Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3654/2025 15.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (texniki pasportun və plan-ölçünün verilməsi, iddianın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Əlizadə İradə Tapdıq qızı) “texniki pasportun və planölçünün verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il ## ######## tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının ##.##.2019-cu il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, ****а saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının iddiaçının mərhum anası X1 məxsus olması haqqında arayışın iddiaçı İddiaçı verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəmənin ##.##.2019- cu il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin ##.##.2019-cu il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. ƏMDX xxxx Publik Hüquqi Şəxsinin Çıxarışının (elektron) surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, ****а saylı bağ sahəsinə xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ##.##.2023cü il tarixdə
2. qeydiyyata alınmışdır.
3. İddiaçı cavabdehə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, ****а saylı bağ sahəsinə dair texniki sənədin "torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsini xahiş etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilərək bildirilmişdir ki, iddia edilən ərazi digər fiziki şəxsin adına qeydiyyata alınmışdır. Əlavə olaraq bildirilmişdir ki, təqdim edilmiş sənədlər toplusunda ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Şəhər İcra Hakimiyyətinin BTİ və İB-nin ##.##.2005-ci il tarixli, *** nömrəli protokoluna əsaslanaraq hazırladığı və 15040 nömrəsi ilə ##.##.2009-cu il tarixində qeydə aldığı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində **** saylı bağ sahəsinin yerləşmə mövqeyi səhv təyin olunmuşdur. Arxiv sənədlərinə əsasən "1095” və “1095а” saylı bağ sahələrinin yerləşmə mövqelərinin yerinin dəyişdirilməli olduğu müəyyən edilmişdir. “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin dəyişdirilməsi üçün qarşı tərəfin razılığı olmadığı təqdirdə məsələnin məhkəmə qaydasında həlli barədə sizə ##.##.2023-cü il tarixli, 3-21- *-**/*-N-****-**/**** nömrəli, 29.11,2023-cü il tarixli, *-**-*-**/*-N-****/**-*/**** nömrəli, 21,12.2023-cü il tarixli 3- **-*- **/*-N-****/**-*/**** nömrəli məktublarla və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh publik hüquqi şəxsinin inzibati binasında ##.##.2023-cü il tarixində qəbul edilərkən ətraflı izahat verilmişdir”.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı İddiaçı məhkəməyə müraciət edərək, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, ****а saylı bağ sahəsinə dair texniki sənədlərin (texniki pasport və torpaq sahəsinin planı və ölçüsü) verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsə ərizə ilə müraciət edərək, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, ****а saylı bağ sahəsinə dair texniki sənədlərin (texniki pasport və torpaq sahəsinin planı və ölçüsü) verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ona ünvanlanmış müraciətə baxılması barədə 3-21-3/2-N-0553- */**** nömrəli, ##.##.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, torpaq sahəsinə dair texniki sənədin “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsindən imtina edilmə səbəbi iddia edilən ərazinin digər fiziki şəxsin adına qeydiyyata alınması ilə bağlı olmuşdur. Əlavə olaraq təqdim edilmiş sənədlər toplusunda ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhəri İcra Hakimiyyətinin BTİ və İB-nin ##.##.2005-ci il tarixli, *** nömrəli protokoluna əsaslanaraq hazırladığı və 15040 nömrəsi ilə ##.##.2009cu il tarixində qeydə aldığı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində **** saylı bağ sahəsinin yerləşmə mövqeyi səhv təyin olunmuşdur. Arxiv sənədlərinə əsasən “1095” və "1095а” saylı bağ sahələrinin yerləşmə mövqelərinin yerinin dəyişdirilməli olduğu müəyyən edilmişdir.“Torpaq sahəsinin planı və ölçüsü” sənədinin dəyişdirilməsi üçün qarşı tərəfin razılığı olmadığı təqdirdə məsələnin məhkəmə qaydasında həlli barədə ##.##.2023-cü il tarixli *-**-*-**/*-N-****-**/**** nömrəli, ##.##.2023-cü il tarixli, 3-21-3- **/*-N-****/**-*/**** nömrəli, ##.##.2023-cü il tarixli 3- **-*-**/*-N-****/**-*/**** nömrəli məktublarla və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh publik hüquqi şəxsinin inzibati binasında ətraflı izahat verilmişdir. Göründüyü kimi, cavabdehin özünün etdiyi səhvə baxmayaraq ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, ****а saylı bağ sahəsinə dair texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsü) vermir. Bu isə əmlakı üzərində hüququnun reallaşdırılması imkanını məhdudlaşdırır. Halbuki, hüquqların qeydiyyatı barədə çıxarışla yanaşı, çıxarışın verildiyi daşınmaz əmlakın texniki pasportun və ya plan-ölçü sənədinin verilməsi təmin edilməlidir. Cavabdehin özünün də qeyd etdiyi kimi “Torpaq sahəsinin planı və ölçüsü” sənədində **** saylı bağ sahəsinin yerləşmə mövqeyi cavabdeh tərəfindən səhv təyin edilmiş və buna görə də, qarşı tərəfin razılığını almaqla qeyd olunan səhvi cavabdeh özü aradan qaldırmalıdır və ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, ****а saylı bağ sahəsinə dair texniki sənədlərin (texniki pasport və torpaq sahəsinin planı və ölçüsü) ona verilməsi təmin edilməlidir. Belə ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, ****а saylı bağ sahəsi ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətindir.
6. Məhkəmənin qərardadı ilə iş üzrə Əlizadə İradə Tapdıq qızı üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb olunmuşdur.
7. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, göstərilən (koordinatları təqdim olunan) sahə digər fiziki şəsxin (Əlizadə İradə Tapdıq qızı) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Bu səbəbdən plan ölçünün tərtib edilməsi mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.3- 8. cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olubolmamasının müəyyən edilməsi yolu ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.
9. Bakı İnzibati Məhkəməsinin (hakim: L.S.Musayeva) 2025-ci il ## ### tarixli, *- *(***)-****/**** saylı qərardadı ilə iddia mümkün sayılmamışdır.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının ##.##.2019-cu il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, bağ sahəsinin iddiaçının mərhum anasına məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh xxxx publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh qurum tərəfindən torpaq sahəsinə dair arayış tərtib edilərək bunun əsasında iddiaçının adına həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış verilsə də, məhkəmə aktının icrası başa çatdırılmamışdır. İddiaçının hüquqi marağı torpaq sahəsinin planı və ölçüsünün təsviri sənədinin tərtib olunmasına yönəlib. Torpaq sahəsinin planı və ölçüsünün təsviri Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş və mahiyyət etibarilə özündə daşınmaz əmlakın dövlət reyestrinə qedə alınmalı məlumatları əks etdirir. Odur ki, həmin sənədin tərtibi torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydə alınmasına dair vahid prosesinin davamıdır. Bu səbəbdən hazırki iddia tələbinə dair artıq qüvvədə olan məhkəmə qərarı olduğu üçün iddia tələbi mümkün sayılmamalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, qüvvədə olan məhkəmə qərarının icrasının təmin edilməsi iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında təmin edilməlidir.
11. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermiş və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində icraat:
12. Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının (hakimlər K.H.Əkbərov /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və N.X.Nəbizadə) 2025-ci il ## ######## tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməyərək, Bakı İnzibati Məhkəməsinin 2025-ci il ## ### tarixli, *-*(***)-****/**** saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qənaətini onunla əsaslandırmışdır ki, işin hallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının ##.##.2019-cu il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, bağ sahəsinin iddiaçının mərhum anasına məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh xxxx publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh qurum tərəfindən torpaq sahəsinə dair arayış tərtib edilərək bunun əsasında iddiaçının adına həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış verilsə də, məhkəmə aktının icrası başa çatdırılmamışdır. İddiaçının hüquqi marağı torpaq sahəsinin planı və ölçüsünün təsviri sənədinin tərtib olunmasına yönəlib. Torpaq sahəsinin planı və ölçüsünün təsviri Azərbaycan Respublikası Prezidentinin 2015- ci il 17 iyun tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş və mahiyyət etibarilə özündə daşınmaz əmlakın dövlət reyestrinə qedə alınmalı məlumatları əks etdirir. Odur ki, həmin sənədin tərtibi torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydə alınmasına dair vahid prosesinin davamıdır.
14. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırki iddia tələbinə dair artıq qüvvədə olan məhkəmə qərarı olduğundan məhkəmə qərarının icrasının təmin edilməsi iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası yuxarıda sadalanan halları nəzərə alaraq hesab edir ki, ərizəçinin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır.
15. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il ## ######## tarixli, *-*(***)-****/**** saylı qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün sayılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a) kassasiya şikayətinin dəlilləri
16. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti iddia tələbi və apellyasiya şikayətinin məzmununa uyğun şəkildə əsaslandırılmışdır.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
18. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. ... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.
19. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin ## ####### 2021-ci il tarixli F-*** nömrəli əmri ilə təsdiq edilmiş “xxxx publik hüquqi şəxsin Nizamnaməsi”: Bənd 3.1. bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələrinə aid edilmişdir: 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam vəhərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçılara övladlığa götürmə üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
27. Kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq Kollegiya aşağıdakıları qeyd edir.
28. Hazırki iş üzrə iddiaçının hüquqi marağı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, ****а saylı bağ sahəsinə dair texniki sənədlərin (texniki pasport və torpaq sahəsinin planı və ölçüsü) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.
29. Kollegiya qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı müraciət etmiş şəxslərə cavabdeh əksər hallarda hüququn qeydiyyatı haqqında müvafiq çıxarış verməklə kifayətlənir. Nəticədə həmin şəxslər müəyyən müddətdən sonra daşınmaz əmlaka dair müvafiq texniki sənədin (texniki pasportun və ya plan-ölçü sənədinin) verilməsi barədə yenidən cavabdehə müraciət etməli olur və hətta müəyyən hallarda cavabdeh tərəfindən çıxarış verilmiş şəxslərə belə, müxtəlif səbəblərdən (koordinatların, döngə nöqtələrinin məlum olmaması, sərhədlərin və ölçülərin məlum olmaması və sair) həmin sənədlərin verilməsindən imtina olunur. Bu da, növbəti məhkəmə çəkişmələrinin yaranmasına və məhkəmələrdə iş yükünün artmasına, şəxsin əmlak üzərində hüququnun reallaşdırılması ilə bağlı imkanlarının məhdudlaşdırılmasına səbəb olur. Ali Məhkəmə hesab edir ki, belə halların qarşısının alınması məqsədi ilə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı cavabdeh tərəfindən vahid sənəd prinsipi tətbiq olunmalı, hüquqların qeydiyyatı barədə çıxarışla eyni zamanda həmin çıxarışın ayrılmaz hissəsi olan, barəsində çıxarışın verildiyi daşınmaz əmlakın identifikasiyası və fərdiləşdirilməsi üzrə göstəriciləri (məkan, ölçü, coğrafi və texniki göstəriciləri) nəzərdə tutan müvafiq texniki sənədin (texniki pasportun və ya plan-ölçü sənədinin) verilməsi də təmin edilməlidir.
30. Nəzərə almaq lazımdır ki, daşınmaz əmlaka münasibətdə vahid sənəd prinsipi daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasına dair həm bu barədə çıxarışın, həm də həmin çıxarışın tərkib hissəsi kimi daşınmaz əmlakın qeyd olunan göstəricilərini əks etdirən müvafiq texniki sənədlərin eyni zamanda tərtib olunmasını və maraqlı şəxsə verilməsini ehtiva edir. Məhkəmə kollegiyası qeyd edir ki, belə yanaşma həm də dövlət xidmətləri sahəsində səmərəli, xidmətyönümlü, düzgün və qənaətcil idarəçilik prinsiplərinin təmin olunması məqsədlərindən irəli gəlir
31. İş materiallarından müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının ##.##.2019-cu il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, ****а saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının iddiaçının mərhum anası X1 məxsus olması haqqında arayışın iddiaçı İddiaçı verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəmənin ##.##.2019-cu il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin ##.##.2019-cu il tarixli, 2-1(103)- ****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
32. Kollegiya qeyd edir ki, sözügedən torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasına əsas həmin torpaq sahəsinin iddiaçının mərhum anası X1 məxsus olması haqqında arayış olmuşdur. Həmin arayışın verilməsi öhdəliyi isə yuxarıda qeyd olunan qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında cavabdehin üzərinə qoyulmuşdur. Belə olan halda apellyasiya instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, hazırki iddia tələbinə dair artıq qüvvədə olan məhkəmə qərarı olduğundan məhkəmə qərarının icrasının təmin edilməsi iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında təmin edilməlidir.
33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il ## ######## tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.