Məhkəmə qərarları › İş №2-1(102)-363/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-363/2021

09.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-363/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, Cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə q oyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 18 noyabr tarixli, 2-1(105)-413/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək müharibə veteranı adının və vəsiqəsinin verilməsi xahiş etmişdir.

2. Cavabdeh 2018-ci il 22 may tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İmtinanın əsası kimi mərkəzi arxivin 2018-ci il 22 may tarixli, X nömrəli arayışına əsasən döyüş əməliyyatları aparılan dövrdə iddiaçının xidmət etdiyi hərbi hissəni özbaşına tərk etməsi göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddia çı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ona N saylı hərbi hissənin tərkibində 1993-cü il 09 sentyabr- 1993-cü il 30 iyun tarixlərdə Ağdərə uğrunda gedən döyüşlərdə iştirakı faktının müəyyən edilməsi və ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı iddia tələbini dəqiqləşdirərək erməni birləşmələrinə qarşı döyüş əməliyyatlarında iştirak etdiyinə görə, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması:

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı N №-li hərbi hissə komandirinin 1992-ci il 29 iyul tarixli əmri ilə şəxsi heyətin siyahısına daxil edilmiş və 1993–cü il 09 sentyabr tarixdə N №-li hərbi hissə komandirinin əmri ilə Ağdərə rayonuna döyüş tapşırığını yerinə yetirmək üçün ezamiyyətə göndərilmişdir. 1993–cü il 30 iyun tarixə kimi orada döyüş əməliyyatlarında iştirak etmiş, sonradan xidmətini davam etdirmək üçün N saylı hərbi hissəyə göndərilmiş, 1993-cü il 02 sentyabr tarixli, N №-li əmri ilə həmin hərbi hissədə atıcı vəzifəsinə təyin edilmiş, 1994-cü il 0N mart tarixdə N saylı hərbi hissənin şəxsi heyət siyahısına daxil olunmuşdur. Sonradan 1994-cü il 1N mart tarixdə N saylı hərbi hissəyə göndərilmiş, 1995-ci il 18 iyul tarixdə isə N saylı hərbi hissəyə göndərilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 1996-cı il 30 sentyabr tarixli müvafiq əmrinə əsasən ehtiyata tərxis olunduğu üçün N saylı hərbi hissə komandirinin 1996-cı il 26 sentyabr tarixli, 166 saylı nizami hissə üzrə əmri ilə şəxsi heyət siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Dəvəçi rayon Hərbi Komissarlığına göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin X saylı, 2018-ci il 26 dekabr tarixli arxiv arayışında onun N №-li hərbi hissə komandirinin 1993–cü il 09 sentyabr tarixli, X №-li nizami hissə üzrə əmri ilə Ağdərə rayonuna döyüş tapşırığını yerinə yetirmək üçün ezamiyyətə göndərilməsi qeyd olunub. Lakin həmin hissəni özbaşına tərk etdiyi üçün 1993–cü il 30 iyun tarixli,x N-li nizami hissə üzrə əmri ilə şəxsi heyət siyahısından və bütün növ təminatlardan çıxarılması qeyd olunub. Bu həqiqəti əks etdirmir. Belə ki, bu dövr də hərbi hissə dağılmışdı, ona görə də onun hərbi hissəni özbaşına tərk etməyi absurd bir fikirdir. O həmin dövrdə evə çıxıb gəlməmiş, başqa bir yerə getməmiş, həmin hərbi hissənin ərazisində olmuş, sonradan xidmətini N №-li hərbi hissədə davam etdirmiş və Müdafiə Nazirinin 1996-cı il 29 sentyabr tarixli əmri ilə ehtiyata buraxılmışdır. Cavabdehin etirazları:

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Cavabdeh iddiaya etirazda bildirmişdir ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli x №-li Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adl arının verilməsi və şərtləri haqqında» Əsasnamənin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1998-ci ilin fevralın 1dən 1994-cü ilin mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla) keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları ap aran hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idar əetmə orqanları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı təsdiq edən başqa sənədlər əsasında verilir.

7. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan inzibati hüquq münasibətinin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil, imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənə dlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır.

8. Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir. Şəxsin xidmət keçməsi, hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması, bunun müvafiq sənədlərdə əks edilməsidir. Bu zaman zəruri sənədlər məfhumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olun an normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır.

9. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, iddiaçının döyüşlərdə iştirak faktının müəyyən edilməsi xüsusi icraat qaydasında iddiaçının yaşayış yeri üzrə ümumi məhkəmə tərəfindən baxmalı olduğundan hazırki icraatın predmeti deyildir. Digər tərəfdən iddia tələbinin iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair hissəsinə gəldikdə qeyd etmək zəruridir ki, iş materiallarında olan Mərkəzi arxivin 2018-ci il 22 may tarixli aray ışında iddiaçının hərbi hissəni özbaşına tərk etdiyi üçün N saylı hərbi hissə komandirinin 1993-cü il 30 iyun tarixli əmri ilə qazan təminatından çıxarıldığı qeyd edilmişdir. Bu isə qüvvədə olan qanunvericiliyin tələbinə görə iddiaçıya vəsiqənin verilməsini birbaşa istisna etmiş olur. Qeyd edilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul etməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

10. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-560/2020 saylı, 2020-ci il 26 avqust tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən in zibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə qeyd edir ki, iddiaçının müharibədə iştirakını təsdiq edən hərbi biletin, habelə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin məktubunun həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Nəzərə alınmalıdır ki, hərbi biletin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı Hərbi Hissəyə qanuni əsaslarla ezamiyyətə göndərilmiş və N nömrəli hərbi hissədən qanuni əsaslarla hərbi xidmətdən tərxis olunub. Həmçinin iddiaçıya aid Qeydiyyat kartasının təsdiqlənmiş surətindən də həmin məlumatlar öz təsdiqini tapır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində iddiaçının hərbi xidmətdən tərxis olunması barədə məlumatın olmaması səbəbindən onun müharibə veteranı statusunu almaq hüququ məhdudlaşdırıla bilməz.

12. Cavabdeh təşkilatın iddia tələbinin təmin edilməməsinə dair gətirdiyi əsas arqument ondan ibarətdir ki, N saylı hərbi hissə komandirinin N saylı əmri ilə qazan təminatından iddiaçının çıxarılmasına səbəb onun hərbi hissəni özbaşına tərk etməsi ilə əlaqədar olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı N saylı əmr ilə bütün növ təminatlardan çıxarıldıqdan sonra N sa ylı hərbi hissəyə göndərilmiş və 1993-cü il 02 sentyabr tarixli x saylı nizami hissə üzrə əmri ilə şəxsi heyətinin siyahısına bütün növ təminatlara daxil edilərək atıcı vəzifəsinə təyin edilmişdir. Sonradan xidmətini N saylı hərbi hissədə 1994-cü il 12 mart tarixə kimi davam etdirmişdir. Nəzərə alınmalıdır ki, həmin dövrə iddiaçının xidmət etdiyi hərbi hissələrdən 239, N və N saylı hərbi hissələr döyüş əməliyyatlarında iştirak etməsələr belə, N saylı və N saylı hərbi hissələr döyüş əməliyyatlarında iştirak etmişdir. Məhkəmə iddiaçının hərbi hissəni özbaşına tərk etməsi ilə gətirilən arqumentə münasibətdə hesab etmişdir ki, iddiaçı bu əməlinə görə cinayət təqibinə cəlb edilmədiyinə görə “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin qeyd hissəsinin bu mübahisəyə tətbi q edilməsi düzgün deyil. Çünki “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin qeyd hissəndə göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş şəxslərə müharibə veteranı statusu verilə bilməz.

13. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apelyasiya instansiyası məhkəməsindəki icraat

14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 18 noyabr tarixli, 2-1(105)-413/2020 nömrəli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlan ılmışdır.

15. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsinə etirazda göstərilənlər təşkil edir. Bundan başqa, şikayətdə qeyd edilir ki, kassasiya şikayətinin faktiki əsası barəsində qeyd edilmişdir ki, iş materiallarında olan Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 2018-ci il 22 may tarixli X nömrəli arxiv arayışına əsasən iddiaçının 239,250,422,464,N nömrəli hərbi hissələrdə xidmət keçməsi inzibati işin mübahisəsiz tərəfidir. Lakin, iddiaçının xidmət keçdiyi 239,250,422,464,N nömrəli hərbi hissələr “Azərbaycan Respublikası Silahlı Qüvvələri yarandığı vaxtdan döyüş əməliyyatları aparan hərbi hissələrin Siyahısı”na əsasən bilavasitə döyüş əməliyyatlarında iştirak etməmişdir. İnzibati iş materiallarını araşdıran Sumqayıt İnzibati Məhkəməsi 2020-ci il 26 avqust tarixli, 2-1(118)-560/2020 nömrəli qərarının əsaslandırıcı hissəsində-5-ci vərəqdə 239, N və N nömrəli hərbi hissələrin döyüş əməliyyatlarında iştirak etmədiyini qeyd etsə də hər hansı araşdırma aparmadan, müvafiq sorğular vermədən və rəsmi sənədlərə istinad etmədən yanlış olaraq N və N nömrəli hərbi hissələrin döyüş əməliyyatlarında iştirak etməsi qənaətinə gəlmiş və beləlik lə də qüvvədə olan qanunvericiliyin tələbinə zidd olaraq iddia tələbini təmin etmişdir. İnzibati işə apellyasiya icraatı qaydasında baxan Sumqayıt Apellyasiya Məhkəməsi qeyd olunan məsələni araşdırmadan apellyasiya şikayətini təmin etmədən Sumqayıt İnzibati Məhkəməsinin Qərarını dəyişdirmədən saxlamış, beləliklə də hər iki məhkəmə instansiyası tərəfindən maddi hüquq normaları pozulmuşdur. b. məhkəmə icraatı iştirakçılarının izahatları

18. Cavabdehin vəkili Vəkil və nümayəndəsi X1 2021-ci il 23 fevral tarixli məhkəmə iclasında şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdilər.

19. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından, çıxışlarda iştirak etmədi. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin birinci hissəsinin birinci və üçüncü abzaslarının mü ddəalarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin müddəalarına əsasən, müharibə veteranı adı – Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzi bati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqd im edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu x idmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.

22. İPM: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyas ı məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz. 26. “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin birinci hissəsinin birinci və üçüncü abzaslarının müddəalarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin müddəalarına əsasən, müharibə veteranı adı – Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd ), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində... döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş...hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayı şları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir.

27. Cavabdehin şikayətinin məzmunundan da göründüyü kimi, iş materiallarında olan Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 2018-ci il 22 may tarixli X nömrəli arxiv arayışına əsasən iddiaçının 1992-1996-cı illərdə n,n,n,n,N nömrəli hərbi hissələrdə xidmət keçməsi inzibati işin mübahisəsiz halıdır.

28. Şikayətin dəlili ondan ibarətdir ki, iddiaçının xidmət keçdiyi n,n,n,n,N nömrəli hərbi hissələr “Azə rbaycan Respublikası Silahlı Qüvvələri yarandığı vaxtdan döyüş əməliyyatları aparan hərbi hissələrin Siyahısı”na əsasən bilavasitə döyüş əməliyyatlarında iştirak etməmişdir. Sumqayıt İnzibati Məhkəməsi 2020-ci il 26 avqust tarixli, 2-1(118)-560/2020 nömrəli qərarının əsaslandırıcı hissəsində x, N və N nömrəli hərbi hissələrin döyüş əməliyyatlarında iştirak etmədiyini qeyd etsə də, hər hansı araşdırma aparmadan, müvafiq sorğular vermədən və rəsmi sənədlərə istinad etmədən yanlış olaraq N və N nömrəli hərbi hissələrin döyüş əməliyyatlarında iştirak etməsi qənaətinə gəlmişdir.

29. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq cavabdehin 2020-ci il 7 f evral tarixli 9/2-1852 nömrəli məktubunda qeyd olunur ki, N Nömrəli hərbi hissə komandirinin 1993-cü il 9 mart tarixli 51 nömrəli nizami hissə üzrə əmri ilə (əsas: səh.83, § 3, sıra 47) sıravi İddiaçı Ağdərə rayonuna döyüş tapşırığını yerinə yetirmək üçün ezam olunmuşdur (iş v.27).

30. Göründüyü kimi, hətta N Nömrəli hərbi hissə, - şikayətdə göstərildiyi kimi, bilavasitə döyüş əməliyyatlarında iştirak etməsə belə, iddiaçının “döyüş tapşırığını yerinə yetirmək üçün ezam olunması” “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin yuxarıda qeyd edilən müddəa larında təsbit olunmuş şərti ödəyir.

31. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 18 noyabr tarixli, 2-1(105)-413/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar