Məhkəmə qərarları › İş №2-1(102)-3670/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3670/2019

25.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3670/2019 25.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR (Açar söz: mərhumun adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə arayışın verilməsi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr i Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən müvafiq çıxarışın (arayışın) verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1648/19 saylı 03 sentyabr 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 25.12.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı 29 oktyabr 2018-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 6725 saylı bağın 0,12 ha torpaq sahəsi üzərində mərhum atası X2 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən müvafiq çıxarışın (arayışın) verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə mərhum atası X4 arasında bağlanmış 14.04.2000-ci il tarixli 28831 saylı bağın icarəyə verilməsi haqqında müqaviləyə əsasən Birlik tərəfindən Ünvan1 yerləşən 0,12 ha torpaq sahəsindən ibarət 6725 saylı bağ sahəsi atasının istifadəsinə verilmiş, qeyd olunan vaxtdan atası və ailə üzvləri tərəfindən göstərilən bağ sahəsindən təyinatı üzrə istifadə edilmişdir. Atası 02.03.2016-cı ildə vəfat etmiş, atasının vəfatı ilə əlaqədar aidiyyəti üzrə Bakı şəhəri 12 saylı Notariat kontoruna müraciət etmiş, ərizəsi əsasında həmin notariat kontorunda vərəsəlik işi açılmış, vərəsələrin dairəsi müəyyən edilmiş, yekunda isə vərəsə kimi qəbul edilmişdir. Bu barədə notariat kontoru tərəfindən 12.09.2018-ci il tarixli 737 saylı məktub ilə cavabdeh təşkilata müraciət olunaraq 6725 saylı bağ sahəsinə çıxarışın verilməsi xahiş olunmuş, eyni zamanda onun tərəfindən eyni məzmunlu ərizə ilə cavabdehə müraciət edilmiş, cavabdehin 09.10.2018-ci il tarixli **********64 saylı məktubu ilə ərizəsi təmin edilməmiş, imtinaya əsas kimi göstərilmişdir ki, bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, elektron kadastr məlumatlarına əsasən “6725” saylı bağ sahəsinin göstər ilən əraziyə aidiyyatı yoxdur və həmin ərazi bağçılıq yoldaşlığına ayrılmış əraziyə aid olduğundan ərizənin icrası mümkün olmamışdır. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 noyabr 2018-ci il tarixli, 2-1(82)4590/2018 tarixli qərarı ilə (hakim X.İmanov) iddia tələbi təmin edilmiş, Ünvan1 yerləşən 0,12 ha torpaq sahəsindən ibarət 6725 saylı bağ sahəsi üzərində X2 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən müvafiq arayışın (çıxarışın) verilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində Ünvan1 yerləşən 6725 saylı bağın 0,12 ha torpaq sahəsinə iddiaçının vəfat etmiş atası X2 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə əlaqədar iddiaçının ərizəsinin təmin olunmasından imtinanın əsasları qanunvericilikdə müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının müvafiq bağ sahəsi üzərindəki vərəsəlik və mülkiyyət hüquqlarını həyata keçirməsini məhdudlaşdırmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 22 noyabr 2018-ci il tarixli, 2-1(82)-4590/2018 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1648/19 saylı 03 sentyabr 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 say lı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 noyabr 2018-ci il tarixli, 2-1(82)4590/2018 nömrəli qərarı dəyişdirilmiş, Ünvan1 yerləşən 0,12 ha torpaq sahəsindən ibarət 6725 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun vəfat etmiş X3 məxsus olması barədə müvafiq arayışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Məhkəmə hesab etmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə X4 arasında 14 aprel 2000-ci ildə bağlanmış bağın icarəyə verilməsi haqqında 28831 saylı müqaviləyə əsasən bağ sahəsi mərhum X2 istifadəsinə verilmiş, sonuncu 02.03.2016-cı ildə vəfat etmişdir. Qüvvədə olan qanunvericiliyə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarışı almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında qeydiyyat orqanı tərəfindən ilk öncə arayış verilməli, daha sonra həmin arayış əsasında hüquq vərəsənin adına qeydiyyata alınmalıdır. Lakin birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilərkən qeyd edilən hal nəzərə alınmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1648/19 saylı 03 sentyabr 2019-cu il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə iddiaçı müvafiq bağ sahəsinə çıxarış almaq məqsədilə 19.09.2018-ci il tarixdə müraciət etmiş, aparılmış araşdırmalar nət icəsində məlum olmuşdur ki, bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, elektron kadastr məlumatlarına əsasən “6725” saylı bağ sahəsinin göstərilən əraziyə aidiyyatı yoxdur və həmin ərazi bağçılıq yoldaşlığına ayrılmış əraziyə aid olduğundan ərizənin icrası mümkün olmamışdır. Kassator İPM-nin 28.1-ci maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2, 8, 9, 11.1, 12.1, 23-cü maddələrinə, Torpaq Məcəlləsinin 55, 67, 68, 111.1-ci maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1648/19 saylı 03 sentyabr 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəfl ərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1648/19 saylı 03 sentyabr 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1648/19 saylı 03 sentyabr 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları il ə müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə X4 arasında 14 aprel 2000-ci ildə bağlanmış bağın icarəyə verilməsi haqqında 28831 saylı müqaviləyə əsasən Birlik tərəfindən Ləhiş qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət 6725 saylı bağ sahəsi Bakı şəhər İcra Hakimiyyətinin bağ sahələrinin verilməsi üzrə komissiyasının 10.04.2000-ci il tarixli 371 saylı qərarına əsasən X2 istifadəsinə verilmişdir.02.03.2016-cı ildə vəfat etmiş X1 Ləhiş qəsəbəsində miras qalmış 0,12 ha torpaq sahəsindən ibarət 6725 saylı bağ sahəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair iddiaçının müraciəti əsasında vərəsəlik işlərinin uçotu kitabında vərəsəlik işi açılmış, sonuncunun mərhum X2 vərəsəsi olması müəyyən olunmuş və qeyd ol unan bağ sahəsinə dair çıxarış verilməsi xahiş olunmuş, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 09.10.2018-ci il tarixli **********64 saylı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd olunmuşdur ki, bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, elektron kadastr məlumatına əsasən 6725 saylı bağ sahəsinin göstərilən əraziyə aidiyyəti yoxdur və həmin ərazi bağçılıq yoldaşlığına ayrılmış əraziyə aiddir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7.-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə da ir verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq, verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında» Təlimatın 7-cı bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüqu qu əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmın arayış əsasında verilm ış vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə X4 arasında 14 aprel 2000-ci ildə bağlanmış bağın icarəyə verilməsi haqqında 28831 saylı müqaviləyə əsasən bağ sahəsi mərhum X2 istifadəsinə verilmiş, sonuncu 02.03.2016-cı ildə vəfat etmişdir. Qüvvədə olan qanunvericiliyə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarışı almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında qeydiyyat orqanı tərəfindən ilk öncə arayış verilməli, daha sonra həmin arayış əsa sında hüquq vərəsənin adına qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Cavabdeh inzibati orqan tərəfindən kassasiya şikayətinin dəlilləri barədə (bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluğu) məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1648/19 saylı 03 sentyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar