmiş Azərbaycan Respublikasının sosial dövlət kimi bəyan edilməsinə dair müddəaların, Konstitusiyanın 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququnun, habelə Konstitusiyanın Preambulasından irəli gələn qanunun aliliyinin əsas elementlərindən biri olan hüquqi müəyyənlik, qanun qarşısında bərabərlik prinsiplərinin və vətəndaşların qanuna olan etimadının gözlənilməsi prinsipinin pozulmasına səbəb ola bilər. Azərbaycan Respublikasının “Veteranlar haqqında" Qanunun 7-ci maddəsində deyilir ki, veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümu nədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Bu baxımdan da Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, iddiaçıya 2017ci ildə müharibə veteranı vəsiqəsi verilməsi onun statusunu sadəcə leqallaşdırılmışdır və bu hal iddiaçının hüququnu məhdudlaşdırmaq üçün əsas ola bilməz. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 20.09.2019-cu il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kolle giyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20.09.2019-cu il tarixli 2-1(105)-534/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar