Məhkəmə qərarları › İş №2-1(102)-3628/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3628/2025

09.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3628/2025 09.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə reyestrdən çıxarış, plan və ölçünün verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə nümayəndəliyi aparatının **/*** saylı ## ### 2005-ci il tarixli qərarından çıxarışda qeyd edilir ki, Bakı şəhəri XDS İK-nın ## ###### 1989-cu il tarixli, **/*** saylı qərarını rəhbər tutaraq fərdi mənzil tikintisinə ehtiyacı olan vətəndaşlara Nardaran qəsəbəsində fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq fondu ayrıldığı nəzərə alınmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin Baş planına uyğun olaraq İddiaçı Nardaran qəsəbəsi, “Paçan” bağ massivi, sahə № * yer № *** ünvanında fərdi yaşayış evi tikintisi üçün 1200 kv.metr hesabı ilə həyətyanı torpaq sahəsi ayrılmışdır.

2. Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış ## ### 2006-cı il tarixli, **/**-*/**** saylı məktubda bildirilmişdir ki, tikdiyi fərdi yaşayış evinə ünvan təyin olunması haqqında müraciətə Memarlıq və Şəhərsalma Baş İdarəsində baxılmışdır. Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Paçan” bağ massivi, sahə № * yer 101-də İddiaçı tərəfindən tikilmiş fərdi yaşayış evinə poçt ünvanı təyin edilir.

3. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış ## #### 2023-cü il tarixli, 3-21-3-30/2-K-0129-8/2023 ************ saylı məktubda bildirilmişdir ki, ## ###### 2001-ci il tarixdən sonra fərdi yaşayış evi tikmək məqsədi üçün torpaq sahəsinin ayrılması, addan-ada keçirilməsi, yerli icra hakimiyyəti orqanlarının səlahiyyətləri xaricindədir.

4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ## ###### 2024-cü il tarixli, 3-21- 3-02/2-K-0042-8/2023 məktubda bildirilmişdir ki, aparılmış araşdırma zamanı sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin Sabunçu Rayon İcra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin ## ### 2005-ci il tarixli **/*** saylı qərarı ilə ayrıldığı müəyyən edilmişdir.

5. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ## ####### 2024-cü il tarixli, *-**/*-****/**** saylı məktub ilə bildirilmişdir ki, Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 1989-cu ilə dair qərarları Bakı Şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmır.

6. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq *-**-*F/*-****/**** saylı ## ####### 2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, keçmiş Bakı şəhər XDS İKnin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə ## ###### 1989-cu il tarixli, **/*** saylı qərarı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin qərarda vətəndaş İddiaçı barəsində heç bir məlumat yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri XDS İK-nin ## ###### 1989-cu il tarixli, **/*** saylı qərarı əsasında Bakı şəhəri, Sabunçu rayon İcra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin ## ### 2005-ci il tarixli, **/*** saylı qərarı ilə ayrılan, ünvan 3 101 ünvanında yerləşən 0,12 ha ölçüdə olan torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə reyestrdən çıxarış, plan və ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri XDS İK-nin ## ###### 1989-cu il tarixli, **/*** saylı qərarı əsasında, Sabunçu Rayon İcra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin ## ### 2005-ci il tarixli, **/*** saylı qərarı ilə ünvan 1 101 ünvanında yerləşən 0.12 ha ölçüdə olan torpaq sahəsi ona ayrılmışdır. Ayrılan ünvan 1 101 ünvanında yerləşən 0.12 ha ölçüdə olan torpaq sahəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada iddiaçı tərəfindən fərdi yaşayış evi tikilmiş və bütün lazımi icazələr alınmışdır. Ona ayrılmış torpaq sahəsinin müvafiq planı tərtib edilmiş və təsdiq edilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin Bakı şəhər Ekspertiza Mərkəzi tərəfindən ## #### 2007-ci il tarixli, ***-E/* saylı rəy verilmişdir. Hətta Azərbaycan Respublikası Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən sözügedən torpaq sahəsinə poçt ünvanı da verilmiş, bununla əlaqədar rəsmi məktub ünvanlanmışdır. Sözügedən torpaq sahəsinin qonşuluğunda yerləşən demək olar ki, bütün torpaq sahələri özəlləşmişdir. Bu səbəbdən, ünvan 1 101 ünvanında yerləşən 0.12 ha ölçüdə olan torpaq sahəsinin xüsusi mülkiyyət kimi qeydə alınması üçün cavabdehə ərizə ilə müraciət edərək, bütün zəruri sənədləri təqdim etməklə sözügedən torpaq sahəsinə mülkiyyət hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçüsünün verilməsi xahiş edilmişdir. Lakin cavabdeh tərəfindən ## #### 2023-cü il tarixli, 233020219799, *-**-**/*-K-****-*/**** nömrəli məktubla müraciəti təmin edilməmişdir. Daha sonra, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə müraciət olunmuş, sözügedən idarə tərəfindən də ## ###### 2024cü il tarixli, *-**-*-**/*-K-****-*/**** saylı məktubla yenə də əsaslandırılmamış imtina verərək məhkəməyə müraciət etməli olduğumu qeyd etmişdir. Sözügedən hər iki məktub ona görə əsaslandırılmamış məktublar hesab edilir ki, hüquqların qeydiyyatı üçün imtinaya əsas olan arqumentlər sadalanmamışdır. Göründüyü kimi, cavabdehin iddiaçının müraciətini təmin etməməsi tamamilə qanunsuz və əsassızdır. Bu bir daha onu deməyə əsas verir ki, cavabdeh mülkiyyət hüququnu təsdiq edən çıxarışı yazarkən qanunsuzluq edərək mülkiyyət hüququnu məhdudlaşdırmaqla yanaşı, əsassız olaraq getgələ salır, süründürməçilik edir. Həmçinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə, qüvvədə olan qanunvericiliyin tələbinə görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələri, bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, Bakı şəhəri XDS İK-nin ## ###### 1989-cu il tarixli, **/*** saylı qərarı əsasında Bakı şəhəri, Sabunçu rayon İcra Hakimiyyəti Naradaran qəsəbəsi üzrə nümayəndəliyinin ## ### 2005-ci il tarixli, **/*** saylı qərarı ilə ayrılan, ünvan 1 101 ünvanında yerləşən 0,12 ha ölçüdə olan torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə reyestrdən çıxarış və planı və ölçüsünün verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.

9. Cavabdeh məhkəməyə təqdim etdiyi iddia tələbinə qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı ünvan 3 101 ünvanında fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ## ### 2023-cü il tarixli, ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və ## #### 2023-cü il tarixli, ************ nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, təqdim olunmuş ## ### 2005-cı il tarixli, **/*** nömrəli Nardaran qəsəbəsi üzrə nümayəndəliyi aparatının qərarından çıxarışda yerli icra hakimiyyəti başçısının qərarına istinad olunmamışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2015-ci il tarixli, *** nömrəli Fərmanının 2.7-ci bəndində yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən ## ###### 2001-ci il tarixədək verilmiş qərarlar qeydiyyat üçün əsas hesab edilir. ## ###### 2001-ci il tarixdən sonra fərdi yaşayış evi tikmək məqsədi üçün torpaq sahəsinin ayrılması, addan-ada keçirilməsi, yerli icra hakimiyyəti orqanlarının səlahiyyətləri xaricindədir. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən ## ###### 2001-ci il tarixədək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr ## ###### 2001-ci il tarixdən etibarən həyata keçirir. Vahid elektron kadastr baza məlumatlarına əsasən faktiki göstərilən torpaq sahəsi Maştağa Tərəvəzçilik-Südçülük sovxozunun Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Belə ki, həmin zaman göstərilən torpaq sahəsinin ayrılması Sabunçu rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricində olmuşdur. Təqdim edilmiş cizgidə istinad, istinad məsafələri perimetrik ölçülər qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmadı. Sərhəd məlumatlarına əsasən faktiki sahə Bilgəh qəsəbəsinin ərazisidir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin ## ###### 2015-ci il tarixli, *** nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin ## ##### 2022-ci il tarixli, **** nömrəli Fərmanının 3.1-ci bəndinə əsasən, aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən ## ###### 2001-ci il tarixədək verilmiş qərarlarla bağlı məlumatların yerli icra hakimiyyəti başçısının və inzibati ərazi dairəsi üzrə nümayəndənin müvafiq qərarlarının surətləri, torpaq sahəsinin ayrıldığı şəxsin adı, soyadı, atasının adı, torpaq sahəsinin ölçüsü və ünvanı göstərilməklə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə təqdim edilməsi tapşırılmışdır. Lakin məlumatlar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə təqdim edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən göstərilən ünvana yerli baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin faktiki ölçüsü 0.1332 hadır. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2015-ci il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.7-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən ## ###### 2001-ci il tarixədək verilmiş qərar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

10. Bakı İnzibati Məhkəməsinin (hakim A.M.Almazova) ## ####### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

11. Məhkəmə gəldiyi mövqeni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən sözügedən torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin ## ###### 2015-ci il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər cavabdeh quruma, həmçinin məhkəmə araşdırması zamanı məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, iddiaçının ünvan 2 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququna dair qeydiyyatın aparılmasından cavabdehin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir.

12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: E.Ə.Əliyev /sədrlik edən və məruzəçi/, G.M.Abbasova və A.P.Oruczadə) ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin ## ####### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a) kassasiya şikayətinin dəlilləri:

16. İddiaçının kassasiya şikayətinin əsasını iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil etmiş və əlavə olaraq qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının ## #### 2021-ci il tarixli, ***-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin ## #### 2012-ci tarixli, *** nömrəli Fərmanında nəzərdə tutulmuş qaydada Sabunçu rayon İcra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin ## ### 2005-ci il tarixli, **/*** saylı qərarı ilə ayrılmışdır ki, Nardaran qəsəbəsi üzrə nümayəndəliyi də yerli icra hakimiyyəti orqanının tabeli təşkilatı olduğundan imtina üçün əsas ola bilməz. Bu eyni zamanda etimadın qorunması prinsipinə ziddir. Torpaq sahəsinə dair yerləşmə cizgisinin olmamasına münasibətdə isə qeyd edilir ki, iş materiallarında olan sənədlərdən görünür ki, mübahisəli torpaq sahəsində fərdi yaşayış evi mövcuddur və hətta ünvan belə verilmişdir. Cavabdeh təşkilatın imtinası qanunsuz olmaqla “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulmuş bərabərlik və çoxun azı ehtiva etməsi prinsiplərinin pozulmasına dəlalət edir. Lakin məhkəmələr tərəfindən bu məqamlar nəzərə alınmamış, iddiaçı tərəfindən qonşuluqda yerləşən torpaq sahələrinə dair çıxarışların surətləri təqdim edilməsinə baxmayaraq, məhkəmə inzibati orqandan həmin torpaq sahələrinin ayrılmasına əsas olan ilkin hüquq müəyyənedici sənədləri tələb etməmişdir. Bu da o deməkdir ki, hüquq mahiyyəti və faktiki halları eyni olan bir məsələnin həlli zamanı birinə hə, digərinə yox deyə bilməz.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

17. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasları 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.

19. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanı (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı): Bənd 7. Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər üzrə hüquqların dövlət qeydiyyatına alınması həmin sənədlərin milli arxiv fondunda əsası olduğu halda həyata keçirilir.

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ... 2.7. yaşayış evinin tikintisi məqsədilə həyətyanı torpaq sahəsinin ayrılması barədə yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən 2001-ci il ######ın #-dək qəbul edilmiş qərarlar;

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

24. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

25. İddiaçının təqdim etdiyi Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin ## ### 2005-ci il tarixli, **/*** saylı qərarı bu Qərarın 19 və 20-ci bəndlərində göstərilmiş qanunvericiliyin normalarına görə torpaq sahəsinə dair hüququnun qeydə alınmasının əsası kimi qəbul edilə bilməz. Belə ki, yaşayış evinin tikintisi məqsədilə həyətyanı torpaq sahəsinin ayrılması barədə yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən yalnız 2001-ci il ######ın #-dək qəbul edilmiş qərarlar qeydiyyat üçün hüquqi əsas yarada bilər. İddiaçının halında isə qərar 2001-ci il ######ın #-dən sonra, yəni ## ### 2005-ci il tarixdə qəbul edilmişdir.

26. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin ## ### 2005-ci il tarixli, **/*** saylı qərarında Bakı şəhəri XDS İK-nın ## ###### 1989-cu il tarixli, **/*** saylı qərara istinad edilməsi də iddiaçı üçün hüquqi əsas yaratmır. Belə ki, həmin qərarla müəyyən ərazilərdə fərdi yaşayış evi tikintisi üçün torpaq sahələrinin ayrılması səlahiyyətinin rayon icraiyyə komitələrinə verilməsi məsələsi həll edilmişdir. Sözügedən qərar Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə nümayəndəliyinə torpaq ayırmaq səlahiyyətinin verilməsi kimi qəbul edilə bilməz. Bundan başqa qərarda konkret olaraq iddiaçının və digər vətəndaşların adına torpaq sahəsi ayrılması ilə bağlı hər hansı bir müddəa nəzərdə tutulmamışdır.

27. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar