Məhkəmə qərarları › İş №2-1(102)-3659/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3659/2025

10.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3659/2025 10.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: “müharibə veteranı adının və vəsiqəsinin verilməsi”) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2025-ci il ## ######## tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. Iddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbi təmin olunmamışdır. Belə ki, Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq ##.##.2024-cü il tarixli məktubla bildirilmişdir ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”da baxılmışdır. Məlumat üçün bildirilir ki, təqdim olunmuş arayış-məlumatın 9-cu bəndində olan qeydlərə və ## ######## 2020-ci il tarixdən ## ###### 2020-ci il tarixədək xidmət etdiyi hərbi hissənin yerləşdiyi ərazilər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin *** nömrəli ## ######## 1995-ci il tarixli Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə görə ##.##.2023-cü il tarixli iclasının protokoluna əsasən komissiya tərəfindən mülki işçi İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a. birinci instansiya məhkəməsində icraat

2. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müharibə veteranı adının və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdeh Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Iddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.2018-ci il tarixdən halhazıradək N №-li hərbi hissədə texnoloji layihələndirmə şöbəsinin mühəndis proqramlaşdırıcı vəzifəsində işləyir. 44 günlük Vətən Müharibəsi vaxtı iddiaçı ##.##.2020ci il tarixdən 5 gün müddətinə N №-li hərbi hissədə, ##.##.2020-ci il tarixdən 3 gün müddətinə N №-li hərbi hissədə X2 Mərkəzində xidməti ezamiyyətdə olmuşdur. Ezamiyyət zamanı yerinə yetirdiyi tapşırıqlar maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirmək, döyüş əməliyyatları aparılan ərazilərdə Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə sistemləri texnikalarının (S-300 zenit-raket kompleksi tərkibində 64N6 tipli müşayiət radiolokasiya stansiyasının, "KOLCUQA" tipli radiotexniki kəşfiyyat kompleksinin bərpası və Fizuli, Ağdam, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlan istiqamətlərində düşmənin radiolokasiya və zenit raket vasitələrinin aşkar edilməsi imkanlarının artırılması, daimi döyüşə hazır vəziyyətdə saxlanılmasının təmin edilməsindən ibarət olmuşdur. Lakin iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur. Imtina cavabı onunla əsaslandırılmışdır ki, təqdim olunmuş arayış-məlumatın 9-cu bəndində olan qeydləri və ## ######## 2020-ci il tarixdən ## ###### 2020-ci il tarixədək xidmət etdiyi hərbi hissənin yerləşdiyi ərazilər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin *** nömrəli ## ######## 1995-ci il tarixli Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə görə ##.##.2023-cü il tarixli iclasının protokoluna əsasən komissiya tərəfindən mülki işçi İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir. Iddiaçı hesab edir ki, imtina əsassız və qanunsuzdur. Imtina əsassız və qanunsuz olmaqla yanaşı formaldır. Belə ki, cavabdehin imtina cavabında xidmət etdiyi hərbi hissənin yerləşdiyi ərazilər ifadəsi işlənilir. Bu da onu göstərir ki, iddiaçının ərizəsinə baxılmamış, ərizə üzrə araşdırma aparılmamış və formal cavab vermişdir. Iddiaçı hesab edir ki, onun adı “müharibə veteranı” adının və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün AR Müdafiə Nazirliyi tərəfindən AR Nazirlər Kabinetinə göndərilən müvafiq siyahıya daxil edilməlidir.

5. Işin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

6. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə qeyd etmək zəruridir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə müvafiq olaraq Müharibə veteranı adı 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə-hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Cavabdeh hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, təqdim olunmuş arayış məlumatın 9-cu bəndində olan qeydlərə və ## ######## 2020-ci tarixdən ## ###### 2020-ci il tarixədək xidmət etdiyi hərbi hissənin yerləşdiyi ərazilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin *** nömrəli ## ######## 1995-ci il tarixli Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə görə ##.##.2023-cü il tarixli iclasının protokoluna əsasən komissiya tərəfindən mülki işçi İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur. Bu səbəbdən ona Müdafiə Nazirliyinin komissiyası tərəfindən veteran adının və vəsiqəsinin verilməsi qanuna zidddir. Azərbaycan Respublikası IPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.

7. Bakı Inzibati Məhkəməsinin (hakim: G.A.Sevdimaliyeva) 2025-ci il ## #### tarixli, *-*(***)-***/**** saylı qərarı ilə iddia təmin edilərək, iddiaçı İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı İddiaçı N nömrəli hərbi hissəyə ezam olunduğu ## ####### 2020-ci il tarixdən ## ####### 2020-ci il tarixədək olan dövrdə və N nömrəli hərbi hissəyə ezam olunduğu ## ####### 2020-ci il tarixdən ## ####### 2020-ci il tarixədək olan dövrdə döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmişdir. Belə olan təqdirdə iddiaçının faktiki vəziyyəti “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin on birinci yarımbəndindəki dispozisiya şərtinə (2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxslər) uyğun gəlir. Məhkəmə qeyd edilənləri məcmu halında qiymətləndirərək hesab edir ki, cavabdeh orqan tərəfindən iddiaçı İddiaçı münasibətdə “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi qanuni hesab edilə bilməz. Qeyd edilən halların müəyyənləşdirilməsi iddianın təmin edilərək müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün yetərlidir. Məhkəmə qeyd edir ki, birinci Qarabağ müharibəsindən fərqli olaraq ikinci Qarabağ müharibəsinin iştirakçılarına müharibə veteranı adı və vəsiqəsi müvafiq siyahı Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Yəni bu proses müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı vahid inzibati icraatın tərkib hissəsidir. Bununla belə, yekun olaraq (müvafiq razılaşdırmadan sonra) müvafiq ad və vəsiqə məhz Müdafiə Nazirliyi tərəfindən verildiyindən məhkəmə hesab edir ki, iddia tələbi məhz müharibə veteranı adı və vəsiqəsinin verilməsi kimi təmin edilməlidir.

9. Həmin qərardan narazı qalan cavabdeh Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

b. apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, R.Ə.Səmədov və O.N.Ismayılov) 2025-ci il ## ######## tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə Bakı Inzibati Məhkəməsinin 2025-ci il ## #### tarixli, *- *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı (N nömrəli hərbi hissənin texnoloji layihələndirmə şöbəsinin mühəndisi proqramlaşdırıcısı mülki işçi İddiaçı) ## ####### 2020-ci il tarixdən ## ####### 2020-ci il tarixədək N nömrəli hərbi hissəyə məxsus “KOLÇUQA” tipli radiotexniki kəşfiyyat stansiyasında aşkar olunan nasazlıqları aradan qaldırmış, texnikanı texniki cəhətdən saz, döyüş tapşırıqlarını yerinə yetirmə vəziyyətinə gətirmiş və göstərilən tarixlərdə texnikanın saz vəziyyətdə işləməsini təmin etmiş, göstərilən işlərin həyata keçirilməsi nəticəsində N nömrəli hərbi hissənin radiotexniki kəşfiyyat mərkəzinin Fizuli, Ağdam, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları istiqamətlərində düşmənin radiolokasiya və zenit-raket vasitələrinin aşkar edilməsi imkanları artırılmış, onların məhv edilməsi məqsədi ilə pilotsuz uçuş aparatlarının yönəldilməsinin dəqiqliyini artırmışdır (“Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək N nömrəli hərbi hissənin mülki işçiləri tərəfindən N nömrəli hərbi hissənin Şamaxı rayonu Qızmeydan yaşayış məntəqəsində “KOLÇUQA” tipli radiotexniki kəşfiyyat stansiyasında yaranmış nasazlıqların aradan qaldırılması və texnikanın döyüş tapşırıqlarını yerinə yetirmə vəziyyətinə gətirilməsi haqqında” N nömrəli hərbi hissənin komandiri tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli **** nömrəli Akta əsasən). Iddiaçı (N nömrəli hərbi hissənin texnoloji layihələndirmə şöbəsinin mühəndis proqramlaşdırıcısı mülki işçi Yusubov ismayıl Nəsib oğlu) ## ####### 2020-ci il tarixdən ## ####### 2020-ci il tarixədək N nömrəli hərbi hissəyə ezam olunmuş N nömrəli hərbi hissəyə məxsus S-300 PMU-2 divizionlar qrupunun komanda məntəqəsinin tərkibində olan 64N6 hədəfləri aşkaretmə radiolokasiya stansiyasının antenasının fırlanma sistemində aşkar olunan nasazlıqların aradan qaldırılmasında, texnikanın döyüş tapşırıqlarını yerinə yetirmə vəziyyətinə gətirilməsində və göstərilən tarixlərdə texnikanın saz vəziyyətdə işləməsini təmin etməsində köməklik göstərmişdir. Göstərilən işlərin keçirilməsi nəticəsində S-300 PMU-2 divizionlar qrupunun Mingeçevir şəhərinin, Mingeçevir su anbarının, Mingeçevir istilik elektrik stansiyasının düşmənin ballistik raketlərə qarşı müdafiə imkanları artmışdır (“Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020- ci il sentyabrın 27dən noyabrın 10-dək gedən döyüş əməliyyatları müddətində N nömrəli hərbi hissənin mülki işçiləri tərəfindən N nömrəli hərbi hissəyə ezam olunmuş N nömrəli hərbi hissəyə məxsus $- 300 PMU-2 divizionlar qrupunun komanda məntəqəsinin tərkibində olan 64N6 tipli hədəf aşkaretmə radiolokasiya stansiyasında yaranmış nasazlıqların aradan qaldırılmasına və texnikaların döyüş tapşırıqlarını yerinə yetirmə vəziyyətinə gətirilməsində köməklik göstərilməsi haqqında” N nömrəli hərbi hissə komandiri tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli, **** nömrəli Akta əsasən). Qeyd edilən halları təsdiqləyən Ezamiyyət Vəsiqələri, 939, 951 və N nömrəli hərbi hissə komandirlərinin əmrləri də iş materiallarına əlavə edilmişdir (bax: bənd 12-20). Birinci instansiya qeyd etmişdi ki, hərbi doktrina nöqteyinəzərincə sülh və ya müharibə dövründə silahlı qüvvələrin arxa təminatı - silahlı qüvvələrin silahla, hərbi sursatla, yanacaqla, sair maddi-texniki vasitələrlə təmin edilməsi üzrə kompleks tədbirlər sistemini ehtiva edir. Arxa hissə təminatı silahlı qüvvələrin döyüş qabiliyyətinin lazımi səviyyədə saxlanılması üçün onların ehtiyaclarının ödənilməsi, döyüş əməliyyatları zonasında hərbi hissələr tərəfindən hərbi vəzifələrin uğurla həyata keçirilməsinin təmin edilməsi məqsədlərinə xidmət edir və döyüş əməliyyatları təminatının tərkib hissəsi sayılır. Bu baxımdan döyüş təminatı ilə bağlı tapşırıqların yalnız və sadəcə olaraq əməliyyat təminatı kimi təfsir olunması məqbul sayıla bilməz. Döyüş əməliyyatlarının uğurlu olması üçün əməliyyat təminatı ilə yanaşı həm dədigər təminat növlərinin, o cümlədən arxa hissə təminatının lazımi şəkildə və qaydada həyata keçirilməsi tələb olunur. Odur ki, məhkəmə hesab etmişdir ki, iddiaçı İddiaçı N nömrəli hərbi hissəyə ezam olunduğu ## ####### 2020ci il tarixdən ## ####### 2020-ci il tarixədək olan dövrdə və N nömrəli hərbi hissəyə ezam olunduğu ## ####### 2020-ci il tarixdən ## ####### 2020-ci il tarixədək olan dövrdə döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmişdir. Belə olan təqdirdə iddiaçının faktiki vəziyyəti “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin on birinci yarımbəndindəki dispozisiya şərtinə (2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxslər) uyğun gəlir. Məhkəmə kollegiyası onu da qeyd etməyi vacib sayır ki, 2020ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, X1, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə xidmət keçdiyi hərbi hissənin yerləşdiyi ərazidən asılı olmayaraq müvafiq sənədlər təqdim edildiyi halda “Müharibə veteranı” adı və vəsiqəsi verilir. Nəzərə almaq lazımdır ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının mövqeyi də belə olmuşdur. (*-*(***)-****/**** saylı, ## #### 2025-ci il tarixli qərar).

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a. kassasiya şikayətinin dəlilləri

13. Cavabdeh tərəfindən təqdim edilən kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan iddiaçı İddiaçı barəsində tərtib edilən arayış-məlumatdan, 951 və N nömrəli hərbi hissənin tərtib etdiyi aktdan görünür ki, iddiaçı N nömrəli hərbi hissənin texnoloji layihələndirmə şöbəsinin mühəndisi proqramlaşdırıcısı, mülki işçi vəzifəsində xidmətdə olarkən ## ####### 2020-ci il tarixdən ## ####### 2020-ci il tarixədək Şamaxı rayonu Qızmeydan yaşayış məntəqəsində yerləşən N nömrəli hərbi hissəyə məxsus "KOLÇUQA" tipli radiotexniki kəşfiyyat stansiyasında aşkar olunan nasazlıqları aradan qaldırmış, texnikanı texniki cəhətdən saz, döyüş tapşırıqlarını yerinə yetirmə vəziyyətinə gətirmiş və göstərilən tarixlərdə texnikanın saz vəziyyətdə işləməsini təmin etmiş, göstərilən işlərin həyata keçirilməsi nəticəsində N nömrəli hərbi hissənin radiotexniki kəşfiyyat mərkəzinin Fizuli, Ağdam, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları istiqamətlərində düşmənin radiolokasiya və zenit-raket vasitələrinin aşkar edilməsi imkanları artırılmış, onların məhv edilməsi məqsədi ilə pilotsuz uçuş aparatlarının yönəldilməsinin dəqiqliyini artırmışdır. ("Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək N nömrəli hərbi hissənin mülki işçiləri tərəfindən N nömrəli hərbi hissənin Şamaxı rayonu Qızmeydan yaşayış məntəqəsində “KOLÇUQA" tipli radiotexniki kəşfiyyat stansiyasında yaranmış nasazlıqların aradan qaldırılması və texnikanın döyüş tapşırıqlarını yerinə yetirmə vəziyyətinə gətirilməsi haqqında” N nömrəli hərbi hissənin komandiri tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli **** nömrəli Akta əsasən). Iddiaçı N nömrəli hərbi hissənin texnoloji layihələndirmə şöbəsinin mühəndis proqramlaşdırıcısı, mülki işçi Yusubov ismayıl Nəsib oğlu ## ####### 2020-ci il tarixdən ## ####### 2020-ci il tarixədək N nömrəli hərbi hissəyə ezam olunmuş Mingəçevir şəhərində yerləşən N nömrəli hərbi hissəyə məxsus S-300 PMU-2 divizionlar qrupunun komanda məntəqəsinin tərkibində olan 64N6 hədəfləri aşkaretmə radiolokasiya stansiyasının antenasının fırlanma sistemində aşkar olunan nasazlıqların aradan qaldırılmasında, texnikanın döyüş tapşırıqlarını yerinə yetirmə vəziyyətinə gətirilməsində və göstərilən tarixlərdə texnikanın saz vəziyyətdə işləməsini təmin etməsində köməklik göstərmişdir. Göstərilən işlərin keçirilməsi nəticəsində S-300 PMU-2 divizionlar qrupunun Mingeçevir şəhərinin, Mingeçevir su anbarının, Mingeçevir istilik elektrik stansiyasının düşmənin ballistik raketlərə qarşı müdafiə imkanları artmışdır. ("Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020- ci il sentyabrın 27-dən noyabrın 10-dək gedən döyüş əməliyyatları müddətində N nömrəli hərbi hissənin mülki işçiləri tərəfindən N nömrəli hərbi hissəyə ezam olunmuş N nömrəli hərbi hissəyə məxsus S-300 PMU-2 divizionlar qrupunun komanda məntəqəsinin tərkibində olan 64N6 tipli hədəf aşkaretmə radiolokasiya stansiyasında yaranmış nasazlıqların aradan qaldırılmasına və texnikaların döyüş tapşırıqlarını yerinə yetirmə vəziyyətinə gətirilməsində köməklik göstərilməsi haqqında" N nömrəli hərbi hissə komandiri tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli, **** nömrəli Akta əsasən). Apellyasiya instansiya məhkəməsi yuxarıda qeyd edilənlərə istinad edərək iddiaçının faktiki vəziyyətinin bu Əsasnamənin on birinci yarımbəndindəki dispozisiya şərtinə (2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində, yalnız döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə) uyğun gəldiyini qeyd etməklə, İddiaçı hərbi hissələrə ezam edildiyi tarixlərdə döyüş təminatı üzrə tapşırıqları yerinə yetirdiyi qənaətinə gələrək qanunsuz olaraq iddia tələbini təmin etmişdir. Bundan başqa, apellyasiya instansiya məhkəməsi qərar qəbul edərək, hərbi doktrinayа istinad edərək bildirmişdir ki, sülh və ya müharibə dövründə silahlı qüvvələrin arxa təminatı - silahlı qüvvələrin silahla, hərbi sursatla, yanacaqla, sair maddi-texniki vasitələrlə təmin edilməsi üzrə kompleks tədbirlər sistemini ehtiva edir, silahlı qüvvələrin döyüş qabiliyyətinin lazımi səviyyədə saxlanılması üçün onların ehtiyaclarının ödənilməsini həyata keçirir, döyüş əməliyyatları zonasında hərbi hissələr tərəfindən hərbi vəzifələrin uğurla həyata keçirilməsinin təmin edilməsi məqsədlərinə xidmət edir və döyüş əməliyyatları təminatının tərkib hissəsi sayılır. Həmçinin məhkəmə qərarında döyüş təminatı ilə bağlı tapşırıqların yalnız və sadəcə olaraq əməliyyat təminatı kimi təfsir olunmasının məqbul sayıla bilmədiyini, habelə döyüş əməliyyatlarının uğurlu olması üçün əməliyyat təminatı ilə yanaşı həm də digər təminat növlərinin, o cümlədən arxa hissə təminatının lazımi şəkildə və qaydada həyata keçirilməsi tələb olunduğunu qeyd etmişdir. Apellyasiya instansiya qərarında qeyd hərbi doktrinada adı çəkilən "silahlı qüvvələrin arxa təminatı" anlayışı ümumi xarakter daşıdığı halda, bu sahəni tənzimləyən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamədə bu hissə daha da konkretləşdirilmişdir. Hərbi doktrinada istifadə edilən "arxa təminat" anlayışının məhkəmə çəkişmələrində əsas kimi istifadə edilməsi yol verilməzdir və yanlış mülahizələrə səbəb ola bilər.

14. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi öz qərarında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi *** nömrəli Qərarın tələblərinə uyğun sübutlara istinad etmək əvəzinə, hərbi doktrinaya istinad etməklə, əsassız olaraq qərar qəbul etmişdir. Belə ki, inzibati iş materiallarından görünür ki, iddiaçı "Vətən müharibəsi" zamanı konkret olaraq maddi-texniki təminat üzrə tapşırıqiarı yerinə yetirmişdir və onun döyüş əməliyyatları zamanı maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirməsi mübahisəsiz haldır. Lakin, Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin on birinci yarımbəndinə əsasən 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əkskəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində (işğaldan azad edilməmiş ərazilərdə yerləşən bölmələrin tərkibində), yalnız döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə, eyni zamanda bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə, yəni Şuşa, Cəbrayıl, Zəngilan, Ağdam və s. rayonlarında döyüş əməliyyatlarının bütün növ təminatları üzrə tapşırıqları yerinə yetirən şəxslərə "Müharibə veteranı" adı və vəsiqəsi verilir. X1 hissəsinin 2-ci abzasında döyüş əməliyyatlarının bütün növ təminat növləri dedikdə, "döyüş təminatı", "maddi-texniki təminat", "mənəvipsixoloji təminat" və "tibbi təminat" nəzərdə tutulur. Beləliklə, Əsasnamənin sözügedən müddəalarından görünür ki, 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyatlarında "maddi-texniki təminat" üzrə tapşırıqları yerinə yetirmiş şəxslər məhz Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında həmin tapşırıqları Şuşa, Cəbrayıl, Zəngilan, Ağdam...... və s. rayonlarında yerinə yetirdiyi halda onlara müvafiq ad və vəsiqə verilməlidir. Lakin, madditexniki təminat üzrə tapşırıqları Mingəçevir və Şamaxı rayonları ərazisində yerləşən hərbi hissələrdə yerinə yetirən şəxslərə "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsi həmin Qanunun tələblərinə ziddir. Məhkəmələr tərəfindən bu kimi gərarların qəbul edilməsi məhkəmə təcrübəsinin formalaşmasını, habelə şəxslərə döyüş əməliyyatlarında iştirak etmədiyi və döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmədiyi halda “Vətən müharibəsi”nə cəlb edilən hərbi və dövlət qulluqçularına, habelə mülki işçilərə əsassız olaraq "Müharibə veteranı adı və vəsiqəsinin verilməsi”ni zəruri edir. Belə olan halda, "Müharibə veteranı adı və vəsiqəsinin verilməsi" tələbi üzrə iddialara baxılan zaman məhkəmələr, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** nömrəli Qərarının tələblərinə aidiyyəti (heç bir əlaqəsi) olmayan, digər hüquqi aktlardakı sübutlara istinad edərək, qərarlar qəbul edərsə, bu zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin sözügedən Qərarının (Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli *** nömrəli Qərarının) heç bir hüquqi əhəmiyyəti olmayacaqdır. Döyüş təminatı üzrə tapşırıq anlayışı iddiaçının yuxarıda qeyd edilən işləri görməsindən ibarət deyildir. Azərbaycan Respublikası Müdafiə nazirinin ## #### 2023cü il tarixli *** nömrəli əmrində "döyüş təminatı ilə bağlı tapşırıqlar" anlayışına izah verilmişdir. Belə ki, döyüş təminatı ilə bağlı tapşırıqlar döyüş dəstəyi və döyüş xidmət dəstəyi olmaqla iki hissəyə bölünmüşdür. Döyüş dəstəyi bölmələrinə aid olan hava hücumundan müdafiə bölmələrinin tapşırıqları aşağıdakılardan ibarətdir: Düşmənin hava hücumu vasitələrinin vaxtında aşkarlanması, o cümlədən hava məkanını mühafizə və müdafiə etmək məqsədi ilə yerinə yetirilən kompleks tədbirlərdir. Düşmənin hava hücumu vasitələrinin vaxtında aşkarlanması; Hava məkanında Azərbaycan Respublikasının dövlət hava sərhədlərinin müdafiə və mühafizə, ölkənin inzibati, sənaye və Azərbaycan Ordusunun obyektlərinə düşmənin hava hücumu vasitələrinin zərbələrini dəf etmək. Iddiaçının döyüş əməliyyatları zamanı icra etdiyi fəaliyyətlər yuxarıda qeyd edilən döyüş təminatı ilə əlaqəsi olmamış, döyüş əməliyyatlarının digər növ təminatları sırasına, yəni maddi-texniki təminat üzrə tapşırıqlarına daxildir. Qeyd olunan hüquq normalarının qarşılıqlı təhlilindən müəyyən edilir ki, Mingəçevir və Şamaxı rayonlarında yerləşən hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş əməliyyatlarında iştirak etmiş iki kateqoriyadan olan şəxslərə "müharibə veteranı" adı və vəsiqəsi verilir: 1) 2020-ci il ########ın ##-dən noyabrın 10-dək həmin bölmələrin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş; 2) Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd edilən ərazilərdə döyüş əməliyyatlarının bütün növ təminatları üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə. Yəni, döyüş əməliyyatlarının döyüş təminatından başqa digər bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə o şərtlə "müharibə veteranı" adı və vəsiqəsi verilir ki, həmin şəxslər qeyd olunan tapşırıqları Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə yerinə yetirmiş olsunlar. Işin yuxarıda qeyd edilən faktiki hallarından görünür ki, iddiaçı Mingəçevir və Şamaxı rayonlarında hava hücumundan müdafiə bölmələrinin tərkibində maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirmişdir. Göründüyü kimi, Mingəçevir və Şamaxı rayonları Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərə daxil deyildir və iddiaçı hazırkı tələbində haqlı olmamışdır. Beləliklə, inzibati iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı döyüş əməliyyatlarına bilavasitə cəlb edilməmiş, döyüş əməliyyatlarının döyüş əməliyyatlarının maddi-texniki təminat üzrə tapşırıqlarını yerinə yetirmiş, hərbi xidmət keçərkən Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə olmamışdır. Göründüyü kimi, inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Həmçinin kassasiya şikayətində qeyd edilən xüsusatlara əlavə olaraq bildirilir ki, analoji işlə bağlı Azərbaycan Respublikası kassasiya instansiya məhkəməsinin formalaşmış məhkəmə təcrübəsi müəyyən olunmamışdır. Bu əsasnamənin birinci hissəsinin 8-ci, 9-cu və 10-cu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq dövlət orqanları tərəfindən onların yaratdıqları müvafiq komissiyanın rəyinə əsasən verilir. Bununla yanaşı, Əsasnamənin 1-ci hissəsinin 9-cu və 10-cu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər kabineti ilə razılaşdırıldıqdan sonra verilir.

b. kassasiya şikayətinə etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

16. Azərbaycan Respublikasının “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin qanunun 7ci maddəsinin 1-ci hissəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

17. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** saylı qərarı ilə təsdiq edilmişdir) :

1.Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ...

18. Inzibati Prosessual Məcəllə: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASIYA ŞIKAYƏTININ MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

21. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır və təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, iş üzrə müəyyən olunmuş halların və həmin hallara dair sübutların qiymətləndirilməsində və bunun üzərindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd olunmalıdır.

22. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın rədd olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

23. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə nail olmaqdan ibarətdir.

24. Kollegiya qeyd edir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 11-ci abzasında qeyd olunanlara əsasən, iddiaçının tələbinin təmin edilməsi üçün o, 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əkskəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları icra etmiş şəxs olmalıdır.

25. Iş üzrə materiallardan görünür ki, iddiaçı (N nömrəli hərbi hissənin texnoloji layihələndirmə şöbəsinin mühəndisi proqramlaşdırıcısı mülki işçi İddiaçı) ## ####### 2020-ci il tarixdən ## ####### 2020-ci il tarixədək N nömrəli hərbi hissəyə məxsus “KOLÇUQA” tipli radiotexniki kəşfiyyat stansiyasında aşkar olunan nasazlıqları aradan qaldırmış, texnikanı texniki cəhətdən saz, döyüş tapşırıqlarını yerinə yetirmə vəziyyətinə gətirmiş və göstərilən tarixlərdə texnikanın saz vəziyyətdə işləməsini təmin etmiş, göstərilən işlərin həyata keçirilməsi nəticəsində N nömrəli hərbi hissənin radiotexniki kəşfiyyat mərkəzinin Fizuli, Ağdam, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları istiqamətlərində düşmənin radiolokasiya və zenit-raket vasitələrinin aşkar edilməsi imkanları artırılmış, onların məhv edilməsi məqsədi ilə pilotsuz uçuş aparatlarının yönəldilməsinin dəqiqliyini artırmışdır (“Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək N nömrəli hərbi hissənin mülki işçiləri tərəfindən N nömrəli hərbi hissənin Şamaxı rayonu Qızmeydan yaşayış məntəqəsində “KOLÇUQA” tipli radiotexniki kəşfiyyat stansiyasında yaranmış nasazlıqların aradan qaldırılması və texnikanın döyüş tapşırıqlarını yerinə yetirmə vəziyyətinə gətirilməsi haqqında” N nömrəli hərbi hissənin komandiri tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli **** nömrəli Akta əsasən).

26. Iddiaçı (N nömrəli hərbi hissənin texnoloji layihələndirmə şöbəsinin mühəndis proqramlaşdırıcısı mülki işçi Yusubov ismayıl Nəsib oğlu) ## ####### 2020-ci il tarixdən ## ####### 2020-ci il tarixədək N nömrəli hərbi hissəyə ezam olunmuş N nömrəli hərbi hissəyə məxsus S-300 PMU-2 divizionlar qrupunun komanda məntəqəsinin tərkibində olan 64N6 hədəfləri aşkaretmə radiolokasiya stansiyasının antenasının fırlanma sistemində aşkar olunan nasazlıqların aradan qaldırılmasında, texnikanın döyüş tapşırıqlarını yerinə yetirmə vəziyyətinə gətirilməsində və göstərilən tarixlərdə texnikanın saz vəziyyətdə işləməsini təmin etməsində köməklik göstərmişdir. Göstərilən işlərin keçirilməsi nəticəsində S-300 PMU-2 divizionlar qrupunun Mingeçevir şəhərinin, Mingeçevir su anbarının, Mingeçevir istilik elektrik stansiyasının düşmənin ballistik raketlərə qarşı müdafiə imkanları artmışdır (“Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020- ci il sentyabrın 27-dən noyabrın 10-dək gedən döyüş əməliyyatları müddətində N nömrəli hərbi hissənin mülki işçiləri tərəfindən N nömrəli hərbi hissəyə ezam olunmuş N nömrəli hərbi hissəyə məxsus $-300 PMU-2 divizionlar qrupunun komanda məntəqəsinin tərkibində olan 64N6 tipli hədəf aşkaretmə radiolokasiya stansiyasında yaranmış nasazlıqların aradan qaldırılmasına və texnikaların döyüş tapşırıqlarını yerinə yetirmə vəziyyətinə gətirilməsində köməklik göstərilməsi haqqında” N nömrəli hərbi hissə komandiri tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli, **** nömrəli Akta əsasən).

27. Kollegiya qeyd edir ki, iddiaçının yuxarıda istinad olunan Əsasnamənin 11-ci abzasında qeyd edilən döyüş əməliyyatlarında bilavasitə iştirak etməməsi iş materialları ilə müəyyən edilir. Hazırki iş üzrə mübahisəli məsələ iddiaçının döyüş əməliyyatların döyüş təminatı üzrə tapşırıqlarını icra etmiş şəxs olub-olmamasıdır.

28. Apellyasiya instansiya məhkəməsi iddianın əsaslı olmasına dair qənaətini isə onunla əsaslandırmışdır ki, iddiaçının faktiki vəziyyəti “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin on birinci yarımbəndindəki dispozisiya şərtinə (2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxslər) uyğun gəlir.

29. Kollegiya apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq iş materiallarına istinadən qeyd edir ki, iddiaçı ## ####### 2020-ci il tarixdən ## ####### 2020-ci il tarixədək N nömrəli hərbi hissəyə məxsus “KOLÇUQA” tipli radiotexniki kəşfiyyat stansiyasında aşkar olunan nasazlıqları aradan qaldırmış, texnikanı texniki cəhətdən saz, döyüş tapşırıqlarını yerinə yetirmə vəziyyətinə gətirmiş və göstərilən tarixlərdə texnikanın saz vəziyyətdə işləməsini təmin etmiş, göstərilən işlərin həyata keçirilməsi nəticəsində N nömrəli hərbi hissənin radiotexniki kəşfiyyat mərkəzinin Fizuli, Ağdam, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları istiqamətlərində düşmənin radiolokasiya və zenit-raket vasitələrinin aşkar edilməsi imkanları artırılmış, onların məhv edilməsi məqsədi ilə pilotsuz uçuş aparatlarının yönəldilməsinin dəqiqliyini artırmışdır ki, bu da iddiaçı tərəfindən yerinə yetirilənlərin döyüş təminatı tapşırığı deyil, maddi-texniki təminatı üzrə tapşırıqları hesab olunur.

30. Beləliklə, iddiaçının Əsasnamənin 11-ci abzasında qeyd edilən döyüş əməliyyatlarında bilavasitə iştirak etməməsi, onun döyüş döyüş təminatı tapşırığı deyil, maddi-texniki təminatı üzrə tapşırılqarın yerinə yetirməsi iş materialları əsasında müəyyən edildiyidən, habelə iddianın təmin edilməsi üçün başqa əsasların mövcud olmadığı nəzərə alınmaqla məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi iddianın təmin edilməsinə dair birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamaqla düzgün nəticəyə gəlməmişdir.

31. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd edilməlidir.

32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2025-ci il ## ######## tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Iddia tələbi təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar