Məhkəmə qərarları › İş №2-1(102)-3633/2019

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-3633/2019

11.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-3633/2019 11.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı Ərizəçi MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, cavabdehin nümayəndəsi Nümayəndə və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Ərizəçi MMC-nin cavabdeh Vergilər Nazirliyinə qarşı iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri haqqında ərizəsinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 17 sentyabr 2019cu il tarixli 2-1(103)-2380/2019 saylı qərardadından cavabdeh tərəfindən verilm iş kasasiya şikayətinə əsasən işə 11 dekabr 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Ərizəçi MMC-nin cavabdeh Vergilər Nazirliyinə qarşı “xxxx” MMC-nin ƏDV depozit hesabında əməliyyatların aparılmasına qoyulmuş məhdudiyyətin aradan qaldırırlması, həmçinin digər şəxslər tərəfindən Ərizəçi MMC-nin ƏDV depozit hesabına ödəniş edilən zaman elektron sistemdə qeyd edilən “xxxx“Ərizəçi MMC” VÖEN “**********” əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlarla məşğul olan şəxsdir” yazısının silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə müvəqqəti xarakterli müdafiə tədbiri haqqında ərizəsi ilə 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciə t etmişdir. Birinci instansiya məhkəməsinin 06.12.2018-ci il tarixli iş № 2-1(81)-125/2018, (sədrlik edən hakim E.Məmmədov) qərardadı ilə ərizənin təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərardadından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 06.12.2018-ci il tarixli qərardadının ləğv edilməsini, müvəqqəti xarakterli müdafiə tədbiri haqqında ərizənin rədd edilməsi barədə qərardadın qəbul edilməsiniməhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 05.02.2019-cu il tarixli iş № 2-1(103)-484/2019 (hakimlər K.Abiyeva - sədrlik edən və məruzəçi, M.Tağızadə və Ü.Mayılov) qərardadı ilə apelyasiya şikayətinin təmin edilməsi,birinci i nstansiya məhkəməsinin 06.12.2018-ci il tarixli qərardadının ləğv edilməsi, ərizənin rədd ediməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərardadından narazı qalan iddiaçıkasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin 05.02.2019-cu il tarixli qərardadının ləğv edilməsini, müvəqqəti xarakterli müdafiə tədbiri haqqında ərizənin təmin edilməsi barədə qərarın qəbul edilməsiniməhkəmə kollegiyasından xahiş etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 27.06.2019-cu il tarixli iş № 2-1(103)1816/2019 (hakimlər S.Hüseynova - sədrlik edən və məruzəçi, İ.Dadaşov və K.Bədəlov) qərarı iləkasasiya şikayətininqismən təmin edilməsi,apelyasiya instansiyası məhkəməsinin 05.02.2019-cu il tarixli qərardadının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin 17.09.2019-cu il tarixli iş № 2-1(103)-2380/2019 (hakimlər E.Nağıyeva - sədrlik edən və məruzəçi, H.Həmidov və V.Baxışova) qərardadı ilə apelyasiya şikayətinin təmin edilməməsi,birinci instansiya məhkəməsinin 06.12.2018-ci il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, halbuki işə təkrar baxarı apelyasiya instansiyası məhkəməsi İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinin tələblərinə zidd olaraq Ali Məhkəmənin göstərişinə uyğun olaraq hər hansı bir araşdırma aparmadan müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə ərizəni təmin etmişdir. Belə ki, apelyasiya instansiya məhkəməsi ƏDV depozit hesabı ü zrə xidmətlərin göstərilməsindən imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş halların heç birinin mövcud olmadığını, iddiaçının ƏDV depozit hesabındakı vəsaitdən istifadə edə bilmədiyini, bu halın da məhdudiyyətin olmasının göstəricisi olduğunu əsas gətirərək ərizəni təmin etsə də, sub-uçot hesabdan istifadə edilməsinin mümkün olmamasının proqram təminatı ilə bağlı olub-olmadığını araşdırmamışdır. Azərbaycan Respublikası İnzibatı Prosessual Məcəlləsinin 41.2-ci maddəsinə əsəsən, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə iddiaçının vəsatəti əsasında inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəm ə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Lakin məhkəmə işin faktiki hallarını araşdırmadan, iddianın uğurluluq ehtimalının mövcud olmadığını nəzərə almadan yalnız özünün və iddiaçının subyekt mülahizələri əsasında müvəqqəti xarakterli müdafiə tədbiri barədə qərardad qəbul etmişdir. Həmçinin, məhkəmə sub-uçot depozit hesabında olan ƏDV məbləğinin sərbəst hərəkətinin təmin edilməsi üçün qoyulmuş məhdudiyyətin aradan qaldırılmasını qərara alsa da, belə bir məhdudiyyətin mövcudluğunu, eləcə də bu məhdudiyyətin vergi orqanı tərəfindən həyata keçirilməsini sübut edə bilməmişdir. Digər tərəfdən, ƏDV-nin depozit hesabı üzrə vəsaitlərin hərəkəti Azərbaycan Respublikasının Vergi Məcəlləsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş «Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları (bundan sonra – Qaydalar) ilə tənzimlənir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.2.3-cü maddəsinə əsasən vergi orqanı vergi ödəyicisinin ƏDV depozit hesabından yalnız ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınmasını təmin edir. ƏDV qeydiyyatında olan vergi ödəyicilərinin ƏDV sub-uçot hesabları üzrə vəsaitlərin hərəkəti, ƏDV-nin depozit hesabına vəsaitlərin mədaxili, məxarici və bu hesabda uçotun aparılması isə Qaydalarla tənzimlənir. İstər Vergi Məcəlləsində, istərsə də Qaydalarda ƏDV-nin depozit hesabında hərəkəti üzrə vergi orqanı tərəfindən məhdudiyyətin qoyulması imkanı nəzərdə tutulmamışdır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 29 mart 2001-ci il tarixli, 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi haqqında Əsasnaməyə müvafiq olaraq Nazirlik Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində dövlət vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Qeyd olunan Əsasnamədə ƏDV depoziti üzrə vəsaitlərin hərəkətinə hər-hansı məhdudiyyətin qoyulması imkanı nəzərdə tut ulmamışdır. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-2380/2019 nömrəli 17 sentyabr 2019-cu il tarixli qərardadının ləğv edilməsi və iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinin rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərardad qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin Kollegi yasının 17 sentyabr 2019-cu il tarixli qərardadının ləğv edilməsini və iddiaçının müvəqqədi xarakterli müdafiə tədbiri barədə ərizəsinin rədd edilməsi barədə qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə da, cavabdehin vəkili Vəkil2 çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli qərardadının ləğv edilməsini və iddiaçının müvəqqədi xarakterli müdafiə tədbiri barədə ərizəsinin rədd edilməsi barədə qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə ba xmayaraq, iddiaçının nümayəndəsi xxx məhkəmə iclasına vəkilsiz gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin nümayəndəsi və vəkilinin izahat və çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pr osessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 17 sentyabr 2019-cu il tarixli, 2-1(103)-2380/2019 saylı qərardadla, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin apelyasiya şikay ətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin MXMT(81)-125/2018 saylı, 06 dekabr 2018-ci il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qənaətinə gələrkən, İnzibati Prosessual Məcəllənin 40.1, 40.3, 43.1.1-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməkdə düzgün olan nəticəyə gəlmişdir, onun rədd edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 17 sentyabr 2019-cu il tarixli qərardadla və həmin qərardadla və həmin qərardaddan cavabdeh tərəfindən verilmiş kasasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, sözügedən məsələ, yəni, iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri ilə əlaqədar ver diyi ərizə üzrə qəbul edilmiş Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 fevral 2019-cu il tarixli qərardadından iddiaçının kasasiya şikayəti əsasında hazırkı işə artıq bir dəfə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasında baxılaraq 27 iyun 2019-cu il tarixli, 2-1(102)1816/2019 saylı qərar qəbul edilmişdir. Belə ki, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 27 iyun 2019-cu il tarixli, 2-1(102)1816/19 saylı qərarı ilə iddiaçı Ərizəçi MMC-nin direktoru Rafiq Hacıyev tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 fevral 2019-cu il tarixli, 2-1(103)-484/2019 saylı qərardadı ləğv edilmiş (həmin qərardadla iddiaçının müvəqqəti müdafiə tədbirlərinin görülməsi barədə ərizəsinin təmin edi lməməsi qərara alınmışdır), iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının hazırkı iş üzrə qəbul etdiyi 27 iyun 2019-cu il tarixli, 2-1(102)-1816/19 saylı qərarının əsaslandırıcı hissəsində göstərilmişdir ki, “Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi): - 13.2.40-ci maddəsinə əsasən, ƏDV-nin depozit hesabı – ƏDV-nin mədaxili, uçotu, hərəkəti və dövlət büdcəsinə məxarici ilə bağlı əməliyyatlar aparılan vahid xəzinə hesabıdır; - 175.8-ci maddəsinə əsasən, ƏDV ödəyiciləri (...) tərəfindən mallar, xidmətlər (işlər) alınarkən onlara verilmiş elektron vergi hesab-fakturaları üzrə, (...) ƏDV-nin məbləği ƏDV-nin depozit hesabına köçürülməlidir. ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, b u hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Sonuncu müddəaya uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2007-ci il tarixli, 219 saylı qərarı ilə “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları” təsdiq edilmişdir. Həmin Qaydaların: - 1.2-ci bəndinə əsasən, əlavə dəyər vergisinin depozit hesabı - ƏDV-nin mədaxili, uçotu, hərəkəti və dövlət büdcəsinə məxarici ilə bağlı əməliyyatlar aparılan vahid xəzinə hesabıdır. ƏDV-nin depozit hesabı X1 (bundan sonra - DXA) açılır. DXA ilə bank arasında münasibətlər bank hesab müqaviləsi ilə tənzimlənir. ƏDV sub-uçot hesabı - ƏDV-nin depozit hesabına mədaxil olmuş ƏDV məbləğlərinin vergi ödəyiciləri üzrə uçotunun aparılması məqsədilə Azərbaycan Respublikasının Vergilər Nazirliyində açılmış uçot vərəqələridir. Bu müddəalardan aydın olur ki, vergi ödəyicisinin ƏDV üzrə iki hesabı mövcuddur: depozit hesabı və sub-uçot hesabı. Depozit hesab faktiki olaraq pul vəsaitlərin toplanmasını, əməliyyatların aparılmasını əks etdirən hesab olduğu halda, sub-uçot hesab isə hər bir vergi ödəyicisinə münasibətdə yaradılan və vergi ödəyicisinə həmin vəsaitlərlə bağlı əməliyyatların həyata keçirilməsinə imkan verən el ektron proqram təminatıdır. Belə ki, ƏDV-nin sub-uçot hesabına münasibətdə istinad edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2007-ci il tarixli, 219 saylı qərarının 4-cü bəndinə əsasən: 4.1. Vergi ödəyicisinin ƏDV sub-uçot hesabına vəsaitlər bu Qaydaların 2.1-ci bəndində göstərilən mənbələrdən və digər ƏDV sub-uçot hesablarından mədaxil edilə bilər. 4.2. ƏDV sub-uçot hesabından ƏDV məbləğlərinin köçürülməsi aşağıdakı ardıcıllıqla aparılır: dövlət büdcəsinə; dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına; ƏDV sub-uçot hesablarına. 4.3. Alınmış elektron vergi hesab-fakturasına əsasən alıcı öz ƏDV sub-uçot hesabından ƏDV məbləğini satıcının ƏDV sub-uçot hesabına köçürə bilər. Bu ödənişin aparılması üçün alıcı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 iyul tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydaları”na əsasən vergi orqanından alınmış istifadəçi kodu, parol və şifrə vasitəsilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsi olan internet Vergi İdarəsinə (www.e-taxes.gov.az) daxil olur və ödənişi gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsində yaradılmış “Köçürmə əməliyyatlarının aparılması” menyusundan istifadə etməklə həyata keçirir. ƏDV-nin depozit hesabı vasitəsilə ƏDV üzrə ödənişlərin və əvəzləşmələrin elektron formada aparılması qaydaları Azərbaycan Respublikası Vergilər Nazirliyinin kollegiyası tərəfindən təsdiq edilmiş inzibati reqlamentlə müəyyən edilir. Müddəalardan göründüyü kimi, ƏDV üzrə vergi ödəyicisi elektron vergi hesab-fakturası üzrə ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsini həyata keçirmək məqsədilə vergi orqanında yaradılmış elektron xidmətdən istifadə etməli və özünə məxsus ƏDV sub-uçot hesabı üzrə hərəkətlərin aparılmasında yalnız özü səlahiyyətlidir. Bu halda cavabdeh inzibati orqanın vergi ödəyicisinin ƏDV sub-uçot hesabına hər hansı bir qaydada məhdudiyyətin qoyulmasının hüquqi əsasları qanunvericilikdə təsbit olunmamışdır, çünki ƏDV-nin sub-uçot hesabı üzrə hər hansı bir əməliyyatların aparılması yalnız vergi ödəyicisinin hüququna aiddir və ona verilmiş istifadəçi kodu, parol və şifrədən istifadə etməklə o, həmin hesab üzrə proqram təminatı vasitəsilə əməliyyatlarını həyata keçirə bilər. Bununla yanaşı, ƏDV depoziti hesabı ilə bağlı zam ana görə qüvvədə olmuş Vergi Məcəlləsinin 65.2.3-ci maddəsində müəyyən olunmuşdur ki, vergi orqanı vergi ödəyicisinin ƏDV depoziti hesabından yalnız ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınmasını təmin edir. ƏDV üzrə vergi borclarının ödənilməsi üçün ƏDV depoziti hesabında vergi ödəyicisinin kifayət qədər vəsaiti olmadıqda, ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınması üçün həmin şəxsin digər hesablarına bu Məcəllədə nəzərdə tutulmuş qaydada sərəncam verilə bilər. Maddənin tələbləri onu ehtiva edir ki, vergi ödəyicisinin yalnız ƏDV üzrə vergi borcu olduqda, onun ƏDV depoziti hesabından həmin borcun tutulması ilə bağlı vergi orqanı müvafiq səlahiyyətə malikdir. Belə ki, yuxarıda istinad edilmiş Qaydaların 3.1-ci hissəsində müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının Ver gilər Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada hazırlanmış ödəniş tapşırığına əsasən ƏDV-nin depozit hesabından pul vəsaitləri aşağıdakı hallarda dövlət büdcəsinə və dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına köçürülür: - əlavə dəyər vergisi üzrə vergi öhdəliyinin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsi üçün. Qanunvericiliyin sadalanmış maddələrinin mənası ondan ibarətdir ki, vergi ödəyicisinin Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsində yaradılmış ƏDV sub-uçot hesabı üzrə əməliyyatların aparılmasında yalnız vergi ödəyicisi səlahiyyətlidir, lakin həmin hesabda cəmləşmiş məbləğlər vergi ödəyicisinin depozit hesabında olan məbləğləri əks etdirməlidir. Depozit hesabdan Azərbaycan Respublikası nın Vergilər Nazirliyinin ödəniş tapşırığına əsasən müvafiq məbləğ tutulduqda, sub-uçot hesabda olan göstəricilərdən həmin məbləğin tutulması barədə vergi ödəyicisinə məlum olmalıdır. Bu halda vergi ödəyicisi sub-uçot hesabla bağlı əməliyyatları apara bilmədiyi təqdirdə (misal üçün, müvafiq vəsaitin çatışmaması səbəbindən), həmin sub-uçot hesaba cavabdeh tərəfindən məhdudiyyətin qoyulub-qoyulmaması deyil, onun depozit hesabında olan vəsaitlərlə bağlı məsələ araşdırılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 24 dekabr 2012-ci il tarixli, **********004800 nömrəli Qərarı ilə təsdiq edilmiş (**********0048 nömrə ilə X2 Reyestrinin qeydiyyata alınmış) «Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması» elektron xidməti üzrə inzibati reqlament»in: - 3.3.1-ci bəndinə əsasən, elektron xidmətin göstərilməsindən aşağıdakı hallarda imtina edilir və sistem tərəfindən bu barədə istifadəçinin ekranına müvafiq mesajlar verilir: - Əlavə dəyər vergisi ödəyicisi olmayan vergi ödəyiciləri; - İstifadəçi kodu, parol və ya şifrəsi səhv olarsa; - Dövlət büdcəsinə borcu olduğu halda digər sub-uçot hesaba ödəniş aparılmasından imtina edilir. - Vergi ödəyicisi gücləndirilmiş elektron imzaya malik olmadıqda; - 3.3.2-ci bəndinə əsasən, imtina üçün əsas olmadıqda elektron xidmət göstərilir. Müddəalardan göründüyü kimi, cavabdeh tərəfindən yalnız müvafiq hallar mövcud olduğu təqdirdə elektron xidmətdən istifadə ilə bağlı imtina edilə bilər ki, qeyd edilən hallar məhdudiyyətlə bağlı deyil, bilavasitə elektron sistemdə ap arılan əməliyyatlarla bağlıdır. Yəni qeyd edilmiş hallarda cavabdeh tərəfindən sub-uçot hesaba hər hansı bir məhdudiyyət qoyulmur, lakin proqram təminatından istifadə edilməklə cavabdeh informasiya texnologiyaları vasitəsilə vergi ödəyicinə sub-uçot hesabdan istifadə edilməsindən imtina edilə bilər. Belə ki, iddiaçının dövlət büdcəsinə borcu olduğu halda, Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsi olan İnternet Vergi İdarəsində yaradılmış onun səhifəsindən digər sub-uçot hesaba ödənişlərin aparılmasından sistem tərəfindən imtina edilir. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı məhkəmə iclas protokolundan göründüyü kimi, iddiaçı əyani şəkildə vergi ödəyicisinin cavabdehin İnternet Vergi İdarəsi Portalı vasitəsilə yaradılmış elektron xidmətdən istifad ə edə bilməməsini nümayiş etdirmişdir. Qeyd edilən halda məhkəmə kollegiyası iddiaçının sübutların təqdim edilməsi ilə bağlı dəlilini əsaslı hesab edir və bu hissədə apelyasiya məhkəməsinin qərardadında birinci instansiya məhkəməsinin qərardadı ilə müəyyən edilmiş hallara qiymətin verilməməsini prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı kimi qiymətləndirir». Məlum olduğu kimi, İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinə görə Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Bununla əlaqədar olaraq, məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi müvəqqəti müdafiə tədbirlərinin görülməsi barədə iddiaçının ərizəsinə və cavabdehin apelyasiya şikayətinə təkrar baxarkən İnzibati Prosessual Məc əllənin 96.11-ci maddəsinin tələblərinə riayət etməklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının mübahisə edilən qərardadla bağlı məcburi xarakter daşıyan hüquqi mövqeyini tam nəzərə almışdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi Kollegiyasının 24 dekabr 2012-ci il tarixli **********004800 nömrəli qərarı ilə təsdiq edilmiş “Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” elektron xidməti üzrə inzibati reqlamentin 3.3.1-ci yarımbəndinə əsasən xidmət göstərilməsindən aşağıdakı hallarda imtina edilir və sistem tərəfindən bu barədə istifadəçinin ekranına müvafiq mesajlar verilir: - Əlavə dəyər vergisi ödəyicisi olmayan vergi ödəyiciləri müraciət etdikdə; - İstifa dəçi kodu, parol və ya şifrəsi səhv olduqda; - Dövlət büdcəsinə borcu olduğu halda digər sub-uçot hesaba ödəniş aparıldıqda; - Vergi ödəyicisi gücləndirilmiş elektron imzaya malik olmadıqda. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdi ki, yuxarıda qeyd olunan hallar hazırkı iş üzrə mövcud deyil, buna baxmayaraq elektron sistemdə ƏDV depozit hesabındakı məbləğdən istifadə edilə bilmir. Bu hal da iddiaçı tərəfindən bildirilən məhdudiyyətin göstəricisidir. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən doğru olaraq qeyd edilmişdir ki, cavabdeh tərəfindən əmtəəsiz maliyyə əməliyyatlarının aparılmasına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsi ilə məsuliyyət müəyyən edildiyi, məhkəmə qərarı və ya hökmü olmadan qeyd ed ilən yazıya yol verilməsinin qeyri-qanuni olduğu nəzərə alınmamışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə müvafiq olaraq hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Vergi ödəyicisinə verilmiş elektron vergi hesabfakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan “ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydalarının təsdiq edilməsi barədə” 30 dekabr 2007-ci il tarixli, 219 nömrəli qərarının 4.6-cı bəndinə əsasən, “Vergi ödəyicisi tərəfindən ƏDV sub-uçot hesabından, naməlum sub-uçot hesabından dövlət büdcəsinə və dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına vergilər üzrə ödəniş həyata keçirilə bilər. Bu halda Azərbaycan Respublikasının Vergilər Nazirliyi həmin vəsaitlərin bu Qaydalara uyğun ödəniş tapşırığında əks etdirilməsini təmin etməlidir.” qeyd olunmuşdur. Həmin qaydalara müvafiq olaraq Vergilər Nazirliyi yuxarıda qeyd olunan əməliyyatların yerinə yetirilməsini təmin etməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kasasiya şikayətindəki dəlilləri əsassızdır. Cavabdeh kasasiya şikayətind ə dəlil olaraq iki dəfə qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını araşdırmadan qərardad qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili formal xarakter daşımaqla əsassızdır, belə ki, yuxarıda göstərilənlərdən göründüyü kimi apelyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının tam və hərtərəfli araşdırılması aparılaraq qərardad qəbul edilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, Vergi Məcəlləsində cavabdehin vergi ödəyicisinin ƏDV sub-uçot hesabına hər hansı bir qaydada məhdudiyyətin qoyulması ümumiyyətlə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə müvafiq olaraq “Maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qoru nmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra – müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər”. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən “Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər”. Həmin Məcəllənin 43.1.1-ci maddəsinə görə «Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması məhkəmə tərəfindən müvəqqəti xarakterli m üdafiə barədə qərardadın qəbul edilməsi üçün əsasdır». Azərbaycan Respublikasının Vergi Məcəlləsinın 63.3-cü maddəsinin tələbinə müvafiq olaraq “Şikayət edilən qərar (akt) və ya hərəkət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olmadıqda, şikayətə baxan vergi orqanı (vəzifəli şəxsi) onun icrasını tam və ya qismən dayandırır. Qərarın (aktın) və ya hərəkətin icrası tam və ya qismən dayandırmaq barədə qərarı həmin aktı qəbul etmiş vergi orqanının rəhbəri və ya yuxarı vergi orqanı qəbul edir”. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 sentyabr 2019-cu il tarixli, 2-1(103)-2380/2019 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar