Məhkəmə qərarları › İş №2-1(102)-363/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-363/2023

03.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-363/2023 03.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qeydiyyatdan çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs: X4 ) “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli, 2-1(103) -2636/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında (şifahi məhkəmə baxışı keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. ünvan 1 ünvanında yerləşən mənzil iddiaçıya xx.xx.1994-cü il tarixli order əsasında verilmişdir. İddiaçı və onun oğlu (hazırki işdə 3-cü şəxs olan ) X4 iddiaçının ailə üzvü kimi xx.xx.1995-ci il tarixdən həmin mənzilə qeydiyyata alınmışdır. 2. ünvan 1 ünvanında yerləşən mənzil üzərində İddiaçı mülkiyyət hüququ xx.xx.2006-cı il tarixdə qeydə alınmışdır.

3. Qeyd edilən mənzildə iddiaçıdan başqa X5 və X4 yaşayış yeri üzrə qeydiyyatdadırlar.

4. İddiaçı oğlu X2 qeydiyyatdan çıxarılması üçün Nəsimi rayon Polis İdarəsinə müraciət etmiş, Nəsimi rayon Polis İdarəsinin xx.xx.2022-ci il tar ixli məktubu ilə qeydiyyatdan çıxarılması xahiş olunan şəxslərin qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamə olmadığından ərizə təmin edilməmişdir.

5. Nəsimi rayonu MKTB-nin 59 saylı MKİS-nin xx.xx.2022-ci il tarixli arayışında qeyd olunur ki, X4 ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatda olsa da yaşamır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən X2 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan mənzildə üçüncü şəxs yaşamır. Oğlunun mənzildə qeydiyyatd a qalması onun mülkiyyətçi kimi maraqlarına toxunur. Belə ki, mülkiyyətçi kimi oğlunun qeydiyyatda qalması mənzilə sərəncam hüququnu məhdudlaşdırır.

8. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iş üzrə X4 üçüncü şəxs qismində inzibati məhkəmə qismində cəlb edilməsi (zəruri cəlbetmə) qərara alınmışdır.

9. Bakı İnzibati Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2-1(112)-6862/2022 saylı qərarı ilə (hakim Orxan Hənəsov) iddia tələbi təmin edilmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 5-ci hissəsində qeyd edilmişdir ki, şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılı r. Şəxsin yaşayış sahəsinə istifadə hüququnun olub- olmaması hər nə qədər xüsusi hüquq sahəsinin predmeti kimi mülki icraat qaydasında araşdırılmalı məsələ kimi görünsə də qanunvericilikdə nəzərdə tutulmuş şərtlər daxilində publik hüquq münasibətləri çərçivəsində, eləcə də hazırkı iş üzrə olduğu kimi yaşayış yeri üzrə qeydiyyatdan çıxarma barədə iddia tələbinə dair işə baxılan zaman şəxsin yaşayış sahəsinə istifadə hüququnun olub-olmadığının müəyyən edilməsini istisna etmir.

11. Qərardan narazı qalan üçüncü şəxs apellyasiya şikayəti verərək qərarı ləğv edib iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli,2-1(103)-2636/2022 nö mrəli qərarı (sədrlik edən V.Baxışova, hakimlər R.Qurbanov və V.Məmmədov ) ilə üçüncü şəxs X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2-1(112)-6862/2022 saylı qərarı ləğv edilmiş,yeni qərar qəbul edilmiş,iddia təlbinin rədd edilməsi qərara alınmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, üçüncü şəxs X4 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsində nəzərdə tutulmuş qaydada iddiaçının razılıq ərizəsi əsasında mənzilə qeydə alınmış şəxslər kateqoriyasına aid olmadığından, mənzilə istifadə hüququ xx.xx.2000-ci ilədək yarandığından, üçüncü şəxsin yaşadığı və qeydiyyatda olduğu mənzilə istifadə hüququnun itirilib-itirilmədiyinə hüquqi qiymət vermək inzibati məhkəmənin səlahiyyətinə aid olma dığından, o cümlədən üçüncü şəxsin istifadə hüququna xitam verilməsi barədə məhkəmə qətnaməsi təqdim edilmədiyindən iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020ci il tarixli “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair qərarında ifadə edilmiş hüquqi mövqeyə və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələblərinə zidd olmuşdur.

14. İddiaçı apellyasiya instansiyası məhkəməsinin həmin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri: 15.Kassasiya şikayətinin dəlilləri iddia tələbinin və işin hallarının məzmunu ilə oxşardır. Bundan başqa kassasiya şikayətində qeyd edilmişdir ki, apellyasiya məhkəməsi qərar çıxararkən formal mülahizələrə əsaslanmaqla yerli və beynəlxalq qanunvericiliklə təminat verilən ədalətli məhkəmə araşdırması hüququnun kobud pozuntusuna yol vermiş işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, Mülki Məcəllənin152.1-152.5-ci və 228.5-ci, Konstitusiyanın 71-ci, İnsan hüquqlarının və X3 X1 6-cı maddəsinin normalarını düzgün tətbiq etməmiş, nəticədə kobud qanun pozuntularına yol vermişdir. Belə ki, iş materiallarından da göründüyü kimi üçüncü şəxs Quliyev Qurban mübahisəli mənzildə qeydiyyatda olsada faktiki olaraq uzun müddətdir ki, həmin mənzildə yaşamır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

16. Üçüncü şəxş kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun Maddə

9. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət or qanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

18. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli qərarı.

20. Azərbaycan Respu blikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərt lərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ 21 Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası mübahisəyə dair işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məh kəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

24. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

25. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından hazırki tələbi apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qa ydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

27. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

28. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır.

29. Belə ki, iddiaçının mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarmaq istədiyi oğlu xx.xx.1995-ci il tarixdən iddiaçı ilə birlikdə həm in mənzilə ailə üzvü kimi qeydiyyata alınmış, doğulduğu vaxtdan ailə quranadək qeyd edilən mənzildə yaşamış, ailə qurduqdan sonra iddiaçı ilə münasibətləri pisləşdiyindən həmin mənzildən çıxmağa və qohumlarının evində yaşamağa məcbur olmuşdur. Üçüncü şəxsin mülkiyyətində yaşayış sahəsi olması barədə iş materiallarında hər hansı sübut mövcud deyil.

30. Kollegiya hesab edir ki, üçüncü şəxs X4 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsində nəzərdə tutulmuş qaydada iddiaçının razılıq ərizəsi əsasında mənzilə qeydə alınmış şəxslər kateqoriyasına aid olmadığından, mənzilə istifadə hüququ xx.xx.2000-ci ilədək yarandığından, üçüncü şəxsin yaşadığı və qeydiyyatda olduğu mənzilə istifadə hüququnun itirilib-itirilmədiyinə hüquqi qiymət vermək inzibati məhkəmənin səlahiyyətinə aid olma dığından, o cümlədən üçüncü şəxsin istifadə hüququna xitam verilməsi barədə məhkəmə qətnaməsi təqdim edilmədiyindən apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni və əsaslıdır.

31. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün və mübahisəyə dair işin müəyyən olunmuş hallarına uyğundur. Odur ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli, 21(103)-2636/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar