Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-366/2021 24.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı oğlunun Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qaçqın statusunun verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və X2 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, X4 Ali oğlunun (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə (bundan sonra cavabdeh) qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)1431/2020 s aylı, xx xxxxxx 2020-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qaçqın X1 verdiyi arayışa – müvəqqəti şəhadətnaməyə əsasən iddiaçı 1988-ci il təvəllüdlü İran İslam Respublikasının vətəndaşıdır. Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin rəisinin imzaladığı xx.xx.2018-ci il tarixli qəbzə əsasən iddiaçı Cəlilabad rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(073)- 27/19 nömrəli hökmünə əsasən 500 manat cəriməni tam ödəmişdir.
2. İddiaçı “Qaçqın statusunun verilməsi haqqında” vəsatətlə cavabdehə müraciət etmiş və müraciətini onunla əsaslandırmışdır ki, Azərbaycan onun üçün doğmadır, o İran İslam Respublikasın da yaşayan zaman dövlətin siyasətinə qarşı çıxmışdır, ictimaiyyət arasında onların milli, xarici, sosial siyasətini pisləmişdir, hazırda İran İslam Respublikasında öldürülməsindən qorxur. İddiaçı ilə müsahibənin nəticəsinə dair tərtib edilmiş sənədə əsasən iddiaçı cavabdehə heç bir partiyanın üzvü olmadığını, Azərbaycana gəlməmişdən əvvəl həbs olunmadığını, hökumətin ona fiziki və mənəvi təzyiqləri kimi 2018-ci ilin noyabr ayında polisin onu tutmaq istədiyini və süngü ilə onu vuraraq yaraladığını, iddiaçıya qarşı tələbələrinin dindirildiyini göstərmiş, İran hökumətinin onu təhdid etdiyi üçün İrandan qaçmağa məcbur olmasını, İran hökumətinin onu izləməsini bildirmişdir, eyni zamanda göstərmişdir ki, onun İran hökumətinə qarşı müxalif fikirləri olmamışdır, yalnız 2018-ci ilin oktyabr ayının 18-də ya 19-da öz bağında kamera qoyaraq hökumətə qarşı fikirlər səsləndirməsini göstərmişdir, hökumətə qarşı olduğu üçün öldürülməkdən ehtiyat etdiyini bildirmişdir.
3. İddiaçı ilə aparılmış müsahibənin (xx.xx.2019-cu il) nəticələrinə dair tərtib edilmiş sənəddən görünür ki, hökuməti pisləməsi haqqında soruşulanda iddiaçı göstərmişdir ki, o çıxışında Fərdis bölgəsinin milli şurasını tənqid etmişdir, konkret ad isə çəkməmişdir, həmçinin bildirmişdir ki, Azərbaycanlılara qarşı haqsızlıqlara qarşı çıxışlar etməmişdir.
4. Cavabdehin xx.xx.2019-cu il tarixli, İQ-145/1 nömrəli “Qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarı”na əsasən iddiaçıya qaçqın statusu verilməsindən imtina edilmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı xx xxxx 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçıya “Qaçqın” statusunun verilməsindən imtina edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, İQ-145/1 nömrəli qərarının qanunsuz hesab edilərək ləğv edilməsi, iddiaçının “qaçqın” statusu verilməsi haqqında vəsatətinin təmin edilərək ona qaçqın statusu verilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1988-ci ildə İran İslam Respublikasında Təbriz şəhərində doğulmuşdur, milliyyətcə azərbaycanlıdır, Tehran şəhərində qeydiyyatdadır, ali təhsillidir, subaydır, orada məhkum olunmamışdır, “Sayan” adlanan qaydasız döyüşün əsasını qoymuşdur, qaydasız döyüş üzrə 2016- cı ildə SanktPeterburq şəhərində keçirilmiş yarışda dünya çempionu titulunu qazanmışdır, fəlsəfə, siyasət, mədəniyyət, idman məzmunlu 5 kitabın müəllifidir, xeyli müddət İranda insanlara, xüsusən azərbaycanlılara qarşı haqsızlıqlara, molla rejiminə, xurafata qarşı çıxışlar etmişdir. Zülmə qarşı fikirlərilə razı olan yüz minlərlə, milyonlarla insan onun ətrafında toplaşmış, nüfuz sahibinə çevrilmişdir. Bu səbəbdən dövlət orqanları tərəfindən iddiaçı barəsində axtarış elan edilmişdir və təqiblərə məruz qalmışdır. Özünü təqiblərdən və edam cəzasından qorumaq məqsədilə 2018-ci ilin oktyabr ayında dağlara qaçmışdır. 22 gün dağlarda və Sarab şəhərində gizləndikdən sonra Azərbaycan Respublikasına qaçmaq qərarına gəlmiş, lakin tutula biləcəyini anlayaraq qanuni yolla bunu edə bilməmişdir. xx.xx.20 18-ci ildə Azərbaycan Respublikasının dövlət sərhədini gündüz vaxtı keçmiş və özünü sərhədçilərə təslim etmişdir. Dövlət sərhədini qanunsuz keçdiyi üçün Cəlilabad rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(073)-27/2019 saylı hökmü ilə 500 manat cərimə cəzasına məhkum edilmişdir. Təyin edilmiş cəza ilə tam razılaşaraq cəriməni ödəməklə cəzasını çəkmişdir. Hazırda iddiaçı İran İslam Respublikasına qayıdarsa və ya təhvil verilərsə iddiaçını orada insan ləyaqətini alçaldan dəhşətli işgəncələr və ölüm (edam) cəzası gözləyir. Cavabdehdə aparılan müsahibə zamanı iddiaçı bildirmişdir ki, o, İran İslam Respublikasında mövcud molla rejiminin ölkədə həyata keçirdiyi siyasətə qarşı çıxmışdır, rejimin insanları xurafatçılıqla özünə tabe etdirdiyini, həmin rejimin devrilməli olduğunu, İranda sivil, dünyəvi dövlət quruluşunun yaradılması zərurətini ortaya qoymaqla yüz minlərlə insanları buna inandırmışdır. O sərhədi keçən zaman bu barədə sübutları keçirə bilməmişdir. Lakin cavabdehə insanlar tərəfindən adının və təxəllüsünün küçə və evlərin divarlarında, pulların üzərində yazılması, internet saytlarında və şəbəkələrində məlumatlar, videolar yayılması barədə minlərlə sübutlar mövcuddur. Cavabdeh onun qeyd etdiyi sübutları (videodiski) qeyri-ciddi hesab etməklə iddiaçıdan qəbul etməmişdir. İddiaçıya və ailəsinə qarşı təzyiqə və təqibə gəldikdə isə iddiaçını orada tutsa idilər iddiaçı hazırda sağ olmazdı. İddiaçının şəxsi avtomobilini, bütün əmlakını, kitablarını müsadirə etmişlər. İddiaçını axtarmağa başladıqları vaxtdan indiyə qədər bütün ailə üzvlərini təqib edir, mütəmadi dövlət orqa nlarına çağırıb iddiaçının harada olmağı barədə sorğu sual edirlər. Bütün bunları iddiaçının hansı qaydada sübut edə biləcəyi iddiaçıya aydın deyildir.
7. Cavabdeh iddia tələbinə etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketin) qeydiyyatı və müsahibəsi zamanı iddiaçı İranın Sərab vilayətinin Dəmirçi kəndində anadan olduğunu, 2 yaşında ailə üzvləri ilə birlikdə Kərəc şəhərinə köçdüklərini, milliyyətcə azərbaycanlı, dini etiqadına görə müsəlman (şiə) olduğunu, 1994-2006-cı illərdə Tehranda 12 illik orta təhsil aldığını, sonradan Tehran universitetinin patobiologiya fakültəsinə daxil olduğunu söyləmişdir, ailə üzvləri barədə məlumat verən ərizəçi subay olduğunu, 4 bacısı, 1 qardaşının olduğunu, qardaş-bacılarının, həmçinin val ideynlərinin hazırda İranda yaşadıqlarını bildirmişdir. O qaydasız döyüş növü hesab edilən “Sayan” idman növünün əsasını qoyduğunu, 2016-cı ildə Sankt-Peterburq şəhərində keçirilən yarışda dünya çempionu titulunu qazandığını, idman klublarının olduğunu, həmin klublarda pulsuz idman dərslərini keçdiyini, paralel olaraq həkim kimi (patobioloji üsulla) fəaliyyət göstərdiyini, insanlar arasında şöhrətinin artdığını, tələbələrinin sayının çoxaldığını, İran hökumətinin bundan narahat olduğunu, tələbələrinin ETTELAAT tərəfindən sorğu-sual edildiyini, xüsusi xidmət orqanları tərəfindən izləndiyini ehtimal etdiyini, bütün bunlara tab gətirə bilmədiyini, hökumət əleyhinə çıxış edərək çıxışını videolentə aldığını, həmin videolenti qardaşına və bəzi tələbələrinə verərək yaşadığı evi tərk etdiyini, bir neçə gün dağlarda qaldıqdan sonra qeyri-qanuni yolla təxminən 08-xx.xx.2018-ci ildə Azərbaycan Respublikasına gəldiyini qeyd etmişdir. Ərizəçi dövlət sərhədini qanunsuz keçdiyinə görə cərimə cəzasına məhkum edildiyini bildirmişdir, ərizəçi hazırda İran hökumətinə qarşı çıxışı ilə bağlı videolentinin yayımlandığını, bu səbəbdən İrana qayıda bilmədiyini, qayıdacağı təqdirdə İran hökuməti tərəfindən təhdid və təzyiqlərə məruz qalacağını bildirmişdir. Ərizə-anketin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi sübuta yetirilmişdir. Ərizəçi pasportunun kserosurətini təqdim etmişdir. O, 2018-ci ilin oktyabr ayından başlayaraq tələblərinin ETTELAAT tərəfindən sorğu-sual edildiyini bildirsə də onu n söylədiklərindən şəxsən özünün heç bir vaxt ETTELAAT-a çağırılmadığı, heç bir sorğu-suala cəlb olunmadığı məlum olmuşdur. Bundan başqa ərizəçi qaçqın statusunun verilməsi ilə bağlı cavabdehə ünvanladığı ərizəsində İranda, xüsusən azərbaycanlılara olan haqsızlıqlara qarşı çıxışlar etdiyini, azərbaycanlıların hüquqlarını müdafiə etdiyini, onun İranda olan zülmkarlığa qarşı olan fikirləri ilə çoxsaylı insanın razı olduğunu, bu səbəbdən onun ətrafında birləşdiyini desə də ərizə-anketin qeydiyyatı və müsahibə zamanı o, bu barədə heç bir məlumat verməmiş, tamamilə başqa problemlər haqqında danışmışdır ki, bu da inandırıcılıq baxımından qənaətbəxş hesab olunmamışdır. İddiaçının müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siy asi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaşları olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Beləliklə, şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə işin hallarına görə əsaslandırılmış təqib qorxusu mövcud olmadığından cavabdeh tərəfindən əcnəbi şəxsə münasibətdə əsaslı olaraq qərar qəbul edilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin (hakim X3, 2-1(112)-141/2020 saylı iş) x xxxx 2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilin də köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1-ci maddəsində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmur. Həmçinin, işin faktiki hallarından da müəyyən edilir ki, iddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır, iddiaçının nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. İddiaçı ilə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə iddiaçının istinad etdiyi hallar qaçqın statusunun verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsaslardan heç birinə uyğun gəlmədiyindən cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur.
10. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğ v edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X7-məruzəçi, X6 və X5, 2-1(103)-1431/2020 saylı iş) xx xxxxxx 2020-ci il tarixli qərarla iddiaçının apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin x xxxx 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
12. İddiaçı xx xxxxxx 2020-ci tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
13. İrqinə, dininə, vətəndaşlığına, siyasi baxışları na və ya müəyyən sosial qrupa mənsubluğuna görə şəxsin həyat və ya azadlığının təhlükə altinda olması bütün hallarda təqibdir. Eyni səbəblərə görə insan hüquqlarının digər ciddi pozuntuları da təqib təşkil edir (BMT QAK, Qaçqın statusunun müəyyən edilməsi üçün meyarlar və proseslər haqqında Bələdçi, 5-ci bəndi).
14. İrana qayıdacağı təqdirdə iddiaçının X9 Bəyannamə və Sivil və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktla nəzərdə tutulan yaşamaq, pis rəftara məruz qalmamaq, azadlıq hüquqları təhlükə altındadır. Ona qarşı təqibi həyata keçirən şəxslər (təqib agentləri) İran rəsmi qurumlarıdır.
15. İddiaçının təqib edilməyinin əsasını onun siyasi və dini mövqeyi təşkil edir. Ona isnad edilən bu əməl İranın siyasi konteksti baxımından iddiaçının siyasi mövqeyini əks etdirir. Buna görə də o, si yasi repressiya tədbiri ilə üz-üzədir. Bu nöqteyi-nəzərdən o, siyasi mövqeyinə görə təqib edilməkdədir.
16. İddiaçıya “qaçqın statusu” verilməsinin zəruriliyini əsaslandıran faktlar, təqib və ölüm qorxusunun əsasları, “qaçqın” statusunun əldə edilməsinin mümkünlüyü, DMX-nin qərarında yol verilmiş fundamental səhvlər, işin mühüm faktlarının müəyyən edilməməsi və mötəbərliyinin qiymətləndirilməməsi, İran İslam Respublikasında hökumətdən fərqli fikir ifadə edənlərin təqibə, edam cəzasına məruz qalması barədə müfəssəl məlumatları özündə əks etdirən sübutlar Bakı İnzibati Məhkəməsinin təqdim edilsə də, cavabdeh araşdırmanı səthi, başdansovdu aparmış, iddia ilə bağlı həqiqəti müəyyən etməmiş, iddiaçıya qaçqın statusu verilməsindən imtina edilməsi barədə qərar qəbul etmişdir. Cavabdehin əməkdaşla rı müsahibələr zamanı iddiaçının irəli sürdüyü sübutların elə onun öz yaxın qohumları, xüsusən qardaşı tərəfindən süni olaraq təşkil olunduğunu iddia etmişlər. 17. “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması qaydası Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli Fərmanı ilə müəyyən edilmişdir. Qaydaların 12-ci bəndinə əsasən cavabdeh “Qaçqın statusu” almaq niyyətində olan şəxsin şəxsi işini nəzərdən keçirməli və vəsatətin qeydiyyata alındığı gündən bir ay keçənədək şəxsi işin surətini baxılmaq üçün Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə və Xarici Kəşfiyyat Xidmətinə göndərməlidir. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti bir ay müddətində şəxsi işlə bağlı müvafiq yoxlamalar aparır və əldə olunmuş nəticələr barədə məlumatları cavabdehə bildirir. Məhkəmənin son iclasında cavabdeh üstündə pozuntular olan həm də çox gülünc cavablar təqdim etmişdir. Bu vəzifələri yerinə yetirmək əvəzinə cavabdehin işçiləri iddiaçı ilə apardıqları söhbətlər zamanı təqdim etdiyi sübutların həqiqiliyinin sübutetmə vəzifəsini iddiaçının üzərinə qoymuşlar.
18. Cavabdeh “İnzibati icraat haqqında” Qanunun 19 və 45-ci maddələrinin pozuntusuna yol verib. Belə ki, iddiaçının izahatlarına qarşı ağlabatan əks-sübutlar təqdim etmədikləri halda onun izahatlarını mötəbərlik prezumpsiyasına uyğun qiymətləndirməyiblər. Bununla da “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsində nəzərdə tutulmuş sübutetmə qaydalarına uyğun qiymətləndirilmə və araşdırılma aparılmayıb.
19. Cavabdeh iddiaçı ilə müsahibənin aparı lmasında qərəzsiz tərcüməçinin iştirakını təmin etməyib. Bununla da “İnzibati icraat haqqında” Qanunun 10 və 26-cı maddələrinin pozuntusuna yol verib.
20. Cavabdehin qərarı yazılı akt olmasına baxmayaraq “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinə uyğun olaraq əsaslandırılmayıb. Belə ki, həmin qərar da əsaslandırma zamanı işin hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar göstərilməyib.
21. Şikayətin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 1, 4.3, 5.1 İnzibati Prosessual Məcəllənin 12, 13, 14-cü maddələrinə istinad edilmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 24. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanun: Maddə
1. Qaçqın-Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Maddə
12. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Maddə
13. Şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir.
25. Ali Məhkəmənin İnzibati kollegiyası əvvəlki qərarlarında, o cümlədən 21(102)-1013/2018 saylı xx xxxx 2018-ci il, 2-1(102)-1898/2018 saylı xx xxxxxxx 2018-ci il və 2-1(102)-1994/2018 saylı x xxxxxx 2018-ci il 2020-ci il tarixli qərarlarında “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun müddəalarına istinad edərək iddiaçının vəziyyətində olan şəxslərə qaçqın statusu verilməsindən imtina barədə cavabdehin hərəkətləri qanuni hesab edilmişdir.
26. İnzibati Prosessual Məcəllə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
74. İnzibati orqanın diskresion səlahiyyətlər əsasın da hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəz ərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələr ə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
27. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
28. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. İddiaçının əsas dəlili ondan ibarətdir ki, İran İslam Respublikasında mövcud olan dini rejimə, dini xurafata qarşı çıxmış, demokratik, dünyəvi dövlət qurulması barədə fikirlərinə görə dövlət orqanları tərəfindən onun axtarışına başlanılmış, özünü təqib, işgəncə və edam cəzasından qorunmaq məqsədilə vətənini tərk etmək qərarına gəlmişdir.
31. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
32. Yuxarıda göstərilən hüquq normalarının tələbləri baxımından kollegiya qeyd edir ki, qaçqın statusunun verilməsi və ya onun verilməsindən imtina barədə qərarlardan birinin qəbul edilm əsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir. Buna görə, cavabdeh bu səlahiyyətini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirdikdə məhkəmə həmin məsələyə müdaxilə edə bilməz. Bu mənada, belə işlərdə məhkəmə nəzarətinin həddi onunla məhdudlaşdır ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdirmi?
33. Cavabdehin qaçqın statusunun verilməsindən imtina ilə bağlı qərarından görünür ki, iddiaçının qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı o, ölkəsini tərk etməsini İran hökumətinə qarşı çıxış ilə bağlı videolent yayması, bu səbəbdən İrana qayıda bilmədiyi, qay ıdacağı təqdirdə İran hökuməti tərəfindən təhdid və təzyiqlərə məruz qalacağını bildirmişdir.
34. İddiaçının müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçi vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır.
35. Göründüyü kimi, inzibati orqan qaçqın statusunun verilməsi ilə bağlı irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusu müəyyən etməmişdir.
36. Kollegiya hesab edir ki, cavabdehin gəldiyi bu qənaət əsaslı olmu şdur. Belə ki, bu qənaət ilk növbədə iddiaçının özünün verdiyi məlumatlara əsaslanmışdır.
37. Qaçqın statusunun verilməsi ilə bağlı işlərdə inzibati orqanın üzərinə düşən vəzifə olduqca çətin şərtlərdə real əsaslı təqib qorxusunun mövcud olub-olmadığını aşkar etməkdir. Buna görə, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat sübut olunmadıqda şəxslər başqa əsaslara istinadla qaçqın statusu almaq hüququna malik deyildirlər.
38. Beləliklə, kollegiya hesab edir ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında qaçqın statusu verilməkdən imtina edilərkən diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişd ir. Bu mənada, kasasiya şikayətində göstərilən qaçqın anlayışının maddi hüquqi şərtlərinin iddiaçıya münasibətdə düzgün tətbiq edilmədiyi ilə bağlı bildirilənlər əsaslı deyildir.
39. İddiaçının gətirdiyi dəlillər onun vətəndaşı olduğu ölkədə əsaslı təqib olunması üçün yetərli sayıla bilməz.
40. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir.
41. Bəhs olunanlara əsasən kasasiya şikayətlərinin təmin edilməsi üçün əsaslar yoxdur.
42. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.
43. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
44. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnz ibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1431/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.