Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3652/2025 17.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Təhsildə X7rşı işi üzrə QƏRARİ (Açar sözlər: “ali təhsilə dair kvalifikasiyanın tanınması və müvafiq şəhadətnamənin verilməsi”) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Təhsildə X7rşı “ali təhsilə dair kvalifikasiyanın tanınması və müvafiq şəhadətnamənin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. Moskva Dövlət Açıq Universitetinin ##.##.2007-ci il tarixli, ***** qeydiyyat nömrəli diplomunun surətindən görünür ki, İddiaçı “Tərcümə və tərcüməşünaslıq” ixtisası üzrə “Linqvist, tərcüməçi” ixtisaslaşmasına yiyələnmişdir.
2. Moskva Dövlət Açıq Universiteti tərəfindən verilmiş ##.##.2007-ci il tarixli, BCA ******* saylı diploma əlavənin tərcümə edilmiş surətindən görünür ki, ##.##.1986-cı il təvəllüdlü İddiaçı 2002-2007-ci illər ərzində Moskva Dövlət Açıq Universitetinin “Tərcümə və tərcüməşünaslıq” ixtisasının “Linqvist, tərcüməçi” ixtisaslaşması üzrə, əyani formada təhsil almışdır.
3. Cavabdeh Cavabdehn ##.##.2023-cü il tarixli, NA******* saylı qərarından görünür ki, iddiaçının müraciətinə baxılaraq onun əldə etdiyi kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə təhsil fəaliyyəti göstərmək üçün səlahiyyətli qurum tərəfindən dövlət lisenziyası əldə etmədiyi və səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçmədiyi müəyyən edildiyi üçün xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı İddiaçı cavabdeh Təhsildə X7rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Rusiya Federasiyası “Moskva Dövlət Açıq Universiteti” tərəfindən ***** qeydiyyat nömrəli, BCA seriyalı, ******* nömrəli, ## #### 2007-ci il tarixli diplomu ilə Dövlət Attestasiya Komissiyasının ## #### 2007-ci il tarixli Qərarına əsasən iddiaçıya verilmiş “Tərcümə və tərcüməşünaslıq” ixtisası üzrə “Linqvist və Tərcüməçi” üzrə ali təhsilə dair kvalifikasiyasının (səviyyəsi) tanınması və buna müvafiq olaraq ali təhsilə dair kvalifikasiyanın tanınmasına dair şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tabeleyində Cavabdeh X1 müraciət edərək Rusiya Federasiyası Moskva Dövlət Açıq Univesiteti" tərəfindən ***** qeydiyyat nömrəli, BCA seriyalı, ******* nömrəli, ## #### 2007-ci il tarixli diplomu ilə Dövlət Attestasiya Komissiyasının ## #### 2007-ci il tarixli Qərarına əsasən ona verilmiş "Tərcümə və Tərcüməşünaslıq" ixtisası/istiqaməti üzrə linqvist və tərcüməçi üzrə ali təhsilə dair kvalifikasiyasının (səviyyənin) tanınması və buna müvafiq olaraq ali təhsilə dair kvalifikasiyasının tanınmasına dair şəhadətnamənin verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tabeleyində Cavabdeh X2 "Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə" NA******** nömrəli, ## ### 2023-cü il tarixli Qərar qəbul etmiş və həmin qərara əsasən ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtinanın əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** nömrəli, ## ###### 2023-cü il tarixli Qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 4.1.1-ci bəndinə əsasən müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olmaması olmuşdur. İddiaçı hesab edir ki, cavabdeh orqanın verdiyi imtina qanuni əsaslara söykənmədiyindən, o cümlədən "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 16.5-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı, ## ### 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı, ## ###### 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na zidd olduğundan Rusiya Federasiyası "Moskva Dövlət Açıq Univesiteti" tərəfindən ***** qeydiyyat nömrəli, BCA seriyalı, ******* nömrəli, ## #### 2007-ci il tarixli diplomu ilə Dövlət Attetstasiya Komissiyasının ## #### 2007-ci il tarixli Qərarına əsasən iddiaçıya verilmiş "Tərcümə və Tərcüməşünaslıq" ixtisası/istiqaməti üzrə linqivist və tərcüməçi üzrə ali təhsilə dair kvalifikasiyasının (səviyyənin) tanınması və buna müvafiq olaraq ali təhsilə dair kvalifikasiyasının tanınmasına dair şəhadətnamə verilməlidir. Belə ki, İddiaçı ## #### 1986-cı il tarixdə Türkmənistan SSR-nın Krasnovodsk (indiki Türkmənbaşı) şəhərində anadan olmuşdur. Ümumi təhsili Türkmənistan SSR-nin Krasnovodsk şəhərində yerləşən məktəbdə almış, bundan sonra Türkmənistan Respublikası vətəndaşı olaraq 2002-ci il tarixdə Rusiya Federasiyası Ali peşə təhsilinin dövlət təhsil müəssisəsi olan "Moskva Dövlət Açıq Universiteti"nin "Tərcümə və Tərcüməşünaslıq" ixtisası üzrə əyani təhsil formasına qəbul olunmuşdur. Qohumları Azərbaycan Respublikasında yaşamaları və ali təhsilini maddi cəhətdən rahat davam etdirmək məqsədi ilə həmin Universitetin Bakı filialında davam etdirmək məcburiyyətində qalmış və 2007-ci il tarixdə isə həmin Universiteti bitirərək "Tərcümə və Tərcüməşünaslıq" ixtisası/istiqaməti üzrə linqivist və tərcüməçi üzrə ali təhsilə aid kvalifikasiyasını almışdır. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin **** saylı, ## #### 2022-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası vətəndaşlığına qəbul olunmuşdur. Bu səbəbdən gələcəkdə ixtisasına uyğun Azərbaycan Respublikası əmək qanunvericiliyinə əsasən əmək münasibətlərinə daxil olmaq məqsədi ilə peşə və ali təhsil pilləsində təhsilini davam etdirmək məqsədi ilə akademik tanınma zərurəti yaranmışdır. Bununla bağlı, qeyd edilir ki, iddiaçı ilə eyni qrupda təhsil almış şəxslərin ali təhsilə aid kvalifikasiyaları tanınmışdır. Belə olan halda, cavabdeh tərəfindən bir vətəndaşa münasibətdə tanıma prosesini həyata keçirilməsi, digər vətəndaşa qarşı isə keçirilməməsi diskriminasiya yol açmış olur, bu isə konstitusiya ilə iddiaçıya birbaşa verilmiş hüquqlarının məhdudlaşdırılmasına səbəb olur.
6. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
7. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı Rusiya Federasiyası Moskva Dövlət Açıq Universiteti tərəfindən ona verilmiş “Linqvistika və mədəniyyətlərarası kommunikasiya” bakalavr diplomu üzrə aldığı ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və bu barədə şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh xxxxnə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və xarici ali təhsil ixtisasının tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə xxxxnə müraciət etmişdir. Müraciətə baxılaraq İddiaçı Rusiya Federasiyası Moskva Dövlət Açıq Universitetinin lisenziyasız fəaliyyət göstərən Bakı filialında təhsil alması səbəbilə ##.##.2023-cü ildə iddiaçıya müvafiq sənədin verilməsindən imtina etmişdir. Bildirilir ki, iddiaçının təhsil aldığı müəssisə 2007-ci ildə lisenziya alaraq fəaliyyətə başlamışdır. Hesab edilir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2023-cü il tarixli, ** saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.1ci bəndinə əsasən tanınma üçün müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsi fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi tanınmaya dair ümumi tələblərə aiddir. Həmin Qaydaların 3.10-cu bəndinə əsasən bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda kvalifikasiyanın tanınmasından imtina haqqında qərar qəbul edilir. İddia ərizəsində qeyd edilən iddiaçının Bakı filialında təhsil almasına münasibətdə bildirilir ki, sözügedən filial Azərbaycan Respublikasında fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmədən - qanunsuz olaraq fəaliyyət göstərmişdir. Həmin dövrdə qüvvədə olmuş AR Prezidentinin 2002-ci il # ######## tarixli, *** nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”ın 1.5-ci bəndinə əsasən, xarici hüquqi və fiziki şəxslər, habelə xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri öz öhdəliklərində bu Qaydalarda göstərilən fəaliyyət növü ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətlərarası saziş olmadığı halda, həmin fəaliyyət növü ilə məşğul olmaq üçün bu Qaydalara uyğun olaraq lisenziya almalıdırlar. Eyni zamanda, həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin # ####### 1997-ci il tarixli, *** nömrəli fərmanı ilə təsdiq edilmiş “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı”na əsasən ali və orta ixtisas təhsil müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyəti lisenziya tələb olunan fəaliyyətlər sırasında yer almışdır. Bundan əlavə, Azərbaycan Respublikasının da qoşulduğu "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyanın, habelə “Xarici kvalifikasiyaların qiymətləndirilməsi meyarları və prosedurlarına dair yenidən işlənilmiş Tövsiyələrin V hissəsinə (qiymətləndirmə meyarları), "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyanın tətbiqinə dair qəbul edilmiş “Avropa regionu üzrə tanınma Təlimatı”nın 3-cü hissəsinə əsasən qeyd olunur ki, tanınma proseduru zamanı xarici ali təhsil ixtisasının əldə edildiyi ali təhsil müəssisəsinin statusu məsələsinə diqqət yetirilməli, yəni həmin müsəssisənin qanunvericiliyin tələblərin uyğun olaraq fəaliyyət göstərməsi, o cümlədən, akkreditasiyasının və lisenziyasının olubolmaması nəzərə alınmalıdır. Yekun olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı” nın Azərbaycan Respublikası Prezidentinin # ####### 1997- ci il tarixli, *** nömrəli fərmanı ilə təsdiq edilməsindən sonra bu sahədə lisenziyasız fəaliyyət göstəərən qanunsuz filiallarla bağlı tədbir görülməsinə başlamış, ali təhsil müəssisələrinin rektorlarına bu baraədə rəsmi məktublar göndərilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin (hakim: T.R.Məlikov) 2024-cü il ## ##### tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Moskva Dövlət Açıq Universitetinin Bakı filialın tam qanuni fəaliyyəti 2007-ci ildən 2010-cu il tarixədək olmuş və iddiaçının təhsil aldığı müddətdə (2002-2007-ci il) Universitetin Bakı filialı Azərbaycan Respublikasında qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınmadan və lisenziya almadan fəaliyyət göstərmişdir. Ona görə də onun fəaliyyəti qanunauyğun hesab edilməmişdir. Belə olan halda isə iddiaçının qeyri-qanuni fəaliyyət göstərmiş Moskva Dövlət Açıq Universitetinin Bakı filialında müvafiq tədris pilləsi üzrə müəyyən edilmiş təhsil proqramını mənimsəməsini təsdiq edən müvafiq diplomun ölkə ərazisində tanınması barədə iddiası əsaslı sayılmamalıdır.
10. Məhkəmə iddiaçı ilə eyni vaxtda təhsil almış şəxslərin ali təhsilə dair kvalifikasiyalarının tanınması ilə bağlı iddiaçının dəlili ilə razılaşmayaraq qeyd etmişdir ki, qanuna uyğun olmayan inzibati praktika tətbiq edilə bilməz. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 13.5-ci maddəsində göstərilir ki, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.
11. Qərardan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
b. apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: G.A.Məmmədova /sədrlik edən və məruzəçi/, A.P.Oruczadə və E.Ə.Əliyev) 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2024-cü il ## ##### tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi, iddiaçı İddiaçı Rusiya Federasiyası “Moskva Dövlət Açıq Universiteti” tərəfindən ***** qeydiyyat nömrəli, BCA seriyalı, ******* nömrəli, ## #### 2007-ci il tarixli diplomu ilə Dövlət Attestasiya Komissiyasının ## #### 2007-ci il tarixli Qərarına əsasən iddiaçıya verilmiş “Tərcümə və tərcüməşünaslıq” ixtisası üzrə “Linqvist və Tərcüməçi” üzrə ali təhsilə dair kvalifikasiyasının (səviyyəsi) tanınması və buna müvafiq olaraq ali təhsilə dair kvalifikasiyanın tanınmasına dair şəhadətnamənin verilməsi öhdəliyinin xxxxnin üzərinə ması qərara alınmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçıya xarici ali təhsil müəssisəsində aldığı diplomun tanınması ilə bağlı şəhadətnamə verilməməsinə baxmayaraq, həmin ali təhsil müəssisəsini bitirmiş digər məzunlara belə şəhadətnamənin təqdim olunması faktı təsbit edilmişdir. Cavabdehin iddiaçıya imtinası Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə ziddir. Belə ki, demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı Rusiya Federasiyasının Moskva Dövlət Açıq Universitetinin Bakı Filialında 2002- 2007-ci illərdə təhsil almışdır. Həmçinin müəyyən edilmişdir ki, AR Təhsil Nazirliyi tərəfindən xüsusi razılıq (lisenziya) ##.##.2007-ci il tarixdən- ##.##.2010-cu il tarixə qədər verilmişdir. Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin qanunauyğunluğunun, o cümlədən xüsusi razılıq və ya lisenziya əsasında fəaliyyət göstərməsinin təmin edilməsi, qanunsuz fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin qadağan olunması dövlətin aidiyyəti qurumlarının məsuliyyət sferasına aiddir. İddiaçının təhsil aldığı ali təhsil müəssisəsi uzun zaman kəsiyində fəaliyyət göstərmiş, onun fəaliyyəti həmin müddətdə qadağan olunmamışdır. Bu səbəbdən təhsil müəssisələrinin fəaliyyətinin qanunauyğunluğunun təmin olunmasına məsul olan dövlətin davranışına etimad göstərərək həmin müəssisənin fəaliyyətinin qanunauyğun olduğunu hesab edən və həmin müəssisədə təhsilini başa vuran iddiaçının diplomunun tanınmasından cavabdehin imtinası əsaslı sayıla bilməz. İddiaçı sözügedən Universiteti ##.##.2007-ci il tarixdə bitirmiş və diplom almışdır. Yəni iddiaçı, filialın fəaliyyəti ## ##### 2010-cu il tarixdə dayandırılmamışdan əvvəl oxumuş və ##.##.2007-ci il tarixli, BCA ******* nömrəli diplomu almışdır. Ali Məhkəmənin oxşar işlər üzrə formalaşmış hüquqi mövqeyinə görə, qeyd olunan təhsil müəssisəsinin fəaliyyətinin dayandırıldığı dövrə qədər məzun olmuş şəxslərə verilmiş diplomlar üzrə onların ixtisasları tanınmalı və ekvivalentliyin müəyyən edilməsi barədə müvafiq şəhadətnamə verilməlidir. Təhsil müəssisənin fəaliyyətinin qanunauyğunluğunu təmin etmək tələbə və məzunların deyil, təhsil siyasətini həyata keçirən və bu sahəyə məsul olan müvafiq dövlət qurumlarının məsuliyyət sferasına aiddir. Şəxs uzun müddət fəaliyyət göstərən təhsil müəssisəsinin bu fəaliyyətinin dövlət tərəfindən qadağan olunmadığına və bunun üzərindən dövlət tərəfindən həmin fəaliyyətin leqal sayıldığına inanmış, onun davranışına etimad göstərmiş və həmin təhsil müəssisəsinə daxil olmuş, orada təhsil almışdır. Cavabdeh bunları və Ali Məhkəmənin oxşar işlər üzrə formalaşmış hüquqi mövqeyini nəzərə almağa və ona uyğun davranmağa borcludur. Odur ki, ##.##.2007-ci il tarixində təhsilini başa vurmuş iddiaçı, təhsil müəssisəsinin fəaliyyətinin dayandırıldığı dövrə qədər aldığı diplom üzrə ixtisasının tanınmasını və ekvivalentliyin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsini tələb etməkdə haqlı sayılmalı, cavabdehin bundan imtinası qanunsuz hesab olunmalıdır. İddiaçının qeyd olunan Universitetdə təhsil aldığı və həmin Universitetin Azərbaycan Respublikasında fəaliyyət göstərdiyi dövrdə mövcud olmuş və hazırkı qanunvericilikdə Rusiya Federasiyasında qeydiyyata alınmış ali təhsil müəssisəsinin Azərbaycan Respublikasında fəaliyyət göstərməsi üçün lisenziya tələbi nəzərdə tutulmamışdır. Eyni zamanda Universitetin Bakıdakı fəaliyyətinin qanunsuz olması barədə məhkəmə qərarı mövcud deyildir. İddiaçının Universiteə qəbul olunduğu ildə, yəni 2002-ci ildə mövcud olan qanunvericilikdə ali və orta ixtisas təhsili müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi nəzərdə tutulmamışdır.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a. kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh tərəfindən təqdim edilən kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, vətəndaş ##.##.2023-cü il tarixində əldə etdiyi təhsil sənədinin tanınması üçün Agentliyə elektron ərizə sistemi ilə müraciət etdiyindən, onun müraciət tarixində qüvvədə olan normativ hüquqi akt, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il # ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları" uyğun olaraq həyata keçirilmişdir. İşə baxan Kollegiya həmin dövrdə qüvvədə olan digər əlaqəli normativ hüquqi aktın, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il # ######## tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar"ın ehtiva etdiyi normaları nəzərə almamışdır. İş üzrə Kollegiyanın xarici dövlətin ali təhsil müəssisəsinin filialını xarici hüquqi şəxsin filialı kimi dəyərləndirməmişdir. Moskva Açıq Universitetinin Bakı filialı məhz 2007-ci ildə o dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq ali təhsil fəaliyyəti üzrə ****** nömrəli lisenziya əldə etmişdir (əlavə olunur). Yəni, apellyasiya məhkəməsinin qərarında AR Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsində yer alan vəziyyəti ağırlaşdıran normativ hüquqi aktların geriyə şamiledilməziyi prinsipi cavabdeh orqan tərəfindən pozulmamışdır. Çünki, vətəndaşın təhsil sənədini əldə etdiyi ildə də bu sənəd həmin dövrün qanunvericiliyinə uyğun olaraq lisenziyasız müəssisəsədən əldə edilmişdir və qanunsuz olmuşdur. Nəticə etibarilə, ## ######## 1997-ci il tarixli, ***-IQ nömrəli Qanunla təsdiq edilmiş "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında" Konvensiyaya və onun icrasından irəli gələn məsələlərin həllinin təmin edilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il ## ### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"na əsasən də imtina qanuni və əsaslıdır. Azərbaycan Respublikası Prezidentinin # #### 2000-ci il tarixli, *** nömrəli sərəncamının 1-ci bəndində AR Təhsil Nazirliyi Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”da nəzərdə tutulmuş ali təhsil sahəsində xarici ixtisasların tanınması məsələləri üzrə Azərbaycan respublikası tərəfindən səlahiyyətli orqan təyin edilmişdir, yəni Konvensiyanın müddəalarına əsasən öz ölkəsində tanınan və ya tanınmayan (hazırkı mübahizə üzrə o dövr üçün lisenziyalı və ya lisenziyasız) müəssisələrin müəyyən edilməsi bu quruma həvalə edilmiş, həmin qurum isə yalnız 2007-ci ildə hazırkı iş üzrə iddiaçının məzun olmasından 5 ay sonra həmin müəssisəyə məhz növbəti dövr üçün fəaliyyətinə lisenziya verilmişdir. Ümumiyyətlə lisenziya/icazələr hər hansı fəaliyyət üzrə növbəti dövr və irəlidəki tarix üçün verilən sənədlər olub onların əvvəlki dövrlərə şamil edilməsi ümumiyyətlə nəzərdə tutulmur. Məhkəmə qərarınında istinad olunan, Azərbaycan Respublikasının 2003-cü il ## ### tarixli ***-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Höküməti və Rusiya Federasiyası Höküməti arasında təhsil, elmi adlar, elmi dərəcələr haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında Saziş"in ilk maddəsində deyilir: "X3 dövlət akkreditasiyası olan təhsil müəssisələri və Azərbaycan Respublikası və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq bu məqsədlə səlahiyyətləndirilmiş digər dövlət müəssisələri tərəfindən verilmiş təhsil, elmi adlar və elmi dərəcələr haqqında Azərbaycan Respublikası və Rusiya Federasiyasının dövlət nümunəli sənədlərinə şamil olunur." Həmin Sazişin 6-cı və 7-ci maddələrinə əsasən qarşılıqlı tanınmanın yalnız əyani formada əldə olunmuş sənədlərə şamil olduğu da bildirilir. Halbuki, hazırkı iş üzrə iddiaçının təhsilalma forması qiyabi olmuşdur.
16. Beləliklə, apellyasiya instansiyasın qərarının əsaslandırılmasında yer alan Sazişin müddəaları iş üzrə cavabdehin mövqeyinə uyğun olsa da, işə baxan kollegiyanın Sazişin həm akkreditasiya və qanunvericiliyə uyğun fəaliyyət göstərən müəssisə şərti həm də təhsil forması barədə ehtiva etdiyi tələb ümumiyyətlə mövcud deyilmiş kimi davranılmışdır. Həmçinin Məhkəmənin öz qərarın əsaslandırma hissəsində geniş yer verdiyii yer verdiyi apostil şəhadətnaməsi ilə xarici diplomun Azərbaycan Respublikasında tanınması məsələsi arasında əlaqə qurmaq cəhdləri ilə bağlı, bənzər mövqe ilə bağlı, oxşar işlər üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının *-*(***)-****/**** saylı, ##.##.2021-ci il tarixli Qərarının 29-cu bəndində qeyd edilir ki: "İddiaçının diplomuna xarici ölkədə apostille şəhadətnaməsinin əlavə olunması yalnız diplomdaki imzaların həqiqiliyini, sənədi imzalamış şəxslərin hansı qisimdə çıxış etdiyini təsdiq edir və a priori bu diplomların başqa ölkərdə, o cümlədən Azərbaycan Respublikasında tanınması məcburiliyi nəticələrini doğurmur. Cavabdeh qurum kvalifikasiya sənədinin həqiqiliyini mübahisələndirməmişdir. Bu başqa bir imtina əsasını təşkil etməkdədir. Məhkəmə qərarında adı qeyd edilən, vətəndaş X4 təhsil aldığı xarici ölkədə yerləşən təhsil müəssisəsinə dair araşdırma aparılmış, lakin həmin şəxsin təhsilini xarici ölkədə yerləşən təhsil müəssisəsinin Bakıdakı lisenziyasız filialda təhsil aldığı təsdiq edən faktlar tapılmamışdır. Yanlız digər şəxslərin şifahi çıxışları əsasında vətəndaşın əvvəlki dövrdə əldə etdiyi şəhadətnamənin ləğv edilməsi nə hüquqi nə də qanuni yanaşma olmadığı kimi, Məhkəmənin bu cür qeyri-müəyyən əsaslara istinad edərək bərabərlik hüququnu əsas gətirərək qanunsuz müəssisədə təhsil alan şəxsin diplomunun tanınmasına qərar verməsi də qanunsuz olmuşdur. "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır və Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Hazırkı iş üzrə inzibati orqan digər vətəndaşın təhsil sənədinin qanunsuz filialda alınmasını sübuta yetirəcək təsdiqedici sənədlərə malik olmadığı üçün həmin inzibati aktı qanunsuz elan edərək ləğv etməsi qanunçuluq prinsipinə ziddir, lakin apellyasiya intansiyasındakı icraat zamanı dəfələrlə işə baxan hakimlər kollegiyasının diqqətinə çatıdırılmışdır ki, əgər məhkəmə bunu təsdiq edən faktlara sahibdirsə "“Inzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun müvafiq maddəsinə əsasən özü də həmin şəhadətnaməni ləğv edə bilər. Apellyasiya instansiyası nəinki həmin sənədin ləğvi barədə sübutları araşdırmış, qanunsuz çıxarıldığı iddia olunan akt əsasında bərabərlik prinsipinə istinad edərək lisenziyasız filialda təhsil aldığı təsdiq olunmuş şəxsin diplomunun tanınması öhdəliyini cavabdeh orqanın üzərinə qoymuşdur. Hüquq və qanunvericilik vahid bir sistem və prinsiplər toplusudur ki, oradan müəyyən hissələri seçməklə digər hissələrdə normativ hüquqi aktları, hüququn prinsiplərinin pozulması yolverilməzdir. Məhkəmə bərabərlik prinsipinə (maddə 12) istinadla, hüququn və inzibati icraatın qanunçuluq (maddə 11) prinsipinin pozulmasına yol açmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.3.1-ci və 73.3.2-ci maddələrinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə və ya inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Lakin məhkəmə iddiaçının təhsil aldığı ali təhsil müəssisənin müvafiq qaydada qanunauyğun fəaliyyət göstərməməsi barədə cavabdehin mövqeyini (hansı ki, cavabdeh orqan bu sahə üzrə 2000-ci ildən normativ hüquqi aktlara əsasən ölkədə səlahiyyətli orqan kimi müəyyən olunmuşdur) nəzərə almadan öz mülahizəsi əsasında qərar qəbul etmişdir. Belə ki, ali təhsil müəssisəsinin müvafiq lisenziyaya və akkreditasiyaya malik olmasının müəyyənləşdirilməsi xarici kvalifikasiyaların tanınması sahəsində araşdırılması mühüm olan vacib məsələlərdən biridir və beynəlxalq təcrübədə də məhkəmələr tərəfindən deyil, səlahiyyətli qurumlar tərəfindən müəyyən edilir.
b. kassasiya şikayətinə etirazın dəlilləri
17. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, kassasiya şikayətinin təmin edilməməsi, qərarın dəyişdirilmədən saxlanılması xahiş edilmişdir.
18. Etiraz onunla əsaslandırılmışdır ki, ....."Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları" isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı, ## ### 2003-cü il tarixli qərarı ilə təsdiq edilmişdir. Beləliklə, “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında" Konvensiyası 2003-cü il tarixə kimi ölkədə Konvensiyanın müddəaları ümumi şəkildə işlənmişdir. Bu zaman iddiaçı yuxarıda keçən ali təhsil müəssəsində artıq tələbə idi. 2003-cü il tarixdə qəbul edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalarında” da ali təhsil müəssəsinin lisensenziyası olması ilə bağlı tələb yox idi. Həmin qaydalarda “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması” üçün yalnız iki tələb irəli sürülmüşdü: -ali təhsil haqqında sənədin onun verildiyi ölkədə tanınması; - təhsil sahəsində ixtisasların tanınmasının Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulması. Müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması tələbi isə ilk dəfə əvvəlki (2003-cü il tarixki) Qaydaların əvəzinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı, ## ###### 2023-cü il tarixli Qərarı ilə təsdiq edilmiş, martın 01-dən qüvvəyə minmiş və ## ###### 2023-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nda (cavabdehin imtina qərarı verərkən qüvvədə olan Qaydalarda) nəzərdə tutulmuşdur. ## ###### 2023-cü il tarixdə qəbul edilmiş Qaydaların 3.8-ci bəndinə əsasən tanınma ilə bağlı Agentlik aşağıdakı qərarlardan birini qəbul edir: 3.8.1. ali təhsilə dair kvalifikasiyanın akademik və peşə tanınması; 3.8.2. ali təhsilə dair kvalifikasiyanın akademik tanınması (tam, qismən, şərti və ya alternativ tanınması); 3.8.3. ali təhsilə dair kvalifikasiyanın peşə tanınması; 3.8.4. ali təhsilə dair kvalifikasiyanın tanınmasından imtina edilməsi. Həmin Qaydaların 3.10.1-ci bəndinə əsasən bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda kvalifikasiyanın tanınmasından imtina edilir: Həmin Qaydaların 4.1.1-ci bəndinə əsasən müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması tanınma üzrə ümumi tələblərdən biridir. İddiaçı təhsil aldığı 2002- 2007-ci illərdə ali təhsilə dair kvalifikasiyanın tanınmasından qaydalarında belə tanınma üçün ali təhsil müəssəsinin akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması vacib şərt deyildi. Belə olan halda iddiaçı həmin dövrdə təhsil aldığı ali məktəbin bu şərtlərə cavab verib-vermədiyini yoxlaya bilməzdi. Həmin dövrdə qüvvədə olan qanunvericilik iddiaçıda belə bir legitim gözlənti yaratmırdı. Qanunvericiliyin keyfiyyətliliyinin əsas şərtlərindən biri onun öncə görünən, proqnozlaşdırıla bilən olmasıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə olunacağına, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. ## ### 1998ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin *** saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları”nın 1.4-cü bəndinə əsasən xarici hüquqi şəxslərin filialları öz ölkələrində bu Qaydalarda göstərilən fəaliyyət növü ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətlərarası saziş olmadığı halda, onlar həmin fəaliyyət növü ilə məşğul olmaq üçün bu Qaydalara uyğun olaraq lisenziya almalıdırlar. Daha sonra, həmin maddi hüquq norması Azərbaycan Respublikası Prezidentinin *** saylı ## ######## 2002-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalarında təkrar edilmişdir. Həmin qaydaların 1.5-ci bəndinə əsasən xarici hüquqi və fiziki şəxslər, habelə xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri öz öhdəliklərində bu Qaydalarda göstərilən fəaliyyət növü ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətlərarası saziş olmadığı halda, həmin fəaliyyət növü ilə məşğul olmaq üçün bu Qaydalara uyğun olaraq lisenziya almalıdırlar. Nəhayət 2009-cu il tarixdə qəbul edilmiş “Təhsil haqqında” Qanunun 16.2-ci maddəsində eyni yanaşma təkrar edilmiş və göstərilmişdir ki, xarici hüquqi şəxslərin, onların filiallarının və nümayəndəliklərinin, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin öz ölkələrində təhsil fəaliyyəti ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınması dövlətlərarası müqavilələrlə müəyyən edilir. Göründüyü Rusiya Federasiyasının Moskva Dövlət Açıq Universitetinin Bakı filialının Azərbaycan Respublikasında ali təhsil verməsi ilə bağlı fəaliyyət göstərməsi üçün yenidən lisenziya alması məcburi tələb deyildi. Yalnız, Moskva Dövlət Açıq Universitetinin öz ölkəsində aldığı lisenziyasının Azərbaycanda tanınmasını mümkün edən Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlətlərarası müqavilə olmadığı təqdirdə Moskva Dövlət Açıq Universitetinin Bakı filialı Azərbaycanda fəaliyyət üçün lisenziya almalı idi. Azərbaycan Respublikasının ## ### 2003-cü il tarixli Qanunu ilə “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilmişdir. Həmin Sazişin 1-ci maddəsinə görə X3 dövlət akkreditasiyası olan təhsil müəssisələri və Azərbaycan Respublikası və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq bu məqsədlə səlahiyyətləndirilmiş digər dövlət müəssisələri tərəfindən verilmiş təhsil, elmi adlar və elmi dərəcələr haqqında Azərbaycan Respublikası və Rusiya Federasiyasının dövlət nümunəli sənədlərinə şamil olunur. Həmin Sazişin 6-cı maddəsinə görə dörd ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafiq olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilən bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali ixtisas təhsilinin birinci pilləsi haqqında diplom və bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında tanınır və onların sahiblərinə Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə əsasən və qəbul edən ali məktəbin tələblərinə uyğun olaraq magistr hazırlanma proqramı üzrə və mütəxəssis hazırlanma proqramı üzrə ali təhsillərini davam etdirmək hüququ verir. İşə qəbul zamanı bu diplomların sahiblərinin peşə hazırlığı həmin sənədlərdə göstərilmiş hazırlıq istiqaməti (ixtisası) və kvalifikasiyaya uyğun olaraq tanınır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı İddiaçı 2002-2007ci illər ərzində Moskva Dövlət Açıq Universitetinin “Tərcümə və tərcüməşünaslıq” ixtisasının “Linqvist, tərcüməçi” ixtisaslaşması üzrə, əyani formada təhsil almışdır və ona bu barədə BCA ******* nömrəli, ## #### 2007-ci il tarixli diplom verilmişdir. Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin qanunauyğunluğunun, o cümlədən xüsusi razılıq və ya lisenziya əsasında fəaliyyət göstərməsinin təmin edilməsi, qanunsuz fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin qadağan olunması dövlətin aidiyyəti qurumlarının məsuliyyət sferasına aiddir. İddiaçının təhsil aldığı ali təhsil müəssisəsi uzun zaman kəsiyində fəaliyyət göstərmiş, onun fəaliyyəti həmin müddətdə qadağan olunmamışdır. Bu səbəbdən təhsil müəssisələrinin fəaliyyətinin qanunauyğunluğunun təmin olunmasına məsul olan dövlətin davranışına etimad göstərərək həmin müəssisənin fəaliyyətinin qanunauyğun olduğunu hesab edən və həmin müəssisədə təhsilini başa vuran iddiaçının diplomunun tanınmasından cavabdehin imtinası əsaslı sayıla bilməz.
TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikası Prezidentinin # ######## 2002-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”: 1.5-ci bənd. Xarici hüquqi və fiziki şəxslər, habelə xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri öz öhdəliklərində bu Qaydalarda göstərilən fəaliyyət növü ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətlərarası saziş olmadığı halda, həmin fəaliyyət növü ilə məşğul olmaq üçün bu qaydalara uyğun olaraq lisenziya almalıdırlar.
20. Azərbaycan Respublikasının 2003-cü il ## ### tarixli 455-İİQ №-li, Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında” Sazişin (bundan sonra mətndə - Saziş): Maddə 1. X3 dövlət akkreditasiyası olan təhsil müəssisələri və Azərbaycan Respublikası və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq bu məqsədlə səlahiyyətləndirilmiş digər dövlət müəssisələri tərəfindən verilmiş təhsil, elmi adlar və elmi dərəcələr haqqında Azərbaycan Respublikası və Rusiya Federasiyasının dövlət nümunəli sənədlərinə şamil olunur (maddənin 1-ci bəndi). Bu Sazişin müddəaları onun qüvvəyə minməsindən əvvəl Azərbaycan Respublikası və Rusiya Federasiyası ərazisində verilmiş, bu maddənin 1-ci bəndində göstərilən sənədlərə münasibətdə də tətbiq olunur (maddənin 2-ci bəndi); Maddə 6. Dörd ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafiq olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilən bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali ixtisas təhsilinin birinci pilləsi haqqında diplom və bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında tanınır və onların sahiblərinə Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə əsasən və qəbul edən ali məktəbin tələblərinə uyğun olaraq magistr hazırlanma proqramı üzrə və mütəxəssis hazırlanma proqramı üzrə ali təhsillərini davam etdirmək hüququ verir. İşə qəbul zamanı bu diplomların sahiblərinin peşə hazırlığı həmin sənədlərdə göstərilmiş hazırlıq istiqaməti (ixtisası) və kvalifikasiyaya uyğun olaraq tanınır; Maddə 7. Beş ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafiq olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilən, mütəxəssis kvalifikasiyasının alınmasını təsdiq edən ali ixtisas təhsili haqqında diplom və mütəxəssis kvalifikasiyasının alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə əsasən və qəbul edən ali təhsil müəssisəsinin yaxud elmi müəssisənin tələblərinə uyğun olaraq təhsilin növbəti mərhələlərində təhsilin davam etdirilməsi zamanı tanınır. İşə qəbul zamanı bu diplomların sahiblərinin peşə hazırlığı həmin sənədlərdə göstərilmiş hazırlıq istiqaməti (ixtisası) və kvalifikasiyaya uyğun olaraq tanınır.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2023-cü il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”:
4. Tanınmaya dair tələblər 4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). 4.2. Ali təhsil üzrə kvalifikasiyaların akademik və peşə tanınması zamanı aşağıdakı meyarlar əsasında əhəmiyyətli fərqin mövcud olub-olmaması müəyyənləşdirilir: 4.2.1. kvalifikasiyanın aid olduğu təhsil səviyyəsi; 4.2.2. əldə olunmuş təlimin (tamamlanmış kreditlərin) həcmi; 4.2.3. yekun attestasiyanın nəticəsi və ya ümumi orta müvəffəqiyyət göstəricisi; 4.2.4. kvalifikasiyanın istiqaməti (profili); 4.2.5. təlimin nəticələri.
22. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2023-cü il tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”:
4. Tanınmaya dair tələblər 4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması;
23. İnzibati Prosessual Məcəllə: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
27. Hazırkı işdə iddiaçının hüquqi marağı Rusiya Federasiyası “Moskva Dövlət Açıq Universiteti” tərəfindən ***** qeydiyyat nömrəli, BCA seriyalı, ******* nömrəli, ## #### 2007-ci il tarixli diplomu ilə Dövlət Attestasiya Komissiyasının ## #### 2007-ci il tarixli Qərarına əsasən iddiaçıya verilmiş “Tərcümə və tərcüməşünaslıq” ixtisası üzrə “Linqvist və Tərcüməçi” üzrə ali təhsilə dair kvalifikasiyasının (səviyyəsi) tanınması və buna müvafiq olaraq ali təhsilə dair kvalifikasiyanın tanınmasına dair şəhadətnamənin verilməsi öhdəliyinin xxxxnin üzərinə qoyulmasından ibarətdir.
28. İşin müəyyən edilmiş hallarına görə, iddiaçı 2002-2007-ci illərdə Moskva Dövlət Açıq Universitetinin Bakı filialında “linqvist, tərcüməçi” ixitasası üzrə təhsil alımış və ona Moskva Dövlət Universiteti tərəfindən ##.##.2007-ci il tarixli diplom verilmişdir. İddiaçının təhsil aldığı müddətdə Moskva Dövlət Açıq Universitetinin Bakı filialı ali təhsil sahəsində fəaliyyətin göstərilməsi üçün xüsusi razılıq (lisenziya) almamışdır. İşin araşdırılan halları ilə müəyyən edilmişdir ki, sözügedən filialın fəaliyyətinə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 2007-ci ilin noyabr ayında xüsusi razılıq (lisenziya) verilmiş və 2010cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi üzrə müvafiq əmrə əsasən həmin filialının fəaliyyətinə verilmiş xüsusi razılıq (lisenziya) ləğv edilmişdir. İddiaçı 2007-ci ildə Filiala xüsusi razılığın (lisenziyanın) verilməsindən 3 ay əvvəl adı çəkilən Universitetdən məzun olmuşdur.
29. Apellyasiya instansiya məhkəməsi iddianın təmin edilməsinə dair mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının qeyd olunan Universitetdə təhsil aldığı və həmin Universitetin Azərbaycan Respublikasında fəaliyyət göstərdiyi dövrdə mövcud olmuş və hazırkı qanunvericilikdə Rusiya Federasiyasında qeydiyyata alınmış ali təhsil müəssisəsinin Azərbaycan Respublikasında fəaliyyət göstərməsi üçün lisenziya tələbi nəzərdə tutulmamışdır. Eyni zamanda Universitetin Bakıdakı fəaliyyətinin qanunsuz olması barədə məhkəmə qərarı mövcud deyildir. Göründüyü kimi, iddiaçının Universiteə qəbul olunduğu ildə, yəni 2002-ci ildə mövcud olan qanunvericilikdə ali və orta ixtisas təhsili müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi nəzərdə tutulmamışdır.
30. Kollegiya apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(***)- ****/**** nömrəli üç ulduz nişanı verilmiş oxşar işindəki mövqeyinə istinad etməyi zəruri sayır. Həmin qərarda təsbit edilmişdir ki, “...xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə bağlı müraciətlərə baxılarkən şəxsə kvalifikasiyanın verildiyi tarixdə qüvvədə olmuş qanunvericilik deyil, məhz müraciətin edildiyi tarixdə qüvvədə olan qanunvericilik tətbiq edilməlidir”. İddiaçı cavabdehə ali təhsilə aid kvalifikasiyasının (diplomunun) tanınması üçün ##.##.2023-cü il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2023-cü il tarixli, ** nömrəli Qərarı qəbul edilmiş və əvvəlki – 2003-cü il ## ### tarixli ** nömrəli Qərar ləğv edilmiş və # #### 2023-cü il tarixdən yeni Qaydalar qüvvəyə minmişdir. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2023-cü il tarixli, **** nömrəli Fərmanı ilə növbəti dəfə Qaydalar təsdiq edilmişdir və qeyd edilən Nazirlər Kabinetinin # ###### 2023-cü il tarixli, ** nömrəli Qərarı Qaydalara aid hissəsində ləğv olunmuşdur. Buna görə də, hazırkı işdə iddiaçının ##.##.2023-cü il tarixdə müraciət etdiyi üçün həmin tarixdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2023-cü il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın tələbləri tətbiq edilməlidir. Nazirlər Kabinetinin # ###### 2023-cü il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların 4.1.1.-ci bəndində Tanınma üzrə ümumi tələblər sərasında “müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması” göstərilmişdir. Prezidentinin ## ###### 2023-cü il tarixli, **** nömrəli Fərmanla təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nda da 4.1.1.-ci bəndi dəyişdirilmədən saxlanılmışdır.
31. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikasının da qoşulduğu "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyanın, habelə “Xarici kvalifikasiyaların qiymətləndirilməsi meyarları və prosedurlarına dair yenidən işlənilmiş Tövsiyələrin V hissəsinə (qiymətləndirmə meyarları), "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyanın tətbiqinə dair qəbul edilmiş “Avropa regionu üzrə tanınma Təlimatı”nın 3-cü hissəsinə əsasən qeyd olunur ki, tanınma proseduru zamanı xarici ali təhsil ixtisasının əldə edildiyi ali təhsil müəssisəsinin statusu məsələsinə diqqət yetirilməli, yəni həmin müəssisənin qanunvericiliyin tələblərin uyğun olaraq fəaliyyət göstərməsi, o cümlədən, akkreditasiyasının və lisenziyasının olub-olmaması nəzərə alınmalıdır.
32. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il # ######## tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”ın 1.5-ci bəndinə əsasən, xarici hüquqi və fiziki şəxslər, habelə xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri öz öhdəliklərində bu Qaydalarda göstərilən fəaliyyət növü ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətlərarası saziş olmadığı halda, həmin fəaliyyət növü ilə məşğul olmaq üçün bu Qaydalara uyğun olaraq lisenziya almalıdırlar.
33. Eyni zamanda, həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 1997-ci il # ####### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı”na əsasən ali və orta ixtisas təhsil müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyəti lisenziya tələb olunan fəaliyyətlər sırasında yer almışdır.
34. Göründüyü kimi, həm tanınma üçün müraciətin edildiyi tarixdə, həm də hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan qanunvericilik normalarına uyğun olaraq təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə təhsil fəaliyyəti göstərmək üçün səlahiyyətli qurum tərəfindən dövlət lisenziyası əldə etməsi tələb olunurdu. Moskva Dövlət Açıq Universitetinin Bakı filialı isə iddiaçının təhsil aldığı dövrdə xüsusi razılıq (lisenziya) almamışdır.
35. Apellyasiya instansiya məhkəməsinin “təhsil müəssisələrinin fəaliyyətinin qanunauyğunluğunun təmin olunmasına məsul olan dövlətin davranışına etimad göstərərək həmin müəssisənin fəaliyyətinin qanunauyğun olduğunu hesab edən və həmin müəssisədə təhsilini başa vuran iddiaçının diplomunun tanınmasından cavabdehin imtinasının əsaslı olmaması” ilə bağlı mövqeyinə münasibətdə Kollegiya qeyd edir ki, “İnzibati İcraat Haqqında” Qanunun 13.5-ci maddəsinə görə, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Məsələ bu halda etimad hüququnun qorunması prinsipinin deyil, qanunçuluq prinsipinin təsiri altına düşür. Şəxs başqasına münasibətdə tətbiq edilmiş qanunsuzluğun etimad hüququnun qorunması prinsipinə istinadla ona münasibətdə də tətbiq edilməsini tələb etmək hüququna sahib deyildir.
36. Nəticə etibarı ilə, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin olunmamalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilsin. İddia tələbi rədd edilsin. Qərar qətidir.