Məhkəmə qərarları › İş №2-1(102)-3663/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3663/2025

20.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3663/2025 20.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdehlər Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti, “xxxx” QSC və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeyri-yaşayış sahəsinin sökülməsinə görə kompensasiyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdehlər Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti, “xxxx” QSC və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (üçüncü şəxs “xxxx” QSC) qarşı “kompensasiyanın ödənilməsi və s.” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-*/**** nömrəli qərarından iddiaçı və cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışına əsasən, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cavadxan küçəsində istifadədə olan 0.03768 ha torpaq sahəsində yerləşən 84 C nömrəli binada 320.0 kv.m ümumi, 320.0 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binası (** saylı avtomobillərə texniki xidmət sahəsi) tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabının **** nömrəli vərəqində qeydiyyata alınmışdır.

2. ****** nömrəli, ## #### 2005-ci il tarixdə tərtib edilmiş əmlakın inventarlaşdırılması bürosunun müəssisə və obyektin texniki pasportuna əsasən, İddiaçı mülkiyyətində olan, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, Pişəvəri küçəsinin cənub-şərqi, 3245-ci məhəllə ünvanında yerləşən qeyri-yaşayış sahəsi – ** saylı avtomobillərə texniki xidmət sahəsinin tikinti altı sahəsi 357.6 kv.m, ümumi sahəsi 320.0 kv.m, əsas sahəsi 320.0 kv. m göstərilmişdir.

3. cavabdeh2 QSC-nin iddiaçıya ünvanladığı **N-**/*-** nömrəli, ## ##### 2018ci il tarixli məktubuna əsasən bildirilmişdir ki, xxxxinin III növbəsinin Şimal sahəsinin tikintisi, Bakı şəhər X4 İcraiyyə Komitəsinin ## ###### 1986-cı il tarixli **/*** nömrəli qərarına əsasən həyata keçirilmişdir; qərara əsasən tikinti sahəsinə düşən fərdi yaşayış və qeyri-yaşayış binaların köçürülməsi Binəqədi rayon İcraiyyə Komitəsinə həvalə edilmişdir. Bu səbəbdən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cavadxan küçəsi 84 C ünvanında yerləşən və sökülən avtotəmir məntəqəsinə görə kompensasiya tələbi cavabdeh2 QSC-yə qarşı əsassızdır.

4. Bakı şəhəri Binəqədi Rayonu İcra Hakimiyyətinin iddiaçıya ünvanladığı **/**- **-**/Q-***-** nömrəli, ## ###### 2019-cu il tarixli məktubuna əsasən bildirilmişdir ki, ərizədə qeyd edilən qeyri-yaşayış binasının Nəsimi metro stansiyasının tikintisinədək mövcud olması, mövcud olmuşdursa söküntünün kim tərəfindən həyata keçirilməsi ilə əlaqədar müvafiq sənədlər təqdim edilməmiş və rayon İcra Hakimiyyətinin arxivində söküntünün aparılması üçün qəbul edilmiş hər-hansı bir qərar aşkar edilməmiş, metrotunel və metrostansiyaların tikintisinin aparılması rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə aid edilməmiş, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi barədə müraciəti aidiyyəti üzrə cavabdeh2 QSC-yə göndərilməsi tövsiyə edilmişdir.

5. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin iddiaçıya ünvanladığı Q- */**-**** nömrəli, ## ###### 2019-cu il tarixli məktubuna əsasən bildirilmişdir ki, qeyd olunan ünvanda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən heç bir yolinfrastruktur layihə həyata keçirilməmişdir və qeyd edilən daşınmaz əmlak Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sökülməmişdir.

6. Məhkəmə Ekspertiza Mərkəzinin **/**** nömrəli, ## ###### 2021-ci il tarixli ekspert rəyinə əsasən, ## #### 2005-ci il tarixdə, İddiaçı adına tərtib olunmuş Texniki Pasportda qeyd olunan ünvan 1 ünvanında yerləşən tikililərin yerləşmə yeri aerokosmik görüntülərə əsasən müəyyən olundu. İddiaçı adına tərtib olunmuş Texniki Pasportda qeyd olunan ünvan 1 ünvanda yerləşən 2008-ci ildə mövcud olmuş tikililərin 129,8 kv.m (tikintialtı sahəsi 103.9 kv.m olan A literli və 25,9 kv.m olan H literli tikililər) hissəsinin, eyni zamanda texniki pasportda qeyd olunmayan 2008-ci ildə mövcud olmuş tikilinin 30 kv.m hissəsinin yol çəkilərkən (2008-2009-cu illərdə) söküldüyü və faktiki olaraq həmin ərazidən yol keçdiyi müəyyən olunur. Qeyd olunur ki, texniki pasportda qeyd olunan 1318,4 kv.m torpaq sahəsinin 340 kv.m hissəsindən faktiki olaraq yol keçdiyi müəyyən olunur. İddiaçı istifadəsində qalan 978,4 kv.m hissədə yerləşən tikililərin faktiki yerləşmə vəziyyətinin, ölçüsünün, konfiqurasiyasının ## #### 2005-ci il tarixdə tərtib olunmuş qeyriyaşayış sahəsinə dair Texniki Pasportda qeyd olunan, 2008-ci il tarixdə mövcud olmuş B,C,D,E,F literli tikililərdən fərqli olmasını, 2008-ci ilin görüntülərində texniki pasportda qeyd olunmayan təqribən 80 kv.m (16x5) ölçüdə tikilinin mövcud olmasını və aerokosmik görüntülərdə 2008-ci ildən sonra həmin ərazidə yeni tikililərin müşahidə olunmasını nəzərə alaraq, texniki pasportda qeyd olunan bütün tikililərin eyni zamanda texniki pasportda qeyd olunmayan təqribən 80 kv.m (16x5) ölçüdə olan 2008-ci il tarixdə mövcud olmuş tikilinin yol çəkilərkən (2008-2009-cu illərdə) söküldüyü müəyyən olunur. Qeyd olunur ki, texniki pasportda qeyd olunan ərazinin iddiaçının istifadəsində qalan 978,4 kv.m hissəsində yeni tikililərin inşa edildiyi müəyyən olunur.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı iddia ərizəsi, daha iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Binəqədi Rayon İcra Hakimiyyətindən, xxxx QSC-dən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ünvan 1 ünvanında yerləşən 229,8 kv.metr hissəsinə görə 828000 (səkkiz yüz iyirmi səkkiz min) manat, əldən çıxmış faydaya görə 643500 (altı yüz qırx üç min beş yüz) manat, mənəvi zərərə görə 200000 (iki yüz min) manat, ümumilikdə 1671500 (bir milyon doqquz yüz iyirmi beş) manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MŞ 0139864 seriyalı, ********** qeydiyyat nömrəli, ## #### 2008-ci il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 1 ünvanında iddiaçının istifadəsində olan 0,03768 ha torpaq sahəsində yerləşən 320 kv.m sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası iddiaçının mülkiyyətindədir. ## #### 2005-ci il tarixli texniki pasporta əsasən həmin əmlakın yerləşdiyi ərazinin ümumi sahəsi 1318,4 kv.metrdir. 2008-ci ilin sentyabr ayında qeyd olunan əmlakının bir hissəsi – 300 kv.metr torpaq sahəsi və orada yerləşən tikililərdən 229,8 kv.metr hissə dövlət ehtiyacları üçün ərazini alan orqan kimi cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən sökülmüşdür. Bununla əlaqədar olaraq iddiaçı dəfələrlə Bakı şəhər İcra Hakimiyyətinin rəhbərliyi ilə görüşmüş və əmlakının sökülməsinə görə ona kompensasiya veriləcəyi barədə vəd verilmişdir. Lakin bu günə qədər dövlət ehtiyacları üçün özgəninkiləşdirilmiş mülkiyyətinə görə kompensasiya almamışdır. Sökülən ərazidə torpaq sahəsinin 100 kv.metri, yəni bir sotu bazar qiyməti ilə təqribi 200000 manatdır. Bu səbəbdən 300 kv.metr torpaq sahəsi üçün iddiaçıya 600000 manat kompensasiya verilməlidir. Eyni zamanda, kommersiya obyekti kimi fəaliyyətdə olan 229,8 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinə görə 700000 manat kompensasiya müəyyən edilməlidir. Sökülən 6 qeyri-yaşayış sahəsinin hər birini ayda 500 manata icarəyə vermiş və oradan hər ay ümumilikdə 3000 manat gəlir əldə edirdi. Söküntünün 2008-ci ilin sentyabr ayında həyata keçirildiyi nəzərə alınsa, 135 ay ərzində həmin obyektlərdən 405000 manat gəlir götürməli idi. İddiaçı əmlakını sökmüş cavabdehin vəzifəli şəxsləri tərəfindən uzun illər aldadılmışdır. Bu isə daim əsəb gərginliyi, stress keçirməyinə səbəb olmuşdur. Bu səbəbdən mənəvi zərərin əvəzi olaraq cavabdeh 200000 manat kompensasiya ödəməlidir. İddiaçının mübahisəli əmlakı “xxxx” ASC-də girovdadır, ipoteka ilə yüklü edilmişdir. “xxxx” ASC iddiaçıya qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə həmin iş üzrə əmlakın qiymətləndirilməsi üçün ekspertiza təyin etmiş, lakin qeyd olunan mübahisəli əmlakın bir hissəsinin söküldüyü müəyyən edildiyi üçün, əmlakın tam şəkildə qiymətləndirilməsi mümkün olmamışdır.

9. Cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən təqdim edilmiş iddia ərizəsinə dair yazılı etirazda göstərilmişdir ki, iddiaçı məhkəmədə iddia irəli sürməzdən əvvəl mülkiyyətinə olan qeyri-yaşayış binasının 2008-ci ildə Nəsimi metro stansiyasının tikintisi zamanı sökülməsi ilə bağlı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi barədə ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Ərizəçinin qeyd etdiyi qeyri-yaşayış binası Nəsimi metro stansiyasının tikintisinədək mövcud olması, mövcud olmuşdursa, söküntünün kim tərəfindən həyata keçirilməsi ilə əlaqədar müvafiq sənədlər təqdim edilməmiş və rayon İcra Hakimiyyətinin arxivində söküntünün aparılması üçün qəbul edilmiş hər hansı bir qərar aşkar edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, metro-tunel və metrostansiyaların tikintisinin aparılması rayon İcra Hakimiyyəti səlahiyyətinə aid edilməmişdir. Qeyd olunanlara əsasən ərizəçiyə dəymiş maddi və mənəvi ziyanın ödənilməsi barədə müraciəti aidiyyəti üzrə xxxxi QSC-yə göndərilmişdir. Qeyd olunanlarla bağlı ərizəçiyə ətraflı cavab verilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının iddia etdiyi yerdə Nəsimi metrostansiyası mövcuddur. Belə olan halda dəymiş zərər kimi kompensasiyanın rayon İcra Hakimiyyətinin üzərinə qoyulması absurddur. İşin mahiyyəti belədir ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cavadxan küçəsi ünvanında yerləşən 320 kv.m qeyri-yaşayış sahəsi Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestrindən ##.##.2008-ci il tarixdə verilmiş 01339864 seriya MH nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən vətəndaş İddiaçı mülkiyyədtində olmuşdur. Vətəndaşın çoxsaylı müraciətləri əsasında narazılığına səbəb olan məsələnin aradan qaldırılması məqsədi ilə rayon İcra Hakimiyyəti tərəfindən aidiyyatı üzrə xxxxinin rəhbərliyinə rəsmi müraciətlər edilmişdir. İddiaçının çoxsaylı müraciətləri RİH tərəfindən xxxx QSC-yə ünvanlanmış və bu hal bütün sənədlərdə sübuta yetirilir. Bütün qeyd olunan hallar barədə artıq uzun müddət araşdırmalar aparılmışdır. Bakı şəhər X4 İcraiyyə Komitəsinin ##.##.1986-cı il tarixli **/*** saylı qərarına əsasən Binəqədi rayonunun şimal hissəsində III növbəli metro stansiyasının yerüstü tikintisinin aparılması qərara alınmışdır. Qərarın 12.3.2-ci bəndində Kirov rayonu İcraiyyə Komitəsinə tikinti altına düşən sakinlərin siyahısının dəqiqləşdirilməsi tapşırılmışdır. Qərarın 12.3.3-cü bəndində tikinti smetasına tikililərin sökülməsi və ərazinin təmizlənməsi xərclərinin salınması tapşırılmışdır. Qərarın 12.4-cü bəndində Kirov rayonu İcraiyyə Komitəsinə tikinti altına düşən sakinlərin köçürülməsi tapşırılmışdır. Qərarın 12.4-cü bəndinin Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən icra olunmamasından, yəni sakinlərin köçürülməsi prosesinin aparılmadığına görə ##.##.2008-ci il tarixli, ** nömrəli, **/*-*** saylı məktubla Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına xxxxi QSC tərəfindən müraciət olunmuşdur. Artıq bu fakt təsdiq edir ki, Binəqədi Rayon İcra Hakimiyyəti sakinlərin köçürülmə prosesini aparmamışdır. Həmçinin iddiaçı xxxxi analoji iş üzrə yəni eyni ünvanda mövcud olmuş digər qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar vətəndaş C.İ.Cəfərova qarşı Binəqədi Rayon Məhkəməsində iddia qaldıraraq mülkiyyət hüququ haqqında şəhadətnamənin ləğv edilməsini, qeyri-yaşayış sahəsinin sökülməsini və torpaq sahəsinin xxxxin istifadəsinə verilməsini xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2008-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş və tərəflər qətnaməni mübahisələndirməmişlər. Binəqədi Rayon İcra Hakimiyyəti ##.##.2008ci il tarixli **/*** saylı məktubla Azərbaycan Respublikasının Baş nazirinin müavininə müraciət edərək, 6-cı mkr, S.Məmmədova küçəsindəki Nəsimi metro stansiyasının tikintisi ilə əlaqədar vətəndaşların obyektlərinin xxxxi tərəfindən söküldüyünü, obyekt sahiblərinə Binəqədi şossesində və Baksol ərazisində yerlər təklif olunsa da, imtina etdikləri və bununla əlaqədar çoxsaylı müraciətləri nəzərə alaraq kompensasiya ayrılması məqsədilə komissiyanın yaradılmasını xahiş etmişdir. Binəqədi Rayon İcra Hakimiyyəti ##.##.2009-cu il tarixdə **/*** saylı məktubla Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək, 6-cı mkr. S.Məmmədova küçəsindəki Nəsimi metro stansiyasının tikintisinin başa çatdığının, həmin ərazidə 1616,15 kv.metr torpaq sahəsinin olduğunu və həmin ərazidə obyektləri sökülmüş şəxslərin iddiaçı və digərlərin obyektlərinin yenidən tikilməsinə razılıq verilməsini xahiş etmişdir. Binəqədi rayon İcra Hakimiyyəti ##.##.2009-cu il tarixdə **/*** saylı məktubla Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək 6-cı mkr. S.Məmmədova küçəsindəki Nəsimi metro stansiyasının tikintisinin başa çatdığını, həmin ərazidə 1616,5 kv.m torpaq sahəsinin olduğunu və həmin ərazidə sökülmüş obyektlərin yerləşdirilməsinin texniki cəhətdən mümkün olduğunu, qeyri-yaşayış obyektinin yenidən tikilməsinə etiraz olunmadığını və səlahiyyətlərinə aid olduğu üçün münasibət bildirilməsini xahiş etmişdir. Binəqədi Rayon İcra Hakimiyyəti iddiaçının və digər şəxslərin yaranmış problemlərinin həlli istiqamətində Baş nazirin müavininə müraciət edərək iddiaçının və digərlərinin obyektlərinin xxxxi tərəfindən söküldüyünü, obyekt sahiblərinə Binəqədi şossesində və Baksol ərazisində yerlər təklif olunsa da, imtina etdiklərini və bununla əlaqədar çoxsaylı müraciətləri nəzərə alaraq kompensasiya ayrılması məqsədilə komissiyanın yaradılmasını, Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək Nəsimi metro stansiyasının tikintisinin başa çatdığının, həmin ərazidə obyektləri sökülmüş şəxslərin iddiaçı və digərlərin obyektlərinin yenidən tikilməsinə razılıq verilməsini xahiş etmişdir. Göründüyü kimi, Bakı şəhər X4 İK-nin ##.##.1986-cı il tarixli, **/*** saylı qərarının 12.3.2ci bəndində Kirov rayonu İK-nə tikinti altına düşən sakinlərin siyahısının dəqiqləşdirilməsi, qərarın 12.3.3-cü bəndində tikinti smetasına tikililərin sökülməsi və ərazinin təmizlənməsi xərclərinin salınması, qərarın 12.4-cü bəndində Kirov rayonu İK-nə tikinti altına düşən tikililərin sakinlərinin siyahısının dəqiqiləşdirilməsi, qərarın 12.3.3-cü bəndində tikinti smetasına tikililərin sökülməsi və ərazinin təmizlənməsi xərclərinin salınması, qərarın 12.4-cü bəndində Kirov rayonu İK-nə tikinti altına düşən sakinlərin köçürülməsi, qərarın 12.4-cü bəndinin Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən icra olunmamasından, yəni sakinlərin köçürülmə prosesinin aparılmamasına görə analoji iş üzrə 2008-ci ildə vətəndaş İ.Ə.Yusifova qarşı xxxxi tərəfindən məhkəmədə iddia qaldırılması, sonradan məhkəmədə qaldırdığı iddia ərizəsindən imtina edilməsi, xxxxi metrostansiyasının tikintisi başa çatdıqdan sonra həmin ərazi Bakı Şəhər və Binəqədi Rayon İcra Hakimiyyətlərinin razılığı əsasında geri qaytarıla biləcəyi faktları Binəqədi Rayon İcra Hakimiyyətinin iş üzrə cavabdeh ola biləcəyini mümkünsüz edir. Qeyd olunanlardan göründüyü kimi cavabdeh qismində seçilmiş Binəqədi Rayon İcra Hakimiyyəti hər-hansı bir söküntü işləri aparmamış, əksinə olaraq vətəndaşlara əməli köməklik göstərərək hüquqlarının bərpa olunmasında, sökülmüş obyektlərinin yenidən bərpa olunmasında qanunvericiliyin tələblərinə uyğun köməklik göstərmişdir. Bundan əlavə Binəqədi RİH dəfələrlə xxxxinə vətəndaşın müraciətlərini yönəltmişdir. Metropoliten bir dəfə də olsun cavab məktubunda bu işin onlara aidiyyətının olmamasını bildirməmişdir. Bütün qeyd olunan hallardan əlavə qeyd olunan ünvan üzrə və eyni hal üzrə Ali Məhkəmənin çoxsaylı qərarları qəbul edilmişdir.Onlardan biri iddiaçı X2 *(***)-****/** saylı, ##.##.2008-ci il tarixli işi olmuşdur ki, məhkəmə həmin ünvanda xxxxi tərəfindən iş aparılmasının və sahibkarlara dəymiş zərərin həmin təşkilat tərəfindən ödənilməli olduğunu müəyyən etmişdir.

10. Cavabdeh Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təqdim edilmiş iddia ərizəsinə dair yazılı etirazda göstərilmişdir ki, iddiaçının iddia tələbi üzrə Avtomobil Yolları Dövlət Agentliyi cavabdeh qismində olmamalıdır. Belə ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin sökülməsi barədə Agentlikdə heç bir məlumat olmamış və bununla bağlı Agentliyə dövlət büdcəsindən heç bir vəsait ayrılmamış, həmin söküntü işlərinin sifarişçisi və təşkilatçısı olmamışdır.

11. Cavabdeh cavabdeh2 QSC tərəfindən təqdim edilmiş iddia ərizəsinə dair yazılı etirazda göstərilmişdir ki, cavabdeh2 QSC-nin cavabdeh kimi cəlb edilməsinin qeyrimümkün sayılması barədə qərardad qəbul edilməlidir. Belə ki, Bakı şəhər X4 İcraiyyə Komitəsinin “Tikintinin layihələndirilməsinə icazənin verilməsi və torpaq sahəsinin ayrılması barədə” ## ###### 1986-cı il tarixli, **/*** saylı qərarı ilə Kirov (hazırda Binəqədi) və Nəsimi rayonları ərazisindən keçən Memar Əcəmi stansiyasından Dərnəgül stansiyasınadək xxxxinin II növbəsinin şimal hissəsinin layihələndirilməsi qərara alınmışdır. Qərarın 12.3.2-bəndində Kirov şəhər Sovetinin İcraiyyə Komitəsinə köçürüləcək tikililərin siyahısının Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin yaşayış sahəsinin uçotu və bölüşdürülməsi İdarəsinə və Baş Memarlıq-Layihələndirmə İdarəsinə təqdim edilməsi tapşırılmışdır. Qərarın 12.4-cü bəndində açıq üsulla həyata keçiriləcək metropolitenin III növbəsinin tikintisi üçün nəzərdə tutulan ərazinin hüdudlarına düşən tikililərin köçürülməsi Binəqədi Rayon İcra Hakimiyyətinə tapşırılmışdır. Qərarın 10.3-cü bəndində həmin sahəyə düşən qəbirstanlıqda dəfnlərin yol verilməməsi Kirov şəhər Sovetinin İK-nə tapşırılmışdır. Qərarın 10.6-cı bəndində Kirov şəhər Sovetinin İK-nə metropoliten obyekti tikintisi üçün ayrılmış torpaq sahəsinin kənar təşkilatlar tərəfindən tutulmasının yol verilməməsi və müəyyən olunmuş qaydanı pozan şəxslərin məsuliyyətə cəlb edilməsi tapşırığı verilmişdir. Həmin ərazidə Bakıdövlət layihə və Bakımetrolayihə İnstitutlarının layihəsi əsasında şəhərin gələcək perspektiv inkişaf planı nəzərə alınmaqla tunellərin tikintisi və abadlıq işlərinin aparılması üçün hazırlıq işlərinin yerinə yetirilməsinə başlanılmışdır. Lakin ölkədə qeyri-stabillik, müharibə və digər səbəblərdən yaranmış ağır vəziyyət, o cümlədən maliyyə çətinlikləri bu işlərin tam gücü ilə və fasiləsiz icrasına mənfi təsir etmiş, hətta işlərin səngiməsinə səbəb olmuş və həmin dövrdə nəinki xxxxinin III növbəsinin şimal hissəsinin tikintisi üçün ayrılmış sahə boşaldılmış, əksinə həmin ərazilərdə ayrı-ayrı şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisi vüsət almağa başlamışdır ki, bununla əlaqədar xxxxi İdarəsi mütəmadi olaraq müxtəlif instansiyalara müraciət etmiş, qeyri-qanuni tikililərin sökülməsini xahiş etmişdir. xxxxi uzun illər aidiyyəti yerli və mərkəzi icra hakimiyyəti orqanlarına, yerli bələdiyyələrə edilən müraciətlərində Bakı şəhər X4 İcraiyyə Komitəsinin ## ###### 1986-cı il tarixli, **/*** saylı qərarı ilə xxxxinin III növbəsinin şimal hissəsinin tikintisi üçün ayrılmış ərazilərin hüdudlarına düşən tikililərin köçürülməsini xahiş etmiş, bu müddət ərzində qeyri-qanuni tikililərin həyata keçirildiyini bildirərək, onların qarşısının alınması və ləğv edilməsi üçün tədbirlər görülməsini xahiş etmişdir. İddiaçı İddiaçı ünvanlanmış ##.##.2019-cu il tarixli, **N-**/*-*** nömrəli cavab məktubunda da xxxxinin III növbəsinin şimal hissəsinin tikintisi sahəsinə düşən fərdi yaşayış və qeyri-yaşayış binalarının köçürülməsinin Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edildiyi, ona məxsus olduğunu, iddia etdiyi Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cavadxan küçəsi 84 C ünvanında vaxtilə yerləşmiş, sonradan sökülmüş avtotəmir məntəqəsinə görə kompensasiya tələbinin cavabdeh2 QSC-yə qarşı əsassız olduğu bildirilmişdir. * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş analoji məhkəmə işində *-*(**)-**/**** nömrəli Yusifov İbiş Əli oğlunun cavabdehlər Binəqədi Rayon İcra Hakimiyyətinə və “xxxx” QSC-yə qarşı cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyana görə 1878900 manat kompensasiyanın və vurulmuş zərər olan 500000 manat pulun – cəmi 2378900 (iki milyon üç yüz yetmiş səkkiz min doqquz yüz) manat məbləğində pulun cavabdeh olan inzibati orqandan alınaraq ödənilməsi barədə iddia tələbi üzrə iddiaçının cavabdeh orqan “xxxx” QSC-yə qarşı olan hissəsində mümkün sayılmaması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının ##.##.2018-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı və Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının ##.##.2019-cu il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə qüvvədə saxlanılmışdır. Həmçinin, * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2018-ci il tarixli, *-*(**)-**/**** nömrəli qərardadında qeyd olunmuşdur ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Baş nazirinə ünvanlanmış ##.##.2008-ci il tarixli, *-***/* nömrəli məktubunun surətindən görünür ki, metropolitenin Azadlıq və Nəsimi metro stansiyalarının tikintisinin vaxtında başa çatdırılmasına maneəçilik törədən bütün obyektlərin (tikililərin) ən qısa müddət ərzində köçürülməsi üçün təxirəsalınmaz tədbirlərin görülməsi barədə tərəflərindən Binəqədi Rayon İcra Hakimiyyətinə tapşırıq verilmişdir.

12. Bakı İnzibati Məhkəməsinin ## ##### 2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı cavabdehlər Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti, xxxx QSC, Azərbaycan Avtomobil X5rşı ünvan 1 ünvanında yerləşən 229,8 kv.metr hissəsinə görə 828000 (səkkiz yüz iyirmi səkkiz min) manat, əldən çıxmış faydaya görə görə 643500 (altı yüz qırx üç min beş yüz) manat, mənəvi zərərə görə 200000 (iki yüz min) manat, ümumillikdə 1671500 (bir milyon doqquz yüz iyirmi beş) manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə iddia tələbi cavabdehlər xxxx QSC-yə və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə münasibətdə mümkün hesab edilməmişdir.

13. Bakı İnzibati Məhkəməsinin ## ##### 2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı (hakim M.Hacıbəyova) iddia qismən təmin edilmiş, iddiaçı İddiaçı 624000 (altı yüz iyirmi dörd min) manat kompensasiya ödənilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin faktiki hallarına əsasən iddiaçının Bakı şəhərinin Binəqədi rayon ərazisində mülkiyyətində olan qeyri-yaşayış sahəsi metronun Nəsimi stansiyasının tikintisi zamanı sökülmüşdür və iddiaçıya bu günə qədər həmin əmlaka görə kompensasiya ödənilməmişdir. Oxşar inzibati iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2020-ci il tarixli qərarında iddiaçının əmlakının sökülməsinə görə cavabdeh qismində Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tanınmaqla, əks olunmuş mövqeyinə əsasən “Azerbaijan İnternational Consulting Company” MMC-nin rəyi ilə müəyyən edilən orta bazar qiyməti əsas götürülməklə, iddiaçıya onun əmlakının alınması ilə əlaqədar kompensasiya ödənilməsi ədalətli və ağlabatan əvəzi hesab edilə bilər. Hazırki iş üzrə “xxxx” MMC tərəfindən iddiaçının əmlakının qiymətləndirməsinə dair rəyinə əsasən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 229.8 kv.m hissəsinin ##.##.2020-ci il tarixə olan bazar dəyəri 520 000 (beş yüz iyirmi min) manat təşkil edir. *** nömrəli ## ###### 2007-ci il tarixli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il # ###### tarixli ***-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanında göstərilmişdir: “2.3. dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir.” Belə olan halda məhkəmə iddiaçının sökülmüş qeyri-yaşayış sahəsinə görə (520000 + 124000 )cəmi 624000 manat kompensasiyanın ödənilməsi ağlabatan və ədalətli hesab etmişdir.

15. Eyni zamanda, birinci instansiya məhkəməsi iddiaçının digər tələbini - əldən çıxmış faydaya görə 643500 manat məbləğinin ödənilməsi hissədə iddianı əsassız hesab etmişdir. Belə ki, iddiaçıya məxsus olmuş, hal-hazırda sökülmüş, qeyri-yaşayış sahəsinin istifadəsi zamanı gəlirlərin əldə edilməsinə dair sənədlər təqdim edilməmiş, onların mövcud olması barədə məlumat verilməmişdir. Cavabdehin təqsirli hərəkətləri ilə iddiaçının mənəvi zərərə səbəb ola bilən mənfi psixoloji reaksiyaya məruz qalması işə baxılan zaman öz təsdiqini tapmamışdır.

16. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın iddianın təmin edilməyən hissədə ləğv edilməsini və həmin hissədə iddianın tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

17. Cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

b) apellyasiya instansiya məhkəməsində icraat

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-*/**** nömrəli qərarı (hakimlər G.Abbasova – sədrlik edən, A.Oruczadə və E.Əliyev) ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin ## ##### 2022-ci il tarixli, *-*(***)- ***/**** nömrəli qərarı qismən ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia qismən təmin edilmişdir. İddiaçı İddiaçı ünvan 1 ünvanında yerləşən 320 kv.m sahə təşkil edən qeyri-yaşayış sahəsinə görə 640 000 manat və ünvan 1 ünvanında iddiaçının istifadəsində olan 0,03768 ha torpaq sahəsinə görə 188400 manat, cəmi 828400 (səkkiz yüz iyirmi səkkiz min dörd yüz) manat kompensasiya ödənilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.

19. Apellyasiya instansiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 320 kv.m sahə təşkil edən qeyri-yaşayış sahəsinə görə ağlabatan və ədalətli kompensasiya məbləği 2000 (iki min) manat miqdarında müəyyən edilməlidir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin sorğusuna əsasən Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivindən təqdim edilmiş notarial qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrindən daşınmaz əmlakın 1 kv.m sahəsi üçün orta bazar dəyəri 2000-3000 manat miqdarında müəyyən edilir. Göstərilənlərə əsasən iddiaçıya ünvan 1 ünvanında yerləşən 320 kv.m sahə təşkil edən qeyri-yaşayış sahəsinə görə 640000 (320x2000=640000) manat kompensasiya məbləğinin verilməsi məqsədəuyğundur.

20. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd etmişdir ki, cavabdehin hərəkətləri nəticəsində torpaq sahəsi ilə bağlı iddiaçılara vurulmuş ziyana görə cavabdeh Mülki Məcəllə ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin tərəfindən təqdim edilmiş notarial qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrinə əsasən şəxslərə məxsus fərdi yaşayış evinin altında yerləşən və istifadə hüququ əsasında onlara məxsus olan torpağın hər kv.m-nə görə 500 (beş yüz) manat məbləğində kompensasiyanın verilməsi ədalətli və ağlabatandır. Bu səbəbdən, iddiaçıya evin yerləşdiyi torpaq sahəsi üçün hər kv.m görə 500 manatdan kompensasiyanın ödənilməsi məqsədəmüvafiq hesab edilir. Beləliklə, iddiaçı İddiaçı istifadəsində olan 0.03768 ha (376.8 kv.m) torpaq sahəsinə görə 188400 manat (376.8x500) məbləğində kompensasiya verilməlidir.

21. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın iddianın təmin edilməyən hissədə ləğv edilməsini və həmin hissədə iddianın tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

22. Cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya şikayətlərinin və onlara qarşı etirazın dəlilləri

a) iddiaçının kassasiya şikayətinin dəlilləri

23. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir.

24. Kassasiya şikayətində Mülki Məcəllənin 21.2-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 88 və 217.3-cü maddələrinə istinad edilmişdir.

b) cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin kassasiya şikayətinin dəlilləri

25. Qanunvericiliyin prosessual hüquq normasında “qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir” qeyd olunsa da, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası qəbul etdiyi qərarda göstərilən mülahizələrlə bağlı konkret qanunvericilik aktına istinad etmədən öz mövqeyini qeyd etmişdir.

26. Qanunvericiliyin prosessual hüquq normasında “məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır” göstərildiyi halda, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası apellyasiya şikayətində göstərilmiş xüsusatları tam həcmdə araşdırmamış və iş materiallarında olan sənədləri lazımınca tədqiq etməmişdir.

27. Kassasiya şikayətində İnzibati Prosessual Məcəllənin 68.1 və 68.2-ci maddələrinə istinad edilmişdir.

c) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

28. Cavabdeh “xxxx” QSC kassasiya instansiyası məhkəməsinə müraciət edərək göstərmişdir ki, Bakı İnzibati Məhkəməsi tərəfindən iddianın “xxxx” QSC-nə və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə münasibətdə mümkün sayılmaması barədə ##.##.2022-ci il tarixli *-*(***)-***/**** nömrəli qərardad qəbul edilmişdir. Prosessual qanunvericilikdə nəzərdə tutulmuş və məhkəmə qərardadında göstərilmiş müddət ərzində qeyd olunan qərardaddan yuxarı instansiya məhkəməsinə şikayət verilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli *-*(***)-*/**** saylı qərarından iddiaçı İddiaçı və cavabdeh Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə müvafiq qərar qəbul edilərkən qeyd olunan halların nəzərə alınması xahiş edilmişdir.

29. Üçüncü şəxs “xxxx” QSC kassasiya instansiyası məhkəməsinə ərizə ilə müraciət edərək göstərmişdir ki, İddiaçı “xxxx” QSC qarşısında aktiv kredit öhdəliklərinin mövcud olmasını, kredit öhdəliyinin təminatı olaraq yuxarıda qeyd olunan əmlakın bank qarşısında ipoteka ilə yüklü edilməsini, qanuni qüvvəsini almış qətnamə üzrə borcun hazırkı tarixədək ödənilməməsini nəzərə alaraq, əmlakın sökülməsinə görə mülkiyyətçiyə kompensasiya ödənilməsinə həmin kompensasiya məbləğinin ilk növbədə İddiaçı “xxxx” QSC qarşısında qanuni qüvvəsini almış məhkəmə qətnaməsi üzrə qət edilmiş borc məbləğinə yönəldilməsi şərti ilə etiraz etmirlər. Cavabdehin kassasiya şikayətinin isə rədd edilməsini xahiş edirlər.

Tətbiq edilən hüquq

30. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 89. İnzibati orqanların məsuliyyəti 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.

31. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.[17] 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. ... Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

32. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.

Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

33. Kassasiya şikayətləri vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər üzrə kassasiya mümkün hesab edilmişdir.

34. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, cavabdehin kassasiya şikayəti qismən əsaslı, iddiaçının kassasiya şikayəti əsaslı deyil. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə tam riayət olunmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində qismən səhvə yol verilmişdir. Bu səbəbdən cavabdehin şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qismən qanunsuz və əsassız sayılmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddianın qismən təmin edilməsi barədə yeni qərar qəbul olunmalıdır.

36. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın qismən təmin olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

37. İddiaçı İddiaçı hüquqi marağı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətindən ünvan 1 ünvanında yerləşən 320 kv.m qeyri-yaşayış sahəsinin 229,8 kv.metr hissəsinə görə 828.000 manat, əldən çıxmış faydaya görə 643.500 manat, mənəvi zərərə görə 200.000 manat, ümumilikdə 1.671.500 manat məbləğində pulun ona ödənilməsi ilə bağlıdır.

38. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cavadxan küçəsində istifadədə olan 0.03768 ha torpaq sahəsində yerləşən 84 C nömrəli binada 320.0 kv.m ümumi, 320.0 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (** saylı avtomobillərə texniki xidmət sahəsi) tam mülkiyyət hüququ üzrə iddiaçı İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

39. ## #### 2005-ci il tarixdə tərtib edilmiş əmlakın inventarlaşdırılması bürosunun müəssisə və obyektin texniki pasportuna əsasən, iddiaçının mülkiyyətində olan, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, Pişəvəri küçəsinin cənub-şərqi, 3245-ci məhəllə ünvanında yerləşən qeyri-yaşayış sahəsi – ** saylı avtomobillərə texniki xidmət sahəsinin tikinti altı sahəsi 357.6 kv.m, ümumi sahəsi 320.0 kv.m, əsas sahəsi 320.0 kv.m göstərilmişdir.

40. Hazırkı mübahisə iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin sökülməsinə görə cavabdeh tərəfindən ödənilməli olan kompensasiyanın məbləği barədədir.

41. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən qeyri-yaşayış sahəsi 320 kv.m-dir. İddiaçı onun 229.8 kv.m hissəsinin 2008-2009-cu ildə söküldüyünü bildirib əvəzinin ödənilməsini xahiş edir. İddiaçı iddia ərizəsində bildirmişdir ki, mübahisəli əmlakı “xxxx” QSC-də girovdadır, ipoteka ilə yüklü edilmişdir.

42. İddiaçı ilə “xxxx” ASC arasında ## #### 2009-cu il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cavadxan küçəsində istifadədə olan 0.03768 ha torpaq sahəsində yerləşən 84 C nömrəli binada 320.0 kv.m ümumi, 320.0 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (** saylı avtomobillərə texniki xidmət sahəsi) kredit xətti müqaviləsinin təminatı olaraq ipoteka qoyulmuşdur. İpoteka müqaviləsinin 2.4-cü bəndində ipoteka predmetinin dəyəri tərəflərin razılığı ilə 360.416 manat qiymətləndirilmişdir.

43. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin ## #### 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı “xxxx” QSC-nin cavabdeh İddiaçı qarşı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddiası təmin edilmiş, qətnamə üzrə ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cavadxan küçəsində istifadədə olan 0.03768 ha torpaq sahəsində yerləşən 84 C nömrəli binada 320.0 kv.m ümumi, 320.0 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının (** saylı avtomobillərə texniki xidmət sahəsinin) ilkin satış qiyməti 360.416 manat müəyyən edilmişdir.

44. Göründüyü kimi, iddiaçıya məxsus əmlakın ipoteka ilə yüklü edilməsi və sökülməsi eyni dövrə təsadüf etdiyindən, həm yüklü edilərkən, həm sökülən zaman əmlakın qiyməti eyni qiymət müəyyən edilməlidir. Həmin qiymət ipoteka müqaviləsində iddiaçının da razılaşdığı 360.416 manatdır.

45. İddiaçı ilə “xxxx” ASC arasında ipoteka müqaviləsi notarial qaydada ## #### 2009-cu il tarixə bağlanmışdır. ## ##### 2005-ci ildə qəbul edilmiş “İpoteka haqqında” Qanunun 7.2-ci maddəsinə görə bina, tikili, qurğu və ya digər daşınmaz əşyalar yalnız onların yerləşdiyi, yaxud fəaliyyətini təmin etdiyi torpaq sahəsi ilə birlikdə ipoteka qoyulur. Daşınmaz əşyaya tutma yönəldildikdə, onu alan şəxs həmin daşınmaz əşyanın əvvəlki mülkiyyətçisinə əşyanın yerləşdiyi torpaq sahəsi üzərində mənsub olan hüququ əldə edir.

46. İddiaçıya məxsus tikili ipoteka qoyularkən onun yerləşdiyi torpaq sahəsi ilə birlikdə ipoteka qoyulmuş, nəticədə tikili ilə torpaq sahəsi birlikdə qiymətləndirilmişdir.

47. Məhkəmə kollegiyası vahid əmlak prinsipinə istinad edərək hesab edir ki, həm tikili, həm də torpaq sahəsi daxil olmaqla iddiaçıya məxsus əmlakın dəyəri ipoteka müqaviləsində göstərilən 360.416 manat qəbul edilməlidir.

48. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən, inzibati orqanların hərəkətləri nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.

49. Cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin hərəkəti nəticəsində iddiaçı İddiaçı ziyan vurulduğundan vurulan ziyan cavabdehdən alınıb iddiaçıya ödənilməli, ziyanın məbləği 360.416 manat müəyyən edilməlidir.

50. İddiaçı kassasiya şikayətində Mülki Məcəllənin 21.2-ci maddəsinə istinad edərək 643.500 manat əldən çıxmış faydaya, habelə mənəvi zərərə görə iddianın təmin edilməsini xahiş etmiş, lakin əmlakdan fayda götürməsini təsdiq edən hər hansı dəlil təqdim etməmişdir. Həmçinin əmlakın sökülməsi ilə bağlı mənəvi zərərin mövcudluğu da sübut olunmur.

51. Bəhs olunanlara əsasən, iddiaçının kassasiya şikayəti əsaslı olmadığından təmin edilməməli, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilərək cavabdehdən 360.416 manat alınıb iddiaçıya verilməsi barədə yeni qərar qəbul edilməli, cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

52. Yuxarıda göstərilənlərdən əlavə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

53. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsinə dair zərurət olmamışdır.

54. İPM-in 28.1 və 28.2-ci maddələrinin məzmunundan göründüyü kimi, üçüncü şəxslər məhkəmə icraatına məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda cəlb edilə bilərlər (adi cəlb etmə), yaxud mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə).

55. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” **/**** nömrəli, ## ###### 2022-ci il tarixli Qərardadında ifadə olunmuş hüquqi mövqeyə görə: “... 24. Hüquq sistemində şəxsə birbaşa tərəfi olmadığı (iddiaçı və ya cavabdeh qismində çıxış etmədiyi), lakin qanunla qorunan maraqlarına təsir göstərən bir məhkəmə işində özünün iddia və etirazlarını bildirməsinə imkan verən səmərəli işlək mexanizmin mövcudluğu ədalətli məhkəmə araşdırması hüququnun vacib təminatlarından biri kimi qəbul edilir. Çünki məhz bu mexanizm vasitəsilə baxılmaqda olan işdə mübahisənin tərəfi olmayan şəxslərin öz hüquqi maraqlarını qorumaq üçün İşə qoşulmalarına şərait yaradılır və bununla da, onlar ədalət mühakiməsinin həyata keçirilməsi nəticəsində veriləcək qərarın özlərinə münasibətdə neqativ təsirlərini önləmək üçün prosessual imkana malik olurlar. Bu, hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi prinsipinin tələblərindən irəli gəlir. Buna görə, məhkəmə qərarının üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunma ehtimalı mövcud olduqda, həmin şəxslərə də məhkəmə qarşısında bərabər hüquqlar verilməli, öz hüquqlarının müdafiəsini səmərəli şəkildə həyata keçirə bilmələri üçün onlara bərabər imkanlar yaradılmalıdır.

25. Üçüncü şəxslərə icraatda iştirak imkanlarının yaradılması həm də onların mümkün maraqlarına ədalətli münasibət göstərilməsi ilə bağlıdır və mübahisənin tərəfi (iddiaçı və ya cavabdeh) olmayan şəxslərin hüquqlarının müdafiəsi məqsədinə yönəlir. Bununla da onlar icraatda tərəf statusu əldə etməsələr belə, öz mənafelərini məhkəmə qarşısında bəyan etmək və qərarın qəbulu prosesində öz maraqlarını təmsil etmək imkanı qazanırlar. Belə qoşulma, həm də işin faktiki hallarının tam və hərtərəfli araşdırılmasına töhfə verir, obyektiv və qanuni qərarın qəbul edilməsinə xidmət edir. Üçüncü şəxs özünə bəlli olan halları məhkəməyə bildirməklə, eləcə də tərəflərin istinad etmədiyi yeni baxışlar və dəlillər ortaya qoymaqla mübahisə predmeti ilə bağlı işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi işinə yardım etmiş olur. Beləliklə, həm mübahisədə iştirak edən tərəflərin və üçüncü şəxslərin maraqlarının balanslaşdırılmış müdafiəsi təmin edilmiş olur, həm də inzibati prosesdə tətbiq olunan inkvizisiya prinsipinə uyğun olaraq işin hallarının tam və obyektiv müəyyənləşdirilməsi mümkün olur. ...

27. İnzibati məhkəmə icraatında üçüncü şəxslərin iştirakı qəbul edilən məhkəmə qərarının qüvvəsinin onlara da şamil edilməsi ilə bağlı hüquqi nəticə yaradır. Belə ki, İPMnin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquq varisləri üçün məcburidir. Qanunverici üçüncü şəxslərin icraata cəlb edilməsi vasitəsilə növbəti hüquqi mübahisələrin və ziddiyyətli məhkəmə qərarlarının qəbul olunmasının qarşısını almaq məqsədi də güdür. Mübahisəyə baxılması nəticəsində qəbul edilmiş məhkəmə qərarının qanuni qüvvəsi sözügedən prosesin bütün iştirakçılarına, o cümlədən icraatda iştirak etmiş üçüncü şəxslərə şamil edilir. Beləliklə, qəbul edilmiş həmin vahid qərar yeni məhkəmə çəkişmələrinin yaranmasının qarşısını alır, münasibətlərin davamlı mübahisə predmetinə çevrilməsini önləyir, prossesual qənaət prinsipinə uyğun olaraq icraat iştirakçılarını əlavə zaman itkisindən və xərclərlə bağlı məsrəflər çəkilməsindən qoruyur. ...

32. İnzibati məhkəmə icraatının tərəfləri iddiaçı və cavabdehdir. Üçüncü şəxslər isə mübahisə tərəflərindən (iddiaçı və ya cavabdehdən) kənar şəxslər ola bilərlər. Cəlbetmənin hər iki növünü həyata keçirə bilmək üçün üçüncü şəxslər həm də İPM-in 26cı maddəsinin tələblərinə uyğun olaraq prosessual fəaliyyət qabiliyyətinə də malik olmalıdırlar.

33. İPM-in 28.1-ci maddəsi adi, 28.2-ci maddəsi isə zəruri cəlbetmə halını tənzimləyir. Adi cəlbetmə halını nizamlayan İPM-in 28.1-ci maddəsində “məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda” ifadəsindən, zəruri cəlbetməni nizamlayan İPM-in 28.2-ci maddəsində isə “üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda” ifadəsindən istifadə olunmuşdur. Bundan başqa, qanunvericiliyə görə adi cəlbetmənin həyata keçirilməsi məhkəmənin mülahizəsindən asılıdır, zəruri cəlbetmə isə məhkəmənin vəzifəsi olaraq müəyyənləşdirilmişdir. ...

36. İnzibati məhkəmə icraatına cəlb edilməli olan şəxsin adi, yaxud zəruri cəlbetmə qaydasında cəlb edilməli olduğunu fərqləndirmək üçün istifadə olunan əsas meyarlardan biri “hüquqi maraq” meyarıdır. Belə ki, zəruri cəlbetmə zamanı tələb olunan hüquqi maraqla, adi cəlbetmə zamanı tələb olunan maraq bir-birindən fərqlidir. Həmin fərqin mövcud olduğunu İPM-in 28.1 və 28.2-ci maddələrindəki müddəalar da təsdiq edir.

37. Hüquqi maraq bir qayda olaraq qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının şəxslərin qanunla qorunan maraqlarına toxunması halını yarada bildikdə mövcud olur. Bu, məhkəmə qərarının prosesdə tərəf olmayan digər şəxslərin hüquqi vəziyyətlərinə göstərə biləcəyi mümkün təsirlə bağlı məsələdir. Bir qayda olaraq, qəbul edilməsi nəzərdə tutulan məhkəmə aktının digər şəxslərin maraqlarına birbaşa təsir törətməsi halından o zaman söz edilə bilər ki, həmin məhkəmə aktı üçüncü şəxsin hüquqi statusuna təsir etmiş olsun, yəni ona münasibətdə konkret hüquqlar və vəzifələr yaratsın, yaxud mövcud hüquqları və vəzifələri ləğv etsin və ya dəyişdirsin. Digər halda isə hüquqi statusa bu qaydada birbaşa təsirlə bağlı olmayan maraqlara toxunma halı mövcud olur.

38. Cəlbetmə üçün həlledici olan məsələlərdən biri də qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının mübahisə tərəfləri olmayan digər şəxslərin qanunla qorunan maraqlarına toxunma halını yaratmasıdır. Belə olan halda, qanunla qorunan maraqlara nəyin aid edilə biləcəyinə aydınlıq gətirilməlidir. Maraqların maddi hüquqla müəyyən olunduğu nəzərə alındıqda qanunla qorunan maraq kimi maddi hüquq norması əsasında tanınmış maraqlar çıxış edirlər. Başqa sözlə, diqqət yetirilməli olan hal ondan ibarətdir ki, konkret baxılan iş üzrə mübahisənin həlli ilə bağlı tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri üçüncü şəxsin mənafeyini bu və ya digər dərəcədə müdafiə edirmi? Bu mənada, mütləq nəzərə almaq lazımdır ki, üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi-hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılmasından sonra yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir.

39. Beləliklə, icraatda tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri şəxsin mənafeyini müdafiə edirsə, bu zaman, həmin icraatın nəticəsində qəbul ediləcək qərar onun maraqlarına toxunma halını yaradacaqdır. Ona görə də, maraqlara toxunma halının mövcudluğunu müəyyənləşdirmək üçün mübahisənin həlli ilə əlaqədar tətbiq edilməli olan maddi hüquq normalarının hər hansı birinin üçüncü şəxslərə münasibətdə qoruyucu təsirə malik olub-olmadığına qiymət verilməlidir. Belə maraqlar o zaman mövcud olur ki, cəlb edilən şəxslə tərəflərdən biri və ya hər ikisi, yaxud mübahisə predmeti arasında əlaqə mövcud olsun və prosesin nəticəsi bu əlaqəyə toxuna bilsin. Burada həlledici məqam cəlb edilən şəxslə tərəf arasındakı mövcud hüquq münasibəti deyil, hüquqi mübahisə ilə bağlı məhkəmənin qəbul edəcəyi qərarın potensial təsiridir. ...

46. Bununla belə, prosesə daxil olmaq və ya cəlb edilmək üçün iradə ifadəsi kifayət deyil, çünki proses iştirakçısı olmayan şəxsin üçüncü şəxs qismində icraat iştirakçısına çevrilməsi üçün həlledici olan məhkəmənin gələcəyi qənaətdir və bu barədə qərarı məhkəmə ona daxil olmuş ərizə və ya vəsatətə qiymət verərək qəbul etməlidir. Hər bir halda, üçüncü şəxslərin prosesdə iştirakı məsələsi məhkəmə tərəfindən həll edilir, yəni yalnız məhkəmə müvafiq əsasların mövcud olduğu qənaətinə gəldikdə onlar icraatda iştiraka cəlb edilə bilərlər. Məhkəmənin təşəbbüsü əsasında həyata keçirilmiş cəlbetmə zamanı da son nəticədə həmin cəlbetmə məhkəmə tərəfindən həyata keçirilmiş olur. ...

53. İPM-in 28.3 və 28.5-ci maddələrinə əsasən istər cəlbetmə, istərsə də cəlbetmədən imtina haqqında məhkəmə ayrıca akt formasında qərardad çıxarmalıdır. Həmin qərardadlarda işin hallan, cəlbetmənin və ya cəlbetmədən imtinanın səbəbləri göstərilməli, xüsusən qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunub-toxunmadığına dair məhkəmənin mövqeyi lazımi qaydada əsaslandırılmalıdır. Bundan başqa, məhkəmənin qərardadında həyata keçirilmiş cəlbetmənin adi, yoxsa zəruri cəlbetmə olduğunu mütləq göstərməlidir. Cəlbetmə barədə, eləcə də cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardad İPM-in 28.3-cü maddəsinə əsasən inzibati prosesin bütün iştirakçılarına lazımi qaydada təqdim olunmalıdır. İPM-in 28.4-cü maddəsinə əsasən inzibati məhkəmə icraatına cəlbetmə barədə qərardaddan şikayət verilə bilməz. Bunun əksinə olaraq, cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardaddan isə şikayət verilə bilər.

54. Məhkəmə cəlbetmə barədə qərardadı həm öz təşəbbüsü, həm də icraat iştirakçılarının vəsatəti ilə dəyişdirə və ya ləğv edə bilər, habelə üçüncü şəxsin icraatda iştirakına xitam verə bilər. Sözügedən prosessual hərəkətlər işə baxılması gedişində müvafiq əsasların yaranmasından asılı olaraq hər üç instansiya məhkəməsində edilə bilər. Bu zaman, məhkəmə cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasın dəyişdiyinə və ya aradan qalxdığına, yaxud cəlbetmənin əvvəldən səhv olduğuna istinad etməlidir.

55. Cəlbetmənin dəyişdirilməsi adi cəlbetmədən zəruri cəlbetməyə və ya əksinə keçidi nəzərdə tutur. Cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasların aradan qalxdığı hallarda, məhkəmə icraata cəlb edilmiş üçüncü şəxsin məhkəmə icraatında iştirakına xitam verilməsi barədə qərardad qəbul edir. Bu halda, üçüncü şəxsin məhkəmə icraatında iştirakına bu barədə qərardadın qüvvəyə mindiyi vaxtdan xitam verilmiş sayılır. Cəlbetmənin əvvəldən səhv olduğu hallarda isə məhkəmə cəlbetmə barədə qərardadı ləğv edir. Bu halda, üçüncü şəxs məhkəmə icraatına cəlb edilməmiş sayılır.”

56. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə məhkəmə aktları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin qanunla qorunan maraqlarına toxunmur, onun barəsində üçüncü şəxs olaraq vahid qərarın qəbul olunmasını şərtləndirən hallar mövcud deyildir.

57. Beləliklə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması üçün hər hansı əsas olmadığından onun hazırkı iş üzrə inzibati məhkəmə icraatında üçüncü şəxs qismində iştirakına xitam verilməlidir.

58. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

İddiaçı İddiaçı kassasiya şikayəti təmin edilməsin. Cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-*/**** nömrəli qərarı ləğv edilsin. İddia qismən təmin edilsin. İddiaçı İddiaçı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə görə 360416 (üç yüz altmış min dörd yüz on altı) manat kompensasiya ödənilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin iş üzrə inzibati məhkəmə icraatında üçüncü şəxs qismində iştirakına xitam verilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar