Məhkəmə qərarları › İş №2-1(102)-366/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-366/2025

05.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-366/2025 05.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hüququn dövlət qeydiyyatına alınması barədə iddianın əsassızlığı; qanunla nəzərdə tutulmuş və qeydiyyat üçün əsas olan sənədlərin təqdim olunmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsin ə qarşı “mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq buna dair çıxarış və texniki pasportun verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 01 oktyabr tarixli 2-1(103)-2312/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 004011001784-05101-093002 reyestr nömrəli, tarixli Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı Tofıqovnanın xüsusi mülkiyyətindədir.

2. Bakı şəhəri Səbail Rayon İcra Hak imiyyəti Başçısının Aparatının “Vətəndaş İddiaçı mülkiyyətində olan mənzilin ölçülərinin dəqiqləşdirilməsi barədə” 143 nömrəli xx.xx.2022-ci il tarixli Sərəncamına əsasən Səbail Rayon İcra Hakimiyyəti nəzdində X3 İdarələrarası Komissiyanın xx.xx.2022-ci il tarixli aktı nəzərə alınaraq, vətəndaş İddiaçı mülkiyyətində olan Səbail rayonu, Azadlıq prospekti, ev 5 ünvanında yerləşən 5 nömrəli mənzilin ölçüləri dəqiqləşdirilmiş və faktiki ümumi sahəsi 216.91 kv.m hesab edilmişdir. 3. xx.xx.2022-ci il tarixli FV-20-091 nömrəli Akta əsasən təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki, Səbail rayonu, Azadlıq prospekti, ev 5 ünvanında yerləşən 5 nömrəli mənzil DƏDRX-nın Seriya RX ******* saylı, xx.xx.2013-cü il tarixli Çıxarışa əsasən həqiqətən də, İddiaçı xüsusi mülkiyyətindədir və ümumi sahəsi 95. 5 kv.mdir. Yerində yenidən baxış zamanı müəyyən edilmişdir ki, Səbail rayonu, Azadlıq prospekti, ev 5 ünvanında yerləşən 5 nömrəli mənzilin ümumi sahəsi 216.91 kv.m-dir. Ölçülər arasında yaranan fərq uzun müddət əvvəl mənzildə əlavə mansard tikintisi olmuşdur.

4. Bakı İnzibati Məhkəməsinin iş № 2-1(112)-534/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən, vətəndaş İddiaçı mülkiyyətində olan dam örtüyünün altında mansard sahəsinin yenidən planlaşdırılmasının rəsmiləşdirilməsi cavabdeh Səbail Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, vətəndaş İddiaçı məxsus Səbail rayonu, Azadlıq prospekti, ev 5 ünvanında yerləşən 5 nömrəli mənzilin ümumi sahəsi 216.91 kv.m hesab edilməsi barədə akt qəbul edilmişdir.

5. Səbail Rayon İcra Hakimiyyəti başçısının b irinci müavini tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti nəzdində X3 X1 rəyinə əsasən vətəndaş İddiaçı məxsus Səbail rayonu, Azadlıq prospekti, ev 5 ünvanında yerləşən 5 nömrəli mənzilin ümumi sahəsi 216.91 kv.m hesab edilməsi məqsədəuyğun qəbul edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2013-cü il tarixdə 889 nömrəli re yestr kitabının 82695 nömrəli vərəqində qeydə alınmış RX seriyalı ******* №li "Çıxarış"a əsasən iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospekti, ev 5 ünvanında yerləşən 5 saylı mənzilin faktiki sahəsini 216,91 kv.m hesab edilməklə ölçülərinin dəqiqləşdirilməsini nəzərə alaraq, üzərində mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, texniki pasportun tərtib edilməsi və dövlət reyestrindən yeni "Çıxarış"ın verilməsini cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması:

7. İddia tələbi onunla əsasl andırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2013- cü il tarixdə 889 nömrəli reyestr kitabının 82695 nömrəli vərəqində qeydə alınmış RX seriyalı ******* №li "Çıxarış"a əsasən ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının xüsusi mülkiyyətindədir. xx.xx.2005-ci il tarixdə iddiaçının xahişinə əsasən 4 saylı MKİS-in işçilərinin iştirakı ilə sözügedən mənzilin üstündə olan dam örtüyünə baxış keçirilmiş, dəmir örtüyün çürüməsi, altında olan taxtaların çökməsi müəyyən edilmiş və bu barədə akt tərtib olunmuşdur. Səbail rayon İcra Hakimiyyətinin V-14 saylı xx.xx.2005-ci il tarixli məktubuna əsasən iddiaçının yaşadığı mənzilin qəz a vəziyyətində olan dam örtüyünün əsaslı təmirinə icazə verilmişdir. O, İcra Hakimiyyətinin icazəsi ilə dam örtüyünün əsaslı təmir işlərini apararkən, tikinti norma və qaydalarına, habelə yanğından mühafizə, sanitar norma və qaydalarına riayət etməklə, yaşadığı mənzili də təmir etdirərək abadlaşdıraraq mənzilin üstündə mansard qurmuşdur. Mənzilinin üstündə mansard qurulması ilə razılaşmayan Səbail rayon MKTB-nin rəhbərliyi mansardın sökülməsi barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdi, lakin məhkəmənin xx.xx.2005-ci il tarixli qətnaməsi ilə həmin iddia tələbi təmin edilmədi. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qətnaməsindən iddiaçı tərəfindən apelyasiya şikayəti verilsə də, sonradan tərəf apelyasiya şikayətindən imtina etdi və bu səbəbdən apelyasiya icraa tına xx.xx.2006-cı il tarixdə İMK-1699/2006-cı il tarixli qərardadla xitam verildi və bununla da Səbail Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsi qanuni qüvvəyə mindi. Sözügedən yaşayış sahəsinin yenidən planlaşdırılması layihəsi yaşayış sahəsindən təyinatı üzrə istifadəni təhlükəli və ya qeyri-mümkün edən dərəcədə yaşayış sahələri üçün qanunvericiliklə müəyyən olunmuş sanitariya və texniki norma və qaydalara uyğundur, qonşuların və ya digər üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmur, qonşuların və ya digər üçüncü şəxslərin həyat və sağlamlığına təhlükə yaratmır, binanın xarici görünüşündə dəyişiklik etmir. Göstərilənləri nəzərə alaraq, yenidən planlaşdırılmış yaşayış sahəsinin müəyyən edilmiş qaydada tərtib edilərək hazırlanmış layihəsini, məhkəmə qətnaməsini v ə digər sənədləri Səbail rayon İHnə təqdim edərək, mənzilin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 27.2.1-ci maddəsinə əsasən rəsmiləşdirilməsini xahiş etmişdir. Sonuncu isə heç bir qanuni əsas göstərmədən buna imtina etdi. Buna görə iddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət emiş və məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(112)-534/2021 qərarına əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2013-cü il tarixdə 889 nömrəli reyestr kitabının 82695 nömrəli vərəqində qeydə alınmış RX seriyalı ******* №li "Çıxarış"a əsasən iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospekti, ev 5 ünv anında yerləşən 5 saylı mənzilin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən dam örtüyünün altında mansarda sahəsinin yenidən planlaşdırılmasının rəsmiləşdirilməsinin cavabdeh Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinə həvalə edilmişdir (4 saylı MKİS-in xx.xx.2005ci il tarixli aktı, Səbail rayon İcra Hakimiyyətinin V-14 saylı xx.xx.2005-ci il tarixli məktubu, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsi, Apelyasiya məhkəməsinin xx.xx.2006-cı il tarixli, 1MK-1699/2006-cı il tarixli qərardadı qərarda öz əksini tapmışdır). Bakı İnzibati Məhkəməsinin qərarı Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti tərəfindən icra olunmuş və xx.xx.2022-ci il tarixli 143 saylı Sərəncama əsasən Səbail Rayon İcra Hakimiyyətinin nəzdində X3 İdarələrarası Komissiyanın V-20-0 91 saylı, xx.xx.2022- ci il tarixli Aktı və rəyi nəzərə alınaraq iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospekti, ev 5 ünvanında yerləşən 5 saylı mənzilin ölçüləri dəqiqləşdirilmiş, faktiki sahəsi 216,91 kv.m hesab edilmiş, eyni zamanda mənzilin eskiz layihəsi də Səbail rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmışdır. Sərəncamın 3-cü bəndinə əsasən surəti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmiş (bundan sonra cavabdeh), lakin icra olunması üçün heç bir tədbir görülməmişdir. Buna görə iddiaçı, artıq sənədlərinin kifayət qədər hazır olduğunu zənn edib, cavabdeh tərəfindən bu işlə maraqlanan olmadığına görə, özü cavabdehə müraciət edərək, xüsusi mülki yyətində olan Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospekti, ev 5 ünvanında yerləşən 5 saylı mənzilin faktiki sahəsini 216,91 kv.m hesab edilməklə ölçülərinin dəqiqləşdirilməsini nəzərə alaraq, üzərində mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, texniki pasportun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-3012- 0160/8/2022 **********12 saylı cavab məktubunda ona bildirilmişdir ki, "qeydiyyatdan keçmiş mənzil damında inşa edilmiş mansarda mərtəbəsinin qeydiyyata alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 8.0.9.2-ci maddəsinə əsasən (2013cü ilin yanvar ayının 1-dək inşa edilmiş tikililərə dair) tikil inin inşa ediməsinə icazə barədə qərar, razılaşdırılmış eskiz layihə və istismara qəbul aktı təqdim edilməlidir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bu məktub daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina sayılmır." Cavabdeh tərəfindən iddaçıya verilmiş cavab məktubunu imtina kimi qiymətləndirilməsədə, "Çıxarış" ala bilmədiyi üçün məktubu faktiki olaraq imtina kimi qəbul edib, mənzil üzərində Azərbaycan Respublikası Konstitusiyasının 29 maddəsi ilə ona verilmiş mülk iyyət hüququnu həyata keçirmək imkanından məhrum edilməsinə gətirib çıxarılması kimi qiymətləndirdiyinə görə, hüquqlarının müdafiəsindən ötrü məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdehin məktubundan göründüyü kimi, təqdim etdiyi sənədlərin "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1 maddəsinə uyğunsuzluğunun nədən ibarət olması göstərilməmiş və həmin Qanunun 15-ci maddəsində göstərilən və hüquqların dövlət qeydiyyatına alınmasından ötrü imtinaya səbəb olan əsasların heç birisinə istinad edilməmişdir. Cavabdeh tərəfindən onun müraciətinə faktiki olaraq imtina cavabı verilərkən, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün müəyyən olunmuş əsaslardan heç biri qeyd olunmadan, yalnız formal mülahizələrə istinad olunmuşdur. Eyni zamanda, yuxarıda göstərildiyi kimi, mənzilinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən dam örtüyünün altında mansarda sahəsinin yenidən planlaşdırılmasının rəsmiləşdirilməsinin İcra Hakimiyyətinə məhkəmə qərarı əsasında həvalə edilmiş, bundan sonra həmin qərar icra olunaraq, İcra Hakimiyyətinin Sərəncama əsasən nəzdində X3 X2 və rəyi tərtib olunmuş, mənzilin ölçüləri dəqiqləşdirilmiş, eskiz layihəsi də razılaşdırılmışdır. Onu da nəzərə almaq lazımdır ki, dam örtüyü təmir olunarkən, yuxarıda qeyd edildiyi kimi, buna Səbail rayon İcra Hakimiyyətinin V-14 saylı xx.xx.2005-ci il tarixli məktubuna əsasən icazənin verilməsi, artıq təmir başa çatdırılıb altında mansarda sahəsi yaradılandan sonra Səbail Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsi ilə həmin mansardanın qurulması qanuni hesab edilməsi kimi xüsusatlar Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)- 534/2021 qərarında öz əksini tapmışdır. Beləliklə, işin faktiki hallarını və qanuni əsaslarını nəzərə alaraq iddiaçı hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2013 cü il tarixdə 889 nömrəli reyestr kitabının 82695 nömrəli vərəqində qeydə alınmış RX seriyalı ******* №li "Çıxarışda əsasən mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospekti, ev 5 ünvanında yerləşən 5 saylı mənzilin faktiki sahəsini 216,91 kv.m hesab edilməklə ölçülərinin dəqiqləşdirilməsini nəzərə alaraq, üzərində mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, texniki pasportun tərtib edilməsi və dövlət reyestrindən yeni "Çıxarış"ın verilməsini cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsindən ötrü kifayət qədər əsaslar vardır. Cavabdehin etirazları:

8. Cavabdeh iddia tələbinə dair yazılı etiraz təqdim etmiş və etirazında göstərmişdir ki, iddiaçı ünvan 2 ünvanında yerləşən mənzilin mövcud vəziyyətdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tar ixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeydiyyatdan keçmiş mənzilin damında inşa edilmiş mansarda mərtəbəsinin qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun” 8.0.9.2-ci maddəsinə əsasən (2013-cü ilin yanvar ayının 1-dək inşa edilmiş tikililərə dair) tikilinin inşa edilməsinə icazə barədə qərar, razılaşdırılmış eskiz layihə və istismara qəbul aktı təqdim edilməlidir. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə iddiaçıya xx.xx.2023-cü il tarixli **********12 saylı cavab məktubu ünvanlanmışdır. İdarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, binan ın damında sonradan ümumi sahəsi 87.64 kv.m olan sahə inşa edilmiş və yaşayış sahəsi kimi iddiaçının istifadəsindədir. Əlavə inşa edilmiş sahə ilə birlikdə mənzilin faktiki ölçüsü 205.19 kv.m təşkil edir. İddiaçı tərəfindən təqdim edilmiş Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 534/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarında cavabdeh qismində Səbail Rayon İcra Hakimiyyəti göstərilmiş, idarə tərəf kimi cəlb edilməmiş, idarənin üzərinə öhdəlik qoyulmamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövl ət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Bakı İnzibati Məhkəməsinin (hakim Elvin Əliyev) 2024-cü il 13 fevral tarixli e-21(112)-896/2024 saylı qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının tikinti və planlaşdırma işləri apardığı dam örtüyünün altında yerləşən sahə mənzil qanunvericiliyinin tələblərinə əsasən ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur.

11. İddiaçı mənzilin dam örtüyünün altında apardığı tikinti işləri Mənzil Məcəlləsinın 27.1-ci maddəsinə əsasən razılaşdırılmadan (özbaşına) aparmışdır. İddiaçının məhkəməyə təqdim etdiyi və iş materiallarına əlavə etdiyi Səbail Rayon İcra Hakimiyyəti tərəfindən qəbu l edilmiş xx.xx.2022-ci il tarixli 143 nömrəli Sərəncamı “yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında” deyil, iddiaçının mülkiyyətində olduğu mənzilin ölçülərinin dəqiqləşdirilməsi barədə olmuşdur. Bununla bağlı olaraq qeyd edilməlidir ki, iddiaçıya məxsus mənzilin yerləşdiyi binanın dam örtüyünün altında olan sahənin yenidən planlaşdırılması ilə bağlı sərəncam hesab olunması belə mülkiyyət hüququnun qeydə alınması kimi hüquq müəyyənedici sənəd olaraq qəbul edilə bilməz. Həmçinin, Sərəncamın qəbul edilməsinə əsas olmuş məhkəmə qərarı isə dam örtüyünün altında olan sahənin yenidən planlaşdırılması ilə bağlı olduğu müəyyən olunur. Hansı ki, həmin Sərəncam mövcud dam örtüyünün altında olan sahənin planlaşdırılmasını yox, mənzilin ölçülərinin dəqiqləşdirilməsin i müəyyən edir. Bununla bağlı məhkəmə qeyd edir ki, müvafiq məhkəmə qərarı və onun əsasında qəbul edilmiş inzibati akt binanın dam örtüyünün altında yerləşən və ümumi paylı mülkiyyət hüquqi ilə digər mülkiyyətçilərə məxsus olan sahəyə dair iddiaçının mülkiyyət hüqunun qeydə alınması əsası kimi çıxış edə bilməz.

12. Yaşayış sahəsinin yenidən planlaşdırılması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahə sinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. Lakin iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı binanın lahiyəsində nəzərdə tutulmayan dam örtüyündə yendiən planlaşdırma işləri həyata keçirmiş və onun rəsmiləşdirilməsi məqsədilə məhkəmədə müvafiq iddianı qaldırmışdır. Məhkəmə qərarından da müəyyən olunur ki, artıq mövcud olan sahənin yenidən planlaşdırılmasının rəsmiləşdirilməsi öhdəliyi yerli icra hakimiyyəti orqanının üzərinə qoyulmuşdur. Məhkəmə qərarının icrası olaraq verilmiş Sərəncam isə dam örtüyünün altında olan sahənin yenidən planlaşdırılması ilə bağlıdır ki, həmin inzibati akt iddiaçının qeyd edilən sahəyə dair mülkiyyət hüququnun qeydə alınması əsası kimi qanunvericilikdə təsbit olunmamışdı r. 13. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrinin tələbləri iddiaçı tərəfindən yerinə yetirilmədiyindən yəni mübahisəli sahəyə (tikinti aparılmış ərazi) dair hər hansı hüquq müəyyənedici sənəd təqdim edilmədiyindən cavabdehin hüququn qeydə alınmasından imtinası əsaslı hesab edilməlidir. Eyni zamanda, qeyd edilməlidir ki, həmin bina beş mərtəbədən ibarət olmaqla yaşayış binası kimi inşa edilmiş və yaşayış binasının layihələndirilməsində iddiaçının tikinti apardığı ərazi (binanın damı) tikinti məqsədi üçün nəzərdə tutulmamışdır. Eyni zamanda qeyd edilməlidir ki, aparılan tikinti işlərinin tikinti və şəhərsalma normalarına və qaydalarına uyğun olaraq aparıldığı və aparılmış dəyişiklik binanın dayanıqlığına zərər vurmadığına dair hər hansı sənədin və rəyin olması iş materiallarında da öz əksini tapmamışdır. Belə olduğu halda məhkəmə hesab edir ki, iddiaçı bu cür dəyişiklikləri müvafiq icazələr alınmadan, layihə icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmədən həyata keçirmişdir.

14. İddiaçı binanın konstruksiyasında özbaşına dəyişikliklər edərək yaşayış binasının damında, yaşayış sahəsi üçün nəzərdə tutulmamış ərazidə tikinti işləri aparmışdır ki, həmin aparılan tikinti binanın dayanıqlığına zərər vurma ehtimalı mövcuddur. Eyni zamanda qeyd edilməlidir ki, yaşayış binasının damında aparılmış tikinti həmin binada yaşayan sakinlər (qonşuların) kimi onların həyat və sağlamlıqlarına təhlükə yaratma ehtimalı nəzərə alınaraq mövcud vəziyyətin dəyişəcəyi təqdirdə (bədbəxt hadisələrin və texnogen qəzaların, qaz, su və elektrik təchizatı ilə bağlı baş vermə sinə şərait yarada bilər) sakinlərin hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi aydın surətdə təsəvvür etmək olar.

15. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Rəşid Səmədov /sədrlik edən və məruzəçi/, Xəyalə Cəmilova, Kamran Əkbərov) 2024-cü il 01 oktyabr 21(103)-2312/2024 saylı qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməyərək Bakı İnzibati Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, e-2-1(112)-896/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaş mışdır.

18. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

19. Kassasiya şikayətində iddia ərizəsi və apelyasiya şikayətində qeyd olunanlardan fərqli hər hansı dəlil qeyd olunmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.9. Azərbaycan Respub likasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə- torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə-torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündür lüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə-torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün- torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri ü çün- torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;...

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və ya lnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qayd asında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

26. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Apellyasiya instansiyası məhkəməsi iddianın əsaslarının mö vcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmış, bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

28. İş materiallarından müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 95,5 kv.m olan mənzil iddiaçını xüsusi mülkiyyətindədir. İddiaçı, qeydiyyatdan keçmiş və mülkiyyətində olan mənzilin dam örtüyünün altında inşa edilmiş əlavə sahənin (mərtəbənin) qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmiş, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən müsbət cavab verilməmişdir. Həmin imtinadan narazı qalan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

29. Apellyasiya instansiya məhkəməsi iddi anın təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayaraq qeyd etmişdir ki, iddiaçının tikinti və planlaşdırma işləri apardığı dam örtüyünün altında yerləşən sahə mənzil qanunvericiliyinin tələblərinə əsasən ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. İddiaçı mənzilin dam örtüyünün altında apardığı tikinti işləri Mənzil Məcəlləsinın 27.1-ci maddəsinə əsasən razılaşdırılmadan (özbaşına) aparmışdır.

30. Yaşayış sahəsinin yenidən planlaşdırılması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsi nin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir.

31. Lakin iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı binanın lahiyəsində nəzərdə tutulmayan dam örtüyündə yendiən planlaşdırma işləri həyata keçirmiş və onun rəsmiləşdirilməsi məqsədilə məhkəmədə müvafiq iddianı qaldırmışdır. Məhkəmə qərarından da müəyyən olunur ki, artıq mövcud olan sahənin yenidən planlaşdırılmasının rəsmiləşdirilməsi öhdəliyi yerli icra hakimiyyəti orqanının üzərinə qoyulmuşdur. Məhkəmə qərarının icrası olaraq verilmiş Sərəncam isə dam örtüyünün altında olan sahənin yenidən planlaşdırılması ilə bağlıdır ki, həmin inzibati akt iddiaçının qeyd edilən sahəyə dair mülkiyyət hüququnun qeydə alınması əsası kimi qanunvericilikdə təsbit olunmamışdır.

32. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, iddiaçının əsaslandığı Səbail Rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli 143 nömrəli Sərəncam öz məzmununa görə iddia olunan sahə ilə bağlı yalnız mövcud vəziyyətə dair faktı təsdiq edir.

33. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə və iddianın təmin olunmasına əsas vermir.

34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzi bati Kollegiyasının 2024-cü il 01 oktyabr tarixli 21(103)-2312/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar