Məhkəmə qərarları › İş №2-1(102)-3635/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3635/2025

10.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan‑Respublikası‑adından Qərar Bakı‑şəhəri İş‑№‑2-1(102)-3635/2025 10.04.2026 ALI‑MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və‑Vəliyev‑Sərvər‑Yaqub oğlundan‑ibarət‑tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq‑aşağıdakı‑qərarı‑qəbul‑etdi. İŞİN HALLARI

1. İddiaçı ##.##.2008-ci ildə Bakı şəhərində anadan olmuşdur. İddia qaldırılan zaman onun 18 yaşı tamam olmamış, qanuni nümayəndəsi qismində atası Qanuni nümayəndə‑tanınmışdır.‑

2. İddiaçının atası Qanuni nümayəndə ünvan 3 ünvanında qeydiyyatdadır və Füzuli rayonundan məcburi köçkündür (AA seriyalı ****** nömrəli məcburi köçkün vəsiqəsi).

3. İddiaçının anası X1 ##.##.2008-ci il tarixdən Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq‑küçəsi,‑məhəllə‑616,‑ev‑216,‑mənzil‑12‑ünvanında‑qeydiyyatdadır.

4. İddiaçının atası iddiaçıya məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh #.##.2024-cü il tarixli, 3-36- */*-A- *****-**/****/***** nömrəli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6 bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. Bildirilmişdir ki, ##.##.2008-ci il təvəllüdlü İddiaçı anası X1 qeydiyyatı ünvan 2 ünvanında olduğu üçün İddiaçı məcburi köçkün statusunu təsdiq edən‑sənədin(vəsiqə)‑verilməsi‑imkan‑xaricindədir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2008-ci il təvəllüdlü İddiaçı “Məcburi köçkün”statusu və onu təsdiq edən vəsiqənin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş‑etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının atası Qanuni nümayəndə Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Mkr, X2 küçəsi, ev 101, mənzil 24 də Füzuli rayonundan məcburi köçkün kimi ailəsi ilə birlikdə məskunlaşmışdır və məcburi köçkünlər üçün nəzərdə tutuluş bütün imtiyazlardan istifadə edir. Həmçinin o, ##.##.2007-cü il tarixdə X1 ilə rəsmi olaraq ailə qurmuş və bu nikahdan onların ##.##.2008-cı-ci il təvəllüdlü İddiaçı adlı övladı doğulub. İddiaçı İddiaçı atası Qanuni nümayəndə məcburi köçkün kimi məcburi köçkünlüyünü təsdiq edən vəsiqəsi vardır. Belə ki, Azərbaycan Respublikası Qaçqınlar və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi iddiaçı ##.##.2008-ci il təvəllüdlü İddiaçı məcburi köçkünlükünü təsdiq edən vəsiqəni verməkdən imtina edirlər. Səbəb isə göstərirlər ki, iddiaçının anası X1 qeydiyyatı ünvan 2də qeydiyyatdadır. İddiaçının atası məcburi köçkün olduğu üçün, övladı da bu statusu əldə edə bilər. Buna görə də iddiaçı tərəfindən hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət‑olunmuşdur.

7. Bakı İnzibati Məhkəməsinin # ##### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı‑ilə‑(hakim‑A.Əhədova)‑iddia‑rədd‑edilmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı ##.##.2008-ci il təvəllüdlü olmaqla atası Qanuni nümayəndə, anası X1r. İddiaçının atası Qanuni nümayəndə Füzuli şəhərindən məcburi köçkündür, ünvan 3-da daimi qeydiyyatdadır. İddiaçının anası X1 məcburi köçkün statusu yoxdur və ünvan 2 ünvanında qeydiyyatdadır. İddiaçı İddiaçı ##.##.2014-cü il tarixdən ünvan 2 ünvanında daimi qeydiyyatdadır. Göründüyü kimi iddiaçının anasının qeydiyyatı işğal olunmuş rayon üzrə deyildir. Eyni zamanda iddiaçı özü də ünvan 2 ünvanında qeydiyyatda olmaqla işğal olunmuş‑rayon‑sakini‑hesab‑edilmir.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın‑təmin‑edilməsi‑barədə‑qərar‑qəbul‑olunmasını‑xahiş‑etmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakimlər: E.Əliyev - sədrlik edən və məruzəçi, A.Oruczadə və G.Abbasova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin‑qərarı‑dəyişdirilmədən‑saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçıya qüvvədə olan qanunvericiliyə əsasən hər iki valideyninin qeydiyyatı işğal olunmuş rayon olmadığından onun məcburi köçkün statusu almaq hüququ istisna olunur. Bundan əlavə qeyd edilmişdir ki, məcburi köçkün statusunun verilməsi onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcısı olur. Belə ki, istinad edilmiş Qanunun II fəsli “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu” kimi adlandırılmaqla sadalanmış sonrakı müddəalar bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təminatlardan istifadə edilməsini nəzərdə tutmuşdur. Hazırkı işdən görünür ki, iddiaçıya işğal olunmuş rayon sakini olmadığından vahid aylıq müavinət verilmir.

12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın‑təmin‑edilməsi‑barədə‑qərar‑qəbul‑olunmasını‑xahiş‑etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a) Kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətində qeyd edilmişdir ki, iddiaçının atası Qanuni nümayəndə Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Mkr, X2 küçəsi, ev 101, mənzil 24- də Füzuli rayonundan məcburi köçkün kimi ailəsi ilə birlikdə məskunlaşmışdır və məcburi köçkünlər üçün nəzərdə tutulmuş bütün imtiyazlardan istifadə edir. Həmçinin o, ##.##.2007-cü il tarixdə X1 ilə rəsmi olaraq ailə qurmuş və bu nikahdan onların ##.##.2008-cı-ci il təvəllüdlü İddiaçı adlı övladı doğulub. İddiaçı İddiaçı atası Qanuni nümayəndə məcburi köçkün kimi məcburi köçkünlüyünü təsdiq edən vəsiqəsi vardır. Cavabdehin imtinası qanunauyğun olmamışdır. İddiaçının işğal olunmuş rayonda qeydiyyatda olmamasını əsas gətirilərək iddianın rədd edilməsi tamamilə iddiaçının hüququnun pozulması deməkdir. Qaydalar “məcburi köçkün" statusu əldə etmək üçün Qanunda nəzərdə tutulmayan “yaşayış yeri üzrə qeydiyyatla bağlı" məhdudiyyət müəyyən etmişdir. Bu isə hüquq və azadlıqlara müdaxilə ilə bağlı qanunilik tələbinə uyğun gəlmir. Çünki, Azərbaycan Respublikası Konstitusiyasının və "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun tələblərinə görə, qanundan aşağı səviyyəli aktlar qanuna uyğun olmalı, onun normaları ilə ziddiyyət yaradan hüquq normaları‑nəzərdə‑tutulmamalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya‑şikayətinə‑qarşı‑etiraz‑təqdim‑edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə‑1.‑“Qaçqın”‑və‑“məcburi‑‑köçkün”‑‑anlayışları Milliyyətinə, irqi və vətəndaşlıq əlamətinə, dini etiqadına, dilinə, habelə siyasi əqidəsinə, müəyyən sosial qrupa mənsubiyyətinə görə təqibə məruz qalması, həyatına, ailəsinə, əmlakına real təhlükə yaranması ilə əlaqədar daimi yaşadığı dövlətin onu müdafiə etməsindən istifadə edə bilməməsi, yaxud təhlükəyə görə bu müdafiədən istifadə etmək istəməməsi üzündən yaşadığı ölkənin hüdudlarından kənarda olan, Azərbaycan Respublikasının vətəndaşı olmayan şəxslər Azərbaycan Respublikası ərazisində “qaçqın”, Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçən şəxslər və ya başqa ölkədə daimi yaşayış yerini tərk etməyə məcbur olub Azərbaycan Respublikasına gəlmiş Azərbaycan Respublikasının vətəndaşları “məcburi köçkün”‑sayılır.

Maddə‑6.‑Qanunun‑qüvvəsinin‑şamil‑edilmədiyi‑hallar ... Bu Qanunun müddəaları 1-ci maddədə verilmiş “məcburi köçkün” anlayışına uyğun gələn‑‑aşağıdakı‑‑şəxslərə‑‑şamil‑edilmir: - əvvəlki adi yaşayış yerinə qayıdana və ya həmin regionda əvəzsiz olaraq müəyyən edilmiş‑ölçüdə‑başqa‑yaşayış‑yeri‑ilə‑təmin‑olunana; - bu mümkün olmadıqda dövlətin xüsusi qərarı ilə müəyyən edilmiş səviyyədə yaşayış‑yeri‑ilə‑təmin‑olunana; - başqa ölkədən gəlmiş Azərbaycan Respublikası vətəndaşının həmin ölkədən məcburi köçməsi üçün əsas olan hallar aradan qalxdıqda həmin şəxsin məcburi köçdüyü ölkənin‑müdafiəsindən‑könüllü‑istifadə‑edənə; -‑könüllü‑surətdə‑Azərbaycan‑Respublikası‑ərazisindən‑başqa‑ölkəyə‑gedənə.

Maddə 14. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusunun‑itirilməsi ... Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu vətəndaş aşağıdakı hallarda itirir: əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə‑başqa‑yaşayış‑yeri‑ilə‑əvəzsiz‑qaydada‑təmin‑edildikdə; bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış‑yeri‑ilə‑təmin‑edildikdə.

16. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 2013-cü il ## ### tarixli * №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”: Əsas‑anlayışlar Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə‑məcbur‑olub‑başqa‑yerə‑köçmüş‑şəxsdir. Şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu‑kimi‑yaşayış‑yerləri‑başa‑düşülür. Bu Qaydalarda nəzərdə tutulan daimi yaşayış yeri dedikdə, sakini olduğu rayon və ya şəhər işğal edilənədək, həmin rayon və ya şəhərdə yaşayış yeri üzrə daimi qeydiyyatda (pasport,‑hərbi)‑olmaqla‑yaşadığı‑yer‑başa‑düşülür. Yetkinlik yaşına çatmayanların yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, qəyyumların və himayəçilərin yaşayış‑yeri‑sayılır.

İ.‑Ümumi‑müddəalar ... 1.3. Məcburi köçkün əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə, bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə‑təmin‑edildikdə‑“məcburi‑köçkün”‑statusunu‑itirir.

IV.‑“Məcburi‑köçkün”‑statusu‑və‑onu‑təsdiq‑edən‑vəsiqənin‑verilməsi 4.1.‑“Məcburi‑köçkün”‑statusu‑və‑onu‑təsdiq‑edən‑vəsiqə‑aşağıdakı‑şəxslərə‑verilir: 4.1.1. Sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan‑Respublikasının‑vətəndaşlarına; 4.1.2. Sakini olduqları rayon işğal edildikdən sonra birbaşa MDB ölkələrinə gedərək orada müvəqqəti yaşadıqdan sonra Azərbaycan Respublikasına gələrək məcburi köçkün kimi‑müvəqqəti‑qeydiyyata‑düşmüş‑Azərbaycan‑Respublikasının‑vətəndaşlarına; 4.1.3. Sakini olduqları rayon işğal edilənədək daimi yaşayış yeri üzrə həqiqi hərbi xidmətə‑çağırılmış‑və‑işğal‑zamanı‑həqiqi‑hərbi‑xidmətdə‑olmuş‑şəxslərə; 4.1.4. Hərbi qulluğa daxil olmuş və işğal zamanı işğal bölgəsində müddətli hərbi xidmətdə olan işğal edilmiş rayonun sakinlərinə (hərbi xidmətdən tərxis olunduqdan sonra); 4.1.5. Sakini olduqları rayon işğal edilən zaman Azərbaycan Respublikasında və MDB ölkələrində ali, orta-ixtisas və peşə məktəblərində təhsil alan, təhsil müddətində sakini olduğu rayonda daimi yaşadığı ünvandan qeydiyyatdan çıxmadan təhsil müəssisəsinin yerləşdiyi‑şəhərdə‑(rayonda)‑müvəqqəti‑qeydiyyatda‑olan‑şəxslərə; 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan‑Respublikasının‑şəxsiyyət‑vəsiqəsini‑almış‑uşaqlara; 4.1.7. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayonun sakini (məcburi köçkün) ilə nikahda olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan,‑işğaldan‑sonra‑ərinin‑yaşayış‑yeri‑üzrə‑qeydiyyata‑düşmüş‑qadınlara; 4.1.8. “Məcburi köçkün” statusuna malik olan valideynlərini itirmiş və Azərbaycan Respublikasının‑şəxsiyyət‑vəsiqəsini‑almış‑şəxslərə.

4.2. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilmir: 4.2.1. İşğal zamanı həmin rayonlarda işləyən, lakin sakini olduğu işğal olunmamış şəhərdə‑(rayonda)‑pasport‑qeydiyyatında‑olan‑şəxslərə. 4.2.2. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış şəhər (rayon) sakini ilə nikahda olmuş, lakin sakini olduğu işğal olunmuş rayondan pasport qeydiyyatından‑çıxmayan‑qadınlara‑və‑onların‑uşaqlarına. 4.2.3. “Məcburi köçkün” statusu olmayıb, “məcburi köçkün” şəxslə (kişi və ya qadın) nikaha‑daxil‑olan‑şəxslərə. 4.2.4. Sakini olduğu rayon işğal olunan zaman hərbi qeydiyyatdan yayınan, səfərbərlikdən boyun qaçıran və fərariliyə görə barəsində amnistiya aktı tətbiq olunan şəxslərə. 4.2.5. Sakini olduğu rayonun işğalından sonra “məcburi köçkün” statusu olan şəxslər tərəfindən himayə və qəyyumluğa götürülmüş “məcburi köçkün” statusuna malik olmayan şəxslərə. 4.2.6. “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülki‑hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata‑düşdükdən‑sonra‑doğulmuş‑uşaqlarına.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini‑yoxlayır.

Maddə‑94.‑Kassasiya‑şikayətinin‑verilməsinə‑dair‑tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya‑instansiyası‑məhkəməsi‑vasitəsi‑ilə‑verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar‑göstərilməli‑və‑şikayət‑əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.

Maddə‑96.‑Ali‑Məhkəmədə‑icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad‑qəbul‑edir.‑Bu‑barədə‑proses‑iştirakçılarına‑məlumat‑verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə‑haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması‑tələb‑olunduqda; 96.5.2.‑apellyasiya‑instansiyası‑məhkəməsi‑mahiyyəti‑üzrə‑qərar‑qəbul‑etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı‑verilmiş‑şikayətlə‑tələb‑edilən‑həddə‑(həcmdə)‑dəyişdirilə‑bilər. ... Maddə‑98.‑Ali‑Məhkəmənin‑inzibati‑mübahisələrə‑dair‑iş‑üzrə‑qərarı 98.1.‑Ali‑Məhkəmənin‑inzibati‑mübahisələrə‑dair‑iş‑üzrə‑qərarı‑qətidir.

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün‑hesab‑edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.‑

21. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov‑Azərbaycana‑qarşı”‑işi‑üzrə).‑

22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə məhkəmə kollegiyası, aşağıdakıları qeyd etməyi‑zəruri‑sayır.

23. Hazırkı mübahisənin predmetini iddiaçıya “məcburi köçkün” statusu və onu təsdiq‑edən‑vəsiqənin‑verilməsi‑təşkil‑edir.

24. Hazırkı mübahisəyə münasibətdə məcburi köçkün statusunun və həmin statusu təsdiq edən sənədin (vəsiqənin) verilməsindən imtinanın əsası kimi cavabdehin istinad etdiyi “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndində “valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlar” məcburi köçkün statusunu və onu təsdiq edən vəsiqəni almaq hüququna malik şəxslər olaraq müəyyən edilmişdir.

25. Qaydaların istinad edilən həmin bəndinə görə, o uşaqlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilir ki, 1) valideynlərindən atası “məcburi köçkün” statusuna malik olsun; 2) hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsun; 3) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun.

26. Hazırkı işdə iddiaçıya münasibətdə 1 və 3-cü şərtlərin ödənilməsi mübahisəsizdir.‑Cavabdeh‑də‑bunu‑mübahisələndirmir.‑

27. Lakin Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan 2-ci şərt, yəni hər iki valideynin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmasına dair şərt‑ödənilməmişdir.

28. Belə ki, işin hallarından görünür ki, iddiaçı ##.##.2008-ci ildə Bakı şəhərində anadan olmuş və ##.##.2014-cü il tarixdən hazıradək Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsi, məhəllə 616, ev 216, mənzil 12 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçının atası ##.##.2003-cü il tarixdən hazıradək ünvan 3 ünvanında qeydiyyatdadır. ##.##.1977-ci il təvəllüdlü X1 ##.##.2008-ci il tarixdən hazıradək Bakı şəhəri, Yasamal rayonu,‑A.Şaiq‑küçəsi,‑məhəllə‑616,‑ev‑216,‑mənzil‑12‑ünvanında‑qeydiyyatdadır.

29. Göründüyü kimi, iddiaçının hər iki valideyninin qeydiyyatı işğal olunmuş rayon üzrə deyil və iddiaçı özü də ünvan 1 ünvanında qeydiyyatda olmaqla, işğal olunmuş rayon sakini deyildir.

30. Belə olan halda, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, iddiaçının hər iki valideyninin qeydiyyatı işğal olunmuş rayon olmadığından onun‑məcburi‑köçkün‑statusu‑almaq‑hüququ‑istisna‑olunur.

31. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən‑saxlanılmalıdır.

32. Yuxarıda‑göstərilənlərə‑əsasən‑məhkəmə‑kollegiyası

QƏRARA ALDI:

Kassasiya‑şikayəti‑təmin‑edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/****‑nömrəli‑qərarı‑dəyişdirilmədən‑saxlanılsın. Qərar‑qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar