Məhkəmə qərarları › İş №2-1(102)-3653/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-3653/2025

24.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-3653/2025 24.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi (əmək kitabçasının mötəbərliyi; iş yerindən verilmiş güzəştli arayış); oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; şikayət üzrə kassasiyanın mümkün sayılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərə yaşa görə əmək pensiyasının 57 yaşdan təyin edilməsi və əvvəlki 3 il üzrə ödənilməmiş əmək pensiyası məbləğinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI

1. Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, 57 yaşdan əmək pensiyasının təyin edilməsi və müraciət etməmişdən əvvəlki 3 il üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.

2. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh ##.##.2024-cü il tarixli, *-**-*/*-**-******/**** nömrəli cavab məktubu ilə müraciətinin təmin olunmasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair arayışlara əsasən, onun ##.##.1983-cü ildən ##.##.2006-cı ilə kimi 23 il güzəştli stajı mövcuddur ki, üzərinə 3 il 5 ay əyani təhsil gəldikdə 26 il 5 ay staj edir ki, bu da qanunvericiliyə əsasən ##.##.2006-cı il tarixinə kimi həmin dövrdə qüvvədə olmuş normalara əsasən tələb olunan 3 şərti tamamlamış olur: 1) 25 il ümumi iş stajı, 2) 12 il 6 ay zərərli sahə, 3) 57 yaşın tamam olması. Həmçinin, ##.##.2006 -##.##.2019-cu il tarixə kimi isə 8 il 9 ay 19 gün stajı vardır: ##.##.2006 - ##.##.2010 – 3 il 6 ay 21 gün (“K Qızıl Qaya”-da elektrik); ##.##.2012- ##.##.2013 – 9 ay (“xxxx” Şirkətində fəhlə); ##.##.2013-##.##.2015 – 2 il 5 ay (“xxxx” MMCdə elektrik); ##.##.2016-##.##.2017 – 1 il 1 ay 19 gün (“xxxx” MMC-də elektrik); ##.##.2018-##.##.2019 – 1 il (“xxxx” MMC-də elektrik montyoru). Beləliklə, ümumilikdə ##.##.2006-cı il tarixə kimi 26 il 5 ayın üstünə 8 il 9 ay 19 gün də gəldikdə, ümumilikdə 35 il 2 ay 19 gün əmək fəaliyyəti ilə məşğul olmuşdur ki, bunun da çoxunu zərərli sahədə çalışmışdır. Beləliklə də, cavabdehin imtinasına görə onun güzəştli iş stajı “12 il 6 aydan az, yəni 4 il 3 ay 16 gün (##.##.1983-##.##.1987-ci il tarixləri arasındakı dövr) təşkil edir” kimi münasibət bildirilməsi əsassız olmuşdur. Iş yerlərində zərərli sahədə əmək fəaliyyəti ilə məşğul olması ilə bağlı həmin müəssisələr tərəfindən tərtib olunmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarına müvafiq verilmiş güzəştli arayışlar mövcuddur, hansı ki, cavabdeh bütün bunları sosial sığorta stajına daxil etməmişdir. Belə ki, cavabdehin gəldiyi nəticəyə görə bu cür münasibət bildirməsi qanunvericiliyin tələbləri ilə ziddiyyət təşkil edir.

3. Cavabdeh tərəfindən iddia ərizəsinə etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən ##.##.2024-cü il tarixdə iddiaçıya verilmiş *-**-*/*-**-******/**** nömrəli cavab məktubunda iddiaçının qanunla tələb edilən güzəştli iş stajı olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş # ### 1983-cü il tarixli ИТ-İ seriyalı, ******* nömrəli iddiaçıya məxsus əmək kitabçasında və “xxxx” ASC-nin iddiaçıya dair nömrəsiz və tarixsiz arayışında şəxsin ##.##.1987-##.##.1992-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin elektrik sexində elektrik montyoru, ##.##.1993- ##.##.1998-ci il tarixləri arasındakı dövr ərzində isə energetik vəzifələrində işlədiyi qeyd edilmişdir. Sözügedən müəssisədəki iş stajına dair məlumatların Mərkəzi Filialın mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı, həmin müəssisənin fəaliyyət sahəsinin sözügedən arayışda istinad edilən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan sement istehsalı sahəsinə aid olmadığı, iddiaçının energetik vəzifəsində işlədiyi müddətə dair heç bir sənəd təqdim edilmədiyindən həmin dövrə dair məlumatların dəqiqləşdirilməsinin mümkün olmadığı müəyyən edilmişdir. Bundan əlavə, “xxxx” MMC-nin ##.##.2023-cü il tarixli, AZF-****/***-K nömrəli arayışında ##.##.2016-##.##.2017-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının həmin müəssisədə elektrik vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi elektrik vəzifəsi sözügedən arayışda istinad edilən, yuxarıda göstərilən elektrik montyorları, xərçilər vəzifəsinə aid deyil. Göstərilənlərə əsasən, o qənaətə gəlmişlər ki, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (4 il 3 ay 16 gün (##.##.1983-##.##.1987-ci il tarixləri arasındakı dövr)) təşkil edir.

4. Bakı Inzibati Məhkəməsinin (hakim: A.A.Abdullayeva) ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı ##.##.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi tarixdən əvvəlki üç il üzrə ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir.

5. Birinci instansiya məhkəməsinin əsaslandırması: 5.1. Iş materiallarına əlavə edilmiş iddiaçının işlədiyi müəssisələr tərəfindən verilmiş “Şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə işləməsinə dair” arayışlara (o cümlədən, məhkəmənin sorğusuna cavab olaraq verilmiş) əsasən müəyyən edilmişdir ki, iddiaçının, həqiqətən, ##.##.2006-cı il tarixədək işlədiyi peşələr, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahıların”da dağ-mədən işləri 1 (bir) bölməsinin açıq üsulla mişar daşı kəsilən karxananın səthindəki işlərində elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru (kod: 2180100a-19861) və energetik (2010100b- 25455) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə, yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuş Elektrik avadanlığının (texnoloji və tozsuzlaşdırıcı) təmiri və xidmət üzrə elektrik montyorları (14. Tikinti materialları istehsalı bölməsinin 14.1-ci bəndinin (Sement istehsalı) a) fəhlələr bəndi (əvvəlki siyahı üzrə kod- 2180100a-19861)) peşələri ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ verir və onun həmin vəzifələrdə güzəştli iş stajı, ümumilikdə 12 il 6 aydan artıq təşkil edir. Göründüyü kimi, iddiaçının ağır zərərli iş şəraitində, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə işləməsi onun işlədiyi müəssisələr tərəfindən verilmiş arayışla təsdiq olunur. 5.2. Eləcə də, iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus sənədlərə (əmək kitabçası, əyani təhsil alması ilə bağlı arayış və işlədiyi müəssisələr tərəfindən verilmiş arayışlar) əsasən müəyyən edilir ki, iddiaçının ümumi iş stajı 25 il artıqdır. Cavabdeh tərəfindən də iddiaçının ##.##.2006-cı il tarixədək ümumi iş stajının 25 ildən az olmaması mübahisələndirilməmişdir. Bununla da, məhkəmə hesab edir ki, iddiaçı ## ###### 2006cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən güzəştli şərtlərlə pensiya hüququ qazanmışdır. Bu səbəbdən də ona 57 yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir.

6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, E.Ə.Əliyev və K.H.Əkbərov) ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

7. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

8. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

9. Məhkəmə kollegiyası hesab edir ki, IPM-in 94.2-ci, 96.2-96.3-cü, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, HYPERLINK "https://supremecourt.gov.az/storage/pages/1970/kassasiya-sikayetinin-mumkunluyu- 06112023-yenilenmis-son-1.pdf" Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

10. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və Inzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə Inzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

11. Hazırkı işdə şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

12. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur.

13. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadına istinad olunmaqla qəbul etdiyi qərardadlarda (##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli; ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxsin əmək kitabçasında onun əmək fəaliyyətini əks etdirən qeydlər, bu qeydlərə dair əsaslı şübhələr yoxdursa, mötəbər sayılır və həmin qeydlərin aid olduğu dövr şəxsin sosial sığorta stajına daxil edilir. Bu qeydlərin şübhəli olmasını sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşür.

14. Bundan əlavə, “Inzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə, həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır.

15. Hazırkı iş üzrə iddiaçı ##.##.1963-cü il təvəllüdlü olmaqla, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş yaş həddinə (57 yaşa) çatması və ##.##.2006-cı il tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq güzəştli iş stajına malik olması işin aşağı instansiya məhkəmələri tərəfindən araşdırılması zamanı (iddiaçıya məxsus əmək kitabçası; iş yerindən verilmiş güzəştli arayış və məhkəmə sorğularına cavab məktubları) öz təsdiqini tapmışdır. Qeyd edilməlidir ki, iddiaçı ##.##.2006-cı il tarixədək azı 25 il ümumi və 12 il 6 ay xüsusi (güzəştli) iş stajına malik olduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası hüququna malikdir.

16. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur.

17. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.

18. Bundan başqa, hazırkı iş üzrə IPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

19. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDI :

Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar