Məhkəmə qərarları › İş №2-1(102)-3617/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3617/2025

19.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3617/2025 19.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı yolu ilə əldə edilmiş yaşayış sahəsinə görə ödənilmiş əlavə dəyər vergisinin 30 faizinin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı (üçüncü şəxs: İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs MTK) “əlavə dəyər vergisinin qaytarılmalı olan hissəsinin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. İddiaçı və İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs Mənzil Tikinti Kooperativi arasında bağlanılmış CY*-***/** saylı ##.##.2023-cü il tarixli müqaviləyə əsasən, ünvan 1 ünvanındakı “K Residence Baku” yaşayış kompleksində yerləşən **** saylı mənzil iddiaçıya satılmışdır.

2. Mənzilin dəyərinin bir hissəsi iddiaçı tərəfindən (##.##.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən 90.955,08 manat, ##.##.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən 16.371,92 manat), bir hissəsi isə iddiaçı ilə “xxxx” ASC-nin 28 May filialı arasında bağlanmış ipoteka müqaviləsinə əsasən (##.##.2023-cü il tarixli ** nömrəli Ödəniş tapşırığına əsasən 194.915,25 manat, ##.##.2023-cü il tarixli ** nömrəli Ödəniş tapşırığına əsasən 35.084,75 manat) ödənilmişdir.

3. Iddiaçı ##.##.2023-cü il tarixli **************** nömrəli “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı” elektron ərizə ilə cavabdehə müraciət etmiş, həmin ərizəyə CY*-***/** nömrəli müqaviləni və ödəniş sənədlərini əlavə etmişdir. Cavabdeh tərəfindən elektron müraciətə əlavə edilmiş sənədlər yoxlanılarkən, mənzilin tam dəyərinin 107.327,0 manat məbləğində olan hissəsinin ödənilməsini təsdiq edən sənədlərin müraciətə əlavə edilmədiyi müəyyən olunmuşdur. Bununla bağlı, iddiaçıya ##.##.2023-cü il tarixli **************** nömrəli “Müraciətə baxılması barədə” bildiriş göndərilərək, mənzilin tam dəyərinin ödənilməsini təsdiq edən sənədlərin müraciətə əlavə edilmədiyi, habelə ##.##.2023-cü il tarixli ödəniş sənədlərinin “ödəniş təyinatı və əsas” bölməsində elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsinin qeyd edilmədiyi, qeyd olunan çatışmazlıqların aradan qaldırılaraq 10 iş günü müddətində yenidən müraciət olunması bildirilmişdir. Bildirişlə müəyyən edilən müddətdə qeyd olunan çatışmazlıqlar aradan qaldırılmadığından vergi orqanı tərəfindən “Yaşayış və qeyri-yaşayış sahələrininə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” ##.##.2023-cü il tarixli **************** nömrəli qərar qəbul edilmişdir.

4. Bundan sonra, iddiaçı ##.##.2023-cü il tarixli **************** nömrəli “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı” elektron ərizə ilə yenidən müraciət etmiş və həmin ərizəyə CY*-***/** nömrəli müqaviləni və ödəniş sənədlərini əlavə etmişdir. Vergi oranı tərəfindən təqdim edilən sənədlərin araşdırılması zamanı bu dəfə mənzilin tam dəyərinin 230.000 manat məbləğində olan hissəsinin ödənilməsini təsdiq edən sənədlərin müraciətə əlavə olunmadığı müəyyən edilmişdir. Bu səbəbdən, İddiaçı ##.##.2023- cü il tarixli **************** nömrəli “Müraciətə baxılması barədə” bildiriş göndərilərək, mənzilin tam dəyərinin ödənilməsini təsdiq edən sənədlərin müraciətə əlavə edilmədiyinin müəyyən olunduğu, qeyd olunan çatışmazlığın aradan qaldırılaraq 10 iş günü müddətində yenidən müraciət olunması bildirilmişdir. Iddiaçı ##.##.2023-cü il tarixli **************** nömrəli və ##.##.2023-cü il tarixli **************** nömrəli “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı” elektron ərizələrlə (müvafiq ödəniş sənədləri əlavə edilməklə) müraciət etmiş, Qaydaların 5.2-ci bəndinə əsasən bank ödəniş sənədlərinin təyinatında elektron qaiməfakturanın tarixi, seriyası və nömrəsi qeyd edilmədiyindən, vergi orqanı tərəfindən “Yaşayış və qeyri-yaşayış sahələrininə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” ##.##.2023-cü il tarixli **************** nömrəli qərar qəbul edilmişdir.

5. Bundan sonra, iddiaçı ##.##.2023-cü il və ##.##.2023-cü il tarixlərdə təkrar müraciət etmiş və onun müraciətləri eyni əsasla təmin edilməmiş və müvafiq olaraq “Yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” ##.##.2023-cü il tarixli **************** nömrəli və ##.##.2023-cü il tarixli **************** nömrəli qərarlar qəbul edilmişdir.

6. Iddiaçı sonuncu dəfə yenidən ##.##.2023-cü il tarixli **************** nömrəli “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı” elektron ərizə ilə cavabdehə müraciət etmiş, Qaydaların 5.1-ci bəndi ilə müəyyən olunmuş müddətdən gec müraciət edildiyindən, vergi orqanı tərəfindən “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” ##.##.2024-cü il tarixli **************** nömrəli qərar qəbul edilmişdir.

7. Bundan sonra, yuxarıda qeyd olunan qərarlardan narazı qalan iddiaçı inzibati qaydada şikayət vermiş və Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti X1 Idarəsinin **************** saylı, ##.##.2024-cü il tarixli qərarına əsasən inzibati şikayət təmin edilməmişdir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a) birinci instansiyası məhkəməsində icraat

8. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs MTK arasında bağlanmış ## ### 2023-cü il tarixli CY*- ***/** nömrəli müqaviləyə əsasən tərəfindən nağdsız qaydada alınmış yaşayış sahəsinə (ünvan 3 3) ünvanındakı “K Residence Baku” yaşayış kompleksində yerləşən **** nömrəli mənzil) görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmalı olan hissəsinin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.

9. Iddiaçı iddia ərizəsində işin hallarına istinad etmiş və əlavə olaraq qeyd etmişdir ki, mənzil ipoteka krediti yolu ilə əldə olunduğuna görə, müqavilənin 337.327 manat təşkil edən dəyərinin bir hissəsini, yəni 107.327 manatı ödəmiş, qalan 230.000 manatı isə “xxxx” ASC tərəfindən müvafiq olaraq kooperativin və onun ƏDV depozit hesabına ödənilmişdir. Beləliklə, kooperativlə bağlanmış müqavilə üzrə öhdəliyini tam şəkildə yerinə yetirmiş və mənzilin dəyəri, habelə əlavə dəyər vergisi (ƏDV) nağdsız qaydada tam şəkildə ödənilmişdir. Bundan sonra, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il ## ### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın verdiyi hüquqdan istifadə edərək, əlavə dəyər vergisinin bir hissəsinin qaytarılması məqsədilə, 90 (doxsan) gündən gec olmayaraq portalda qeydiyyatdan keçmiş və müvafiq sənədləri (müqaviləni, mədaxil qəbzlərini və ödəniş tapşırıqlarını) skan edərək portala göndərmişdir. Lakin cavabdeh hər dəfə bir əsas (bəhanə) gətirməklə, müraciətini təmin etməmiş, geri qaytarılmalı olan ƏDV-nin ödənilməsindən imtina etmişdir.

10. Cavabdeh iddiaya dair yazılı etirazını bu qərarın 1-7-ci bəndlərində qeyd edilən işin hallarına istinadla əsaslandırmışdır.

11. Bakı Inzibati Məhkəməsinin (hakim: A.M.Almazova) ## ###### 2024-cü il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, ünvan 2 3) ünvanındakı “K Residence Baku” yaşayış kompleksində yerləşən **** nömrəli mənzilə görə iddiaçı İddiaçı qaytarılacaq əlavə dəyər vergisinin yekun məbləği barədə məlumatın müvəkkil Banka ötürülməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə ƏDV-nin qaytarılmasından imtina edilməsi üçün əsas olaraq, əvvəlcə ödənişin təyinatı hissəsində elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi göstərilməməsi, sonradan isə iddiaçı tərəfindən bildirişin alındığı tarixdən 10 (on) iş günü müddətində çatışmazlıqların aradan qaldırılmaması qeyd olunmuşdur. Hazırkı iş üzrə iddiaçı alıcı qismində, yəni satıcıdan yaşayış sahəsini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçı olaraq iştirak edir. Yaşayış sahəsinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra ödənilmiş əlavə dəyər vergisinin geri qaytarılması üçün müraciət etmək iddiaçının qanunla nəzərdə tutulmuş hüququdur. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı tərəfindən yaşayış sahəsinin dəyəri satıcıya tam şəkildə ödənilmiş (iş materiallarında olan mədaxil qəbzləri ilə sübut olunur) və o, müvafiq orqana müraciət etmişdir. Cavabdeh qurumun məhkəmə iclasında imtina əsası, əvvəlcə ödənişin təyinatı hissəsində elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi göstərilməməsi, sonradan isə iddiaçı tərəfindən bildirişin alındığı tarixdən 10 (on) iş günü müddətində çatışmazlıqların aradan qaldırılmaması qeyd edilsə də, iddiaçıya ünvanlanmış bildiriş və qərarda imtina əsası aydın şəkildə qeyd edilməmiş, bu səbəbdən də iddiaçı qeyd edilən sənədləri birlikdə gec təqdim etmiş, lakin cavabdeh iddiaçının bildirişin alındığı tarixdən 10 (on) iş günü müddətində çatışmazlıqların aradan qaldırılmaması əsası ilə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə nəzərə alır ki, qanunvericiliyin tələblərinə uyğun olaraq ƏDV-nin qaytarılması ilə bağlı müraciət olunarkən 10 iş günü müddətində iddiaçı tərəfindən təqdim olunan sənədlər yoxlanılmalı və çatışmazlıqlar barədə müvafiq olaraq iddiaçıya məlumat verilməlidir. Lakin hazırkı iş üzrə cavabdeh orqan tərəfindən sənədlərdəki çatışmazlıqlar barədə faktiki olaraq məlumat verilmədən, sonda isə bütün sənədlər təqdim edilməsinə baxmayaraq, iddiaçıya münasibətdə ƏDV-nin qaytarılmasından imtina olunması barədə qərar qəbul edilmişdir. Nəticədə isə iddiaçı çatışmazlıqlar barədə məlumatlanma və çatışmazlıqların aradan qaldırılması hüququndan da məhrum olmuşdur.

13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: G.M.Abbasova sədrlik edən və məruzəçi, A.P.Oruczadə və E.Ə.Əliyev) ## ###### 2025-ci il tarixli, 2-1(103)- 1814/2025 qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a) kassasiya şikayətinin dəlilləri 17.

18. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsinin “cavabdeh orqan tərəfindən sənədlərdəki çatışmazlıqlar barədə faktiki olaraq məlumat verilmədən, sonda isə bütün sənədlər təqdim edilməsinə baxmayaraq, iddiaçıya münasibətdə ƏDV-nin qaytarılmasından imtina olunması barədə qərar qəbul edilmişdir” ifadəsi anlaşılan deyil. Belə ki, iddiaçıya ünvanlanmış bütün imtina qərarlarında imtinanın əsası aydın şəkildə əks etdirilmiş, məhkəmə də öz qərarında həmin əsasları qeyd etmişdir. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçı dəfələrlə “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı” ərizə ilə müraciətlər etmiş, lakin sənədlərdəki çatışmazlıqlarla əlaqədar cavabdeh orqan tərəfindən ərizələrin təmin edilməməsi ilə bağlı imtina qərarları qəbul edilmişdir. Həmçinin, inzibati araşdırmada iştirak etmiş iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil2 izahatında ##.##.2023-cü il tarixli müraciətdə yol verilmiş nöqsanların aradan qaldırılması ilə bağlı vətəndaşa göndərilmiş ##.##.2023-cü il tarixli **************** nömrəli bildirişin İddiaçı tərəfindən nə zaman alınması və Qaydalarla müəyyən edilmiş 10 iş günü müddətində bildirişdə qeyd edilən nöqsanların hansı səbəbdən aradan qaldırılmaması ilə bağlı suala cavab olaraq bu barədə məlumatlı olmadığını, ##.##.2024-cü il tarixədək bununla bağlı araşdırmaya məlumat verəcəyini bildirmişdir. Bu sualla bağlı İddiaçı araşdırmaya təqdim etdiyi ##.##.2024-cü il tarixli (AVIS qeydiyyatı: ##.##.2024-cü il tarixli **************** nömrəli) məktubunda bildirişlə nə vaxt tanış olması barədə məlumatın əldə edilməsinin texniki cəhətdən mümkün olmadığını, ##.##.2023-cü il tarixdə cavab məktubunu vergi orqanına təqdim etdiyini bildirmişdir. Araşdırma zamanı belə bir məktubun vergi orqanına daxil olması aşkar edilməmiş, bu məktuba qoşma edilmiş sənədin isə vergi orqanı tərəfindən qəbul edilmiş ##.##.2023-cü il tarixli qərar olduğu müəyyən edilmişdir.

19. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsinin qərarında iddianın təmin edilməsinin dəlilləri sırasında cavabdeh vergi orqanının sonuncu imtinasının əsaslarına, ümumiyyətlə, münasibət bildirilməmişdir. Lakin həmin - ##.##.2024-cü il tarixli **************** nömrəli qərardan göründüyü kimi, əslində iddiaçı daşınmaz əmlaka görə ödənilmiş ƏDV-nin 30 faizinin qaytarılması barədə cavabdeh orqana 90 gündən gec müraciət etdiyi səbəbindən ƏDV-nin qaytarılması barədə ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilmişdir.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

21. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 153.1. Əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Maddə 165.6. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir.

22. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il ## ### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”: 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi:

1. ödənişi aparan alıcının soyadı, adı və atasının adı;

2. ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi;

3. ödənişin təyinatı. 5.2. Bu Qaydanın 5.1.2-ci yarımbəndinin 3-cü abzasında qeyd edilən ödənişin təyinatı hissəsində aşağıdakı məlumatlar göstərilir: 5.2.1. elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi; 5.2.2. ödənişin növü (tam ödəniş, ilkin ödəniş və ya aylıq ödəniş). 5.3. Dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDVnin qaytarılmasına yol verilmir. 5.4. Alıcı tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı alıcının müraciətinə operator 10 (on) iş günü müddətində baxır və bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünü yoxlayır. Sənədlərdə çatışmazlıq aşkar olunduqda, müraciət daxil olduğu gündən 5 (beş) iş günü müddətində çatışmazlıqların aradan qaldırılması barədə alıcının portalda yaratdığı elektron kabinetə bildiriş göndərilir. Bütün çatışmazlıqlar eyni zamanda bildirilməlidir. Alıcı həmin çatışmazlıqları bildirişi aldığı tarixdən ən geci 10 (on) iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman operatorun müraciətə baxması ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət operator tərəfindən alıcının müraciətinə baxılma müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə alıcının müraciətindən sonra müddətin axımı bərpa olunur.

23. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

26. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı və iddia rədd edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

27. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı son nəticədə mənzil alqı-satqısı zamanı alıcı kimi ödədiyi ƏDV-nin bir hissəsinin geri qaytarılmasına yönəlib.

28. Ilk növbədə nəzərə alınmalıdır ki, şəxsin inzibati orqana müəyyən hüququn həyata keçirilməsi məqsədilə müraciət etməsi yalnız maddi hüquqi tələbin irəli sürülməsi deyil, eyni zamanda həmin tələbin qanunvericiliklə müəyyən edilmiş prosedur çərçivəsində araşdırılmasına yönəlmiş inzibati icraatın başlanmasına səbəb olan hüquqi faktdır. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.1-ci və 28.2-ci maddələrinin məzmununa görə, fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati icraatın başlanılması üçün əsaslardan biridir və belə halda inzibati icraat ərizənin qeydiyyata alındığı andan başlanır.

29. Inzibati icraat isə yalnız inzibati orqanın üzərinə müəyyən hərəkətləri yerinə yetirmək vəzifəsi qoyan birtərəfli proses deyildir. Icraatın səmərəli həyata keçirilməsi həm inzibati orqanın, həm də maraqlı şəxsin qanunvericiliklə müəyyən edilmiş prosessual tələblərə əməl etməsini nəzərdə tutur. Bu baxımdan, ərizənin verilməsi ilə başlayan icraat ərizənin ilkin yoxlanılması, zəruri faktiki halların müəyyən edilməsi, sübutların toplanılması və qiymətləndirilməsi, nəticədə, müvafiq inzibati aktın qəbul edilməsi mərhələlərindən ibarət vahid proses təşkil edir.

30. Bu proses çərçivəsində maraqlı şəxsin də üzərinə müəyyən prosessual məsuliyyət düşür. “Inzibati icraat haqqında” Qanunun 46.1-ci maddəsinə əsasən, inzibati icraatda iştirak edən şəxslər işin bütün faktiki hallarının müəyyən edilməsinə kömək etməli, iş üçün əhəmiyyət kəsb edən və onlara məlum olan faktlar barədə məlumat verməli və özlərində olan zəruri sübutları təqdim etməlidirlər. Yalnız şəxsin zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda və bu barədə müvafiq vəsatət verdikdə inzibati orqanın həmin sübutları tələb etmək vəzifəsi yaranır.

31. Hazırkı mübahisəyə münasibətdə isə xüsusi normativ tənzimləmə Azərbaycan Respublikası Prezidentinin ## ### 2022-ci il tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydalarla müəyyən edilmişdir. Qaydaların 5.1-ci bəndinə əsasən, alıcı yaşayış və ya qeyriyaşayış sahəsinin dəyərini satıcıya nağdsız qaydada tam ödədikdən sonra 90 gündən gec olmayaraq ƏDV-nin qaytarılması məqsədilə müraciət etməli və həmin bənddə konkret göstərilən sənədləri portala göndərməlidir. Beləliklə, normativ akt yalnız müraciətin verilməsini deyil, ƏDV-nin qaytarılması üçün zəruri sənədlərin həmin müraciətlə birlikdə təqdim edilməsini də nəzərdə tutur. Qaydaların 5.1.2-ci bəndində isə alınmış yaşayış və qeyriyaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən bank ödəniş sənədinin təqdim olunması ayrıca müəyyən edilmişdir.

32. Bununla belə, qanunverici sənədlərin ilkin müraciət zamanı natamam təqdim edilməsini ƏDV-nin qaytarılmasından dərhal imtina üçün mütləq əsas kimi müəyyən etməmiş, belə hallarda çatışmazlıqların aradan qaldırılması üçün xüsusi prosedur nəzərdə tutmuşdur. Qaydaların 5.4-cü bəndinə əsasən, sənədlərdə çatışmazlıq müəyyən edildikdə, bu barədə alıcıya bildiriş göndərilməli, bütün çatışmazlıqlar eyni zamanda bildirilməli və alıcıya həmin çatışmazlıqların aradan qaldırılması üçün 10 iş günü müddət verilməlidir.

33. Hazırkı işdə iddiaçı mənzilin dəyərini tam ödədikdən sonra ##.##.2023-cü ildə ƏDVnin qaytarılması barədə elektron ərizə ilə cavabdehə müraciət etmişdir. Həmin müraciət 90 günlük müddət daxilində edilmiş və onun qeydiyyata alınması ilə ƏDV-nin qaytarılması məsələsi üzrə inzibati icraat başlanmışdır. Lakin iddiaçının ilkin müraciəti Qaydaların tələblərinə tam uyğun olmamışdır. Belə ki, mənzilin dəyərinin 107.327 manatlıq hissəsinin ödənilməsini təsdiq edən sənədlərin təqdim edilmədiyi, həmçinin ##.##.2023-cü il tarixli ödəniş sənədlərinin “ödənişin təyinatı və əsas” bölməsində elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsinin göstərilmədiyi müəyyən edilmişdir.

34. Qeyd olunan çatışmazlıqların xarakteri nəzərə alındıqda, onların aradan qaldırılması üçün zəruri sənədlərin ilk növbədə iddiaçı tərəfindən təqdim edilməli olduğu qənaətinə gəlinir. Söhbət inzibati orqanın sərəncamında olan və ya iddiaçının əldə etmək imkanına malik olmadığı məlumatların araşdırılmasından deyil, iddiaçının öz ödənişlərini təsdiq edən və Qaydaların 5.1-ci bəndinə əsasən bilavasitə onun müraciətinə əlavə edilməli olan sənədlərdən gedir. “Inzibati icraat haqqında” Qanunun 30.3-cü maddəsi də təqdim olunması qanunla nəzərdə tutulmuş sənədlərin ərizəyə əlavə edilməsini nəzərdə tutur. Qanunun 32.2-1-ci maddəsində inzibati orqanın özü tərəfindən əldə edilməli sənədlər digər inzibati orqanın sərəncamında olan sənədlər kimi müəyyən edilmişdir. Hazırkı halda isə belə bir vəziyyətin mövcudluğu iş materiallarından müəyyən edilmir.

35. Vergi orqanı iddiaçının natamam müraciətini dərhal rədd etməmiş, əksinə, Qaydaların 5.4-cü bəndində nəzərdə tutulan mexanizmi tətbiq edərək, ##.##.2023-cü il tarixli bildirişlə müəyyən edilmiş çatışmazlıqları iddiaçının diqqətinə çatdırmış və onların aradan qaldırılması üçün 10 iş günü müddət vermişdir. Bununla da, iddiaçıya ilkin müraciət əsasında başlanmış inzibati icraat çərçivəsində sənədlərini tamamlamaq və ƏDV-nin qaytarılması üçün müəyyən edilmiş şərtlərə uyğunlaşdırmaq imkanı yaradılmışdır.

36. Lakin iş materiallarından iddiaçının həmin bildirişlə verilmiş müddət ərzində göstərilən çatışmazlıqları tam şəkildə aradan qaldırdığı və tələb olunan sənədləri vergi orqanına təqdim etdiyi müəyyən edilmir. Əksinə, verilmiş müddətin nəticəsiz başa çatmasından sonra vergi orqanı ##.##.2023-cü il tarixli qərarla ƏDV-nin qaytarılmasından imtina etmişdir. Beləliklə, ##.##.2023-cü il tarixli müraciətlə başlanmış inzibati icraat həmin müraciət üzrə yekun inzibati aktın – ##.##.2023-cü il tarixli imtina qərarının qəbul edilməsi ilə başa çatmışdır. Bu məqam sonrakı müraciətlərin hüquqi xarakterinin müəyyənləşdirilməsi üçün əhəmiyyətlidir. Iddiaçının ##.##.2023-cü il tarixdən başlayaraq etdiyi müraciətlər ##.##.2023-cü il tarixli müraciət əsasında davam edən eyni inzibati icraat çərçivəsində sənədlərin tamamlanması kimi qiymətləndirilə bilməz. Çünki ilkin icraat artıq ##.##.2023-cü il tarixli inzibati aktla yekunlaşdırılmışdı. Iddiaçıya çatışmazlıqları həmin icraat daxilində aradan qaldırmaq üçün xüsusi müddət verilmiş, lakin bu imkandan qanunvericiliklə müəyyən edilmiş müddətdə istifadə olunmamışdır. Buna görə sonradan edilən hər bir yeni müraciət zamanı həmin müraciətin verildiyi tarixdə ƏDV-nin qaytarılması üçün qanunvericilikdə müəyyən edilmiş şərtlərin, o cümlədən müraciət müddətinin mövcud olub-olmaması ayrıca qiymətləndirilməlidir.

37. Qaydaların 5.1-ci və 5.3-cü bəndlərinin birlikdə təhlili göstərir ki, yaşayış sahəsinin dəyəri tam ödənildikdən sonra 90 günlük müddət ərzində müraciət edilməsinə dair tələb formal deyil, əksinə, Qaydaların 5.3-cü bəndində həmin müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına “yol verilmədiyi” birbaşa müəyyən edilmişdir. Bu hal inzibati orqana müddətin tətbiq edilib-edilməməsi barədə seçim və ya mülahizə sərbəstliyi vermir. ƏDV-nin qaytarılması üçün nəzərdə tutulmuş 90 günlük müddət hüququn həmin xüsusi prosedur daxilində həyata keçirilməsinin normativ şərtlərindən biridir.

38. Müddətin hesablanması zamanı “Inzibati icraat haqqında” Qanunun 48-ci maddəsinin tələbləri də nəzərə alınmalıdır. Qanunun 48.2-ci maddəsinə görə müddətin axımı onun başlanğıcını müəyyən edən hadisənin baş verdiyi gündən sonrakı gün başlayır, 48.6-cı maddəyə görə isə müddətin son günü qeyri-iş gününə düşdükdə, növbəti iş günü müddətin qurtardığı gün hesab olunur. Buna görə mənzilin tam dəyərinin ödənilməsinin ##.##.2023-cü ildə başa çatdığı qəbul edildikdə, 90 günlük müddətin axımı ##.##.2023-cü ildən başlanır. 90cı gün olan ##.##.2023-cü il şənbə gününə düşdüyündən, müddətin son günü növbəti iş günü – “##.##.2023-cü il” hesab edilməlidir. Bu baxımdan, iddiaçının ##.##.2023-cü il tarixli növbəti müraciəti artıq Qaydaların 5.1-ci bəndində müəyyən edilmiş müddətdən sonra verilmişdir.

39. Iddiaçının sonrakı müraciətlərinə cavab verilərkən vergi orqanının müddətin ötürülməsinə deyil, başqa çatışmazlıqlara, o cümlədən bank ödəniş sənədlərinin təyinatında elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsinin göstərilməməsinə istinad etməsi də bu nəticəni dəyişdirmir. Doğrudur, inzibati orqanın ardıcıl və aydın davranması, maraqlı şəxsə onun hüquqi vəziyyətinə təsir edən bütün əhəmiyyətli halları vaxtında bildirməsi hüquqi müəyyənlik və səmərəli inzibati idarəetmə baxımından əhəmiyyət daşıyır. Lakin inzibati orqanın konkret qərarında qanundan irəli gələn hər hansı maneəni göstərməməsi özlüyündə həmin maneəni aradan qaldırmır və şəxsdə qanunvericiliyin imperativ tələbinin tətbiq edilməməsi barədə hüquqi cəhətdən qorunan gözlənti yaratmır.

40. Başqa sözlə, inzibati orqanın əvvəlki müraciətlərə münasibətdə 90 günlük müddətin ötürülməsini ayrıca imtina əsası kimi göstərməməsi həmin müddətin uzadılması, bərpası və ya onun tətbiqindən imtina edilməsi kimi qiymətləndirilə bilməz. Qaydaların 5.3-cü bəndi ƏDV-nin qaytarılmasını inzibati orqanın bu məsələdəki mülahizəsindən asılı qoymur, əksinə, 90 günlük müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasını istisna edir. Müddətlərin müəyyən edilməsi, həmçinin inzibati münasibətlərdə hüquqi müəyyənliyin təmin olunmasına xidmət edir. Qanunvericilik müəyyən hüququn həyata keçirilməsini konkret müddətlə bağladıqda, həmin müddət həm maraqlı şəxsin hansı zaman çərçivəsində hərəkət etməli olduğunu əvvəlcədən bilməsinə, həm də inzibati orqanın qeyrimüəyyən41. müddət ərzində eyni hüquqi münasibət üzrə müraciətlərlə üzləşməməsinə xidmət edir. Bu səbəbdən, normativ aktda açıq şəkildə müəyyən edilmiş müddətin inzibati orqanın əvvəlki müraciətə münasibətdə ona istinad edib-etməməsindən asılı vəziyyətə gətirilməsi müddət institutunun hüquqi müəyyənlik funksiyası ilə uzlaşmazdı.

42. Digər tərəfdən, hazırkı halda iddiaçının 90 günlük müddət ərzində hüququnu həyata keçirmək imkanından məhrum edildiyi də müəyyən olunmur. Iddiaçı bu müddət ərzində – ##.##.2023-cü ildə müraciət etmiş, həmin müraciət üzrə inzibati icraat başlanmış, təqdim etdiyi sənədlərdə olan çatışmazlıqlar ona ##.##.2023-cü ildə bildirilmiş və onların aradan qaldırılması üçün 10 iş günü müddət verilmişdir. Beləliklə, iddiaçı həm ilkin müraciəti vaxtında etmək, həm də həmin müraciət üzrə başlanmış icraat daxilində sənədlərdəki çatışmazlıqları aradan qaldırmaq üçün real imkana malik olmuşdur. Ilkin icraatın onun iradəsindən asılı olmayan səbəbdən yarımçıq qalması və ya inzibati orqanın hərəkətləri nəticəsində tələb olunan sənədlərin vaxtında təqdim edilməsinin mümkünsüz olması isə iş materialları ilə təsdiq edilmir.

43. Bu baxımdan, ##.##.2023-cü il tarixli qərarla ilkin inzibati icraatın yekunlaşmasından sonra iddiaçının ##.##.2023-cü il tarixdə və daha sonrakı tarixlərdə etdiyi müraciətlərə münasibətdə artıq Qaydaların 5.1-ci və 5.3-cü bəndlərində müəyyən edilmiş 90 günlük müddət ötürülmüşdür. Sonrakı müraciətlər üzrə vergi orqanının əvvəlcə başqa çatışmazlıqları imtina əsası kimi göstərməsi bu obyektiv hüquqi vəziyyəti dəyişdirmir və iddiaçıya normativ aktın imperativ tələbinə zidd olaraq ƏDV-nin qaytarılmasını tələb etmək hüququ vermir.

44. Odur ki, iddiaçının ##.##.2023-cü il tarixdən sonra etdiyi müraciətlər üzrə vergi orqanının istinad etdiyi digər imtina əsaslarının, o cümlədən bank ödəniş sənədlərinin “ödənişin təyinatı” hissəsində elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsinin göstərilməməsi ilə bağlı əsasın hazırkı mübahisənin nəticəsi baxımından ayrıca hüquqi qiymətləndirilməsinə zərurət qalmır.

45. Işə baxan birinci instansiya məhkəməsi və onun mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi mübahisəni əsasən iddiaçının ƏDV-nin qaytarılması hüququnun mövcudluğu və vergi orqanı tərəfindən sənədlərdəki çatışmazlıqlar barədə onun lazımi qaydada məlumatlandırılıb-məlumatlandırılmaması müstəvisində qiymətləndirmiş, lakin həmin hüququn Qaydalarda nəzərdə tutulmuş prosedur və müddətlər daxilində həyata keçirilib-keçirilmədiyini, eləcə də ##.##.2023-cü il tarixli ilkin müraciət üzrə başlanmış inzibati icraatın sonrakı hüquqi taleyini lazımi qaydada nəzərə almamışdır.

46. Şübhəsiz ki, yaşayış sahəsinin dəyərini qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödəyən fiziki şəxsin ödənilmiş ƏDV-nin müəyyən hissəsinin qaytarılmasını tələb etmək hüququ vardır. Lakin belə hüququn mövcudluğu onun həyata keçirilməsi üçün normativ aktla müəyyən edilmiş şərt və prosedurlardan ayrılıqda qiymətləndirilə bilməz. Qaydalar ƏDVnin qaytarılmasını təkcə yaşayış sahəsinin dəyərinin tam ödənilməsi faktı ilə əlaqələndirməmiş, eyni zamanda müraciətin 90 günlük müddətdə edilməsini, müəyyən edilmiş sənədlərin təqdim olunmasını və həmin sənədlərdə çatışmazlıq olduqda onların verilmiş müddətdə aradan qaldırılmasını nəzərdə tutmuşdur. Buna görə mənzilin dəyərinin tam ödənilməsi faktının müəyyən edilməsi özlüyündə ƏDV-nin qaytarılması üçün kifayət edən hüquqi əsas hesab edilə bilməz.

47. Apellyasiya instansiyası məhkəməsinin iddiaçının sənədlərdəki çatışmazlıqlar barədə faktiki olaraq məlumatlandırılmadığı və nəticədə, çatışmazlıqları aradan qaldırmaq hüququndan məhrum olduğu barədə qənaəti də işin müəyyən edilmiş hallarına uyğun deyildir. Iş materiallarından görünür ki, iddiaçının ##.##.2023-cü il tarixli müraciətindən sonra vergi orqanı tərəfindən ##.##.2023-cü il tarixli bildiriş göndərilmiş və həmin bildirişdə həm mənzilin tam dəyərinin 107.327 manat hissəsinin ödənilməsini təsdiq edən sənədlərin müraciətə əlavə edilmədiyi, həm də ##.##.2023-cü il tarixli ödəniş sənədlərinin “ödəniş təyinatı və əsas” bölməsində elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsinin göstərilmədiyi konkret olaraq qeyd edilmişdir. Eyni zamanda, həmin çatışmazlıqların aradan qaldırılması üçün iddiaçıya 10 iş günü müddət verilmişdir.

48. Belə olan halda, iddiaçının çatışmazlıqlar barədə məlumatlandırılmadığı və onları aradan qaldırmaq imkanından məhrum edildiyi barədə nəticəyə gəlmək üçün ilk növbədə, ##.##.2023-cü il tarixli bildirişin məzmununa hüquqi qiymət verilməli və məhz hansı çatışmazlığın iddiaçıya bildirilmədiyi konkret müəyyən edilməli idi. Məhkəmə isə bildirişdə göstərilmiş konkret məlumatları işin faktiki halları ilə qarşılaşdırmadan ümumi şəkildə iddiaçının məlumatlandırılmadığı nəticəsinə gəlmişdir. Halbuki, Qaydaların 5.4-cü bəndində nəzərdə tutulan prosedurun məqsədi şəxsin müraciətinin formal səbəblərlə dərhal rədd edilməsinin qarşısını almaq və ona aşkar edilmiş çatışmazlıqları aradan qaldırmaq üçün real imkan yaratmaqdır. Hazırkı halda belə imkan iddiaçıya verilmişdir.

49. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi sonradan sənədlərin tam şəkildə təqdim olunmasını ilkin müraciət çərçivəsində mövcud olmuş çatışmazlıqların aradan qaldırılması kimi qiymətləndirməklə müxtəlif inzibati icraatlar arasındakı hüquqi sərhədi nəzərə almamışdır.

50. Apellyasiya instansiyası məhkəməsinin diqqət yetirdiyi digər məsələ vergi orqanının müxtəlif mərhələlərdə fərqli imtina əsaslarına istinad etməsi olmuşdur. Lakin bu halın özü də iddiaçının sonrakı müraciətlərinin müddət daxilində verilmiş hesab edilməsinə səbəb ola bilməz. Vergi orqanının ##.##.2023-cü il tarixdən sonrakı müraciətlər üzrə əvvəlcə ödəniş sənədlərindəki çatışmazlıqlara istinad etməsi və yalnız sonuncu müraciət üzrə 90 günlük müddətin ötürülməsini ayrıca imtina əsası kimi göstərməsi inzibati orqanın fəaliyyətinin ardıcıllığı və qərarların əsaslandırılması baxımından qiymətləndirilə bilən hal olsa da, Qaydaların 5.3-cü bəndindən irəli gələn imperativ hüquqi nəticəni dəyişdirmir.

51. Başqa sözlə, inzibati orqanın əvvəlki qərarlarda müəyyən hüquqi maneəyə istinad etməməsi həmin maneənin mövcud olmadığı barədə şəxsdə hüquqi cəhətdən qorunan etimad yarada bilməz. Qanunvericiliyin imperativ norması inzibati orqanın həmin normaya istinad edib-etməməsindən asılı olaraq qüvvə qazanmır və ya qüvvəsini itirmir. Xüsusilə də, inzibati orqana müddətin uzadılması və ya həmin müddətin tətbiq edilməməsi barədə mülahizə səlahiyyəti verilmədiyi halda, onun əvvəlki qərarlarında başqa imtina əsaslarını göstərməsi şəxsin normativ aktla müəyyən edilmiş müddətdən sonra ƏDV-nin qaytarılmasını tələb etmək hüququnun yaranmasına səbəb ola bilməz.

52. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Iddia təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar