Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3671/2019 18.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRAR Açar söz: magistr diplomu üzrə aldığı ixtisasın tanınması və ekvivalentliyi (nostrifikasiyası) haqqında şəhadətnamə verilməsi öhdəliyinin Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçının nümayəndəsi Natiq Hacıyevin və vəkili Vəkil1, cavabdehin nümayəndəsi Nümayəndə və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Təhsil Nazirliyinə qarşı Rusiya Federasiyası Yoşkar-Ola şəhərində yerləşən X1 Universiteti tərəfin dən ona verilmiş 101204 ******* saylı, xxx qeydiyyat nömrəli fərqlənmə magistr diplomu üzrə aldığı ixtisasın tanınması və ekvivalentliyi (nostrifikasiyası) haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2060/19 saylı iş üzrə 27.08.2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 18 dekabr 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Cavabdeh inzibati orqan olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Təhsil Nazirliyinə qa rşı Rusiya Federasiyası Yoşkar-Ola şəhərində yerləşən X1 Universiteti tərəfindən ona verilmiş 101204 ******* saylı, xxx qeydiyyat nömrəli fərqlənmə magistr diplomu üzrə aldığı ixtisasın tanınması və ekvivalentliyi (nostrifikasiyası) haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 2004-cü ildə Bakı Dövlət Universitetinin "tarix" fakültəsinə daxil olmuş, 2008-ci ildə ali təhsil haqqında dövlət sənədi B N° 133962 nömrəli diplom almışdır. Həmin diploma əsasən ona ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilmişdir. 2008-ci ilin sentyabr ayından Azərbaycan Turizm institutund a, 2014-cü ildən isə yenidən təşkil edilmiş Azərbaycan Turizm və Menecment Universitetində müxtəlif vəzifələrdə işləmişdir. 15 yanvar 2018-ci il tarixdən hal-hazıradək həmin universitetin Keyfiyyət Təminatı və Akkreditasiya şöbəsinin Qeydiyyat bölməsi rəhbəri vəzifəsində işləyir. 2015-2017-ci illər ərzində əmək fəaliyyətinə uyğun olaraq Rusiya Federasiyası Yoşkar-Ola şəhərində yerləşən Povojsk dövlət texnologiya universitetində turizm ixtisası üzrə ali təhsil almışdır. Bu haqda İddiaçı 29.01.2018-ci il tarixdə təhsil və dərəcə haqqında sənəd olaraq 101204 ******* saylı, xxx qeydiyyat nömrəli fərqlənmə maqistr diplomu verilmişdir. 2018-ci ilin mart ayında, həmin diplomun tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyin ə ərizə ilə müraciət etmişdir. Uzun süründürməçilikdən sonra 2018-ci ilin avqust ayında onu ekspert komissiyasına müsahibəyə dəvət etmişlər. Müsahibə zamanı komissiya üzvlərinin bütün suallarına cavab verdikdən sonra ona şifahi şəkildə "hər şeyin qənaətbəxş və qaydasında olduğu" bildirilmişdir. Lakin yenə də uzun süründürməçilikdən və təkrar müraciətlərdən sonra 30 mart 2019-cu il tarixdə,Təhsil Nazirliyi tərəfindən ərizəsinə elektron məktub formasında rəsmi imtina edilmişdir. İmtinada göstərilmişdir ki, "Magistratura təhsilinin məzmunu, təşkili və magistr dərəcəsinin verilməsi" Qaydalarının 1.2-ci bəndinə görə magistratura səviyyəsində bakalavr təhsili bazasından ayrı-ayrı ixtisasların ixtisaslaşmaları üzrə həyata keçirilir. "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınmas ı və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)" Qaydalarının 3.7-ci bəndinə əsasən 15FA1EF23C1 nömrəli müraciəti üzrə ixtisasının ölkə ərazisində tanınması mümkün hesab edilmir. O, hesab edir ki, Rusiya Federasiyası Yoşkar-Ola şəhərində yerləşən X1 Universitetinə tam qanuni şəkildə daxil olub təhsil almışdır. Tədris proqramı üzrə tam kursu bitirərək imtahan verib fərqlənmə magistr diplomu almışdır, aldığı hər iki ali təhsil humanitar elmlərə aiddir və İddiaçı on ildən artıqdır məhz "turizm" ixtisası üzrə müxtəlif vəzifələrdə çalışır. Birinci instansiya məhkəməsinin 12.06.2019-cu il tarixli iş № 2-1(82)-1827/2019, (sədrlik edən hakim Zaur Tağıyev) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti ver ərək birinci instansiya məhkəməsinin 12.06.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 27.08.2019-cu il tarixli iş № 2-1(103)-2060/19 (hakimlər Elmira Nağıyeva - sədrlik edən və məruzəçi, Vüsalə Baxışova və Həmid Həmidov) qərarı ilə birinci instansiya məhkəməsinin 2-1(82)-1827/2019 saylı iş üzrə 12.06.2019-cu il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, iddiaçının cavabdehə qarşı iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsinin sözügedən qər arı, Azərbaycan Respublikası adından çıxarıldığı halda, Konstitusiyanın həmin maddəsini kobud şəkildə pozaraq təhsilin inkişafına süni maneələr yaradır. Aldığı hər iki ali təhsil humanitar elmlərə aiddir və o, on ildən artıqdır məhz "turizm" ixtisası üzrə müxtəlif vəzifələrdə çalışır. Sağlam təfəkkürə malik hər bir insan deyə bilər ki, "turizm" ixtisasına yiyələnmədən də "tarix" elminə yiyələnmək olar, lakin "tarix" elminə yiyələnmədən turist bələdçisi olmaq mümkün deyil. İşin mahiyyətindən aşkar görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin ekspert komissiyasının qərarı onun Konstitusiya ilə təsbit edilmiş təhsil hüququnu və azad peşə seçmək hüququnu kobud şəkildə pozur. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətinin təmin edilməsini, Bakı Apelyasiya Məhkəməsi nin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2060/2019 saylı iş üzrə 27 avqust 2019-cu il tarixli qərarının ləğv edilməsini, birinci instansiya məhkəməsinin 12 iyun 2019-cu il tarixli qərarın dəyişdirilmədən saxlanılması barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 27.08.2019-cu il tarixli qərarının ləğv edilməsini, birinci instansiya məhkəməsinin 12.06.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi N.Hacıyevdə, iddiaçının vəkili Vəkil1 çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 27.08.2019-cu il tarixli qərarının ləğv edilməsini, birinci instansiya məhkəməsinin 12.06.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 27.08.201 9-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 27.08.2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə da, cavabdehin vəkili Vəkil2 çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 27.08.2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və cavabdehin nümayəndə və vəkillərinin izahat və çıxışlarını dinl əyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 27 avqust 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməmə si ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. İddiaçı kasasiya şikayətində qeyd etmişdir ki,apelyasiya instansiyası məhkəməsinin sözügedən qərarı, Azərbaycan Respublikası adından çıxarıldığı halda, Konstitusiyanın həmin maddəsini kobud şəkildə pozaraq təhsilin inkişafına süni maneələr yaradır. Aldığı hər iki ali təhsil humanitar elmlərə aiddir və o, on ildən artıqdır məhz "turizm" ixtisası üzrə müxtəlif vəzifələrdə çalışır. Sağlam təfəkkürə malik hər bir insan deyə bilər ki, "turizm" ixtisasına yiyələnmədən də "tarix" elmi nə yiyələnmək olar, lakin "tarix" elminə yiyələnmədən turist bələdçisi olmaq mümkün deyil. İşin mahiyyətindən aşkar görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin ekspert komissiyasının qərarı onun Konstitusiya ilə təsbit edilmiş təhsil hüququnu və azad peşə seçmək hüququnu kobud şəkildə pozur. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli 01.03.2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.28-ci bəndlərinə görə Nazirlik xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifik asiya qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3.6-cı bəndinin tələbində isə göstərilir ki, ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda, sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilən təhsilin dövlət standartları isə belədir: Azərbaycan Respublikası “Təhsil haqqında” Qanunun 6.3-cü maddəsinə əsasən dövlət təhsil standartları və onların qüvvədə olma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli 88 №-li qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və magistr” dərəcələrinin verilməsi Qaydaları”nın 1.2-ci bəndində isə nəzərdə tutulur ki, magistr hazırlığı ali təhsilin ikinci səviyyəsi olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş magistr ixtisaslaşmalarının (proqramlarının) təsnifatına uyğun müvafiq ixtisaslaşmalar üzrə mütəxəssis hazırlığının həyata keçirilməsini tə min edir. Bu səviyyədə bakalavr təhsili bazasından ayrı-ayrı ixtisasların ixtisaslaşmaları üzrə müvafiq təhsil proqramları əsasında mütəxəssislər hazırlanır. Həmin Qaydaların 1.9-cu bəndi isə nəzərdə tutur ki, müvafiq ixtisas üzrə magistr hazırlığı yalnız həmin ixtisas üzrə ali təhsilin birinci səviyyəsi (bakalavriat) buraxılışı olan ali məktəblərdə həyata keçirilir. Bununla yanaşı Nazirlər Kabinetinin 2011-ci il 14 iyun 95 saylı qərarı ilə təsdiq edilmiş ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) təsnifatından görünür ki, “turizm” ixtisası üzrə: Sosial-mədəni sahələrdə xidmətlərin təşkili, Sanatoriya-kurort işinin təşkili, Turizm işi, Otelçilik, Turizmin bələdçisi, Səyahət agentliyi və turoperator, Turizmdə nəqliyyat xidmətləri, turizm və sosial-mədəni servi s xidməti, Beynəlxalq turizm və ölkəşünaslıq üzrə bakalavr buraxlışı olan ixtisasların turizm ixtisası üzrə magistratura təhsili alması mümkündür. Göründüyü kimi, iddiaçının aldığı ilkin ali təhsil «tarix» ixtisası «turizm» ixtisasını əhatə edən ixtisaslar qrupuna aid edilmir və ona bərabər tutula bilməz, iddiaçı ilkin təhsili üzrə aldığı ixtisas başqa sahə ilə əlaqədar olduğu halda, onun magistratura təhsili tamamilə başqa bir ixtisas üzrə (“turizm”) olmuş və bu hal həmin təhsil müəssisəsi tərəfindən qəbul edilən olsa da, bu cür təhsil qaydası Azərbaycan Respublikasının təhsil standartlarına qətiyyən uyğun gəlmir, əhəmiyyətli dərəcədə ondan fərqlənir. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 27.08.2019-cu il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27.08.2019-cu il tarixli 21(103)-2060/19 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.
Məhkəmə qərarları › İş №2-1(102)-3671/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3671/2019
18.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver