Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3643/2025 08.04.2026 ALI MƏHKƏMƏ Üçüncü şəxsan Respublikası adından Üçüncü şəxsan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Üçüncü şəxsan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs: Üçüncü şəxsan Dövlət Neft Şirkəti) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq dövlət reyestrindən çıxarışın verilməsi) Üçüncü şəxsan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Üçüncü şəxsan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs: Üçüncü şəxsan Dövlət Neft Şirkəti) qarşı “bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. “Qum adası“ NQÇİ-nin “Qum adası“ bağçılıq-yoldaşlıq cəmiyyətinin İdarə Heyətinin iclasının ## #### 2005-ci il tarixli, ** saylı protokoldan çıxarışa əsasən, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ##.##.2005-ci il tarixli *** saylı Sərəncamla Suraxanı rayonu, Zığ- Hövsan şossesi yaxınlığında bağçılıq cəmiyyəti üçün ayrılmış torpaq sahəsindən 600 (altı yüz) kv.metr sahəsi olan XIX küçə, ** saylı bağ sahəsi cəmiyyətə üzv qəbul edilməklə İddiaçı ayrılmışdır.
2. Üçüncü şəxsan Respublikası Dövlət Neft Şirkəti “Azneft" İstehsalat birliyi “Qum adası“ neft və qazçıxarma İdarəsi tərəfindən verilmiş “bağçının üzvlük kitabçası”na əsasən, İddiaçı ##.##.2005-ci il tarixdə bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş, bağçılıq cəmiyyəti bağından sahəsi 600 (altı yüz) kv.m. olan ** saylı bağ sahəsi ##.##.2005-ci il tarixdə qeydə alınmış qərarına əsasən daimi istifadə üçün verilmişdir.
3. Bakı Şəhər İcra Hakimiyyəti başçısının ##.##.2001-ci il tarixli, *** saylı Sərəncamı ilə Üçüncü şəxsan Respublikası Dövlət Neft Şirkətinin “Qum Adası” adına Neft və Qazçıxarma İdarəsinin ##.##.2000-ci il tarixli, 01-7/513 № li məktubunu nəzərə alaraq “Qum Adası” adına Neft və Qazçıxarma İdarəsinin kollektiv bağçılıq təsərrüfatının yaradılması üçün 10 ha torpaq sahəsi ayrılmışdır. Ayrılmış həmin torpaq sahəsinə dair Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi şəhər ərazisinin tikinti planlaşdırma İdarəsi tərəfindən ##.##.2001-ci il tarixli, 11406 №li “İnşaat Pasportu” hazırlanmış və torpaq sahəsinin hüdudlarını müəyyən edən **/** nömrəli ayrıc aktı tərtib edilmişdir;
4. Bakı Şəhər İcra Hakimiyyəti başçısının ##.##.2005-ci il tarixli, *** №-li Sərəncamına əsasən Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının ##.##.2005- ci il tarixli, *** saylı razılıq məktubu nəzərə alınaraq, Üçüncü şəxsan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi “Qum adası” Neft və Qazçıxarma idarəsinə, Suraxanı rayonu, Zığ- Hövsan şossesinin cənub-şərqində yerləşən sahədə bağ təsərrüfatı yaratmaq üçün 7,0 ha torpaq sahəsi verilmişdir.
5. Üçüncü şəxsan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, İddiaçı istifadəsində olan Zığ-Hövsan şossesi, XIX küçəsi, ** nömrəli bağ sahəsinin sərhədləri hər tərəfdən mişar daşı ilə hasarlanmış və hasarla iki hissəyə ayrılmışdır. Bağ sahəsində 2 ədəd iki mərtəbəli yaşayış evi və iki ədəd yarımçıq köməkçi tikililər var.
6. Üçüncü şəxsan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli sorğuya cavab məktubunda bildirilmişdir ki, “Qum adası” bağçılıq yoldaşlığına aid arxiv qovluğunda üzvlərin siyahısı və bağ sahələrinin yerləşmə sxemi aşkar olunmamışdır.
7. Üçüncü şəxsan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli, **/**** saylı rəyindən görünür ki, işin mübahisəli halları ilə bağlı ekspertiza qarşısında qoyulmuş suallara aşağıdakı məzmunda cavab verilmişdir: İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ-nin * saylı Bakı Ərazi İdarəsinin ##.##.2024-cü il tarixli, *-**-*-**/*-*****/**** saylı mütəxəssis rəyinə əsasən, torpaq sahəsi faktiki olaraq hasardaxili 609,0 kv.m təşkil edir (sahə iki hissəyə ayrılıb). Torpaq sahəsinin üzərində iki ədəd yaşayış evi və iki ədəd köməkçi (yarımçıq) tikili mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə heç bir ayrıc aktı daxilində yerləşməməklə ARDNŞ-nin istifadəsinə verilmiş ərazisidir. Torpaq sahəsi üzərində yerləşən tikilinin qeydiyyatı barədə məlumat yoxdur.
8. Bakı Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ-nin * saylı Bakı Ərazi İdarəsinin ## #### 2025-ci il tarixli, 3- **-*-**/*-*****/**** nömrəli cavab məktubundan müəyyən olunur ki, vahid elektron kadastr baza məlumatlarına əsasən sözügedən bağ sahəsinin qonşuluğunda ************ reyestr nömrəli bağ sahəsi qeydiyyata alınmışdır. Sözügedən bağ sahəsinin qeydiyyatına əsas olmuş sənədlərin təsdiq edilmiş surəti və ortofoto təqdim edilmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı (bundan sonra – “iddiaçı”) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Hövsan şossesi yaxınlığında ARDNŞ-nin “Azneft” İB Qum adası Neft və Qazçıxarma idarəsinin bağçılıq cəmiyyəti üçün ayrılmış torpaq sahəsindən XIX küçə 11-də ayrılmış 600 kv.m bağ sahəsinə dair onun adına mülkiyyət hüququ üzrə dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının ##.##.2005-ci il tarixli, *** nömrəli sərəncamı ilə kollektiv bağçılıq təsərrüfatı yaradılaraq Suraxanı Rayon İcra Hakimiyyəti başçısının ##.##.2005-ci il tarixli, *** saylı razılıq məktubunu nəzərə alaraq, Üçüncü şəxsan Respublikası Dövlət Neft Şirkəti “Azneft" İstehsalat Birliyi ‘'Qum adası” Neft və Qazçıxarma idarəsinə Suraxanı rayonu, Zığ-Hövsan şossesinin cənub-şərqində yerləşən sahədə bağ təsərrüfatı yaratmaq üçün 7,0 ha torpaq sahəsi icarə əsasında istifadəyə verilmişdir. “Qum adası“ NQÇİ-nin “Qum adası“ bağçılıqyoldaşlıq cəmiyyətinin İdarə Heyyətinin iclasının ## #### 2005-ci il tarixli, ** saylı Protokoluna əsasən Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ##.##.2005-ci il tarixli *** saylı Sərəncamla Suraxanı rayonu, Zığ-Hövsan şossesi yaxınlığında bağçılıq cəmiyyəti üçün ayrılmış torpaq sahəsindən 600,0 kv.metr sahəsi olan XIX küçəsində ** saylı bağ sahəsi Cəmiyyətə üzv qəbul edilməklə iddiaçıya ayrılmış, bağ sahəsinin harada yerləşməsinə dair torpaq sahəsinin eskizi verilmişdir. İddiaçı qeyd etmişdir ki, o, ##.##.2005-ci il tarixdə Qum adası NQÇİ-nin bağçılıq-yoldaşlıq cəmiyyətinə üzv qəbul olunmuş və ona bağçının üzvlük kitabçası verilmişdir. Göstərilən sənədləri cavabdehə təqdim edib torpaq sahəsinə çıxarışın verilməsini xahiş etmiş, lakin cavabdeh imtina etmişdir. Halbuki o, həmin torpaq sahəsini daş hasara almış, orada ev tikərək ailəsi ilə birlikdə yaşayır, evə dair kommunal xidmətləri ödəyir.
11. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, sərəncamın icrası ilə əlaqədar olaraq bildiririk ki, “Qum Adası” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısı idarənin arxiv qovluğunda aşkar olunmamışdır. Elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi “Qum Adası” bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda, Üçüncü şəxsan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Əlavə olaraq bildiririk ki, iddiaçı tərəfindən ərizəyə əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyəti başçısının ##.##.2005-ci il tarixli, *** saylı sərəncamı və bağçılıq-yoldaşlıq cəmiyyətinin bağlar sahəsinin eskizindən çıxarış barədə İdarənin arxivində məlumat aşkar edilməmişdir.
12. Bakı İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli qərardadı ilə Üçüncü şəxsan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) üçüncü şəxs qismində hazırkı iş üzrə icraata cəlb edilmişdir.
13. Üçüncü şəxs tərəfindən də iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, həmin koordinatlarda olan torpaq sahəsi Üçüncü şəxsan Respublikasının ## #### 2007-ci il tarixli ***-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Üçüncü şəxsan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X1 Limited” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Bu səbəbdən, həmçinin qanuvericiliyin tələblərinə əsasən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər.
14. Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim – T.Məlikov).
15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarışı cavabdehə təqdim etmişdir. Bağ sahəsi iddiaçının mübahisəsiz istifadəsindədir, həmin sahəyə digər şəxslərin müraciətinin qeydə alınması, yaxud üst-üstə düşməsi barədə hər hansı dəlil məhkəməyə təqdim edilməmiş, iddiaçının təqdim etdiyi sənədlərin mötəbərliyini şübhə altına alan hər hansı dəlil təqdim edilməmişdir. Həmin sənədlər ləğv edilməmiş və ya etibarsız hesab edilməmiş, hazırda qüvvədədir.
16. Məhkəmə cavabdehin torpaq sahəsinin bağçılıq-yoldaşlıq təsərrüfatına ayrılmış ərazilərin hüdudlarından kənarda olması dəlili ilə bağlı qeyd etmişdir ki, oxşar işlər üzrə Üçüncü şəxsan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının *-*(***)-****/**** nömrəli iş üzrə, ##.##.2023-cü il tarixli qərarında (üç ulduzla işarələnmiş qərar) ifadə edilmiş hüquqi mövqe ondan ibarət olmuşdur ki, “...Bağ-torpaq sahəsinə dair hüquqların qeydiyyata alınması ilə bağlı işlərə baxılarkən, cavabdeh mübahisələndirilən torpaq sahəsinin bağçılıq yoldaşlıq təsərrüfatının ayrıc aktına və bölgü sxeminə əsasən ayrılan ərazidən kənarda yerləşməsi barədə dəlilə istinad edirsə, sözügedən ayrıc aktını və bölgü sxemini, eləcə də onlara əsaslanan kənarda yerləşməyə dair müvafiq sübutları təqdim etmək öhdəliyi daşıyır. Öz növbəsində, məhkəmələr həmin mübahisəli hal üzrə nəticəyə, qeyd edilən sənədlər və sübutları işdəki digər sübutlarla əlaqəli, birgə və məcmu halda tədqiq etməklə gəlməlidirlər. Bağ-torpaq sahəsinə dair hüquqların qeydiyyata alınması ilə bağlı mübahisələrə baxılarkən cavabdeh məhz ayrıc aktı və bölgü sxeminə istinadla mübahisəli torpaq sahəsinin bağçılığa ayrılan ərazinin hüdudlarından kənarda yerləşdiyini bildirdikdə və həmin sənədləri təqdim etdikdə, ayrıc aktı və bölgü sxeminin məlumatlarının nəzərə alınmadığı tədqiqat nəticəsi iş üzrə mübahisələndirilən halların mötəbər qaydada müəyyənləşdirilməsi kimi qəbul edilə bilməz. Bağ-torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasına dair tələbin təmin edilməsi mübahisəli sahəsinin bağçılığa ayrılmış ərazinin daxilində yerləşməsinə dair faktiki halın müəyyən olunmasından asılıdır”. Baxılan işdən müəyyən edilir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının “Qum Adası” bağçılıq yoldaşlığa torpaq sahəsinin ayrılması dair iki sərəncamı mövcuddur:1) ##.##.2001-
17. *** saylı Sərəncamı ilə 10 ha torpaq sahəsi 2) ##.##.2005-ci il tarixli, *** №-li ci il tarixli, Sərəncamı ilə 7.0 ha torpaq sahəsi.
18. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş arxiv qovluğundan müəyyən edilir ki, ##.##.2001-ci il tarixli, *** saylı Sərəncamı ilə bağçılığa ayrılmış 10 ha torpaq sahəsinin ayrıc aktı mövcud olduğu halda, ##.##.2005-ci il tarixli, *** №-li Sərəncam ilə ayrılmış 7.0 ha torpaq sahəsinin ayrıc aktı yoxdur. İddiaçının hüquqmüəyyənedici sənəd kimi təqdim etdiyi sənədlərdən müəyyən edilir ki, iddiaçıya torpaq sahəsi, Bakı Şəhər İcra Hakimiyyəti başçısının ##.##.2005-ci il tarixli, *** №-li Sərəncamı ilə “Qum Adası” bağçılıq yoldaşlığa ayrılmış 7.0 ha torpaq sahəsindən verilmişdir. Qeyd edilən torpaq sahəsinin ayrıc aktı isə arxiv qovluğunda yoxdur. Belə olan halda, ayrıc aktı olmadığı təqdirdə, iddiaçıya ayrılmış torpaq sahəsinin bağçılığın ayrıc aktından kənarda yerləşməsinə dair imtinası da əsassızdır. Torpaq sahəsinin ayrıc aktından kənarda olmasının müəyyən edilməsi üçün ilk növbədə ayrıc aktı olmalıdır ki, həmin torpaq sahəsinin ayrıc aktının daxilində, yaxud kənarda olubolmaması müəyyən edilsin.
19. Torpaq sahəsinin Üçüncü şəxsan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərdə yerləşməsi ilə bağlı bildirilmişdir ki, torpaq sahələri Üçüncü şəxsan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi “Qum adası” Neft və Qazçıxarma idarəsinin əməkdaşlarına ayrılmışdır. İddiaçıya ayrılmış torpaq (bağ) sahəsi məhz Üçüncü şəxsan Respublikası Dövlət Neft Şirkətinin tabeliyində olmuş “Azneft” İstehsalat Birliyi “Qum adası” Neft və Qazçıxarma İdarəsi tərəfindən ayrılmışdır. Yəni, iddiaçının bağçılıq üzvlüyünə qəbul edilməsi, ona torpaq sahəsinin ayrılmasını həyata keçirən aidiyyəti İdarə Üçüncü şəxsan Respublikası Dövlət Neft Şirkətinin tabeliyində olan İdarə olmuşdur. Odur ki, torpaq sahəsinin ARDNŞ-nin istifadəsinə verilmiş ərazilərdə yerləşməsi əsası ilə, tələbin təmin olunmasından imtina edilməsi əsassızdır.
20. Məhkəmə qeyd etmişdir ki, torpaq sahəsinə dair iddiaçının təqdim etdiyi sənədlər mülkiyyət hüququnun qeydə alınması üçün hüquqmüəyyəndici sənədlər hesab edilir və iddiaçı həmin torpaq sahəsinə müllkiyyət hüququnun dövlət reyestirinin qeydiyyatı üçün qanuni gözləntiyə sahibdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, baxılan işdə iddiaçının gözlənilən mülkiyyət hüququ üçüncü şəxsin istifadə hüququndan üstündür. Əgər həqiqətən də iddiaçıya ayrılmış torpaq sahəsi Neft Şirkətinin istifadəsində olan torpaqların hüdudları daxilində və neft-qaz quyularının mühafizə zolağında yerləşirsə, bu torpaq sahəsi ayrılmış fiziki şəxsin mülkiyyət hüququnun realizəsinə mane ola bilməz. Əksinə, fiziki şəxs ona ayrılmış torpaq sahəsindən istifadə edə bilməməsi səbəbindən pozulmuş hüquqlarının müdafiəsi baxımından (ədalətli kompensasiya tələb edə bilməsi və s.) üçün gözlənti mülkiyyət hüququnu reallaşdıra bilməlidir.
21. Məhkəmə həmçinin bildirmişdir ki, məhkəmə sorğusuna cavab olaraq ARDNŞ tərəfindən təqdim edilmiş ##.##.2024-cü il tarixli məktubda bildirilmişdir ki, torpaq sahəsi hər hansı bir neft-qaz boru kəmərinin, işlək və ya ləğv edilmiş neft-qaz quyusunun mühafizə zonası daxilində yerləşmir.
22. Cavabdehin Bakı Şəhər İcra Hakimiyyəti başçısının *** nömrəli Sərəncamının, bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısının və bağlar sahəsinin eskizindən çıxarışın İdarənin arxivində aşkar olunmamasına dair dəlili ilə bağlı məhkəmə qeyd edir ki, bu məsələ iddiaçının məsuliyyət sferasına aid edilə bilməz. İddiaçı üzvlük kitabçasının, protokoldan çıxarış və torpaq sahəsinin yerləşməsini müəyyən edən cizgini məhkəməyə təqdim etmişdir. Həmçinin iş materiallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin arxivində sözügedən sərəncamın (BŞİHB-nin ##.##.2005-ci il tarixli, *** nömrəli) arxiv surəti mövcuddur.
23. Üçüncü şəxsan Respublikası Prezidentinin 1997-ci il ## ###### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Nəzərə alınmalıdır ki, bu prosesi tənzimləyən qanunvericiliyə görə əvvəllər vətəndaşların daimi istifadəsinə verilmiş torpaq sahələrinin onların xüsusi mülkiyyətinə verilməsi məhdudlaşdırılmamış, bir şərtlə ki, torpaq islahatı aparılan zaman həmin torpaq sahəsi onların qanuni istifadəsində olsun. Hazırkı iş üzrə müəyyən edilmiş hallar mübahisə predmetini təşkil edən bağ sahəsinin iddiaçının qanuni istifadəsində olmasını deməyə əsas verir.
24. Üçüncü şəxs apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
25. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – G.Abbasova, hakimlər – A.Oruczadə, E.Əliyev).
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması zamanı iş materiallarına əlavə edilmiş iddiaçının qonşuluğunda yerləşən torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş analoji çıxarışa və həmin çıxarışın verilməsinə əsas olmuş sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçıya məxsus torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahəsinə Bakı İnzibati Məhkəməsinin qərarına əsasən mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarış verilmişdir. Belə olan halda, iddiaçıya münasibətdə fərqli hüquqi mövqeyinin sərgilənməsi Üçüncü şəxsan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbləri baxımından bərabərlik hüququnun pozulması kimi qiymətləndirilməlidir.
27. Üçüncü şəxs həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişlər.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a. Üçüncü şəxsin kassasiya şikayətinin dəlilləri
28. Kassasiya şikayəti apellyasiya şikayətinə uyğun əsaslandırılaraq bildirilmişdir ki, mübahisəli torpaq sahəsi Üçüncü şəxsan Respublikasının ## #### 2007-ci il tarixli 256-III Q nömrəli Qanunu ilə təsdiq edilmiş “Üçüncü şəxsan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X1 Limited” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Bu səbəbdən, həmçinin qanuvericiliyin tələblərinə əsasən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Üçüncü şəxsan RespublikasıQanununun 15-ci maddəsinin şərh edilməsinə dair” Üçüncü şəxsan Respublikasının Konstitusiya Məhkəməsinin ## #### 2017-ci il tarixli qərarına əsasən, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası(məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər.
29. Bundan başqa, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Üçüncü şəxsan RespublikasıQanununun 15-ci maddəsinin şərh edilməsinə dair Üçüncü şəxsan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2017-ci il tarixli qərarına əsasən, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınarkən torpağın kateqoriyasının (məqsədli təyinatının) müəyyən edilməməsi aşkar olunduqda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Üçüncü şəxsan RespublikasıQanununun 14.1-ci maddəsinə uyğun olaraq qeydiyyat dayandırıla bilər.
30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Üçüncü şəxsan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Üçüncü şəxsan Respublikasının Prezidentinin ## ###### 2015-ci il tarixli *** nömrəli Fərmanının 2-ci bəndinə əsasən, Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.
31. Torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınarkən torpağın kateqoriyasının (məqsədli təyinatının) müəyyən edilməməsi aşkar olunduqda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Üçüncü şəxsan Respublikası Qanununun 14.1-ci maddəsinə uyğun olaraq qeydiyyat dayandırıla bilər. “SOCAR”-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin, Saziş ərazilərinin hüdudları və eləcə də neft-qaz boru kəmərlərinin mühafizə zonası daxilində yerləşən ərazilərin bu və ya digər formada ayrı-ayrı fiziki və ya hüquqi şəxslərin adına özgəninkiləşdirilməsi halları, həmin ərazidə nəzərdə tutulmuş neft-qaz əməliyyatlarının aparılması işlərinə, bu da öz növbəsində Üçüncü şəxsan Respublikası Hökumətinin, eləcə də “SOCAR”-ın xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə, eyni zamanda “SOCAR”-ın Nizamnaməsi ilə əmlakı üzərində müəyyən olunmuş sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə ciddi şəkildə maneələr yaratmaqla bərabər, Konstitusiyanın və Mülki Məcəllənin qeyd olunan normalarına əsasən, vətəndaşların kompensasiya tələblərinə gətirib çıxarır və nəticə etibarı ilə Dövlətə əsaslı şəkildə maddi ziyan dəyir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
33. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Üçüncü şəxsan Respublikası Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Üçüncü şəxsan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Üçüncü şəxsan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
34. Torpaq islahatı haqqında Üçüncü şəxsan Respublikası Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Həmin Qanunun 25-ci maddəsinin 4-cü bəndində göstərilir ki, bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir.
35. Üçüncü şəxsan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
36. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.
37. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
40. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
41. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
42. Belə ki, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və qanunverici “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət sayır. 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış bu əsaslar sırasında nəzərdə tutulmuşdur.
43. Məhkəmə kollegiyası apellyasiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, hazırkı iş üzrə iddia olunan bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlər adıçəkilən Qanunun 8.0.7-ci maddəsində göstərilən aktlara uyğun gəlir.
44. Nəzərə alınmalıdır ki, iddiaçı qeyd edilən sənədlərdən kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarışı cavabdehə təqdim etmişdir. Bağ sahəsi iddiaçının mübahisəsiz istifadəsindədir, həmin sahəyə digər şəxslərin müraciətinin qeydə alınması, yaxud üst-üstə düşməsi barədə hər hansı dəlil məhkəmələrə təqdim edilməmiş, iddiaçının təqdim etdiyi sənədlərin mötəbərliyini şübhə altına alan hər hansı dəlil irəli sürülməmişdir. Həmin sənədlər ləğv edilməmiş və ya etibarsız hesab edilməmiş, hazırda qüvvədədir. Həmçinin mübahisəli torpaq sahəsinin müvafiq bağçılığa ayrılmış ərazidən kənarda yerləşməsi də işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir.
45. Bundan başqa, torpaq sahəsinin Üçüncü şəxsan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərdə yerləşməsi ilə bağlı işə baxmış məhkəmə kollegiyası düzgün olaraq bildirilmişdir ki, torpaq sahələri Üçüncü şəxsan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi “Qum adası” Neft və Qazçıxarma idarəsinin əməkdaşlarına ayrılmışdır. İddiaçıya ayrılmış torpaq (bağ) sahəsi məhz Üçüncü şəxsan Respublikası Dövlət Neft Şirkətinin tabeliyində olmuş “Azneft” İstehsalat Birliyi “Qum adası” Neft və Qazçıxarma İdarəsi tərəfindən ayrılmışdır. Yəni, iddiaçının bağçılıq üzvlüyünə qəbul edilməsi, ona torpaq sahəsinin ayrılmasını həyata keçirən aidiyyəti İdarə Üçüncü şəxsan Respublikası Dövlət Neft Şirkətinin tabeliyində olan İdarə olmuşdur. Bununla yanaşı nəzərə alınmalıdır ki, işin məhkəmələr tərəfindən sorğular əsasında müəyyən edilmişdir ki, torpaq sahəsi hər hansı bir neft-qaz boru kəmərinin, işlək və ya ləğv edilmiş neft-qaz quyusunun mühafizə zonası daxilində yerləşmir.
46. Məhkəmə kollegiyası bildirir ki, işin apellyasiyası instansiya məhkəməsi tərəfindən araşdırılması zamanı iş materiallarına əlavə edilmiş iddiaçının qonşuluğunda yerləşən torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş analoji çıxarışa və həmin çıxarışın verilməsinə əsas olmuş sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçıya məxsus torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahəsinə Bakı İnzibati Məhkəməsinin Qərarına əsasən mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarış verilmişdir.
47. Nəzərə almaq lazımdır ki, Konstitusiyanın 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə isə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır.
48. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir.
49. Odur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
50. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.