Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-368/2023 11.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ( daşınmaz əmlaka dair ölmüş şəxsin adına arayışın verilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə da ir iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2792/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhər X7 İcraiyyə Komitəsinin X2 və İstismarı Birliyi ilə Bürcəli Abasqulu oğlu arasında xx.xx.1967-ci il tarixli, 14914 saylı icarə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Bakı şəhəri, Ləhiş bağ massivində yerləşən 1669 saylı 0,25 ha torpaq sahəsi Bürcəli Abasqulu oğlunun və həyat yoldaşı Gülnaz Hacıqulu qızının istifadəsinə verilmişdir. Bürcəli Abasqulu oğlu xx.xx.1985-ci ildə vəfat etmişdir.
2. Bununla bağlı aidiyyəti üzrə notariat kontoruna müraciət edilmiş, Bakı şəhəri 8 saylı Notariat Kontorunda 109/2014 saylı vərəsəlik işi açılmış və xx.xx.2015-ci il tarixdə DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsinə müraciət edilərək, həmin bağ sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi xahiş olunmuşdur.
3. Mərhumun vərəsələrinin həmin bağ sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün müvafiq arayışın verilməsinə zərurət yaranmış, bununla bağlı iddiaçı ərizə və ona əlavə edilmiş müvafiq sənədlərlə rəsmi qaydada cavabdehə müraciət etmişdir. Cavabdeh bununla bağlı məhkəmə qərarının olduğuna istinad edərək, bağ sahəsi üzərində hüququn ölmüş şəxsə məxsus barədə onun adına arayışın verilməsindən imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı ş əhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 1669 saylı, 0,25 ha torpaq sahəsinə hüququn vəfat etmiş Bürcəli Abasqulu oğluna məxsus olması barədə müvafiq arayışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhər X4 İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı Tresti ilə bağlanmış “Bağ sahələrinin, tikililərin uzun müddətli icarəyə verilməsi haqqında” 14914 saylı müqaviləyə əsasən Bürcəli Abasqulu oğluna verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 1669 saylı bağın nömrəsindəki uyğunsuzluq aradan qaldırılmaqla, 0,25 ha bağ torpaq sahəsinə hüququn vəfat etmiş Bürcəli Abasqulu oğluna məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhər XDS-nin İK-nin X2 və İstismarı Birliyi ilə Bürcəli Abasqulu oğlu arasında xx.xx.1967-ci il tarixli, 14914 saylı icarə müqaviləsi bağlanmış və həmin icarə müqaviləsinə əsasən Bakı şəhəri, Ləhiş bağ massivində yerləşən 1669 saylı 0,25 ha bağ sahəsi atası Bürcəli Abasqulu oğlunun və həyat yoldaşı Gülnaz Hacıqulu qızının istifadəsinə verilmiş, adı çəkilən şəxs xx.xx.1985-ci ildə vəfat etmişdir. Hazırda həmin bağ sahəsi onun övladları tərəfindən təyinatı üzrə istifadə olunur. Bununla bağlı aidiyyəti üzrə notariat kontoruna müraciət edilmiş, Bakı şəhəri 8 saylı Notariat Kontorunda 109/2014 saylı vərəsəlik işi açılmış və xx.xx.2015-ci ildə DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsinə müraciət edilərək, həmin bağ sahəsinə dövlət reyestrindən çıxarışın verilməsi xahiş olunmuşdur. Bundan əlavə, mərhumun vərəsələrinin həmin bağ sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün müvafiq arayışın verilməsinə zərurət yaranmış, bununla bağlı ərizə və ona əlavə edilmiş sənədlər iddiaçı tərəfindən rəsmi qaydada cavabdehə təqdim edilmiş, cavabdeh isə bununla bağlı məhkəmə qərarının olmasına istinad edərək, arayışın verilməsindən imtina etmişdir. Halbuki, qeyd olunan imtina iddiaçının vəfat etmiş qardaşına edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-eu il tarixli, 2-1(103)-1853/2019 sayl ı qərardadı ilə iddia mümkün sayılmamış və iddiaçıya izah edilmişdir ki, hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi barədə cavabdehə müraciət edə bilər. Hesab edir ki, cavabdehin bu əsasla imtinası və rəsmi qaydada cavab verməməsi qanunvericiliyin tələblərinə ziddir.
7. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddia tələbi ilə bağlı iddiaçının İdarəyə rəsmi qaydada müraciəti daxil olmamışdır. Bundan sonra cavabdeh etiraza əlavə olaraq bildirmişdir ki, iddiaçı X1 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1669 saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ********** nömrəli, xx.xx.2022-ci il tarixli müraciətinə 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Müraciətlə əlaqədar ol araq bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən torpaq sahəsi 1530 saylı torpaq sahəsinin yerinə uyğun gəlir. Həmçinin bağ sahəsinin istifadəyə verilməsi barədə müqavilə səlahiyyətli qurumun (keçmiş X2 və İstismarı Birliyi) möhürü ilə təsdiq olunmamışdır. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış, iddiaçıya **********52 saylı, xx.xx.2022-ci il tarixli məktub ünvanlanmışdır. Bundan başqa, torpaq sahəsinə dair Bakı İnzibati Məhkəməsində 2-1(112)-9800/2021 saylı inzibati işi üzrə məhkəmə mübahisəsi mövcuddur və yekun məhkəmə aktı idarəyə daxil olmamışdır.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2156/2022 saylı, xx.xx.2022-ci il tar ixli qərarı (hakim O.Həsənov) ilə iddia təmin edilmişdir.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. Eyni zamanda nəzərə alınmalıdır ki, hazırkı iş üzrə mövcud sənədlərə əsasən gözlənilən mülkiyyət hüquqları iddiaçı tərəfindən yox, mərhum X3 tərəfindən reallaşdırıla bilməmişdir. Mülkiyyət hüququnun qeydiyyata alınmasına əsaslar mövcud olsa da, yəni mövcud hüquqmüəyyənedici sənədlər olsa da, həmin hüququn reallaşdırılmasından əvvəl şəxsin ölümü həmin hüququn itirilməsinin əsası qismində çıxış etmir. Yuxarıda adıçəkilən Qanunun 22.2-ci maddəsində də müəyyən edilir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi, vərəsə qismində iddiaçı tərəfindən bağ sahəsinin mərhuma məxsus olması haqqında arayışın qeydiyyat orqanına təqdim edilməsi hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın vərəsəliklə bağlı sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilməsinin əsası qismində çıxış edir.
10. Cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasın xahiş etmişdir.. apelyasiya instansiyası məhkəməsində birinci icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər S. Bəktaşi /sədrlik edən və məruzəçi/, A.Hüseynov və A.Hüseyn ) 27 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2792/2022 nömrəli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 21(112)-2156/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
14. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtina məktubunun, apellyasiya şikayətinin məzmununa əsaslanır və onlarla eynilik təşkil edir. etirazın və Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
17. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 84.1 Torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir.
18. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunu Madd ə 9.Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10.Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən, fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir 19. “Daşınmaz əmlakın dövlət reyestri haqqı nda” Azərbaycan Respublikasının Qanunu. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 8.0.7 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. Maddə 10.2 Qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plancizgisi əlavə olunur. – Maddə 12.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
21. İnzibati Prosessual Məcəllə Maddə
96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inz ibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
23. Apelyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq no rmaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
25. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtinanın, iddiaya qarşı etirazın və apelyasiya şikayətinin dəlillərinə əsaslanan kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından bağ sahəsi üzərində hüququn ölmüş şəxsə məxsus olması barədə onun adına arayışın verilməsi ilə bağlı məsələ apel lyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
28. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
29. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apelyasiya məhkəməsinin qərarı Ali Məhkəmənin analoji işlər üzrə formalaşmış hüquqi mövqeyinə və məhkəmə təcrübəsinə də uyğundur. Odur ki, apellyasiya məhkəməsinin müb ahisəyə dair iş üzrə gəldiyi nəticə qanunauyğun və əsaslı sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
30. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-in 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2792/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.