Məhkəmə qərarları › İş №2-1(102)-365/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-365/2021

05.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-365/2021 05.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X3 şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünsüzlüyü, preyudisiallıq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi və iddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X3 şəxsinə qarşı «Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X3 şəxsinin 04 iyun 20 20-ci il tarixli, 01/A-18 saylı imtina məktubunun əsassız hesab edilərək, qanuni qüvvəsini almış Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 09 yanvar 2013-cü il tarixli, 2inz(087)-02/2013 saylı qərarının cavabdeh inzibati orqan tərəfindən tam şəkildə icra olunması, həmin qərardan irəli gələn bütün hüquqi hərəkətlərin sonadək icra olunması öhdəliyinin müəyyən edilməsi» tələbinə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 02.11.2020-ci il tarixli, 2-1(108)-17/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fonduna qarşı “əmək pensiyasına keçmək barəd ə öhdəlik qoyulması tələbinə” dair iddiası Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 09 yanvar 2013-cü il tarixli, 2inz.(087)02/2013 nömrəli qərarı ilə təmin edilmiş, İddiaçı əmək pensiyasına keçirilməsi və əmək pensiyasının təyin edilməsi vəzifəsinin Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fonduna həvalə edilməsinə qərar verilmişdir. Həmin qərar 14 fevral 2013-cü il tarixdə qüvvəyə minmiş və qərar Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən icra olunmuşdur.

2. İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fonduna qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun üzərinə sosial müavinətlə əmək pensiyası arasındakı fərqin ödənilməsi öhdəliyinin qoyulması tələbi"nə dair iddiası Naxçıvan Muxtar Respubl ikası İnzibati-İqtisadi Məhkəməsinin 08 oktyabr 2014-cü il tarixli, 2-1 (087)-33/2014 nömrəli qərarı ilə əsassız olduğundan rədd edilmişdir.

3. Həmin qərardan İddiaçı tərəfindən verilmiş şikayət, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 18 dekabr 2014-cü il tarixli, 2-1(108)08/2014 nömrəli qərarı ilə təmin edilməmiş və Naxçıvan Muxtar Respublikası İnzibatiiqtisadi Məhkəməsinin 08 oktyabr 2014-cü il tarixli, 2-1(087)-33/2014 nömrəli qərarı dəyişdirilməmişdir.

4. İddiaçı Naxçıvan Respublikası DSMF X4 müraciət edərək, “Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 09 yanvar 2013-cü il tarixli, 2inz(087)02/2013 saylı qərarının tam şəkildə icra olunması, əvvəllər icrası tam şəkildə həyata keçirilməmiş bu qərarın icrasına yenidən baxılması, onu n əlilliklə bağlı sosial pensiya təyin edilmiş vaxtdan hesablanmaqla, yəni 07 aprel 2005-ci il tarixindən hesablanmaqla Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 09 yanvar 2013-cü il tarixli, 2inz(087)-02/2013 saylı qərarının qanuni qüvvəsini aldığı vaxtadək olan müddətdə ödənilməmiş sosial pensiya ilə əmək pensiyası arasındakı olan fərqin hesablanmaqla onun xeyrinə ödənilməsi barədə qərar” qəbul etməyi xahiş etmişdir.

5. Cavabdeh iddiaçının müraciətini təmin etməmiş və 04 iyun 2020-ci il tarixli, 01/A18 saylı məktubla cavab verərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası İnzibatiİqtisadi Məhkəməsinin Məhkəmənin 09 yanvar 2013-cü il tarixli, 2inz(087)-02/2013 nömrəli qərarına əsasən ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə mü vafiq olaraq İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. 01 oktyabr 2011-ci il tarixdə ərizə ilə Fondun Naxçıvan şəhər şöbəsinə müraciət edərək əmək pensiyası təyin olunmasını xahiş etməsi nəzərə alınaraq, İnzibati-İqtisadi Məhkəmənin 09 yanvar 2013-cü il tarixli qərarına əsasən 01 oktyabr 2011-ci il tarixdən əmək pensiyası təyin olunmuşdur. Ərizədə qeyd edildiyi kimi İddiaçı 2005-2011-ci illərdə əmək pensiyası təyin olunması və ödənilməsi ilə əlaqədar yenidən Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmış və həmin məhkəmənin 08 oktyabr 2014-cü il tarixli, 2- 1(087)-33/2014 nömrəli qərarı ilə iddiası təmin edilməmişdir. İddiaçı nəzərinə çatdırılır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərə flər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduqda həmin məsələ ilə bağlı yenidən iddia qaldırılması yolverilməzdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq bildirilir ki, ərizədə qeyd edilənlər üzrə İddiaçı 2005-ci il tarixdən əmək pensiyası təyin olunması və yaranan fərqin ödənilməsi qanun xaricindədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X3 şəxsinə qarşı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X3 şəxsinin 04 iyun 2020-ci il tarixli, 01/A-18 saylı imtina məktubunun əsassız hesab edilərək, onun cavabdeh Na xçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fonduna qarşı “əmək pensiyasına keçmək barədə öhdəlik qoyulması” tələbinə dair qaldırdığı iddianın təmin olunması nəticəsində çıxarılmış və qanuni qüvvəsini almış Naxçıvan Muxtar Respublikası İnzibatiİqtisadi Məhkəməsinin 09 yanvar 2013-cü il tarixli, 2inz(087)-02/2013 saylı qərarının cavabdeh inzibati orqan tərəfindən tam şəkildə icra olunması, həmin qərardan irəli gələn bütün hüquqi hərəkətlərin sonadək icra olunması öhdəliyinin müəyyən edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Naxçıvan Muxtar Respublikası İnzibatiİqtisadi Məhkəməsinin 2inz(087)-02/2013 saylı, 09 yanvar 2013-cü il tarixli qərarı ilə onun iddiası təmin edilərək, onun əmək pensiyasına keçirilməsi və əmək pensiyasının təyin edilməsi vəzifəsi Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Həmin qərar əsasında onun əmək pensiyasına keçirilməyi və əmək pensiyasının təyin edilməsi məsələsi müvafiq orqan tərəfindən qismən icra edilmişdir. Bundan sonra cavabdehə müraciət edərək, sosial müavinətlə əmək pensiyası arasındakı fərqin ödənilməsini xahiş etmiş, lakin bu xahişi təmin edilməmişdir. Ona görə də Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsində inzibati orqana qarşı “sosial müavinətlə əmək pensiyası arasındakı fərqin ödənilməsi öhdəliyinin qoyulması tələbinə” dair iddia qaldırmışdır. Həmin iddiası Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 08 oktyabr 2014-cü il tarixli, 2-1(087)-33/2014 saylı qərarı ilə rədd olunmuş, qərardan verdiyi şikayəti təmin edilmə mişdir. Müəyyən üzrlü səbəblərdən qeyd edilən apelyasiya qərarını kassasiya qaydasında mübahisəndirməmişdir. Qanunla müəyyən edilmiş müddəti buraxdığından artıq obyektiv olaraq bu hüququnu itirmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fonduna təkrarən müraciət etməkdə məqsədi müraciətinə yenidən baxılması və aradakı fərqin ona ödənilməsi ilə bağlıdır. Həmçinin burada əsas məqsəd Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 2inz(087)-02/2013 saylı, 09 yanvar 2013-cü il tarixli qərarının sonadək icra olunmaması ilə bağlıdır. Birinci qərar əsasında ona 705 manat fərq ödənilmişdir. Bu hal, Naxçıvan Muxtar Respublikası İnzibatiİqtisadi Məhkəməsinin 08 oktyabr 2014-cü il tarixli, 2-1(087)-33/2014 saylı qərarının 2-ci səhifəsinin sonuncu abzasında da (cavabdeh orqa nın nümayəndəsinin izahatında) öz təsdiqini tapır. Yuxarıda qeyd edilən qərarla onun iddiası təmin olunsa da, bu qərar sonadək icra olunmamışdır. Həmin qərarın 2-ci səhifəsinin sonuncu abzasında da (cavabdeh orqanın nümayəndəsinin izahatı) qeyd edilmişdir ki, ona müvafiq inzibati orqan tərəfindən 705 manat fərq verilmişdir. 2005-ci ildə əlilliklə bağlı sosial pensiyanın təyin olunması üçün müraciət edən zaman onun əmək pensiyasını ala bilməli olduğu ona bəlli deyildi, çünki o, hüquqşünas deyil və qanunlardan xəbərinin olmamağı tamamilə normal bir haldır. Onun əmək pensiyası almaq hüququ yarandığı vaxt 2005-ci ildir və o dövrdə qüvvədə olan qanun tətbiq edilməlidir. O dövrdə qüvvədə olan "Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 106-cı maddəsinə görə də pe nsiyanı təyin edən və ödəyən orqanın təqsiri üzündən vaxtında alınmamış pensiyanın məbləği heç bir məhdudiyyət qoyulmadan bütün dövr üçün ödənilir. Yəni mövcud hüquq münasibətləri məhz 2005-ci ildən yarandığından məhz bu qanuna əsasən də ona bu fərq ödənilməli idi. Bildirmək istəyir ki, fərqin ödənilməsi ilə bağlı tələblə deyil, artıq tamam başqa əsasla məhkəməyə müraciət edir. Belə ki, ikinci dəfə müraciət edən zaman başqa iddia tələbi var idisə, artıq bu dəfə müvafiq olaraq birinci qərarın (iddia tələbinin təmin olunmuş qərarı) tam icra olunmaması ilə bağlıdır. Yəni tərəflər eyni olsa da, artıq tələblər və onun əsası fərqli və iddianın predmeti də fərqlidir. Bundan əvvəl o, müvafiq inzibati orqana qarşı “sosial müavinətlə əmək pensiyası arasındakı fərqin ödənilməsi öhdəliyinin qoyulmas ı tələbinə” dair, yəni məcburetmə haqqında iddia qaldırmışdır. Bu dəfə isə yenidən müvafiq inzibati orqana qarşı İPM-nin 34-cü maddəsində nəzərdə tutulmuş “öhdəliyin icrası haqqında” iddia qaldırmışdır.

8. Cavabdeh iddia tələbinə etiraz etmiş və etirazını iddiaçıya ünvanlandığı 04 iyun 2020-ci il tarixli cavab məktubunda irəli sürdüyü dəlillərlə əsaslandırmışdır.

9. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 14.08.2020-ci il tarixli 2-1(122)-69/2020 nömrəli qərarı ilə (hakim H.Muradov) iddia tələbi təmin edilməmişdir.

10. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat

11. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 02.11.2020-ci il tarixli, 2-1(108)-17/2020 s aylı qərardadı ilə (hakimlər Ə.Xıdırov (sədrlik edən və məruzəçi), S.Qarayev və V.Quliyev) iddiaçının şikayəti təmin edilməmiş, lakin birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddia mümkün sayılmamışdır.

12. Məhkəmə iddianın mümkün sayılmaması barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 15.5-ci və 15.6-cı bəndlərinə görə, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir və qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.

13. İddiaçı həmin qərardadda n kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətində göstərilmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qeyd edilən qərarının 8-ci səhifəsində iddianın mümkün sayılmaması əsası kimi göstərmişdir ki, “əvvəlki iddia tələbi ilə hazırkı tələbdə iddiaçı və cavabdeh eyni şəxslərdir və iddianın predmeti və əsası eynidir. Odur ki, hazırkı iddiaya mahiyyəti üzrə baxılması yolverilən sayılmır.” Buradan da açıq-aydın görünür ki, apelyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normasının pozulmasına yol vermişdir. Belə ki, diqqət etsək görərik ki, apelyasiya instansiya məhkəməsi nin istinad etdiyi Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinin 9 yanvar 2013-cü il tarixli, 2inz(087)-02/2013 saylı qərarı əmək pensiyasına keçmək barədədir. Göründüyü kimi həmin qərar üzrə İddiaçı əmək pensiyası təyin edilmişdir. Hazırkı iddia tələbi isə Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinin 9 yanvar 2013-cü il tarixli, 2inz(087)-02/2013 saylı qərarının cavabdeh inzibati orqan tərəfindən tam şəkildə icra olunması və həmin qərardan irəli gələn bütün hüquqi hərəkətlərin sonadək icra olunması öhdəliyinin müəyyən edilməsi tələbidir. Buradan aydın olur ki, əvvəlki iddia predmeti ilə hazırki iddia predmeti tamamilə fərqlidir. Belə ki, əvvəlki iddia predmeti pensiya təyin oluması idisə, hazırkı iddia predmeti pensiya hüququ yarandığı andan aradakı fərq in ödənilməsidir. Bundan əlavə, Naxçıvan Muxtar Respublikasının İnzibatiİqtisadi Məhkəməsinin 9 yanvar 2013-cü il tarixli, 2inz(087)-02/2013 saylı qərarının 3-cü səhifəsinin 7-ci abzasında göstərilmişdir ki, “ iddiaçının əmək pensiyası almaq hüququ 2005-ci il dən yarandığından indiki hüquq münasibətlərinə yeni qanunvericiliyin tətbiqi yol verilməzdir.” Göründüyü kimi işin mübahisəsiz hallarından biri də odur ki, təyin olunmuş pensiya yeni qanunvericiliklə deyil, iddiaçının pensiya almaq hüququ yarandığı andan, yəni 2005-ci il də qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin olunmuşdur. Bundan əlavə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair Azərbaycan Respublikası Ali Məhkəm əsinin İnzibati Kollegiyası (№ 03/2020) 08 oktyabr 2020-ci il tarixli qərardadında göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. b. Kassasiya şikayətinə etirazın dəlilləri

15. İddiaçının nümayəndəsi kassasiya şikayətinə qarşı cavabdeh yazılı etiraz göndərərək, kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları

16. İddiaçının vəkili kassasiya şikayətinin məzmunu na uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

17. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60 Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmə müdafiəsinə təminat verilir.

19. Azərbaycan Respublikası Mülki Prosess ual Məcəlləsi Maddə 82.3 Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 1.2. bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəl iyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 34.2. Müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzi bati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 78 Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

21. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenu munun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarı 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvə yə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.

16. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, işə baxmış məhkəmə iddianın mümkün sayılmaması barədə düzdün nəticəyə gəlmişdir. Qərardad prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərardadın ləğv olunması üçün əsas vermir.

24. Belə ki, Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qar şı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilk in şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri).

26. Həmçinin iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

27. İddianın mümkünlük şərtlərindən biri də mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının olmamasıdır. Çünki qanuni qüvvəyə minmiş məhkəmə qərarı, proses iştirakçıları və onla rın hüquqi varisləri üçün məcburidir və qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.

28. İşə baxmış Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyası da bu baxımdan işin hallarını araşdırmış və müəyyən etmişdir ki, İddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun üzərinə sosial müavinətlə əmək pensiyası arasındakı fərqin ödənilməsi öhdəliyinin qoyulması tələbinə məhkəmələrdə baxılmış və hüquqi qiymət verilmişdir. Həmin mübahisənin də əsasında 2005-ci ildə İddiaçı təyin olunmuş əlilliyə görə sosial pensiya ilə onun 2013-cü il tarixdə əmək pensiyasına keçirilməsi (2011-ci ilin oktyabrın 1-dən hesablanmaqla) nəticəsində arada yaranmış fərqin 2005-ci ildən hesablanmaqla ödənilməsi dayanm ışdır. Həmçinin kollegiyadakı izahatında da İddiaçı ona təyin olunmuş sosial pensiyanın 2013-cü il tarixdən əmək pensiyasına keçirildiyini, 2011-ci ilin oktyabrın 1-dən hesablanmaqla 2013cü ilədək yaranmış fərqin ona ödənildiyini, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun üzərinə 2005-ci ildən yaranmış, sosial müavinətlə əmək pensiyası arasındakı fərqin ödənilməsi öhdəliyinin qoyulması tələbinin isə məhkəmələr tərəfindən 2014-cü ildə rədd edildiyini, hazırki iddia tələbində də məqsədinin 2005-ci ildən 2011-ci ilədək yaranmış, sosial pensiya ilə əmək pensiyası arasındakı fərqin ona ödənilməsinin olduğunu təsdiq etmişdir. Kollegiya bildirir ki, əvvəlki iddia tələbi ilə hazırki tələbində iddiaçı və cavabdeh eyni şəxslərdir və iddianın predmeti və əsası eynidir.

29. Məhkəmə k ollegiyası hesab edir ki, Naxçıvan Ali Məhkəməsinin İnzibati kollegiyasının müəyyən etdiyi hallar iş materiallarına tam uyğundur.

30. İşin bu vəziyyəti, hazırki iş üzrə iddianın mümkün sayılmamasını şərtləndirir və apelyasiya instansiyası məhkəməsi iddianı mümkün saymamaqda haqlı, gəlinən nəticə İPM-nin 78-ci maddəsinin tələbinə uyğun olmuşdur.

31. Belə ki, İPM-nin 78-ci maddəsində mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburiliyini müəyyən edən qayda, mənasına görə eyni tərəflər arasında olan iş üzrə qanuni qüvvəyə minmiş qərarla müəyyən edilmiş faktların həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilmədiyini ehtiva edir. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki pro sesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir.

32. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.

33. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə q ərarları arasındakı stabilliyi təmin etməkdir.

34. Pensiya təyin edən dövlət orqanına qarşı iddia üzrə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra bu orqanın adının dəyişməsi, mübahisəli pensiya münasibətində subyektin dəyişməsi kimi qiymətləndirilmir və qüvvəyə minmiş qərarda göstərilən proses iştirakçısı olmaması (eyni tərəf olmaması) əsası ilə əvvəlki tələbə yenidən baxılmasına imkan vermir.

35. Həmçinin işə baxmış məhkəmə kollegiyası tamamilə haqlı olaraq qeyd etmişdir ki, qanuni qüvvəsini almış Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 09 yanvar 2013-cü il tarixli, 2inz(087)-02/2013 saylı qərarının cavabdeh inzibati orqan tərəfindən tam şəkildə icra olunması, həmin qərardan irəli gələn bütün hüquqi hərəkətlərin sonadək icra olunması öhdəliyinin müəyyən edilməsi təl əbi hazırki iddia tələbi qismində İnzibati Məhkəmədə mübahisələndirilməsi qanunvericiliyin tələblərinə uyğun deyil. Ümumiyyətlə inzibati məhkəmənin inzibati orqanın üzərinə öhdəlik qoyan qərarının icra olunması məqsədilə həmin inzibati orqanın üzərinə öhdəlik qoyan yeni bir qərar qəbul edilməməlidir. İnzibati mübahisə üzrə inzibati orqanın üzərinə öhdəlik qoyulması barədə məhkəmə qərarının icrası qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 120.1-120.4-cü maddələrinə əsasən bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati ak tın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Yəni, birinci instansiya məhkəməsi qismində inzibati orqanın üzərinə öh dəlik qoyulması barədə qərar qəbul etmiş müvafiq inzibati məhkəmə qərarının icra olunması üçün tədbirlər görməlidir ki, iş üzrə sübutlarla da təsdiq olunduğu kimi artıq Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 09 yanvar 2013-cü il tarixli, 2inz(087)-02/2013 saylı qərarı cavabdeh inzibati orqan tərəfindən tam şəkildə icra olunmuşdur.

36. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə işin hallarına və İPM-nin tələblərinə uyğundur.

37. Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti təmin olunmasın. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 02.11.2020ci il tarixli, 2-1(108)-17/2020 saylı qər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar