Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3621/2019 18.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinə (üçüncü şəxs xxx iştirakı ilə) qarşı iş üzrə QƏRAR Açar söz: üçüncü şəxsin adına hazırlanmış torpaq sahəsinin planı və ölçüsü sənədin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinə (üçüncü şəxs X2 iştirakı ilə) qarşı üçüncü şəxsin adın a hazırlanmış torpaq sahəsinin planı və ölçüsü sənədin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Şəki Apelyasiya Məhkəməsinin İİK-nın 01 oktyabr 2019-cu il tarixli 2-1(107)-463/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 18 dekabr 2019-cu il tarixsə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinə (üçüncü şəxs X2 iştirakı ilə) qarşı üçüncü şəxsin adına hazırlanmış torpaq sahəsinin planı və ölçüsü sənədin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıbarədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Şəki rayonu X5 Komissiyasının 1998-ci il tarixli qərarı ilə ona xxx sahəsi olan yaşayış evi, 15/6 kv.m azbezt boru talvar pay olaraq verilmişdir. Eyni zamanda həmin evin və navesin ərazisində olan torpaq sahələri pay verilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsi tərəfindən həmin ərazilərə 25.02.2010-cu il tarixində A 058752 nömrəli sənədlə 10587,5 kv.m sahənin, A 058750 nömrəli sənədlə 888,45 kv.m sahənin və A 058751 nömrəli sənədlə 23,78 kv.m sahənin (yaşayış evinin) plan-ölçüsü hazırlanaraq onlara verilmişdir. Sənədlərə baxılarkən müəyyən olunmuşdur ki, Şəki rayonu X5 Komissiyasının qərarı ilə ona pay olaraq verilmiş 15/6 kv.m azbezt boru talvarın sənədləri hazırlanıb verilməmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Şəki rayonu X5 Komissiyasının 1998-ci il tarixli qərarı ilə ona verilmiş 15/6 kv.m azbezt boru navesin sənədləri X1 adına hazırlanmış və ona Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsi tərəfindən xxx nömrəli plan-ölçü sənədi verilmişdir. Ona verilmiş bu sənədin əsası yoxdur və əsassız olaraq verilmişdir. Birinci instansiya məhkəməsinin 13.11.2018-ci il tarixli iş № 2-1(84)-908/2018, (sədrlik edən hakim R.Məcidli) qərarı ilə iddianın qismən təmin edilməsi, cavabdehin üzərinə iddiaçının istifadəsində olan 42 kv.m torpaq sahəsinə aid hissədə üçüncü şəxsin adına hazırlanmış xxxnömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarının və torpaq sahəsinin planının ləğv edilməsi öhdəliyinin qoyulması, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır. Məhkəmənin qe yd olunan qərarından narazı qalan üçüncü şəxs apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 13.11.2018-ci il tarixli qərarının təmin edilmiş hissəsində ləğv edilməsi barədə qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 21.02.2019-cu il tarixli iş № 2-1(107)-114/2019 (hakimlər R.Rəfiyev - sədrlik edən və məruzəçi, G.Abbasov və M.Hüseynov) qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 13.11.2018-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan üçüncü şəxs kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin 21.02.2019-c u il tarixliqərarının ləğv edilməsini, işin təkrar baxılması üçün apelyasiya instansiya məhkəməsi göndərilməsi barədə qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 11.06.2019-cu il tarixli iş № 2-1(102)1639/2019 (hakimlər X.Məmmədov - sədrlik edən və məruzəçi, A.Hüseynov və R.Nəbizadə) qərarı ilə kasasiya şikayətinin təmin edilməsi, apelyasiya instansiyası məhkəməsinin 21.02.2019-cu il tarixliqərarının ləğv edilməsi, işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin 01.10.2019-cu il tarixli iş № 2-1(107)-463/2019 (hakimlər E.Hüseynov - sədrlik edən və məruzəçi, A.Mahmudov və V.Məlikov) qərarı ilə üçüncü şəxs X3 tərəfindən verilmiş apelyasiya ş ikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 13 noyabr 2018-ci il tarixli, 2-1(84)-908/2018 saylı qərarının ləğv edilməsi və iş üzrə yeni qərarın qəbul edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinə (üçüncü şəxs: X3) qarşı X1 adına hazırlanmış xxxnömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini onunla əsaslandırmışdır ki,işi sonuncu araşdıran apelyasiya məhkəməsi iddia tələbini rədd edərkən X1 adına vermiş olduğu xxxnömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi ilə həmin mübahisəli ərazinin üst-üstə düşdüyünü qeyd etmişdir. Ü çüncü şəxs X3 mübahisəli talvarın yerləşdiyi torpaq sahəsinin onun mülkiyyətində olduğunu və onun razılığı ilə həmin ərazidə talvar tikildiyini bildirmişdir. Lakin mübahisəli ərazi üçüncü şəxs X1 mülkiyyətində ola bilməzdi, keçmiş kolxozlar dövrü bütün torpaq sahələri dövlət mülkiyyətində idi. Aqrar islahat aparılan zaman torpaq sahələri kimin istifadəsində idisə, həmin sahələr onların əvəzsiz mülkiyyətinə verilmişdir. İş materiallarından göründüyü kimi, mübahisəli talvar iddiaçının mülkiyyətində olduğu üçün onun yerləşdiyi torpaq sahəsində əvəzsiz olaraq iddiaçının mülkiyyətinə verilmişdir. Lakin məlum olmayan səbəbdən sənədlər yanlış işlənmişdir. Məhz buna görə də iddiaçı iddia tələbində haqlı olmuşdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 oktyabr 2019-cu il tarixli, 2-1(107)- 463/2019 saylı qərarının tamamilə ləğv edib iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı, üçüncü şəxs və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədikləri üçün i şə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM- nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 01 oktyabr 2019-cu il tarixli, 2-1(107)-463/2019 saylı qərarla, üçüncü şəxs X3 tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 13 noyabr 2018-ci il tarixli, 2-1(84)-908/2018 saylı qərarının ləğv edilməsi və iş üzrə yeni qərarın q əbul edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinə (üçüncü şəxs: X3) qarşı X1 adına hazırlanmış xxxnömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının təmin edilməməsi qənaətinə gələrkən İnzibati Prosessual Məcəllənin 2.1, 2.2.3, 3.1, 8.1, 34.1-ci maddələrinə əsaslanmışdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi 01 oktyabr 2019-cu il tarixli, 2-1(107)-463/2019 saylı qərarı və həmin qərardan iddiaçı tərəfindən verilmiş kasasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı inzibati mübahisə artıq bir dəfə Ali Məhk əmənin İnzibati-İqtisadi Kollegiyasının məhkəmə baxışının predmeti olmuşdur. Belə ki, üçüncü şəxs tərəfindən Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-114/2019 saylı iş üzrə 21 fevral 2019-cu il tarixli qərarından kasasiya şikayəti verilmiş və Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 11 iyun 2019-cu il tarixli, 21(102)-1639/2019 saylı qərarı ilə üçüncü şəxsin kasasiya şikayəti təmin edilərək, apelyasiya instansiyası məhkəməsinin 2-1(107)-114/2019 saylı iş üzrə 21 fevral 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Ali Məhkəmənin 11 iyun 2019-cu il tarixli qərarının “əsaslandırıcı hissə”sində qeyd edilmişdir ki, “Kollegiya hesab edir ki, mübahisəyə baxılması ilə əlaqədar olaraq apelya siya instansiyası məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. Belə ki, iddiaçının ləğv edilməsini tələb etdiyi dövlət torpaq kadastrında 20 fevral 2009-cu il tarixdə 3867 nömrə ilə uçota alınmış xxxnömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi X6 Komissiyasının 23 iyul 2002-ci il tarixli, 05 nömrəli qərarı əsasında tərtib edilmişdir. Belə olan halda, məhkəmə ilk növbədə hazırkı iddiaya münasibətdə iddiaçının hüquqi marağını nəzərə alınmaqla qiymətləndirmə aparmalı idi. İddiaçının hüquqi marağı baxımından aparılan qiymətləndirmə isə onu tələb edir ki, məhkəmə tərəfindən xidməti vəzifəsinə uyğun olaraq tərəflərin bu barədə bildirməsindən asılı olmayaraq şəxsin arzuladığı məqsədə çatma q üçün düzgün hüquqi müdafiə vasitələrindən və əlverişli iddia növlərindən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddia qaldırmış şəxs özünün məqsədinə hüquqi müdafiənin başqa vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, məhkəmə belə tələblərə cavab verməyən iddianın mümkünlüyü məsələsinə baxa bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarının 6-cı bəndində də məhkəmələrə bu məzmunda tövsiyələr verilmişdir. Bu mənada, məhkəmələr plan və ölçü sənədinin verilməsinə əsas təşkil etmiş X6 Komissiyasının 23 iyul 2002-ci il tarixli, 05 nömrəli qərarı müba hisələndirilmədən birbaşa plan və ölçü sənədinin ləğvinə dair qaldırılmış hazırkı iddiaya iddiaçının hüquqi marağının mövcudluğu məsələsinə qiymət verməmişlər. Çünki həmin hüquq müəyyənedici sənəd qüvvədə olduğu halda plan və ölçü sənədinin ləğvini tələb etmək əhəmiyyətsiz olmaqla yanaşı, buna dair ayrıca məhkəmə prosesin aparılmasını da lüzumsuz edir. Hazırkı işin hallarından müəyyən olunur ki, məhkəmələr mübahisələndirilən plan və ölçü sənədinin özündə onun verilməsinə əsas təşkil edən hüquq müəyyənedici sənəd kimi göstərilmiş X6 Komissiyasının 23 iyul 2002-ci il tarixli, 05 nömrəli qərarının eldə edilib tədqiq edilməsi üçün hər hansı səy göstərməmişlər. Halbuki, bu halın aydınlaşdırılması onların hazırkı işə baxılması ilə bağli xidməti vəzifələrindən irəli gəlmişdir. İşdən müəyyən edili r ki, birinci instansiya məhkəməsi 15 avqust 2018-ci il tarixli məktubla Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə müraciət edərək X6 Komissiyasının 23 iyul 2002-ci il tarixli, 05 nömrəli qərarının və həmin qərarla təsdiq edilmiş X5 komissiyasının qərarının təqdim edilməsini tələb etmişdir. Lakin sorğu ilə bağlı həmin sənədlər təqdim edilməmiş, öz növbəsində məhkəmələr isə iş üzrə zəruri olmasına baxmayaraq X6 Komissiyasının 23 iyul 2002-ci il tarixli, 05 nömrəli qərarını və həmin qərarla təsdiq edilmiş (güman olunan) X5 komissiyasının qərarını əldə edib tədqiq etmədən işə baxmışlar. Odur ki, təkrar apelyasiya baxışı zamanı həmin sənədlər, eləcə də sözügedən 058749 nömrəli torpaq sahəsinin planı və ölçüsünün hansı hüquq müəyyənedici sənə dlərə əsasən verildiyini müəyyən etmək üçün sənədi verən orqandan (və ya onun hüquq varisindən) bununla bağlı zəruri materiallar tələb edilərək tətbiq edilməlidir». Məlum olduğu kimi, İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinə görə mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəyə təkrar baxarkən İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinə tam riayət edib, Ali Məhkəmənin iş üzrə məcburi xarakter daşıyan hüquqi mövqeyini nəzərə alaraq müəyyən etmişdir ki, mübahisələndirilən plan və ölçü sənədinin verilməsinə əsas təşkil edən hüquq müəyyənedici sənəd kimi X6 Komissiyasının 23 iyul 2002-ci il tarixli, 05 nömrəli qərarını və həmin qərarla təsdiq edilmiş X5 komissiyasının qərarının təqdim edilməsi barədə əlaqədar orqanlara sorğular vermişdir. Lakin apelyasiya instansiyası məhkəməsinin səylərinə baxmayaraq X6 Komissiyasının 23 iyul 2002-ci il tarixli, 05 nömrəli qərarının təsdiq olunmuş surəti təqdim olunsa da, Şəki rayon Baş Göynük “Qafqaz” kolxozu X5 Komissiyasının qərarının əldə olunması mümkün olmamışdır. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Şəki rayon Aqrar İslahat Komissiyasının 23 iyul 2002-ci il tarixli, 05 nömrəli qərarının məzmunu öyrənilərkən məlum olmuşdur ki, Aqrar İslahat Komissiyasının 23 iyul 2002-ci il tarixli genişləndirilmiş iclasının (iclasda Şəki rayon Baş Göynük “Qafqaz” kolxozu X5 Komissiyasının üzvləri və aidiyyəti digər şəx slər də iştirak etmişlər) gündəliyində “Qafqaz” kolxozunun istifadəsində olan torpaq sahələrinin pay almaq hüququna malik vətəndaşlar arasında bölüşdürülməsi zamanı buraxılmış nöqsanların dürüstləşdirilməsinin başa çatdırılmasının təmin edilməsi barədə məsələ də müzakirə edilmiş və müvafiq qərar qəbul edilmişdir. Həmin qərarda “Qafqaz” kolxozunun istifadəsində olan torpaqların dürüstləşdirilərək əhalinin mülkiyyətinə verilərkən bölgünün onların istəyinə uyğun olaraq səmti-səmtinə aparılmasının məqsədə müvafiq hesab edilməsi, torpaq zəbti olmayan əhalinin hər birinə ən azı 0.10 hektar torpaq sahəsi ayrı-ayrı vətəndaşların zəbtindən artıq qalan torpaqlar hesabından verilməsinin, torpaq payı almaq hüququ olan şəxs pay torpağının bir sahədən verilməsini arzu edərsə belə şəxslərə əsasən “Biləci k kəndi” ərazisindən və ya işin gedişində imkan yaranan digər sahələrdən verilməsinin nəzərdə tutulması, torpaq paylarının dürüstləşdirilərək yerində tanıtdırılması şərqdən qərbə doğru, yəni “Ocaq Palıd”, “Uşaq bağçası” və “Ərtik yanı” adlanan ərazilərdən başlanılması, torpaqların dürüstləşdirilərək yenidən mülkiyyətçilərə yerində tanıtdırılması işinə 24 iyul 2002-ci il tarixdən başlanılmasının və iki ay müddətində başa çatdırılmasının təmin edilməsi göstərilmişdir. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, üçüncü şəxsə verilən mübahisəli torpaq sahəsi (qərarda göstərilən) “Ərik yanı” adlanan ərazidən verilmişdir. Beləliklə, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, konkret fiziki şəxslərə torpaq sahəsinin verilməsi məsələs i bir başa həll edilməsə də, həm iddiaçıya, həm də üçüncü şəxsə torpaq sahəsi verilərkən Şəki rayon Aqrar İslahat Komissiyasının sözü gedən 23 iyul 2002-ci il tarixli, 05 nömrəli qərarı əsas götürülmüşdür (torpaq sahələrinin dürüstləşdirilməsi və səmti-səmtinə verilməsinin məqsədə müvafiqliyi). Şəki rayon Aqrar İslahat Komissiyasının sözügedən qərarında X5 komissiyasının qərarının (güman olunan) təsdiq edilməsi barədə göstəriş yoxdur. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, xxx nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin Şəki rayon Aqrar İslahat Komissiyasının 23 iyul 2002-ci il tarixli, 05 nömrəli qərarına uyğun tərtib edilmədiyi müəyyən edilməmişdir. Yəni, mübahisəli torpaq sahəsinin üçüncü şəxs in mülkiyyətinə verilib həmin torpaq sahəsinə sonuncunun adına plan ölçü sənədi işlənilərkən qanunvericiliyin tələblərinə riayət olunmuşdur. Belə olan halda iddiaçının iddia tələbi əsaslı hesab edilə bilməz. İddiaçının mübahisəli talvarın iddiaçının mülkiyyətində olduğu üçün onun yerləşdiyi torpaq sahəsinin əvəzsiz olaraq iddiaçının mülkiyyətinə verilməsi qənaətinə gəldikdə isə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçıya əmlak payı kimi azbest turba talvar (naves) verilmişdir. Həmin talvar (naves əsaslı) primitiv şəkildə inşa olunmuşdur. Sözügedən talvar tikinti olmadığından onun yerləşdiyi torpaq sahəsinin özünə verilməli olması barədə iddiaçının bəyanı əsassızdır. Bütün yuxarıda göstərilənlərə görə məhkəmə kollegiyası hes ab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 oktyabr 2019-cu il tarixli, 2-1(107)-463/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.
Məhkəmə qərarları › İş №2-1(102)-3621/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3621/2019
18.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver