Məhkəmə qərarları › İş №2-1(102)-367/2021

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-367/2021

09.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-367/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: (kassasiya mümkünsüz, şikayət vəkil tərəfindən tərtib edilmədiyinə görə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanı nda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 9 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü ildə verilmiş RX seriyalı xxxx saylı Çıxarış üzrə fərdi yaşayış evinin yerləşdiyi və qanuni istifadəsində olan 0.10 ha həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququnun və vahid mülkiyyət hüququ üzrə müvafiq Çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-505/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiyanın mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edər ək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü ildə verilmiş RX seriyalı xxxx saylı Çıxarış üzrə fərdi yaşayış evinin yerləşdiyi və qanuni istifadəsində olan 0.10 ha həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququnun və vahid mülkiyyət hüququ üzrə müvafiq Çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

2. Şəki İnzibati Məhkəməsinin 12 avqust 2020-ci il tarixli, 2-1(116)-352/2020 nömrəli qərarı ilə (hakim: İ.H.Cabbarov) iddia rədd edilmişdir.

3. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə həmin torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddia rədd edilməlidi.

4. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

5. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-505/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (sədrlik edən: R.R.Rəfiyev, hakimlər: V.İ.Məlikov və A.A.Mahmudov) apelyasiya şikayəti mümkün sayılmamış və şikayətin icraata qəbul olunmasından imtina edilmişdir.

6. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı apelyasiya şikayəti verməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürsə də, müddətin ötürülmə səbəbi barədə hər hansı sübutu məhkəməyə təqdim etməmiş və müddətin bərpasına dair ərizə verməmişdir. 7.İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işə yenidən baxılmasını xahiş etmişdir. TƏRƏFLƏRİN DƏLİLLƏRİ, KASSASİYANİN MÜMKÜNLÜYÜ:

8. İddiaçının kassasiya şikayətini nəzərdən keçirərkən müəyyən edilmişdir ki, şikayət vəkil tərəfindən tərtib edilib imzalanmamış, şikayətə vəkilin orderi əlavə edilməmişdir.

9. Bununla əlaqədar iddiaçının dinlənilmə hüququnun təmin edilməsi üçün verilmiş şikayət üzrə kassasiya icraatının mümkünlüyü məsələsinə baxılması xx xxxx 2021-ci il tarixinə təyin edilmişdir. Məhkəmə icraatı iştirakçılarının iz ahatları:

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış məhkəmə icraatının iştirakçıları məhkəmə kollegiyasının iclasında təmsil olunmamışlar. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində onların iclasda iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ:

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 67.1 Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasınd a, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Maddə 407.3 Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Maddə 407.4 Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.

12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1.2 Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 90.3 Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

13. İddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.

14. İddiaçının şikayəti vəkil tərəfindən tərtib olunmadığından, eləcə də şikayətə vəkilin orderi əlavə edilmədiyindən onun dinlənilmə hüququnun təmin edilməsi üçün verilmiş şikayət üzrə kassasiya icraatının mümkünlüyü məsələsinə baxılması məhkəmə iclasına təyin edilmiş, bu barədə ona müvafiq məhkəmə bildirişi göndərilməklə yuxarıda qeyd olunan çatışmamazlığın aradan qaldırılması, vəkil tərəfindən tərtib edilib imzalanmış və vəkil in orderi əlavə edilmiş kassasiya şikayəti təqdim edilməsi təklif olunsa da, həmin çatışmazlıqlar aradan qaldırılmamışdır.

15. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı şikayəti üzrə kassasiya icraatı mümkün sayıla bilməz.

16. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası Qərara aldı: Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-505/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar