Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-365/2024 07.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması barədə cavabdehin 26 iyul 2021-ci il tarixli qərarının ləğv olunması, əvvəlki hesabat qaydasının bərpa olunması və pensiyanın azaldılması nəticəsində yaranan fərqin hesablanaraq birdəfəlik ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2358/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən iddiaçıya 26 fevral 2008-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.
2. İddiaçı xx.xx.2021-ci ildən işləməyən əməl pensiyaçısı kateqoriyasına keçdiyindən cavabdehin əmək pensiyasının yenidən hesablanması haqqında **********0 saylı 26 iyul 2021-ci il tarixli qərarına əsasən İdd iaçı pensiya məbləği yenidən hesablanaraq 737,64 manat məbləğində müəyyən edilmişdir (əvvəlki pensiya məbləği 825,73 manat).
3. Cavabdehin 11 noyabr 2021-ci il tarixli artıq ödənilmiş pensiya məbləği haqqında məktubla iddiaçıya bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən İddiaçı 26 fevral 2008-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Araşdırma zamanı Fondun Xətai rayon şöbəsinə ünvanlanmış xx.xx.2017-ci il tarixli ərizəsinə əsasən adıçəkilən şöbə tərəfindən işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 28.754,96 manat sığorta kapitalına uyğun əmək pensiyasının yenidən hesablan masının düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, 28.754,96 manat sığorta kapitalı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 5.3-cü bəndinin tətbiqi ilə bağlı həmin bəndin tərkib hissəsi olan 48 nömrəli misalda qeyd edildiyi 121 (63 il 6 ay-59 il 5 ay=49 ay+144 ay-72 ay) aya bölünməklə (28754,96/121=237,64 manat) əmək pensiyasının (211,36 manat) üzərinə əlavə edilərək (211,36+237,64=449,00 manat (indeksləşdirilərək xx.xx.2021-ci il tarixədək 634,96 manat) İddiaçı ödənilməli olduğu halda, s əhvən müəyyən edilmiş 26.789,87 manat sığorta kapitalı 72 aya bölünərək (26789,87/72=372,08 manat əmək pensiyasının üzərinə əlavə edilməklə (211,36+372,08=583,44 manat (indeksləşdirilərək xx.xx.2021-ci il tarixinədək 825,73 manat)) İddiaçı ödənilmişdir. 121 (63 il 6 ay-59 il 5 ay = 49 ay +144 ay-72 ay) aya bölünməklə (28.754,96/121=237,64 manat) əmək pensiyasının (211,36 manat) üzərinə əlavə edilərək (211,36+237,64=449,00 manat (indeksləşdirilərək xx.xx.2021-ci il tarixədək 634,96 manat)) ödənilməli olduğu halda, səhvən müəyyən edilmiş 26.789,87 manat sığorta kapitalı 72 aya bölünərək (26.789,87/72=372,08 manat əmək pensiyasının üzərinə əlavə edilməklə (211,36+372,08=583,44 manat (indeksləşdirilərək xx.xx.2021-ci il tarixədək 825,73 manat)) ödənilmişdir. Qeyd olunanlara əsasən ona xx.xx. 2017-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 7245,35 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması ilə əlaqədar olaraq əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığı qısa müddət ərzində Mərkəzi Filiala təqdim etməyi xahiş olunur. Əks halda artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılması məqsədi ilə əmək pensiyasından tutulmanın aparılması üçün qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəkdir. Eyni zamanda, xx.xx.2021-ci il tarixdən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2021-ci il tarixdə işdən azad olmağı ilə əlaqədar əmək pensiyası vaxtilə pensiya təyin edildikdən sonra qazandığı 9652,16 manat sığorta kapitalına görə “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada (9652,16:94 ay ((65 il—63 il 2 ay = 22 ay+144 ay72 ay)=102,68 manat) yenidən hesablanaraq 634,96 manatdan 737,64 (634,96+102,68) manata artırılmışdır. Əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq xx.xx.2021-ci il tarixdən etibarən 737,64 manat olmaqla Mərkəzi Filial tərəfindən ona ödənilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək əmək pensiyasının yenidən hesablanması barədə cavabdehin 26 iyul 2021-ci il tarixli qərarının ləğv olunması, əvvəlki hesabat qaydasının bərpa olunması və pensiyanın azaldılması nəticəsində yaranan fərqin hesablanaraq bir dəfəlik ödənilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının məbləğindən narazı qaldığı üçün məhkəməyə müraciət etmişdir. 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 08 noyabr 2012-ci il tarixli 2in(82)-1945/2012 saylı qərarı ilə İddiaçı 26 fevral 2008-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, 26 fevral 2008-ci il tarixdən təyin edilərək ödənilən əmək pensiyasının əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələblərinə müvafiq olaraq yenidən hesablanması və yaranacaq məbləğ fərqinin ona ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Sosial Müdaf iə Fondunun Xətai rayon şöbəsinə həvalə edilmişdir. Məhkəmə qərarından narazı qalan cavabdeh apellyasiya və kassasiya şikayətlərində iddialarını dəfələrlə dəyişmişdir: 08 iyul 2011-ci il və 30 dekabr 2012-ci il tarixli apellyasiya şikayətlərində “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 1997-ci ilin avqustun 1dən Qanunun 13-cü maddəsinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilərə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 1 nömrəli siyahı üzrə kişilər 52 yaşına çatdıqda, azı 20 il ümumi stajı olduqda və bu müddətin 10 ilini yeraltı işlərdə çalışarlarsa, güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. 27 mart 2013-cü il kassasiya şikayətində 2009-cu il 27 oktyabr tarixli “Əmək p ensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş əlavə və dəyişikliyə əsasən 2010-cu il yanvarın 01-dən 2006-cı il 01 yanvaradək mövcud olmuş pensiya sistemi sosial siğorta prinsiplərinə əsaslanmadığından həmin dövrdə qazanılmış pensiya hüququnun müəyyənləşdirilməsində əmək haqqında istinad aradan qaldırılmış, hesabatların vahid prinsiplə əmək stajı göstəricisinə əsasən aparılması təmin edilmişdir. 03 dekabr 2015-ci il və 15 yanvar 2019-cu il tarixli kassasiya şikayətlərində “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 2006-cı il 01 yanvar tarixdən qüvvədən düşdüyü üçün son iki il dedikdə 2004-2005-ci illər nəzərdə tutulması iddiaları ilə mübahisə etsələr də bu iddiaların heç biri Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən təmin edilməmişdir. Məhkəmə qərarını təl əb olunan qaydada icra etmədiyinə görə cavabdeh 19 dekabr 2018- ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2834/2018 saylı qərarı ilə cərimə edilmişdir. Mübahisə üzrə ümumilikdə 34 məhkəmə qərarı var və bunların 7-si Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarıdır. Xətai rayon icra şöbəsinə mütəxəssisin dəvət olunması haqqında ərizə ilə müraciət etmişdir. İcra şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə mütəxəssisin dəvət olunması haqqında qərar qəbul edilmiş və icra olunması üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2020-ci il tarixli rəyinə əsasən Dövlət Sosial Müdafiə Fondunun Xətai Rayon şöbəsinin tələbkara xx.xx.2008-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üçün 106.733 manat (yüz altı min yedd i yüz otuz üç manat) məbləğində borc müəyyən edilmişdir. Audit rəyinə münasibət bildirilməsi üçün icra şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə cavabdehə göndərilsə də, heç bir münasibət bildirilməmişdir. Xətai rayon icra şöbəsi borclunun məsələyə münasibət bildirmədiyindən ekspert rəyinin alınması üçün məhkəmə-ekspertizasının keçirilməsi barədə xx.xx.2021-ci il tarixdə qərar qəbul etmişdir. Ekspertizanın yeri və vaxtı bildirilsə də, borclu ekspertizada iştirak etməmişdir. “Əmək pensiyaları haqqında” Qanuna 2017-ci il iyulun 10-dan edilmiş dəyişikliyə əsasən xx.xx.2008-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr üçün fərdi hesabın sığorta hissəsində yığılmış kapitalın 28.754 manat (iyirmi səkkiz min yeddi yüz əlli dörd manat) Qanunun 37.3.1 maddəsinin tələbinə uyğun olaraq Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən hesablanaraq pensiyaya əlavə edilmişdir (üç yüz yetmiş iki manat). Pensiya işi xx.xx.2019-cu il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən **********5 saylı məktubla icrası üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. Filialın direktoru cənab Şahin Əliyev tərəfindən işi araşdırmaq üçün iki dəfə mütəxəssis təyin edilmişdir. 2021-ci ilin may ayında işdən çıxmış və xx.xx.2017-ci il tarixdən 2021-ci il aprelədək olan dövr üçün fərdi hesabın sığorta hissəsində yığılmış pensiya kapitalının nəzərə alınması üçün Filiala müraciət etmişdir. Fərdi hesabın sığorta h issəsində 9652 manat vəsaitin olmasına baxmayaraq, 2021-ci ilin avqustundan əvvəlkindən 87 manat az pensiya almağa başlamışdır. Səbəbini aydınlaşdırmaq üçün 01 noyabr 2021-ci il tarixdə ərizə ilə Filiala müraciət etmişdir. 22 noyabr tarixdə Filialın direktoru tərəfindən imzalanmış “Artıq ödənilmiş pensiya məbləği haqqında” məktubu almışdır. Məktubda Filialın direktoru tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin hesablamasının düzgün olmadığı iddia edilir. Başqa sözlə, Xətai rayon şöbəsi xx.xx.2017-ci il tarixdə hələ qəbul edilməmiş, 5 ay sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasında 11 dekabr 2011-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiqlənmiş Qaydaların tətbiq etməli olduğunu iddia edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu nun 37.3.1 maddəsinə görə pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Bu maddədə pensiyaçının hansı maddə üzrə pensiyaya çıxmasına görə fərq yoxdur.
6. Bakı İnzibati Məhkəməsinin 17 fevral 2023-cü il tarixli, 2-1(112)-605/2023 nömrəli qərarı ilə (hakim A.Almazova) iddia rədd edilmişdir.
7. Məhkəmə hesab etmişdir ki, iddiaçının əmək pensiyasının yenidən hesablanması barədə cavabdehin 26 iyul 2021-ci il tarixli qərarının ləğv olunmasına, əvvəlki hesabat qaydasının bərpa olunmasına və pensiyanın azaldılması nəticəsində y aranan fərqin hesablanaraq birdəfəlik ödənilməsinə “qanuni gözləntisi” yoxdur..
8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2358/2023 nömrəli qərarı ilə (hakimlər: R.Səmədov- sədrlik edən və məruzəçi, X.Cəmilova və A.Oruczadə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 17 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə istinad edərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı həmin qə rardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
12. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquq vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların hüquqi qüvvəsi geriyə şamil olunmalı olduğu halda, ona münasibətdə Konstitusiyanın bu imperativ tələbi pozularaq, ömürlük pensiya təyin olunandan beş ay sonra qəbul olunmuş, onun vəziyyətini ağırlaşdıran qaydalar iddiaçıya şamil olunmaqla həm pensiyanın məbləği azaldılmış, həmdə yaranmış fərqin tut ulması qərara alınmışdır.
13. Bundan əlavə qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllənin 1.2 və Mülki Prosessual Məcəllənin 217.2 maddələrinin tələbinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Əmək pensiyasının müəyyən edilməsi (yenidən hesablanması) ƏƏSMN-nin qurumları tərəfindən həyata keçirilir və pensiyanın yenidən hesablanması zamanı həmin orqanın buraxdığı səhvə görə pensiyası yenidən hesablanmış vətəndaş məsuliyyət daşıya bilməz. Məhkəmə isə qeyd olunan prosessual hüquq normalarının tələblərini pozaraq onları mübahisəyə düzgün tətbiq etməmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2358/2023 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “İnzibati icraat haqqında” Qanun: Maddə
1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.... Maddə
2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir:... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət;... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən q anuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam;... Maddə
13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.... Maddə
21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur.... Mad də
24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.... Maddə
63. İnzibati aktda olan aşkar səhvlərin düzəldilməsi 63.1. İnzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlə rini düzəldə bilər.... Maddə
64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.... Maddə
67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilin də ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna i stinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şə xslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9 Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 16. “Əmək Pensiyaları haqqında” Qanun: Maddə
39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması. 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyası nı təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur....
17. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibat i mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin qərarı iddianın təmin edilən hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi əsaslı olduğundan qismən təmin edilməlidir. Bu aşağıdakı səbəblərdən irəli gə lir.
21. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı əmək pensiyasının yenidən hesablanması barədə cavabdehin 26 iyul 2021-ci il tarixli qərarının ləğv olunması, əvvəlki hesabat qaydasının bərpa olunması və pensiyanın azaldılması nəticəsində yaranan fərqin hesablanaraq birdəfəlik ödənilməsinə yönəlmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayarkən iddiaçının hazırkı tələb üzrə “qanuni gözləntisi” olmaması qənaətinə gəlmişdir.
23. İşin araşdırılmış hallarında müəyyən olunur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən İddiaçı 26 fevral 2008-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir, sonradan iddiaçının ərizəsi əsasında onun işləyən əmək pensiyaçı olduğu dövrdə qazandığı sığorta kapitalına uyğun əmək pensiyasının yenidən hesablanmış, həmin pensiya məbləği indeksləşdirilərək xx.xx.2021ci il tarixinədək 825,73 manat təşkil etmişdir. İddiaçının xx.xx.2021-ci il tarixdə işdən azad olmağı səbəbindən cavabdeh əmək pensiyasının yenidən hesablanması haqqında **********0 saylı 26 iyul 2021-ci il tarixli qərar qəbul edərək iddiaçının pensiya məbləği yenidən hesablanaraq 737,64 manat məbləğində müəyyən etmişdir.
24. Bundan əlavə cavabdeh iddiaçıya ünvanladığı artıq ödənilmiş pensiya məbləği haqqında 11 noyabr 2021-ci il tarixli məktubda qeyd etmişdir ki, iddiaçının Fondun Xətai rayon şöbəsinə ünvanlanmış xx.xx.2017-ci il tarixli ərizəsinə əsasən adıçəkilən şöbə tərə findən işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 28.754,96 manat sığorta kapitalına uyğun əmək pensiyasının yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, 28.754,96 manat sığorta kapitalı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 5.3-cü bəndinin tətbiqi ilə bağlı həmin bəndin tərkib hissəsi olan 48 nömrəli misalda qeyd edildiyi 121 (63 il 6 ay-59 il 5 ay=49 ay+144 ay-72 ay) aya bölünməklə (28754,96/121=237,64 manat) əmək pensiyasının (211,36 manat) üzərinə əlavə e dilərək (211,36+237,64=449,00 manat (indeksləşdirilərək xx.xx.2021-ci il tarixədək 634,96 manat) İddiaçı ödənilməli olduğu halda, səhvən müəyyən edilmiş 26.789,87 manat sığorta kapitalı 72 aya bölünərək (26789,87/72=372,08 manat əmək pensiyasının üzərinə əlavə edilməklə (211,36+372,08=583,44 manat (indeksləşdirilərək xx.xx.2021-ci il tarixinədək 825,73 manat)) İddiaçı ödənilmişdir. 121 (63 il 6 ay-59 il 5 ay = 49 ay +144 ay-72 ay) aya bölünməklə (28.754,96/121=237,64 manat) əmək pensiyasının (211,36 manat) üzərinə əlavə edilərək (211,36+237,64=449,00 manat (indeksləşdirilərək xx.xx.2021-ci il tarixədək 634,96 manat)) ödənilməli olduğu halda, səhvən müəyyən edilmiş 26.789,87 manat sığorta kapitalı 72 aya bölünərək (26.789,87/72=372,08 manat əmək pensiyasının üzərinə əlavə edilməklə (211,36+ 372,08=583,44 manat (indeksləşdirilərək xx.xx.2021-ci il tarixədək 825,73 manat)) ödənilmişdir.
25. Həmçinin yuxarıda qeyd olunan məktubda xx.xx.2017-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində iddiaçıya ümumilikdə 7245,35 manat artıq pul vəsaitinin ödənildiyi qeyd etmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması ilə əlaqədar onun yazılı razılığının təqdim edilməsini xahiş etmişdir.
26. Bununla bağlı ilk öncə qeyd edilməlidir ki, pensiyanın yenidən hesablanması və ödənilmiş pensiyanın müəyyən hissəsinin geri qaytarılması ilə bağlı cavabdeh tərəfindən lazımi inzibati icraat aparılmamış, bununla bağlı inzibati icraat haqqında qanunvericiliyin tələblərinə riayət edilməmiş, həmin tələblərə uyğun olaraq iddiaçıya pensiyanın təyin edilməsi barədə qərar ləğv edilməmişdir.
27. Belə ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibat icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrin in yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı.
28. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları ba xımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır.
29. Eyni zamanda təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.
30. Qeyd edilən qayda artıq ödənilmiş əmək pensiyası məbləğinin şəxsdən geri tələb olunması ilə bağlı hallara da tam şəkildə tətbiq olunur. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilib-ödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlama ğa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır.
31. Həmçinin qeyd edilməlidir ki, iddiaçıdan asılı olmayan hallar nəticəsində cavabdehin səhv etməsi iddiaçıdan artıq ödənişin tutulmasına əsas yarada bilməz. Məhkəmə araşdırması nəticəsində rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə iddiaçının öz pensiya məbləğinə müdaxilə etməsi müəyyən edilməmişdir. Eləcə də, işin hallarına görə, inzibati aktın qanunsuz olduğunu bilməsi və ya bilməli olmasının iddiaçıdan gözlənilməsi məntiqsiz olar.
32. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi əmək pensiyaçılarının pensiya təyinat ından sonra işləməyə davam etdikləri halda, onların əlavə hüquqlarının müəyyən edilməsi ilə bağlıdır. Qeyd olunan normanın məzmunundan da göründüyü kimi, normanın tətbiqi üçün 2 şərt nəzərdə tutulub: şəxsin işləyən əmək pensiyaçısı olması və pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması. Bundan əlavə, sözügedən normanın tətbiqi nəticəsində pensiyanın yenidən hesablanması üçün də 2 hal müəyyən olunub: şəxslərin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi və ya pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işləməsi.
33. Hazırkı iş üzrə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyindən hazırkı norma iddiaçıya şamil edilməlidir.
34. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pe nsiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2 fevral 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunverici “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsində pensiyaya çıxmasına baxmayaraq, hər hansı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə toplanmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya işləməyə davam etdiyi təqdirdə, hər 6 ildən bir ə mək pensiyalarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanmalı olduğunu imperativ qaydada müəyyən etmişdir. İddiaçının pensiyaya çıxdıqdan sonra 6 ildən artıq işləməsi və onun pensiya kapitalında müvafiq məbləğin toplanması işin mübahisəsiz halıdır və həmin kapital əsasında onun pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablandıqda pensiya məbləği artacaqdır.
35. Belə olan halda, iddiaçının işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi səbəbindən yığılmış pensiya kapitalına əsasən pensiyasının yenidən hesablanaraq artırılması gözləntisi olduğu halda, cavabdeh tərəfindən iddiaçının əmək pensiyasının vaxtilə yenidən hesablanmasının düzgün olmadığına istinad edərək iddiaçının pensiyasının azaldılması qanuni sayıla bilməz.
36. Bu səbə bdən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əmək pensiyasının yenidən hesablanması barədə cavabdehin 26 iyul 2021-ci il tarixli qərarının ləğv olunması və əvvəlki hesabat qaydasının bərpa olunması hissəsində əsaslıdır.
37. İddia tələbinin pensiyanın azaldılması nəticəsində yaranan fərqin hesablanaraq birdəfəlik ödənilməsi hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, pensiya məbləğinin qanunvericilikdə birdəfəlik ödənilməsi nəzərdə tutulmadığından və ümumiyyətlə birdəfəlik ödəniş pensiya təyin olunması məqsədinə və pensiya qanunvericiliyinin prinsiplərinə zidd olduğundan “yaranmış fərqin birdəfəlik ödənilməsi” hissəsində iddia tələbi təmin olunmamalıdır.
38. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məh kəməsinin İnzibati Kollegiyasının 12 sentyabr 2023cü il tarixli, 2-1(103)-2358/2023 nömrəli qərarı qismən “iddiaçının əmək pensiyasının yenidən hesablanması barədə cavabdehin 26 iyul 2021-ci il tarixli qərarının ləğv olunması, əvvəlki hesabat qaydasının bərpa olunması və pensiyanın azaldılması nəticəsində yaranan fərqin hesablanaraq ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməlidir. Qərar qalan hissədə, yəni “yaranan fərqin birdəfəlik ödənilməsi” hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2358/2023 nömrəli qərarı qismən “iddiaçının əmək pensiyasının yenidən hesab lanması barədə cavabdehin 26 iyul 2021-ci il tarixli qərarının ləğv olunması, əvvəlki hesabat qaydasının bərpa olunması və pensiyanın azaldılması nəticəsində yaranan fərqin hesablanaraq ödənilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə iddia təmin edilsin. Qərar qalan hissədə, yəni “yaranan fərqin birdəfəlik ödənilməsi” hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.