Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3677/2019 18.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi qarşı iş üzrə QƏRAR Açar söz: pensiyanın verilməsinin bərpa edilməsi Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçının vəkili Vəkil1, cavabdehin vəkili Vəkil2, üçüncü şəxs Daxili İşlər Nazirliyinin vəkili Əlirza Həbilovun iştirakı ilə, İddiaçı cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensiyanın verilməsinin bərpa edi lməsi öhdəliyinin qoyulması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 03 oktyabr 2019-cu il tarixli 2-1(103)-2448/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 18 dekabr 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1967-cı il tarixdə Xaçmaz rayonunun Sayad kəndində anadan olmuşdur. Cavabdeh dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinə qarşı üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi işə cəlb edilməklə Daxili İşlər Nazirli yi Maliyyə-Plan İdarəsinin üzərinə müəyyən hərəkətləri etməkdən çəkinməyə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə iddiaçıya pensiya verilməsini bərpa etmək və 31.10.2017-ci il tarixdən verilmiş pensiyanın verilməsi öhdəliyinin qoyulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı 1993-cü ilin iyun ayından daxili işlər orqanında polis vəzifəsinə daxil olub. Ümumilikdə 26 il 9 ay qulluq etmiş və 07 may 2016-cı il tarixdə öz arzusu ilə ehtiyata buraxılmışdır. O, 08 iyun 2016-cı il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə İdarəyə müraciət etmişdir. İdarənin 16/3314 saylı, 10 iyun 2016-cı il tarixli qərarı ilə iddiaçıya 08 may 2016-cı ildən etibarən aylıq 801,04 manat olmaqla, ömürlük pensiya təyin edilmişdir. İdarə tərəfindən iddiaçıya 31 oktyabr 2017-ci il tarixədək pensiya ödənilmişdir. Daxili İşlər Nazirliyi Maliyyə Plan İdarəsi tərəfindən İdarəyə müraciət edilmiş və pensiyanın ödənişinin dayandırılması tələb olunmuşdur. Dayandırmanın səbəbi kimi iddiaçının Almaniya Federativ Respublikasında siyasi sığınacaq alması göstərilmişdir. Bu səbəbdən də, pensiyanın ödənişi 1 noyabr 2017-ci il tarixdən dayandırılmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1993-cü ilin iyun ayından daxili işlər orqanlarına polis vəzifəsinə daxil olmuş, DİN-nin 05.05.2016-cı il tarixli 1243 ş/h nömrəli əmri ilə “öz arzusuna görə” 07.05.2016-cı il tarixdə daxili işlər orqanlarınd an xaric edilmişdir. Daxili İşlər Nazirliyinin 21.05.2016-cı il tarixli 027-3826-1216 saylı məlumat vərəqinə əsasən ona cavabdeh tərəfindən 08.05.2016-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsi ərizəçinin ölkəni tərk edərək Almaniyada siyasi mühacir qismində məskunlaşması ilə əlaqədar ona pensiya ödənişinin dayandırılması barədə cavabdehə məktub göndərmiş və cavabdeh Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinin məktubuna əsasən iddiaçının pensiyasını 31 oktyabr 2017-ci il tarixdən dayandırmışdır. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinin cavabdeh sırasından çıxarılaraq 3-cü şəxs qismində cəlb edilməsi, iş ü zrə cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tanınmasını, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən İddiaçı pensiya verilməsinin bərpa edilməsi və 31 oktyabr 2017-ci il tarixdən ona pensiyasının verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 17.07.2019-cu il tarixli iş № 2-1(81)-1943/2019, (sədrlik edən hakim Aygün Abdullayeva) qərarı ilə iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 17.07.2019-ci il tarixli qər arının ləğv edilməsini, iddia tələbinin isə təmin edilməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdirlər. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 03.10.2019-cu il tarixli iş № 2-1(103)-2448/2019 (hakimlər Vidadi Məmmədov sədrlik edən və məruzəçi, Səriyyə Seyidova və İlham Əhmədov) qərarı ilə birinci instansiya məhkəməsinin 17.07.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini onunla əsaslandırmışdır ki,İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən daxil olmuş 21 may 2016-cı il tarixli 027-3826-1216 saylı məlumat vərəqinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsində 08 may 2016-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş və ərizəçi bir müddət həmin pensiyanı qanuni şəkildə almışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsi ərizəçinin ölkəni tərk edərək Almaniyada siyasi mühacir qismində məskunlaşması ilə əlaqədar olaraq ona pensiya ödənişinin dayandırılması barədə Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə bildiriş göndərib. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaninda Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məktubuna əsasən İddiaçı pensiyası 31 oktyabr 2017-ci il tari xdən dayandırıb. Aşağı instansiya məhkəmələri qərar qəbul edərkən “Qaçqınların statusu haqqında” Cenevrə Konvensiyasına, qaçqının hüquqi statusu anlayışına istinad edib. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə Plan İdarəsi tərəfindən verilmiş 12 iyul 2019-cu il tarixli, 0273465-1219 saylı məktubun surətindən görünür ki, İddiaçı ölkəni tərk edərək Almaniyada siyasi mühacir qismində məskunlaşıb, yəni qeyd edilən məktubun məzmununa əsasən o, qaçqın deyildir. Digər tərəfdən hətta məhkəmə onu qaçqın kimi tanısa belə, qeyd edilən Konvensiyaya görə qaçqının öz ölkəsində əldə etdiyi sosial hüquqlara xitam verilmir və Azərbaycan Respublikasında birbaşa hüquqi qüvvədə olan Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin iddiaçıya münasibətdə tətbiqinin dayandırılm ası üçün əsas deyildir. Bundan əlavə cavabdeh və üçüncü tərəf iddiaçının Almaniya Federativ Respublikasında siyasi sığınacaq alması barədə hər hansı sənəd təqdim etməyib, bununla bağlı mövqeyini hətta şifahi dəlillərlə belə əsaslandıra bilməyib. Məhkəmə kollegiyası 03 oktyabr 2019-cu il tarixli qərarında iddiaçının Almaniya Federativ Respublikasında siyasi sığınacaq aldığına istinad etsə də, mübahisənin düzgün həlli üçün iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmayıb qarşı tərəfdən iddiaçının siyasi sığınacaq almasını təsdiq edən sənədi məhkəməyə təqdim etməyi tələb etməyib, bununla da Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinin tələblərini pozub. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 oktyabr 2019-cu il tarixli, 2-1(103)-2448/2019 saylı qərarının tamamilə ləğv edərək iddianın tam təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 03.10.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələblərinin tam təmin edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 03.10.2019-cu il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 03.10.2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili Ə.Həbilov kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 03.10.2019-cu il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 03.10. 2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və cavabdehin vəkillərinin çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə, əhəmiyyətli sayda sübutların araşdırılması tələb olunduğundan, təmin edilməməlidir. Azərbaycan Respublikasının İnziba ti Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməs inin hazırkı iş üzrə qəbul etdiyi 03 oktyabr 2019-cu il tarixli, 21(103)-2448/2019 saylı qərarla, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 iyul 2019-cu il tarixli, 21(81)-1943/2019 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması, İddiaçı apelyasiya şikayətinin təmin edilməməsi qənaətinə gələrkən İnzibati Prosessual Məcəllənin 14.3, 73.1, 82, 85.1, 85.2, 85.3-cü maddələrinə, Azərbaycan Respublikasının 1992-ci ildə qoşulduğu BMT-nin “Qaçqınların statusuna dair” Konvensiyasının 1-ci maddəsinə, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1-ci maddəsinə, «İnzibati icraat haqqında» Qanunun 17-ci maddəsinə əsaslanmaqla belə hesab etmişdir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının pensiyasının verilməsinin bərpa olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunur (İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsi), “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsi), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı o lmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Məhkəmə kollegiyası iddiaçının kasasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının inzibati mübahisələr üzrə müxtəlif vaxtlarda qəbul etdiyi bir çox qərarlarında inzibati mübahisələrin düzgün həll edilməsi üçün İnzibati Prosessual Məcəllənin 12-ci və 58-ci maddələrinin xüsusi önəm daşıdığı dəfələrlə vurğulanmışdır. Belə ki, məlum olduğu kimi İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hall arı xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, yuxarıda göstərilən prosessual hüquq normalarından göründüyü kimi, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlara və işdə olan digər materiallarla kifayətlənməməli, mübahisələrin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmalıdır ki, bu da inzibati məhkəmə icraatının əsas və mühüm prinsiplərindən biri olmaqla sübutların məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməsi məhz sözügedən prinsip nəzərə alınmaqla həyata keçirilməlidir. Lakin apelyasiya instansiyası məhkəməsi hazı rkı mübahisəni həll edərkən İnzibati Prosessual Məcəllənin 12.1-ci və 58.7-ci maddələrinin tələblərinə riayət etməmiş və nəticə etibarı ilə də apelyasiya instansiyası məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli qərarının əsaslandırıcı hissəsi faktiki olaraq məhkəmənin öz fərziyyələri və mülahizələri əsasında qurulmuşdur. Belə ki, apelyasiya instansiyası məhkəməsi 03 oktyabr 2019-cu il tarixli qərarının əsaslandırıcı hissəsində yazır ki, “İddiaçının Almaniyada siyasi sığınacaq alması faktdır. Belə olan halda, Konvensiya çərçivəsində iddiaçı Azərbaycan dövləti tərəfindən “təqib edildiyini” göstərərək Almaniya dövlətindən qaçqın statusu almış, eyni zamanda, bu statusu almaq üçün ya Azərbaycan dövlətinin himayəsindən istifadə edə bilmədiyini, ya da istifadə etmək istəmədiyini irəli sürməli olmu şdur. Lakin iddiaçıya 08 may 2016-cı il tarixdən aylıq 801,04 manat məbləğində pensiya təyin etməklə Azərbaycan dövləti iddiaçını himayəsiz buraxmamışdır. Deməli, iddiaçı özü Azərbaycan dövlətinin himayəsindən imtina etmişdir. Əks halda, Almaniyada ona belə bir status verilməzdi. Konvensiya da elə həmin 1-ci maddəsində vətəndaşı olduğu ölkənin himayəsindən yenidən könüllü istifadə etdikdə şəxsə bu Konvensiyanın müddəalarının daha şamil edilməyəcəyini bildirir. Bununla da, iddiaçı Azərbaycan dövlətinin himayəsindən, o cümlədən əmək pensiyası almaq hüququndan könüllü imtina etməklə, başqa dövlətin himayəsinə sığınmış, nəticədə ona təyin edilmiş pensiyanın dayandırılması qanuni və əsaslı olmuşdur”. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, “iddiaçının Almaniyada siyasi sığınac aq alması faktı” iş üzrə hər hansı bir mötəbər sübutla təsdiqlənməməklə yanaşı, apelyasiya instansiyası məhkəməsi sözügedən halın ümumilikdə mövcud olub-olmamasını araşdırmamış, sadəcə olaraq Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinin Rəisinin bu haqda Vəkillər Kollegiyasının 3 saylı hüquq məsləhətxanasının vəkili N.A.Kərimliyə ünvanladığı 23 aprel 2018-ci il tarixli məktubunda yazdıqları ilə kifayətlənmişdir (iş vərəqi 4). Beləliklə, apelyasiya instansiyası məhkəməsi 03 oktyabr 2019-cu il tarixli qərarında “iddiaçının Almaniyada siyasi sığınacaq alması faktdır” kimi qənaətinə gəlsə də, əslində işin həmin halını araşdırmamışdır. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi 03 oktyabr 2019-cu il tarixli qərarının əsaslandırıcı hissəsində apelyasiya instansiyası məhkəməsi yazır ki, “İşdən müəyyən edilir ki, iddiaçı daxili işlər orqanlarından 2016-cı ildə öz arzusu ilə ehtiyata buraxılmış, cavabdehin 10 iyun 2-16-cı il tarixli, 16/3314 nömrəli qərarı ilə iddiaçıya 08 may 2016-cı ilə tarixdən etibarən aylıq 801,04 manat məbləğində pensiya təyin edilmiş, 31 oktyabr 2017-ci il tarixədək pensiyası ödənilmişdir. İddiaçının qulluq etdiyi Daxili İşlər Nazirliyi tərəfindən cavabdehə müraciət edilmiş və pensiyanın ödənişinin dayandırılması tələb olunmuş, dayandırmanın səbəbi kimi iddiaçının Almaniya Federativ Respublikasında siyasi mühacir qismində məskunlaşması göstərilmiş, bu səbəbdən pensiyanın ödənişi 01 noyabr 2017-ci il tarixdən dayandırılmışdır”. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, nə Daxili İşlər Nazirliyinin Maliy yə-Plan İdarəsinin sözügedən məktubunda nə də ki, apelyasiya instansiyası məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli qərarında iddiaçıya pensiyasının dayandırılmasının hansı qanuna və həmin qanunun hansı maddəsinə görə dayandırılması ümumiyyətlə göstərilməmiş, bununla bağlı hər hansı bir hüquqi əsaslandırma aparılmamışdır. Halbuki, İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə müvafiq olaraq məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən İnzibati Prosessual Məcəllənin 12.1, 58.7, 68.2-ci maddələrinin tələblərini pozduğuna və müb ahisənin düzgün həll edilməsi üçün işin faktiki hallarını tam və hərtərəfli araşdırmadığına görə, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə, əhəmiyyətli sayda sübutların araşdırılması tələb olunduğundan, təmin edilməməlidir. Giriş hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 oktyabr 2019-cu il tarixli, 21(103)-2448/2019 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası mə hkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.
Məhkəmə qərarları › İş №2-1(102)-3677/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3677/2019
18.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver