Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-362/2024 09.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ sahəsinə hüquqların qeydə alınması və çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər: X13, X18, X5, X23, X24) qarşı “bağ sahəsinə hüquqların qeydə a lınması və çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)1228/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 120n saylı bağ sahəsinə dair məhkəməyə təqdim edilmiş müvafiq sənədlərin təsdiq edilmiş surəti və sxematik xəritənin olduğu qeydiyyat qovuğundakı məlumatlara görə: - Bağların sxematik xəritəsinə əsasən 120 “n”, 120 “b” və 120 “q” saylı bağ sahələri bir cərgədə yerləşir; - Bağlar Təsərrüfatı İdarəsinin 20 nömrəli orderinə əsasən, Mərdəkan 204 nömrəli BTK nəzdində 120 “n” nömrəli bağ sahəsi Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il ta rixli 1256 nömrəli qərarına əsasən X19 ayrılmış və ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X14 adına torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir; - Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli 239 nömrəli Sərəncamına əsasən, Mərdəkan qəsəbəsi, 120 “N” saylı bağ sahəsində vətəndaş X14 tikdiyi 1 mərtəbəli, 2 yaşayış otağı, cəmi torpaq sahəsi – 1200 kv.m-dən ibarət olan yaşayış evi və torpaq sahəsinin qeydiyyata alınması qərara alınmışdır; - Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, ev 120N saylı bağ evi və altındakı 0,12 ha torpaq sahəsinə X14 hüquqları xx.xx.2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır; - Həmi n bağ evi və altındakı torpaq sahəsi bir neçə dəfə özgəninkiləşdirilmiş (xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X4 adına, daha sonra xx.xx.2016-cı il tarixli bağışlama müqaviləsinə əsasən X3 adına, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X15 adına), hazırda bağ evi və altındakı 0,12 ha torpaq sahəsi üzərində X15 xüsusi mülkiyyət hüquqlarının qeydiyyatı mövcuddur.
2. Arxiv qovluğunda olan sənədlərə əsasən: - Bakı şəhəri İK-nin xx.xx.1991-ci il tarixli 3/318 nömrəli qərarına əsasən 120n nömrəli orderlə X7 204 nömrəli BTK nəzdində sahəsi 0,12 ha olan 120 N nömrəli bağ sahəsi ayrılmışdır; - X13 tərəfindən Bakı şəhəri Bağlar Təsərrüfatı İdarəsinə ünvanlanmış müraciətdə Bakı şəhəri İK-nin xx.xx.1991-ci il tarixli 3/318 nömrəli qərarına əsasən ona məxsus olan Köçə ri bağlar sahəsində 204 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsinin tikintisi ilə birlikdə 120n saylı bağ sahəsini İddiaçı adına keçirilməsini xahiş edilmişdir.
3. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 123 nömrəli sərəncamından çıxarışa və Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 26 nömrəli orderə əsasən Mərdəkan BTK № 204 sahəsi 0,12 ha olan bağ № 120n İddiaçı ayrılmışdır.
4. İddiaçı həmin bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh 6 iyul 2021-ci il tarixli, **********98 nömrəli məktubu ilə iddiaçının müraciətindən imtina etmişdir.
5. İmtina onunla əsaslandırılmışdır ki, qeyd edilən bağ sahəsinə dair eyni VTK nəzdində eyni bağ nömrəsi ilə digər fiziki şəxsə ayrılmışd ır və eyni nömrəli bağ sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan əlavə, həmin bağ sahəsi digər fiziki şəxs tərəfindən hasarlandığı üçün idarənin mütəxəssisləri tərəfindən çölölçmə işlərinin aparılması mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı xx.xx.2021-ci il tarixdə iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 123 nömrəli qərarına əsasən iddiaçıya Bakı şəhəri Mərdəkan bağlar sahəsində 204 nömrəli VTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 120 “N” nömrəli ayrılmış bağ sahəsinin (Bakı şəhəri İcra Hakimiyyətinin Bağlar Təsərrüfatı İdarəsinin 26 nömr əli Orderi) iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 123 nömrəli qərarına əsasən iddiaçıya Bakı şəhəri Mərdəkan bağlar sahəsində 204 nömrəli VTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 120 “N” nömrəli bağ ayrılmışdır. Bu barədə Bakı şəhəri Bağlar Təsərrüfatı İdarəsi tərəfindən ona həmin bağ sahəsinə dair 26 nömrəli Order verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən xx.xx.2021-ci il tarixdə C81/2-112/2 say la verilmiş Arxiv arayışından da görünür ki, Mərdəkan 204 nömrəli VTK-da 120 “N” saylı bağ sahəsi İddiaçı ayrılmışdır. xx.xx.2021ci il tarixdə bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün ərizə ilə cavabdehə müraciət etsə də, cavabdeh onun müraciətindən imtina etmişdir. Cavabdehin bağ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etməsi əsassızdır. Cavabdehin etirazları:
8. Cavabdeh iddia tələbinə dair yazılı etirazında göstərmişdir ki, qeyd edilən bağ sahəsinə dair eyni VTK nəzdində eyni bağ nömrəsi ilə digər fiziki şəxsə (X20) ayrılmışdır və eyni nömrəli bağ sahəsi daşınmaz əmlakın dövlət reyestrində X15 adına qeydiyyata alınmışdır. Həmçinin qeyd olunan bağ sahəsi ilə bağlı digər şəxslər tərəfindən İdarə yə müraciət daxil olmuşdur. İdarəyə daxil olan məlumata əsasən, bağ sahəsinə iddia edən digər şəxs X13 iddiaçı qismində çıxarışın verilməsi barədə iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir və iş məhkəmənin icraatındadır (2-1(112)-5539/2021). Bundan əlavə göstərilən bağ sahəsi digər fiziki şəxs tərəfindən hasarlandığı üçün çölölçmə işlərinin aparılması idarənin mütəxəssisləri tərəfindən mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-1626/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, arxiv qovluğunda X6 qeyd edilən 120n saylı bağ sahəsindən iddiaçının xeyrinə imtinası mövcuddur. Mərdəkan bağ massivində 204 nömrəli BTK nəzdindəki 120n sa ylı bağ sahəsinə mülkiyyət hüququ faktiki və hüquqi olaraq vaxtilə X24 tərəfindən qanuni əqdlər əsasında bir neçə dəfə ötürülmüş və hazırda X15 mülkiyyətində olmaqla sonuncu tərəfindən faktiki sahiblik həyata keçirilir. İddiaçının iddia etdiyi torpaq sahəsi Mərdəkan bağ massivində 204 nömrəli BTK nəzdindəki 120n saylı bağ sahəsi olsa da, iş materiallarına (eləcə də yerində müayinəyə) əsasən müəyyən edilir ki, həmin sahə faktiki olaraq 120n saylı bağ sahəsi ilə qonşu olan 120 b və 120 q saylı bağların ərazisidir. Mərdəkan bağ massivində 204 nömrəli BTK nəzdindəki 120 b və 120 q nömrəli bağlara dair isə digər üçüncü şəxslərə məxsus (X18 və X13) orderlərin mövcud olduğu bildirilir. 204 nömrəli BTK nəzdindəki 120 b və 120 q nömrəli bağların ərazisinə uyğun gələn sahə üzərində sahibliyin kimi n tərəfindən həyata keçirilməsi ilə bağlı tərəflər arasında mübahisə mövcuddur.
11. Beləliklə, məhkəmə müəyyən etmişdir ki, Mərdəkan bağ massivində 204 nömrəli BTK nəzdindəki 120n saylı bağ sahəsi nəinki iddiaçının qanuni istifadəsində deyil, həmin bağ sahəsinə mülkiyyət hüququ ilkin olaraq X14 adına xx.xx.2010-cu il tarixdə qeydə alınmış (Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli qərarı əsasında) və daha sonra digər şəxslərin adına özgəninkiləşdirilmişdir (X8, X5) və hazırda bağ evinin altındakı torpaq sahəsi ilə birlikdə mülkiyyətçisi X23 olmaqla sonuncu tərəfindən faktiki sahiblik həyata keçirilir. Reyestrin məzmununun qeyri-dəqiqliyi ilə bağlı şübhələr yoxdur, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Odur ki, qanunverici vətəndaşların qanun i istifadəsində olan torpaqların əvəzsiz olaraq onların mülkiyyətinə verilməsini müəyyən etdiyindən və Mərdəkan qəsəbəsindəki 204 nömrəli BTK nəzdindəki 120n saylı bağ sahəsi iddiaçının qanuni sahibliyində və istifadəsində olmadığından iddiaçının Mərdəkan qəsəbəsindəki 204 BTK nəzdindəki həmin 120n saylı bağ sahəsinə mülkiyyət hüququnun tanınmasına qanuni gözləntisi yoxdur.
12. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, üçüncü şəxslər tərəfindən məhkəməyə təqdim edilmiş X7 aid olduğu bildirilən 120 q saylı bağ sahəsinə dair orderdə də Bakı şəhəri İK-nin xx.xx.1991-ci il tarixli 3/318 nömrəli qərarına istinad edilir. İş materiallarında olan Bakı şəhər XDS İK-nin həmin xx.xx.1991-ci il tarixli 3/318 nömrəli qərarında X7 204 nömrəli BTK nəzdində hansı bağ sahəsinin ayrılması göstərilməmişdir. Lak in həmin qərara istinadən hər birinin sahəsi 0,12 ha olmaqla 120 N və 120 Q saylı bağ sahələrinə dair orderlərin verildiyi iddia olunur. Məlumdur ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 6/333 nömrəli qərarına əsasən vətəndaşlara ayrılan bağ sahələrinin ölçüsü 0,12 ha-dan çox olmamalı idi. Belə olan təqdirdə, X6 adına eyni zamanda həm 120 N, həm də 120 Q saylı bağ sahələrinə dair verilmiş orderlərin etibarlı olaraq eyni dərəcədə hüquqi qüvvəsinin olub-olmamasının müəyyən edilməsini məhkəmə hazırkı məhkəmə araşdırmasının predmeti hesab etmir. Müəyyən edilən hal ondan ibarətdir ki, 204 nömrəli BTK nəzdindəki 120 N saylı bağ sahəsinə dair vaxtilə Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli qərarı əsasında order X14 adına verilmiş (yəni Bakı Şəhər İcra Hakimiyyəti başçısının iddiaçıya münasibətdə olan xx.xx.1998-ci il tarixli qərarından əvvəl) və daha sonra məhz həmin şəxsin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır və 204 nömrəli BTK nəzdindəki 120 N saylı bağ sahəsi iddiaçının sahibliyində və istifadəsində olmamışdır (hazırda da deyil).
13. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-1228/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 21(112)-1626/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhk əməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin və ona əlavənin dəlilləri
17. İddiaçının kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. İddiaçı əlavə olaraq qeyd edir ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiya məhkəməsi tərəfindən iş materiallarında olan sənədlərə birtərəfli qiymət verilmişdir. Belə ki, iddiaçının iddia tələbi 204 nömrəli BTK nəzdində olmuş və X6 notarial qaydada verilmiş yazılı razılıq ərizəsi, Bakı Şəhər İcra Hakimiyyətinin 13 fevral 1998-ci il tarixli 123 nö mrəli qərarı və Bakı Şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatı İdarəsinin 26 nömrəli Orderi əsasında İddiaçı verilmiş və orderdə nömrəsi “120 N” kimi qeyd olunan, faktiki olaraq isə sxematik xəritəyə əsasən “120 q” saylı bağ sahəsi ilə bağlıdır. Qeyd edildiyi kimi, “120 q” (orderdə yanlışlıq olaraq “120 N” kimi qeyd edilib) saylı bağ sahəsi notarial qaydada verilmiş razılıq ərizəsi əsasında iddiaçıya, həmin bağ sahəsi ilə bir hasar daxilində olan “120 b” nömrəli bağ sahəsi isə X18 tərəfindən notarial qaydada verilmiş razılıq ərizəsinə əsasən iddiaçının bacısı X1 və onların adına qanunamüvafiq qaydada sərəncam və order əsasında rəsmiləşdirilmiş və hal-hazırda həm qanuni, həm də faktiki istifadələrindədir. Bunu sübut edən digər fakt isə qeyd olunan bağ sahələrinə dair orderlərin əsillərin in Zamanov Ramizdə və Seyidova Firuzədə mövcud olmamasıdır (notarial qaydada razılıq verilən zaman orderlərin əsilləri onlardan geri alınmışdır).
18. Əlavə olaraq qeyd etmişdir ki, iki ayrı-ayrı bağ sahələrinin nömrəsinin təkrarlanması iddiaçının səhvi deyil və həmin səhvin aradan qaldırılması da iddiaçının səlahiyyətləri xaricindədir. Lakin məhkəmə faktiki olaraq naturada ayrı-ayrılıqda yerləşən və bir-biri ilə hüquqi və faktiki bağlılığı olmayan bağ sahələrinin ayrı-ayrı bağ sahələri olmamasını araşdırmamış və bununla bağlı işdə olan sübutlara aydınlıq gətirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
19. Üçüncü şəxs X23 iddia tələbinə dair münasibət təqdim edərək bildirmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən və sənədlərdə nömrəsi "120 n" kimi q eyd edilən bağ sahəsi Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli, 1256 sayı qərarına əsasən 204 nömrəli BTK nəzdində 0,12 ha bağ sahəsinin X14 adına ayrılması ilə əlaqədar tərtib edilmiş 20 saylı Order əsasında, X14 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində ilkin qeydiyyata alınmış, bundan sonra həmin bağ sahəsı üzərində yerləşən bağ evi ilə birlikdə vahid daşınmaz əmlak kimi **********28-11301 reyestr nömrəsi ilə onun (X15) adına qeydiyyata alınmışdır və hal-hazırda da mübahisəsiz olaraq onun mülkiyyətindədir. Hazırki inzibati iş üzrə mübahisəli olan və orderdə nömrəsi "120 N" kimi qeyd edilən, elektron kadastr məlumatlarına və sxematik xəritəyə əsasən naturada "120 q" saylı bağ sahəsinin ərazisinə uyğun gələn, İddiaçı məxsus kimi ona göstərilmiş bağ sahəsinin və onunla lap ə vvəldən bir hasar daxilində X10 məxsus sahə kimi ona göstərilmiş "120 b" saylı bağ sahəsinin onun mülkiyyətində olan və sənədlərdə "120 n" kımı qeyd edilən bağ sahəsinə heç bir aidiyyəti yoxdur, fərqli sənədlər əsasında və fərqli tarixlərdə verilmiş bağ sahələrinin yalnız nömrələri təkrarlanır, onun bağından hasarla ayrılmış həmin sahələr X12 məxsusdur. İddiaçı və X16 onun bağ qonşuları deyil, onları ümumiyyətlə tanımır, əslində onun bağ qonşusu "120 q" və "120 b" saylı bağ sahələrinin sahibi, 30 (otuz) ildən çox orada yaşayan lbrahimov Hafız Məmməd oğludur. "120 q" və "120 b" saylı bağ sahələrinə dair İddiaçı və X16 ilə aralarında heç bir mübahisə yoxdur. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyat ı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;...
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qa ydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtın da verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
25. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Apellyasiya instansiyası məhkəməsi iddianın əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmış, bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
27. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının mübahisələndirdiyi 204 nömrəli BTK nəzdindəki 120 N saylı bağ sahəsinə dair order Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli sərəncamına əsasən X14 adına verilmiş, həmin şəxsin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
28. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının mübahisələndirdiyi 120 N saylı bağ sahəsinə dair orderin verilməsinə əsas olmuş Bakı Şəhər İcr a Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli sərəncamı həmin bağ sahəsinin X19 ayrılması barədə sərəncamdan (xx.xx.1997-ci il) daha sonra verilmişdir.
29. X2 mülkiyyət hüququ qeydə alınmış 204 nömrəli BTK nəzdindəki 120 N saylı bağ sahəsi sonradan digər şəxslərə özgəninkiləşdirilmiş (X11, X5) və hazırda bağ evinin altındakı torpaq sahəsi ilə birlikdə mülkiyyətçisi üçüncü şəxs X23 olmaqla sonuncunun sahibliyindədir.
30. X15 adına reyestrdə aparılan qeydin məzmununun qeyri-dəqiqliyi ilə bağlı şübhələr yoxdur, həmin məzmunun həqiqiliyi və tamlığı prezumpsiyası qüvvədədir.
31. İddiaçının kassasiya şikayətinin 120 n saylı bağ sahəsinin əslində 120 q saylı bağ sahəsi ilə üst-üstə düşməsinin araşdırılmaması barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, X7 aid olduğu bildirilə n 120 q saylı bağ sahəsinə dair orderdə də Bakı şəhəri İK-nin xx.xx.1991-ci il tarixli 3/318 nömrəli qərarına istinad edilir. İş materiallarında olan Bakı şəhər XDS İK-nin həmin xx.xx.1991-ci il tarixli 3/318 nömrəli qərarında X7 204 nömrəli BTK nəzdində hansı bağ sahəsinin ayrılması göstərilməmişdir. Lakin həmin qərara istinadən hər birinin sahəsi 0,12 ha olmaqla 120 N və 120 Q saylı bağ sahələrinə dair orderlərin verildiyi iddia olunur (nəzərə almaq lazımdır ki iş materiallarında olan sənədlərə əsasən X13 Bakı şəhəri Bağlar Təsərrüfatı İdarəsinə ünvanlanmış müraciətində Bakı şəhəri İK-nin xx.xx.1991-ci il tarixli 3/318 nömrəli qərarına əsasən ona məxsus olan Köçəri bağlar sahəsində 204 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsinin tikilisi ilə birlikdə 120n saylı bağ sahəsini İddiaçı adı na keçirilməsini xahiş etmişdir).
32. İddiaçı hesab edir ki, 120 n saylı bağ sahəsinin ərazisi 120 q saylı bağ sahəsi ilə üst-üstə düşdüyü halda, bağın nömrəsi orderdə texniki səhv olaraq “120 N” kimi qeyd edilib. Bu yanlışlıq, o cümlədən bağların nömrələrinin təkrarlanması iddiaçının təqsiri üzündən baş verməyib.
33. Məhkəmə kollegiyası şikayətin həmin dəlillərini apellyasiya instansiyası məhkəməsinin ləğvinin əsası kimi qəbul etmir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1-ci maddəsinin tələbinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
34. Daşınmaz əmlakın dövlət reyestr ində 204 nömrəli BTK-ya aid olan “120n” nömrəsi ilə bağ sahəsinin üçüncü şəxsin adına qeydə alındığının müəyyən edildiyi hazırkı vəziyyətdə, əgər iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi hüquqmüəyyənedici sənəddə yanlışlığa yol verildiyini, yəni iddia olunan 120 n saylı bağ sahəsinin ərazisinin əslində 120 q saylı bağ sahəsi ilə üst-üstə düşdüyü halda, bağın nömrəsinin orderdə yanlışlıqla (texniki səhv olaraq) “120 N” kimi qeyd edildiyini bəyan edirsə, deməli o, faktiki vəziyyəti düzgün əks etdirməyən sənədə istinadla cavabdehin üzərinə iddia olunan hazırkı məzmunda öhdəliyin qoyulmasını tələb etməkdə haqlı sayıla bilməz. Həmin sənəddəki uyğunsuzluğun aradan qaldırılması isə hazırkı iddianın predmeti deyil.
35. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Ş ikayətin təmin olunması üçün əsaslar yoxdur.
36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-1228/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.