Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-3632/2019 25.12.2019 ALİ MƏHKƏMƏ QƏRARDAD (açar söz: vəkil tərəfindən tərtib edilməmiş kassasiya şikayəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi N.Rəsulbəyovanın, məhkəmə iclas katibi F.Rəsulovanın iştirakı ilə, İddiaçı cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1826/2019 saylı 14 avqust 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi nə qarşı bağ sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçının nümayəndəsi X1 ərizə ilə müraciət edərək iddianı geri götürülmüş hesab edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 may 2019-cu il tarixli qərardadı ilə ərizə təmin edilmiş, iddia geri götürülmüş hesab edilmiş, iş üzrə icraata xitam verilmişdir. Qərardaddan iddiaçı apelyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1826/2019 saylı 14 avqust 2019-cu il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 may 2019-cu il tarixli qərardadı dəyişdirilmədən s axlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qərardadından iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.2-ci maddəsinə əsasən Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.3-cü maddəsinə əsasən kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiya sı tərəfindən 29 noyabr 2019-cu il tarixli, 2-1(102)-3632/19 saylı məktubla iddiaçıya məlumat verilmişdir ki, kassasiya şikayəti vəkil tərəfindən tərtib edilmədiyindən, iddiaçı və vəkil tərəfindən imzalanmadığından, vəkilin orderi əlavə edilmədiyindən, kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pzountusunun nədən ibarət olması göstərilmədiyindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1826/2019 saylı 14 avqust 2019-cu il tarixli qərardadından verilmiş kassasiya şikayətinin mümkünlüyünə 25.12.2019-cu il tarixdə baxılacaq və həmin tarixədək qeyd olunan nöqsanlar aardan qaldırılmaqla kassasiya şikayətinin məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 90.3-cü maddəsinə əsasən bu f əsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, kassasiya şikayəti üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Həmin Məcəllənin 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikay əti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 407.4-cü maddəsinə əsasən şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Hazırkı iş üzrə iddiaçı 25 dekabr 2019-cu il tarixdə keçirilən məhkəmə iclasında iştirak etməmiş, həmin tarixədək isə vəkil tərəfindən tərtib edilmiş və imzalanmış kassasiya şikayətini, o cümlədən vəkilin orderini məhkəməyə təqdim etməmişdir. Bununla da məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilən kassasiya şikayəti mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 90, 94, 96-cı maddələrini rəhbər tutaraq Qərara aldım: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1826/2019 saylı 14 avqust 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Şikayətin qəbulundan imtina edilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-3632/2019
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-3632/2019
25.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver