Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-367/2023 01.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1966-cı il təvəllüdlü, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazi rliyi tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2774/2022 nömrəli, 4 oktyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.1985-ci il tarixli, ИT-İ ******* nömrəli əmək kitabçasının məlumatlarına əsasən iddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Bakı-Komvol Kombinatında rəng-ütü sexində quruducu-lentçi vəzifəsində işləmiş, xx.xx.2020-ci il tarixdən etibarən “X4 LTD” MMCdə 3 (üç) ay sınaq müddətilə istehsalata qablaşdırıcı vəzifəsinə iş ə qəbul edilmişdir. 2. xx.xx.2002-ci il tarixli, ******* nömrəli əmək kitabçasının surətinə əsasən iddiaçı xx.xx.2002-ci ildə Azərbaycan Respublikası Rayonlararası İstehsalat Təmir Tikinti Birliyində xadimə işinə qəbul edilmiş, xx.xx.2005-ci ildə işdən azad edilmişdir. xx.xx.2018-ci ildə Xırdalan 7 nömrəli tam orta məktəbinə texniki işçi təyin edilmiş, xx.xx.2020-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. 3. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 01 nömrəli güzəştli arayışına əsasən iddiaçı həqiqətən xx.xx.1985-ci ildən xx.xx.2002-ci ilə kimi Bakı-Komvol Kombinatında işləmişdir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vermək haqqında” Qərarına əsasən o güzəştli şərtlərlə pensiya almaq hüququna malikdir. (§32. toxuculuq istehsalatı. Ütüləmə-qurutma operatorları) -Qeyd: Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 931 saylı sərəncamına əsasən 27 oktyabr 1997-ci ildən Bakı-Komvol Kombinatı "xxxx" ASC adlandırılsın. 4. “X4 LTD” MMC-nin xx.xx.2020-ci il tarixli, 192/20 nömrəli arayışına əsasən iddiaçı xx.xx.2020-ci il tarixdən hal-hazırkı dövrədək “X4 LTD” MMC-də qablaşdırıcı işləyir.
5. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 64 nömrəli aydınlaşdırıcı arayışında qeyd olunmuşdur ki, iddiaçı xx.xx.1985-ci il tarixdə boyamaütüləmə sexinə quruducu aparatların quruducusu (lentləyicisi) vəzifəsinə işə qəbul edilmişdir. O, həmin sexdə müxtəlif kimyəvi maddələrdən kislota, xammalın boyanması üçün boyaq maddələrindən isti və buxarlı şəraitdə istifadə et məklə boyanmış xammalın qurudulması funksiyasını həyata keçirmişdir. Belə ki, yuxarıda qeyd olunan kimyəvi maddələrdən və isti buxarlı şəraitdə xammalın boyanması və onun qurudulması və digər proseslərə təhvil verilməsini həyata keçirmişdir. “Boyama-qurutma” sexində istehsal olunan bütün məhsullara lazım olan kimyəvi maddələrdən ibarət qatışıqlar bu sexdə hazırlandığı üçün kombinatda ən zərərli sex hesab olunurdu. Əmək məzuniyyəti dövründə zərərli peşə əmək haqqına əlavə olunmuşdur. Odur ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, göstəricilərin siyahısı”nın § 26,9 səh,187 Yüngül və toxuculuq sənayesi sahələri üçün kimya məhsulları v ə ondan məmulatlar istehsalı, qurutma aparatçıları peşəsi ilə güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. Qeyd: Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 931 saylı Sərəncamına əsasən xx.xx.1997-ci ildə Bakı Komvol Kombinatı "xxxx" ASC adlandırılmışdır.
6. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2022-ci il tarixli, **********167300 nömrəli məktubunda bildirilmişdir ki, İdarədə olan reyestr məlumatlarına əsasən xx.xx.1996-cı il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" ASC-nin hüquqi ünvanı AZ1041, ünvan 1silçisi isə X1r. Eyni zamanda hüquqi şəxsin qeydiyyat qovluğuna əsasən bildirilir ki, "xxxx" ASC “Bakı Komvol Kombinatı”nın b azasında yaradılmışdır və onun hüquqi varisidir. Bundan başqa xx.xx.2022-ci il tarixə olan uçot məlumatlarına əsasən "xxxx" ASC-nin fəaliyyəti və digər vergi tutulan əməliyyatları dayandırılmış vəziyyətdədir.
7. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 07 nömrəli aydınlaşdırıcı arayışında qeyd olunmuşdur ki, iddiaçı həqiqətən də 136 №-li Əmrlə xx.xx.1985-ci ildən Boyama-ütüləmə sexinə quruducu-lentləyici şagirdi vəzifəsinə qəbul edilmiş və Azərbaycan Respublikası ƏQM-in 37-ci maddəsinə əsasən (öz xahişi ilə) xx.xx.2002-ci il tarixdə 08 №-li əmrlə işdən azad edilmişdir. İddiaçı kombinatda Boyama-ütüləmə sexində işləyərkən müxtəlif kimyəvi maddələrdən, xammalın boyanması və boyanmış xammalın qurudulması funksiyasını isti və buxarlı şəraitdə yerinə yetirmiş dir. Bu peşə çox zərərli olduğuna görə əmək haqqına əlavə olunmuş, o cümlədən əmək məzuniyyətinə çıxarkən əlavə məzuniyyət günləri hüququna malik olmuşdur. Odur ki, iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən siyahısı”nın §
26. Yüngül sənaye bölməsi səh. 187. 26.9 Yüngül və toxuculuq sənayesi sahələri ücün kimya məhsulları və ondan məmulatlar istehsalı bölməsinin Qurutma aparatçıları. Bu peşə üzrə güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. İddiaçının zərərli iş stajı 16 il 2 ay 24 gün təşkil edir. Qeyd: Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 931 saylı Sərəncamına əsasən xx.xx.1997-ci ildə Bakı Komvol Kombinatı "xxxx" ASC adlandırılmışdır.
8. İddia çı xx.xx.2021-ci il tarixdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir.
9. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********1 nömrəli məktubla “Əmək pensiyaları haqqında” Qanunun qüvvədə olan 9.1-ci maddəsinə əsasən yetərli pensiya kapitalının olmadığını əsas gətirməklə müraciətin təmin edilməsindən imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
10. İddiaçı 10 iyun 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 25 fevral 2021-ci il tarixli **********1 saylı məktubu ilə pensiya təyin etməkdən imtinanı əsassız hesab etməklə, 52 yaşı tamam olan tarixdən - xx.xx.2018-ci il tarixd ən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı iddia ərizəsində yuxarıda qeyd olunan ona məxsus əmək kitabçalarında əks olunmuş məlumatları təkrarlamış, əlavə olaraq qeyd etmişdir ki, onun 23 il, 4 ay, 20 gün ümumi, 16 il 5 ay güzəştli iş stajı mövcud olduğundan cavabdehin imtinasını əsassız hesab edir. Qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək, xx.xx.2006-cı il tarixinə kimi onun artıq güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı mövcud olmuş və 52 yaşı tamam olan gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Cavabdeh isə ona əsassız və qanunsuz olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina edə rək, bununla onun sosial təminat və pensiya hüquqlarını birmənalı olaraq pozmuşdur.
12. Cavabdeh iddia ərizəsinə qarşı imtina məktubunun dəlilləri ilə uyğunluq təşkil edən etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1223/2022 nömrəli, 25 aprel 2022-ci il tarixli qərarı ilə (hakim A.Ə.Əhədova) iddia təmin edilmiş, iddiaçıya 52 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
14. Məhkəmə qeyd etmişdir ki, əmək kitabçalarının surətinə əsasən iddiaçının xx.xx.1985-ci il tarixdən xx.xx.2002-ci il tarixədək 16 il 02 ay 24 gün, xx.xx.2002-ci il tarixdən xx.xx.2005-ci il tarixədək 03 il 11 ay 21 gün olmaqla xx.xx.2006-cı il ədək tələb olunan ümumi iş stajı 20 il 02 ay 15 gün təşkil edir. Beləliklə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün xx.xx.2006-cı il tarixədək tələb olunan 20 il ümumi iş stajı mövcuddur.
15. İddiaçının işlədiyi müəssisə “Bakı Komvol Kombinatı” olmuş, onun bazasında xx.xx.1996-cı il tarixdə hüquqi varisi olan "xxxx" ASC yaradılmışdır. İddiaçının işləmiş olduğu müəssisənin təqdim etdiyi güzəştli arayışda İddiaçı xx.xx.1985 - xx.xx.2002-ci ilədək Kombinatda Boyama-ütüləmə sexində quruducu-lentləyici vəzifəsini icra etdiyi, həmin vəzifədə işləyərkən müxtəlif kimyəvi maddələrdən, xammalın boyanması və boyanmış xammalın qurudulması funksiyasını isti və buxarlı şəraitdə yerinə yetirdiyi, yerinə yetirdiyi işin zərərli olduğuna görə sonuncuya əlavə əmək məzuniyyəti, əmək haqqısına əlavələrin verildiyi bildirmişdir.
16. İşəgötürən iddiaçının işlədiyi vəzifəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 26cı Yüngül sənaye bölməsində 26.9-cu yarımbənddə yüngül və toxuculuq sənayesi sahələri üçün kimya məhsulları və ondan məmulatlar istehsalı bölməsi, qurutma aparatçıları peşəsinə uyğunlaşdırmışdır.
17. Məhkəmə qeyd etmişdir ki, iddiaçının güzəştli vəzifələrdə işlədiyi qeyd edilən dövr xx.xx.1985 - xx.xx.2002-ci il olduğundan həmin dövr qanunvericiliyin tələblərinə də uyğun olaraq xx.xx.2006-cı il tarixədək hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Na zirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş Siyahılara uyğunlaşdırılmalıdır. Bu baxımdan işəgötürənin qeyd etdiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 22100000 XX. Yüngül sənaye, 22110000
9. Yüngül və toxuculuq sənayesi sahələri üçün kimya məhsulları və ondan məmulatlar istehsalı, 2211000a a) fəhlələr, 2211000a—10994 qurutma aparatçıları peşəsinə uyğun gəlir.
18. Qeyd edilən yarımbölmənin adından da müəyyən olunur ki, bu sahə kimya sahəsi deyildir, yüngül sənaye sahəsidir. Yüngül sə naye sahəsində yüngül və toxuculuq sənayesi malları üçün üçün zəruri olan bilavasitə kimya məhsullarından istifadə etməklə məmulat istehsalı ilə məşğul olunur. İddiaçının yerinə yetirdiyi əmək funksiyaları barədə təqdim edilmiş arayışda da qeyd olunmuşdur ki, iddiaçı bilavasitə müxtəlif kimyəvi maddələrdən istifadə edərək yüngül və toxuculuq sənayesi mallarının boyanmasını, boyandıqdan sonra onların ütüləmə və qurutmasını həyata keçirmiş, ütüləmə zamanı kimyəvi maddələrdən ayrılmış isti buxarın təsirinə məruz qalmışdır. İddiaçının işlədiyi vəzifə bilavasitə kimyəvi maddələrdən istifadə edilməklə məmulatlar istehsalı sahəsinə aiddir.
19. Məhkəmə hesab etmişdir ki, iddiaçının əmək fəaliyyətinə dair sənədlər və məhkəmənin sorğusu əsasında təqdim edilmiş güzəştli iş arayışı onun zərərli əmək ş əraitində işləməsini müəyyən etməyə imkan verir.
20. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2774/2022 nömrəli, 4 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: R.Ə.Qurbanov /sədrlik edən və məruzəçi/, V.M.Məmmədov və V.Ə.Baxışova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1223/2022 nömrəli, 25 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
23. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddi a tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
24. Kassasiya şikayətinin dəlilləri mahiyyətcə imtina məktubunun və iddia ərizəsinə qarşı təqdim edilmiş etirazın dəlilləri ilə uyğunluq təşkil edir. Şikayətdə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8, 1.0.18, 9.1 və 9.8-ci, həmçinin İPM-nin 90-99-cu maddələrinə istinad edilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
26. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunu: Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər -9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyas ı almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. -9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə
32. Əmək pensiyasının təyin edilməsi müddətləri 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
27. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: 13-cü maddəsinin “b” bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısı”: 22100000 XX. Yüngül sənaye 22110000 İX Yüngül və toxucul uq sənayesi sahələri üçün kimya məhsulları və ondan məmulatlar istehsalı 2211000a a) fəhlələr 2211000a—10994 qurutma aparatçıları
29. İnzibati Prosessual Məcəllə:... Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barə də məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə
96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİN İN HƏDLƏRİ
30. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
31. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Şikayətdə fundamental vacib hüquqi məs ələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
34. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla uyğunluq təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməs inin araşdırmaları yetərli hesab olunur.
35. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2774/2022 nömrəli, 4 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.