Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-3657/2024 19.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: müddətin ötürülməsinə görə apellyasiya şikayətinin mümkün sayılmaması; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İdd iаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının bərpa edilməsi və s.” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 oktyabr 2024-cü il tarixli, 2-1(103)-3551/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı İnzibati Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2-1(112)-7420/2024 nömrəli qərardadı ilə (hakim H.A.Ağalarov) “əmək pensiyasının bərpa edilməsi və s.” tələblərə dair iddia mümkün sayılmamışdır.
2. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegi yasının 10 oktyabr 2024-cü il tarixli, 2-1(103)-3551/2024 nömrəli qərardadı ilə (hakimlər E.Ə.Əliyev /sədrlik edən və məruzəçi/, R.Ə.Səmədov, X.A.Cəmilova) Bakı İnzibati Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2-1(112)-7420/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək şikayətin qəbulundan imtina edilmişdir.
3. Apellyasiya məhkəməsinin mövqeyinə görə, iş materiallarında olan elektron çıxarışdan (səh.101) görünür ki, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7420/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı iddiaçının nümayəndəsi və vəkili Vəkil elektron kabinetinə xx.xx.2024-cü il tarixində yerləşdirilmiş və həmin qərardaddan apellyasiya şikayəti xx.xx.2024-cü il tarixində verilməklə qanunla müəyyən edilmiş 10 günlük müddəti ötürmüşd ür. Göründüyü kimi, iddiaçı müvafiq qərardadı lazımi qaydada əldə etməsinə baxmayaraq, apellyasiya şikayətini prosessual müddət ötürülməklə vermişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə müraciət edərək qeyd etmişdir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "xxxx" MMC tərəfindən yaradılan sima bulud əsaslı yeni nəsil rəqəmsal imza xx.xx.2022 tarixdən ictimaiyyətə təqdim olunub. Lakin həm asan imza, həm də sima imzanın eyni anda tətbiqi zaman-zaman vahid məhkəmə sistemindən istifadə edərkən bəzi problemlər yaradır. Qeyd edək ki, 13 avqust 2024-cü ildə bütün gün ərzində, 14 avqust 2024-cü il tarixində isə səhər saatlarından bir neçə dəfə apellyasiya şikayətini yükləməyə cəhd etdik. Lakin yuxarıda sadaladığımız səbəblərdən dolayı sənədlərin si stemdə təsdiqi və yüklənməsi saat 14:45dən bir neçə dəqiqə gec olmuş ola bilər. Amma dəyişməyən və mübahisəsiz fakt odur ki, apellyasiya şikayəti müddətin 10-cü günündə, yəni 14 avqust 2024-cü ildə təqdim edilib. Beləliklə, qanunvericiliyə əsasən, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulan müddət ötürülməyib. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, elektron sistemdə nasazlıq olduğuna dair iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Həmçinin müvafiq elektron sistemdə nasazlıq olsa da belə, iddiaçının poçt vasitəsilə apellyasiya şikayəti vermək imkanı olmuşdur. İddiaçı isə qərardad təqdim olunduğu gündən 10 gün sonra (sonuncu gündən sonra) elektron sistemdə apellyasiya şikayəti verməyə cəhd etmişdir. Məhkəmə inzibati prosessual qanunvericiliyin normaları baxımından ər izəçinin apellyasiya qaydasında mübahisələndirdiyi Bakı İnzibati Məhkəməsinin e-2-1(112)7420/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından apellyasiya şikayətini qanunla müəyyən edilmiş 10 günlük müddət ərzində verdiyini təsdiq edən sübutları və ya həmin müddətin ötürüldüyü təqdirdə həmin müddətin üzrlü sayılması ilə bağlı mötəbər sübutları təqdim etməmələrini nəzərə alaraq hesab etmişdir ki, şikayət qeyri-mümkün sayılmalı və onun qəbulundan imtina edilməlidir.
4. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 oktyabr 2024-cü il tarixli, 2-1(103)-3551/2024 nömrəli qərardadının ləğv olunmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
5. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddə alarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
6. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyət li olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 9 6.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
7. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
8. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir ç ox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əgər inzibati məhkəmə icraatının iştirakçıları qanunla nəzərdə tutulmuş müddəti bu və ya digər səbəbdən ötürmüşlərsə, müddətin bərpa edilməsinə dair vəsatətlə birlikdə müddətin üzrsüz səbəbdən ötürülməsi və ya ötürülmədiyi barədə müvafiq sübutlar təqdim etməlidirlər. Belə sübutlar təqdim edilmədiyi təqdirdə apellyasiya şikayətinin mümkün sayılmaması barədə apellyasiya instansiyası məhkəməsinin qərardadlarından verilmiş kassasiya şikayətləri də təmin edilmir. (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-2151/2024 nömrəli; xx.xx.2024-cü il tarixli 2-1(102)-2359/2024 nömrəli; xx.xx.2024-cü il tarixli 2-1(102)-1737/2024 nömrəli; xx.xx.2024-cü il tarixli 2-1(102)- 1506/2024 n ömrəli qərardadları; xx.xx.2024-cü il tarixli 2-1(102)-2187/2024 nömrəli; xx.xx.2024-cü il tarixli 2-1(102)-1170/2024 nömrəli; xx.xx.2024-cü il tarixli 2-1(102)1167/2024 nömrəli; xx.xx.2023-cü il tarixli 2-1(102)-2463/2023 nömrəli; xx.xx.2023-cü il tarixli 2-1(102)-1617/2023 nömrəli; xx.xx.2023-cü il tarixli 2-1(102)-524/2023 nömrəli qərarları).
9. Nəzərə alınmalıdır ki, prosessual müddətlərin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara ist inad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
10. Məhkəmə kollegiyası hazırkı işin hallarına münasibətdə nəzərə alır ki, apellyasiya məhkəməsinə iddiaçının nümayəndəsi və vəkili tərəfindən təqdim olunmuş ərizədə apellyasiya şikayətinin verilməsi müddətinin ötürülmədiyi qeyd edilmiş, sözügedən ərizə buraxılmış prosessual müddətin bərpası barədə olmamış, ərizədə aydın şəkildə müddət ötürülmədiyi üçün bərpa barədə ərizə verməyə lüzum olmadığı bildirilmiş, yalnız müddətin ötürülmədiyinə dair dəlillər sadalanmaqla mübahisəyə mahiyyəti üzrə baxılması xahiş edilmişdir. Beləliklə, iddiaçı tərəfin mövqeyi müddətin ötürülmədiyi ilə bağlı olduğundan qiymət verilməli olan məsələ də bununla bağlı olmalıdır. Müddətin bərpasına da ir ərizə mövcud olmadığından həmin məsələ baxış predmetini təşkil etmir.
11. İnzibati Prosessual Məcəllənin 23.1-ci maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır.
12. Hazırkı iş üzrə mübahisələndirilməyən hal ondan ibarətdir ki, birinci instansiya məhkəməsinin qərardadı iddiaçının nümayəndəsi və vəkilinin elektron kabinetinə xx.xx.2024-cü il tarixində yerləşdirilmiş və həmin qərardaddan apellyasiya şikayəti elektron qaydada xx.xx.2024-cü il tarixində verilmişdir. İddianın mümkün sayılmaması barədə qərardadlardan isə onların təqdim olunduğu gündən 10 gün ərzində şikayət verilə bilər. xx.xx.2024-cü il tarixdə təqdim olunmuş məhkəmə aktından şikayət vermə müddətinin axımı qanunun tələbinə görə təqdim edilmə günündən başlanılır. Belə olan halda, şikayət vermənin sonuncu günü xx.xx.2024-cü il tarixə təsadüf edir, şikayət isə ondan bir gün sonra, yəni xx.xx.2024-cü il tarixdə verilmişdir. Apellyasiya məhkəməsi tərəfindən iddiaçı tərəfə yardım edilməsinə baxmayaraq müddətin bərpasına dair ərizə də verilməmişdir.
13. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Bundan başqa, iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
14. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 oktyabr 2024-cü il tarixli, 2-1(103)-3551/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin.