Məhkəmə qərarları › İş №2-1(102)-3666/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3666/2025

08.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3666/2025 08.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi; işin hallarının tam araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2024-cü il tarixli **************** nömrəli qərarından görünür ki, İddiaçı 692,212.19 manat əlavə vergi məbləği hesablanmış, 348,428.62 manat maliyyə sanksiyası tətbiq edilmişdir.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş İdarəsinin ## ##### 2025-ci il tarixli, *-**-*-*/*- *****/**** nömrəli məktubundan görünür ki, İddiaçı ##.##.2017-ci il tarixdə vergi orqanında vergi ödəyicisi kimi qeydiyyata alınmış və 2017-ci il tarixdən hazırkı dövrədək gəlir vergisi üzrə bəyannamələr təqdim etmişdir. Təqdim edilmiş 2020-2022 və 2024-cü il üçün gəlir vergisi bəyannamələrində əks olunmuş gəlir və xərclərlə vergi orqanının məlumat bazasında əks olunmuş gəlir və xərclər arasında uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən 2020-ci il üçün təqdim edilmiş gəlir vergisi bəyannaməsində gəlir məbləği 5.879.068,08 manat, xərc məbləği 5.858.668,30 manat qeyd edilsə də, vergi orqanı tərəfindən aparılmış səyyar vergi yoxlamasının nəticələri üzrə gəlir məbləğinin 4.554.138,99 manat, xərc məbləğinin 3.795.115,82 manat olduğu və beləliklə də İddiaçı öz bəyannaməsində təsdiq edilməyən 1.324.929,19 manat gəlir, 2.063.552,48 manat isə xərc məbləğinin artıq göstərdiyi müəyyən edilmişdir. 2021-ci il üçün təqdim edilmiş gəlir vergisi bəyannaməsində gəlir məbləği 15.881.942,29 manat, xərc məbləği 15.832.732,45 manat qeyd edilsə də, vergi orqanı tərəfindən aparılmış səyyar vergi yoxlamasının nəticələri üzrə gəlir məbləğinin 15.999.353,53 manat, xərc məbləğinin 15.832.732,45 manat olduğu və beləliklə də İddiaçı öz bəyannaməsində gəlirlər üzrə 117.411,24 manat dövriyyədən yayındığı, 2.499.937,84 manat isə təsdiq edilməyən xərc məbləğini artıq göstərdiyi müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən 2022-ci il üçün təqdim edilmiş gəlir vergisi bəyannaməsində gəlir və xərc məbləği qeyd edilməmiş, vergi orqanı tərəfindən aparılmış kameral vergi yoxlamasının nəticələri üzrə gəlir məbləğinin 421.745,76 manat, xərc məbləğinin 351.454,80 manat olduğu və beləliklə də İddiaçı öz bəyannaməsində gəlirlər üzrə 421.745,76 manat dövriyyədən yayındığı, 351.454,80 manat isə xərc məbləğini göstərmədiyi müəyyən edilmişdir. 2024-cü il üçün təqdim edilmiş gəlir vergisi bəyannaməsində gəlir məbləği 99.981,36 manat qeyd edilsə də, vergi orqanı tərəfindən aparılmış kameral vergi yoxlamasının nəticələri üzrə gəlir məbləğinin 130.575,88 manat olduğu və beləliklə də İddiaçı öz bəyannaməsində gəlirlər üzrə 30.594,52 manat dövriyyədən yayındığı müəyyən edilmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a.Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş İdarəsi (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2024-cü il tarixli **************** nömrəli Qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin ##.##.2023-cü il tarixli **************** saylı qərarına, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə dekabr 2020 – noyabr 2023 hesabat dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama ##.##.2023-cü il tarixdə başlanmış, ##.##.2024-cü il tarixdə bitmişdir. Nəticəsi isə ##.##.2024-cü il tarixli **************** nömrəli aktla rəsmiləşdirilmişdir. Həmin aktda qeyd edilənlərə əsasən, səyyar vergi yoxlaması 2 halda ümumilikdə 33 gün müddətinə müvəqqəti dayandırılmış, 1 halda isə ümumilikdə 60 gün müddətinə uzadılmışdır. “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” ##.##.2023-ci il tarixli **************** nömrəli Tələbnaməyə əsasən əmək haqqı cədvəlləri, bank sənədləri, kassa Z hesabatları, elektron qaimə-fakturalar təqdim edilmiş və buna dair ##.##.2024cü il tarixli protokol tərtib edilmişdir. Təqdim edilməyən sənədlərlə bağlı isə ##.##.2024cü il tarixli imtina aktı tərtib edilmişdir. Yoxlama zamanı elektron qaimə fakturalara, daxil olmuş bank mədaxillərinə, NKA məlumatlarına əsasən, vergi ödəyicisinin dövriyyəsi araşdırılmış və nəticədə yoxlanılan dövr (dekabr 2020 – noyabr 2023) üzrə 25,458.72 manat ƏDV-nin az, 4,760.94 manat ƏDV-nin artıq hesablanması, nəticədə 20,697.75 manat ƏDV-nin az hesablanması müəyyən edilmiş və buna görə 12,729.35 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. Yoxlama zamanı vergi ödəyicisinin gəlirdən çıxılan xərclərini müəyyən etmək mümkün olmadığından 2020-2022-ci illər üzrə gəlir vergisi Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş şərti rentabellik norması əsasında hesablanmış, nəticədə gəlir vergisinin 2020-ci il üzrə 147,724.68 manat, 2021-ci il üzrə 523,469.82 manat az, 2022-ci il üzrə 3,869.29 manat artıq hesablandığı müəyyən edilmişdir. Yoxlama zamanı onun tərəfindən qeyri-rezidentə beynəlxalq daşımaya görə 3,400.0 manat ödəniş edildiyi, lakin ödəmə mənbəyində 6% dərəcə ilə 204 manat verginin tutulmadığı müəyyən edilmişdir. Səyyar vergi yoxlamasının nəticəsinə dair ##.##.2024-cü il tarixli **************** nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmiş və həmin qərara əsasən ƏDV üzrə 2021-ci ilə 20,767.94 manat əlavə vergi məbləği hesablanmış və 12,706.48 manat maliyyə sanksiyası tətbiq edilmiş; ƏDV üzrə 2022-ci ilə 45.77 manat əlavə vergi məbləği hesablanmış və 22.89 manat maliyyə sanksiyası tətbiq edilmiş; 2023-cü ildə 115.93 manat ƏDV-nin artıq hesablandığı müəyyən edilmiş; Gəlir vergisi üzrə 2020-ci ilə 147,724.67 manat əlavə vergi məbləği hesablanmış və 73,862.34 manat maliyyə sanksiyası tətbiq edilmiş; Gəlir vergisi üzrə 2021-ci ilə 523,469.81 manat əlavə vergi məbləği hesablanmış və 261,734.91 manat maliyyə sanksiyası tətbiq edilmiş; 6. 2022-ci il üzrə 3,869.29 manat gəlir vergisinin artıq hesablandığı müəyyən edilmiş; ÖMV üzrə 2021-ci ilə 204 manat əlavə vergi məbləği hesablanmış və 102 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Beləliklə, ##.##.2024-cü il tarixli **************** nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərara əsasən, iddiaçıya 692,212.19 manat əlavə vergi məbləği hesablanmış, 348,428.62 manat maliyyə sanksiyası tətbiq edilmişdir. ##.##.2024-cü il tarixli **************** nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı qanunsuz hesab edir. İş materiallarından göründüyü kimi, səyyar vergi yoxlaması Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən təyin edilmişdir. Lakin vergi orqanı yoxlamanın keçirilməsi haqqında ##.##.2023-cü il tarixli **************** saylı qərarda səyyar vergi yoxlamasının hansı əsasla təyin edilməsi barədə hər hansı konkret səbəb göstərməmiş, sadəcə olaraq Vergi Məcəlləsinin müvafiq maddəsinə istinad edilməklə kifayətlənmişdir. Halbuki Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri də vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir. Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının qorunması məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda Vergi Məcəlləsinin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də onun inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin yoxlanılmasını da ehtiva edir. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Hazırkı halda, cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə ##.##.2023-cü il tarixli, **************** nömrəli qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır. Göründüyü kimi, cavabdeh onun təqdim etdiyi gəlir vergisi bəyannamələrində göstərdiyi gəlirdən çıxılan xərclərin sənədlərlə təsdiqini tapmadığına istinadən birbaşa şərti rentabellik norması tətbiq etmişdir. Halbuki Vergi Məcəlləsinin 67.1-ci maddəsinin 2022-ci ilədək qüvvədə olan redaksiyasına görə, bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara yaşayış) binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini 67.1.1-67.1.9-cu maddələrdə göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin istinad olunan 67.1-ci maddəsinin 2022-ci ilədək qüvvədə olan redaksiyasının məzmunundan göründüyü kimi, vergi ödəyicisinin ödəməli olduğu verginin məbləği ilk əvvəl əlaqəli məlumatlardan istifadə edilməklə müəyyən olunmalıdır. Bundan başqa, Vergi Məcəlləsinin 67.2-ci, 67.3-cü və 67.4-cü maddələrinin 2022-ci ilədək qüvvədə olan redaksiyasına görə, vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı, eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi, fəaliyyət göstərilən ərazi. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Vergi Məcəlləsinin istinad edilən həmin normalarından (67.2-ci, 67.3-cü və 67.4-cü maddələrinin 2022-ci ilədək qüvvədə olan redaksiyasından) göründüyü kimi, vergi ödəyicisi barədə əlaqəli məlumatların mövcud olmadığı halda belə, vergi orqanı ödənilməli verginin məbləğini şərti rentabellik norması əsasında deyil, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin məlumatları əsasında müəyyən etməlidir. Bu qaydalar əsasında verginin müəyyən edilməsinin mümkün olmadığı hallarda, qanunverici tərəfindən son zəruri tədbir qismində şərti rentabellik normasının tətbiqi, yəni şərti vergi məbləğinin (20 faiz ticarət əlavəsi) hesablanması qaydası nəzərdə tutulmuşdur. Beləliklə, Vergi Məcəlləsinin yuxarıda istinad olunan normalarına görə, kameral və səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, vergi orqanının ödənilməli verginin məbləğini vergi ödəyicisinə aid əlaqəli məlumatlardan, belə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda isə, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinə aid vergi orqanında olan məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh vergi məbləğini birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən hesablamışdır. Halbuki vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı həmin məlumatlardan istifadə etməklə hesablamanı aparmaq haqqına malikdir, lakin bunu həmişə etməyə borclu deyildir. Lakin hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı həm də bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Nəzərə almaq lazımdır ki, qanunverici tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş sıra ardıcıllığı həmin məqsədlərə xidmət edir və bu məqsədlər baxımından təfsir olunmalıdır. Göstərilənlərə əsasən, gəlirin əldə edilməsi ilə bağlı xərclərin sənədlərlə təsdiqini tapmadığına istinadən cavabdeh tərəfindən iddiaçıya münasibətdə şərti rentabelliyin birbaşa tətbiqi əsassız sayılmalıdır. Nəzərə almaq lazımdır ki, həmin normanın müddəalarına görə, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı inzibati orqan tərəfindən mütənasiblik prinsipinin tələblərinə əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır. Ali Məhkəmənin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)-***/**** saylı qərarında da eyni mövqe nümayiş etdirilmişdir. Vergi Məcəlləsinin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilməsinə dair 67.17-ci maddə Vergi Məcəlləsinə ##.##.2022-ci il tarixdən əlavə edilmişdir. Göründüyü kimi, vergi orqanı 2020-2021-ci illər üzrə gəlir vergisini hesablayan zaman Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş ardıcıllığa riayət etməmişdir. Göstərilənlərə əsasən “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2024-cü il tarixli **************** nömrəli Qərar inzibati icraat və vergi qanunvericiliyinin tələblərinin cavabdeh tərəfindən pozulması nəticəsində qəbul edildiyindən ləğv edilməlidir.

5. Cavabdeh etiraz təqdim edərək bildirmişdir ki, vergi orqanının “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” ##.##.2023-cü il tarixli **************** saylı qərarına əsasən, iddiaçıya ##.##.2020-ci il tarixdən ##.##.2023-ci il növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. “Növbəti səyyar vergi yoxlamasının keçirilməsi barədə” Qərar, Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış, “Vergi yoxlamanın keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi barədə” Tələbnamə vergi ödəyicisinə təqdim edilmiş və ##.##.2023-cü il tarixli **************** saylı Tələbnamədə qeyd olunan sənədlərin 15 (on beş) iş günü müddətində yoxlamaya təqdim edilməsi təklif edilmişdir. Yoxlanılan dövr ərzində vergi ödəyicisi digər qruplara daxil edilməyən ixtisasdırılmış topdansatış fəaliyyəti ilə məşğul olmuşdur. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş ƏDV bəyannamələrində vergiyə cəlb olunan dövriyyə ilə bank əməliyyatları üzrə çıxarış cədvəlləri müqayisə edilərkən fərqlərin olduğu müəyyən edilmişdir. Belə ki, müəyyən edilən dövriyyə məbləğləri vergi ödəyicisinin bəyan etdiyi dövriyyə məbləğləri ilə müqayisə edilmişdir. 2021-ci ilin yanvar ayında yoxlama ilə müəyyən edilən dövriyyə məbləğinin bəyan edilən məbləğindən 585.6 manat az olmuşdur. Artıq bəyan edilən dövriyyəyə görə vergi məbləği 105.41 manat azaldılmışdır. 2021-ci ilin fevral ayında yoxlama ilə müəyyən edilən dövriyyə məbləğinin bəyan edilən məbləğindən 42 085 manat artıq olmuşdur. Azaldılan dövriyyəyə görə vergi məbləği 7575.30 manat hesablama aparılmışdır. 2021-ci ilin mart ayında yoxlama ilə müəyyən edilən dövriyyə məbləğinin bəyan edilən məbləğindən 853.94 manat artıq olmuşdur. Azaldılan dövriyyəyə görə vergi məbləği 153.71 manat hesablama aparılmışdır. 2021-ci ilin aprel ayında yoxlama ilə müəyyən edilən dövriyyə məbləğinin bəyan edilən məbləğindən 432.26 manat az olmuşdur. Artıq bəyan edilən dövriyyəyə görə vergi məbləği 77.81 manat azaldılmışdır. 2021-ci ilin iyun ayında yoxlama ilə müəyyən edilən dövriyyə məbləğinin bəyan edilən məbləğindən 18210.15 manat artıq olmuşdur. Azaldılan dövriyyəyə görə vergi məbləği 3277.83 manat hesablama aparılmışdır. 2021-ci ilin iyul ayında yoxlama ilə müəyyən edilən dövriyyə məbləğinin bəyan edilən məbləğindən 3601.7 manat az olmuşdur. Artıq bəyan edilən dövriyyəyə görə vergi məbləği 648.31 manat azaldılmışdır.2021-ci ilin avqust ayında yoxlama ilə müəyyən edilən dövriyyə məbləğinin bəyan edilən məbləğindən 30507.99 manat artıq olmuşdur. Azaldılan dövriyyəyə görə vergi məbləği 5491.44 manat hesablama aparılmışdır. 2021-ci ilin sentyabr ayında yoxlama ilə müəyyən edilən dövriyyə məbləğinin bəyan edilən məbləğindən 47492.04 manat artıq olmuşdur. Azaldılan dövriyyəyə görə vergi məbləği 8548.57 manat hesablama aparılmışdır. 2021-ci ilin noyabr ayında yoxlama ilə müəyyən edilən dövriyyə məbləğinin bəyan edilən məbləğindən 2033.9 manat artıq olmuşdur. Azaldılan dövriyyəyə görə vergi məbləği 366.1 manat hesablama aparılmışdır. 2021-ci ilin dekabr ayında yoxlama ilə müəyyən edilən dövriyyə məbləğinin bəyan edilən məbləğindən 21186.12 manat az olmuşdur. Artıq bəyan edilən dövriyyəyə görə vergi məbləği 3813.5 manat azaldılmışdır. 2022-ci ilin yanvar ayında yoxlama ilə müəyyən edilən dövriyyə məbləğinin bəyan edilən məbləğindən 254.25 manat artıq olmuşdur. Azaldılan dövriyyəyə görə vergi məbləği 45.77 manat hesablama aparılmışdır. 2023-cü ilin avqust ayında yoxlama ilə müəyyən edilən dövriyyə məbləğinin bəyan edilən məbləğindən 644.06 manat az olmuşdur. Artıq bəyan edilən dövriyyəyə görə vergi məbləği 115.93 manat azaldılmışdır. Ümumilikdə ƏDV üzrə Vergi Məcəlləsinin 159.1-ci, 166-cı maddələrinə əsasən 20 697.75 manat hesablama aparılmış, Vergi Məcəlləsinin müvafiq maddəsinə əsasən isə 12 729.35 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlama ilə əhatə olunan dövr ərzində təsərrüfat mallarının (santexnika malları, mətbəx əşyaları, avto ehtiyat hissələri, keramik qablar, kombilər və s) pərakəndə və topdan satışı fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmişdir. İddiaçı ##.##.2021-ci il tarixindən riskli vergi ödəyicisi siyahısına daxil edilmişdir. Vergi ödəyicisi tərəfindən kassa metodu ilə təqdim edilmiş 2020-ci ilin gəlir vergisi bəyannaməsində ümumi gəlirləri 5 879 068.08 manat, cəmi gəlirdən çıxılan xərcləri 5 858 668.30 manat, vergitutma məqsədləri üçün gəliri 20 399.78 manat vergi məbləği 4 079.96 manat olmuşdur. Vergi Məcəlləsinin 131-ci maddəsinə əsasən, kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır. Vergi ödəyicisinin gəlirlərinin yoxlanılması zamanı fərdi sahibkarın 2020-ci ildə elektron qaimə-faktura əsasında təqdim edilən mal (iş və xidmətlərin) dəyəri 57 750 manat (ƏDV-siz), bank hesablaşma hesabına mədaxil olan məbləğ 125 611,7 manat, nəzarət kassa aparatı ilə təqdim edilmiş mal (iş və xidmətlərin) dəyəri isə 4 428 527,29 manat olmuşdur. Vergi orqanında olan uçot-baza məlumatlarına əsasən vergi ödəyicisinin təsdiqlənən dövriyyəsi 4 554 138,99 manat olmuşdur. Nəticədə bank hesabına daxil olan məbləğlərə və nəzarət kassa aparatı ilə təsdiqlənən dövriyyə ilə vergi ödəyicisinin bəyan etdiyi dövriyyə arasında (5 879 068,08 - 4 554 138,99) = 1324 929,09 manat fərq müəyyən edilmişdir. Müəyyən edilən fərq sənədlərlə təsdiqini tapmadığından həmin məbləğ dövriyyə məbləğindən azaldılmışdır. Vergi ödəyicisinin satışlarının çeşidlənməsi zamanı kassa məlumatlarına əsasən, “santexnika malları, avto ehtiyat hissələri, kombi, çaynik, ərik qurusu, kosmetika, keramik qablar, şüşə qablar və s.” satışının həyata keçirildiyi müəyyən edildi. Vergi ödəyisinin gəlirləri müəyyən edildikdən sonra Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən, xərcləri yoxlanılmışdır. Belə ki, vergi ödəyicisinin alışları yük gömrük bəyannamələrinə əsasən formalaşmışdır. Vergi ödəyicisi malları əsasən “Çin, İran, Türkiyə, BƏƏ, Gürcüstan ölkələrindən əldə etmişdir. Vergi ödəyicisi tərəfindən yoxlamaya mal-material hesabatı təqdim edilməmişdir. Mal-material hesabatı yoxlamaya təqdim edilmədiyi üçün vergi ödəyicisinin əldə etdiyi malların aylar və ya illər üzrə maya dəyərini müəyyən etmək mümkün olmamışdır. Nəticədə yoxlama ilə vergi ödəyicisinin cəmi gəlirləri 4 554 138,99 manat, cəmi xərcləri 3 795 115.83 manat, vergitutma məqsədləri üçün mənfəəti 759 023.16 manat, vergi məbləği 151 804.63 manat olmuşdur. Vergi ödəyicisi tərəfindən bəyan edilən 4079.96 manat vergi məbləği çıxıldıqdan sonra Vergi Məcəlləsinin 83.9-cu, 67.14-cü, 104-cü, 105.1-ci, 108-ci, 109-cu, 121-ci, 134-cü, 135-ci, 136-cı maddələrinə əsasən 147 724.68 manat vergi hesablansın, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 73 862.34 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi ödəyicisi tərəfindən kassa metodu ilə təqdim edilmiş 2021-ci ilin gəlir vergisi bəyannaməsində ümumi gəlirləri 15 881 942.29 manat, cəmi gəlirdən çıxılan xərcləri 15 832 732.45 manat, vergitutma məqsədləri üçün gəliri 49 209.84 manat vergi məbləği 9 841.97 manat olmuşdur. Vergi Məcəlləsinin 131-ci maddəsinə əsasən, kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır. Vergi ödəyicisinin gəlirlərinin yoxlanılması zamanı fərdi sahibkarın 2021-ci ildə elektron qaimə-faktura əsasında təqdim edilən mal (iş və xidmətlərin) dəyəri 451 520 manat (ƏDV-siz), bank hesablaşma hesabına mədaxil olan məbləğ 549 482 manat, nəzarət kassa aparatı ilə təqdim edilmiş mal (iş və xidmətlərin) dəyəri isə 15 449 871.53 manat olmuşdur. Vergi orqanında olan uçot-baza məlumatlarına əsasən, vergi ödəyicisinin təsdiqlənən dövriyyəsi 15999353,53 manat olmuşdur. Nəticədə bank hesabına daxil olan məbləğlərlə və nəzarət kassa aparatı ilə təsdiqlənən dövriyyə ilə vergi ödəyicisinin bəyan etdiyi dövriyyə arasında (15 881 942.29 - 15 999 353,53) = - 117411,24 manat fərq müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən az bəyan edilən dövriyyə fərqi yoxlama ilə bərpa edilmişdir. Vergi ödəyicisinin satışlarının çeşidlənməsi zamanı kassa məlumatlarına əsasən “santexnika malları, avto ehtiyat hissələri, kombi, mebel, ət, qazan dəstləri, keramik qablar, şüşə qablar, ayaqqabı, meyvə quruları və s.” satışının həyata keçirildiyi müəyyən edildi. 2021-ci ildə Vergi ödəyisinin gəlirləri müəyyən edildikdən sonra Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən xərcləri yoxlanılmışdır. Belə ki, vergi ödəyicisinin alışları yük gömrük bəyannamələrinə əsasən formalaşmışdır. Vergi ödəyicisi malları əsasən “Çin, İran, Türkiyə, BƏƏ, Gürcüstan ölkələrindən əldə etmişdir. Vergi ödəyicisi tərəfindən yoxlamaya mal-material hesabatı təqdim edilməmişdir. Mal-material hesabatı yoxlamaya təqdim edilmədiyi üçün vergi ödəyicisinin əldə etdiyi malların aylar və ya illər üzrə maya dəyərini müəyyən etmək mümkün olmamışdır. Həmçinin idxal edilən malların çeşid sayının çox olması və eyni zamanda malların ölçülərini müxtəlif olması, müxtəlif göstəricilərdə malik olması, hər malın göstəricilərinə müvafiq qiymətlərinin dəyişkən olması səbəbindən yoxlama ilə idxal edilən malların mal-material hesabatı formasında tərtib edilməsi və satışlarla üzləşdirilməsi mümkün olmamışdır. Nəticədə yoxlama ilə vergi ödəyicisinin cəmi gəlirləri 15 999 353,53 manat, cəmi xərcləri 13 332 794,61 manat, vergitutma məqsədləri üçün mənfəəti 2 666 558.92 manat, vergi məbləği 533 311,78 manat olmuşdur. Vergi ödəyicisi tərəfindən bəyan edilən 9841.97 manat vergi məbləği çıxıldıqdan sonra Vergi Məcəlləsinin 83.9-cu, 67.14-cü, 104-cü, 105.1-ci, 108-ci, 109-cu, 121-ci, 134-cü, 135-ci, 136-cı maddələrinə əsasən, 523 469.82 manat vergi hesablanmış, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, 261 734.91 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi ödəyicisi tərəfindən kassa metodu ilə təqdim edilmiş 2022-ci ilin gəlir vergisi bəyannaməsində ümumi gəlirləri 537 824.28 manat, cəmi gəlirdən çıxılan xərcləri 448 186.90 manat, vergitutma məqsədləri üçün gəliri 49 209.84 manat vergi məbləği 9841.97 manat olmuşdur. Vergi Məcəlləsinin 131-ci maddəsinə əsasən kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır. Vergi ödəyicisinin gəlirlərinin yoxlanılması zamanı fərdi sahibkarın 2022-ci ildə elektron qaimə-faktura əsasında mal (iş və xidmət) təqdimetməsi olmamış, bank hesablaşma hesabına mədaxil satışla bağlı mədaxil məbləğ olmamış, nəzarət kassa aparatı ilə təqdim edilmiş mal (iş və xidmətlərin) dəyəri isə 421 745.76 manat olmuşdur. Vergi orqanında olan uçot-baza məlumatlarına əsasən vergi ödəyicisinin təsdiqlənən dövriyyəsi 421 745.76 manat olmuşdur. Nəticədə nəzarət kassa aparatı ilə təsdiqlənən dövriyyə ilə vergi ödəyicisinin bəyan etdiyi dövriyyə arasında (537 824.28 - 421 745.76) = 116 078.52 manat fərq müəyyən edilmişdir. Müəyyən edilən fərq sənədlərlə təsdiqini tapmadığından həmin məbləğ dövriyyə məbləğindən azaldılmışdır. Vergi ödəyicisinin satışlarının çeşidlənməsi zamanı kassa məlumatlarına əsasən, “keramik qablar və ət” satışının həyata keçirildiyi müəyyən edildi. Vergi ödəyicisinin 2022-ci ildə kassa məlumatlarına əsasən, 387423.73 manat məbləğində ət satışının olmasına baxmayaraq, həmin dövr ərzində vergi ödəyicisinin ət alışı olmamışdır. 2022-ci ildə vergi ödəyisinin gəlirləri müəyyən edildikdən sonra Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən xərcləri yoxlanılmışdır. Vergi Məcəlləsinin 83.9 maddəsinə və Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli ** saylı qərarına əsasən (## ##### 2003-cü il tarixli ** saylı qərarı ilə edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla), gəlirə görə şərti rentabellik norması əsasında aşağıdakı üsuldan istifadə edilməklə müəyyən edilmişdir. Nəticədə yoxlama ilə vergi ödəyicisinin cəmi gəlirləri 421 745.76 manat, cəmi xərcləri 351454,8 manat, vergitutma məqsədləri üçün mənfəəti 70 290.96 manat, vergi məbləği 14 058.19 manat olmuşdur. Vergi ödəyicisi tərəfindən bəyan edilən 17 927.48 manat vergi məbləği çıxıldıqdan sonra Vergi Məcəlləsinin 83.9-cu, 67.14-cü, 104-cü, 108-ci, 109-cu, 121-ci, 134-cü, 135-ci, 136-cı maddələrinə əsasən, vergi ödəyicisi tərəfindən vergilərin 3 869.28 manat artıq hesablandığı müəyyən edilmişdir. Beləliklə, səyyar vergi yoxlaması zamanı mənfəət vergisinin 3.49 manat azaldıldığı, 3564 manat artıq hesablandığı müəyyən edildi və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən, azaldılmış verginin 50%-i, yəni 1.75 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. Eyni zamanda, vergi ödəyicisi özünü müdafiə üçün ##.##.2022-ci il, **************** nömrəli Səyyar vergi yoxlaması aktına etiraz ilə bağlı ##.##.2022-ci il tarixli 2202010338858500 və **************** saylı məktublar ilə müraciət etmiş və səyyar vergi yoxlaması aktı ilə və hesablanmış vergilərlə razı olmadığını bildirmişdir. Belə ki, vergi ödəyicisi müəssisənin fəaliyyətində Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsinə etiraz etmişdir. Yoxlama Baş İdarənin ##.##.2021-ci il tarixli **************** saylı xidməti məlumatı əsasında keçirilmiş vizual müşahidə baxış zamanı müəssisənin yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsinə baxmayaraq təqdim olunan vergi bəyannamələrində göstərilən məlumatlar arasındakı uyğunsuzluqların mövcudluğu və nəticədə vergidənyayınma risklərinin olması səbəbindən Vergi Məcəlləsinin 38.3.5 maddəsinə əsasən, növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. ÖMV- üzrə Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisənin və ya sahibkarın ödəmələrindən 6 % dərəcə ilə vergi tutulur. Bank hesablarının araşdırılması zamanı iddiaçı tərəfindən beynəlxalq daşınmalar həyata keçirən "X1 Nakliyeci" şirkətinə 2021-ci ilin sentyabr ayında 3400.0 manat (2,0 min ABŞ dolları) ödəniş etmiş, lakin qeyri-rezidentin gəlirindən ödəmə mənbəyində 6% ÖMV hesablanmamışdır. Yoxlama ilə Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinə əsasən köçürülən ödənişlərə görə 204 manat hesablama aparılmış, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 102 manat maliyyə sanksiyasının tətbiq edilmişdir. Növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış, vergi yoxlamanın keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi barədə Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən Tələbnamə vergi ödəyicisinin nümayəndəsinə təqdim edilmiş və Tələbnamədə qeyd olunan sənədlərin 15 (on beş) iş günü müddətində yoxlamaya təqdim edilməsi təklif edilmişdir. ##.##.2023-cü il tarixli **************** nömrəli tələbnamədə göstərilən sənədlərdən ##.##.2020-##.##.2023-cü il dövrləri üzrə ilkin mühasibat sənədləri, 01,01.2020-ci (gəlir vergisi məqsədləri üçün), ##.##.2020-ci, ##.##.2021-ci, ##.##.2022ci və ##.##.2023-cü il tarixlərinə anbar qalıqları (mal çeşidləri üzrə adlı siyahı) mallar üzrə dəyəri göstərilməklə malların alış-satış sənədləri, kalkulyasiya məlumatları, iş və xidmətlərin alış-satış sənədləri, ayrı-ayrı fiziki və hüquqi şəxslərlə bağlanmış iş xidmət, əmək müqavilələri, yoxlanılan dövr üzrə bank sənədləri, qaimələr, əmək haqqı cədvəlləri, kredit müqavilələri, amortizasiya cədvəlləri, 2020, 2021, 2022-ci il gəlir vergisi bəyannamələrinin xərclər bölməsinin müvafiq sətrlərində qeyd olunan xərclərin, həmçinin gəlirlər bölməsində bəyan edilən gəlirin təsdiq edici sənədləri (e-qaimələr və s.), malların aylar və illər üzrə hərəkəti cədvəli, həmçinin debitor borcların dövriyyə qalıq cədvəlləri vergilərin, MDSS, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması üçün zəruri olan digər sənədlər (həmçinin elektron fayllarda) təqdim edilməsi tələb olunmuşdur. Vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilən əmək haqqı cədvəlləri, bank sənədləri, kassa Z hesabatları, təqdim edilən elektron qaimə-fakturalarla bağlı Vergi Məcəlləsinin 23-43 mədələrinə əsasən götürülmüşdür. Vergi ödəyicisi tərəfindən tələbnamədə müəyyən edilən, tərtib edilməyən və təqdim edilməyən mal-material hesabatı, kassa məlumatlarının açılışı, malların əldə edilməsi ilə bağlı (daşınma, sığorta, yüklənmə, boşaldılma və s. xərclər) və digər zəruri olan sənədlərlə bağlı Vergi Məcəlləsinin 42.2-ci maddəsinə əsasən, ##.##.2024-cü il tarixlərdə imtina aktı və izahat tərtib edilmiş və bir nüsxəsi vergi ödəyicisinə təqdim edilmişdir. * saylı Ərazi Vergilər Baş İdarəsi iddiaçıda aparılan səyyar vergi yoxlaması keçirilərkən yoxlamanın predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan sənədlərin götürülməsi üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 43-cü maddəsini əsas tutularaq ##.##.2024cü il tarixli **************** nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərar qəbul edilmişdir. Qərarın bir nüsxəsi vergi ödəyicisinə əlbəəl təqdim edilmişdir. Tələb olunan sənədlərdən ##.##.2024-cü il tarixdə yoxlanılan dövr üzrə kassa Z hesabatları (aylar üzrə), YGB üzrə bəyənnamə sənədləri, invoys sənədlərinin götürülməsi həyata keçirildi. Götürülən sənədlərlə bağlı Vergi Məcəlləsinin 43.8-ci maddəsinə əsasən, ##.##.2024-cü il tarixli ** nömrəli sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında protokol tərtib olunmuşdur. Tərtib edilmiş protokolun bir nüsxəsi əlbəəl vergi ödəyicisinin səlahiyyətli nümayəndəsinə təqdim edilmişdir. Vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi tərəfindən yoxlamanın aparılması üçün zəruri olan sənədlər, yəni mal-materialların aylar üzrə hərəkəti cədvəlləri, kassa məlumatlarının açılışı, mallarla bağlı təhvil-təslim aktları və zəruri olan digər sənədlər təqdim edilmədiyindən Vergi Məcəlləsinin 43.10-cu maddəsinə əsasən ##.##.2024-cü il tarixdə Sənədlərin və nümunə kimi əşyaların götürülməsindən imtina haqqında Protokol tərtib olundu. Protokolun bir nüsxəsi vergi ödəyicisinin səlahiyyətli nümayəndəsinə ##.##.2024cü il tarixdə əlbəəl formasında təqdim edilmişdir. Vergi ödəyicisinin vergi orqanında olan aktiv təsərrüfat subyektlərində, Abşeron rayonu, Fatmayi kəndi, Qara-Qarayev küçəsində yerləşən (anbar-icarə sahəsi) və Mehtiabad qəsəbəsi ünvanında yerləşən Şərab evi, Xingəlxana, 1001 xırdavat obyektlərində ##.##.2024-cü il tarixində baxış keçirilmişdir. Keçirilən baxış zamanı vergi ödəyicisinin təsərrüfat subyektlərində Heç bir mal-material və hazır məhsul aşkar edilmədi (Obyektin video və foto şəkilləri çəkilmişdir). Keçirilmiş baxışın nəticəsi olaraq ##.##.2024-cü il tarixdə vergi ödəyicinin ərazisinə, binalarına, habelə sənədlərinə və əşyalarına baxışın keçirilməsi haqqında Protokol tərtib edilmişdir. Vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi Vergi Məcəlləsinin 39.5-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması aktına baxılma, eləcə də müraciətlərdə qeyd olunan məsələlərin müzakirəsi üçün ##.##.2024-cü il tarixli **************** nömrəli məktubla vergi orqanına dəvət olunmuş, lakin vergi ödəyicisi göstərilən ünvana gəlməmişdir. Yoxlama ##.##.2024-cü il tarixli **************** nömrəli “Səyyar vergi yoxlaması aktı” ilə rəsmiləşdirilmiş və həmin akta əsasən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2024-cü il tarixli **************** nömrəli Qərar qəbul edilmişdir. Mübahisələndirilən qərar qanunvericiliyə əsasən düzgün qəbul edilmişdir.

6. Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin olunmuşdır (hakim – R.Həsənov).

7. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş ##.##.2023-cü il tarixli **************** nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərara əsasən iddiaçı Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, dekabr 2020 – noyabr 2023 hesabat dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Qeyd olunan qərarda təyin edilmənin əsası kimi “təqdim edilmiş mallar üzrə bəyan edilmiş ticarət əlavəsinin vergi orqanlarında mövcud olan uçot-baza məlumatlarına əsasən daha yüksək müəyyən edilməsi” qeyd edilmişdir. Bununla bağlı cavabdeh vergi orqanı səyyar vergi yoxlamasının hansı əsasla təyin edilməsi barədə konkret səbəb göstərməmiş, sadəcə olaraq Vergi Məcəlləsinin müvafiq maddəsinə istinad etməklə və vergi ödəyicisinin təqdim etdiyi mallar üzrə ticarət əlavəsinin uçot-baza məlumatları ilə müqayisədə aşağı olmasını qeyd etməklə kifayətlənmişdir. Başqa sözlə desək, qərarda iddiaçının bəyan etdiyi ticarət əlavəsinin vergi orqanlarında mövcud olan göstəricilərdən hansı həcmdə və məbləğdə fərqlənməsinə, qeyd olunan fərqin vergilərin azaldılmasına (gizlədilməsinə) hansı formada təsir etməsinə, müəyyən edilən kənarlaşmanın təxirəsalınmaz şəkildə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsini hansı səbəbdən zəruri etməsinə dair hər hansı əsaslandırma həyata keçirilməmişdir. Hazırkı halda, cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə ##.##.2023-cü il tarixli, **************** nömrəli qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə və “ticarət əlavəsinin aşağı olması” barədə ümumi sözlərlə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır.

8. Digər yandan, yoxlamanın təyin edilməsi barədə qərarda səbəb qismində ticarət əlavəsinin uçot-baza məlumatları ilə müqayisədə aşağı olması göstərilsə də, daha sonra yoxlama zamanı bununla bağlı hər hansı araşdırma aparılmamış və qeyd olunan hal ilə bağlı hər hansı kənarlaşma aşkar edilməmişdir. Bu isə o deməkdir ki, cavabdeh növbədənkənar səyyar vergi yoxlamasını formal əsaslarla təyin etmişdir ki, bu da qanunvericiliyin yuxarıda göstərilən əsaslarına zidd olmuşdur. Yuxarıda qeyd olunanların birgə təhlilinə əsasən məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinə qanuni əsas olmamışdır. Cavabdeh mal-material hesabatının olmamasına istinad edərək, iddiaçıya münasibətdə birbaşa şərti rentabellik normasını tətbiq etməkdə haqlı olmamışdır. Vergi Məcəlləsinin yuxarıda istinad olunan normalarına görə, səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisinə aid əlaqəli məlumatlardan, belə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda isə, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinə aid vergi orqanında olan məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh vergi məbləğini birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən hesablamışdır. Gəlirin əldə edilməsi ilə bağlı xərclər barədə sənədlərin iddiaçı tərəfindən tam təqdim edilmədiyinə istinadən cavabdeh tərəfindən iddiaçıya münasibətdə 2020-2021-ci illərə şərti rentabelliyin tətbiqi nəticəsində gəlir vergisi üzrə əlavə vergi məbləğinin hesablanması əsassız sayılmalıdır.

9. Nəzərə almaq lazımdır ki, həmin normanın müddəalarına görə, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı mütənasiblik prinsipinin tələblərinə əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır. Bundan başqa, qeyd edilməlidir ki, ##.##.2024-cü il tarixli **************** nömrəli məsuliyyət qərarının əsasında duran növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinə qanuni əsas olmadığından, bununla da mübahisələndirilən qərar qanunsuz olduğundan, nəticə etibarilə həmin yoxlamanın nəticəsində digər vergilər – ödəmə mənbəyində tutulan vergi və əlavə dəyər vergisi üzrə hesablanmış əlavə vergi məbləğlərinin də düzgünlüyü öz təsdiqini tapmır. Göstərilənlərə əsasən “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2024-cü il tarixli **************** nömrəli Qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmədiyindən həmin qərar ləğv edilməlidir.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Apellyasiya icraatı zamanı iddiaçı tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, ““Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2024-cü il tarixli **************** nömrəli Qərarının ÖMV və ona uyğun təsdiqlənmiş maliyyə sanksiyası istisna olmaqla, qalan hissədə ləğv edilməsi barədə qərar çıxarılmasını” xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.

12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Sumqayıt İnzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarı dəyişdirilərək iddia təmin edilmişdir (sədrlik edən – G.Cabbarova, hakimlər – V.Əzizova, İ.Quliyev).

13. Apellyasiya məhkəməsi hüquqi mövqeyini onunla əsaslandırmışdır ki, işin müəyyən edilmiş hallarına görə, cavabdeh tərəfindən iddiaçı barəsində mübahisə predmeti olan qərar məhz növbədənkənar səyyar vergi yoxlamasının nəticəsində qəbul edilmişdir.

14. Vergi qanunvericiliyində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsaslar dəqiq müəyyən edilmişdir. Hazırkı iş üzrə cavabdeh inzibati orqan iddiaçı barəsində qeyd edilən yoxlamanın keçirilməsinin əsası kimi “vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsi (VM-in 38.3.5-ci maddəsi)” əsasına istinad etmişdir.

15. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh müvafiq yoxlamanın həyata keçirilməsi əsası ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, yoxlamanın keçirilməsi barədə qərarda formal olaraq vergi qanunvericiliyin norması ifadə edilmiş, nəticə etibarilə həmin əsasın mövcudluğu müəyyən edilməmişdir. Halbuki müvafiq yoxlamanın keçirilməsini zəruri edən əsaslara dair sübut təqdim etmək məhz cavabdehin vəzifəsi olmuşdur.

16. Başqa sözlə desək, cavabdeh həmin yoxlamanın zəruriliyini şərtləndirən halları mənbəyi bəlli olan əlaqəli məlumatların nədən ibarət olmasını açıqlamamışdır. Bu hal isə qanunvericiliyin tələbinə zidd olmuşdur.

17. Bundan əlavə, kollegiya qeyd etmişdir ki, sözügedən qərar məhz cavabdeh tərəfindən aparılmış inzibati icraatın nəticəsi olaraq ortaya çıxmışdır. İndiki halda cavabdeh müvafiq qərarda yalnız Vergi Məcəlləsinin normasını qeyd etsə də, həmin əsasın aid olduğu inzibati icraat materiallarını (əlaqəli məlumatların nədən ibarət olmasına, necə əldə edilməsinə, hansı məlumatlar olmasına və s.) məhkəməyə təqdim etməklə də, həmin əsasa aydınlıq gətirmək imkanına malik olsa da, bununla bağlı heç bir sübut məhkəməyə təqdim edilməmiş, inzibati icraat materialları əsasında da qərarın əsaslandığı hallara dair heç bir dəlil təqdim edilməmişdir. Bu hal özlüyündə cavabdehin sözügedən qərarının formal əsasa söykəndiyini deməyə əsas verir.

18. Hazırkı iş üzrə isə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır.

19. Qeyd edilənlər nəzərə alındığında, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinadla növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarın qəbulu üçün bir neçə vacib şərtə əməl olunması tələb olunur. Əvvəla, mənbəyi bəlli olan əlaqəli məlumatlar kimi təqdim olunan hallar növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarın qəbulunadək mövcud olmalıdır. Başqa sözlə, cavabdeh qərarın qəbulundan sonra yaranmış hallara istinad edə bilməz. Digər tərəfdən, mənbəyi bəlli olan əlaqəli məlumatların məhz nələrdən ibarət olduğu və bu halların növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini zəruri etdiyi məhz qərarın özündə əsaslandırılmalı və ya həmin əsasa dair inzibati icraat materiallarını təqdim etməklə isbat edə bilərdi. Bu mənada, cavabdehin daha sonra tərtib etdiyi səyyar vergi yoxlamasına dair aktda bildirdikləri növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarın əsaslandırılmasını təşkil edə bilməz.

20. Bundan əlavə, məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh müvafiq yoxlama nəticəsində iddiaçıya 2020-2021-ci hesabat dövrləri (təqvim illəri) üzrə ümumilikdə 671194,48 manat gəlir vergisi məbləği hesablamışdır.

21. Belə ki, səyyar vergi yoxlaması aktında qeyd edilənlərə əsasən “iddiaçı tərəfindən mal-material hesabatı təqdim edilmədiyindən və idxal edilən malların çeşid sayının çox, ölçülərinin müxtəlif, qiymətlərinin isə dəyişkən olması səbəbindən yoxlama ilə mal-material hesabatının tərtib edilməsi və satışla üzləşdirilməsi mümkün olmadığından”, cavabdeh vergi orqanı iddiaçının vergiyə cəlb olunan gəlirini, eləcə də ödəməli olduğu gəlir vergisini Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2001ci il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş şərti rentabellik norması əsasında hesablanmışdır.

22. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən iddiaçı barəsində gəlir vergisi üzrə kənarlaşmanın aşkar edilməsi hissəsində işin hallarına birinci instansiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmiş və məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə razılaşır.

23. Bununla bağlı məhkəmə kollegiyası ilk öncə qeyd etmişdir ki, işin müəyyən edilən hallarına əsasən iddiaçının fəaliyyəti idxal etdiyi müxtəlif çeşiddə malların topdan və pərakəndə satışından ibarət olmuş və idxal edilmiş mallara dair yük gömrük bəyannamələrinin mövcudluğu işin mübahisəsiz halıdır. İşin mübahisəli halı isə iddiaçının idxal etdiyi malların maya dəyərinin yoxlama zamanı müəyyən edilməsinin mümkün olubolmaması və cavabdeh vergi orqanının şərti rentabellik normasını tətbiq etməkdə haqlı olub-olmamasından ibarətdir.

24. İddiaçının satdığı malların maya dəyərinin müəyyən edilməsinin mümkünlüyünə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, idxal edilən malların vergitutma məqsədləri üçün uçotu idxalına dair gömrük bəyannaməsi, faktura (invoys) və müqavilə əsasında, nəqliyyat xərclərinin, malların yüklənmə, boşaldılma, yenidən yüklənmə, saxlanma və sığorta xərclərinin cəmi nəzərə alınmaqla həyata keçirilir.

25. Hazırkı işin hallarından görünür ki, iddiaçı satdığı malların maya dəyəri ilə bağlı mal-material hesabatını təqdim etmədiyi təqdirdə belə, cavabdeh yük gömrük bəyannamələri və digər sənədlər əsasında iddiaçının idxal etdiyi malların maya dəyərini hesablamaq imkanına malik olmuşdur. Lakin cavabdeh “malların çeşid sayının çox, ölçülərinin müxtəlif, qiymətlərinin dəyişkən olması” əsası ilə bunu etməkdən imtina etmişdir.

26. Halbuki inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmağa, maraqlı şəxslərin xeyrinə olan halları araşdırılaraq nəzərə alınmağa, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcudur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1, 24.2, 24.3 və 24.4-cü maddələri).

27. Həmçinin vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. (Vergi Məcəlləsinin 36.2-ci maddəsi). Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının malmaterial28.hesabatını təqdim etməməsi əsası ilə cavabdehin iddiaçının gəlirdən çıxılan xərclərini, o cümlədən idxal etdiyi malların maya dəyərini əlaqəli məlumatlara (o cümlədən yük gömrük bəyannamələrinə) əsasən hesablamaqdan imtina etməsi vergi və inzibati icraat haqqında qanunvericiliyin tələblərinə zidd olmuşdur.

29. Şərti rentabellik normasının tətbiqinə münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir ki, Vergi Məcəlləsinin tələblərinə görə, müvafiq vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, vergi orqanının ödənilməli verginin məbləğini vergi ödəyicisinə aid əlaqəli məlumatlardan, belə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda isə, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinə aid vergi orqanında olan məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh vergi məbləğini birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən hesablamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, gəlirin əldə edilməsi ilə bağlı xərclərin sənədlərlə təsdiqini tapmadığına istinadən cavabdeh tərəfindən iddiaçıya münasibətdə şərti rentabelliyin birbaşa tətbiqi əsassız sayılmalıdır. Məhkəmə kollegiyasının bu hüquqi mövqeyi şərti rentabellik normasının tətbiqi qaydasında vergilərin hesablanmasını nəzərdə tutan Vergi Məcəlləsinin 67.14-cü maddəsinin ##.##.2024-cü il tarixdən ləğv edilməsi ilə də təsdiq olunur. Qeyd etmək lazımdır ki, eyni hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli *- *(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarlarında da öz əksini tapmışdır.

30. İddiaçıya hesablanmış əlavə dəyər vergisinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, Səyyar vergi yoxlaması aktında qeyd edilənlərə əsasən, cavabdeh 2021-ci ilin fevral, mart, iyun, avqust, sentyabr və noyabr, 2022-ci ilin yanvar ayları üzrə ümumilikdə 25,458.72 manat məbləğində ƏDV-nin az hesablanmasını müəyyən etmişdir. Hazırkı işdə cavabdeh vergi orqanı 2021-ci ilin fevral, mart, iyun, avqust, sentyabr və noyabr, 2022-ci ilin yanvar ayları üzrə ƏDV məbləğinin iddiaçı tərəfindən düzgün hesablanmadığı nəticəsinə gəlsə də, bunu məhkəmə araşdırması zamanı əsaslandıra bilməmişdir.

31. Halbuki qanunvericiliyin yuxarıda göstərilən tələblərinə müvafiq olaraq cavabdeh 2021-ci ilin fevral, mart, iyun, avqust, sentyabr və noyabr, 2022-ci ilin yanvar ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində iddiaçı tərəfindən bəyan edilmiş göstəricilər, o cümlədən vergitutulan əməliyyatlar üzrə daxil olan ödəmələr və əvəzləşdirilən ƏDV məbləğləri ilə bağlı kənarlaşmaların nədən ibarət olmasını açıqlamalı və həmin kənarlaşmaya dair təsdiqedici sənədləri məhkəməyə təqdim etməli idi.

32. Həmçinin, kollegiya qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən müvafiq qərarın ÖMV hesablanması hissəsində razı olduğundan, iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edilmişdir (iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir). Məhkəmə kollegiyası bununla bağlı qeyd etmişdir ki, cavabdeh göstərilən kənarlaşmaya dair müvafiq təsdiqedici sənədləri məhkəməyə təqdim edə bilməmişdir.

33. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsinə və iddianın təmin edilməməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a. Kassasiya şikayətinin dəlilləri

34. Kassasiya şikayəti etiraza və apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək mübahisələndirilən qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz iddia ərizəsinə və apellyasiya şikayətinə etiraza uyğun əsaslandırılmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

36. Azərbaycan Respublikasının Vergilər Məcəlləsi Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.1. verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə; 38.3.2. vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə. 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə 39.1. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. 39.2. Vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. 49.2. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. 49.5. Vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank və digər ödəniş hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar 153.1. Əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir 159.2. Bu fəslin müddəalarına uyğun olaraq vergidən azad edilən malların göndərilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən başqa, müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti çərçivəsində malların göndərilməsi, işlər görülməsi və xidmətlərin göstərilməsi, onlar bu Məcəllənin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır. Bu Məcəllənin 168-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda xidmətlər göstərilməsi və ya işlər görülməsi vergi tutulan əməliyyatlara daxil edilmir 161.1. Vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir 166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. 166.7. Bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin məbləğinin ödənilməsi nəzərdə tutulur (##.##.2024-cü il tarixədək qüvvədə olmuş redaksiyası) 174.1. Bu Məcəllənin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqlə müəyyən olunur 173.1. ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. 173.2. Vergi tutulan dövriyyə hesabat dövrü ərzində vergi tutulan əməliyyatların ümumi dəyərindən ibarətdir. 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir

178. ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır.

37. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

38. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

39. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

40. İddiaçının hazırkı iş üzrə hüquqi marağı və ondan irəli gələn tələbi “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2024-cü il tarixli **************** nömrəli Qərarının ÖMV və ona uyğun təsdiqlənmiş maliyyə sanksiyası hissəsi istisna olmaqla qalan hissəsinin ləğv olunmasına yönəlmişdir.

41. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçı barəsində qəbul edilmiş həmin qərara əsasən, 2020-2021-2022-ci il üzrə 20813,71 manat əlavə ƏDV vergisi və həmin vergi üzrə 12729,37 manat maliyyə sanksiyası, 2020-2021ci illər üzrə ümumilikdə 671194,48 manat gəlir vergisi və ona 335597,25 manat maliyyə sanksiyasına münasibətdə mövqe bildirildiyindən hazırkı kassasiya baxışının hədləri də həmin hissələri təşkil etmişdir.

42. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı mübahisələndirilən hissədə qismən - “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2024-cü il tarixli **************** nömrəli Qərarının ƏDV vergisinin və həmin vergi üzrə maliyyə sanksiyasının hesablanması hissəsində ləğv edilməlidir.

43. Buna baxmayaraq məhkəmə kollegiyası mübahisələndirilən qərarın 2020- 2021-ci illər üzrə ümumilikdə 671194,48 manat gəlir vergisi və ona hesablanmış 335597,25 manat maliyyə sanksiyasına münasibətdə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşdığından və kassasiya şikayətinin dəlilləri bu hissədə əsassız olduğundan hesab edir ki, qərar bu hissədə dəyişdirilmədən saxlanılmalıdır.

44. Məhkəmə kollegiyası hər bir vergi növü ilə bağlı münasibət bildirməzdən öncə cavabdeh tərəfindən aparılmış yoxlamanın qanuniliyi ilə bağlı apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

45. Belə ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aid olduğundan iddianın mahiyyəti üzrə qiymətləndirilməsi zamanı, yəni inzibati aktın qanuniliyinə qiymət verilərkən sahəvi qanunvericilik normalarının düzgün tətbiq edilib-edilməməsi ilə yanaşı, inzibati icraat haqqında qanunvericiliyin tələblərinin gözlənilib-gözlənilmədiyi də müəyyən edilməlidir. Başqa sözlə, iddianın əsaslığının yoxlanılması çərçivəsində məhkəmələr tərəfindən mübahisələndirilən qərarın (hərəkət və ya hərəkətsizliyin) həm formal-hüquqi, həm də maddi-hüquqi baxımdan qanunauyğunluğu yoxlanılır.

46. Bu zaman İPM-in 70.1-ci maddəsinin tələbi də nəzərə alınmalıdır. Həmin normaya əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur.

47. Lakin apellyasiya instansiyası məhkəməsi inzibati icraat haqqında qanunvericiliyin tələblərinin gözlənilməməsi nəticəsinə gələrək pozuntuları sadalasa da, bu halların inzibati akt qəbul edilərkən inzibati orqanın qərarına hansı şəkildə təsir etməsini tutarlı dəlillərlə sübut edə bilməmiş və buna görə də həmin mövqeyi əsassız olmuşdur.

48. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, hər hansı prosessual pozuntu mahiyyətcə doğru olmayan inzibati aktın qəbuluna səbəb olmamışdırsa, bu həmin aktın ləğv üçün əsas ola bilməz.

49. Bundan başqa, məhkəmə kollegiyası hər bir vergi növünə münasibətdə mövqeyini ayrı ayrılıqda şərh edilməsini məqsədə müvafiq hesab edir. Hesablanmış ƏDV ilə bağlı

50. Apellyasiya instansiya məhkəməsinin əlavə dəyər vergisi ilə bağlı mövqeyinə gəldikdə isə məhkəmə kollegiyası bu mövqeyi də haqlı hesab etməyərək kassasiya şikayətinin buna dair dəlilləri ilə qismən razılaşır.

51. Belə ki, səyyar vergi yoxlaması aktında qeyd edilənlərə əsasən cavabdeh 2021ci ilin fevral, mart, iyun, avqust, sentyabr və noyabr, 2022-ci ilin yanvar ayları üzrə ümumilikdə 25,458.72 manat məbləğində ƏDV-nin az hesablanmasını müəyyən etmişdir.

52. Səyyar vergi yoxlaması aktından görünür ki, səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş ƏDV bəyannamələrində vergiyə cəlb olunan dövriyyə ilə bank əməliyyatları üzrə çıxarış cədvəlləri müqayisə edilərkən fərqlərin olduğu müəyyən edilmişdir.

53. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi cavabdehin göstərilən kənarlaşmaya dair müvafiq təsdiqedici sənədləri məhkəməyə təqdim edə bilməməsi əsası ilə iddia tələbinin ƏDV ilə bağlı hissəsini də əsaslı saymışdır.

54. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq bildirir ki, iş materiallarından göründüyü kimi cavabdeh tərəfindən məhkəməyə bank əməliyyatları üzrə çıxarış cədvəllər təqdim edilmişdir. Buna baxmayaraq, işə baxmış məhkəmə kollegiyası ƏDV məbləğinin iddiaçı tərəfindən düzgün hesablanmamasının əsaslandırılması vəzifəsini cavabdehin üzərinə qoymuşdur. Halbuki, məhkəmə kollegiyası iddiaçıdan qeyd edilmiş çıxarışlar arasında yaranmış fərqin səbəbini aydınlaşdırılmalı, cavabdeh tərəfindən təqdim edilmiş sənədlərin əsaslılığını müəyyənləşdirməli idi. Yalnız göstərilən hallara aydınlıq gətirilməklə obyektiv həqiqətə nail olmaq mümkündür.

55. O da xüsusi qeyd edilməlidir ki, iddiaçının əlavə hesablanmış ƏDV-nin və onun maliyyə sanksiyasının əsassızlığı barədə hər hansı tutarlı dəlillər gətirməsi iş materiallarından görünmür.

56. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə “ƏDV” ilə bağlı qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” ## #### 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir. Mənfəət vergisi ilə bağlı

58. Buna baxmayaraq məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin “mənfəət vergisi” ilə bağlı mövqeyini haqlı hesab edərək kassasiya şikayətinin buna dair dəlillərini əsassız sayır.

59. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından müəyyən edilir ki, iddiaçının fəaliyyəti idxal etdiyi müxtəlif çeşiddə malların topdan və pərakəndə satışından ibarət olmuş və idxal edilmiş mallara dair yük gömrük bəyannamələrinin mövcudluğu işin mübahisəsiz halıdır.

60. İşin mübahisəli halı isə iddiaçının idxal etdiyi malların maya dəyərinin yoxlama zamanı müəyyən edilməsinin mümkün olub-olmaması və cavabdehin şərti rentabellik normasını tətbiq etməkdə haqlı olub-olmamasından ibarətdir.

61. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qərarında (birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayaraq) cavabdehin 2020-2021-ci hesabat dövrləri (təqvim illəri) üzrə ümumilikdə 671194,48 manat gəlir vergisi məbləği barədə qərarın ləğvini ona görə əsaslı hesab etmişdir ki, cavabdeh həmin dövr üzrə birbaşa şərti rentabelliyi tətbiq edə bilməzdi.

62. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının bu hissəsi ilə razılaşaraq qeyd edir ki, iddiaçıya vergi borcu şərti rentabellik norması tətbiq etməklə əlaqəli məlumatlardan istifadə olunaraq "Vergi ödəyicisinin mənfəətini birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydalarının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # #### tarixli, ** nömrəli qərarına istinad edilərək hesablanmışdır.

63. Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən vergi yoxlamasının aparılması zamanı vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən mümkün olmadıqda, ödənilməli olan verginin məbləği əlaqəli məlumatlardan istifadə edilməklə hesablana bilər.

64. Lakin, hazırkı mübahisəyə münasibətdə vergilər cavabdeh tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinin müəyyən etdiyi qaydada deyil, həmin Məcəllənin birbaşa 83.9-cu maddəsinin tələbləri çərçivəsində hesablanmışdır. Halbuki həmin Məcəllənin 67ci maddəsinin tətbiqinin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan istifadə etməklə ödənilməli verginin məbləğinin hesablanılması qaydasının tətbiqini istisna edən əsasların mövcud olduğu cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə və iş üzrə materiallarla təsdiq olunmur.

65. Cavabdehin hazırkı vergi yoxlamasında Vergi Məcəlləsinin 67-ci maddəsində müəyyən edilmiş ardıcıllığı gözləmədən müvafiq dövr üzrə birbaşa 67.14-cü maddəsini və nəticə etibarı ilə 83.9-cu maddəsini tətbiq etməsi Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə ziddir və bu cür metodla aparılmış vergi yoxlaması qanuni sayıla bilməz. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası kassasiya şikayətinin mənfəət vergisi ilə bağlı dəlillərini əsassız hesab edir.

66. Beləliklə, kassasiya şikayətinin dəlilləri qismən, yəni apellyasiya instansiya məhkəməsinin qərarının “ƏDV vergisinin və həmin vergi üzrə maliyyə sanksiyasının hesablanması hissəsində” ləğv edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilərək qərar ləğv edilməli, iş ləğv edilmiş hissədə təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından şikayət həmin hissədə iddianın təmin edilməməsinə münasibətdə və qərarın qalan hissəsinin ləğv edilməsi hissəsində rədd edilməlidir.

67. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarının mübahisələndirilən hissədə qismən - “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2024-cü il tarixli **************** nömrəli Qərarının ƏDV vergisinin və həmin vergi üzrə maliyyə sanksiyasının hesablanması hissəsində ləğv edilsin. İş ləğv edilmiş hissədə təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar