Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-362/2023 24.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında qərarın ləğv edilməsi, güzəştli şərtlərlə yaşa görə təyin edilmiş pensiyasının verilməsinin davam etdirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (təvə llüd:xx.xx.1964, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında qərarın ləğv edilməsi, güzəştli şərtlərlə yaşa görə təyin edilmiş pensiyasının verilməsinin davam etdirilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2698/2022 nömrəli, 20 sentyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının əmək kitabçasına əsasən, xx.xx.1979-xx.xx.1982-ci illərdə təhsil almış, xx.xx.1982-ci ildən xx.xx.1982-ci il tarixəd ək işləmiş, xx.xx.1982-xx.xx.1984-cü il tarixlərdə hərbi xidmətdə olmuş,xx.xx.1985-ci ildən xx.xx.1992-ci ilədək Bakı Soyuducular Zavodunda işləmiş, xx.xx.1992-ci ildən hal-hazıra kimi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi "xxxx" MMC-də işləyir.
2. İddiaçıya 52 yaşdan, yəni 05 yanvar 2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə “Əlvan metallar” bölməsi “Duz və qələvi məhlulların elektrolitik üsulu ilə metalların alınması” yarımbölməsi 10714000a-19628 - elektrolit vannaların şlamçıları, 10714000a-19771 - sulu məhlulların elektrolizçiləri, 1072103a16657 - məmulatların qaplamaçıları üzrə təyin olunmuşdur. 3. 31 dekabr 2020-ci il tarixdən cavabdeh tərəfindən iddiaçının pensiyası faktiki olaraq dayandırılmış və cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış “Pensiya ödənişinin dayandırılması haqqında” **********9 nömrəli, 09 mart 2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın Metallurgiya istehsalatı (əlvan metallar) bölməsinin (Vİİ) duz və qələvi məhsullarında elektrolitik üsul ilə metalların alınması yarımbölməsində 10714000a-19628 kodu üzrə xammal və skrapın yuyulması ilə məşğul olanlardan başqa elektrolit vannalarının şlamçıları, 10714000a19771 kodu üzrə sulu məhlulların elektrolizçiləri, 1072103a-16657 kodu üzrə məmulatların qaplamaçıları nəzərdə tutulmuşdur. Fondun aidiyyəti mütəxəssisləri tərəfindən aparılan araşdırma zamanı vaxtilə İddiaçı pensiya təyin edilərkən təqdim etdiyi "xxxx" MMC-nin ona dair arayışında qeyd olunan məlumatlara əsasən xx.xx.1992-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində “Zərgərsənaye” İB-də örtükləyici halvanik peşəsində işlədiyi müəyyən olunmuşdur. Örtükləyici halvanik peşəsi isə yuxarıda qeyd olunan 1 nömrəli Siyahının yuxarıda istinad edilən peşələrinə aid deyil. Bu səbəbdən də, İddiaçı 1 yanvar 2006-cı il tarixədək 1 nömrəli Siyahı üzrə güzəştli iş stajı yoxdur.
4. Cavabdeh orqan tərəfindən 18 fevral 2021-ci il tarixli, **********9 nömrəli “əmək pensiyasının dayandırılması haqqında” Qərar qəbul edilmişdir.
5. Cavabdehin “artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” xx.xx.2021-ci il tarixli qərarının surətinə əsasən, ünvan 1 ünvanında yaşayan (qeydiyyatda olan) borclu İddiaçı xx.xx.2016- xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ona 15814, 31 manat artıq ödənilmiş əmək pensiyası məbləği tələb edilərək 10 gün müddətində Binəqədi rayon, Ziya Bünyadov 43 ünvanında yerləşən tələbkar Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məh kəməyə müraciət edərək cavabdehin 07 oktyabr 2021-ci il tarixli, **********9 saylı “Artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” qərarının ləğv edilməsi, 31 dekabr 2020-ci il tarixdən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə təyin edilmiş pensiyasının verilməsinin davam etdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddiа onunla əsaslandırılmışdır ki, həm pensiyanın dayandırılması, həm də artıq hesablanmış pensiya məbləğinin geri qaytarılması barədə qərar qanunsuzdur. Belə ki, 01 yanvar 2006-cı il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək s tajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarına əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə müəyyən edilmiş 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının işlədiyi halvanik peşəsi eyni zamanda qaplamaçı peşəsidir. Peşənin mahiyyəti ondan ibarətdir ki, o, qiymətli metalların sulu elektroliz məhlullarında əlvan və qiymətli metallardan olan məmulatlara dekorativ və qoruyucu örtükləmə və laklama işləri, qiymətli metalların sulu elektroliz məhlulların hazırlanması, elektrolitin işlək vəziyyətdə olması üçün gündəlik analizi və mürəkkəb kimyəvi tərkiblərinin normativə uyğun olması, əlvan və qiymətli metallardan olan medal və ordenlərin örtüklənməsi zamanı yüksək keyfiyyəti təmin etmək üçün məmulatları aşındırma məhlullarında aşındırmasını və metal şotkalarla təmizlənməsinin təmin edilməsidir. İş fəaliyyəti zamanı o, orqanizmə zərərli təsir edən lak, boya (kraska) amiyak, kaustik soda, iondəyişdirici qətran, tosfar, sulfat, ftor, azot, xlorid turşuları, mislisinkli birləşmələr, sian, rodan, kükürd birləşmələri, qiymətli metallardan preparatlar və digər zərərli konsaragenlərdən isti fadə edir. İş şəraiti və işlədiyi peşə zərərli olduğu üçün ona əlavə olaraq 6 gün məzuniyyət verilir və gündəlik südlə də təmin olunurlar. İşlədiyi müəssisə tərəfindən də gördüyü işlər barədə ətraflı arayış da vardır. Arayışa əsasən onun işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarına əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə Vİİ Metallurgiya istehsalı (əlvan metallar): 10714000-12. Duz və qələvi məhlullarda elektrolitik üsulu ilə metalların alınması, 10714000a-19628- elektrolit vannaların şlamçıları, 10714000a-19771- sulu məhlulların elektrolizçiləri; 1072100-18. Əlvan və qiymətli metalların emalı və təkrar emalı; 10721020 2) Azot turşulu gümüşün istehsalı, kimyəvi təmiz metalın alınması və onların emalı; 1072102a - 19771 - Sulu məhlulların elektrolizçiləri; 1072103a - 16657 Məmulatların qaplamaçıları (metalın üzərinə qızıldan, gümüşdən və sair qiymətli metaldan təbəqə çəkən usta) 1072103a-188897 - metalın və metal şotkalarla təmizlənməsi ilə məşğul olan məhsul təmizləyiciləri; 1080A010Antikorroziya tərkiblərinin və örtük sexlərin, bölmələrin, sahələrin işçiləri; Halvanik sözü ruscadan raxiBamiK - azəricə tərcümədə bir metalın (eyni zamanda qiymətli metalın) digər metalın üzərinə yerləşdirilməsi, əlvan metalın üzərinə örtüyün çəkilməsidir. Həmçinin qaplamaçı - metal və s. üzərinə qızıldan, gümüşdən və s.-dən təbəqə çəkəndir. İddiaçı hesab etmişdir ki, ona 2016-cı ildə düzgün olaraq 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilmişdir. Cavabdeh orqanın pensiyasının dayandırması və ödənilən haqlı pensiya məbləğinin geri qaytarılması barədə qərarı ədalətsiz və qanunsuzdur.
8. Cavabdeh tərəfindən iddiaya dair etiraz təqdim olunmamışdır.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3482/2022 nömrəli, 20 aprel 2022-ci il tarixli qərarı ilə (hakim A.A.Abdullayeva) iddia tələbi təmin edilərək 07 oktyabr 2021-ci il tarixli, **********9 saylı “Artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” qərar ləğv edilmiş, iddiaçıya təyin edilmiş 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 31 dekabr 2020-ci il tarixdən verilməsinin davam etdirilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş güzəştli arayışdan görünür ki, iddiaçının işlədiyi peşələrin xarakteristikası və funksiyaları ətraflı şəkildə göstərilmiş, onun işlədiyi peşələrin xarakteristikası və funksiyalarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il 320 saylı Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın Vİİ bölməsində (Metallurgiya istehsalatı) (10714000-
12. Duz və qələvi məhlullarında elektrolitik üsulu ilə metalların alınması; ******* a - 19628 - Elektorolit vannaların şlamcıları; ******* a - 19771 - Sulu məhlulların elektrolizçiləri; ******* -
18. Əlvan və qiymətli metalların emalı və təkrar emalı: 10721020 2) Azot turşulu gümüşün istehsalı, kimyəvi təmiz metalın alın ması və onların emalı. ******* a -19771-Sulu məhlulların elektrolizciləri; 1072103a 16657- Məmulatların qaplamaçıları (Metalın üzərinə qızıldan, gümüşdən və sair qiymətli metaldan təbəqə çəkən usta); 1072103a - 188897 - Metalın metal şotkalarla təmizlənməsi ilə məşğul olan məhsul təmizləyiciləri; 1080A010 - Antikorroziya tərkiblərinin və örtük sexlərin, bölmələrin, sahələrin işçilər) nəzərdə tutulduğu, həmin peşələrdə işləyən şəxsin, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmasının zərərli sahəyə uyğun olduğu bildirilmişdir.
11. Göründüyü kimi, məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi peşələrin xarakteristika və funksiyalarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il 320 saylı Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda Vİİ. Metallurgiya istehsalatı sahəsində nəzərdə tutulmuş yuxarıda qeyd edilən peşələrlə eynilik təşkil etməsi, iddiaçının zərərli maddələrlə, zərərli iş şəraitində işləməsi onun işlədiyi müəssisə tərəfindən verilmiş güzəştli arayışla öz təsdiqini tapdığından, bununla da, cavabdehin iddiaçıdan “Artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” mübahisəli qərarının da əsassız olması müəyyən edildiyindən iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir.
12. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apellya siya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2698/2022 nömrəli, 20 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər R.Ə.Qurbanov /sədrlik edən və məruzəçi/, V.M.Məmmədov və V.Ə.Baxışova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3482/2022 nömrəli, 20 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq əlavə olaraq qeyd etmişdir ki, iddiaçıya pensiya təyin edilməsinə dair keçmiş tarixdə qəbul edilmiş və qüvvəsini saxlayan inzibati aktın ləğvinə dair inzibati orqan tərəfindən şərh edilən qanunvericiliyin tələblərinə uyğun inzibati icraat aparılması müəyyən edilmir. Belə ki, daxili araşdırma nəticəsində qanunsuzluğun müəyyən edilməsi əsası ilə iddiaçıya inzibati akt əsasında təyin edilmiş pensiya ödənişi dayandırılmış, iddiaçıya yalnız bundan sonra məlumat verilərək artıq ödənilmiş vəsaitin geri qaytarılması tələb edilmişdir. Vətəndaş xeyrinə olan inzibati aktın qanunsuzluğuna dair aparılmış inzibati icraatın gedişi haqqında məlumatlı olmamış, maraqlı şəxs qismində cəlb edilməmişdir.
15. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəz ifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın Metallurgiya islahatı (əlvan metallar) bölməsinin duz və qələvi məhsullarında elektrolitik üsul ilə metalların alınması yarımbölməsində 10714000a- 19628 kodu üzrə xammal və skrapın yuyulması ilə məşğul olanlardan başqa elektrolit vannalarının şlamçıları 10714000a19771 kodu üzrə sulu məhlulların elektrolizçiləri 1072103a-16657 kodu üzrə məmulatların qaplamaçıları nəzərdə tutulmuşdur.
17. Aparılan araşdırma zamanı vaxtilə iddiaçıya pensiya təyin edilərkən iddiaçının təqdim etdiyi "xxxx" MMC-nin arayışında qeyd olunan məlumatlara əsasən xx.xx.1992xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində “Zərgərsənaye” İB-də örtükləyici halvanik peşəsində işlədiyi müəyyən olunmuşdur. Örtükləyici halvanik peşəsi isə yuxarıda qeyd olunan 1 nömrəli Siyah ının yuxarıda istinad edilən peşələrinə aid deyil.
18. Qeyd olunanlara əsasən Fondun Daxili nəzarət departamenti tərəfindən iddiaçıya müvafiq dövr ərzində ümumilikdə 15814,31 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır.
19. Həmin artıq ödənilmiş vəsaitin qaytarılması ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin tələblərinə uyğun qaydada yazılı razılığının Mərkəzi Filiala təqdim edilməsi barədə müraciət edilmiş, əks halda həmin maddəyə uyğun olaraq əmək pensiyasından tutulmanın aparılması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qa rşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
21. Azərbaycan Respublikasının Konstitusiyası: İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.... Maddə
60. İ hissə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayan dırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. 23. “İnzibati icraat haqqında” Qanun: Maddə
21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məl umat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur.... Maddə
24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.... Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüv vədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.
24. İnzibati Prosessual Məcəllə: a) Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhk əmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çə rçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. X1 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməkl ə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
31. Mübahisəyə dair işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, xx.xx.2016-cı il tarixdən İddiaçı güzəştli şərtlərlə pensiya təyin edilməsinə dair qərar qəbul edilmiş, sonradan cavabdeh orqanın müvafiq qurumu tərəfindən aparılmış araşdırma nəticəsində iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsində yanlışlığa yol verildiyi nəticəsinə gəlinmiş, xx.xx.2021-ci il tarixli, **********9 saylı qərar qəbul edilərək pensiya ödənişi dayandırılmış, xx.xx.2021-ci il tarixli **********9 saylı qərarla isə artıq ödənilmiş 15814,31 manat əmək pensiyası məbləğinin geri qaytarılması tələb olunmuşdur.
32. Bununla bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cavabdeh iddiaçıya pensiya ödənişinin dayandırılması barədə qərar qəbul edərkən “Əmək pensiyaları haqqında” Qanunun 37.8.3-cü maddəsində təsbit edilmiş tənzimləmən in yalnız əmək pensiyasının onun tərəfindən təyin olunduğu hallara şamil olunduğunu nəzərə almalıdır. Başqa sözlə, “Əmək pensiyaları haqqında” Qanunun 37.8.3-cü maddəsində təsbit olunmuş qayda inzibati orqanın qərarı ilə təyin edilmiş əmək pensiyasının ödənişinin dayandırılması ilə bağlı halları tənzimləyir. Bu mənada həmin tənzimləmənin nəzərdə tutulduğu norma yalnız inzibati orqanın qərarı ilə əmək pensiyasının təyin edildiyi hallara tətbiq mənasında təfsir olunmalıdır və məhkəmə qərarı ilə təyin olunmuş əmək pensiyası üzrə ödənişin dayandırılması hallarına şamil edilə bilməz.
33. Qeyd olunmalıdır ki, iddiaçıya əmək pensiyasının məhkəmə qərarı ilə təyin olunduğu, həmin məhkəmə qərarının qüvvədə və beləliklə də etibarlı olduğu müddətdə, məhkəmə qərarı əsasında təyin olunmuş əmək pensiyası ödənişinin cavabdeh tərəfindən dayandırılması, xüsusilə də hər hansı icraat aparmadan dayandırılması yolverilməzdir. Belə davranış dövlətin adından qəbul edilmiş məhkəmə qərarının hüquqi qüvvəsinə və etibarlığına ciddi ziyan vurardı.
34. Bu baxımdan, cavabdeh iddiaçıya pensiya ödənişinin dayandırılması barədə məsələni həll edərkən yuxarıda qeyd olunan yanaşmanı nəzərə almağa və ona uyğun davranmağa borcludur.
35. Həmçinin nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1). İnzibat i akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2).
36. Bu baxımdan, inzibati icraat qanununda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla, həm də əsaslandığı həmin halın mövcudluğunu inzibati icraatdan kənar bir araşdırma nəticəsində müəyyən etməklə, şəxsə təyin olunmuş pensiya ödənişini dayandırmaqda cavabdeh haqlı sayıla bilməz.
37. Qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsi əmək pensiyasının dayandırılması əsasla rını müəyyən edir. Belə əsaslardan hər hansı birini aşkar etdikdə, cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində pensiya ödənişinin dayandırılmasına əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə, icraatın nəticəsi olaraq bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, pensiya təyin edilməsinə dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı.
38. Hazırkı mübahisəyə münasibətdə işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçıya əmək pensiyasının təyin edilməsi barədə qüvvədə olan qərar cavabdeh tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş (dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş) və bununla bağlı qanunvericiliyin tələblərinə uyğun hər hansı icraat aparılmamışdır. Belə ki, daxili araşdırma nəticəsində qanunsuzluğun müəyyən edilməsi əsası ilə iddiaçıya inzibati akt əsasında təyin edilmiş pensiya ödənişi dayandırılmış, iddiaçıya yalnız bundan sonra məlumat verilərək artıq ödənilmiş vəsaitin geri qaytarılması tələb edilmişdir.
39. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından pensiyanın ödənişinin dayandırılması ilə bağlı məsələ apelyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
40. Apellyasiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə əsaslı və qanunauyğundur. Odur ki, kassasiya şikayəti tə min olunmamalı, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2698/2022 nömrəli, 20 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.