Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3674/2025 23.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçılar iddiaçı3, iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: Doğum akt qeydlərində dəyişiklik edilməsindən imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, IŞIN HALLARI
1. Cavabdeh tərəfindən təqdim olunmuş ##.##.1971-ci ildə tərtib edilmiş *** nömrəli doğum qeydlərinin bərpa aktından görünür ki, uşaq haqqında məlumat qrafasında uşağın soyadı Mənsumova, adı Şəfəq, ata adı Vəli qızı, anası qrafasında X4, doğulduğu vaxt ##.##.1968; ##.##.1971-ci ildə tərtib edilmiş *** nömrəli doğum qeydlərinin bərpa aktından görünür ki, uşaq haqqında məlumat qrafasında uşağın soyadı Mənsimova, adı Leyla, ata adı Vəli qızı, anası qrafasında X4, doğulduğu vaxt ##.##.1969; ##.##.1971-ci ildə tərtib edilmiş ** nömrəli doğum haqqında akt qeydindən görünür ki, uşaq haqqında məlumat qrafasında uşağın soyadı Mənsimov (soyad sonradan “Həsənov”a dəyişdirilmişdir), adı Rəsul, ata adı Vəli oğlu, anası qrafasında X8, doğulduğu vaxt ##.##.1970; uşağın doğumunu təsdiq edən sənədlər qrafasında ##.##.1970-ci il tarixli tibbi arayış qeyd edilmişdir.
2. “xxxx” X2 ##.##.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, ...Xəstəxananın arxiv bölməsində saxlanılan, doğum evi ilə bağlı 1969-1971-ci illərə aid mövcud sənədlərə baxış keçirilmişdir. Bu zaman X5 1969-1971-ci illərdə uşaq dünyaya gətirməsi ilə bağlı heç bir qeydiyyat aşkarlanmamışdır.
3. “xxxx” X2 ##.##.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, ...Sizin ##.##.2024cü il tarixli *-*(***)-****/**** saylı sorğunuz Ağcabədi RMX PHŞ-nin Qaravəlli kənd həkim məntəqəsinə ##.##.2025-ci ildə və Sarıcalı kənd həkim məntəqəsinə ##.##.2025-ci il tarixlərində daxil olmuşdur.
4. Hər iki həkim məntəqəsindən yazılı məlumat alınmış və məlum olmuşdur ki, məktubda adı qeyd olunan X5 1969-1971-ci illərdə Qaravəlli kənd həkim məntəqəsində və ya Sarıcalı kənd həkim məntəqəsində doğuş həyata keçirməsi barəsində heç bir tibbi sənəd mövcud deyildir.
5. Cavabdeh tərəfindən iddiaçılara ünvanlanmış ##.##.2024-cü il tarixli məktublarda göstərilmişdir ki, ...Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il ## #### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv Qaydaları”nın 1-ci bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydində səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi ərazinin qeydiyyat şöbəsi tərəfindən həyata keçirilir. Kifayət qədər əsaslar olmadığı üçün doğum haqqında bərpa akt qeydində (X1 münasibətdə doğum haqqında akt qeydində) düzəliş edilməsi mümkün deyildir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
a) birinci instansiya məhkəməsində icraat 6.
7. Iddia onunla əsaslandırlmışdır ki, iddiaçılar ailədə 4 uşaq olmuşlar və ev şəraitində, yəni xəstəxanadan kənar şəraitdə doğulmuşlar. Onlardan iddiaçı3 ##.##.1967-ci ildə doğulmasına baxmayaraq, onun doğum tarixi ##.##.1968-ci il, doğum yeri isə Ağcabədi rayonu, Sarıcalı kəndi olaraq qeyd edilmiş və bu barədə, Cavabdeh doğum haqqında akt qeydləri kitabında ##.##.1971-ci il tarixdə 183 nömrə ilə qeydiyyat aparılmışdır. Digər iddiaçı iddiaçı2 ##.##.1968-ci ildə doğulmasına baxmayaraq, onun doğum tarixi ##.##.1969-cu il, doğum yeri isə Ağcabədi rayonu, Sarıcalı kəndi olaraq qeyd edilmiş və bu barədə, Cavabdeh doğum haqqında akt qeydləri kitabında ##.##.1971-ci il tarixdə 184 nömrə ilə qeydiyyat aparılmışdır. Digər iddiaçı iddiaçı1 isə ##.##.1969-cu ildə Bərdə şəhərində doğulmasına baxmayaraq, onun barəsində tərtib edilmiş ** nömrəli doğum haqqında akt qeydi ##.##.1971-ci ildə Ağcabədi rayon Sarıcalı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş və doğum tarixi ##.##.1970-ci il kimi qeyd edilmişdir. Iddiaçıların qardaşı X3 ##.##.1971-ci ildə Ağcabədi rayonu, Qaravəlli kəndində doğulmuşdur. Bu barədə, doğum haqqında *** nömrəli akt qeydi ##.##.1971-ci ildə Ağcabədi rayon Sarıcalı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmişdir. Qeyd edilən yanlışlığın aradan qaldırılması üçün cavabdeh orqana müraciət olunmuş, lakin məsələ müsbət həllini tapmamışdır.
8. Cavabdeh tərəfindən iddiaya münasibət bildirilməmişdir.
9. Şirvan Inzibati Məhkəməsinin (hakim: Ş.C.Musayev) ## ### 2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir. 10. 11.
b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: C.Ə.Quliyev /sədrlik edən və məruzəçi/, F.C.Hüseynov və C.F.Imanov) ## ###### 2025-ci il tarixli, *-*(***)- ***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırması: 13.1. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Doğum haqqında akt qeydlərinə dəyişiklik edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsas hazırkı iş üzrə mövcud deyildir. Belə ki, işin hallarından görünür ki, iddiaçılar doğum haqqında akt qeydlərində onların doğum tarixlərinin düzgün qeyd edilmədiyini, iddiaçı1 isə qeyd edilənlə yanaşı, onun doğulduğu yerin də düzgün qeyd edilmədiyini iddia edir. Lakin onlar bununla bağlı məhkəməyə nə hər hansı bir sübut təqdim etməmiş, nə də ki işin araşdırılması zamanı onların iddia etdikləri faktlar təsdiqini tapmamışdır. Iddiaçılar ev şəraitində doğulmuşlar. Onlararın dəlili yalnız ondan ibarətdir ki, iddiaçı1 barəsində doğum haqqında akt qeydi ##.##.1971-ci il tarixdə, Leyla və iddiaçı3ların barəsində doğum haqqında akt qeydi isə eyni tarixdə ##.##.1971-ci il tarixdə tərtib edilmişdir. iddiaçı3 doğum tarixi ##.##.1968-ci il, iddiaçı2 doğum tarixi isə ##.##.1969-cu ildir. Belə aydın olur ki, iddiaçı2 iddiaçı3 5 ay sonra doğulmuşdur. Bu hal isə tibbi cəhətdən mümkün deyil. 13.2. Kollegiya apellyasiya şikayətlərinin dəlili olan yuxarıda qeyd edilən məsələyə münasibətdə bildirir ki, Cavabdeh tərəfindən təqdim olunmuş sənədlərdən görünür ki, iddiaçı3 və iddiaçı2 münasibətdə ##.##.1971-ci ildə doğum qeydlərinin bərpa aktı tərtib edilmişdir. Tarix baxımından akt qeydlərinin tarixlərinin eyni olması mümkündür, çünki onlar doğum haqqında akt qeydi deyil, doğum qeydlərinin bərpa aktlarıdır. Iddiaçılardan iddiaçı3 doğum tarixi (##.##.1968) ilə iddiaçı2 doğum tarixi (##.##.1969) arasında 5 aydan bir qədər çox müddətin olması hələ birmənalı şəkildə akt qeydlərində səhvliyin olması demək deyil. Hətta akt qeydlərində səhvliyin olması açıq-aşkar olsaydı (məsələn, övladlar arasında 1-2 ay yaş fərqinin olması və s) belə, bu hələ o, demək deyil ki, həmin səhvliklər iddiaçıların iddia etdikləri qaydadır. Məhkəmə cavabdeh qurumun hazırkı imtinasının qanunsuz olması qənaətinə gəlmək üçün hər hansı əsas görmür. Lakin kollegiya hesab edir ki, iddiaçılar arzuladığı nəticəyə nail olmaq üçün mülki icraat qaydasında aidiyyəti üzrə ümumi məhkəməyə müraciət edə bilərlər.
14. Iddiaçılar kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişlər.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a) kassasiya şikayətinin dəlilləri
15. Işin mübahisəsiz digər halı ondan ibarətdir ki, iddiaçı1 barəsində doğum haqqında akt qeydi ##.##.1971-ci il tarixdə, Leyla və iddiaçı3ların barəsində doğum haqqında akt qeydi isə ##.##.1971-ci il tarixdə, yəni demək olar ki, eyni vaxta tərtib edilmişdir. iddiaçı3 doğum tarixi ##.##.1968-ci il, iddiaçı2 doğum tarixi isə ##.##.1969-cu ildir. Belə aydın olur ki, iddiaçı2 iddiaçı3 5 ay sonra doğulmuşdur. Bu hal isə tibb elmində mümkünsüz bir haldır. Qeyd etdikləri bir daha sübut edir ki, doğum haqqında akt qeydləri formal tərtib edilmişdir və düzəliş edilməsi zəruridir.
16. Iddiaçıların uzun illər boyu doğum haqqında akt qeydlərinə etimad göstərərək onlardan istifadə etmələri və məlumatlı olmaları isə hazırda onların qeyd edilən yalnışlıqların aradan qaldırılması üçün məhkəməyə müraciət etmək hüquqlarını istisna etmir.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
18. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 53. Uşağın ad, ata adı və soyad daşımaq hüququ … 53.2. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. 53.3. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Maddə 166. Doğumun qeydə alınması qaydası 166.1. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə 168. Doğum haqqında qeydiyyat 168.1. Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il ## ####### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”: Bənd 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin avtomatlaşdırılmış qeydiyyat informasiya “Vətəndaşlıq sistemi vəziyyəti vasitəsilə doğumun, aktları” nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # #### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”: Bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici Işlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra-qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. ...
3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: ... vətəndaşlıq vəziyyəti akt qeydlərindəki səhvlər düzəldikdə;
4. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ... vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsinə əsas verən digər sənədlər.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # #### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Akt kitablarının saxlanması qaydası və müddətləri”:
1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları onların tərtib edildiyi vaxtdan 75 il müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici Işlər Nazirliyinin xaricdəki konsulluq idarələrinin (bundan sonra - qeydiyyat şöbələri və konsulluq idarələri) arxivlərin və ya Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətində və Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılır. Bu müddət qurtardıqdan sonra qeydiyyat kitabları saxlanılmaq üçün dövlət arxivinə verilir.
22. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə doğum akt qeydlərində dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı lazımi qaydada araşdırma aparmış, haqlı olaraq iddianın təmin edilməməsi barədə qərar qəbul etmişdir.
29. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
30. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.