Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-364/2025 05.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegi yasının 2024-cü il 05 sentyabr tarixli 2-1(103)-2284/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən iddiaçıya güzəştli şərtlərə görə yaşa görə əmək pensiyasının təyin olunmasının cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, güzəştli şərtlərlə əmək pensiyası almaq üçün mart ayı 2023-cü il tarixdə Bakı şəhəri Xəzər rayonunun DOST Mərkəzinə sənədləri təqdim et mişdir. Orada sənədlərini yoxlayaraq ona bildirmişlər ki, ümumi və güzəştli iş stajı (36 il 1 ay 9 gün, güzəştli 12 il 10 ay 5 gün) təşkil edir. Bu kifayət olduğuna görə qanunvericiliklə əmək pensiyası almalıdır. May ayı 2023-cü il tarixdə cavabdeh tərəfindən sənədləri geri qaytarılmışdır. Bildirilmişdir ki, güzəştli iş stajı 12 il 6 aydan az faktiki 3 il 10 ay 26 gün, yəni xx.xx.1992-ci il – xx.xx.1996-cı ilə qədər təşkil edir. Bu səbəbə görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Onun Estoniya Respublikasında güzəştli iş stajı xx.xx.1983-cü ildən xx.xx.1992-ci il tarixə qədər 8 il 11 ay 9 gün təşkil edir. Bu güzəştli iş stajını cavabdeh öz imtina məktubunda bildirməmişdir. Təqdim etdiyi güzəştli staja cavabd eh tərəfindən şübhə varsa, yoxlama aktı ilə Estoniya Respublikasına sorğu göndərməlidır. Cavabdeh öz imtina məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli qərarına istinad etsə də, qeyd olunan qərarın onun güzəştli staja görə əmək pensiyası barədə heç bir aidiyyəti yoxdur.
3. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərə əsasən, onun güzəştli iş stajı 12 il 6 aydan az (12 il 2 ay 12 gün (xx.xx.1983-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1996-cı il tarixləri arasındakı dövrlər) təşkil edir. Mübahisələndirilən dövr isə (7 ay 23 gün (xx.xx.1992-xx.xx.1992-ci il tarixləri arasındakı dövr) təşkil edir. İddiaçının təqdim etdiyi əmək kitabçasına əsasən xx.xx.1983-cü il tari xdən xx.xx.1992-ci il tarixədək dövr ərzində Estoniya Respublikasında işləmişdir..” Azərbaycan Respublikası ilə digər dövlətlər arasında pensiya təminatı sahəsində olan münasibətlər əməkdaşlıq haqqında müvafiq sazişlərə uyğun tənzimlənir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci bəndinə görə vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə sığorta stajına daxil edilir. Sözügedən Qanunun 23.2-ci bəndinə görə isə, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt n əzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası ilə Sovet Sosialist Respublikaları İttifaqının tərkibinə daxil olmuş 15 ölkədən biri olan Estoniya Respublikası arasında hazırda pensiya təminatı sahəsində saziş mövcud deyildir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir.
4. Bakı İnzibati Məhkəməsinin (hakim Aysev Almazova ) 26 yanvar 2024-cü il 21(112)-1403/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş və iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
5. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.1992xx.xx.1992-ci il tarixləri arasında Estoniya Respublikasında işlədiy i dövrə münasibətdə dövlətlərarası sazişin tələb edilməsinə dair həm “Əmək pensiyaları haqqında”, həm də “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun müvafiq normalarının geriyə qüvvəsinin şamil edilməsi düzgün olmazdı. Belə ki, həmin dövrdə qeyd edilən qanunlar mövcud olmamışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu qüvvəyə minənədək (23 sentyabr 1992-ci il) Azərbaycanla Estoniya Respublikası arasında dövlətlərarası sazişin olmaması iddiaçının davamlı, fasiləsiz iş dövrü olan xx.xx.1983-cü il tarixdən xx.xx.1992-ci il tarixədək dövr ərzində Estoniya Respublikasında işlədiyi dövrə daxil olan iddiaçının xx.xx.1992-xx.xx.1992-ci il tarixədək işlədiyi dövrün mübahisələndirilməsi üçün əsas ola bilməz. Beləliklə, iddiaçı nın 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixə onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatına imkan verən həm ümumi (34 il 11 ay 17 gün,) həm də güzəştli (12 il 8 ay 09 gün) iş stajı mövcuddur. Lakin əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq xx.xx.2021-ci il tarixinə 40800,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 29197,65 manat təşkil etmişdir. 29 iyun 2022-ci il tarixində qanunvericiliyə yeni dəyişikliyə əsasən pensiya kapitalı tələbi artıq istisna olunmuşdur. Bu səbəbdən, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 29 iyun 2022-ci il tarixindən təyin olunm alıdır. Cavabdeh qurum iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən əmək şəraiti zərərli və ağır işlərdə stajını mübahisələndirdiyindən iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyini məsələsinə münasibət bildirilməsi üçün əlavə müraciətin olmasını mütləq hesab etmir. İddiaçı xx.xx.1961-ci ildə anadan olub və güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir. İddiaçı qeyd edilən tələblə inzibati orqana ilk dəfə xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət etmişdir.
6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Cahangir Yusifov /sədrlik edən və məruzəçi/, Aytən Oruczadə, Günel Abbasova) 05 sentyabr 2024cü il tarixli 2-1(103)-2284/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş və iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilməmişdir.
8. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi hüququn tətbiqində və təfsirində səhvə yol verdiyindən, hazırki iş üzrə düzgün olmayan qərar qəbul etmiş və qanunvericilikdə nəzərdə tutulan normaları düzgün tətbiq etməmişdir. Məhkəmənin gəldiyi nəticədə iş üzrə mühüm əhəmiyyətli olan bütün faktiki hallarına, qərarda göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikası ilə digər dövlətlər arasında pensiya təminatı sahəsində olan münasibətlər əməkdaşlıq haqqında müvafi q sazişlərə uyğun tənzimlənir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 23.1-ci bəndinə görə, vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə sığorta stajına daxil edilir. Sözügedən qanunun 23.2-ci bəndinə görə isə, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Həmçinin, Azərbaycan Respublikası ilə Sovet Sosialist Respublikaları İttifaqının tərkibinə daxil olmuş 15 ölkədən biri olan Estoniya Respublikası a rasında hazırda pensiya təminatı sahəsində saziş mövcud deyildir. Azərbaycan Respublikası ilə Estoniya Respublikası arasında pensiya təminatı sahəsində saziş mövcud olmadığından, iddiaçının xx.xx.1983xx.xx.1992-ci illərdə (8 il 11 ay 10 gün) “Estrıbprom” X1 İstehsalat Birliyində matros və balıq unu qurğusunun maşinisti vəzifəsində işlədiyi müddətin yalnız, xx.xx.1992-ci il tarixədək olan dövrü güzəştli pensiya hüququ verən sığorta stajı kimi nəzərə alına bilər. Belə olan halda, onun xx.xx.1983-xx.xx.1992 dövrü üzrə güzəştli stajı 8 il 3 ay 17 gün təşkil edir ki, həmin stajının da üzərinə “Xəzər Neft donanması” İdarəsində matros və kapitan köməkçisi kimi işlədiyi 3 il 10 ay 26 günü əlavə etdikdə onun cəmi güzəştli stajı 11 il 10 ay 13 gün təşkil edir, yəni, onda tələb olunan 12 il 6 ay gü zəştli pensiya hüquq verən stajı toplanmır ki, buda ona güzəştli şərtlərələ əmək pensiyası təyin edilməsini istisna edir.
9. İddiaçı həmin qərardan kassasiya şikayətİ verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
10. İddiaçı kassasiya şikayətində işin faktiki hallarını sadalamış, əlavə olaraq qeyd etmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu qüvvəyə minənədək (23 sentyabr 1992-ci il) Azərbaycanla Estoniya Respublikası arasında dövlətlərarası sazişin olmaması iddiaçının davamlı, fasiləsiz iş dövrü olan xx.xx.1983-cü il tarixdən xx.xx.1992-ci il tarixədək dövr ərzində Estoniya Respublikasında işlədi yi dövrün mübahisələndirilməsi üçün əsas ola bilməz. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin edilməməsi, apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
12. Əmək Pensiyaları haqqında Qanun: Maddə 23.1. Vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir....
13. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırm a hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
14. Kassasiya şikayəti vaxtında veri lmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
17. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfind ən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
18. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya instansiya məhkəməsi iddianın və iddiaya qarşı etirazın əsasları ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
19. Bununla belə məhkəmə kollegiyası kassasiya dəlillərinə münasibətdə qeyd edir ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı xx.xx.1983xx.xx.1992-ci illərd ə (8 il 11 ay 10 gün) “Estrıbprom” X1 İstehsalat Birliyində matros və balıq unu qurğusunun maşinisti vəzifəsində, xx.xx.1992-xx.xx.1996-cı illərdə ( 3 il 10 ay 26 gün) “Xəzər Neft donanması” İdarəsində matros və kapitan köməkçisi vəzifələrində çalışmışdır.
20. İddianın hüquqi əsasına münasibətdə apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası ilə Estoniya Respublikası arasında pensiya təminatı sahəsində saziş mövcud olmadığından, iddiaçının xx.xx.1983-xx.xx.1992-ci illərdə (8 il 11 ay 10 gün) “Estrıbprom” X1 İstehsalat Birliyində matros və balıq unu qurğusunun maşinisti vəzifəsində işlədiyi müddətin yalnız, xx.xx.1992-ci il tarixədək olan dövrü güzəştli pensiya hüququ verən sığorta stajı kimi nəzərə alına bilər.
21. Belə olan halda, iddiaçının xx.xx. 1983-xx.xx.1992 dövrü üzrə güzəştli stajı 8 il 3 ay 17 gün təşkil edir ki, həmin stajının da üzərinə “Xəzər Neft donanması” İdarəsində matros və kapitan köməkçisi kimi işlədiyi 3 il 10 ay 26 günü əlavə etdikdə onun cəmi güzəştli stajı 11 il 10 ay 13 gün təşkil edir, yəni, onda tələb olunan 12 il 6 ay güzəştli pensiya hüquq verən stajı toplanmır ki, buda ona güzəştli şərtlərələ əmək pensiyası təyin edilməsini istisna edir.
22. Beləliklə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayətlər təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
23. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024 -cü il 05 sentyabr tarixli 2-1(103)-2284/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.