Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3637/2025 05.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi Idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışın verilməsi; işin hallarının araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi Idarəsinə qarşı, “Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin ##.##.2006-cı il tarixli *** saylı qərarına əsasən ona ayrılmış və Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində yerləşən 1000 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI
1. Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin *** nömrəli, ## ###### 2006-cı il tarixli qərarı ilə Binəqədi rayonu, Ə.Rəcəbli küçəsinda yerləşən 1000 kv.m torpaq sahəsi (sahibkarlıqla məşğul olmaq üçün) iddiaçının mülkiyyətinə verilmiş, habelə tərəflər arasında “Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin inzibati ərazisində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında” *** nömrəli, ## ###### 2006-cı il tarixli müqavilə bağlanmışdır.
2. Iddiaçı həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu ##.##.2024-cü il tarixli məktubunda qeyd etmişdir ki, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamış və bu sənəd səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır. Torpaq sahəsi ##.##.2006-cı il tarixli, *** saylı qərara əsasən ayrılsa da, alqı-satqı aktında ##.##.2006-cı il tarixli, *** saylı qərara istinad olunmuşdur. Bundan əlavə, ##.##.2025-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”na əsasən, faktiki olaraq göstərilən torpaq sahəsi yol kənarı, yaşıllıq ərazidə yerləşməklə, üzərində şam ağacları mövcuddur, torpaq sahəsinin yeləşməsinə dair təqdim edilmiş cizgidə iki tərəfin perimetrik ölçüləri və dəqiq istinad məsafələri qeyd olunmayıb.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
a) birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin ##.##.2006-cı il tarixli *** saylı qərarına əsasən ona ayrılmış və Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində yerləşən 1000 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
4. Iddiaçı iddia ərizəsində işin hallarına istinad edərək qeyd etmişdir ki, torpaq sahəsindən qanuni əsaslarla təyinatı üzrə istifadə edir.
5. Cavabdeh iddia tələbinə yazılı etirazını imtina məktubunun məzmununa uyğun əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, Idarənin mütəxəssisləri tərəfindən ünvana yerli baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsinin faktiki ölçüsü 935 kv.m olmaqla, yol kənarında yerləşir, yaşıllıq ərazidir. Təqdim edilmiş cizgidə dəqiq istinad məsafələri qeyd edilməmişdir. Sahənin bələdiyyə ərazisi olması barədə bazada məlumat aşkar edilməmişdir. Bu sahə dövlət mülkiyyətində olmaqla sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar kateqoriyasına aiddir. Göstərilən sahə bütövlüklə Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Publik Hüquqi Şəxsin mühafizə zolağında yerləşir.
6. Bakı Inzibati Məhkəməsinin (hakim: M.T.Hacıbəyova) ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin ##.##.2006-cı il tarixli, *** saylı qərarına əsasən ayrılmış və Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində yerləşən 1000 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
7. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsinə dair nəticəsini onunla əsaslandırmışdır ki, iddiaçıya Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində yerləşən 1000 kv.m torpaq sahəsinin ayrılması barədə Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin ##.##.2006-cı il tarixli *** saylı qərarı mövcuddur. Göründüyü kimi, iddiaçıya torpaq sahəsi bələdiyyənin qərarı ilə verilmişdir. Inzibati orqan olan Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin sözügedən qərarı (inzibati akt) hal-hazırda da qüvvədədir. Bundan əlavə, torpaq sahəsi ##.##.2006-cı il tarixli, *** saylı qərar ilə ayrılsa da, alqı-satqı aktında ##.##.2006-cı il tarixli, *** saylı qərara istinad olunması iddiaçının ziyanına şərh edilməməlidir. Belə ki, bu hal iddiaçının təqsiri ucbatından olmamışdır və bu, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınmaması üçün əsas ola bilməz. Bundan əlavə, göstərilən sahənin bütövlüklə Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Publik Hüquqi Şəxsin mühafizə zolağında yerləşməsi ilə bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## #### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydaları”nın 26-cı bəndində qeyd edilmişdir ki, mülkiyyətdə, istifadədə və icarədə olan torpaq sahələrində su mühafizə zonalarının müəyyən edilməsi həmin torpaqlar üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına xitam verilməsinə səbəb olmur, habelə onlara dair əqdlərin bağlanmasına qadağa qoymur. Odur ki, cavabdehin iddiaya dair etirazında göstərilən hallar onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istisna etmir.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/ G.M.Abbasova və E.Ə.Əliyev) ## ###### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, torpaq sahəsinin cizgisi bələdiyyə tərəfindən (səlahiyyətli şəxsin imza və möhürü ilə) təsdiq edilmişdir. Həmçinin Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ## #### 2025-ci il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ## ###### 2006-cı il tarixli, *** nömrəli qərarı ilə Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsində 1000 kv.m torpaq sahəsi sahibkarlıqla məşğul olmaq üçün vətəndaş İddiaçı mülkiyyətinə ayrılmışdır və arxiv əsasları mövcuddur. Binəqədi Bələdiyyəsinin ## ###### 2006-cı il tarixli, *** nömrəli qərarı ilə İddiaçı ayrılmış Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsində 1000 kv.m torpaq sahəsi “Bələdiyyə torpaqlarının və mülkiyyətlərinin müəyyən edilməsi və onların təhvil verilməsi haqqında” Bakı Şəhəri Icra Hakimiyyəti başçısının ## ###### 2000-ci il tarixli, *** saylı Sərəncam və Sərəncama əlavə edilmiş ayrıc göstəricilərinə əsasən Binəqədi Bələdiyyəsinə ayrılmış torpaq sahələrinin hüdudları daxilində yerləşir. Habelə, vətəndaş İddiaçı X2 Sistemində sözügedən torpaq sahəsi üzrə vergi ödəyicisi kimi uçotdadır və bələdiyyəyə vergi borcu yoxdur. Bundan əlavə, iş üzrə təqdim edilmiş “xxxx” MMC-nin *** nömrəli, ##.##.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin ##.##.2006-cı il tarixli *** saylı qərarına əsasən İddiaçı ayrılmış və Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində yerləşən 1000 kv.m torpaq sahəsi yaşayış məntəqələrinin torpaqlarına aiddir və koordinatları rəyə əlavə edilmiş ortofoto görüntüsündə qeyd edilir. Qeyd olunan torpaq sahəsi başqa fiziki və hüquqi şəxslərin torpaq sahəsi ilə üst-üstə düşmür. Sözügedən torpaq sahəsi ayrılan zaman (2006-ci ildə) və hal-hazırda Binəqədi rayonunun inzibati ərazi hüdudları daxilində yerləşir. Həmin torpaq sahəsinin ətrafında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş daşınmaz əmlaklar mövcuddur. Qeyd olunan torpaq sahəsi hər hansı bir mühafizə zonasına düşmür. Beləliklə, inzibati aktla iddiaçıya ayrılmış hazırda iddia olunan torpaq sahəsinin Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Publik Hüquqi Şəxsin mühafizə zolağında yerləşməsi, həmçinin dövlət mülkiyyətində olmaqla sənayə, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar kateqoriyasına aid olmasına dair məhkəmə araşdırmaları zamanı cavabdeh sübut təqdim etməmişdir. Əksinə, həm Bələdiyyənin verdiyi sorğuya cavabdan, həm də iş üzrə verilmiş mütəxəssis rəyindən aydın olur ki, torpaq sahəsi hər hansı bir mühafizə zonasına düşmür, kateqoriyası yaşayış məntəqələrinin torpaqlarına aiddir. Bununla yanaşı, məhkəmə kollegiyası onu da diqqətə çatdırır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## #### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydaları”nın 26-cı bəndində qeyd edilmişdir ki, mülkiyyətdə, istifadədə və icarədə olan torpaq sahələrində su mühafizə zonalarının müəyyən edilməsi həmin torpaqlar üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına xitam verilməsinə səbəb olmur, habelə onlara dair əqdlərin bağlanmasına qadağa qoymur. Bundan əlavə, cavabdeh qeyd edilən torpaq sahəsinə münasibətdə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müraciətin daxil olduğunu qeyd etmişdir ki, məhkəmə kollegiyası bu halı da imtina əsası hesab etmir. Baxmayaraq ki, Bakı Şəhəri Icra Hakimiyyətinin başçısının ##.##.2000-ci il Sərəncamı ilə Binəqədi Bələdiyyəsinə torpaq sahələri ayrılmışdır, lakin hamıya bəlli olan haldır ki, Binəqədi ərazisində yerləşən torpaq sahələrinə münasibətdə reyestrdə bələdiyyənin mülkiyyət hüquqları qeydiyyata alınmamışdır. Belə olan halda, sözügedən torpaq sahəsinin elektron kadastr məlumatında dövlət mülkiyyəti kimi göstərilməsi anlaşılandır. Halbuki, inzibati iş üzrə araşdırma zamanı bələdiyyə özü də iddia olunan torpaq sahəsinin məhz Bakı Şəhəri Icra Hakimiyyətinin başçısının ##.##.2000-ci il Sərəncamı ilə Binəqədi Bələdiyyəsinə təhkim edilmiş torpaq sahələrinin hüdudları daxilində yerləşdiyini bildirmişdir.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a) kassasiya şikayətinin dəlilləri
12. Cavabdeh kassasiya şikayətində imtina məktubunda və iddiaya etirazında qeyd edilən hallara istinad etmiş, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamış və səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır. Təqdim edilmiş cizgidə dəqiq istinad, istinad məsafələri qeyd edilməmişdir. Torpaq sahəsi ##.##.2006-cı il tarixli, *** saylı qərar ilə ayrılsa da, alqısatqı aktında ##.##.2006-cı il tarixli, *** saylı qərara istinad olunmuşdur. Idarənin mütəxəssisləri tərəfindən ünvana yerli baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsinin faktiki ölçüsü 935 kv.m olmaqla, yol kənarında yerləşir, yaşıllıq ərazidir. Elektron kadastr baza məlumatlarına əsasən iddia olunan torpaq sahəsinə ********** nömrəli Əmlak Məsələləri Dövlət Xidmətinin müraciəti olmuşdur. Sahənin bələdiyyə ərazisi olması barədə bazada məlumat aşkar edilməmişdir, dövlət mülkiyyətində olmaqla sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar kateqoriyasına aiddir. Göstərilən sahə bütövlüklə Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Publik Hüquqi Şəxsin mühafizə zolağında yerləşir. Məhkəmə torpaq sahəsinin dövlət mülkiyyətinə aid olub-olmaması ilə bağlı tam və ətraflı araşdırma aparmamış, ƏMDX-nın torpaq sahəsinə müraciətinin olduğu nəzərə alınmamış, ətraf qonşuluqda qeydiyyatdan keçən əmlakların ilkin hüquqmüəyyənedici sənədlərinin ƏMDX ilə bağlanmış müqavilələr olması dəlilinə münasibət bildirməmiş və Bakı Apellyasiya Məhkəməsi tərəfindən işin hərtərəfli araşdırılması məqsədilə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cəlb edilməmişdir.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Iddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
14. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ... Maddə 91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
15. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
16. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
17. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
18. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
19. Işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, onun xidməti vəzifəsindən irəli gəlir.
20. Iddiaçının hazırkı iş üzrə hüquqi marağı iddia etdiyi - bələdiyyə qərarına əsasən ona ayrılan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına yönəlib.
21. Işin tərəflər arasında mübahisələndirilməyən hallarına görə, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin *** nömrəli, ## ###### 2006-cı il tarixli qərarı ilə Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində yerləşən 1000 kv.m torpaq sahəsi (sahibkarlıqla məşğul olmaq üçün) iddiaçının mülkiyyətinə verilmişdir.
22. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı akt əsasında hüquqların qeydə alınması üçün ilk növbədə, bələdiyyə tərəfindən iddiaçıya ayrılan torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olub-olmaması müəyyən edilməlidir. Cavabdehin əsas dəlili məhz mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətində deyil, dövlət mülkiyyətində olması ilə bağlıdır.
23. Işə baxan apellyasiya instansiyası məhkəməsi iddia tələbini təmin edərkən Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ## #### 2025-ci il tarixli sorğuya cavab məktubuna istinad etmişdir ki, həmin məktubda torpaq sahəsinin “Bələdiyyə torpaqlarının və mülkiyyətlərinin müəyyən edilməsi və onların təhvil verilməsi haqqında” Bakı Şəhəri Icra Hakimiyyəti başçısının ## ###### 2000-ci il tarixli, *** saylı Sərəncamı və Sərəncama əlavə edilmiş ayrıc göstəricilərinə əsasən Binəqədi Bələdiyyəsinə ayrılmış torpaq sahələrinin hüdudları daxilində yerləşməsi qeyd edilmişdir.
24. Lakin məhkəmə kollegiyası hesab edir ki, yalnız bu məktubun məzmunu ilə kifayətlənmək IPM-in 12.1-ci maddəsinin tələblərinə uyğun deyil. Belə ki, nə qədər ki, bələdiyyə mübahisəli torpağın ona aid olduğunu, cavabdeh isə dövlət mülkiyyətində olmasını iddia edir, bu halda işin düzgün həlli üçün mübahisəli torpaq sahəsinin “Bələdiyyə torpaqlarının və mülkiyyətlərinin müəyyən edilməsi və onların təhvil verilməsi haqqında” Bakı Şəhəri Icra Hakimiyyəti başçısının ## ###### 2000-ci il tarixli, *** saylı Sərəncamına əlavə edilmiş ayrıc aktında əks olunmuş ərazi daxilində yerləşibyerləşməməsinə aydınlıq gətirilməlidir. Bu isə müvafiq mütəxəssis və ekspert rəyləri ilə mümkündür.
25. Işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən “xxxx” MMC-dən rəy alınsa da, həmin rəydə yalnız sözügedən torpaq sahəsinin ayrılan zaman (2006-cı ildə) və hal-hazırda Binəqədi rayonunun inzibati ərazi hüdudları daxilində yerləşməsi qeyd edilmiş, bu qərarın 23-cü bəndində qeyd edilən məsələyə (mübahisəli torpaq sahəsinin “Bələdiyyə torpaqlarının və mülkiyyətlərinin müəyyən edilməsi və onların təhvil verilməsi haqqında” Bakı Şəhəri Icra Hakimiyyəti başçısının ## ###### 2000-ci il tarixli, *** saylı Sərəncamına əlavə edilmiş ayrıc aktında əks olunmuş ərazi daxilində yerləşibyerləşməməsinə) aydınlıq gətirilməmişdir.
26. Işdən göründüyü kimi, mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması barədə aşağı instansiya məhkəmələrinin qənaəti mötəbər sübutlara əsaslanmır.
27. Qeyd edilənlər belə qənaətə gəlməyə əsas verir ki, hazırkı mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən hal - mübahisəli torpağın Binəqədi Bələdiyyəsinə ayrılmış torpaqlara aid olub-olmaması məsələsi aşağı instansiya məhkəmələri tərəfindən tam və hərtərəfli araşdırılmamışdır.
28. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq noprmaları pozulduğundan, barəsində şikayət verilən qərar ləğv edilməli, IPM-in 12.1-ci və 58.7-ci maddələrinin tələblərinin yerinə yetirilməsi üçün iş təkrar apellyasiya baxışına göndərilməli, əlavə araşdırmaya zərurət olduğundan iddianın rədd edilməsi hissəsində şikayət təmin edilməməlidir.
30. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.