Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-364/2021 03.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirlinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi Filialına qarşı iş üzrə QƏRAR Açar sözlər: (müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirlinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Reg ional Ərazi Filialına qarşı cavabdehə pensiya üçün təqdim etdiyi sənədlərinin qəbul edilməsi və ona pensiya təyin edilməsi tələbinə dair Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(105)-216/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə:
1. İddiaçı X1 xx.xx.1957-ci il tarixdə Gürcüstan Respublikasının Bolinisi rayonunda anadan olmuşdur.
2. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi Filialı olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir.
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə qarşı cavabdehə pensiya üçün təqdim etdiyi sənədlərinin qəbul edilməsi və ona pensiya təyin edilməsi barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı təqaüd yaşına çatdığına görə müvafiq sənədlərini Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə təqdim etmişdir. Əmək fəaliyyəti zamanı elə təşkilatlar olub ki, sığorta stajına qeyd etmədikləri ucbatından sığorta stajı tələb olunan məbləğdən az olduğundan Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsi həmin müəssisələrdə əmək və sığorta stajının yenidən araşdırılmasını lazım bilir. Amma, bu təşkilatla rın bəziləri fəaliyyətini dayandırmış və ləğv edilmişdir. İddiaçı ali təhsilli mühəndisdir. 1974-1980-cı illərdə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunu (indiki İnşaat Mühəndislər Universitetini) bitirmişdir. Təhsil aldığı dövrdən əmək stajına malikdir. Fondun iddiasına görə qanunvericilikdə əmək pensiyasının təyin edilməsi üçün 15840 pensiya kapitalı və xx.xx.2006-cı ilədək 25 il sığorta stajı tələb olunur. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş qadınların yaş həddi 2017-ci ilin iyulunda 1-dən başlayaraq 2027-ci ilədək hər il 6 ay artırılır. İddiaçının təqdim etdiyi sənədlərə əsasən 13280.80 pensiya kapitalı və xx.xx.2006-cı ilədək 20 il sosial sığorta stajı olmadığından Abşeron Sosial Müdafiə Fondu iddiaçıya pensiya təyin edilməsini təmin etmir. Fond 1993-cü ildən bəri döv rün sığorta və əmək stajının araşdırılmasının tələbindədir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
5. Birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(85)-1218/2018 nömrəli (sədrlik edən hakim Vəfa Əzizova) qərarı ilə iddianın təmin edilməsi, iddiaçının xx.xx.1994-cü ildən - xx.xx.2000-ci ilədək 2 №-li “Azərkəndtikinti” trestində mühəndis işlədiyi və 1974-1980-cı illərdə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunda təhsil aldığı müddətlərin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
6. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası «Əmək pensiyaları haqqında» Qanununun 3.1, 21.1 və 30.1-ci maddələrinə əsaslanaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçının xx.xx.1994-c ü ildən xx.xx.2000-ci ilədək 2 №-li “Azərkəndtikinti” trestində mühəndis işlədiyi və 1974-1980-cı illərdə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunda təhsil aldığı müddətlərin onun sosial sığorta stajına daxil edilməsindən imtina edilməklə iddiaçının hüquqları pozulmuşdur.
7. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə:
8. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(105)-536/2018 nömrəli (hakimlər Nazim Nəsibov - sədrlik edən və məruzəçi, Zaur Məmmədov və Aqil Abbasov) qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təm in edilməməsi qərara alınmışdır.
9. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən birinci instansiya məhkəməsinin istinad etdiyi maddi və prosessual normalarına əsaslanmışdır.
10. Cavabdeh həmin qərardan kasasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Kasasiya instansiyası məhkəməsinin gəldiyi nəticə:
11. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 21(102)-564/2019 nömrəli (hakimlər İlqar Dadaşov - sədrlik edən və məruzəçi, Kəmaləddin Bədəlov və Sevda Hüseynova) qərarı ilə kasasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə apelyasiya instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(105)-536/2018 saylı qərarının ləğv edilməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə:
12. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(105)-334/2019 nömrəli (hakimlər Hökümə Babayeva - sədrlik edən və məruzəçi, Ruhiyyə Əsgərova və Məhəmmədəli Rzayev) qərarı ilə apelyasiya şikayətinin qismən təmin edilməsi, apelyasiya instansiyası məhkəməsinin 2-1(85)1218/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsi, iddiaçının cavabdehə qarşı əmək pensiyasının təyin edilməsi tələbinə dair işin yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.
13. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası «Əmək pensiyaları haqqında» Qanununun 7-ci maddələrinə əsaslanaraq iddiaçı 1975-ci ildən (təhsil aldığı dövrdə) bilavasitə əmək fəaliyyəti ilə məşğul olduğu, müxtəlif işlərdə və müəssisələrdə çalışdığı təsdiq edilir ki, həmin dövrlər də iddiaçının sığorta stajına daxil edilmiş, cavabdeh tərəfindən mübahisələndirilməmiş olduğuna dair nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
14. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(085)-1523/2019 nömrəli (sədrlik edən hakim İsmayıl Quliyev) qərarı ilə iddianın təmin edilməsi, iddiaçıya xx.xx.2018-ci il tarixdən hesablanmaqla yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır.
15. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Əmək məcəlləsinin 87-ci maddəsi, “Sosial sığorta haqqında” Qanunun 8, 9 və 10-cu maddələrinə, “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu haqqında” Əsasnamənin 10, 10.1, 10.3, 10.4, 10.6, 10.7, 10.8 və 10.9-cu bəndlərinə əsaslanaraq iddiaçının işlədiyi müəssisələrin fəaliyyətləri barədə hesabatların tam şəkildə verməməsi iddiaçının məsuliyyətinə səbəb olmamalı, iddiaçı xx.xx.1957-ci ildə anadan olduğuna və xx.xx.2006-cı ilə qədər 25 ildən artıq sosial sığorta stajı olduğuna görə onun xx.xx.2018-ci ildən pensiya hüququ yaranmış olduğuna dair nəticəyə gəlmişdir.
16. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə:
17. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(105)-216/2020 nömrəli (hakimlər Fərmayıl Zeynallı - sədrlik edən və məruzəçi, Telm an Quliyev və Fuad Məmmədov) qərardadı ilə hazırkı iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirlinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi Filialı ilə əvəz edilməsi qərara alınmışdır.
18. Apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(105)216/2020 nömrəli (hakimlər Fuad Məmmədov - sədrlik edən və məruzəçi, Telman Məmmədov və Səyyad Qafari) qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri:
19. Cavabdehin kasasiya şikayəti onunla əsaslan dırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsinə əsasən sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri göstərilmişdir. Həmin müddətlərdə vətəndaşların əyani təhsil aldığı dövrlər nəzərdə tutulmamışdır. Məcburi dövlət sosial sığorta haqlarının ödənilməsini təmin etmək işəgötürənin, həmin haqların ödənilməsini tələb etməklə bu fəaliyyətə nəzarəti həyata keçirmək isə Dövlət Sosial Müdafiə Fondunun vəzifəsi olmuşdur. İddiaçı qanunvericiliyə görə sözügedən haqları ödəmək imkanına sahib olunmamış və belə vəzifə daşımamışdır. Ona görə də, daşımadığı vəzifənin yerinə yetirilməməsinin məsuliyyət yükü son nəticədə onun üzərinə qoyula bilməz. Eyni zamanda məhkəmə iddiaçının işlədiyi müəssisələrin fəaliyyətləri barədə hesabatları tam şəkildə verilməməsini iddiaçını n məsuliyyətinə səbəb olmamalıdır. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(105)216/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
20. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini, iddianın təm in edilməməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
21. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi Dilsuz Musayev məhkəmə iclasına vəkilsiz gəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə:
22. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəll əsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
24. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.
25. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki, “Əmə k pensiyaları haqqında” Qanunun 21-ci maddəsinə əsasən sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri göstərilmişdir. Həmin müddətlərdə vətəndaşların əyani təhsil aldığı dövrlər nəzərdə tutulmamışdır. Məcburi dövlət sosial sığorta haqlarının ödənilməsini təmin etmək işəgötürənin, həmin haqların ödənilməsini tələb etməklə bu fəaliyyətə nəzarəti həyata keçirmək isə Dövlət Sosial Müdafiə Fondunun vəzifəsi olmuşdur. İddiaçı qanunvericiliyə görə sözügedən haqları ödəmək imkanına sahib olunmamış və belə vəzifə daşımamışdır. Ona görə də, daşımadığı vəzifənin yerinə yetirilməməsinin məsuliyyət yükü son nəticədə onun üzərinə qoyula bilməz. Eyni zamanda məhkəmə iddiaçının işlədiyi müəssisələrin fəaliyyətləri barədə hesabatları tam şəkildə verilməməsini iddiaçının məsuliyyətinə səbə b olmamalıdır.
26. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd olunan dəlillər əsassızdır.
27. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır.
28. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
29. Hər bir vətəndaşın sosial təminat konstitusiya hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq-hüquqi a ktlarda da öz əksini tapmışdır.
30. Azərbaycan Respublikası «Əmək pensiyaları haqqında» Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödəniməsi qaydalarının 3.2 və 3.2.1-ci bəndlərinə əsasən 2006-cı il yanvarın birinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.
31. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fə aliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
32. Həmin Qanunun 30.1-ci maddəsinə əsasən, əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir.
33. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
34. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısı göstərilmiş və Əlavənin 1-ci bəndində əsasən yaşa görə pensiya təyin edilməsi üçün aşağıdakı sənədlər tələb olunur: pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi); ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər;
35. İş materiallarından göründüyü kimi, iddiaçının əmək kitabçasında onun 2006cı ilə qədər 25 ildən artıq əmək stajının olduğu qeyd edilmişdir.
36. Azərbaycan Respublikasının “Sosial sığorta haqqında” Qanunun 8-ci maddəsinə əsasən sosial sığortanın iştirakçıları sığortaçı, sığortaedənlər və sığortaolunanlardır. 37. sığortaçı - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti həyata keçirən və sığorta fondlarını idarə edən hüquqi şəxslərdir. 38. sığortaedənlər - Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslərdir. 39. sığortaolunanlar - xeyrinə sığorta fəaliyyəti həyata keçirilənlərdir. Sığortaolunanın sığorta stajı - sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddətidir.
40. Həmin Qanunun 9-cu maddəsində bütün sığortaedənlərdən məcburi dövlət sosial sığortası üzrə işçilərin sığorta edilməsini tələb etmək və məcburi dövlət sosial sığortası qaydalarına sığortaedənlər tərəfindən əməl edilməsinə nəzarət etmək sığortaçının hüquqları kimi, sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək isə vəzifələri kimi təsbit edilmişdir.
41. Həmin Qanunun 10-cu maddəsində isə sığortaedənlərin hüquq və vəzifələri təsbit edilmişdir. Buna görə, müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək sığortaedənlərin vəzifələrindən biri kimi göstərilmişdir.
42. Göründüyü kimi, iddiaçı qanunvericiliyə görə sözügedən haqları ödəmək imkanına sahib olmamış və belə vəzifə daşımamışdır ki, iddiaçı üçün məcburi sosial sığorta haqlarının ödənilməsini təmin etmək işçisi olduğu müəssisənin, həmin haqların ödənilməsini tələb etməklə bu fəaliyyətə nəzarəti həyata keçirmək isə DSMF-nin vəzifəsi olmuşdur.
43. Bu səbəbdən də Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, məcburi dövlət sosial sığorta haqqının ödənilməsini təmin etmək işçinin vəzifəsi yox, işçinin işlədiyi müəssisənin vəzifəsidir. İddiaçı üçün sığorta haqqı ödənilməmiş olsa belə, bu hal onun işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsindən imtina əsassız olmuşdur. Məcburi dövlət sosial sığorta haqqının ödənilməməsi səbəbindən iddiaçının işlədiyi müəyyən illərin staj kimi qəbu l edilməməsi halı iddiaçının hüququnun pozulmasına səbəb olmuşdur.
44. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(105)-216/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.