Məhkəmə qərarları › İş №2-1(102)-365/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-365/2023

07.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-365/2023 07.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.N97N-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N2 oktyabr 2022-c i il tarixli, 2-N(N03)-22N3/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya məxsus AO seriyalı ******* nömrəli, xx.xx.2002-ci il tarixli hərbi biletə əsasən o, may N989-cu il tarixdən Astara rayon hərbi komissarlığından hərbi xidmətə çağırılmış, sentyabr N992-ci il tarixə qədər N saylı hərbi hissədə hərbi xidmətdə olmuş, iyul N994-cü il tarixdən yanvar N996-cı il tarixə qədər N saylı hərbi hissədə hərbi xidmətdə olmuş və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N996-cı il tarixli 040 saylı əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır (tərxis olunmuşdur).

2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxi vi tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin rəisinə ünvanlanan xx.xx.2020-ci il tarixli, 9/2-876 nömrəli məktuba əsasən, N nömrəli hərbi hissə komandirinin N oktyabr N992-ci il tarixli 9 nömrəli əmri ilə (əsas: səh-9; qeyd: əmrdə soyadı Sadıqov, hərbi rütbəsi baş gizir yazılmışdır) baş gizir X6 şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək, starşina vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin N fevral N993-cü il tarixli, 23 nömrəli əmri ilə (əsas: səh24, sıra-N; qeyd: əmrdə soyadı Sadıqov yazılmışdır) tağım komandiri X2 şəhərinə döyüş bölgəsinə göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin N iyun N993-cü il tarixli, 67 nömrəli əmrində (əsas: səh-24, sıra-N; qeyd: əmrdə soyadı Sadıqov yazılmış, adı və atasının adı tam yazılmamışdır) döyüş bölgəsində olmuş V.Ə.Sadıqovun döyüş pulu alması barədə məlumat vardır. N nömrəli hərbi hissənin zabit və gizirlərinin əlifba qeydiyyatı kitablarında və komandirin yanvar N996-cı il tarixli nizami hissə üzrə əmrlərində X4 xidməti barədə məlumat aşkar edilməmişdir.

3. İddiaçı cavabdehə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir.

4. Cavabdeh 22 oktyabr 2020-ci il tarixli, N/S-N3999 nömrəli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Mərkəzi Arxivin xx.xx.2020-ci il tarixli, 9/2-876 nömrəli arayışına əsasən, N () nömrəli hərbi hissədə xx.xx.N993-cü il tarixdən sonrakı dövrdə xidmət keçmək barədə məlumat olmadığına və Ağcabədi rayonu döyüş bölgəsinə göndərilmə si məqsədi bilinmədiyi üçün ona müharibə veteranı vəsiqəsinin və adının verilməsindən imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat

5. İddiaçı 24 noyabr 2020-ci il tarixdə iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, N989-cu ildə Astara rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. N99N-ci ildə hərbi xidmətini başa vurmuşdur. xx.xx.N992-ci ildə N saylı hərbi hissə komandirinin N saylı əmri ilə baş gizir, həmin hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli, 23 saylı əmri ilə tağım komandiri, N saylı hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli, 67 saylı əmri ilə döyüş bölgəsinə göndərilmiş və döyüş pulu almışdır. Döyüş pulu almağı və döyüş bölgəsində olmağı Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinin sənədi ilə təsdiq edilir. N996-cı ildə həmin hərbi hissədə xidmətini başa vurub tərxis olunmuşdur. O, cavabdehə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsini xahiş etsə də müraciəti təmin edilməmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 4 may 202N-ci il tarixli, 2-N(NN2)-2855/202N nömrəli qərarı (hakim N.İ.Abıyev) ilə iddia qismən təmin edilmiş, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafi q inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 sentyabr 202N-ci il tarixli, 2-N(N03)-N968/202N nömrəli qərardadı (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və E.E.Nağıyeva) ilə cavabdehin apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı İnzibati Məhkəməsinin 4 may 202N-ci il tarixli, 2-N(NN2)-2855 /202N nömrəli qərarı ləğv edilmiş, iş məhkəmə icraatının davam etdirilməsi və yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əgər məhkəmə, istinad etdiyi sübutlarla müəyyən edilən hallarla, cavabdehin imtinasında istinad etdiyi mənbə arasında ziddiyyətli məqamlara aydınlıq gətirilməsini və bu zaman cavabdehin iddiaçıya olan mövqeyində müsbət mənada iddiaçının xeyrinə dəyişiklik yarana biləcəyini ehtimal edirsə, prosessual qənaət prinsipi baxımından, bununla bağlı işə mahiyyəti üzrə baxılması çərçivəsində qanunvericiliklə müəyyən edilən hüquqlarından istifadə etmək imkanına malikdir. Konkret halda, birinci instansiya məhkəməsinin iddiaçıya veteran adı və vəsiqəsinin verilməsi məsələsinə yenidən baxılmasının cavabdehə həvalə ed ilməsi barədə gəldiyi nəticə işdə olan sübutlara, maddi və prosessual hüquq normalarına uyğun sayıla bilməz. c) birinci instansiya məhkəməsində ikinci icraat

12. Cavabdeh tərəfindən təqdim edilən iddia tələbinə yazılı etirazda göstərilmişdir ki, Mərkəzi Arxivin xx.xx.202N-ci il tarixli arxiv arayışında qeyd edilmişdir ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli, 9 nömrəli əmri ilə baş gizir İddiaçı şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək starşina vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli, 23 nömrəli əmri ilə tağım komandiri X2 şəhərinə döyüş bölgəsinə göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli, 7N nömrəli əmri ilə gizir X6 xx.xx.N993-cü il tarixdən N nö mrəli hərbi hissədə N-ci rotada starşina vəzifəsinə təyin edilmiş, N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli, 67 nömrəli əmrində ona döyüş bölgəsində olduğuna görə döyüş pulunun ödənildiyi, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin xx.xx.N994-cü il tarixli əmrinə əsasən ORVB tağım komandiri vəzifəsinə təyin olunması və N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, N60 nömrəli əmri ilə gizir X4 xx.xx.N994-cü ildən ORVB tağım komandiri vəzifəsinə təyin edildiyi qeyd edilmişdir. Lakin N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli, 67 saylı əmri ilə döyüş bölgəsinə göndərilməsi ona “Müharibə veteranı” adının verilməsi üçün əsas ola bilməz. Çünki döyüş əməliyyatları aparan hərbi hissələrə döyüş tapşırığı və ya döyüş təminat ı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunma nizami hissə üzrə əmrlərlə təsdiq olunmamışdır. İddiaçının döyüş əməliyyatları aparan hərbi hissələrə döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmağı barədə əmrlər mövcud deyildir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır, əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı.

13. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon idarəsinin xx.xx.2022-ci il tarixli, N99 nömrəli məktubu ilə təqdim edilmiş iddiaçının şəxsi işində olan sənədlərə əsasən iddiaçı keçmiş Astara rayon hərbi komissarlığı tərəfindən keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətə çağırılmış, may N989-cu il tarixdən may N99N-ci ilə qədər həqiqi hərbi xidmətdə olmuş, may N99N-ci ildən noyabr N99N-ci ilə qədər gizirlər kursunu bitirmiş, noyabr N99N-ci ildən sentyabr N992-ci il tarixə qədər N4342 saylı hərbi hissədə hərbi xidmətdə olmuş, Azərbaycan Respublikası Silahlı Qüvvələrində sentyabr N992-ci ildən xx.xx.N993-cü ilədək N saylı hərbi hissədə xidmət etmiş, N saylı hərbi hissədə qulluq edərkən Ağcabədi şəhərinə döyüş bölgəsinə göndərilmiş, xx.xx.N993-cü ildən xx.xx.N995-ci ilə qədər N saylı hərbi hissədə, xx.xx.N995-ci ildən xx.xx.N995-ci ilə qədər N saylı hərbi hissədə xidmət keçmiş, xx.xx.N995-ci ildən xx.xx.N996-cı ilə qədər N nömrəli hərbi hissə komandirinin sərəncamında olmuş və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N996-cı il tarixli müvafiq əmrilə (hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törədilməsinə görə) ehtiyata buraxılmışdır.

14. Bakı İnzibati Məhkəməsinin 23 fevral 2022-ci il tarixli, 2-N(NN2)-498/2022 nömrəli qərarı (hakim M.T.Hacıbəyova) ilə iddia təmin edilmiş, iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya veteran adının verilməsini istisna edən halların (haqqında cinayət işinin və araşdırma materialın) olması barədə məlumat cavabdeh və ya digər orqan tərəfindən məhkəməyə verilməmişdir. Əksinə, iddiaçının məhkumluğu olmamışdır. İddiaçının hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törədi lməsinə görə - yəni xx.xx.N995-ci ildən xidmətini davam etmək üçün hərbi hissəyə gəlmədiyinə görə xx.xx.N996-cı il tarixli müvafiq əmrlə (hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törədilməsinə görə) hərbi xidmətdən tərxis olunması ona müharibə veteranı adının verilməsini istisna etmir. Belə ki, həmin dövrdə artıq hərbi əməliyyatlar dayandırılmışdı, habelə iddiaçı həmin əmələ görə cinayət məsuliyyətinə cəlb olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli N74 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə görə, yalnız ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk e tməyə görə cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərə müharibə veteranı adının verilməsi istisna edilir ki, belə bir halın olmasını təsdiq edən dəlil inzibati işin materiallarında mövcud deyildir. İddiaçının döyüş əməliyyatları aparan hərbi hissələrdə xidmət etməsi barədə müvafiq nizami hissə üzrə əmrləri cavabdehin arxivində mövcuddur. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxsin hərbi hissədən ezam olunması barədə əmrin olmamasının həmin şəxsə müharibə veteranı adının verilməsini istisna etməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

16. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını x ahiş etmişdir. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N2 oktyabr 2022-ci il tarixli, 2-N(N03)-22N3/2022 nömrəli qərarı (hakimlər: A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.Ə.Hüseyn) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 23 fevral 2022-ci il tarixli, 2-N(NN2)-498/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

19. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəl illəri

20. Cavabdeh qeyd edir ki, iddianın təmin edilməməsinə dair əsas arqumentə görə, iddiaçının N () nömrəli hərbi hissədə xx.xx.N993-cü il tarixdən sonrakı xidməti barədə məlumat olmadığına və Ağcabədi rayonuna döyüş bölgəsinə göndərilməsinin məqsədi bilinmədiyinə görə ona “Müharibə veteranı” adının verilməsindən imtina olunmuşdur. Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivin xx.xx.202N-ci il tarixli 9/2-N669 nömrəli arxiv arayışına əsasən, N nömrəli hərbi hissə komandirinin N oktyabr N992-ci il tarixli 9 nömrəli əmri ilə baş gizir X6 (əsas: səh 9, əmrdə soyadı Sadıqov yazılmışdır) şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək starşina vəzifəsinə təyin olunmuş, N nömrəli hərbi hissə komandirinin N fevral N993-cü il tarixli 23 nömrəli əmri ilə tağı m komandiri X4 (əsas: sıra N, səh 24, əmrdə soyadı Sadıqov yazılmışdır, hərbi rütbəsi göstərilməyib) Ağcabədi şəhərinə döyüş bölgəsinə göndərildiyi, N nömrəli hərbi hissə komandirinin N mart N993-cü il tarixli 7N nömrəli əmrilə gizir X4 (əsas: § N3, əmrdə soyadı Sadıqov yazılmışdır) xx.xx.N993-cü il tarixdən N nömrəli hərbi hissədə N-ci rotada starşina vəzifəsinə təyin olunduğu, N nömrəli hərbi hissə komandirinin N iyun N993-cü il tarixli 67 nömrəli əmrində ona (əsas: § 3, sıra 27, əmrdə soyadı Sadıqov yazılmışdır, adı və atasının adı tam yazılmamışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib, əmr hərbi hissə komandiri tərəfindən imzalanmamışdır) döyüş bölgəsində olduğuna görə döyüş pulunun verilməsi barədə məlumatın olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin xx.xx.N994-cü il tarixli müvafiq əmrinə əsasən onun ORVB tağım komandiri vəzifəsinə təyin edildiyi, N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N44 nömrəli əmri ilə (əsas: səh 26, § 5) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edildiyi, N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N60 nömrəli əmri ilə (əsas: səh N0, § 5) xx.xx.N994-cü il tarixdən ORVB tağım komandiri vəzifəsinə təyin edildiyi qeyd olunmuşdur. Arxiv arayışında N nömrəli hərbi hissə komandirinin iyul-dekabr N993-cü il, yanvar-iyun N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilmədiyi və N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N28 nömrəli əmrinin Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı qeyd edilmişdir.

21. Cavabdeh göstərir ki, iddiaçının iddia ərizəsində N saylı hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli müvafiq əmri ilə N saylı hərbi hissəyə göndərildiyi göstərilsə də, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin xx.xx.N994-cü il tarixli 0282-gm nömrəli əmrinə əsasən, ehtiyatda olan gizir X6 N nömrəli hərbi hissənin Əlahiddə Təmir Bərpa taboru rabitə vəsaitləri təmiri tağımının komandiri təyin olunmuşdur. Həmin əmrdə iddiaçının SQ-də xidməti isə xx.xx.N989-cu ildən xx.xx.N992-ci ilə qədər göstərilmişdir. İddiaçının şəxsiyyət vəsiqəsində xx.xx.N97N-ci ildə anadan olduğu qeyd edilsə də, onun AO ******* nömrəli hərbi biletində və digər hərbi sənədlərdə xx.xx.N97N-ci ildə anadan olduğu qeyd edilmişdir. Bundan başqa, iddiaçıya məxsus AO ******* nömr əli hərbi biletin 4-cü səhifəsində onun 05.N9xx-xx.N992-ci illərdə 200N nömrəli hərbi hissədə, 07.N9xx-xx.N996-ci illərdə isə N nömrəli hərbi hissədə həqiqi xidmət keçdiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna 200N nömrəli hərbi hissə daxil edilməmişdir. Şəxsi Heyət Baş İdarəsində aparılan uçot sənədlərinə əsasən, ehtiyatda olan gizir X6 aşağıda göstərilən tarixlərdə qeyd olunan hərbi hissə və vəzifələrdə həqiqi hərbi xidmət keçmişdir: xx.xx.N994-cü il tarixdən xx.xx.N995-ci il tarixədək N nömrəli hərbi hissədə təmir taqımının komandiri; xx.xx.N995-ci il tarixdən xx.xx.N995-ci il tarixədək N nömrəli hərbi hissədə təminat taqımının komandiri; xx.xx.N995-ci il tarixdən xx.xx.N996-cı il tarixədək N nömrəli hərbi hissə komandirinin sərəncamında. Müdafiə na zirinin xx.xx.N996-cı il tarixli müvafiq əmrinə əsasən (hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törətdiyinə görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və sənədləri qeydiyyata alınması üçün Astara rayon hərbi komissarlığına göndərilmişdir. Göründüyü kimi, məhkəmələr iddiaçının döyüş əməliyyatları aparan hərbi hissələrdə xidmət etməsi barədə müvafiq nizami hissə üzrə əmrlərin cavabdehin arxivində mövcud olmasını göstərsə də, həmin əmrin cavabdehin arxivində mövcud olmasını araşdırmamışlar.

22. Bundan başqa, qərarda qeyd edilir ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3-cü abzasında imperativ qaydada göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Məhk əmələr bu qənaətə gələrkən, şəxsin qanunvericilikdə döyüş zonasına ezam olunması barədə əmrin mütləq qaydada olması barədə normanın nəzərdə tutulmadığını əsas götürmüşlər. İddianın təmin edilməsinə dair qərar əsassızdır və ləğv olunmalıdır. İddiaçı N saylı hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 23 saylı əmri ilə onun (Ağcabədi şəhərinə, ərazisinə) göndərilməsi ona “Müharibə veteranı” adının verilməsinə əsas ola bilməz, çünki Əsasnamənin N-ci bəndinə əsasən, Ağcabədi şəhəri ərazisində döyüş əməliyyatları aparılmamışdır. Məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 nömrəli Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qü vvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin müvafiq normalarının tələblərini nəzərə almamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, bunun nəticəsində isə prosessual normalar pozulmuşdur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

23. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

3. Aşağıdakılar müharibə veteranları sayılırlar:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçıları na aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.... Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən aza d edilmiş şəxslərə şamil edilmir. Maddə

7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə: N. Müharibə veteranlar ı Müharibə veteranı adı aşağıdakı qaydada verilir:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezident inin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında;... Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində g östərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Tə hlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir....

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə N2. İşin hallarının araşdırılması prinsipi N2.N. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. N2.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə 9N. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət hə ddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.N. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin N3N.3-cü və N32.3-cü maddələrində nəzərdə tutulmuş hallarda N0 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.N. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasi ya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə tam və hərtərəfli araşdırma aparmadan, mübahisənin d üzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları müəyyənləşdirmədən və qiymətləndirmədən yekun nəticəyə gəlmişdir.

30. Hazırkı iş üzrə iddiaçının tələbi müharibə veteranı statusu almaqdır. İş materiallarında həm iddiaçı və cavabdeh tərəfindən (iddia tələbinin əsası və iddia tələbinə etirazın əsası kimi) təqdim edilmiş, həm də aşağı instansiya məhkəmələri tərəfindən sorğular əsasında əldə edilmiş, iddiaçının hərbi xidməti barədə məlumatları əks etdirən sənədlər mövcuddur.

31. Belə ki, cavabdeh inzibati orqan iddiaçının müraciətindən imtina edərkən imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının N () nömrəli hərbi hissədə xx.xx.N993-cü il tarixdən sonrakı dövrdə xidmət keçməsi barədə məlumat yoxdur və onun Ağcabədi rayonuna döyüş bölgəsinə göndərilməsinin məqsədi bilinmir.

32. İd dianı təmin edən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının döyüş əməliyyatları aparan hərbi hissələrdə xidmət etməsi barədə müvafiq nizami hissə üzrə əmrlər cavabdehin arxivində mövcuddur. Eləcə də, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxsin hərbi hissədən ezam olunması kimi əmrin olmaması kimi əsasın həmin şəxsə müharibə veteranı adının verilməsini istisna etməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

33. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə: - Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivin xx.xx.202N-ci il tarixli 9/2-N669 nömrəli arxiv arayışında N nömrəli hərbi hissə komandirinin iyul-dekabr N993-cü il, ya nvariyun N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilmədiyi və N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N28 nömrəli əmrinin Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı qeyd edilmişdir; - İddia ərizəsində N saylı hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli müvafiq əmri ilə N saylı hərbi hissəyə göndərildiyi göstərilsə də, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin xx.xx.N994-cü il tarixli 0282-gm nömrəli əmrinə əsasən ehtiyatda olan gizir X6 N nömrəli hərbi hissənin Əlahiddə Təmir Bərpa taboru rabitə vəsaitləri təmiri tağımının komandiri təyin olunmuş, həmin əmrdə iddiaçının SQ-də xidməti isə xx.xx.N989-cu ildən xx.xx.N992-ci ilə qədər göstərilmişdir; - iddiaçının şəxsiyyət vəsiqəsində xx. xx.N97N-ci ildə anadan olduğu qeyd edilsə də, onun AO ******* nömrəli hərbi biletində və digər hərbi sənədlərdə xx.xx.N97N-ci ildə anadan olduğu qeyd olunmuş; - iddiaçıya məxsus AO ******* nömrəli hərbi biletin 4-cü səhifəsində iddiaçının hərbi xidməti 05.N9xx-xx.N992-ci illərdə 200N nömrəli hərbi hissədə, 07.N994 - 0N.N996-cı illərdə isə N nömrəli hərbi hissədə həqiqi xidmət keçdiyi qeyd edilsə də, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna 200N nömrəli hərbi hissə daxil edilməmişdir; - Şəxsi Heyət Baş İdarəsində aparılan uçot sənədlərinə əsasən, iddiaçı aşağıdakı tarixlərdə qeyd olunan hərbi hissə və vəzifələrdə həqiqi hərbi xidmət keçmişdir: xx.xx.N994-cü il tarixdən xx.xx.N995-ci il tarixədək N nömrəli hərbi hissədə təmir taqımının komandiri; xx.xx.N995-ci il tarixdən x x.xx.N995-ci il tarixədək N nömrəli hərbi hissədə təminat taqımının komandiri; xx.xx.N995-ci il tarixdən xx.xx.N996-cı il tarixədək N nömrəli hərbi hissə komandirinin sərəncamında. Müdafiə nazirinin xx.xx.N996-cı il tarixli müvafiq əmrinə əsasən (hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törətdiyinə görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və sənədləri qeydiyyata alınması üçün Astara rayon hərbi komissarlığına göndərilmişdir.

34. Cavabdehin şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

35. İddiaçının xx.xx.N994 - xx.xx.N995-ci il tarixlərində N nömrəli hərbi hissədə, xx.xx.N995 - xx.xx.N996-cı il tarixlərində N nömrəli hərbi hissədə həqiqi hərbi xidmət keçməsi işin mübahisəsiz hallarıdır.

36. Bundan başqa, iddiaçının Silahlı Qüvvələrdə xidmətinin x x.xx.N989-cu ildən xx.xx.N992-ci ilə qədər olan hissəsi də hazırkı inzibati mübahisə üzrə yekun qərar qəbul edilməsi üçün araşdırılmalı dövr hesab olunmadığından, məhkəmə kollegiyası həmin dövrü də işin mübahisəsiz halı kimi qəbul edir. Cavabdeh kassasiya şikayətinin dəlillərində iddiaçının hərbi biletinə əsasən onun qeyd edilən dövrdə xidmət etdiyi 200N nömrəli hərbi hissənin Müdafiə Nazirliyinin strukturuna daxil edilmədiyini qeyd etsə də, digər dəlilində məhz Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin xx.xx.N994-cü il tarixli 0282-gm nömrəli əmrinə istinad edərək iddiaçının SQ-də əvvəlki xidmətinin xx.xx.N989-cu ildən xx.xx.N992-ci ilə qədər olduğunu göstərmişdir.

37. Hazırkı inzibati mübahisənin mahiyyəti üzrə düzgün həll edilməsinin əsasında iddiaçının N () nöm rəli hərbi hissədə xidmətinin tam, obyektiv və hərtərəfli araşdırılması dayanır. Bu araşdırılma iki aspektdən aparılmalıdır: N) iddiaçının qeyd edilən hərbi hissədə (xx.xx.N994-cü il tarixə qədər) xidmət dövrü; 2) onun həmin dövrdə döyüş əməliyyatlarında iştirak edib-etməməsi.

38. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin rəisinə ünvanlanan xx.xx.2020-ci il tarixli, 9/2-876 nömrəli məktubda qeyd edilmişdir ki, N nömrəli hərbi hissə komandirinin N oktyabr N992-ci il tarixli 9 nömrəli əmri ilə baş gizir X6 şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək, starşina vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin N fevral N993cü il tarixli, 23 nömrəli əmri ilə tağım komandiri X2 şəhərinə döyüş bölgəsinə göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin N iyun N993-cü il tarixli, 67 nömrəli əmrində döyüş bölgəsində olmuş V.Ə.Sadıqovun döyüş pulu alması barədə məlumat vardır. N nömrəli hərbi hissənin zabit və gizirlərinin əlifba qeydiyyatı kitablarında və komandirin yanvar N996-cı il tarixli nizami hissə üzrə əmrlərində X4 xidməti barədə məlumat aşkar edilməmişdir.

39. Məhkəmə kollegiyası iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayan apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticəni və bu nəticə ilə bağlı əsaslandırmasını Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin N2.N, 58.7, 82 və 87.8-ci maddələrinin tələblərinə uyğun hesab etmir. Belə ki, nə birinci ins tansiya məhkəməsi, nə də apellyasiya məhkəməsi tərəfindən iddiaçının N () nömrəli hərbi hissədə xidmət müddəti tam, obyektiv və hərtərəfli araşdırılmamış, sadəcə olaraq işdə olan arxiv arayışına (məktuba) istinad edilməklə yekun qərar qəbul edilmişdir. Halbuki, apellyasiya instansiyası məhkəməsi ilk növbədə N nömrəli hərbi hissə komandirinin N oktyabr N992-ci il tarixli 9 nömrəli, N fevral N993-cü il tarixli, 23 nömrəli və N iyun N993-cü il tarixli, 67 nömrəli əmrlərini əldə edərək araşdırmalı olduğu halda bunu etməmişdir.

40. Cavabdeh inzibati orqanın imtinasının əsasını təşkil edən dəlillərlə (iddiaçının N () nömrəli hərbi hissədə xx.xx.N993-cü il tarixdən sonrakı dövrlə (xx.xx.N994-cü ilədək) xidməti barədə məlumatın olmaması və onun Ağcabədi rayonuna döyüş bölgəsinə göndərilməsi məqs ədinin bilinməməsi) bağlı apellyasiya instansiyası məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu halda, bunları etməmiş, əldə edilən sübutları tam və hərtərəfli araşdırmadan qiymətləndirməklə yanlış nəticəyə gəlmişdir.

41. Məhkəmə kollegiyası hesab edir ki, təkrar apellyasiya baxışında iş üzrə düzgün nəticəyə gəlmək üçün iddiaçının N () nömrəli hərbi hissədə xidmət müddəti, xüsusilə, xx.xx.N993-cü ildən xx.xx.N994-cü il tarixə qədər olan dövr hərtərəfli araşdırılmalı, bu məqsədlə N nömrəli hərbi hissə komandirinin N oktyabr N992-ci il tarixli 9 nömrəli əmri, eləcə də, iddiaçının Ağcəbədi rayonuna döyüş bölgəsinə göndərilməsinin səbəbini aydınlaşdırmaq məqsədlə N nömrəli hərbi hissə komandirinin N fevral N 993-cü il tarixli, 23 nömrəli (iddiaçının Ağcabədi şəhərinə döyüş bölgəsinə göndərilməsi barədə) və N iyun N993-cü il tarixli, 67 nömrəli (iddiaçının döyüş pulu alması barədə) əmrləri tələb olunaraq tədqiq edilməlidir.

42. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N2 oktyabr 2022-ci il tarixli, 2-N(N03)-22N3/2022 nömrəli qərarı ləğv edilsin və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar