Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-362/2022 26.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (müharibə veteranı adı və vəsiqəsinin verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-418/2021 nömrəli iş üzrə 11.11.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şi kayətinə əsasən işə 26 yanvar 2022-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 01 aprel 1992-ci ildən 01 sentyabr 1992-ci ilədək N saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Müharibə veteranı vəsiqəsi ilə təmin olunmadığı üçün cavabdehə müraciət etsə də, cavabdeh iddiaçıya ünvanladığı imtina məktubunda qeyd edilmişdir ki, Mərkəzi Arxivin 21.10.2015-ci il tarixli 9/2-7307 nömrəli arayışına əsasən N nömrəli hərbi hissədə 30.06.1992-ci il tarixdən sonra iddiaçının hərbi xidməti təsdiqlənmədiyinə görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat
2. İddia çı cavabdehə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
3. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 01 aprel 1992-ci ildən 01 sentyabr 1992-ci ilədək N saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə, yəni Goranboy özünümüdafiə taborunun tərkibində Goranboy-Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. İddiaçı N №-li hərbi hissə komandirinin 01.04.1992-ci il tarixli N №-li əmri ilə hərbi hissəyə qəbul edilərək, tağım komandirinin müavini vəzifəsinə təyin edilmişdir. Həmin döyüşlərdə aldığı xəsarətə görə iddiaçı 03 sentyabr 1992-ci ildən 25 sent yabr 1992-ci ilədək X2 stasionar müalicədə olmuşdur. Xəstəxanada müalicə olunduqdan sonra yararsız olduğundan evə qayıtmışdır. Lakin o, həmin dövrdə müharibə şəraiti olduğundan və Müdafiə Nazirliyində müəyyən problemlər olduğundan Müdafiə Nazirliyinin Hərbi-Həkim komissiyasından keçməmişdir. İddiaçı xidmət etdiyi 5 ay ərzində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən hərbi döyüşlərdə iştirak etmişdir. Hərbi əməliyyatlardan 28 il keçməsinə baxmayaraq o, müharibə veteranları üçün müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə edə bilmir.
4. Birinci instansiya məhkəməsinin 19.08.2021-ci il tarixli, 2-1(116)N9/2021 nömrəli (sədrlik edən hakim İlqar Cabbarov) qərarı ilə iddianın təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı "Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyi qoyulması qərara alınmışdır.
5. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının hərbi hissədə xidmət etməsi barədə hərbi biletində, habelə şəxsi işində əksini tapmış məlumatların arxiv məlumatları ilə təsdiqlənməsi ona görə mümkün olmamışdır ki, hərbi hissənin həmin dövrə aid sənədləri arxivə təhvil verilməmişdir. Yəni arxivdə sənədlər ümumiyyətlə olmadığı halda, «hərbi biletdə olan məlumatlar arxiv məlumatları ilə təsdiq edilmir» kimi gəlinən nəticə səhvdir, «hərbi bilet hərbi xidmət keçməni sübut edən hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilmədiyinə görə iddiaçının tələbi təmin olunmamalıdır» kimi gəlinən nəticə isə inzibati icraatın mütanəsiblik prinsipi ilə uzlaşmır.
6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 19.08.2021-ci il tarixli, 2-1(116)-N9/2021 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11.11.2021-ci il tarixli, 2-1(107)-418/2021 nömrəli (hakimlər Vəzirxan Məlikov - sədrlik edən və məruzəçi, Rövşən Rəfiyev və Elçin Hüseynov) qərarı ilə cavabdehin apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 19.08.2021-ci il tarixli, 2-1(116)-N9/2021 nömrəli qərarının ləğv edilməsi, iş üzrə qərar qəbul edilməklə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir, iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi işin faktiki halları ilə təsdiqini tapsa da, ehtiyata və ya istefaya buraxılmasını təsdiq edən sübut mövcud deyildir. Belə olan halda iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərəkəti qanunauyğun olmuşdur.
9. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 11.11.2021-ci il tarixli, 2-1(107)-418/2021 nömrəli qərarının ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
10. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən maddi hüquq normalarını pozmuşdur. Belə ki, işə baxan apelly asiya instansiyası məhkəməsi iddia tələbini təmin edilməməsi barədə qərar qəbul edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə istinad etsə də həmin normanı düzgün tövsif etməmişdir.
11. Belə ki, apellyasiya instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, normanın məzmunundan da göründüyü kimi müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq orqan tərəfindən verilir. Kollegiya qeyd edir ki, iddiaçının hərbi xidmətdən qanunla müəyyən edilmiş qaydada ehtiyata və istefaya buraxıldığına dair sübut yoxdur.
12. Halbuki, iş materiallarında olan Azərbaycan Respublikası Şəhid Ailələri Əlillər və X1 X3 şəhər şöbəsinin birinci instansiya məhkəməsinə ünvanladığı 13.07.2021-ci il tarixli məktubda qeyd edilir ki, iddiaçı 01 07.1986-cı il tarixdən 30.05.1998ci il tarixədək müddətli hərbi xidmət keçmiş, qanuni əsaslarla ordu sıralarından tərxis olunmuşdur.
13. İddiaçı Konstitusion borcunu yerinə yetirərək, ərazi bütövlüyünü qorumaq üçün könüllü olaraq GƏÖMB-na qoşulmuşdu. 18.03.1992-ci il tarixdən düşmənlə üzbəüz mövqelərə dislokasiya edilən GƏÖMB-nu, 01.04.1992-ci il tarixdə Müdafiə Nazirliyində rəsmi qeydiyyata alınmışdı. Göst ərilən dövrlərdə iddiaçı GƏÖMB-nun tərkibində xidmət etmiş və bu hal onun 90481 saylı hərbi biletinin 5,7-ci səhifələrində qanuna müvafiq qaydada təsdiqlənmişdir.
14. GƏÖMB 01.09.1992-ci tarixdə Müdafiə Nazirliyinin müvafiq əmri ilə ləğv edilmişdir. Bu hal o deməkdir ki, iddiaçı GƏÖMB-nun ləğv edildiyi ana, yəni 01.09.1992-ci il tarixədək hərbi qulluqçu statusunu daşımışdır və iddiaçının hərbi qulluqçu statusunu itirməsi səbəbi GƏÖMB-nun ləğvinə görədir.
15. Daha bir vacib məqam Komissiyanın iddiaçıya Veteran adı və müvafiq vəsiqəsinin verilməsindən imtina edilməsinin səbəbi ilə bağlıdır. Belə ki, Komissiya Arxiv arayışına istinad edərək iddiaçının 1992-ci İl aprel-may-iyun ayları üzrə xidməti barədə məlumatların Mərkəzi Arxində olduğunu, iyul-avqust ayları üzrə olmadığını əsas gətirərək, ərizəçinin xahişindən imtina etdiyini göstərmiş, amma ərizəçinin hərbi biletində qeyd edilmiş (090481 saylı h/bilet, 5, 7-ci səhifələr) iyul-avqust ayları üzrə xidməti və döyüşlərdə iştirakı barədə təsdiqlənmiş məlumatların olduğunu göstərməmişdir. Qeyd edir ki, döyüşlərdə iştirak edən döyüşçünün vəzifəsi komandirlərinin əmr və tapşırıqlarını yerinə yetirməkdən ibarətdir. Döyüşçünün öz hərbi xidməti barədə məlumatların səlahiyyətli şəxslər tərəfindən düzgün qeydiyyata alınmasına nəzarət etməsi kimi öhdəliyi yoxdur.
16. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. Etirazın dəlillərinə görə, kassator kassasiya şikayətini əsaslandırmayıb, prosessual və maddi normaların pozulmasını sübut edə bilməmişdir. Belə ki, kassator İctimai Birliyin 13.07.2021-ci il tarixli mək tubunu xidmətini təsdiq edən sənəd kimi qəbul etsə də, lakin həmin məlumat (arxiv sənədləri əsasında) səlahiyyətli qurumlar tərəfindən verildiyi halda mötəbər hesab olunur. Onu da qeyd etmək lazımdır ki, aktiv döyüş əməliyyatları gedən zaman 12.05.1994-cü il tarixədək batalyonun ləğv olunması o deməkdir ki, oranın şəxsi heyəti xidmətini davam etmək üçün digər hərbi hissənin tərkibinə keçib.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 №-li Qərarına dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28.09.2018-ci il tarixli 422 №-li Qərarına əsasən: “... Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə ə mrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. Yəni hərbi biletdə olan yazılar o halda mötəbər sayılır ki, hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə təsdiq olunsun. “Müharibə veteranı” adının verilməsi üçün şəxsin hərbi hissəyə daxil edilməsi kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da şərtdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikası “Veteranlar haqqında” Qanunu: Maddə
3. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Maddə
7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsi 1-ci bəndi Müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyy atları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fö vqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.
20. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyini n təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏ MƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
25. İddiaçının əsas dəlili ondan ibarətdir ki, o, 01 aprel 1992-ci ildən 01 sentyabr 1992-ci ilədək N saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə, yəni Goranboy özünümüdafiə taborunun tərkibində Goranboy-Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etmiş və bu hal ona məxsus hərbi biletdə olan müvafiq qeydlərdə əks etdirilib.
26. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, iddiaçının kasasiya şikayətindəki dəlilləri əsassızdır.
27. Belə ki, hazırkı qərarın 19-cu bəndində olan normanın məzmununnan göründüyü kimi, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə s onuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq orqan tərəfindən verilir.
28. Apellyasiya məhkəməsi haqlı olaraq qeyd edir ki, iddiaçının hərbi xidmətdən qanunla müəyyən edilmiş qaydada ehtiyata və istefaya buraxıldığına dair sübut yoxdur.
29. Məhkəmə kollegiyası qeyd edir ki, "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi üçün şəxsin döyüş əməliyyatlarında iştirak etməsi faktı hərbi biletdə göstərildikdə bu fakt o halda yetərli sayılır ki, hərbi bilet, hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birlikdə təqdim edilsin.
30. Lakin iddiaçının kasasiya şikayətində qeyd edilən dəlilləri nəzərdən keçirərkən orda iddiaçının qanuni əsaslarla ordudan təxris olunmasını təsdiq edən heç bir mötəbər sübut a istinad etmədiyini müəyyən etmişdir.
31. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 11.11.2021ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
32. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-in 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11.11.2021-ci il tarixli, 21(107)-418/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.