Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3671/2025 03.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası; ümumi staj tələbinin ödənilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Işin halları
1. Iddiaçı ##.##.1962-ci il təvəllüdlüdür.
2. Iddiaçı 1979-1980-ci illərdə peşə təhsili almış, 1981-1983-cü illərdə hərbi xidmətdə olmuş, 1980-ci ildən əmək fəaliyyətinə başlamış, 2006-cı ilə qədər müxtəlif peşələrdə işləmişdir.
3. Cavabdehin “Əmək pensiyasının təyin edilməsi haqqında” *********** nömrəli, ##.##.2022-ci il tarixli qərarı ilə iddiaçıya 60 yaşdan, yəni ##.##.2022-ci il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci bəndinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. Qərarın 9-cu bəndindəki əlavə məlumata görə ümumi iş stajı 24 il 2 ay 2 gün (##.##.2006-dək); güzəştli iş stajı 13 il 1 ay 2 gündür.
4. SOCAR “Azneft” Istehsalat Birliyinin **-*-*/*-**/**** saylı, ##.##.2025-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, SOCAR-ın Baş ofisinin Mərkəzi arxivinin ## ###### 2023-cü il tarixli **-*/*-Y-**-*/****-*** nömrəli arxiv arayışında İddiaçı “Şirvanneft” Neft və Qazçıxarma Idarəsinin * №-li neft və qazçıxarma sexində ##.##.1992-ci il tarixdən ##.##.1995-ci il tarixədək yeraltı təmir operatoru, Quyuların əsaslı təmiri sexində ##.##.1995-ci il tarixdən ##.##.1995-ci il tarixədək qazmaçı köməkçisi, “Şirvanneft” NQÇInin və “xxxx” X3 Müəssisəsinin Neftin kompleks hazırlanması sexində ##.##.1995-ci il tarixdən ##.##.2005-ci il tarixədək əmtəə operatoru, “xxxx” X3 Müəssisəsində ##.##.2005-ci il tarixdən ##.##.2009-cu il tarixədək nasos qurğularının maşinisti peşəsində işlədiyi qeyd edilmişdir. İddiaçı “Şirvanneft” NQÇI-nin * nömrəli neft və qazçıxarma sexində ##.##.1992-ci il tarixdən ##.##.1995-ci il tarixədək (02 il 06 ay 24 gün) işlədiyi yeraltı təmir operatoru peşəsi Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 10.2-ci “Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi” yarımbölməsində nəzərdə tutulan “quyuların yeraltı təmiri üzrə operatorlar" peşəsi ilə, Quyuların əsaslı təmiri sexində ##.##.1995-ci il tarixdən ##.##.1995-ci il tarixədək (02 ay 01 gün) işlədiyi qazmaçı köməkçisi peşəsi həmin yarımbölmədə qeyd edilmiş “quyuların əsaslı təmirinin qazmaçıları” peşəsi ilə, “xxxx” Birgə MMM-in Neftin kompleks hazırlanması sexində ##.##.2005-ci il tarixdən ##.##.2009-cu il tarixədək (03 il 16 gün) işlədiyini nasos qurğularının maşinisti peşəsi həmin yarımbölmədə nəzərdə tutulan “texnoloji nasosların maşinistləri” peşəsi ilə, ##.##.1995-ci il tarixdən ##.##.2005-ci il tarixədək (10 il 3 ay 13 gün) işlədiyi əmtəə operatoru peşəsi isə Nazirlər Kabinetinin ## ###### 2024-cü il tarixli, ** nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” Qərarının 1.2.1.1.4.-cü bəndi ilə sözügedən Siyahının 10.2-ci yarımbölməsinə əlavə edilmiş “əmtəə operatorları” peşəsi ilə uyğunluq təşkil edir.
5. Iddiaçının ona 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətinə cavabdehin *-**-*/*-******/**** nömrəli, ##.##.2024-cü il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala ## ###### 2024-cü il tarixdə daxil olmuş müraciətinə aidiyyəti üzrə baxılmışdır. İddiaçı ##.##.2022ci il tarixində Mərkəzi Filial tərəfindən pensiya hüququnun yarandığı ##.##.2022-ci il tarixindən hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı əmək pensiyası üzrə keçmiş müddət üçün ona ödənilməli olan 955,71 manat pul vəsaiti hesablanıb. Həmin pul vəsaiti 2022-ci ilin iyul, avqust və sentyabr aylarında adıçəkilən şəxsin pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülmüşdür. “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar İddiaçı əmək pensiyası ##.##.2024-cü il tarixindən 430,22 manat təşkil edir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) birinci instansiya məhkəməsində icraat
6. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona ##.##.2019-cu il tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və əmək pensiyası hüququnun yarandığı həmin vaxtdan ödənilməyən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının məbləğinin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1962-ci ildə Şirvan şəhərində doğulmuşdur. ##.##.1979-cu il tarixdən ##.##.1980-ci il tarixədək Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsinin ** nömrəli peşə məktəbində təhsil almışdır. ##.##.1980-ci il tarixdən ##.##.1981-ci il tarixədək Bakı mebel yığma zavodunda, ##.##.1981-ci il tarixdən ##.##.1983-cü il tarixədək həqiqi hərbi xidmətdə, ##.##.1983-cü il tarixdən ##.##.1983-cü il tarixədək “X2” adlı zavodun Əli- Bayramlı filialında,##.##.1983-cü ildən ##.##.1992-ci il tarixədək Bakı Tikinti Quraşdırma, “Azəraqararsənayetikitni” Respublika Kooperativ Tikinti Birliyinin *** nömrəli səyyar dəstəsində, Sabirabad * nömrəli TREST-də dülgər vəzifəsində, ##.##.1992-ci ildən “Şirvanneft” Neft və Qazçıxarma Idarəsinə 4-cü dərəcəli operator vəzifəsinə, ##.##.1995-ci il tarixdən 3-cü dərəcə qazma-köməkçi, ##.##.1995-ci il tarixdən əmtəə operatoru, ##.##.2005-ci il tarixdən nasos qurğuların maşinisti keçirilmişdir. ##.##.2009cu il tarixdən etibarən X4 Limited Şirkətinə nasos maşinisti vəzifəsinə qəbul edilməklə ##.##.2011-ci il tarixdən pensiya yaşınadək 5-ci dərəcəli texnoloji nasosların maşinisti vəzifəsində çalışmışdır. Ona # ##### 2022-ci il tarixindən Mərkəzi Filial tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən # ###### 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının # #### 2007-ci il tarixli ***-IIIQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın 12 il 6 ayını Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş * №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi (10.2) bəndində quyuların yeraltı təmiri üzrə operatorlar və texnoloji nasosların maşinistləri vəzifələri nəzərdə tutulmuşdur. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə əlaqədar Mərkəzi Filiala təqdim edilmiş SOCAR-ın ## ###### 2023-cü il tarixli **-*-*/*-Y-**-*/****-*** nömrəli arayışında ##.##.1995-##.##.2005-ci il tarixləri arasındakı dövr ərzində xxxx” BMC-də Neftin kompleks hazırlanması sexində operator və ##.##.2005-##.##.2006-cı il tarixləri arasındakı dövr ərzində maşinist vəzifələrində işlədiyi qeyd olunmuşdur. Onun işlədiyi operator vəzifəsi. Həmçinin sözügedən arayışda maşinisti olduğu nasos qurğularının texnoloji nasoslara aiddir. Qeyd olunan hallar ətraflı araşdırılmadan # ###### 2006-cı il tarixinədək onun güzəştli iş stajı 12 il 6 aydan az (2 il 8 ay 27 gün) (##.##.1992- ##.##.1995-ci il tarixləri arasındakı dövr) təşkil etməsi əsası ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması həyata keçirilməmişdir.
8. Cavabdeh iddiaya dair yazılı etirazında göstərmişdir ki, iddiaçıya # ##### 2022-ci il tarixdən Mərkəzi Filial tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən # ###### 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının # #### 2007-ci il tarixli ***-IIIQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş * nömrəli siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi (10.2) bəndində quyuların yeraltı təmiri üzrə operatorlar və texnoloji nasosların maşinistləri vəzifələri nəzərdə tutulmuşdur. Iddiaçının Mərkəzi Filiala təqdim etdiyi SOCAR-ın ## ###### 2023-cü il tarixli **-*-*/*-Y- **-*/****-*** nömrəli arayışında ##.##.1995-##.##.2005-ci il tarixləri arasındakı dövr ərzində “xxxx” BMC-nin Neftin kompleks hazırlanması sexində əmtəə operatoru və ##.##.2005-##.##.2006-cı il tarixləri arasındakı dövr ərzində nasos qurğularının maşinisti vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi əmtəə operatoru vəzifəsi yuxarıda qeyd olunan quyuların yeraltı təmiri üzrə operatorlar vəzifəsinə aid deyil. Həmçinin, sözügedən arayışda iddiaçının maşinist olduğu nasos qurğularının texnoloji nasoslara aid olub-olmaması barədə hər hansı məlumat qeyd olunmayıb. Göstərilən səbəblərdən də # ###### 2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (2 il 8 ay 27 gün) – ##.##.1992-##.##.1995-ci il tarixləri arasındakı dövr təşkil edir. Ona görə də iddiaçıya 57 yaşının tamamlandığı ##.##.2019-cu il tarixindən yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
9. Şirvan Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim R.Quliyeva) iddia qismən təmin edilmiş, iddiaçı İddiaçı 57 yaşdan, yəni ##.##.2019-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin olunmuş pensiyanın ##.##.2021-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin ödənilməsi tələb olunur: iddiaçının ən azı 25 il ümumi sığorta stajına malik olması; həmin stajın ən azı 12 il 6 ayını güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplaması; güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajını, yəni ümumi iş stajını və güzəştli pensiya hüququ verən stajı həmin Qanunun qüvvəyə mindiyi 2006-cı il ######ın #-dək qazanması. Cavabdeh iddiaçının tələb olunan yaş həddinə, yəni 57 yaşına çatmasını və həmin vaxt azı 25 il ümumi sığorta stajına malik olmasını mübahisələndirmir. Qeyd edilən hallar iş materiallarında olan sənədlərə əsasən də sübuta yetirilir və işin mübahisə edilməyən hallarına aiddir. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən hal iddiaçının ##.##.1995- ##.##.2005-ci illərdə işlədiyi “əmtəə operatoru” vəzifəsinin onun hüququ yarandığı tarixdə güzəştli iş stajı sayılmaması, beləliklə də onun tələb olunan güzəştli iş stajı şərtini ödəməməsi ilə bağlıdır. Iddiaçının ##.##.1995-##.##.2005-ci illərdə işlədiyi “əmtəə operatoru” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.#.2007-ci il tarixli ** №-li Qərarına ##.##.2024-cü il tarixdə edilmiş dəyişikliklə əlavə olunmuş “əmtəə operatoru” vəzifəsi ilə eynilik təşkil edir. Iddiaçının ##.##.2006-cı ilə qədər hərbi xidmət dövrü də daxil olmaqla 25 ildən artıq ümumi və 12 il 6 aydan artıq güzəştli iş stajı olduğundan və onun iş stajı iş materialları ilə təsdiq edildiyindən, hazırkı iş üzrə cavabdeh inzibati orqanın hərəkətləri əsassız və qanunsuz olmuşdur.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
b) apellyasiya instansiya məhkəməsində icraat
12. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı (hakimlər C.Quliyev – sədrlik edən, F.Hüseynov və C.Imanov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Şirvan Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyin tələbi baxımından iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun yaşının tamam olması ilə birgə ##.##.2006-cı ilədək azı 25 il ümumi və bu müddətdən azı 12 il 6 ay güzəştli iş stajının olması tələb olunur. Bu tələblərdən hər hansı birinin ödənilməməsi iddianın rədd edilməsi üçün əsasdır. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, cavabdeh iddiaçının ümumi stajını mübahisələndirmir. Birincisi, şəxsin tələb etdiyi hüququ malik olması üçün maddi hüququ normasının dispozisiya şərtlərinin ödənilib-ödənilməməsinin yoxlanılması məhkəmənin xidməti vəzifəsindən irəli gələn bir məsələdir, bu tərəflərin bildirib-bildirməməsindən asılı olan məsələ deyil. Ikincisi, iş materialları onu deməyə əsas verir ki, cavabdeh iddiaçının ##.##.2006-cı il tarixə olan həm ümumi, həm də güzəştli iş stajını mübahisələndirir. Bunu cavabdeh tərəfindən qəbul edilmiş “Əmək pensiyasının təyin edilməsi haqqında” ##.##.2022-ci il tarixli qərardan da görmək olur. Belə ki, həmin qərardan görünür ki, cavabdeh iddiaçının ##.##.2006-cı il tarixədək ümumi stajı kimi - 24 il 2 ay 2 günü qəbul edir. Işin araşdırılması ilə müəyyən edilmişdir ki, iddiaçının ##.##.2006-cı il tarixə təhsil və hərbi xidmət müddəti nəzərə alınmaqla 25 il iş stajı yoxdur, qeyd edilən tarixə ümumi stajı 24 il 4 ay 5 gündür. Birinci instansiya məhkəməsi tərəfindən ümumi stajın düzgün hesablanmamasına səbəb iddiaçının Sabirabad MPMK-ya 4-cü dərəcəli dülgər vəzifəsinə təyin edilməsi tarixinin səhvən “##.##.1982” kimi göstərilməsi olmuşdur. Halbuki, əmək kitabçasına əsasən həmin tarix “##.##.1985”-dir və bu səbəbdən ümumi iş staj 27 il 4 ay 6 gün kimi qəbul edilmişdir.
14. Iddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və işin apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir.
16. Kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 13, 29 və 60-cı maddələrinə, Mülki Prosessual Məcəllənin 9, 14.1, 77.1, 88, 217.1, 217.3 və 218.1ci maddələrinə istinad edilmişdir.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. ... 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.
19. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: ... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan * nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa.
20. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.
Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
21. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Kassasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia ərizəsinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtina olunması ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
27. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
28. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
29. Işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən edilən hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya ##.##.2022-ci il tarixdən, yəni 60 yaşından “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Iddiaçının hazırkı iş üzrə tələbi isə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ##.##.2019-cu il tarixdən, yəni 57 yaşdan təyin edilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.8ci maddəsinin
30. və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin b bəndinin tələbləri tam ödənilməlidir. Belə ki, iddiaçıya 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin ödənilməsi tələb olunur: 1) 2006-cı il ######ın #-dək iddiaçının ən azı 25 il ümumi sığorta stajına malik olması; 2) həmin stajın ən azı 12 il 6 ayını güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplaması.
31. Işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarından göründüyü kimi iddiaçının 2006-cı il ######ın #-dək tələb olunan ümumi stajı 25 ildən azdır (24 il 4 ay 05 gün).
32. Belə ki, iddiaçının təhsil haqqında sənədinə, hərbi biletinə və əmək kitabçasına əsasən sosial sığorta stajı aşağıdakı kimidir: - təhsil müddəti: ##.##.1979-##.##.1980; - hərbi xidmət dövrü: ##.##.1981-##.##.1983; - əmək fəaliyyəti dövrü: ##.##.1980-##.##.1981; ##.##.1983-##.##.1983; ##.##.1983-##.##.1985; ##.##.1985-##.##.1985; ##.##.1985-##.##.1987; ##.##.1987- ##.##.1988; ##.##.1988-##.##.1990; ##.##.1991-##.##.1992; ##.##.1992-##.##.2005.
33. Göründüyü kimi iddiaçının ona 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün 2006-cı il ######ın #-dək tələb olunan ümumi stajı 25 ildən azdır. Birinci instansiya məhkəməsinin iddiaçının ümumi stajının 27 ildən çox olmasına dair gəldiyi nəticə ilə bağlı apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, bunun səbəbi iddiaçının Sabirabad MPMK-ya 4-cü dərəcəli dülgər vəzifəsinə təyin edilməsi tarixinin səhvən “##.##.1982” kimi göstərilməsi olmuşdur. Halbuki, əmək kitabçasına əsasən həmin tarix “##.##.1985”-dir və bu səbəbdən ümumi iş staj 27 il 4 ay 6 gün kimi qəbul edilmişdir.
34. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ##.##.1981-##.##.1983-cü illərdə hərbi xidmətdə olduğundan birinci instansiya məhkəməsinin iddiaçının Sabirabad MPMK-ya dülgər vəzifəsində işlədiyi müddətin ##.##.1982-##.##.1987-ci il kimi götürməsi açıq-aşkar yanlışdır. Iddiaçının əmək kitabçasına əsasən onun Sabirabad MPMK-ya dülgər vəzifəsində işlədiyi müddəti ##.##.1985-##.##.1987-ci ili əhatə edir.
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qeyd olunanları, o cümlədən iddiaçının 2006-cı il ######ın #-dək olan ümumi stajının 25 ildən az (24 il 4 ay 05 gün) olmasını nəzərə alaraq düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
Iddiaçı İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.