Məhkəmə qərarları › İş №2-1(102)-3665/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3665/2025

03.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3665/2025 03.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının cavabdeh Azərbaycan Respublikası Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddiaçının tələblərinin təmin olunması; inzibati iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Işin halları

1. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” *-**-*-*/*-******/**** nömrəli ##.##.2024-cü il tarixli qərarından görünür ki, cavabdeh iddiaçıya 2024-cü il sentyabr ayı üzrə vergi dövrü üçün 14.705,64 manat əlavə ƏDV hesablamışdır. Qərar bununla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən ƏDV bəyannaməsində (07.2024) əvəzləşmə üçün təqdim edilmiş MT2407 seriyalı ******** nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas verməmişdir. Qeyd edilmiş elektron qaimə-faktura üzrə 3182.4 manat ƏDV məbləğinin tərəflərindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 3182.4 manat kənarlaşma yaranmışdır. ƏDV bəyannaməsində (07.2024) əvəzləşmə üçün təqdim edilmiş MT2407 seriyalı ******** nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas verməmişdir. Qeyd edilən elektron qaimə-faktura üzrə 11523.24 manat ƏDV məbləğinin tərəflərindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 11523.24 manat kənarlaşma yaranmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsində icraat

2. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2024-cü il tarixli MT2407 seriyalı ******** nömrəli, ##.##.2024 tarixli MT 2407 seriyalı ******** nömrəli elektron qaimə-fakturalar üzrə aparılmış əməliyyatların - əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər siyahısından (kateqoriyasından) çıxarılması və iddiaçı tərəfindən ödənilmiş 14705,64 (on dörd min yeddi yüz beş manat altmış dörd qəpik) manat ƏDV-nin əvəzləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

3. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə “xxxx” MMC arasında ##.##.2024-cü il tarixdə xidmət müqaviləsi bağlanmış və həmin müqavilə üzrə iddiaçı tərəfindən “xxxx” MMC-yə ##.##.2024-cü il tarixdə 81.698 manat və 14705,64 manat ƏDV olmaqla ümumilikdə 96.403,64 manat ödəniş edilmişdir. Lakin ödənilmiş 14705,64 (on dörd min yeddi yüz beş manat altmış dörd qəpik) manat vergi orqanı tərəfindən əvəzləşdirilməmişdir. Bununla bağlı cavabdehə müraciət olunmuşdur. Cavabdeh ##.##.2025-ci il tarixli *-**-*-*/*-******/**** saylı cavab məktubunda qeyd etmişdir ki, Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Araşdırma zamanı məlum olmuşdur ki, “xxxx” MMC ##.##.2024-cü il tarixli *-**-*-*/*-****/**** saylı qərarla riskli vergi ödəyicisi hesab olunmuşdur. Halbuki, iddiaçı ilə “xxxx” MMC arasında əməliyyat (ödəniş) bu qərardan 3 ay əvvəl aparılmışdır. Yəni iddiaçı tərəfindən ödəniş edilən zaman “xxxx” MMC riskli vergi ödəyicisi olmamış, yalnız 3 ay sonra riskli vergi ödəyicisi siyahısına daxil edilmişdir. Belə olan halda cavabdehin 14705,64 (on dörd min yeddi yüz beş manat altmış dörd qəpik) ƏDV ödənişini əvəzləşdirməkdən imtina etməsi əsassızdır.

4. Cavabdeh ##.##.2025-ci il tarixli vəsatətlə məhkəməyə müraciət edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh vəsatətində göstərmişdir ki, inzibati iş məhkəmənin icraatında olduğu dövrdə vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2024-cü ilin sentyabr ayı üzrə ƏDV bəyannaməsi nəzərə alınmış və şəxsi hesab vərəqəsində düzəlişlərin aparılması təmin edilmişdir. Bu barədə vergi ödəyicisinə ##.##.2025-ci il tarixli *-**-*-*/*-S-****-**/**** nömrəli məktub göndərilmişdir.

5. Bakı Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə (hakim S.Qənbərova) iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının Cavabdeh qarşı “ƏDV-nin əvəzləşdirilməsi və sair” tələbinə dair inzibati iş üzrə icraata xitam verilmişdir.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işdə olan iddiaçıya məxsus şəxsi hesab vərəqəsinə əsasən ##.##.2025-ci il tarixdə kameral yoxlama bəyannaməsi ləğv edilmiş, şəxsi hesab vərəqəsində 14705,64 manat azalma edilmişdir. Göründüyü kimi, məhkəmə icraatının gedişatında artıq iddiaçının tələbi təmin olunmuş, ƏDV-nin əvəzləşdirilməsi nəzərə alınmış, hesablanmış məbləğ şəxsi hesab vərəqəsində azaldılmışdır. Belə olan halda aydın olur ki, artıq işin mahiyyəti üzrə mübahisə mövcud deyil. Buna görə də, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğuna və işin mahiyyəti üzrə mübahisə mövcud olmadığına görə iş üzrə icraata xitam verilməlidir.

7. Iddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv olunmasını xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat 8.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh orqan tərəfindən ƏDVnin əvəzləşdirilməsi həyata keçirildiyindən ##.##.2024-cü il tarixli MT2407 seriyalı ******** nömrəli və ##.##.2024-cü tarixli MT 2407 seriyalı ******** nömrəli elektron qaiməfakturalar özlüyündə hər hansı bir hüquqi nəticə yaratmır və gələcəkdə hər hansı bir nəticəyə səbəb olması mücərrəd xarakterlidir. Odur ki, cavabdeh orqan tərəfindən iddiaçının tələbi olan ƏDV-nin əvəzləşdirilməsi nəzərə alındığından və hesablanmış məbləğ şəxsi hesab vərəqəsində azaldığından iş üzrə icraata xitam verilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

10. Iddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) kassasiya şikayətinin dəlilləri

11. Kassasiya şikayətinin dəlilləri iddia tələbinin dəlilləri ilə eynilik təşkil edir.

12. Kassator qeyd edir ki, məhkəmə qaimə-fakturaların riskli əməliyyat siyahısında saxlanılması və gələcəkdə hər-hansı nəticəyə səbəb olacağını mücərrəd xarakterli hesab etsə də, əslində bununla bağlı mübahisə əvvəldən mövcud olmaqla hazırda da davam edir. Belə ki, cavabdeh 14.705,64 manat azalma versə də, yuxarıda qeyd edilən iki əməliyyat riskli sayıldığından ƏDV-nin əvəzləşdirilməsinə imkan vermir, mənfəət vergisi hesabatında gəlirdən çıxılan xərc kimi tanınmır və ikiqat verginin hesablanmasına səbəb olur. Bundan əlavə məhkəmə qərardadda qeyd edir ki, guya cavabdeh ƏDV-nin əvəzləşdirilməsini nəzərə almışdır. Halbuki, yuxarıda qeyd edilən 2 əməliyyat riskli siyahısından çıxarılmadığından ƏDV əvəzləşdirilmir və mübahisə də məhz bununla bağlı yaranır. Daha sonra məhkəmə qərardadında qeyd edir ki, “birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmaması işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğundur”. Halbuki, birinci instansiya məhkəməsi mümkünlük məsələsi ilə bağlı qərardad qəbul etməmişdir.

13. Məhkəmə icraata xitam verilməsi barədə birinci instansiya məhkəməsinin qərardadını qüvvədə saxlasa da, iddia tələbimiz “##.##.2024-cü il tarixli MT2407 seriyalı ******** nömrəli, ##.##.2024 tarixli MT 2407 seriyalı ******** nömrəli elektron qaiməfakturalar üzrə aparılmış əməliyyatların - əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər siyahısından (kateqoriyasından) çıxarılması” hissəsində həllini tapmamışdır.

14. Kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə, Vergi Məcəlləsinin 175.1-ci maddəsinə, Inzibati Prosessual Məcəllənin 67.2 və 67.3-cü maddələrinə istinad edilmişdir.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək iddiaçının kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 67. Iddiaçının tələblərinin təmin olunması 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. 67.4. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunması üçün heç bir tədbir görülmədiyi və ya görülmüş yeni tədbirlərin iddiaçının tələbini təmin etmədiyi hallarda mübahisə ilə bağlı məhkəmə icraatı davam etdirilir və işə mahiyyəti üzrə baxılır. Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

17. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

19. Kassasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

22. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından inzibati iş üzrə icraata xitam verilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

23. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

24. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” *-**-*-*/*-******/**** nömrəli ##.##.2024-cü il tarixli qərarı mübahisələndirilməmişdir. Iddiaçının hazırkı tələbi ##.##.2024-cü il tarixli MT2407 seriyalı ******** nömrəli, ##.##.2024 tarixli MT 2407 seriyalı ******** nömrəli elektron qaiməfakturalar üzrə aparılmış əməliyyatların - əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər siyahısından (kateqoriyasından) çıxarılması və iddiaçı tərəfindən ödənilmiş 14705,64 (on dörd min yeddi yüz beş manat altmış dörd qəpik) manat ƏDV-nin əvəzləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.

25. Cavabdehin apellyasiya instansiyası məhkəməsinə ünvanlandığı ##.##.2025ci il tarixli məktubunda qeyd edilmişdir ki, “xxxx” (VÖEN: **********) **************** nömrəli qərarla Nazirlər Kabinetinin ## #### 2020-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.2-ci yarımbəndinə əsasən riskli vergi ödəyicisi siyahısına əlavə edilmişdir. Iddiaçı barəsində olan “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” *-**- *-*/*-******/**** nömrəli, ##.##.2024-cü il tarixli qərar hal-hazırda qüvvədə deyil. Vergi ödəyicisi tərəfindən ##.##.2025-ci il tarixdə təqdim edilmiş 2024-cü il sentyabr ayı dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannaməsi nəzərə alınaraq şəxsi hesab vərəqəsində dəyişiklik edilməsi təmin edilmişdir.

26. Göründüyü kimi cavabdeh orqan tərəfindən iddiaçının tələbi olan ƏDV-nin əvəzləşdirilməsi nəzərə alındığından və hesablanmış məbləğ şəxsi hesab vərəqəsində azaldığından iş üzrə icraata xitam verilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.

27. Kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsinin qərardadında “birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmaması işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğundur” yazılması dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Inzibati Prosessual Məcəllənin 96.7-ci maddəsinə əsasən mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir.

28. Belə olan halda, kassasiya şikayətinin qeyd olunan dəlilində göstərilən pozuntu məhkəmənin gəldiyi nəticə ilə əlaqəli olmadığından, heç bir halda həmin nəticəyə təsir etmədiyindən və iş üzrə gəlinən hüquqi nəticəyə təsir edəcək dərəcədə xüsusi əhəmiyyət daşımadığından bununla bağlı iddiaçının dəlili apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün əsas deyil.

29. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar