Məhkəmə qərarları › İş №2-1(102)-367/2017

Ali Məhkəmə Qərar — İş №2-1(102)-367/2017

31.01.2017 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-367/2017 31.01.2017 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı Cavabdehnə (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamenti) qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-367/2017) Bakı şəhəri 31 yanvar 2017-ci il giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X3, X2 ibarət tərkibdə, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh) qarşı(üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanı nda Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentibundan sonra üçüncü şəxs) “təminat xərcliyi barədə yeni məlumat vərəqəsinin tərtib edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2192/16 saylı, 06 oktyabr 2016-cı il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 31 yanvar 2017-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı 24.12.1979-cu il tarixdən 25.04.2012-ci il tarixədək daxili işlər orqanlarında xidmət keçmiş, Daxili İşlər nazirinin 2012-ci il tarixli əmrinə əsasən 25.04.2012-ci il tarixdə Qaradağ Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi vəzifəsindən azad edilməklə, xidmə tdə son yaş həddinə çatdığına görə daxili işlər orqanlarından tərxis olunmuş, halhazırda pensiyaçıdır. İddiaçı hesab edir ki, Nazirlər Kabinetinin 29 may 2014-cü il tarixli, 169 saylı qərarına vəDaxili İşlər nazirinin 05.06.2014-cü il tarixli Ə/456-001-14 №-li əmrinə əsasən daxili işlər orqanlarında xidmət edən müstəntiqlərin, təhqiqatçıların, kriminalistlərin (ekspertlərin) vəzifə maaşlarına edilmiş əlavə onun vəzifə maaşında baş verən artım kimi nəzərə alınaraq, əmək pensiyasının yenidən hesablanması üçün cavabdeh orqan Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 4-cü bəndinə müvafiq olaraq DSMF-yə məlumat vərəqi göndərm əlidir. İddiaçı bununla bağlı cavabdehə ərizə ilə müraciət etmişdir. Cavabdeh isə 12 dekabr 2015-ci il tarixli məktubla qeyd edilən əlavənin ümumi maaş artımı və bütün şəxsi heyətə deyil, yalnız fərdi qaydada, Nazirliyin əmri ilə təyin edilən əməkdaşlara şamil edildiyini əsas gətirərək, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5ci maddəsinə istinadən iddiaçının tələbini təmin etməkdən imtina etmişdir. İddiaçı 24 noyabr 2014-cü il tarixdə cavabdehə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2014-cü il tarixli, 169 saylı qərarına vəDaxili İşlər Nazirliyi üzrə verilmiş 05.06.2014-cü il tarixli Ə 456-001-14 №-li əmrə əsasən daxili işlər orqanlarında xidmət edən müstəntiqlərin, təhqiqatçıların, kriminalis tlərin (ekspertlərin) vəzifə maaşlarına edilmiş əlavə nəzərə alınmaqla, ona təyin edilmiş əmək pensiyasının 2014-cü il 01 iyun tarixdən yenidən hesablanması və ödənilməsi məqsədi ilə barəsində yenilənmiş məlumat vərəqəsinin tərtib olunub, Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 4-cü bəndinə müvafiq olaraq, Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı cavabdeh tərəfin 2012-ci il 23 aprel tarixli əmri ilə 25.04.2012-ci il tarixdə xidmətdə olmasının son yaş həddinə çatdığı üçün tutduğu Qaradağ Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi vəzifəsindən azad edilərək xidmətdə olmanın son yaş həddinə çatdığına görə tərxis olunmuşdur. “Polis əməkdaşlarının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20.04.2000-ci il tarixli 73 saylı Qərarında dəyişiklik edilməsi barədə” Nazirlər Kabinetinin 2014-cü il 29 may tarixli qərarı ilə DİN-in rəhbərliyinə ixtiyar verilmişdir ki, müstəntiqlərə, təhqiqatçılara, kriminalistlərə onların bir ay yarımlıq vəzifə maaşı məbləğindən çox olmamaqla əlavələr etsin. Nazirliyin 05.06.2014-cü il tarixli əmrinə əsasən sözügedən əməkdaşların vəzifə maaşlarına 01.06.2014-cü il tarixdən bir ay yarımlıq vəzifə maaşı məbləğində əlavələr müəyyən edilmişdir. Ona görə də iddiaçı cavabdeh orqana ər izə ilə müraciət edərəkNazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaydalar”ın 4-cü bəndinə müvafiq olaraq barəsində zəruri məlumatların ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasından ötrü DSMF-yə təqdim olunması barədə göstəriş verilməsini xahiş etmiş, lakin sonuncu tərəfindən 12.12.2015-ci il tarixli cavab məktubu ilə onun nəzərinə çatdırılmışdır ki, xidmətdən tərxis olunduğu günə ona təyin edilmiş əmək pensiyasının bu əlavə nəzərə alınmaqla, yenidən hesablanaraq miqdarının dəyişdirilməsi mümkün deyildir. İddiaçı hesab edir ki, cavabdehin yenilənmiş məlumat vərəqəsinin DSMF-yə təqdim etməkdən imtinası qanunsuzdur, eyni kateqoriyadan olan subyektlərə bu cür fərqli yanaşma məntiqsizdir və Azərbaycan Respublikası Konstitusiyasının 2 5-ci maddəsinin 1 və 3-cü maddələrində nəzərdə tutulan hüququnu pozur. Cavabdeh iddiaya dair etiraz verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 29 may tarixli 169 nömrəli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” 20 aprel 2000-ci il tarixli qərarında dəyişiklik edilmiş və cavabdeh orqanın rəhbərliyinə əməkdə yüksək nəticələrinə, xüsusi lazımi işlərin vaxtında yerinə yetirilməsinə görə müstəntiqlərə, təhqiqatçılara, kriminalistlərə (ekspertlərə) onların bir ay yarımlıq vəzifə maaşı məbləğindən çox olmamaqla əlavələr təyin edilməsi imperativ şəkil də müəyyən edilməmiş, həmin əlavələrin təyin edilməsi üçün cavabdeh orqanın rəhbərliyinə ixtiyar verilmiş ona görə də mübahisə predmeti olan əlavəni alacaq şəxslərin dairəsini müəyyən etmək və zərurət olduğu halda həmin əlavənin verilməsini dayandırmaq cavabdeh orqanın diskresion səlahiyyətindədir. Belə olan halda cavabdehin diskresion səlahiyyətində olan məsələ ilə bağlı onun üzərinə vəzifə qoyulması İPM-in 73-cü maddəsinin tələblərinə əsasən əsassız və qanunsuz olduğundan yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin bu qərarının şamil edildiyi vəzifələrin siyahısı DİN-in müvafiq əmri ilə təsdiq edilmişdir. Eyni zamanda əmrdə siyahıda göstərilən əməkdaşlar tərəfindən intizamsızlığa və ya xidmətdə nöqsanlara yol verildiyi halda təyin edilmiş əlavənin ləğv edilməsi barədə Dİ N-in aidiyyəti orqan rəislərinə nazirliyin rəhbərliyi qarşısında vəsatət qaldırması tapşırılmışdır. Qeyd olunan əlavə maaş artımı deyil, bütün şəxsi heyətə deyil, yalnız fərdi qaydada nazirliyin rəhbərliyi tərəfindən əmrlə təyin edilmiş əməkdaşlara şamil edilir. Nazirlər Kabinetinin bu qərarında qeyd olunan əlavənin maaş artımı olmadığı və qərar qüvvəyə minən tarixə qədər tərxis olunmuş əməkdaşların DİO-dan xaric olunduğu vaxt bu əlavəni almadığı baxımından pensiya məbləğinin hesablanmasında əlavənin nəzərə alınması mümkün deyildir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X5, 2-1(81)-1268/2016 saylı iş) 14 iyul 2016-cı il tarixli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, qanunverici cavabdeh orqanın rəhbərli yinə əməkdə yüksək nəticələrinə, xüsusi lazımi işlərin vaxtında yerinə yetirilməsinə görə müstəntiqlərə, təhqiqatçılara, kriminalistlərə (ekspertlərə) onların bir ay yarımlıq vəzifə maaşı məbləğindən çox olmamaqla əlavələr təyin etməsini imperativ şəkildə müəyyən etməmiş, həmin əlavələrin təyin edilməsi üçün cavabdeh orqanın rəhbərliyinə ixtiyar verilmiş, onun üzərinə bununla bağlı hər-hansı vəzifə qoymamışdır. Mübahisə predmeti olan əlavəni alacaq şəxslərin dairəsini müəyyən etmək və zərurət olduğu halda həmin əlavənin verilməsini dayandırmaq cavabdeh orqanın diskresion səlahiyyətindədir. Həmçinin qeyd olunan əlavə maaş artımı deyil və bütün şəxsi heyətə deyil, yalnız fərdi qaydada nazirliyin rəhbərliyi tərəfindən əmrlə təyin edilmiş əməkdaşlara şamil edilir. 1 saylı Bakı İnzibati-İqtisad i Məhkəməsinin 14 iyul 2016-cı il tarixli qərarı ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X4məruzəçi, X6 və X9, 2-1(103)-2192/16 saylı iş) 06 oktyabr 2016-cı il tarixli qərarla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. İddiaçı 17 noyabr 2016-cı il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 2006-cı il 07 fevral tarixli Qanunun 20.14-cü| maddəsinə əsasən bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin (həmçinin DİN-in xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışmış əməkdaşların) əmək pensiyasına əlavələr təminat xərcli yindəki sonrakı artımlar nəzərə alınmaqla müəyyən edilir. Qanunun 1.0.5-ci maddəsinə görə təminat xərcliyi (pul təminatı) hərbi qulluqçuların (eləcə də DİN-in xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışmış əməkdaşlarının) hərbi xidmətdən buraxıldığı (DİO-da xidmətdən tərxis olunduğu) günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Vəzifə maaşı təminat xərcliyinin tərkib hissəsi olduğuna görə xidməti davam etdirən xüsusi rütbəli əməkdaşın vəzifə maaşındakı sonrakı dəyişikliklərin xidmətdən tərxis olunmuş əmək pensiyası alan sabiq əməkdaşın əmək pensiyasına birbaşa təsi r göstərməsi, vəzifə maaşına hər bir əlavə və artıma uyğun olaraq əmək pensiyasının məbləğinin dəyişikliyə məruz qalması “Əmək pensiyaları haqqında” Qanunda təsbit olunmuşdur. Nazirlər Kabinetinin qərarına müvafiq olaraq diskresion səlahiyyət DİN-in rəhbərliyinə istintaq, təhqiqat və kriminalistik tədqiqatlar qurumlarının əməkdaşlarının deyil, məhz müstəntiqlərin, təhqiqatçıların və kriminalistlərin (ekspertlərin) vəzifə maaşlarına əlavələr təyin etmək məqsədi ilə verilmişdir. Daxili İşlər naziri isə verilmiş diskresion səlahiyyət çərçivəsini aşaraq 05.06.2014-cü il tarixli Ə456-001-14 nömrəli əmrə 1 nömrəli əlavədə istintaq, təhqiqat və kriminalistik tədqiqatlar qurumlarının rəislərini və müavinlərini də Nazirlər Kabinetinin 169 nömrəli qərarının şamil edildiyi vəzifələrin siyahısına da xil etmişdir. Nazirlər Kabinetinin qərarı əsasında Daxili İşlər naziri tərəfindən verilmiş 05.06.2014cü il tarixli Ə456-001-14 nömrəli əmrdən görünür ki, DİO-da xidmət edən müstəntiqlərin, təhqiqatçıların və kriminalistlərin (ekspertlərin) vəzifə maaşlarına əlavələr fərdi qaydada deyil, tutduqları vəzifəyə görə təyin edilmişdir. Vəzifə maaşlarına əlavələrin təyin edildiyi 01.06.2014-cü il tarixdən etibarən DİO-da xidmət edən müstəntiqlərin, təhqiqatçıların və kriminalistlərin (ekspertlərin) bir qismi xidmətdə yol verdikləri nöqsanlara görə intizam tənbehinə məruz qalmalarına və intizam tənbehinin olmasına baxmayaraq, 2014-2015-ci və cari illərdə vəzifə maaşına əlavələr almışlar və ya almaqda davam edirlər. Belə olan halda müstəntiqlərin, təhqiqatçıların və kriminalistlərin (ekspertlərin) v əzifə maaşlarına əlavələrin fərdi qaydada əməkdə yüksək nəticələrinə, xüsusi lazımi işlərin vaxtında yerinə yetirilməsinə görə təyin edilməsindən söhbət gedə bilməz. tərəflərin izahatları: İddiaçı məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, Nazirlər Kabinetinin 29 may 2014-cü il tarixli qərarı əsasında verilmiş Daxili İşlər nazirinin 05.06.2014-cü il tarixli əmri ilə daxili işlər orqanlarında xidmət edən müstəntiqlərin, təhqiqatçıların, kriminalistlərin (ekspertlərin) vəzifə maaşlarına edilmiş əlavələr “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci və 20.1.11-ci maddələrinin tələbləri baxımından daxili işlər orqanlarında çalışan xüsusi rütbəli əməkdaşlarının vəzifə maaşlarına edilən artımdır. Hal-hazırda, həmin artımlar cavabdeh orqan tə rəfindən sözügedən əməkdaşlara ödənilir və qeyd edilməlidir ki, onlara ödənilən həmin artımlardan məcburi dövlət sosial sığorta haqları da tutulmur. Sosial sığorta haqları müvafiq fondun özündən tutulur. Hesab edir ki, cavabdeh orqan Nazirlər Kabinetinin 135 saylı qərarı ilə təsdiq edilmiş “Qaydalar”ın 4-cü bəndi ilə üzərinə düşən vəzifəni yerinə yetirməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin normaları düzgün təfsir edilməmiş və tətbiq edilməli olan normalar tətbiq olunmamışdır. Məhkəmənin qərarı tamamilə əsassızdır. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini qəbul etməmiş, iddiaya qarşı etiraza uyğun izahat verərək şikayətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 2.2.2-ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı cavabdeh inzibati orqandan vəzifə maaşına edilmiş əlavə nəzərə alınmaqla təyin edilmiş pensiyanın yenidən hesablanması və ödənilməsi üçün yenilənmiş məlumat vərəqinin pensiya hes ablayan orqana verilməsini xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 33.1 və 33.2-ci maddələrinin tələbinə görə iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi halda, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.08.2007-ci il tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesabl anması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 2-ci bəndinə görə “Əmək pensiyaları haqqında”Qanunun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı)-hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Həmin Qaydalar ın 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində DSMF-yə təqdim olunur. Qaydaların 1-ci bəndindən göründüyü kimi, həmin bənddə “ … xidmətdən buraxıldığı günə aldıqları … vəzifə maaşından hesablanan digər əlavələrdən …” söz edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” 20 aprel 2000-ci il tarixli 73 №-li qərarının 2014-cü il 29 may tarixli 169 №-li qərarı ilə edilən dəyişikliklərlə 1.3-cü bəndində qeyd edilir ki, Cavabdeh rəhbərliyinə ixtiyar verilsin ki, müəyyən olunmuş müvafiq fondlar dairəsində, polis əməkdaşına hər il ən azı bir aylıq vəzifə maaşları həcmində maddi yardım və ən azı bir aylıq vəzifə maaşları həcmində mükafat versin, habelə onlara hər ay əməkdə yüksək nəticələrinə, xüsusi lazımi işlərin vaxtında yerinə yetirilməsinə görə vəzifə maaşlarının 25 faizindən, müxtəlif adda yüksək ixtisaslı proqramçı və elektronçu vəzifələrində çalışan əməkdaşlarına onların iki aylıq vəzifə maaşı məbləğindən, müstəntiqlərə, təhqiqatçılara və kriminalistlərə (ekspertlərə) onların bir ay yarımlıq vəzifə maaşı məbləğindən, tərcüməçilərə isə onların aylıq vəzifə maaşı məbləğindən çox olmamaqla, əlavələr təyin etsin. Azərbaycan Respublikası Daxili İşlər naziri tərəfindən veril miş 05.06.2014-cü il tarixli Ə 456-001-14 №-li əmrə əsasən Nazirlər Kabinetinin 29.05.2014-cü il tarixli 169 saylı qərarının şamil edildiyi vəzifələrin siyahısı təsdiq edilmiş və əmrə 1 №-li Əlavə ilə müəyyən edilmiş vəzifələrdə xidmət edən xüsusi rütbəli əməkdaşların vəzifə maaşlarına 1 iyun 2014-cü il tarixdən - bir ay yarımlıq vəzifə maaşı məbləğində əlavə təyin edilmişdir. Əmrin 3 və 4-cü bəndlərində qeyd edilir ki, bu əmrə 1 nömrəli əlavədə müəyyən edilmiş vəzifələrdə xidmət edən xüsusi rütbəli əməkdaşların vəzifə maaşlarına 1 iyun 2014-cü il tarixindən onların bir ay yarımlıq vəzifə maaşı məbləğində əlavə təyin edilsin. Göstərilən əməkdaşlar tərəfindən intizamsızlığa və ya xidmətdə nöqsanlara yol verildiyi halda, təyin edilmiş əlavənin ləğv edilməsi barədə DİN-in aidiyyəti orqan rəis ləri nazirliyin rəhbərliyi qarşısında vəsatət qaldırsınlar. Bəhs olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdehə hüquqi müstəvidə ixtiyar verilmişdir ki, daxili işlər orqanlarında çalışan, əməkdə yüksək nəticələr göstərən və xüsusi lazımi işləri vaxtında yerinə yetirən xüsusi rütbəli şəxsləri olan müstəntiqlərə, təhqiqatçılara və kriminalistlərə müvafiq fondlar dairəsində bir ay yarımlıq vəzifə maaşı məbləğində əlavə təyin etsin. Cavabdehin mübahisəndirilən əlavəni stabil olaraq bütün əməkdaşlarına vermək öhdəliyi müəyyən edilməmiş, adıçəkilən (müstəntiqlərə, təhqiqatçılara və kriminalistlərə (ekspertlərə,) xüsusi rütbəli şəxslərə məhz onların iş bacarığı və xüsusi tapşırıqların vaxtında öhdəsindən gəlmək qabiliy yətinin qiymətləndirməsində ona diskresion səlahiyyət verilmişdir. Oxşar vəziyyət dövlət qulluqçularına da aiddir. “Dövlət qulluğu haqqında” Qanunun 24.1-ci maddəsinə görə dövlət qulluqçusunun vəzifə borclarını yerinə yetirərkən səylə çalışması hərtərəfli mükafatlandırılır. Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları qanunvericiliklə müəyyənləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2002-ci il tarixli 774 saylı Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən mükafatın müəyyən edilməsi üçün götürülən dövr (hesablaşma dövrü) və mükafatlandırmanın şərtləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən müəyyən edilir. Əsasnamənin 3-cü bəndin ə əsasən dövlət qulluqçuları işin nəticələrinə görə mükafatlandırılmanın aşağıdakı növləri üzrə həvəsləndirilir: kollektiv mükafatlandırılma; fərdi mükafatlandırılma. Əsasnamənin 4-cü bəndində qeyd edilir ki, dövlət qulluqçuların kollektiv mükafatlandırılması aşağıdakı hallarda həyata keçirilir: dövlət orqanının fəaliyyətinin əsas istiqamətləri üzrə işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi; mühüm dövlət tapşırıqlarının dövlət orqanı tərəfindən vaxtında yerinə yetirilməsi; qanunvericiliklə müəyyən edilmiş milli bayram günləri və digər əlamətdar hadisələrlə əlaqədar. Əsasnamənin 7-ci bəndinə əsasən dövlət qulluqçularının fərdi mükafatlandırılması aşağıdakı hallarda həyata keçirilir; vəzifə təlimatında nəzərdə tutulan vəzifələrin vaxtında və peşəkarlıqla yerinə yetirilməsi, səmərələ şdirici təkliflər verilməsi, təşəbbüskarlıq göstərilməsi, işdə yeni forma və metodların tətbiqi, gənc mütəxəssislərə lazımi köməklik göstərilməsi; rəhbərliyin tapşırıqlarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsi; normativ hüquqi aktların layihələrinin hazırlanması və qəbul edilməsində fərqlənməsi. Əsasnamənin 8-ci bəndinə əsasən dövlət qulluqçusuna işin nəticələrinə görə verilən mükafatların məbləği onun fəaliyyətinin nəticələrindən asılı olaraq qulluq keçdiyi orqanın rəhbəri tərəfindən müəyyən edilir və onun yuxarı həddi məhdudlaşdırılmır. Əsasnamənin 10-cu bəndinə əsasən dövlət qulluqçularının fərdi mükafatlandırılması onun qulluq keçdiyi struktur bölmə rəhbərinin və ya yuxarı dövlət orqanının təqdimatı, habelə attestasiya komissiyasının tövsiyəsi əsasında onun qulluq keçdiyi dövlə t orqanı rəhbərinin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Əsasnamənin 12-ci bəndinə əsasən dövlət qulluqçularının mükafatlandırılması məqsədi ilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda dövlət qulluqçuları üçün müəyyən olunmuş aylıq əmək haqqı fondunun (vəzifə maaşına əlavələr istisna olmaqla) 3 misli həcmində əlavə vəsaitlər nəzərdə tutulur. Beləliklə, qanunvericiliyin sadalanan müddəalarından görünür ki, dövlət qulluqçularının mükafatlandırılması onların qulluq keçdiyi orqanın rəhbərinin mülahizəsinə əsasən həll edilir. Başqa sözlə, dövlət qulluqçusunun hər bir halda pul mükafatı ilə təltif ediləcəyini müəyyən edən qanunvericilikdə birmənalı norma yoxdur, bu, dövlət qulluqçusunun fəaliyyətinə onun rəhbərinin diskresion səlahiyyətlərdən çıxış edərək ve rəcəyi qiymətdən asılıdır. Bu mənada, mükafat qanunun birbaşa göstərişinə əsasən dövlət qulluqçusuna ödənilən əlavə olmadığı üçün iddiaçı həmin əlavəni nəzərə almaqla pensiyasının yenidən hesablanmasını tələb edə bilməz. Dövlət qulluqçusuna mükafat fərdiləşmiş qaydada, heç də bütün dövlət qulluqçularına deyil, Əsasnamənin 7-ci bəndində nəzərdə tutulmuş tələblərə cavab verən şəxsə, dövlət orqanı rəhbərinin əmri (sərəncamı, qərarı) ilə verilir; bu məqsədlə dövlət qulluqçuları üçün müəyyən olunmuş aylıq əmək haqqı fondunun (vəzifə maaşına əlavələr istisna olmaqla) 3 misli həcmində əlavə vəsait müəyyən edilsə də, veriləcək mükafatın yuxarı həddi məhdudlaşdırılmır və qulluq keçdiyi orqanın rəhbəri tərəfindən müəyyən edilir. Nazirlər Kabinetinin 73 nömrəli qərarına əsasən müstəntiq, təhqiqatçı və kriminalistlərə (ekspertlərə) əmrlə onların bir ay yarımlıq vəzifə maaşı məbləğində əlavələrin təyin olunması DİN rəhbərliyi üçün də mütləq (məcburi) xarakter daşımır və inzibati məsuliyyət tədbirlərinə paralel qaydada ləğv edilə bilər. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsində vəzifə maaşından hesablanan digər əlavələr dedikdə, təyin edilməsi imperativ xarakter daşıyan, yəni müvafiq mərkəzi icra hakimiyyəti orqanının rəhbərinin iradəsindən asılı olmayan əlavələri nəzərdə tutmuşdur. Başqa sözlə, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsi mənasında vəzifə maaşından hesablanan digər əlavələr, Nazirlər Kabinetinin 73 nömrəli qərarının 1.3-cü bəndində nəzərdə tutulan şəxslərə xidmətdə olduqları dövrdə onlara ödənilməyən bir ay yarımlıq vəzifə maaşı məbləğində əlavəl əri ehtiva etmir və bu səbəbdən də onu almayan xüsusi rütbəli polis əməkdaşının təminat xərcliyinin hesablanmasında nəzərə alına bilməz. Odur ki, bu hissədə də iddianı təmin etməməklə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir. İPM-in 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İddiaçının xeyrinə inzibati aktın qəbul edilməsindən cavabdehin imtinası qanuna zidd olmadığından və imtina iddiaçının hüquqlarını pozmadığından kassasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Bəhs olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2192/16 saylı, 06 oktyabr 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir. Sədrlik edən: Hakimlər: R.Nəbizadə N.Rəsulbəyova İ.Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar