Məhkəmə qərarları › İş №2-1(102)-362/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-362/2021

17.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-362/2021 17.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxs 1 saylı regional ərazi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi və iddiaçının vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin S osial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxs 1 saylı regional ərazi filialına qarşı yaşa görə əmək pensiyası təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2-1(105)-400/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1955-ci ildə doğulmuşdur və Sumqayıt şəhərində yaşayır.

2. İddiaçıya məxsus hərbi biletində və əmək kitabçasında əksini tapmış məlumatlara əsasən o, 1970-1974-cü illərdə Sumqayıt Kimya Texnologiya Texnikumunda təhsil almış, xx.xx.1974-cü ildən xx.xx.1974-cü ilədək "Sumqayıt Üzvi-sintez” zavodunda işləmiş, xx.xx.1974-xx.xx.1976-cı illərdə hərbi xidmətdə olmuş, xx.xx.1977-ci ildə yenidən “Sumqayıt Üzvi- sintez” zavoduna işə qəbul edilərək xx.xx.1980-ci ilə qədər orada işləmiş, xx.xx.1981-ci ildən xx.xx.1982-ci ilə qədər Sumqayıt Kompressorlar zavodunda, xx.xx.1982-ci ildən xx.xx.1989-cu ilə qədər köçürmə yolu ilə Sumqayıt şəhər MeyvəTərəvəz Ticarət Birliyində, xx.xx.1992-ci ildən xx.xx.1999-cu ilə qədər “Uğur” Kiçik müəssisəsində və xx.xx.2018-ci ildən hal-hazıra qədər “xxxx” Mənzil Tikinti Kooperativində işləmişdir.

3. İddiaçı xx.xx.2019-cu ildə ərizə ilə cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir.

4. Cavabdeh iddiaçının xahişini təmin etməkdən imtina etmiş və iddiaçıya xx.xx.2020-ci il tarixli məktubla cavab verərək bildirmişdir ki, ərizəyə əmək kitabçası əlavə edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı 2020-ci il 24 yanvar tarixdə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, 64 yaşı tamam olan tarixdən, yəni xx.xx.2019-cu ildən yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ümumi iş stajı 26 ildir. 64 yaşı tamam olan xx.xx.2019-cu ildə yaşa görə pensiya təyin edilməsi ilə əlaqədar olaraq sənədlərini Sumqayıt “Asan xidmət” Mərkəzinə təqdim etmişdir. Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Sumqayıt şəhər Şöbəsi xx.xx.2020-ci il tarixli məktubla ona pensiya təyinatından imtina etmişdir. Səbəb kimi ərizəyə əmək ki tabçasının əlavə edilmədiyini bildirmişdir. O cavabdehin imtinası ilə razılaşmır. Belə ki, onun yuxarıda adı qeyd olunan müəssisələrdə işlədiyini həmin müəssisələr tərəfindən verilmiş arayışlar təsdiq edir. Həmçinin Sumqayıt “Kimya- Texnologiya” Texnikumunda 1970-1974-cü illərdə təhsil almağını AR Dövlət Arxivinin Sumqayıt Filialının xx.xx.2019-cu il tarixli, 236 saylı arayışı təsdiq edir. Onun noyabr 1974- noyabr 1976-cı illərdə hərbi xidmətdə olmağı faktını Sumqayıt Hərbi Komissarlığı tərəfindən verilmiş H3 № ******* saylı hərbi bilet təsdiq edir. Qeyd olunan faktlara istinad edərək hesab edir ki, cavabdehin imtinası əsassızdır və ona 64 yaşı tamam olan tarixdən - xx xxxxx 2019-cu ildən yaşa görə pensiya təyin edilməlidir.

7. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-557/2020 saylı, xx.xx. 2020-ci il tarixli qərarı ilə (hakim C.Məmmədov) iddia təmin edilmiş, İddiaçı təqdim etdiyi arayışlarda qeyd olunan müddətləri, əmək kitabçasında qeyd olunan müəssisələrdə işlədiyi dövrləri, hərbi xidmət dövrü və əyani təhsil aldığı dövrləri sosial sığorta stajına daxil edilərək, yaşa görə əmək pensiyası hüququnun yarandığı tarixdən, yəni xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulmuşdur.

8. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəmələrindəki icraat

9. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2-1(105)-400/2020 nömrəli qərarı ilə (hakimlər Z.Məmmədov (sədrlik edən və məruzəçi), E.Əhmədov və F.Məmmədov) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(118)-557/2020 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, iddia təmin edilməmişdir.

10. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri

11. Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiyası məhkəməsi öz qərarında göstərmişdir ki, «Uğur» kiçik müəssisəsinin qeydiyyat və digər sənədlə ri sorğular nəticəsində aşkar edilə bilməmiş və iddiaçı da həmin sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Bunun üçün məhkəmə öz qərarında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin X1 Qeydiyyatı İdarəsinin xx xxxxxxx 2020-ci il tarixli məktubuna əsaslanmışdır. Lakin bu zaman məhkəmə həmin məktubun məzmununa zidd nəticəyə gəlmiş və həmin məktubda göstərilən tələbə prosesual cəhətdən əməl etməmişdir. Belə ki, həmin məktubda heç də «Uğur» k\m-nin mövcud olmaması deyil, əksinə, bu adda bir çox firmaların qeydiyyatda olması göstərilərək, müvafiq hüquqi şəxsə dair dəqiq və dolğun məlumat verilməsi və yalnız bundan sonra dəqiq məlumat verilə biləcəyi göstərilmişdir. Bu halda Apelyasiya instansiyası məhkəməsi həmin müəssisə barədə d əqiq məlumatlarla yeni sorğu verməli, həmin sorguya cavab alandan sonra sorğunun nəticəsindən asılı olaraq qanuni və əsaslı qərar qəbul etməli idi. Lakin Apelyasiya instansiyası məhkəməsi prosesual hüquq normasının tələbini pozaraq işini bununla bitmiş hesab etmiş və belə bir müəssisəsim olmaması barədə nəticəyə gələrək qərarını da həmin nəticəyə uyğun qəbul etmişdir ki,bununla da məhkəmə kollegiyası prosesual hüquq normalarının tələblərini pozmuşdur.

12. Bundan başqa, məhkəmə zamanı verilmiş sorğulardan və alınmış cavablardan iddiacının xəbəri olmamış, bu barədə yalnız qərarı aldıqdan sonra məlumat almış və o öz təşəbbüsü ilə müəssisənin yerləşdiyi ərazinin vergi orqanına- DVX-nin 2 saylı Ərazi Vergilər İdarəsinə sorğu göndərib xx xxxxxx 2020-ci il tarixli cavabı almışdır.Həmin cavabda gö stərilmişdir ki, “Uğur” kiçik müəssisəsi xx.xx.1998-ci ildə uçota alınaraq VÖEN verilmişdir. Əgər məhkəmə bu cavabı almış olsaydı, məhkəmənin qərarı fərqli ola bilərdi. b. Məhkəmə icraatı iştirakçılarının izahatları

13. İddiaçının vəkili kassasiya şikayətinin təmin olunmamsını xahiş etdi.

14. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdeh tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Q anun: Maddə

2. Sosial sığorta stajı-əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddə sində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fıziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsind ə qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:... Maddə 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Maddə 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

16. «“Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesab lanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları» 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı.... 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 17. "Vətəndaşların pensiya təminatı haqqınd a" Qanun (1974-cü ildən xx.xx.2006-cı il tarixədək qüvvədə olmuşdur) Maddə

69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını subut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına say ılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkə mə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. İş üzrə iddiaçı apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Şikayət aşağıdakı səbəblərə görə qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilərək təkrar baxılması üçün göndərilməlidir.

23. Belə ki, iddia tələbinin hüquqi əsasını “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi təşkil edir. Ona görə də işin halları bu normanın dispozisiya şərtləri əsasında araşdırılmalıdır.

24. Bu normaya görə o şəxslərin yaşa görə pensiya almaq hüququ vardır ki, həmin şəxs:

1. Qanunla müəyyən edilmiş pensiya yaşına çatmış olsun; 2. 25 il sığorta stajına malik olsun və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermiş olsun.

25. İddiaçının inzibati orqana müraciət etdiyi vaxt pensiya yaşına çatması işin mübahisəsiz halıdır.

26. İddiaçının təqdim etdiyi sənədlərdə onun sosial sığorta stajının 25 ildən çox olduğu göstərilir.

27. Cavabdehin iddiaçıya pensiya təyin etməkdən imtina etməsinin əsası onun əmək kitabçasının olmamasıdır.

28. Məhkəmə kollegiyası qeyd edir ki, əmək kitabçasının olmaması özlüyündə iddiaçıya pensiya təyin edilməsindən imtina edilməsi üçün əsas deyildir. Çünki iddiaçı onun əmək fəaliyyətinə dair arxiv arayışlarını və işlədiyi müəssisələrin arayışlarını təqdim etmişdir.

29. İddiaçının əmək fəaliyyətinin əvvəlki dövründə, yəni xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “ Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 1-ci bəndinin birgə təhlili əsasında araşdıraraq qeyd edir ki, xx.xx.2006-ci ilədək iş stajını subut edən əsas sənəd kimi əmək kitabçası qəbul olunurdu.

30. Lakin qanunvericiliyin “iş stajını subut edən əsas sənəd əmək kitabçasıdır” göstərişi, cavabdehin etiraz dəlillərində ümumiləşdirilmiş şəkildə ifadə olunan “əmək stajını təsdiq edən yeganə sübut əmək kitabçasıdır” nəticəsini doğurmur. Əksinə, qanunvericilik əmək kitabçasında müvafiq qeydlər olmadığı halda iş stajının təsdiq edən sənədlər kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahı ları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarının, habelə arxiv sənədlərinin nəzərə alınmasını tələb edirdi.

31. Arxiv arayışlarnda əksini tapmış məlumatların həqiqiliyini şübhə altına almağa əsaslar təqdim olunmayıb. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və a rxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

32. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir.

33. Göründüyü kimi arxiv idarəsi mərkəzi icra hakimiyyəti orqanı olmaqla, Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin dövlət arxivlərində komplektləşdirilməsi və mühafizəsi işini təşkil edir, onların müəyyən olunmuş qaydalara uyğun dövlət arxivlərinə verilməsi işinə nəzarət edir, habelə Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin mərkəzləşdirilmiş dövlət uçotunu aparır, həmin sənədlərin mühafizəsi və isti fadəsi üzərində nəzarəti təmin edir. Belə olduğu təqdirdə, kifayət qədər əsaslar olmadan həmin orqan tərəfindən verilmiş sənədlərdə olan məlumatların həqiqiliyinin qəbul etməmək yolverilməzdir.

33. İşin mübahisəli halı iddiaçının “Uğur” kiçik müəssisəsində işlədiyinə dair məlumatların arxiv arayışları ilə təsdiq edilməmsidir.

34. Apelyasiya instansiyası məhkəməsi bu məsələ ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Uğur” kiçik müəssisəsinin xx.xx.1992-ci ildən xx.xx.1999-cu ilədək qeydiyyatda olması və fəaliyyət göstərməsi barədə məlumatın və sənədlərin əslinin və ya təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim olunması üçün Azərbaycan Respublikasının Vergilər Nazirliyinə, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeydiy yat və Notariat Baş İdarəsinə sorğu göndərilmişdir. Sorğuya Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X1 Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubda “Uğur” kiçik müəssisəsinin fəaliyyəti barədə məlumat və sənədlər təqdim edilməsi üçün Dövlət qeydiyyat nömrəsi və ya VÖEN məlumatlarının təqdim olunmasının zəruruiliyi qeyd olunmuş (həmin məlumatlar iddiaçı tərəfindən təqdim edilməmiş və iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyənləşdirilməsi mümkün olmamışdır), Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubda “Uğur” kiçik müəssisəsinin arxiv sənədlərinin Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi, Azərbaycan Re spublikasının Milli Arxiv İdarəsinin Sumqayıt filialı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubda “Uğur” kiçik müəssisəsinin arxiv sənədlərinin Azərbaycan Respublikasının Dövlət Arxivinin Sumqayıt filialına təhvil verilmədiyi bildirilmişdir.

35. Göründüyü kimi Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X1 Qeydiyyatı İdarəsi məhkəməyə ünvanlandığı xx.xx.2020-ci il tarixli məktubda “Uğur” kiçik müəssisəsinin fəaliyyəti barədə məlumat və sənədlər təqdim edilməsi üçün dövlət qeydiyyat nömrəsi və ya VÖEN məlumatlarının təqdim olunmasının zəruriliyini bildirmiş, lakin məhkəmə bu istiqamətdə sonadək araşdırma aparmamışdır. İddiaçının vəkili isə “Uğur” kiçik müəssisəsinin qeydə alındığı barədə sübutu kassasiya məhkəməsinə təqdim etmişdir. Bu hal ona dəlalət edir ki, apelya siya instansiyası məhkəməsinin araşdırması, İPM-nin 12-ci maddəsində müəyyən edilmiş işin hallarının araşdırılması prinsipinə, habelə sübutların məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməsi qaydasına cavab vermir.

36. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi qərarında bildirmişdir ki, heç də qanunvericiliyin birmənalı mövqeyi bundan ibarət deyil ki, xx.xx.2006-cı il tarixə qədər işçinin əmək kitabçasında aparılmış bütün qeydlər onun sığorta stajı kimi nəzərə alınmalıdır. Əksinə, bu halı qanunvericilk sosial sığorta ayırmaları ilə məhdudlaşdırmışdır. xx.xx.2006-cı il tarixdən fərdi uçot sisteminə keçildiyindən qeyd edilən tarixdən fərdi qaydada hansı işçiyə nə qədər sosial sığorta ayırmalarının ödənilməsini müəyyənləşdirmək mükündür. Qeyd edilən tarix ədək bunu fərdi qaydada müəyyənləşdirmək mümkün olmasa da, mövcud mübahisə üzrə iddiaçının əmək kitabçasında işləməsi qeyd edildiyi xx.xx.1992-ci ildən xx.xx.1999-cu ilədək “Uğur” kiçik müəssisəsi nəinki sosial sığorta ayırmaları ödəməmiş, heç sığortaedən kimi qeydiyyata durmamış, ümumiyyətlə məhkəmə araşdırması zamanı belə bir hüquqi şəxs barədə müvafiq dövlət orqanlarında hər hansı bir məlumat aşkarlanmamışdır. Belə olan halda isə formal olaraq yalnız əmək kitabçasında qeydə əsaslanaraq, qeyd edilən illərin sosial sığorta stajı kimi nəzərə alınması qanuni hesab edilə bilməz.

37. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşmır və qeyd edir ki, iddiaçının “Uğur” kiçik müəssisəsində işlədiyi dövrdə, alınan əmək haqqından məcburi dövlət sosial sığorta ayırm aları həyata keçirilmədikdə bunun pensiya hesablanması zamanı nəzərə alınıb-alınmamalı olduğuna dair məsələ “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin səkkizinci hissəsi ilə tənzimlənmişdir. Həmin maddəyə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır.

38. Göründüyü kimi xx xxxxxx 2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. xx xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxsl ərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır.

39. Bu normadan hərəkətlə iddiaçının “Uğur” kiçik müəssisəsində işlədiyi dövrun pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməsi məsələsini həll edərkən həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmamalıdır.

40. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası İPM-nin 12 və 57-ci maddələrinin tələblərinin pozulması apelyasiya instansiyası məhkəməsinin qərarının ləğvi üçün əsasdır. Lakin kassatorun iddianın təmin edilməməsi barədə dəlilinin həlli üçün yuxarıda göstərilən xüsusatlar araşdırılmalıdır və bu araşdır ma əhəmiyyətli sayda sübutların araşdırılmasını tələb etdiyinə görə kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyasının qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

41. İşə təkrar baxan məhkəmə kollegiyası iddiaçının “Uğur” kiçik müəssisəsində işləməsi ilə bağlı araşdırmanı sonadək aparmalı, 1998-ci ildə vergi orqanlarında qeydiyyata alınanadək fəaliyyət göstərib-göstərməməsini nüəyyən etməli, bu məqsədlə statistika idarəsinə sorğu verməli, müəssisənin özündən bu barədə sübutlar tələb etməlidir.

42. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti qismən təmin olunsun. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2-1(1 05)-400/2020 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar