Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-368/2021 31.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Publik Hüquqi şəxs 1 saylı regional ərazi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə əlilliyə görə əmək pensiyasının təyin olunması, məhkəmənin xidməti vəzifəsinə görə işin hallarını araşdırmaq vəzifəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızını n katibliyi, iddiaçının vəkili Vəkil və cavabdehin vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Publik Hüquqi şəxs 1 saylı regional ərazi filialına qarşı əlilliyə görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2020-ci il tarixli 2-1(105)-325/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1981-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur və həmin şəhərdə yaşayır.
2. İddiaçının əmək kitabçasında 28.10.1997-ci ildən 20.12.2005-ci ilədək Qubadlı rayon Qaz İstismar İdarəsində çilingər işlədiyi əksin tapmışdır.
3. İddiaçıya 6 nömrəli zona Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən 04.08.2009cu il tarixdə ikinci qrup əlillik dərəcəsi müəyyən edilmişdir və həmin tarixdən ona sosial müavinət ödənilir.
4. İddiaçı ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi barədə 05.03.2018-ci il tarixdə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh orqan iddiaçıya pensiya təyin etməkdən imtina etmiş və 30 yanvar 2019-cu il tarixli məktubla cavab verərək bildirmişdir ki, onun pensiya təyin olunması üçün tələb olunan 7 il 4 ay sosial sığorta stajı və 7674 manat pensiya kapitalı yoxdur. Məktubda əlavə olaraq göstərilmişdir ki, əmək kitabçasında qeyd olunan 28.10.1997-ci ildən 20.12.2005-ci ilədək sosial sığorta stajının yoxlanması üçün sorğu edilmiş, lakin Qubadlı rayon Qaz İstismar Kontorunda işləmə faktı təsdiq edilməməsi səbəbindən qeyd olunan illərin yoxlanması mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı bundan sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28.10.1997-ci ildən 20.12.2005-ci ilədək Qubadlı rayon X7 çilingər işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməklə əlilliyə görə əmək pensiyasının təyin edilməsi və 04.08.2008-ci il tarixdə təyin edilən əlilliyə görə müavinətlə əlilliyə görə əmək pensiyası arasındakı fərqin hesablanmaqla ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1997-2005-ci illərdə işləməsi əmək kitabçasında qeyd olunduğuna görə cavabdehin ona pensiya təyin etməkdən imtinası əsassızdır.
7. Cavabdehin iddia tələbinə qarşı təqdim etdiyi yazılı etirazda qeyd edilmişdir ki, «Əmək pensiyaları haqqında» Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İddiaçı xx.xx.1981-ci il təvəllüdlü olduğundan ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 07 il 04 ay sığorta stajı və 7674 manat pensiya kapitalının olması zəruridir. İddiaçının 1997-2005-ci illərdə işlədiyi müddətin isə yoxlanılması zərurəti yarandığından həmin dövrlərin yoxlanılması üçün müvafiq qaydada sorğu edilmişdir. Lakin iddiaçının Qubadlı rayon X4 işləməsi faktı təsdiq edilmədiyindən, həmin dövrlərin yoxlanılması mümkün olmamış, bu səbəbdən həmin müddət onun sığorta stajına daxil edilməmişdir.
8. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 26 aprel 2019-cu il tarixli, 2-1(085)-738/2019 saylı qərarı ilə (hakim V.Əzizova) iddia təmin edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının sosial sığorta stajı ona əlilliyə görə sosial müavinət təyin edildikdən sonra yaranmamış, əksinə onun sosial müavinət təyin edildikdən əvvəllər işlədiyi müddətlər sosial sığorta staj ına daxil edilməlidir. Bu hal hüququn sonradan yaranması kimi qiymətləndirilə bilməz. Qanunvericilk əmək pensiyasının təyin edilməsini onu almaq hüququnun yaranması ilə şərtləndirir.
10. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. Yuxarı instansiya məhkəmələrindəki icraat Apelyasiya instansiyası məhkəməsində olan birinci icraat
11. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-477/2019 saylı 21.10.2019-cu il tarixli qərarı ilə (hakimlər Hökümə Babayeva (sədrlik edən və məruzəçi), Ruhiyyə Əsgərova və Zaur Məmmədov) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 26.04.2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çəxarılaraq, iddia təmin edilməmişdir.
12. İddiaçı həmin qərardan kassasiya şikayəti vermiş, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində olan birinci icraat
13. Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-959/2020 saylı, 17 mart 2019cu il tarixli qərarı ilə (hakimlər Z.Quliyev (sədrlik edən və məruzəçi), N.Rəsulbəyova və K.Bədəlov) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 21 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
14. Ali Məhkəmənin kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üçün həlledici əhəmiyyət kəsb edən sözügedən məsələni, yəni, iddiaçının Qubadlı rayon Qaz İstismar İdarəsində çilingər vəzifəsində iş ləyib-işləməməsi, işləyibsə hansı müddətdə işləməsi barədə məsələnin araşdırılması məqsədi ilə Azərbaycan Respublikası «xxxx» Dövlət Şirkətinə birbaşa sorğu göndərilməli və müfəssəl cavab alınmalıdır. Apelyasiya instansiyası məhkəməsində olan ikinci icraat
15. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2020-ci il tarixli 2-1(105)-325/2020 nömrəli qərarı ilə (hakimlər F.Məmmədov (sədrlik edən və məruzəçi), T.Məmmədov və S.Qafari) apelyasiya şikayəti təmin edilmiş Sumqayıt İnzibatiİqtisadi Məhkəməsinin 26 aprel 2019-cu il tarixli, 2-1(085)-738/2019 saylı qərarı ləğv edilmiş və iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilməmişdir.
16. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası tərəfindən iddiaçının Qubadlı rayon Qaz İstismar İdarəsində çilingər vəzifəsində işləyib-işləməməsi, işləyibsə hansı müddətdə işləməsi barədə məsələnin araşdırılması məqsədi ilə Azərbaycan Respublikası “xxxx” İstehsalat Birliyinə sorğu verilmiş və 27 avqust 2020-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Qubadlı rayon Qaz İstismar İdarəsinin sənədləri Birliyin arxivinə təhvil verilmədiyindən İddiaçı əmək fəaliyyəti barədə məlumat vermək imkan xaricindədir. “xxxx” Səhmdar Cəmiyyətinin X16 İstehsal Birliyi və tabeliyində olan Qubadlı rayon X9 01.12.1997-ci ildən etibarən ləğv edildiyindən, İddiaçı 28.10.1997-ci ildən 20.12.2005-ci ilədək “xxxx” Dövlət Şirkəti X11 və Təchizi üzrə X1 rayon X4 işləməsi barədə əmək kitabçasında aparılmış qeydlər öz təsdiqini tapmır.
17. İddiaçi həmin qərardan kassasiya şikayəti verərə k qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri
18. Kassasiya şikayətinin dəlillərinə görə kollegiya öz qərarında aydın şəkildə qeyd edir ki, əmək kitabçasında qeyd olunan dövrlərin həqiqiliyinin yoxlanılması üçün məhkəmə kollegiyası tərəfindən iddiaçının işlədiyi “xxxx” Dövlət Şirkəti X11 və Təchizi üzrə X1 rayon X8 sorğu verilərək əmək kitabçasında qeyd olunan 28.10.1997-ci ildən 20.12.2005-ci ilədək qeyd edilən illərdə işlədiyi müddət ərzində ona əmək haqlarının ödənilməsinə dair cədvəllərin, eyni zamanda əmrlər kitabının əslinin baxış keçirilməsi üçün məhkəməyə təqdim edilməsi tələb edilmiş, məhkəmənin sorğusuna kontor tərəfindən arayışla cavab verilərək bildirilmişdir ki, İddiaçı 1997-ci ildən 2005-ci ilədək Qubadlı rayon X4 işləmişdir. Həmin arayışa yalnız əmrlər kitabından çıxarış əlavə olunmuş, əmək haqqı cədvəlləri və əmrlər kitabının əsli məhkəməyə təqdim edilməmişdir. Əmrlər kitabından çıxarışda da, arayışda olduğu kimi, iddiaçının 28.10.1997-ci ildə işə qəbul edilməsi və 20.12.2005-ci il tarixdə işdən azad edildiyi qeyd edilmişdir. Belə ki, işin bu halı apelyasiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsasdır. İddiaçının qeyd edilən müəssisədə işlədiyi işin mübahisəsiz halı olduğu üçün buna dair olan dövrlər onun sığorta stajına əlavə edilməlidir. b. Məhkəmə icraatı iştirakçılarının izahatları 19.Məhkəmə iclaında iddiaçının vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edi lməsini xahiş etdi.
20. Cavabdehin vəkili şikayətin təmin edilməməsini xahiş etdi TƏTBİQ EDİLƏN HÜQUQ
21. «Əmək pensiyaları haqqında» Qanun Maddə
1. Əsas anlayışlar. 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; M a d d ə
3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. M a d d ə
11. Əlilliyə görə əmək pensiyası 11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qruplar, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanlar ı məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Maddə
12. Əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtləri 12.1. Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir (01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyada). 22. “İnzibati icraat haqqında” qanun Maddə
11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə
16. Hüququn tətbiqindən i mtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə
17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə
19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğu n olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
23. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqd an sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələri ndə nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntula r səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. İş üzrə iddiaçı apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməli dir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
27. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, cavabdehin iddiaçıya pensiya təyin etməkdən imtina edərkən iddiaçının fərdi hesabının sığorta hissəsində zəruri pensiya kapitalının olmaması barədə dəlilə istinad etməsi əsassızdır. Çünki iddiaçının əlil hesab olunduğu vaxt pensiya təyin olunması üçün pensiya kapitalı tələb olunmurdu və bu cür əlavə şərt qanunun 12.1-ci maddəsinə 01.07.2017-ci ildən əlavə edilmişdir. 27, İddia tələbinin hüquqi əsasını təşkil edən “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinin 01.01.2017-ci ilədək olan redaksiyasına görə hazırki iddianın təmin olunması üçün iki şərt: 1. iddiaçının əlil olması; 2. iddiaçının ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajının olması zəruridir.
29. Bu şərtlər əsasında işin halları araşdırıldıqda görünür ki, iddiaçının 04.08.2008-ci il tarixdə ikinci dərəcəli əlil sayılması işin mübahisəsiz halıdır. Yəni Qanunun 12.1-ci maddəsində nəzərdə tutulmuş birinci dispozisiya şərti mövcuddur.
30. Cavabdeh iddiaçıya əlilliyə görə pensiya ödənilməsini mümkünsüz edən hal kimi onun zəruri sosial sığorta stajına malik olmadığını bildirir.
31. İddianın təmin olunması üçün tələb olunan sosial sığorta stajı isə 3 il 8 aydır.
32. İddiaçı sığorta stajına dair sübut kimi onun adına 30.10.1997-ci ildə açılmış ******* seriyalı əmək kitabçasını təqdim etmişdir. Əmək kitabçasında iddiaçının 30.10.1997-ci il tarixdən 20.12.2005-ci il tarixədək Qubadlı rayon X4 çilingər işlədiyi əksini tapmışdır. Cavabdeh iddiaçının qaz idarəsində işlədiyinə dair məlumatların ziddiyyətli olması və arxiv məlumatları ilə təsdiqlənmədiyinə əsaslanaraq həmin dövrü staja daxil etməkdən imtina edir.
33. Məhkəmə kollegiyası bu dəlillə bağlı bildirir ki, iş üzrə Ali Məhkəmənin İnzibatiİqtisadi Kollegiyasının 2-1(102)-959/2020 saylı, 17 mart 2020-ci il tarixli qərarında göstərilmişdir ki, 01 yanvar 2006-cı il tarixədək hər hansı bir şəxsin hər hansı bir müəssisədə işləməsini təsdiq edən rəsmi sənəd əmək kitabçası sayılırdı ki, işin 6–7-ci səhifələrində iddiaçının əmək kitabçası var və orada iddiaçının harada və nə vaxtdan nə vaxta qədər işləməsinə dair yazılar mövcuddur ki, həmin yazıların (qeydlərin) mötəbər olmamasına dair konkret sübutlar işdə yoxdur.
34. Ali Məhkəmənin həmin mövqeyi “Vətəndaşların pensiya təminatı haqqında ” Qanunun 67-ci maddəsinin göstərişindən irəli gəlir. Həmin normaya əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.
35. Adı çıkilən qanunun 69-cu maddəsinə müvafiq olaraq, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci bəndinə görə sığorta olunanların qazanılmış əmək pen siyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən olunur.
36. Göründüyü kimi Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 17 mart 2020-ci il tarixli qərarında iddiaçının adına 30.10.1997-ci ildə açılmış ******* seriyalı əmək kitabçasının sübuti əhəmiyyətinə qiymət verilmişdir. Buna görə də məhkəmə kollegiyası əmək kitabçası ilə bağlı məsələni təkrar araşdırmır.
37. Əmək kitabşasında olan məlumatların mötəbərliyi ilə bağlı cavabdehin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cavabdeh bu məlumatları təkzib edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, “İnzibati icraat haqqında” qanunun 19-cu maddəsi inzibati orqandan, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu halda, müstəqil şəkil də və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görməyi tələb edir. Həmin qanunun tələbinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunmalıdır və həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması inzibati orqana qadağan edilmişdir.
38. Bu normanın tələbləri baxımından işin halları araşdırıldıqda görünür ki, inzibati orqan iddiaçınn əmək kitabçasında olan məlumatların həqiqiliyini nəinki təkzib edən, hətta şübhə altına almağa əsas verən hər hansı sübutu (iddiaçının pensiya təyin olunması barədə ərizəsinə baxılarkən inzibati icraat aparması, arxi v idarəsinə sorğu verməsi, müəssisənin hazırda fəaliyyət göstərib-göstərməməsi barədə müvafiq qurumların cavabı və s.) təqdim etməmişdir. Cavabdeh orqan iddiaçının pensiya təyin olunması barədə 27.03.2018-ci il tarixli müraciətinə 10 aydan sonra - 30 yanvar 2019-cu il tarixdə cavab verməsinə baxmayaraq, bu müddət ərzində hər hansı səmərəli araşdırma aparması müəyyən olunmur.
39. İş materiallarından həmçinin görünür ki, Qubadlı rayon X9 «xxxx» Dövlət Şirkəti X11 və Təchizi üzrə İstehsalat Birliyinin tərkibində istehsalat vahidi kimi təsis edilmiş, kontorun nizamnaməsi 10.08.1994-cü ildə təsdiq edilmişdir.
40. İddiaçının 30.10.1997-ci il tarixdən 20.12.2005-ci il tarixədək Qubadlı rayon X4 çilingər işlədiyinə dair 03.07.2019-cu il tarixli 02 saylı arayış vermiş, həmçinin iş materiallarına mü əssisənin əmr kitablarından çıxarışlar əlavə edilmişdir.
41. İş üzrə apelyasiya məhkəməsindəki birinci icraat zamanı apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 1959-cu ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarına əsasən X14 və Təchizi üzrə İstehsalat Birliyi yaranmışdır. Müstəqillik əldə edildikdən sonra Azərbaycan Respublikası Prezidentin 3 sentyabr 1992-ci il tarixli 160 nömrəli Fərmanı ilə «xxxx» Dövlət Şirkəti yaradılmış, Şirkətin Nizamnaməsinə əlavəyə əsasən, X11 və İxracı üzrə İstehsalat Birliyi Şirkətin tərkibində olmuşdur. X10 İdarəsinin Əsasnaməsindən isə görünür ki, X10 İdarəsi «xxxx» Dövlət Şirkətinin X11 və Təchizi üzrə İstehsalat Birliyinə tabe olmaqla, sərbəst balansa malik olmamış və hüquqi şəxs olmamışdır. 1996-cı ildə «xxxx» Dövlət Şirkətinin ba zasında «xxxx» Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. Daha sonra Azərbaycan Respublikası Prezidentinin 1 dekabr 1997-ci il tarixli, 700 nömrəli sərəncamı ilə «xxxx» Səhmdar Cəmiyyətinin tabeçiliyində olan Maye X13 Birliyi (keçmiş X11 və İxracı üzrə İstehsalat Birliyi) ləğv edilmiş, Maye X13 Birliyinin müəssisə və obyektləri özəlləşdirilmək üçün Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsinin sərəncamına verilmişdir.
42. Bundan sonra 1998-ci il aprel ayının 22-də Respublika Dövlət Əmlak Komitəsinin sərəncamına əsasən Bakı, Bərdə, Yevlax, Əli-Bayramli, Siyəzən, Horadiz, X2 bazasında «X15» ATSC yaradılması haqqında qərar qəbul edilmiş, 1999-cu ilin fevral ayından səhmdar cəmiyyət kimi fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası Prezidentinin 30 aprel 2007-ci il tarixli fərmanına əs asən X15 Açıq Səhmdar Cəmiyyəti X15 Qapalı Səhmdar Cəmiyyətinə çevrilmişdir.
43. Buna görə də apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, artıq 1997-ci ilin dekabr ayından etibarən «xxxx» Səhmdar Cəmiyyətinin Maye X13 Birliyi, o cümlədən Birliyin tabeliyində olan Qubadlı rayon X9 ləğv edilmiş, onun tabeliyində olan birliklərinin bazasında X15 Cəmiyyəti yaradılaraq 1999-cu ildən fəaliyyətə başlamışdır.
44. «X15» QSC tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş məktuba əsasən İddiaçı adında şəxs QSC-də və ya hər hansı struktur bölməsində işləməmiş, o cümlədən Səhmdar Cəmiyyətinin tabeçiliyində Qubadlı rayon X9 adlı müəssisə heç vaxt mövcud olmamışdir.
45. Bununla belə, Qubadlı rayon X5 birbaşa tabeçiliyində olan Azərbaycan Respublikası xxxx» Dövlət Şirkəti X11 və ixracı (Təc hizi) üzrə İstehsalat Birliyinin məktubuna əsasən «X15» Qapalı Səhmdar Cəmiyyətinin tabeçiliyində Qubadlı rayon X9 adlı müəssisə heç vaxt mövcud olmamış və İddiaçı adında şəxs QSC-də və ya hər hansı struktur bölməsində işləməmişdir.
46. Bu səbəbdən apelyasiya instansiyası məhkəməsi 21.10.2019-cu il tarixli qərarında hesab etmişdir ki, iddiaçının 1997-2005-ci illər ərzində ləğv edilən Qubadlı rayon X4 işləməsinə dair əmək kitabçasında aparılmış qeydlər düzgün olmamışdır.
47. Ali Məhkəmənin 17 mart 2020-ci il tarixli qərarı ilə apelyasiya instansiyası məhkəməsinin həmin qərarı ləğv edilmiş, iş üzrə apelyasiya məhkəməsinin əsaslandığı sübutların ziddiyyətli olduğunu göstərmiş və işə təkrar baxan məhkəmənin, iddiaçının Qubadlı rayon X4 çilingər vəzifəsində işləyib-işləməməsi, işləyibsə hansı m üddətdə işləməsi barədə məsələnin araşdırılması məqsədi ilə Azərbaycan Respublikası «xxxx» Dövlət Şirkətinə birbaşa sorğu göndərilməli və müfəssəl cavab alınmalı olduğunu bildirmişdir.
48. İşə takrar baxmış apelyasiya instansiyası məhkəməsi “xxxx” İstehsalat Birliyinə sorğu verərək, İddiaçı Qubadlı rayon Qaz İstismar İdarəsində (28.10.1997-ci ildən 20.12.2005-ci ilədək) çilingər vəzifəsində işləyib-işləməməsi, işləyibsə hansı müddətdə işləməsi barədə məhkəməyə məlumat verilməsin xahiş etmiş, bundan başqa hər hansı sorğu verməmişdir.
49. Halbuki, Ali Məhkəmənin 17 mart 2020-ci il tarixli qərarında ifadə olunmuş mövqe, İPM-nin 12.1 və 58.7-ci maddələrinə əsasən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılması və sübutlara tam və hərtərəfli araşdırıldıqda n sonra qiymət verilməsi üçün işin təkrar baxışa qaytarılmasından ibarət olmuşdur. İşə takrar baxmış məhkəmənin araşdırması isə Ali Məhkəmənin bu göstərişinə uyğun deyildir.
50. Xüsusilə ona görə ki, mübahisənin düzgün həlli üçün araşdırılmalı olan hallardan biri müəssisənin 1997-2005-ci illərdə fəaliyyət göstərib-göstərməməsinin müəyyən olunmasıdır.
51. İşə əvvəl baxmış apelyasiya instansiyası məhkəməsi bu istiqamətdə araşdırma aparsa da, tam olmamış, əldə olunan məlumatlarda olan ziddiyyətlər aradan qaldırılmamışdır.
52. Məhkəmə müəssisənin 1997-ci ildə ləğv edildiyi barədə nəticəyə gəlsə də, müəssisəyə 1999-cu ilin noyabr ayında VÖEN verilməsinə (səh 71) və Uçot vahidlərinin Dövlət reyestrinə daxil edilməsi haqqında şəhadətnamə verilməsinə (səh 72) qiymət verməmişdir. Ümumiyyətlə, iş ma teriallarının 61-73-cü səhifələrində olan, Qubadlı rayon X5 fəaliyyətinə dair sənədlərin (Nizamnamə, 1999-cu ilin noyabr ayında verilmiş VÖEN, və Uçot vahidlərinin Dövlət reyestrinə daxil edilməsi haqqında şəhadətnamə) kim tərəfindən təqdim edildiyi iş materiallarından müəyyən olunmur. Məhkəmənin iddiaçıya aid sənədlərin təqdim olunması barədə Qubadlı rayon X8 yazdığı 02.07.2019-cu il tarixli məktubun kim tərəfindən qəbul olunması, həmin məktubun hansı ünvana göndərildiyi, bu sənədləri saxlayan şəxsin məhkəməyə dəvət olunaraq izahatının alınmamasının səbəbi bilinmir.
53. Bundan başqa, xxxx» Səhmdar Cəmiyyətinin Maye X13 Birliyinin müəssisə və obyektlərinin özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 01 dekabr 1997-ci il tarixli Sərəncamı ilə «xxxx» Səhmdar Cəmiyyətini n Maye X13 Birliyi ləğv edilmiş, Maye X13 Birliyinin müəssisə və obyektləri özəlləşdirilmək üçün Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsinin sərəncamına verilmiş, Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsinə onun sərəncamına verilən müəssisə və obyektlərin səhmdar cəmiyyətlərinə çevrilməsini və özəlləşdirilməsini təmin etmək tapşırılmışdır.
54. Lakin yuxarıda göstərildiyi kimi Qubadlı rayon X9 1999-cu uildə vergi ödəyicisi kimi qedə alınmışdır.
55. Bundan başqa, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin X6 Qeydiyyatı İdarəsinin 18.09.2019-cu il tarixli məktubunda (səh 55) müəssisənin fəaliyyəti barədə daha dəqiq və dolğun məlumat verilməsi üçün müəssisənin dövlət qeydiyyat nömrəsi və ya VÖEN verlməsi xahiş olunmuşdur. Lakin məhkəmə iş materiallarında olduğu halda, m üəssisənin dövlət qeydiyyat nömrəsi və ya VÖEN-i göstərməklə təkrar sorğu verməmiş, işə təkrar baxmış apelyasiya instansiyası məhkəməsi də bu cür sorğu verməmişdir.
56. Bundan başqa, məhkəmə nəticəyə gələrkən, “X15” QSC-nin İddiaçı həmin QSCdə və ya hər hansı struktur bölməsində işləmədiyi, QSC-nin tabeliyində Qubadlı rayon X9 adlı müəssisənin mövcud olmadığı barədə məktubuna istinad etmişdir. Lakin “X15” QSCnin, «xxxx» Dövlət Şirkəti X11 və Təchizi üzrə İstehsalat Birliyinin hüquqi varisi olması iş materialları ilə müəyyən olunmur.
57. Məhkəmənin bu cür araşdırması, Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsində müəyyən olunmuş işin hallarının tam araşdırılması prinsipinə və 57-ci maddəsində müəyyən olunmuş sübutların araşdırılması qaydalarına cavab vermir.
58. Bu da apelyasiya instansi yası məhkəməsinin qərarının ləğvi üçün əsasdır. Lakin kassatorun iddianın təmin edilməməsi barədə dəlilinin həlli üçün yuxarıda göstərilən xüsusatlar araşdırılmalıdır və bu araşdırma əhəmiyyətli sayda sübutların araşdırılmasını tələb etdiyinə görə kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyasının qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
59. Təkrar işə baxan məhkəmə kollegiyası, Qubadlı rayon X5 1997-2005-ci illərdə fəaliyyət göstərməsini müəyyən etmək üçün iş materiallarının 71-72-ci səhifələrində olan qeydiyyat məlumatlarını göstərməklə Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin X6 Qeydiyyatı İdarəsinə və tatistika xidmətinə sorğular verməli, “X15” QSC-nin «xxxx» Dövlət Şirkəti X11 və Təchizi üzrə İstehsalat Birliyinin h üquqi varisi olub-olmamasını araşdırmalı, Azərbaycan Respublikası Prezidentinin “xxxx” Səhmdar Cəmiyyətinin maye X13 Birliyinin müəssisə və obyektlərinin özəlləşdirilməsi haqqında 01 dekabr 1997-ci il tarixli 700 nömrəli Sərəncamından sonra Qubadlı rayon X5 təşkilati taleyinin necə həll olunduğu müəyyən edilməlidir. İş materiallarının 61-73-cü səhifələrində olan, Qubadlı rayon X5 fəaliyyətinə dair sənədlərin (Nizamnamə, 1999-cu ilin noyabr ayında verilmiş VÖEN, və Uçot vahidlərinin Dövlət reyestrinə daxil edilməsi haqqında şəhadətnamə) kim tərəfindən təqdim edildiyi, həmin sənədlərin harada saxlandığı, müəssisənin fəaliyyətinin nə vaxt dayandırması araşdırılmalı, zəruri hesab edilərsə müəssisəyə rəhbərlik etmiş şəxslər dəvət olunub izahatı alınmalıdır.
60. Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2020-ci il tarixli 2-1(103)-325/2020 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.