Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-3672/2025 08.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Hüseynova İradə Cani qızının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fililalına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin geri götürülməsi, kassasiya icraatına xitam) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Hüseynova İradə Cani qızının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi, yaranmış fərq məbləğinin qaytarılması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən yaşa görə əmək pensiyasının 2.832,21 manat vəsaitin artıq ödənilməsi barədə qərarının ləğv edilməsi, pensiyasının dayandırılmasının qanunsuz sayılması, əvvəlki pensiyanın bərpa edilməsi və əvvəlki məbləğdə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ## #### 2024-cü il tarixli, *-**-*/*-*-****/**** nömrəli qərarının ləğv edilməsi, pensiyasının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 72- yə bölünməklə yenidən hesablanması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. Sumqayıt İnzibati Məhkəməsinin (Hakim: K.H.Həbibova) 2025-ci il ## #### tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” ## #### 2024-cü il tarixli, 3-17-1/3-3- ****/**** nömrəli qərarın (762,29 manat təşkil edən iddiaçının pensiyasının azaldılaraq 710,71 manata endirilməsi barədə olan) ləğv edilməsi, iddiaçı Hüseynova İradə Cani qızının pensiyasının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 72-yə bölünməklə (45-ci maddə tətbiq edilmədən) yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.
4. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
5. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: G.İ.Cabbarova /sədrlik edən və məruzəçi/, V.E.Əzizova və İ.R.Quliyev) 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
6. Cavabdeh qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması haqqında qərar xahiş etmişdir.
7. Daha sonra cavabdeh ərizə təqdim edərək kassasiya şikayətinin geri götürülməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 97.1. Kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər. Maddə 97.3. Şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
9. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin geri götürülməsinə dair iradəsinin mövcud olduğunu, eləcə də şikayətin verilməsi və baxılması məsələsində dispozitivlik prinsipinə uyğun olaraq cavabdehin iradəsinin həlledici əhəmiyyət kəsb etdiyini nəzərə alaraq hesab edir ki, cavabdehin kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsi təmin edilməli, kassasiya şikayəti üzrə icraata xitam verilməlidir.
10. Eyni zamanda, kassasiya şikayətinin geri götürülməsinin hüquqi nəticələri ilə bağlı cavabdehə izah edilir ki, hazırkı qərardadın 8-ci bəndində qeyd olunan prosessual hüquq normalarının tələbləri baxımından, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir.
11. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI :
Ərizə təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ###### tarixli, *- *(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatına xitam verilsin. Qərardad qətidir.